A n a r əsərlər I hekayələr, povestlər


QIRIQ XƏTLİ TELEFONLARIN ƏLAQƏSİ



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   2   3   4   5   6   7   8   9   ...   31

QIRIQ XƏTLİ TELEFONLARIN ƏLAQƏSİ 

 

Anarın nəsr yaradıcılığında "Əlaqə" povesti (1976) mövzu və 



janrca bir qədər gözlənilməz, ancaq bu yaradıcılığın simasını 

müəyyən edən, onun bədii miqyas hüdudsuzluğunu, paradoksallığa 

meyllilik özümlüyünü üzə çıxaran əsərlərdəndir.  

Sabit, möhkəmlənmiş düşüncə  tərzinin dəyişilməsi, yeni idraki 

"variantların" qəbulu və  təsdiqi,  şübhəsiz,  uzun sürən prosesdir. 

Ancaq necə olursa-olsun, bu dəyişikliyi görmək, yaratmaq lazımdır... 

Əgər biz insanlar hər  şeyi "kasıb zehnimizin qısa arşınıyla 

ölçəcəyiksə", onda nə ictimai münasibətlər, nə də elm sahəsində heç 

bir irəliləyişə ümid bəsləyə bilmərik. Çünki bütün kainatı ancaq biz 

insanların məntiqi ilə idarə etmək olmaz. Bax, elə bu 

antroposentrizm bizim beynimizdə möhkəm kök salmış  hətta 

müəyyən dərəcədə fanatik düşüncə 

tərzidir. Özümüzü 

təsəvvüredilməz dərəcədə böyük olan bütün kainatın mərkəzində 

qoymaq, yalnız ÖZÜMÜZÜN DƏRK ETDİYİMİZ  əlaqə 

vasitələrindən istafadə edib digər planetlərin sakinləri ilə  əlaqə 

yaratmaq təşəbbüsümüz səmərəsiz olacaqdır. Anar bu məsələləri 

həm oxucular, həm də elm adamları qarşısında qoyur, onları "başqa 

növ əlaqə prinsiplərinə" yiyələnməyə çağırır. Məsələ burasındadır ki, 

biz, yer kürəsinin insanları, 6 milyardı aşmağımıza (əsərin yazıldığı 

vaxt 5 milyarda yaxın) baxmayaraq, yalnız yer kürəsində - BÖYÜK 


 27 

TƏNHALIQDA yaşayırıq! BÖYÜK kainat miqyasında, böyük 

kainatla heç bir sivilizasiya MÜNASİBƏTLƏRİ olmayan tənha 5-6 

milyard ansan! Deməli, mikrokosmun və makrokosmun dialektik 

vəhdətində indiki halda heç bir ictimai-mənəvi münasibətlər deyil, 

yalnız elmi-kosmik münasibətlər özünü köstərir. BƏŞƏRİYYƏTİN 

KOSMİK ÖZÜNÜDƏRKİ  hələ çoxtərəfli xarakter daşıya bilmir. 

Yer sivilizasiyası  və yerdənkənar sivilizasiyaların  əlaqəsinə can 

atılması  bəşəriyyətin kosmosofiyasında hələ aparıcı tendensiyaya 

çevrilməyib. Planetar özünüdərketmənin bu forması kainatın qlobal 

fəthindən daha çox elə planetimizdəki ictimai-mənəvi, siyasi 

münasibətlərin əlverişli şəkil alması, tənzimlənməsi üçün gərəklidir.  

Deməli, bəşəriyyətin kosmik özünüdərki təkcə kosmik hadisələrin 

öyrənilməsində deyil, habelə  hərtərəfli insani münasibətlərin təşkili 

üçün də müəyyənedici idraki-psixoloji mərhələdir. 

Povestdə diqqəti,  əsasən, - fenomenal  üçlük cəlb edir: TƏNHA 

YER KÜRƏSİ - TƏNHA BİNA -TƏNHA, FƏRDİYYƏTÇİ 

TƏLƏBƏ! Yer kürəsinin antroposentrist sakinləri ona görə geniş 

makrokosmik münasibətlər yarada bilmirlər ki, hərtərəfli kosmik 

əlaqə vasitələrinə  hələ yiyələnməyi bacarmayıblar; tələbə ona görə 

kütləvi-insani həyat tərzinə qovuşa bilmir ki, fərdiyyətçidir və 

insanlarla hərtərəfli  əlaqə saxlamaq keyfiyyətindən tamamilə 

uzaqdır. Şəhərdən ayrı,  tənha bina. Əsərin ən böyük müvəffəqiyyəti 

fərdiyyətçi tələbənin başına gələn hadisələrin məhz bu TƏNHA 

BİNADA təsvir edilməsidir.  İnsanlarla hərtərəfli ünsiyyətdən 

məhrum olan gəncin başına gələn bu qəzavü-qədər belə  məkanda 

təsvir olunmalı idi: Şəhərdən, binalardan əlaqəsi kəsilmiş bu tək 

bina, adamlardan ayrı düşmüş  tənha gənclə digər planetlərin canlı 

varlıqları ilə əlaqəsi olmayan tənha yer kürəsinin uyğun vəziyyətini - 

böyük yalqızlığı qabarıq göstərmək üçün ən tutarlı simvolik 

obyektdir. Belə əlaqələndirmənin sayəsindədir ki, povestdə möhkəm, 

bitkin ideya-kompozisiya bütövlüyü yaradılmışdır. 

Təsəvvüredilməz dərəcədə müxtəlif və çoxvariantlı, çoxqatlı 

ictimai münasibətlər içərisində  tək qalmaq, "qırıq xətli telefona" 

çevrilmək, doğrudan da faciədir; tələbənin sabit DÜŞÜNCƏ  tərzi 

yalnız bir istiqamətə yönəldiyi üçün, o, vərdiş halını almış belə 

qapalı  vəziyyətindən kənara çıxmaq haqqında qətiyyən fikirləşmir, 

əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır; 

insanlarla əlaqələnmə yolları yox, ayrılma, təcrid edilmə, "qırıq xətli 


 28 

telefona" çevrilmə yolları arayır... 

İctimai elmlərdə fərd, şəxsiyyət, kollektiv, cəmiyyət məsələləri ən 

geniş  şəkildə  və müxtəlif kontekstlərdə araşdırılır.  İncəsənət də bu 

qlobal problemə, öz bucağından baxır. Sənətkarlar müxtəlif bədii 

formada, səpkidə  şəxsiyyət probleminə öz münasabətini bildirir. 

Anarın bu povestinin isə seçilənliyi orasındadır ki, şəxsiyyət, ictimai  

əlaqə problemi əsərdə çox geniş fonda - necə deyərlər, makrokosmik 

miqyasda  əhatə oluna bilər;  əgər məhdud, dar çərçivədə insan 

(konkret halda tələbə) başqaları ilə əlaqə yarada bilmirsə, insanların 

toplusu cəmiyyət, nəhayət, yer kürəsinin sakinləri də digər varlıqlarla 

əlaqə yarada bilmir. İnsanlardan ayrı düşmüş tələbə - binalardan ayrı 

düşmüş bina - planetlərdən ayrı düşmüş planet! Gözəl məntiqi 

əlaqədir... 

Bəlkə  də  əlaqə probleminə münasibəti başqa bədii formada da 

göstərmək olardı. Ancaq hadisələrin ən geniş miqyasda təsviri üçün, 

dar düşüncə tərzinin hüdudlarını ekssentrik bar ehtirasla qırıb məhv 

etmək üçün fantastik üslub daha tutarlı və məqsədəuyğun olmuşdur. 

Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi 

halətlər kimi təsvir edilir. Tələbənin real psixoloji vəziyyəti - isti 

cənub  şəhərində üzücü imtahanlardan çıxması, müvəffəqiyyətlərin 

tam aydın olmayan, qarmaqarışıq sevinci, gərginlikdən sonra boşluğa 

düşməsi onun sonrakı "fantastik vəziyyəti" ilə  məntiqi  şəkildə 

əlaqələndirilir. Həm də onun ruhi sapmaları birdən-birə yox, tədriclə 

və  təmkinlə  təsvir edilir; "fantastik girişdən" - tələbənin başqasını 

abituriyent yoldaşı ilə qarışıq salmasından sonra bir-birinin ardınca 

baş verən "əcaib-qəraib" gözlənilməzliklər onun olmazın ruhi 

sarsıntılar çəkməsinə  səbəb olur. Xüsusilə iki hadisə - 20 mərtəbəli 

binanı axtararkən, birdən yanıb xarabalığa çevrilmiş, pəncərə  və 

qapılarından külək vıyıldayan, mərtəbələrində  sərgərdan itlər 

boğuşan binaya rast gəlməsi və  şəkillərin onun gözü qabağında 

yavaş-yavaş dəyişməsi gəncin  əsəblərini son dərəcə tarıma çəkir və 

onu tam psixopataloji hala salır. Bunlar tələbənin stress vəziyyətini, 

onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş 

şüurunun sarsıntılarını  təsvir etmək üçün ən zəruri bədii 

elementlərdir. Bu əsərdə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, 

elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı 

o qədər usandırır, hətta qorxudur ki, ilk kütləvi həyat tərzinin təsviri 

bizə çox xoş təsir bağışlayır…. 


 29 

Deməli, "başqa növ əlaqə prinsiplərini" dərk etmədən, qarşılıqlı 

münasibətlərdə məqsədəuyğun əlaqə yollarını seçmədən, yeni ictimai  

ünsiyyət vasitələri axtarıb tapmadan, hər cür gözlənilməz ictimai-

təbii hadisələri təmkinlə qarşılamağa hazırlaşmadan, dialektikanı, 

yeniliyi, dəyişməni, inkişafı  nəzəri fikirdən praktikaya keçirmədən, 

onu hətta gündəlik ünsiyyət və  əlaqə vasitələrinin qavranılmasına 

tətbiq etmədən bəşəriyyətin həqiqi kosmik özünüdərki də mümkün 

deyildir. BELƏ ÖZÜNÜDƏRKETMƏNİN REALLAŞMASI  İSƏ 

BƏŞƏRİ-UNİVERSAL HARMONİYAYA YİYƏLƏNMƏK 

DEMƏKDİR. Çağımızın bədii-intellektual, dini-fəlsəfi axtarışları yer 

sivilizasiyasını bu yönəkdə inkişafa kökləyir.  

 

YARADICILIQ POLİFONİYASI: 

NƏSRDƏN SƏNƏT DÜRLƏRİNƏ 

 

Anarın yaradıcılıq polifoniyasında  ən müxtəlif sənət dürlərinin 

tutaşı çoxboyalı estetik görüntü və nizam yaradır. Həyat sanki bütün 

çalarları, çeşidləri, məna saçmaları, yozum imkanları ilə bu 

yaradıcılıqda variasiyalanır, güzgülənir. Sənətkarın nəsr  əsərləri ilə 

yanaşı, pyes, teletamaşa, radiopyes, bədii, sənədli, tele və cizgi 

filmləri, ssenariləri, esseləri, ədəbiyyat və sənət haqqında məqalələri, 

məruzə  və  çıxışları, xatirələri Azərbaycan mədəniyyət və 

incəsənətinin bir yaradıcının dünyasına necə  sığdığına və bu 

dünyadan neçə saçıldığına gözəl nümunədir.  

Anarın dramaturgiyası, ssenari yaradıcılığı və rejissor işi onun öz 

bədii ideyalarını teatral biçimdə, aktyor oyununun dinamikasında, 

şəkillənmə vasitələrində ifadə etmək, həyatla sənətin söz və hərəkət 

uzlaşığında vəhdətini yaratmaq, sözü "yeritmək", ideyanı 

"danışdırmaq" istəyinin, gərəyinin barıdır. 

Dramaturqun aktuallığı ilə seçilən, ən kəskin problemləri hədəfə 

alan pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub. 

Akademik Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri", 

"Adamın adamı" - sonuncu Anarın rejissorluğu ilə - , "Səhra 

yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə  və Zaur"), Rus Dram 

Teatrında "Şəhərin yay günləri", "Təhminə  və Zaur", Gənc 

Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında 

"Qaravəlli" tamaşaya qoyulub. Onun dram əsərləri ölkəmizin başqa 

teatrlarında, eyni zamanda Moskvada Miniatür teatrında, Kazan və 



 30 

Kişinyovun Akademik Dövlət teatrlarında, Daşkənddə Mukimi 

teatrında, habelə Polşa, Bolqarıstan, Türkmənistan, Qırğızıstanda, 

Rusiyanın digər  şəhərlərində oynanılıb. Moskvanın Mərkəzi 

televiziyası "Mən, sən, o və telefon" əsərinin motivləri üzrə "Hər 

axşam 11-də" bədii filmi çəkilib…  

Falqın milli-siyasi varlığını qorumağın özül daşı - onun mənəvi 

bütövlüyünə mane olan hər şey varsa, onunla mübarizə duyğusudur. 

Mənəvi yetkinliyə çatmamış bir kütlə  həyatın  əsas məqsədlərindən 

daim yayınar və gözüdarlığa qapanıb qalar. Anarın "Qaravəlli" 

komediyasında olduğu kimi, diş qurdalamaq üçün çöp axtara-axtara, 

bir-birinin  əlini yuya-yuya, üzü kirli, alnı nursuz qalar! Güzəranı 

qaravəlliləşər! Sonsuz dərəcədə  sərsəm bir vəziyyəti qroteks 

səviyyəsində göstərməsinə görə  Cəlil Məmmədquluzadənin 

"Danabaş  kəndinin məktəbi" ilə  səsləşən bu gülməcə öz içində 

çalxalanan, gicəlib qalmış bir kütləyə kəskin parodiyadır. Anarın bir 

yazıçı kimi daxil olduğu 60-70-ci illər  ədəbi nəslinin Cəlil 

Məmmədquluzadə irsinə, ümumiyyətlə, "Molla Nəsrəddin" 

məktəbinə yalnız üslub cəhətdən bağlılığını iddia edənlər yanılırlar. 

Əslində isə, bu bağlılığın  əsasında sırf ideal məsələsi - xalqın 

özünüdərk probleminə yanaşmadakı ruh yaxınlığı dayanır. Anar, 

Mirzə  Cəlildən, hər  şeydən öncə, tənqid etmək sənətini, cəmiyyət 

həyatına ayıq münasibət göstərmək məharətini mənimsəyib. 

Cəmiyyət həyatının qabarıb-çəkilmələrində isə elə problemlər ortaya 

çıxır ki, onu bütün mahiyyətilə  aşkar etmək  əsl yazıçı  fəhmi tələb 

edir. Tarixin böyük dövrlərini üzbəüz qoyub tutuşduranda amansız 

suallar diklənir. Necə oldu ki, neçə zamanlar bundan qabaq "Çal 

qılıncını, Qazan xan, yetdim!" - deyə bir-birinin dadına yetən 

istiqanlı  və isti qanlı bir millətin övladlarında bir-birinə simsarlıq, 

həyançılıq getdikcə sönükləşdi?! "Şəhərin yay günləri"ndə  Bəhram 

Zeynallıya Qiyas yana-yana, çılğıncasına belə  də deyir: "...Ay əmi, 

sənə qurban olum, nə olub bizə? Axı, biz belə deyildik, ay əmi!..". 

Sonra FF əsr təlxəyi Firuz bu dəyişməni öz təbirincə belə xırdalayır: 

"Adamlar həyatda yavaş-yavaş, misqal-misqal, heç özləri də 

bilmədən satın alınırlar…" "Adamın adamı" pyesində göstərildiyi 

kimi, cəmiyyətin həyatında elə bir vəziyyət əmələ gəlir ki, "Pul cırım 

səninçün" - deyən harınlar zümrəsi yetişir, "Pulun gücünə vurma 

cədvəlini də  dəyişmək olar", "Pulun açdığı qapını avtogen də deşə 

bilməz" - "məntiqi" doğulur, adamlar az qala rüşvətsiz yaşamağın 


 31 

mümkün olduğuna da inanmırlar, düzlükdən, doğruluqdan 

danışanısa, sadəcə olaraq, ciddi adam hesab eləmir, hətta ona, üzdə 

olmasa da, rişxənd eləyirlər... Getdikcə sürəklənən bu mənəvi iflas 

ictimai dağıntılardan tutmuş dövlət ölgünləşməsinə, hakimiyyət 

bayağılaşmasınadək bütün proseslərdə görünəcəkdi. Roma 

aristokratları da quş dilindən təamlar bişirtdirib, səhərədək yeyib-

içərmişlər, - qüvvələri tükənincəyədək... Onların fənalığı isə tarixdə 

başqalarına görk olmadı... 

Elə bu səbəbdən də Anar cəmiyyətdə baş verən böhranları 

cücərtilərində  bəyan etməyə, onların sosial-psixoloji aqibətini 

izləməyə - özü də son dərəcə fərdi araşdırmalarla izləməyə  çalışıb.  

Bəllidir ki, sovet dövründə düyün problemləri açıq  şəkildə 

qaldırmaq olmurdu. Çağdaşlığın yazarı Anar o dövrün nadir 

sənətkarlarından idi ki, ən qatı, deyilməz-dələgətirilməz soruları, 

olumları rəmzi görklərlə, simvolik örtülərdə aydınladırdı. Buna görə 

də Anarın realist üslubunun bir xətti gedib simvolikaya və 

fantasmaqoriyaya dirənir.  

"Səhra yuxuları" dram-pramfletində imperiyaçılığın qamarlayıcı 

siyasəti - belə bir dirənişdə  hədəfdi.  İmperiyaçılar həmişə oyuncaq 

dövlətlərin satqın başçılarını öz kövşənində yalmandırıb 

noxdalayaraq o ölkəni müstəmləkəyə çevirir. Beləliklə, ölkə ikiqat 

möhnətə düçar olur. Hakimiyyəti çərçivələndirilmiş kölə idarəçinin 

zülmü-əndişəsi daha dözülməz olur. Çünki o - basılırkən  əzmək 

məcburiyyətindədir. Bir Laməkan  Şərq ölkəsində - Bayal 

məmləkətindəki diktatura üsul-idarəsinin başıbağlı özbaşınalığı da - 

bir özgənin yox, elə öz halımızı yadımıza salırdı. Bax, bu məqamda 

da Anar öz müəlliminin - böyük Mirzə Cəlilin bədii sənətinə sadiqdi. 

Mirzə  Cəlilin "Danabaş  kəndinin  əhvalatları"nda Məhəmmədhəsən 

əmi obrazı üzərində gördüyü işi - Anar "Dantenin yubileyi"ndə 

Kəbirlinski üzərində görürsə, "Səhra yuxuları" da süjet kəskinliyi, 

sərt ironiyasına görə - "Dəli yığıncağı" ilə səsləşir.  

Yalnız cəmiyyət həyatının  ən gizli axarlarını, insanın daxili 

aləmindəki təbəddülatları  həm yaşadığı dövrün, həm  əbədiyyətin 

meyarları ilə aça bilən, yamanlıqlara göz yummayıb, həqiqəti onun 

ən çətin müdafiə edildiyi lal vaxtlarda cəsarətlə müdafiə edə bilən 

sənətkarın sözü rişə verər, kök atar.  

Nəsri, dramaturgiyası kimi, Anarın ssenari və rejissura 

yaradıcılığı da özəl keyfiyyətlərə malikdir. Anar on bir bədii filmin 


 32 

("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud" - ilk iki 

seriyalı Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", 

"Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", 

"Təhminə", "Otel otağı"), bir neçə  sənədli və televiziya filminin 

("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə - Yeni 

Gəncə", "Bu - Səttar Bəhlulzadədir", "Bu - Cavaddır", "Dindirir əsr 

bizi", "Evləri köndələn yar") ssenari müəllifidir.  "Dantenin yubileyi" 

filminin (Gülbəniz Əzimzadə ilə birlikdə), habelə iki seriyalı "Üzeyir 

ömrü", "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.  

Bir çox nəsr  əsərlərinin səhnə  və ekran variantını yaradan Anar 

sanki sənətin bu yeni imkanları ilə  həyat dramaturgiyasının daha 

gizli qatlarını, cizgilərini üzə çıxarmaq, onları daha görüntülü etmək 

məqsədi daşıyır. Bütövlükdə Anarın səhnə  və ekran əsərləri 

qədərincə cazibədar və geniş tamaşaçı auditoriyasının davamlı 

marağına səbəb olan əsərlərdir. Onun əksər filmləri, televiziya 

tamaşaları neçə illərdir ki, dəbdəndüşməz  şuxluğunu saxlamaqda, 

dərinliyi, istiliyi, məlhəmliyi, temperamenti, kəsərliliyi ilə 

mənəviyyatımızda duyğu-düşüncə bolluğu yaratmaqdadır. Artıq 

Azərbaycan kinosunun klassikasına çevrilmiş "Dədə Qorqud" 

filminə, "Evləri köndələn yar" televiziya tamaşasına hər il (bəzən bir 

neçə  dəfə) baxılır, fəqət doyulmur. "Dədə Qorqud" filmi kimi bir 

sənət örnəyi Azərbaycan olduqca var olacaq, zərifliyin və 

qəhrəmanlığın ölməzliyini zaman-zaman göstərəcək və  bəlli edəcək 

ki, milli sənət və  mənəviyyatımız məhz belə örnəklər təməlində 

əbədi yaşarılıq və törədiçilik gücündədir. Hələ iyirmi il öncə 

Türkiyədə nümayiş etdirilən və  məşhur "Spartak" filmi ilə 

tutuşdurulan "Dədə Qorqud" filmi haqqında Ergün Gözə  əbəs yerə 

yazmırdı: "Dədə Qorqud" filmi göstərdi ki, bizim nağıl dediyimiz və 

ya deməyə məcbur edildiyimiz "Dədə Qorqud"da 16 dövlət qurmuş 

bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə  əxlaqi mühtəva 

var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada 

olmayan türk milləti  əslini heç bir zaman inkar etməz və bir gün 

görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədə 

Qorqudumuz… (Ergün Gözə. "Dədə Qorqud" - "Tərcüman" qəzeti, 

1983). 


Vaxtilə böyük sənətkarımız Rəşid Behbudovun da yüksək qəymət 

verdiyi və haqqında keçmiş SSRİ-nin nüfuzlu "Pravda" qəzetində 

məqalə yazdığı "Üzeyir ömrü" ("Üzeyir Hacıbəyov. "Uzun ömrün 


 33 

akkordları") filmi dahi bəstəkarımızın həyat və  fəaliyyətini bütün 

çevrəsiylə  əks etdirən dolğun bir əsərdir. Anar bu əsərində Üzeyir 

bəyin ömürlüyünün kövrək və mübariz anlarını, üzləşdiyi  əngəlləri, 

qazandığı  uğurları, açdığı ilk cığırların mənasını, nostalgiya və 

fərəhini onun qəlbindən süzülən, dövrünün və  əbədiyyətin ruhunu 

özünə  sığdıran musiqisinin yaranış  və yayılış ritmləri ilə  həmahəng 

səsləndirməyə müvəffəq olmuşdur. Professor Gülrux xanım 

Əlibəylinin bu sözləri həqiqətdir: "Yazıçı  və dramaturq Anar bu 

filmində yalnız bu unikal şəxsiyyətin yaradıcılığına deyil, bütün 

bizim musiqimizə  və  sənətimizə  bəslədiyi sonsuz məhəbbəti ifadə 

edib… Sənət tarixində Anarın "Üzeyir Hacıbəyov" filmi dahiyanə 

tapılmış ideyasına görə bir şedevr - şah  əsər kimi qalacaq …" 

(Gülrux  Əlibəyli. "Musiqi isə diridir" - "Bakinski raboçi", 1 aprel 

1992). "Kino" qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında isə 

(mart, 1997) Oqtay Mirqasımov "Anarın bizim 

kinematoqrafiyamızda rolu olduqca böyükdür" - qənaətinə yalnız 

onun bu sənət sahəsindəki fəaliyyətinin və xidmətlərinin təhlili və 

dəyərləndirilməsi ilə gəlmişdi…  

Anar Azərbaycan mədəniyyətinin yaradıcılarına təkcə  bədii, 

sənədli  əsərlər həsr etməmiş, onların ekran və  səhnə obrazlarını 

yaratmamış, həm də onlar haqqında çoxsaylı  məqalə  və esselər 

yazmışdır. Ümumiyyətlə, Anarın ayrı-ayrı seçkin şair, yazıçı, alim, 

bəstəkar, aktyor, rəssam, memar, ifaçı  və başqa sənətçilərimiz 

haqqında,  ədəbiyyat, tənqid, musiqi, teatr, kino və s. dürlü sənət 

sahələri xüsusunda yazdığı məqalə və esselərində, dünyadan köçmüş 

ədib və sənətçilərə həsr etdiyi ağılar və anlarda, "Sizsiz", "Mübarizə 

bu gün də var", "Gecə düşüncələri", "Əsrim və nəslim" kimi dəyərli 

və orijinal janrlı  əsərlərində Yeni Çağ Azərbaycan mədəniyyəti və 

incəsənətinin zəngin palitrası yaradılır. Elm, incəsənət və 

ədəbiyyatımızın yaradıcı nümayəndələrinə Anarın nəfis baxışı, 

onların yaratdıqlarına dərin araşdırmalar, tutuşdurmalarla müşayiət 

olunan incə, analitik münasibəti bütövlükdə Azərbaycan 

mədəniyyətinin xarakterik cizgilərini, önəmli keyfiyyətlərini, 

struktur mahiyyətini,  şəbəkələnmə prinsiplərini anlamaqda, onun 

təkamül xüsusiyyətlərini dərk etməkdə, perspektiv gəlişmə yönlərini 

aramada çox mühüm əhəmiyyət kəsb edir.  

Mütəfəkkir yazıçının dünya sənətkarları haqqında düşüncələri 

milli mədəniyyətimizin dünya mədəniyyəti ilə  təmas və ilişgilərini 


 34 

bir qədər də artırır və  dərinləşdirir. Azərbaycan - dünya 

mədəniyyətləri arasındakı  İpək Yolu həm də Anarın klassik və 

modern üslubların orijinal sintezindən ibarət olan çoxşaxəli - 

ornamental yaradıcılığından,  genişmiqyaslı 

ədəbi-ictimai 

fəaliyyətindən keçir… 

 

HƏMİŞƏ TƏTİKDƏ, 



YAXUD 

ZAMANLA NƏFƏS-NƏFƏSƏ 

 

Anar yaradıcılığının mühüm bir qolunu da ədəbi, etnoqrafik, 



siyasi publisistika təşkil edir. Onun Azərbaycanın etnoqrafiyası, 

etnocoğrafiyası ilə bu və ya digər  şəkildə bağlı olan yazılarında 

Vətən torpağının  əlvan mənzərəsi yaradılır, hər qarışında 

mənəviyyatımızın, estetik düşüncə  və duyğularımızın boyaları 

çalarlanan, hər qırçını genetik yaddaşımızı çiçəklədən yurdumuz 

aşıb-daşan sərvətləri qədərincə bolluca sevdirilir. - Azərbaycan özü 

boyda bir xalça - milli varlığımızın bütün rənglərini özündə 

ilmələyib əks etdirən xalça şəklində göz önünə gətirilir.  

Dünyanı  gəzib-dolaşan yazıçının "yol yazıları"nda da əcnəbi 

ölkələr haqqında dolğun təsəvvür yaradılmaqla yanaşı, həmin 

yazılarda əcnəbiliyə yenə də azərbaycanlı baxışı ilə - "bizim Anarın" 

gözü ilə baxılır.  

Azərbaycan iki yüz ilin və iki min ilin qovuşması  ərəfəsində 

özünün böyük, həlledici tarixi sınaqlar çağını yaşadı. Azərbaycanın 

milli müstəqilliyi düşüncəsini yaradanlardan biri olan Anarın qələmi 

çağının rənginə boyandı. Hadisələrin ən şiddət çağlarında onun siyasi 

publisistikası xalqının iradəsini yetərincə  kəskin və doğruca ifadə 

edirdi. Anar milli hərəkatı parçalanmalardan saqındırmağa, 

hakimiyyətlə xalqın birliyinin təmin edilməsinə çalışan nüfuzlu söz 

sahibi kimi getdikcə kükrəyən dolaşıq hadisələrə həm Azərbaycanda, 

həm də Azərbaycandan kənarda düzgün münasibətin formalaşması 

üçün  əlindən gələni edirdi. Xüsusilə  təhlükəli təcridolunmaya 

sürüklənən, haqqında minbir iftira qondarılaraq tələyə  çəkilən 

Azərbaycanın beynəlxalq nüfuzunun qorunmasında Anarın qətiyyətli 

sözü, mövqeyi mühüm əhəmiyyət daşıyırdı. O, respublikamızın 

suverenlik  əldə etməsindən iki ay öncə yazdığı "Müstəqilliyin  şirin 

xülyası, yaxud cənab Jirinovski Boris Nikolayeviçin sağlığına badə 


 35 

qaldıracaqmı" adlı publisistik məqaləsində Azərbaycanın 

müstəqilliyinə ikrahla yanaşan, "irticaçı müsəlmanlara qarşı xristian 

Ermənistanın tərəfində durmağa çağıran" sağ-mühafizəkar "Naş 

sovremennik" jurnalının, SSRİ-dən ayrıldığı  şəraitdə ölkəmizin 

parçalanaraq "Azərbaycan Sovet Respublikaları  İttifaqı"na 

çevriləcəyini məzə ilə güman edən "Literaturnaya qazeta"nın 

siyasətbazlarına kəsə, düzünəqulu cavab vermişdi: "Bizə bu da bəsdir 

ki, öz respublikamızın taleyini Moskva mətbəxlərində  həll 

etməsinlər". SSRİ Xalq deputatlarının 31 avqust 1991-ci il 

qurultayında bu sözləri də ilk dəfə deyən Anar idi: "Azərbaycan 

Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında 

akt qəbul etmişdir… Hamımız müstəqillik istəyirik. Üç Zaqafqaziya 

respublikası yalnız o zaman müstəqil ola bilər ki, onların arasında 

sülh və həmrəylik olsun"… 

Həmişə zamanla nəfəs-nəfəsə, sözü tətikdə olan sənətkar 

Azərbaycanın ən ağrılı problemlərinə vaxtında, həssaslıqla və bütün 

kəskinliyi ilə münasibətini bildirmiş  və  həmin problemlər  ətrafında 

ictimai fikir formalaşdırmağa çalışmışdır. Onun 1990-cu ildə 

söylədiyi fikirlər ölkəmizdə vətəndaşlığın tarixi məsuliyyətinin dərk 

olunmasına güclü impuls verən qəti mövqeyi ortaya qoyur. Həmin 

mövqedən faciələrimiz, bizi normal inkişafdan mərhum edən, baş 

məqsədlərdən yayındıran çatışmazlıqlarımız apaydın görünür: "Altı 

və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş 

adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar, 

boş  vədlər, təbiətin kor qoyulması,  şəhərlərimizin zəhərlənməsi, 

mənəviyyatın pozulması, riyakarlıq, saxtakarlıq, rüşvətxorluq, 

qohumbazlıq, yerlibazlıq - cəmiyyətimizdə yer almış bütün bu 

bəlalara görə heç birimiz məsuliyyət, cavabdehlik və  təqsir yükünü 

boynumuzdan ata bilmərik"… 

Anar, həmişə olduğu kimi bu gün də Azərbaycanın mənəvi-siyasi 

mövqeyini ləyaqətlə qorumaq missiyasını davam etdirməkdədir. 

Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanandan sonra da 

onun müxtəlif bəhanələrlə suçlandırılması, təklənməsi siyasəti 

səngiməyib. Anar "Azərbaycançılıq haqqında düşüncələr"  əsərində 

bu siyasətin əsas yönlərini nişan verərək, "Azərbaycanda çeçenlərin 

hərbi düşərgələri, bazaları var, silahlar tranzit olaraq Azərbaycandan 

keçir, Azərbaycanda islam fanatizmi güclənir, təməl dinçilik 

(fundamentalizm) təmayülləri artır, radikal dinçi mərkəzlər fəaliyyət 


 36 

göstərir" və s. kimi Moskva televiziya kanallarının axın-axın 

iftiralarını  sərrast məntiqlə belə puça çıxarır: "Azərbaycanın 

Çeçenistanla sərhəddi yoxdur. Sual olunur, əgər Azərbaycandan 

Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya 

ərazisindən keçirilir və əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, 

Azərbaycanı nədə günahlandıra bilər?" 

Azərbaycan artıq öz yolunu seçib. Onu belə fitnələrlə yolundan 

azdırmaq olmaz. Yazıçı ölkəsinin bu yolda qətiyyətlə irəliləməsinə 

sözü, məntiqi, uzaqgörənliyi ilə dayaq durmaqdadır.  

Artıq Avrasiya ölkələrinin həyatında mühüm rol oynayacaq, Şərq-

Qərb sivilizasiyalarının qarşılıqlı    əlaqələrini bir qədər də 

dərinləşdirəcək  İpək Yolu layihəsi həyata keçirilməyə başlayıb. Bu 

ideyanın ilk rüşeymlərini, özü də onun məhz Azərbaycana, ümumən 

türk dövlətlərinə fayda gətirəcək  şəkildə irəli sürülməsini Anarın 

1991-ci ildə yazdığı  "İpək yolu" məqaləsində görürük. O, dünyanın 

siyasi mənzərəsinin dəyişməsi, yeni düzən yaradılması istiqamətində 

Azərbaycanın bir müstəqil dövlət olaraq strategiyasını 

müəyyənləşdirən amilləri önə  çəkir. Bu strategiyanın prioritet 

yönlərini düzgün seçimləyərək yazır: "Tarixi, dini və ideoloji 

fərqlərlə aralanmış, müxtəlif əlifbalara malik olan türk xalqları hələ 

qeyri-müəyyən vəziyyətdə olan türk aləmini - Vahid Türk dünyasına 

sevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya 

mexanizmləri, institutları yaratmalıdırlar". Yazıçı-publisist tamamilə 

doğru olaraq qeyd edir ki, Vahid Türk dünyasının yaranması - türk 

dövlətlərinin müstəqilliyinin itirilməsi demək deyil, əksinə, bu təbii 

inteqrasiya prosesində müstəqilliklərini möhkəmləndirərək, onların 

vahid, yenilməz bir gücə çevrilməsi deməkdir. O, müasir dünya 

tarixindən ərəb, ingilis dilli ölkələri, Latın Amerikası respublikalarını 

örnək gətirərək, türk dövlətləri inteqrasiyasının da yeni dünyanın 

qlobal inkişaf məntiqindən doğduğu qənaətinə  gəlir. O, bu 

inteqrasiya prosesində Azərbaycanın geostrateji önəm daşımalı 

olduğunu da xüsusi vurğulayır: "Bu tarixən təbii prosesdə 

Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropameylli türk 

sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları) 

və Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk 

əraziləri arasında körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin 

fəzanın mərkəzindədir. Həm coğrafi-siyasi mövqeyinə görə, həm də 

tarixən bir çox məsələlərdə birinciliyinə görə…" Son on iki ilin 


 37 

salxantılı sürəcləri aydınladır ki, tarixin nəticələndirdiyi bu ideyaların 

həyata keçirilməsi reallıqdır. Bu gün Azərbaycan-Türkiyə 

əlaqələrinin gerçək durumu, dövlətimizin regionda apardığı siyasət, 

uluslararası münasibətlərdə ölkəmizin siyasi-iqtisadi mövqeyinin  

getdikcə möhkəmlənməsi, Azərbaycanın Qafqazda liderliyə yetməsi 

prosesi bu özünümüəyyənləşdirmə, özünüüstünlətmə, mədəniyyət və 

mənəviyyatda olduğu kimi siyasətdə  də "aşağılıq kompleksi"ndən 

qürtulma strategiyasının düzgün seçildiyini təsdiq edir. 

*** 


Dünya və Azərbaycan mədəniyyəti irsinə, onun ədəbi-fəlsəfi, 

bədii-estetik, dini-tarixi dəyərlərinə  dərindən bələd olan Anar, 

əslində, milli mədəniyyətimizi  Şərq və  Qərb mədəniyyətləri 

sintezində təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır.  

Dünya mədəniyyətinin  şəhdi-şirəsi Azərbaycan mədəniyyətinə, 

Azərbaycan mədəniyyətinin şəhdi-şirəsi Anar yaradıcılığına süzülüb. 

Ona görə  də bu yaradıcılıqdan dünyanın dərin mənalarına çıxmaq, 

dünyadan bu yaradıcılığın dərin mənalarına enmək mümkündür.  

Azərbaycanın xalq yazıçısı,  əməkdar incəsənət xadimi, 

Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Milli 

Məclisinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli 

Məclisin mədəniyyət komissiyasının sədri, bir çox fəxri adlara layiq 

görülmüş, məktəblidən akademikə  qədər hamının sevimlisi, 

respublikamızın müstəqilləşməsində 

və 

mədəniyyətimizin 



inkişafında mühüm xidmətləri olan yazıçı, dramaturq, publisist, 

esseist, kinorejissor, bütün aydınsal həyatını Vətənimizin, xalqımızın 

tərəqqisinə, gözəl  əsərlər, duyarlı sözlər, tutarlı obrazlar, yozumlu 

hikmətlər yaratmağa həsr etmiş görkəmli ictimai-siyasi xadim, 

"İstiqlal" ordenli Anarın təqribən 45 illik ədəbi-eksiklopedik 

fəaliyyətini dolğunca  əks etdirən və hörmətli oxuculara təqdim 

olunan bu çoxcildlik sözün əsl mənasında Anarın Azərbaycan 

mədəniyyəti salnaməsidir.  

Çağımızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Aytmatovun 

deyimincə, "öz ədəbi dinastiyasını yaratmış Anarın"  ərən ruhu və 

susmaz qələmi onun müdrik, barlı yaşında bundan sonra da 

çiçəkləyəcək, mədəniyyətimizi əvəzsiz incilərlə zənginləşdirəcəkdir.  

 

RAHİD ULUSEL 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin