A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   14   15   16   17   18   19   20   21   ...   102
Pambıqçılıq.  Pambıq  ən  qiymətli,  sərfəli  və  perspektivli  texniki 

bitkilərdən  biri  kimi  dünyada  Ģöhrət  tapmıĢdır.  Dünya  toxuculuğuna  sərf  edilən 

xammalın  70-75  faizini  pambıq  təĢkil  edir.  Ġndi  artıq  sübut  olunmuĢdur  ki,  bu 

qiymətli bitkidən 250-dən çox məhsul alınır. Hər bir ton pambıqdan orta hesabla 3 

min parça, 100-110 kq pambıq yağı, 200-250 kq jmıx, bir neçə kiloqram sabun, 

qliserin,  yapıĢqan,  kağız, barıt və digər qiymətli  məhsullar hazırlanır. Pambıqdan 

həm yanacaq, həm də alaf kimi istifadə edilir. Deməli, belə bir yüksək keyfiyyətli 

bitkiyə "ağ qızıl" adının verilməsi tamamilə qanunauyğundur. 

ġərq  aləmində  çox-çox  qədimlərdən  becərilən  və  lifli  bitkilər  içərisində 

birinci  yeri  tutan  pambıq  əsrlər  boyu  toxuculuq  sənəti  üçün  əsas  xammal  hesab 

edilmiĢdir. 

Bu  son  dərəcə  qiymətli  bitkinin  ilk  dəfə  kimlər  tərəfindən  mədəni  hala 

salınaraq becərilməsi hələlik qəti müəyyənləĢdirilməmiĢdir. Lakin hələ eramızdan 

çox-çox qabaq Afrika və Ərəb ölkələrində, Hindistanda, Çin, Ġran, Meksika, Peru, 

Əfqanıstan,  Orta  Asiya  və  bir  sıra  baĢqa  ölkələrdə  pambığın  becərilməsini  və 

ondan bol məhsul götürülməsini təkzibedilməz dəlillər sübut edir. 

Hindistanda hələ 3 min il bundan əvvəl pambıq becərildiyi barədə bir sıra 

məlumatlar  vardır.  E.ə.  V  əsrdə  yaĢamıĢ  yunan  tarixçisi  Herodot  yazır  ki, 

Hindistanda qəribə ağac var, onun çiçəyi meyvə deyil, yun gətirir. 

Orta Asiya və Zaqafqaziya ərazisi də ən qədim pambıqçılıq rayonlarından 

hesab edilir. ġübhəsiz, Azərbaycanda əsrlər boyu texniki bitkilər içərisində birinci 

yeri  pambıq  tutmuĢdur.  ġərq  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  pambıq 

çox  qədim  zamanlardan  becərilmiĢ  və  ondan  istifadə  edilmiĢdir.  Pambığın 

Azərbaycana  Ġran  və  baĢqa  ġərq  ölkələri  vasitəsilə  Afrika  və  Ərəb  ölkələrindən 

keçməsi  güman  edilir.  Lakin  burada  pambığın  nə  vaxtdan  etibarən  becərilməsi 

məsələsi  hələ  dəqiq  müəyyənləĢməmiĢdir.  Azərbaycanda  hələ  e.ə.  IV-III  əsrlərdə 

pambığın  becərilməsini  iddia  etmək  olar.  Heç  Ģübhəsiz,  iqlim  Ģəraiti  ilə  əlaqədar  lap 

qədimlərdən Cənubi Qafqazda ən çox pambıq bitkisi Azərbaycanda becərilmiĢdir. Bu fikri 




 

 

193 



müasir Ģəraitdə Azərbaycanın Zaqafqaziyada əsas pambıqçılıq rayonu olması da bir daha 

təsdiq edir. 

Eramızın V əsrində yaĢamıĢ Moisey Xorenski "Erməni tarixi" adlı əsərində yazır 

ki, Mil və Muğan ərazisində yaĢayan əhali baĢqa mükəlləfiyyətlərlə yanaĢı, pambıqdan da 

natura Ģəklində vergi verirdilər. Deməli, Azərbaycanın nisbətən isti rayonlarında süni 

suvarmaya  əsaslanan  pambıqçılıq  yerli  əhalinin  təsərrüfat  məĢğuliyyətində  özünə 

möhkəm yer tutmuĢdur. 

Alban tarixçisi M.Kalankatuklu "Alban tarixi" əsərində baĢqa bitkilərlə yanaĢı, 

pambığın da becərildiyini xəbər verir [1]. 

Eramızın VII əsrinə aid "Erməni coğrafiyası" əsərində Azərbaycanın orta əsr 

Ģəhərlərindən olan Beyləqan ərazisində "hesaba gəlməz dərəcədə pambıq" becərildiyi 

göstərilir [2].  Heç  Ģübhəsiz,  həmin dövrdə Muğan  və Mil düzlərində  geniĢ  sahələrdə 

pambıq bitkisi becərilmiĢ və onun lifindən toxuculuqda geniĢ istifadə edilmiĢdir. 

Arxeoloji qazıntılar  zamanı  qədim  Mingəçevirdən  tapılan  və  e.ə.  III-VIII 

əsrlərə aid edilən pambıq kələfləri, xüsusilə pambıq toxumlarının əldə edilməsi böyük 

əhəmiyyət  kəsb  edir.  Həmin  toxumların  mütəxəssislər  tərəfindən  araĢdırılmasından 

aydın  olmuĢdur  ki,  onlar  Azərbaycanda  son  zamanlara  qədər  becərilən  bəzi  pambıq 

növlərilə yaxınlıq təĢkil etmiĢdir [3]. 

Eramızın X əsrində yazılmıĢ anonim "Hüdudül-aləm" əsərində Azərbaycan əya-

lətlərində  pambıq  becərildiyi  və  ixrac  olunduğu,  habelə  onun  ticarətdə  mühüm  yer 

tutduğu  xəbər  verilir  [4].  Azərbaycanın  pambıq  tarlalarından  əldə  edilən  məhsuldan 

Bərdə, Beyləqan, Gəncə, Naxçıvan, Təbriz, Xoy, Mərənd və baĢqa orta əsr Ģəhərlərində 

müxtəlif  çeĢidli  pambıq  parçalar  toxunurmuĢ.  Gəncə  toxucu  ustalarının  pambıqdan 

hazırladıqları parçalar təkcə daxili bazarlarda deyil, həm də xarici bazarlarda yüksək 

qiymətləndirilirdi [5]. 

Eramızın XI-XIII əsrlərindən pambıqçılıq xeyli inkiĢaf edir. Pambıq sahələ-

rindən toplanan bol məhsul toxuculuqda xammal kimi daha geniĢ istifadə edilirdi. 

XIII


 

əsr tarixçisi Zəkəriyyə Qəzvini yazır ki, Gəncə toxucuları əl-kütni adlı gözəl 

pambıq parça və əlgəncə adlı müxtəlif növ parçalar hazırlayırdılar [6]. ġübhəsiz, təkcə 

Ģəhər toxucu sənətkarları deyil, eyni zamanda kəndlərdə də pambıqdan müxtəlif çeĢidli 

palaz, geyim Ģeyləri və s. toxunmuĢdur. 

XIV


 

əsr Ġran tarixçisi Həmdullah Qəzvini "Nüzhətül-qülub" əsərində Marağa, 

Beyləqan,  Naxçıvan  və  Ordubad  Ģəhərlərinin  ətraf  ərazisində  pambıq  bitkisi  yetiĢ-

dirildiyini  xəbər  verir  [7].  Pambığa  olan  tələbatla  əlaqədar  olaraq,  bu  sahə  daha  da 

geniĢləndirilmiĢ və ayrı-ayrı pambıqçılıq rayonları yaranmıĢdır. Heç Ģübhəsiz, XI-

XVI əsrlərdə Azərbaycanda pambıq bitkisinin becərilməsi əvvəlki dövrlərə nisbətən 

daha  da  geniĢləndirilmiĢ  və  bu  ərazidə  bir  neçə  pambıq  növü  becərilmiĢdir.  Bu 

cəhətdən XVII əsr türk səyyahı Evliya Çələbinin verdiyi məlumat daha qiymətlidir. O, 

"Səyahətnamə"  əsərində  təkcə  Naxçıvan  ərazisində  zəki,  manlayı,  zəfəranı,  lali, 

bəzəyi, xaos və baĢqa növ pambıq becərildiyini qeyd edir. Hələ  XVIII əsrin birinci 

yarısında  Azərbaycanın  Mil,  Muğan  və  ġirvan  düzənliklərində  çoxlu  pambıq 



 

 

194 



becərilmiĢdir.  Gəncə,  Naxçıvan  və  Salyanın  ətraf  ərazilərində  də  çoxlu  pambıq 

sahələri olmuĢdur [8]. 

Toxuculuğun  daha  sonrakı  inkiĢafı  nəticəsində  XVI-XVII  əsrlərdə  texniki 

bitkilər  içərisində  yenə  də  pambıq  aparıcı  mövqeyə  malik  olur.  Azərbaycanın  əya-

lətlərinin çoxunda pambıq becərilmiĢ və sahələrdən bol məhsul götürülmüĢdür [9]. XVI 

əsrdə  Azərbaycanda  olan  ingilis  taciri  L.Çepmen  xəbər  verir  ki,  burada  yüksək 

keyfiyyətə  malik  çoxlu  pambıq  becərilir.  Pambıq  toxumunu  ĢumlanmıĢ  sahəyə  səpirlər 

və  becərməyə  xeyli  əmək  sərf  edirlər.  Bu  baxımdan  XVII  əsrdə  Azərbaycanda  olan 

A.Olearinin  məlumatı  daha  səhih  və  ətraflıdır.  O  xəbər  verir  ki,  Azərbaycan  və  ona 

qonĢu  olan  ölkələrdə  pambıq  becərilirdi.  Pambıq  Səfəvi  dövlətinin  demək  olar  ki, 

bütün əyalətlərində becərilirdi. Pambıq məhsulu sənətkarlıq və  ticarətdə çox mühüm 

rol oynayır. Bir sıra Ģəhər və kənd əhalisi pambığın hesabına  dolanır. Ən çox pambıq 

məhsulu Ġrəvan, Naxçıvan, bütün Qarabağ, Arazbasar və Xorasan torpaqlarından götürülür 

[10].  "Pambıq,  demək  olar,  bütün  vilayətlərdə  becərilir;  bütün  ölkələrə  baĢdan-baĢa 

pambıq səpilir: o bir qulac hündürlüyiində topa halında bitir. Yarpaqları üzüm yarpaqlarına 

bənzəyir, amma ondan xeyli kiçikdir; gövdəsinin ucunda iri, qoz boyda yumrular əmələ 

gəlir; yetiĢmək məqamı gələndə bu qozalar dörd, ya altı yerdən yanlara doğru pardaqlanır 

və yarpaqlardan  pambıq partlayır. Burada hər cür pambıq məmulatı hazırlamaq üçün son 

dərəcə  çox  pambıq  istehsal  olunur.  Pambıq,  ümumiyyətlə,  mühüm  sənaye  və  ticarət 

bitkisidir. Çoxlu Ģəhərlər və kəndlər ancaq və müstəsna olaraq pambıqla dolanır" [11]. 

Mənbələrdə göstərilir ki, hələ Cənubi Qafqazın bütün Ģərq əyalətlərində 1828-ci ilə 



 

 

195 



qədər pambıq becərilirdi [12]. 

Bu gəlirli bitkinin əhəmiyyəti bəlli olduqca, ona olan maraq da güclənirdi. Cənubi 

Qafqazda pambıqçılığın inkiĢaf etdirilməsilə əlaqədar olaraq XIX əsrin 30-cu illərindən 

etibarən  Azorbaycanda  Misir  və  Braziliya  pambıq  növləri  becərilməyə  baĢlanır.  Bu 

dövrlərdə Azərbaycanın bəzi əyalətlərində Amerika pambıq növü əkilsə də, Misir növü 

yerli Ģəraitə daha uyğun gəldiyi üçün geniĢ becərilirdi. Lakin  bu gəlmə  növlərlə bərabər 

yerli  və  Mazandaran  növləri  də  müvəffəqiyyət  qazanmıĢdı.  Bu  növə  yerli  əhali  Asiya 

quzası  -  "Qara quza" adı vermiĢlər [13]. Bu pambıq  növünün  telləri  zərif  olduğundan, 

onun məhsuldarlığı aĢağı olsa da belə toxuculuqda çox yüksək qiymətləndirilir. 

XIX əsrin birinci yarısında Azərbaycanda pambıq sahəsi xeyli geniĢləndirilmiĢ, 

məhsuldarlıq nisbətən artmıĢ, gəlir çoxalmıĢdır. Lakin təsərrüfatın bu sahəsində bəzi 

yeniliklər  olsa  da  onun  becərilməsi  yenə  də  ənənəvi  qaydada  aparılırdı.  Pambıq 

sahələrinin əkilib becərilməsi üçün elə bir yenilik və tədbirlər görülmürdü. Tarlalar sadə 

cüt və qara kotanlar vasitəsilə Ģumlanırdı. Bu alətlərlə Ģumlanan sahə istənilən qaydada 

malalanmadığından bəzən iri kəsəklər qalır. Səpin zamanı toxum dərinə düĢür və bu da 

pambıq bitkisinin normal inkiĢaf etməsinə mənfi təsir göstərirdi. Sahə əsasən bir, bəzən 

də iki dəfə Ģumlanırdı. Sadə ağac malalar pambıq çiyidini lazımi səviyyədə basdıra 

bilmirdi. 

Səpin üçün pambıq toxumu əvvəlcədən ayrılırdı. Onu taxıl kimi (hər desyatinə 

8-10  pud  çiyid)  səpirdilər.  Pambıq  tarlalarının  gübrələnməsinə,  dincə  qoyulmasına  və 

növbəli əkin sisteminə demək  olar ki, əməl edilmirdi.  Çox vaxt suyun çatmaması və 



 

 

196 



sahənin lazımi səviyyədə suvarılmaması ucundan pambıq tarlaları yanıb məhv olur və 

ya çox az məhsul götürülürdü. Seyrəltmədə də lazımi qayda-qanun yox idi. Pambığın 

alağının vaxtında vurulmasına da fikir verilmirdi. Ziyanvericilərə qarĢı demək olar ki, 

heç bir tədbir görülmürdü. Pambığı əl ilə yığıb ya çiyinlərində olan heybələrə və ya da 

bellərinə  bağlanmıĢ  önlüyə  tökürdülər.  Pambıq  günün  altında  quruyurdu.  Bütün  bu 

amillər  isə  Azərbaycanda  pambıqçılığın  inkiĢafına  mane  olmaqla  belə,  onun 

məhsuldarlığına da mənfi təsir göstərirdi. 

Bütün bunlara baxmayaraq, XIX əsrin ikinci yarısından etibarən pambığa olan 

tələbatın artması ilə bu bitkinin əkin sahəsi geniĢləndirilmiĢ və toplanan məhsulun qədəri 

də  çoxalmıĢdır.  1869-cu  ildə  Bakı  quberniyasında  50  min  pud,  Yelizavetpol 

quberniyasında  isə  1873-cü  ildə  7020  puda  qədər  pambıq  əldə  edilmiĢdi  [14].  Bu 

inkiĢaf  özünü  XIX  əsrin  80-ci  illərindən  etibarən  daha  bariz  Ģəkildə  göstərməyə 

baĢladı.  Bunun  əsl  səbəbi  isə  Rusiya  toxuculuq  sənayesinin  pambığa  olan  böyük 

tələbatı  ilə  əlaqədar  idi.  Rusiyanın  bir  sıra  iri  toxuculuq  sənaye  müəssisələri  bol 

xammal-pambıq  tələb  edirdi.  "Azərbaycanda  əlveriĢli  iqlim  Ģəraiti  və  zəngin  suvarma 

sərvətlərinin  mövcud  olması,  kəndlilərin  pay  torpaqları  ilə  kifayət  qədər  təmin 

edilməməsi,  pambıqçılara  aqrotexniki  yardım  göstərmək,  Rusiya  ticarət  və  sənaye 

kapitalının  Azərbaycan  pambıqçılığına  daxil  olması,  pambıq  rayonlarında  suvarma 

Ģəbəkələrinin  geniĢləndirilməsi,  Cənubi  Qafqaz  və  ġimali  Qafqaz  dəmir  yollarının 

çəkilməsi,  vətən  pambıqçıhğını  əcnəbi  rəqabətdon  qoruyan  gömrük  mühafızəsi 

tədbirləri, pambıq ticarətinin geniĢləndirilməsi, əmtəə-pul və kredit münasibətlərinin 

inkiĢafı və digər bu kimi amillər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan 

pambıqçılığının  sürətlə  inkiĢaf  etməsinə  təkan  verdi"  [15].  Bu  dövrdən  pambıqçılıq 

kənd təsərrüfatının əsas istehsal sahəsinə çevrildi. XIX əsrin sonunda pambıq sahələri xeyli 

geniĢləndirilərək 20 min desyatinə çatdırıldı [16]. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  kənd  təsərrüfatı  alətlərinin 

təkmilləĢdirilməsi  və  qismən  maĢının  tətbiqi  Azərbaycanda  pambıqçılığın 

inkiĢafına  böyük  təsir  göstərirdi.  Rusiyada  istehsal  olunan  təkmilləĢdirilmiĢ  kənd 

təsərrüfatı alətləri Azərbaycan kəndində də istifadə edilirdi. Belə alətlərdən tək və 

cüt  gavahınlı  kotanlar,  toxumsəpən  maĢınlar,  dəmir  malalar  və  baĢqalarını 

göstərmək olar. Hətta az da olsa traktor və daha təkmilləĢdirilmiĢ kotanlar meydana 

çıxmıĢdı  [17].  Azərbaycanda  pambığın  məhsuldarlığını  yüksəltmək  məqsədilə 

maĢınların tətbiqi ilə  yanaĢı,  çiyidin  satılması və  paylanması təĢkil edilir, təcrübə 

stansiyaları yaradılır, təcrübə tarlaları salınır, təcrübə mübadilələri keçirilirdi [18]. 

Bütün bunlar öz müsbət rolunu oynamıĢdır. 

Bu  dövrdə  pambıqçılığın  inkiĢafı  ilə  əlaqədar,  pambıq  emalı  sənayesi 

yaranır. Ölkədə pambıqtəmizləmə iĢi meydana çıxırdı. Artıq XIX əsrin sonlarında 

Azərbaycanda  40-dan  artıq  pambıqtəmizləyən  zavod  var  idi.  XX  əsrin 

əvvəllərində,  xüsusilə 1912-ci ildə  Azərbaycanda  150-yə  qədər pambıqtəmizləmə 

zavodu fəaliyyət göstərirdi. 

Pambıqtəmizləyən  zavodlardan  istehsal  edilən  mahlıc  pambıq-parça 



 

 

197 



fabriklərinə, çiyid isə yağ hasil edilən zavodlara aparılırdı [19]. 

Pambıqçılıqda  kapitalist  münasibətləri  özünü  daha  qabarıq  Ģəkildə 

göstərirdi.  Hətta  pambıq  bitkisinin  geniĢ  becərildiyi  yerlərdə  pambıq  bəyləri 

meydana çıxır və bu sahədə muzdla iĢləyən kəndlilər daha ağır istismar edilirdilər 

[20]. 

XIX əsrin sonu, XX əsrin əvvəllərində kənd təsərrüfatında qazanılmıĢ bir 



sıra müvəffəqiyyətlərə baxmayaraq, baĢqa sahələrdə olduğu kimi, pambıqçılıqda da 

gerilik  hökm  sürürdü.  Birinci  dünya  müharibəsi  illərində  Azərbaycanda  100  min 

desyatindən çox pambıq sahəsi var idi. 1913-cü ildə pambıq məhsulu 65 min ton, 

məhsuldarlıq isə hər hektardan 6,2 sentnerə qədər idi [21]. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin