QOYUNÇULUQ
Qoyunlu evlər gördüm,
QurulmuĢ yaya bənzər.
Qoyunsuz evlər gördüm,
QurumuĢ çaya bənzər.
Azərbaycan həm da ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır.
Azərbaycanın təbii-coğrafı Ģəraiti bu ərazidə maldarlığın, xüsusilə
qoyunçuluğun yaranmasına və inkiĢafına xüsusi təsir göstərmiĢdir. Həmin dövrdə
Azərbaycanda yaĢayan qəbilələrin əkinçilik və maldarlıqla məĢğul olmaları onların
məiĢətində böyük dəyiĢikliklərə səbəb olmuĢdur. Bu dövrdə insanlar kollektiv
Ģəkildə güzəran keçirsələr də maldarlıqda, xüsusilə ona qulluq etməkdə,
bəsləməkdə əsas yeri kiĢilər tutmuĢdur.
Azərbaycanda Neolit dövrünə aid bir sıra abidələrdə iri və xırdabuynuzlu
heyvan sümükləri aĢkar edilmiĢdir. Lakin bu heyvan sümükləri içərisində qaramal
sümükləri daha çoxdur. Bu dövrdə oturaq maldarlıq forması Ģəraitində üstünlüyü
qaramal təĢkil etmiĢdir. Qoyunçuluq maldarlıq təsərrüfatında ikinci yeri tutmuĢdur.
Mal-qara əsas yaĢayıĢ yerinin ətrafındakı örüĢlərdə otarılmıĢ, axĢamlar isə yaĢayıĢ
yerində saxlanılmıĢdır. Ġbtidai icma quruluĢunda yaĢayan əhali xırdabuynuzlu
heyvanların ətindən, yunundan, dərisindən, südündən istifadə etmiĢ və qismən də
sümüyündən müxtəlif alətlər hazırlayıb məiĢətdə iĢlətmiĢlər. Qoyunçuluq Eneolit
və Tunc dövrlərində daha da inkiĢaf etmiĢdir. E.ə. V-II minilliklər arasında qoyun-
çuluq təsərrüfatı xeyli geniĢləndirilmiĢ və ümumi Azərbaycan miqyasında maldar-
lıq təsərrüfatında birinci yerə çıxa bilmiĢdir. ġübhəsiz ki, bu, bir sıra obyektiv
səbəblərlə əlaqədar olmuĢdur.
226
E.ə. IV milliyin sonundan II minilliyin ortalarınadək qoyunçuluq dövrünə
görə xeyli inkiĢaf etmiĢ, qoyun sürülərinin sayı artmıĢ və maldarlıq təsərrüfatında
aparıcı sahəyə çevrilmiĢdi.
E.ə. IV-II minilliklərdə əhalinin əvvəlki dövrə nisbətən xeyli artımı,
iqtisadi əlaqələrin və mübadilənin nisbətən geniĢlənməsi xırdabuynuzlu heyvan
sürülərinin sayının artmasına Ģərait yaratdı.
Heyvan sürülərinin artırılması, otlaq yerlərinin geniĢləndirilməsi və
qorunması, həmçinin sürülərin saxlanılması əsasən kiĢilərin öhdəsinə düĢürdü. Bu
münasibətlə F.Engels yazırdı: "Sürülər yeni peĢə vasitələri idi: onların ilkin
əhliləĢdirilməsi, sonra da onlara baxılması kiĢinin iĢi idi" [8].
Azərbaycanda yaĢayan əhali e.ə. IV-II minilliklərdə xırdabuynuzlulardan
əsasən ətlik, südlük, yunluq və mübadilə üçün istifadə etmiĢlər. Həmin dövrdə
qoyunçuluğun birinci yerə çıxmasına köçmə maldarlıq formasının yaranmasının və
inkiĢaf etməsinin də az təsiri olmamıĢdır.
E.ə. I minillikdən etibarən ibtidai icma quruluĢu dağılmıĢ və tədricən ilk
sinifli cəmiyyət yaranmıĢdır. Bu dövrdə qoyunçuluq daha da inkiĢaf etdirilmiĢ və
əhalinin təsərrüfat məiĢətində müstəsna rol oynamıĢdır.
Cənubi Qafqazda qoyunçuluğun inkiĢafı barədə Urartu mixi yazılarında
xeyli məlumat vardır. Həmin mixi yazılarda xəbər verilir ki, Menuanın oğlu I ArgiĢti
Manna və BuĢtu ölkələrinə dəfələrlə etdiyi hücum zamanı çoxlu xırdabuynuzlu
heyvan sürüləri aparmıĢdır. I ArgiĢti e.ə. 780-ci ildə Manna ölkəsinə hücum edərək
33203 baĢ, 779-cu ildə Manna və BuĢtu ölkələrinə hücum etdiyi zaman 36830 baĢ,
777-ci il isə həmin ölkələrdən 19550 baĢ xırdabuynuzlu heyvan aparmıĢdır [10].
E.ə. VIII əsrin ortalarında I ArgiĢtinin oğlu II Sardurun Cənubi Qafqaza
bir il ərzində etdiyi yürüĢlər zamanı 214700 baĢ xırdabuynuzlu heyvan apardığı
göstərilir [11]. "Avesta"nın bir qədər sonrakı dövrlərə aid hissələrində 10 minə
qədər xırdabuynuzlu heyvanların qurban kəsilməsi qeyd edilir [12]. Bir halda ki,
qurbanlara bu çoxluqda heyvan kəsilirmiĢ, onda burada yüz minlərlə
xırdabuynuzlu heyvanın saxlanılması aydın olur.
E.ə. I millikdən eramızın III əsrlərinə qədərki dövrə aid bir sıra arxeoloji
abidələrdən tapılan xırdabuynuzlu heyvan skeleti, onların bu və ya digər abidələr
üzərində təsviri qoyunçuluğun dövrünə görə böyük əhəmiyyət kəsb etdiyini gös-
tərən əsas amillərdəndir. Lakin qoyunçuluğun inkiĢaf etməsinə baxmayaraq,
qədimdə cinsləĢmə prosesi son dərəcə ləng gedirdi. Ġstehsal münasibətinin dövrünə görə
aĢağı səviyyədə olması, əhalinin bu sahədə empirik təcrübəsinin azlığı yeni cins
yetiĢdirmək iĢini xeyli çətinləĢdirirdi. Mütəxəssislərin osteoloji materiallar üzərində
apardıqları tədqiqlərindən aydın olur ki, əsrlər keçsə də cinsləĢmədə dəyiĢikliklər çox
az olurdu. Lakin təbii-coğrafi Ģəraitə uyğun davamlı heyvan cinsləri formalaĢmalı idi.
Tez-tez baĢ verən müharibələr zamanı əldə edilən heyvan sürülərinin bir-birinə qarıĢması
və iqtisadi-mədəni əlaqələrin geniĢlənməsi də yeni heyvan cinsinin yaranmasına imkanı
artırdı.
227
Mingəçevirdə aparılan arxeoloji qazıntılar nəticəsində aĢkar edilən osteoloji
qalıqların az bir qisminin tədqiqindən aydın olur ki, qədim Mingəçevir quyruqlu
qoyunu müasir bozaq qoyunlarla, keçiləri isə müasir yerli Azərbaycan cinsilə çox
yaxınlıq təĢkil edir. Lakin bunların arasında müəyyən fərq də vardır. Qədim Mingəçevir
qoyun və keçiləri Azərbaycanın müasir qoyun və keçilərinə nisbətən gödək-ayaqlı,
iribədənli və çəkisi etibarilə ağır olmuĢdur [13].
Eramızın III-V əsrlərindən Azərbaycanda feodalizm cəmiyyətinin
təĢəkkülü və inkiĢafı dövründə qoyunçuluğun da əvvəlki dövrə nisbətən xeyli inkiĢaf
etdiyini sübut edən lazımi qədər sübutlar vardır. Hətta əsrlər boyu Azərbaycana edilən
arası kəsilməyən hücumların əsas səbəblərindən biri burada maldarlığın, xüsusilə qoyun-
çuluğun dövrünə görə yüksək səviyyədə inkiĢafı olmuĢdur. Feodal hakimiyyəti
dövründə qoyunçuluq daha da inkiĢaf etmiĢdir. Belə bir Ģəraitdə yeni yarımköçəri
maldarlıq forması meydana çıxmıĢdır. Bu formanın təxminən feodalizmin Azər-
baycanda təĢəkkül tapıb inkiĢaf etdiyi bir dövrdə yaranmasını ehtimal etmək olar. Lakin
bu forma XI-XIII əsrlərdə daha geniĢ Ģəkil almıĢ və sonrakı əsrlərdə öz mövqeyini
xeyli gücləndirmiĢdir.
Eramızın IX-XII əsrlərində Azərbaycan Ģəhərləri daha da inkiĢaf edirdi. Bu
Ģəhərlərdə toxuculuğun inkiĢafı xeyli geniĢlənirdi. Bu da, heç Ģübhəsiz, xammalın
bolluğu ilə əlaqədar idi. Qoyunçuluğun inkiĢafı Ģəhər sənətkarlarını yun ilə təmin
edirdi. ġəhərlərin məĢhur bazarlarında yunla yanaĢı, həm də xırda buynuzlu heyvanlar
satılırdı. Bu cəhətdən Bərdənin Gülsara bazarı daha məĢhur idi. Eramızın X əsrində
yaĢayan ərəb alimi Ġbn Hövqəlin verdiyi məlumat, yalnız ticarətin deyil, həm də
qoyunçuluğun dövrünə görə yüksək səviyyədə olduğunu sübut edir. O yazır ki, Bərdənin
Gülsara bazarında bir dəfəyə bir milyon baĢ xırdabuynuzlu heyvan satılırdı [14].
Doğrudur, bu rəqəmdə xeyli ĢiĢirdilmə halları vardır. Lakin bu dəlil Azərbaycanda
sayagəlməz heyvan sürülərinin olmasına iĢarədir. Eramızın 664-cü ilində CavanĢir
hunların Albaniyadan apardıqları 120 min baĢ xırdabuynuzlu heyvanları geri
qaytarmıĢdır [15]. Deməli, həmin dövrdə Azərbaycanda çoxlu heyvan sürülərinin
olması halı heç cür Ģübhə doğura bilməz.
Azərbaycanda orta əsrlərdə qoyunçuluq təsərrüfatının araĢdırılmasında
"Kitabi-Dədə Qorqud" əsərinin böyük əhəmiyyəti vardır. Əsasən maldar əhalinin
həyatından bəhs edən bu abidə təxminən eramızın X-XI əsrlərinə aid hadisələrlə
səsləĢir. Bu əsərdə xırdabuynuzlu heyvanlar haqqında məlumat daha ətraflıdır. Əsərdə
Salur Qazanın on min qoyunu olması faktı qoyunçuluq təsərrüfatı baxımından böyük
marağa səbəb olur [16].
Əsasən köçmə və yarımköçəri maldarlıq formasına əsaslanan qoyunçuluq təsər-
rüfatı sonrakı əsrlərdə də durmadan inkiĢaf etdirilmiĢdir.
Azərbaycan ərazisinin bir sıra guĢələrində orta əsrlərə aid qoyun, qoç və quzu-
dan ibarət daĢ heykəllərin varlığı, xırdabuynuzlu heyvan təsvirləri onun müqəddəs
heyvan sayılması, həm də aparıcı təsərrüfat sahələrindən biri olmasını təsdiqləyir. Lakin
bu inkiĢaf özünü XIX əsrdə daha qabarıq Ģəkildə göstərir. Bu dövrdə xırdabuynuzlu
228
heyvanların sayı əvvəlki əsrlərlə müqayisə edilməz dərəcədə artmıĢdı. Qoyunçuluqda
kəmiyyət və keyfiyyət dəyiĢiklikləri baĢ vermiĢdi. XIX əsrdə iqtisadiyyatda ikinci yeri
tutan maldarlıq təsərrüfatında xırdabuynuzlu heyvanların mövqeyinin daha üstün
olduğunu sübut edən çoxlu dəlillər vardır.
XIX əsrin birinci yarısında xırdabuynuzlu heyvanların sayı və tutduqları möv-
qeləri haqqında verilən məlumatlar tam olmasa da, müəyyən mülahizələr söyləməyə
imkan verir. 1843-1851-ci illərdə Azərbaycanın bir sıra qəzalarında xırdabuynuzlu
heyvanların sayı müxtəlif olmuĢdur. Məsələn, 1843 və 1851-ci illərdə Quba qəzasında
müvafiq olaraq 159419 və 147296 baĢ, Bakı qəzasında 50841 və 27125 baĢ, ġamaxı
qəzasında 133201 baĢ, [17] ġəki qəzasında 18500 və 32620 baĢ, ġuĢa qəzasında 79114
və 307562 baĢ, Lənkəran qəzasında 35842 və 60000 baĢ [18] xırdabuynuzlu heyvan
olmuĢdur. XIX əsrin ən mühüm qoyunçuluq ərazisindən biri, heç Ģübhəsiz, Yelizavetpol
ərazisi olmuĢdur. 1845-ci ildə Yelizavetpol qəzasında xırdabuynuzlu heyvanların sayı
441180 baĢa çatdırılmıĢdı [19]. Naxçıvan qəzasında isə xırdabuynuzlu heyvanların sayı
1844-cü ildə 34616 baĢ, 1849-cu ildə 42668 baĢ olmuĢdu. Demoli Naxçıvan qəzası
göstərilən dövrdə bu sahədə baĢqa qəzalardan xeyli geridə qalırdı. Bu sahədə Car-Balakən
dairəsi daha böyük üstünlük qazanmıĢdı. Burada 1845-ci ildə 185780 baĢ
xırdabuynuzlu heyvan olmuĢdur [20].
Bu göstərilən dəlillər Azərbaycanda XIX əsrin birinci yarısında qoyunçuluğun nə
dərəcədə yayılıb inkiĢaf etdiyini sübut edir. Lakin həmin dövrdə Azərbaycanda daha çox
xırdabuynuzlu heyvan olduğunu qeyd etmək olar. Siyahının tam aparılmaması, müəyyən
ərazidə qoyunların siyahıya düĢməməsi, bəzən də bu iĢə qeyri-normal hal kimi
baxılması qoyunçuluğun ümumi inkiĢaf dinamikasını aydınlaĢdırmağa imkan vermir.
XIX əsrin ikinci yarısında xırdabuynuzlu heyvan köçmə və yarımköçəri mal-
darlıqla məĢğul olan əhali arasında mühüm rol oynayırdı. Bu maldar əhali əsasən
229
qoyunçuluqla məĢğul olurdular.
XX əsrin 60-cı illərində Bakı quberniyasında 1445092 baĢ qoyun olduğu qeyd
edilir [21]. Yelizavetpol quberniyasında isə bu, 1150500 baĢ olmuĢdur [22]. Lakin XIX
əsrin 90-cı illərində qoyunçuluq təsərrüfatında nəinki inkiĢaf, hətta xeyli tənəzzülün
olduğu aydınlaĢdırılmıĢdır. 1894-cü ildə Bakı quberniyasında 1016443 baĢ, Yelizavetpol
quberniyasında isə 1163878 baĢ qoyun olduğu göstərilir [23]. Qoyunçuluq
təsərrüfatındakı bu gerilik Azərbaycanın baĢqa yerlərində də müĢahidə edilmiĢdir.
ġübhəsiz, bu geriləmənin bir sıra obyektiv səbəbləri olmuĢdur. Bunlardan da ən
əsasları köçmə və yarımköçəri maldarlıqla məĢğul olan əhalinin müəyyən qis-
minin tədricən oturaq həyata keçməsi, əkinçiliklə əlaqədar qaramal və atdan qoĢqu
vasitəsi kimi istifadəyə tələbin daha çox artması və s.-dir.
XX əsrin əvvəllərində də qoyunçuluq təsərrüfatı əhalinin iqtisadi
həyatında mühüm rol oynamaqda davam edirdi. QıĢlaq və yaylaq Ģəraitində
bəslənən xırdabuynuzlu heyvanların otarılan örüĢləri mülkədarların və dövlətin
əlində cəmlənmiĢdi. Kəndlilər, daha doğrusu, tavanasız və ortabab maldarlar
otlaqlardan icarə yolu ilə, ya da pul ödəməklə istifadə edə bilirdilər. Lakin elə varlı
kəndlilər var idi ki, onların hər birinin ixtiyarında 15-20 sürü qoyun var idi [24].
Azərbaycanın qərb zonasından toplanan etnoqrafik materiallardan aydın olur ki, bu
tərəflərdə 4-5 min baĢ qoyunu olan onlarla varlı kəndli olmuĢdur. 2-4 sürüsü olan
kəndlilər isə daha çox idi.
XX əsrin əvvəllərində Azərbaycan üzrə qoyunçuluq təsərrüfatında birinci
yeri Yelizavetpol quberniyası tuturdu. Bu quberniyada həmin dövrdə 1,5-2,5
231
milyon baĢ qoyunun olduğu qeyd edilir [25]. Əgər 1902-ci ildə Bakı
quberniyasında 868806 baĢ qoyun var idisə, həmin ildə Yelizavetpol quberniyasında
qoyunların sayı 1774919 baĢa çatırdı. Əgər 1913-cü ildə Bakı quberniyasında
903534 baĢ qoyun var idisə, həmin ildə Yelizavetpolda bir milyondan çox, daha
dəqiq desək, 1262780 baĢ qoyun var idi [26]. Yeri gəlmiĢkən bir cəhəti də qeyd
etmək lazımdır ki, XIX əsr və XX əsrin əvvəllərində Cənubi Qafqaz qoyunçuluq
təsərrüfatında Azərbaycan birinci yeri tuturdu. Bu da, heç Ģübhəsiz, bu ərazinin
əlveriĢli iqlimi, zəngin və keyfiyyətli bitki örtüyü, yaylaq və qıĢlaq Ģəraiti
qoyunçuluğun inkiĢafına imkan yaratmıĢdı. BaĢqa ev heyvanlarına nisbətən yemə
az tələbkar olan qoyun həm də çətin Ģəraitə dözümlüdür. Qoyunun az zəhmət və az
xərclə bəslənməsi və bol məhsul verməsi də mühüm Ģərtdir. Qoyun həm də artımlı
heyvandır. Etnoqrafik məlumatlardan aydın olur ki, yaxĢı qulluq edilmiĢ ana
qoyuna vaxtında faraĢ qoç qatılsa 12-13 ay ərzində iki dəfə bala almaq
mümkündür. Belə Ģəraitdə çox vaxt əkiz bala alma halları da olur. Təxmini
hesablamalara görə əlveriĢli Ģərait və xüsusi bəsləmə nəticəsində hər yüz qoyundan
110 və ya 120 baĢ bala almaq olur. Ona görə də xalq qoyunçuluq təsərrüfatına
yüksək qiymət verərək
Qoyunun oldu on,
Gey qırmızı don.
Qoyunun oldu əlli,
Adın oldu bəlli.
Qoyunun oldu yüz,
Gir içində üz.
Qoyunun oldu min,
Köhlənini min demiĢlər.
Dostları ilə paylaş: |