Qoyun cinsləri. Cənubi Qafqazda qoyunçuluğun beĢiyi sayılan
Azərbaycanda onlarla qoyun cinsi olmuĢdur. Bu cinslərin əksəriyyəti tarixən
yaranmıĢ və inkiĢaf etmiĢ cinslərdir. Bu cinslər xarici görünüĢü, yununun
keyfiyyəti, südü, çəkisi və baĢqa niĢanələrinə görə bir-birilərindən fərqlənir.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda yetiĢdirilən müxtəlif qoyun
cinsləri əsasən yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satıĢ üçün istifadə
edilmiĢdir.
Azərbaycanda Ģöhrət tapan, qədim və ən geniĢ yayılan qoyun cinslərindən
biri Qarabağ qoyunudur. Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər,
Gürcüstan, Ağdam, Cəbrayıl, Mil və Muğan düzlərində daha geniĢ intiĢar
tapmıĢdır. Belə bir fikir var ki, "Qarabağ qoyunu yerli qoyun cinsilə Ön Asiya
quyruqlu qoyun cinsinin cütləĢməsindən əmələ gəlmiĢdir" [27]. Bu cins yaraĢıqlı
görkəmi, yağlı quyruqluluğu, Ģirin əti və nisbətən zərif yunu ilə səciyyələnir. Bu
232
cins doğuma da çox həssasdır. Əgər faraĢ və düzgün döl edilərsə, Qarabağ qoyunu
ildə iki dəfə bala verə bilər. Qarabağ qoyunu dözümlülüyü, yorulmadan uzaq yol
getməsi, qıĢ Ģəraitinə və alafın azlığına qane olması ilə də fərqlənir [28]. Qarabağ
cinsi bozaq, ġirvan və baĢqa yerli qoyun cinslərinin təĢəkkül tapmasında ana cins
rolunu oynamıĢdır [29].
Azərbaycanın qoyun cinsləri arasında Qarabağ qoyun cinsi diri çəkisinin
çoxluğu ilə də diqqəti cəlb edir. Bu cinsdən olan qoyunların çəkisi 45-50 kq,
erkəklərinki isə 60-65 kq-dan çox olur. Lakin bu cins qoyunların yunu nisbətən az
olur. Ġldə 32 kq süd verən hər bir ana qoyundan orta hesabla 2,4 kq, erkəklərdən isə
3,5-3,7 kq yun qırxmaq olur [30]. ġübhəsiz, Qarabağ qoyunlarının belə az yun
verməsinə onların qarınaltı yununun gödək, bəzən də açıq olması və boynunun
təxminən yarısına qədərinin yunsuz olmasının da təsiri vardır.
Etnoqrafik materiallardan aydın olur ki, Ağcabədi rayonunun Qaradolaq kən-
dində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaĢa bilməyən qaradolaq qrupu
yaranmıĢdır [31]. Qaradolaq qoyunu XIX əsr - XX əsrin əvvəllərində Qarabağın bir
sıra yerlərində geniĢ yayılmıĢ və bir sıra üstünlüklərinə görə Ģöhrət tapmıĢdır. Bu qoyun
Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin
ağırlığı və yununa görə fərqlənmiĢdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-
70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq
və daha artıq olanı da məlumdur [32].
Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın
olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib
bəslənilməsi və yerli Ģəraitin daha əlveriĢliliyindən irəli gəlir. Onu da qeyd etmək
lazımdır ki, qaradolaq qoyununun formalaĢmasında türkmən qoyununun da xeyli təsiri
olmuĢdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləĢməsindən
yaranmıĢdır. Bu təsir AbĢeronun Qala qoyunu vasitəsilə keçmiĢdir.
233
ġirvan qoyun cinsi də Azərbaycanda ən qədim cinslərdən olub, adını yarandığı
və geniĢ yayıldığı ərazidən götürmüĢdür. Ləzgi və Qarabağ qoyunlarının cütləĢ-
məsindən yaranan bu qoyun cinsinin bir sıra xarakterik niĢanələri vardır. Yeri gəl-
miĢkən onu da qeyd edək ki, bu cinsə xalq arasında "dönmə" cins deyilməsi onun
göstərilən qoyun cinslərindən yaranması ilə əlaqədardır.
ġirvan cinsi boyca xırda, südü az və yunu nisbətən aĢağı keyfiyyətli olur. Ana
ġirvan qoyununun çəkisi 32-40 kq, erkəklərinin orta çəkisi 56-65 kq olur. Ġldə bir dəfə
qırxılan ġirvan ana qoyunundan 1,7 kq, erkəyindən 2,45 kq kirli yun alınır [33].
ġirvan qoyun cinsi əsas etibarilə ġamaxı, AbĢeron, Göyçay, Ucar, Zərdab,
qismən də Lənkəran və Salyanın Ģimal ərazisində yayılmıĢdır.
Qərbi Azərbaycanda, qismən ġərqi Gürcüstan və Ermənistanın bir sıra rayon-
larında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri
sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox intiĢar tapan bozax qoyun cinsi
ətlik, südlük, yunluq və satıĢ üçün bəslənmiĢdir.
Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox
güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmiĢdir. Bu
cins qoyunların diri çəkisi əsasən 50-65 kq-a qədər olur [34].
Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir
sıra ərazisində hələ XIX və XX əsrlərdə geniĢ yayılmıĢdır. Bu cins Dağıstanla bilavasitə
həmsərhəd olan Quba, Qusar, Qonaqkənd, Balakən, Zaqatala, Qax, ġəki, Oğuz,
qismən də AğdaĢ və Göyçay rayonları ərazisində yayılmıĢdır. Təbii-coğrafi Ģəraitə tez
uyğunlaĢan və çətinliyə dözümlü olan ləzgi qoyunlarının çəkisi 40-65 kq-a qədər olur.
Yunu 2 kq-a yaxın, südü isə 30-40 kq-a qədər olur. Ləzgi qoyununun rəngini ağ,
boz, sarımtıl, qara-qonur rənglər təĢkil edir.
234
Herik qoyunu bir sıra xarakterik niĢanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq
təĢkil edir. Bu qoyun əsas etibarilə ġəki, Qax və ona qonĢu olan rayonların
ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaĢı, "bürc qoyunu" da
deyilir.
Naxçıvan MR-də Mazıx qoyunu daha geniĢ yayılmıĢdır. Bir sıra üstün
cəhətləri ilə fərqlənən bu qoyun cinsi Ermənistan, Türkiyə və Ġran ərazilərində də
geniĢ yayılan qoyun cinsi sayılır.
Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təĢkil etməklə
130/-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali "qızıl
qoyun" da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx
qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının
altında qoĢa mürcümlər olur. Çox yaraĢıqlı olan mazıx qoyunlarının yorğa yeriĢi
onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a
qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun
quyruğuna diyircək bağlayırlar. Yunu da nisbətən zərif və toxuculuq üçün
keyfiyyətli sayılır. Bu cinsin diri çəkisi 45-60 kq-a qədər olur [35].
Naxçıvanda geniĢ yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas
qoynu da mazıx qoyunu kimi, qonĢu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə
və Ġranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ,
baĢında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraĢığını
daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur.
Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-
20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur
[36]. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar
tərəfindən yüksək qiymətləndirilir. 125-135 kq-a qədər süd verən bu qoyun cinsi XIX
əsr və XX əsrin əvvəllərində geniĢ yayılmıĢdı.
Azərbaycanın cənub-Ģərqində, xüsusilə Lənkəran zonasında yayılmıĢ qoyun cinsi
caro və ya carov adlanır. Bu cins meĢəlik zonanın Ģəraitinə daha çox uyğunlaĢan
heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxĢayır. Lənkəranda qədim qoyun
cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi
sayılmır. Lakin bu cins dağ Ģəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd,
qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə
əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur [37].
XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik
olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniĢ inkiĢafına baĢlamıĢdır.
Lakin bir cəhəti qeyd etmək lazımdır ki, merinos qoyun dünyada ən qədim qoyun
cinslərindən biri sayılır. Bu cinsin Ġran, Mesopotamiya və Balkan yarımadasında
yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir [38]. 1840-cı ildə Tavrida
quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiĢ
və Azərbaycanın müəyyən ərazisində saxlamıĢlar [39]. Rusiyanın Tavrida, Xerson və
Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos
235
qoyununu bu ərazidə inkiĢaf etdirmiĢdir. Birinci dünya müharibəsi ərəfəsində
Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və ġəmkirdə 90 min baĢ
merinos qoyunun olduğu göstərilir [40].
Merinos qoyununun Azərbaycanda nisbətən geniĢ istifadə edilməsi təkcə ətlik
deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır. XIX əsrin
ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkiĢafı dövründə bir sıra
toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala - yuna böyük ehtiyac duyulurdu.
Merinos qoyunundan 4-6 kq, yaĢlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun
qırxırlar. Bu da merinos qoyununun üstünlüyünü göstərən ən əsas Ģərtlərdən biri kimi
diqqəti cəlb etmiĢdir. Bu cinsin qoyunlarının diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-a.
qədər olur [41]. Yununun zərif və uzun, həm də çox olmasına görə XIX əsr və XX əsrin
əvvəllərində Azərbaycanda məlum olan qoyun cinsləri içərisində merinos cinsi xeyli
üstünlük təĢkil etmiĢdir.
Qoyun sürülərində keçilər sayca azlıq təĢkil etmiĢdir. Bir sürüdə ən çoxu təx-
minən 10-15 baĢ keçi olurdu. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində
50-60 baĢdan ibarət kiçik keçi sürüləri də var idi. Sürüdəki erkəclər yedəkçi-aparıcı rolunu
oynamıĢdır. Keçi qədim tarixi olan yerli Azərbaycan cinsinə çox oxĢayır. Deməli, bu
cinsin bizim ərazidə üç min illik tarixi olub, elə bir əsaslı dəyiĢikliklərə uğramadan
zəmanəmizə qədər gəlib çıxmıĢdır. Yerli cinsin orta çəkisi 40-60 kq-a qədər olur.
"Keçi kasıbın inəyidir" zərbi-məsəli nəsillərin sınağından çıxmıĢdır.
Nənəm a xallı keçi,
Məməsi ballı keçi,
Uca qaya baĢında,
Tutubdu yallı keçi.
Minilliklər boyu xalqımız qoyunçuluqla məĢğul olmuĢ və ondan bol
məhsul götürmüĢlər. Ona görə də qoyuna həmiĢə qulluq göstərmiĢ və onun sağlam
olmasına çalıĢmıĢlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra
xəstəliklər olmuĢ və onlar xalq tərəfindən müalicə edilmiĢdir. Qoyun
xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq,
qotur, gözbozarma, zəhərlənmə və s. göstərmək olar.
Xırdabuynuzlu heyvanları daha da artırmaq və onlardan bol məhsul almaq
üçün maldarlar onlara qulluq məsələsinə xüsusi fikir verirdilər. Doğrudur,
Azərbaycanın əlveriĢli təbii-coğrafı Ģəraiti xırdabuynuzlu heyvanlara o qədər də
böyük qulluq göstərməyi tələb etmirdi. Belə əlveriĢli Ģəraitdə nisbətən az zəhmət
və maya qoymaqla qoyunçuluqdan çoxlu gəlir əldə etmək mümkün idi.
Azərbaycanda bir qayda olaraq xırdabuynuzlu heyvanlar il boyu otlaq Ģəraitində
bəslənilirdi. Payız və qıĢ aylarında qıĢlaqda bəslənən qoyunların lazımi yataq və
örüĢ yerləri olmuĢdur. Qoyun sürüləri qıĢlağa qayıdana qədər yataqlar təmir edilir,
çatıĢmayan cəhətlər düzəldilərək soyuqların düĢməsinə hazırlıq görülürdü.
236
QıĢlaqda geniĢ örüĢlərdə heyvanların otarılması qaydasına xüsusi fikir verilirdi. Bir
qayda olaraq, əvvəlcə yataqlardan xeyli aralı yerlər qaydaya ciddi riayət etməkdə
hissə-hissə otarılırdı ki, bütün qıĢ boyu heyvanların otarılmasına imkan olsun,
qıĢda heyvan örüĢsüz qalmasın. Yataqların yaxınlığında münasib yerlərdə döllük,
xam və ya ehtiyat yeri adı ilə sahələr ayrılırdı. Bu sahələrdə döl vaxtı arıq düĢmüĢ
ana qoyunlar və quzular otarılırdı.
Yataq Ģəraitində sürülər qıĢdan arıq çıxdıqda az miqdarda alaf verilirdi.
Bu alaf əsas etibarilə ot, saman, arpa və arpa kəpəyindən ibarət olurdu. QıĢlaqda
otun Ģoranlığı ilə əlaqədar, ayda 2-3 dəfə duz verilirdi. Lakin bu qayda əsas
etibarilə qoyunçuluqla məĢğul olan əhalinin arasında daha geniĢ yayılmıĢdı. Oturaq
həyat tərzi keçirən və əsasən əkinçiliklə məĢğul olan əhali arasında isə, az da olsa,
fərqli cəhət vardı. Oturaq Ģəraitdə qoyun sürüsü gündüzlər yaĢayıĢ yerinin ətrafında
otarılır, axĢamlar tövlələrə salınır və axĢam-səhər yemlə təmin edilirdi.
Dağ Ģəraitində örüĢlərin otarılması xalqın empirik təcrübəsinə əsaslanırdı.
ÖrüĢ yerləri əvvəlcədən sərkar - baĢ çobanlar tərəfindən hissələrə ayrılaraq, bu
hissələrə uyğun da heyvan otarılırdı. Bir sahə 10-15 gün otarıldıqdan sonra
digərinə keçirilirdi. BaĢqa sahə həmin müddətdə otarılanadək əvvəlki sahədə ot
bitir və yenidən otarılırdı. Lakin hər hansı bir sahə otarılarkən çobandan çox Ģey
asılı olur. Elə olar ki, çoban sürünü örüĢə buraxar və sahə bir-iki günə otarılar.
Onda örüĢ də çatmaz, sürü də ac qalar. Ona görə də haqlı olaraq çobanlar deyir:
"Çoban var otarar keçirər, çoban var ötürər keçirər". Həqiqətən də heyvanların istər
yaylaq, istərsə də qıĢlaq Ģəraitində otarılmasında çobandan çox Ģey asılıdır. Bu
cəhət əsas götürülmədikdə qoyun sahədəki yüksək keyfiyyətli otu seçir, qalanını
isə ayağının altında tapdalayır. Adətən, sürülər yaylaqda dağ yamaclarındakı
örüĢlərdə o baĢdan günortaya qədər otarılırdı. Sonra ya arxacda, ya da münasib
yerdə dincəlir. Gün dönəndə yenidən otarılır. ġər qarıĢanda isə binələrin yanındakı
arxaclarda gecələyir.
Anam a səkil qoyun,
Belində kəkil qoyun.
Ay qaranlıq gecədə
Arxaca çəkil qoyun.
Yaylaqda otun tərkibindən asılı olaraq, qoyunlara daha çox duz verilir. Bir
qayda olaraq xırdabuynuzlu heyvanlara əzilmiĢ Naxçıvan duzu verilir. Duzu
münasib palazın üstünə tökürlər. Qoyunlar gəlib onu yalayır. Az da olsa, əzilmiĢ
duz parçalarını da iri sal daĢların və ya qayaların üstünə qoyurlar, qoyun gəlib
yalayır. Buna duzdağ deyilir.
Dostları ilə paylaş: |