QARAMAL
Azərbaycanda qaramalın tarixi qoyunçuluğun tarixi qədər qədim olub, hələ Neolit
dövründən təĢəkkül tapmıĢdır. Neolit dövründə yerli əhalinin oturaq həyat tərzi keçirməsi
qaramaldan daha geniĢ Ģəkildə istifadə etmələrini zəruri etmiĢdir. Bu dövrdə qaramal
naxırları daimi yaĢayıĢ yerinin ətrafında otarılmıĢ və əsasən onun ətindən, südündən,
gönündən və qismən də sümüyündən istifadə edilmiĢdir. Aydın məsələdir ki, maldarlığın
bu mərhələsində oturaq maldarlıq heyvanların otarılması üçün lazımi təbii-coğrafi Ģəraitin
olduğu yerlərdə inkiĢaf edə bilmiĢdir. Belə bir münasib Ģəraitin Azərbaycan ərazisində
həmin dövrdə olduğunu qeyd etmək olar.
Azərbaycanda Neolit dövrünə aid müxtəlif xarakterli abidələrdən aĢkar edilən
maddi-mədəniyyət qalıqları həmin dövrdə qaramalın olmasını və ondan istifadə
edilməsini təsdiq edir. Neolit dövrünə aid arxeoloji materiallardan aydın olur ki, bu sahə
təsərrüfatda əsas yerlərdən birini tutmuĢdur. Azərbaycanda Neolit dövründə də qaramal
naxırları, demək olar ki, maldarlıqda öz aparıcı rolunu saxlamıĢdır. Lakin təxminən Neolit
dövrünün inkiĢaf etmiĢ mərhələsindən köçmə maldarlıqla əlaqədar xırdabuynuzlu
heyvanlar tədricən üstünlük təĢkil etməyə baĢlamıĢdır. Lakin həmin dövrdə də coğrafi
Ģəraitlə əlaqədar qaramal naxırları öz aparıcı mövqeyini bəzi zonalarda saxlaya
bilmiĢdir.
Azərbaycanda Tunc dövründən, daha doğrusu, e.ə. III minillikdən qaramal mal-
darlıqda ikinci yerə keçmiĢdir. Lakin bu sahə də tədricən öz inkiĢafını davam etdirmiĢ,
əhalinin maldarlıq məhsulu ilə təmin edilməsinə geniĢ imkan yaratmıĢdır. Bunu Kür-
Araz arxeoloji mədəniyyətinə aid abidələrdən aĢkar edilən osteoloji qalıq və maddi-
mədəniyyət abidələrindən tapılan əĢyalar təsdiq edir. Bu baxımdan Naxçıvan ərazisində
Kültəpə [52] və Qazax rayonu ərazisindəki Baba DərviĢ yaĢayıĢ yerlərindən tapılan
245
materiallar böyük əhəmiyyətə malikdir.
Kür-Araz mədəniyyəti dövründə qaramaldan həm də qoĢqu qüvvəsi kimi geniĢ
istifadə edilmiĢdir. Əkinçiliyin intensiv inkiĢafı nəticəsində öküzdən yerin Ģumlanması,
dənin döyülməsi və məhsulun daĢınmasında istifadə edilmiĢdir.
Dəmir dövründə maldarlıq təsərrüfatında iribuynuzlu heyvanlar əvvəlki möv-
qeyini saxlamıĢdır. Qaramaldan əsas qoĢqu qüvvəsi, ətlik və südlük kimi geniĢ istifadə
edilmiĢdir. Lakin bu dövrdə əhalinin artımı ilə əlaqədar və geniĢ sahələrdə təsərrüfatın
daha da inkiĢaf etdirilməsi qaramala olan tələbatı da artırmıĢdır.
Urartu çarı I ArgiĢti e.ə. 786-764-cü illərdə Cənubi Qafqazdan 10478 baĢ iri-
buynuzlu heyvan aparmıĢdır [53]. Digər Urartu mixi yazılarından aydın olur ki, e.ə.
VIII əsrin ortalarında hakimiyyətdə olan I ArgiĢtinin oğlu II Sardur da Cənubi Qafqazdan
bir il ərzində 40353 baĢ qaramal aparmıĢdır [54]. Urartu çarlarının Qafqaza yürüĢləri
zamanı 110 min baĢ iribuynuzlu heyvan aparıldığı qeyd edilir [55].
Göstərilənlərdən aydın olur ki, qaramal Cənubi Qafqaz, o cümlədən Azərbaycan
ərazisində e.ə. I minillikdə geniĢ yayılmıĢ və əhalinin təsərrüfat məiĢətində xüsusi
əhəmiyyət kəsb etmiĢdir.
Manna ən qədim Azərbaycan dövləti kimi e.ə. IX əsrdə təĢəkkül tapmıĢdır. Bu
qədim və mədəni dövlətin ərazisində əkinçilik və maldarlığın daha geniĢ Ģəkildə inkiĢaf
etdiyini bir sıra mixi yazılar sübut edir. Urartu çarı I ArgiĢti e.ə. 779-cu ildə Manna və
BuĢtu ölkələrinə hücum edərkən baĢqa qənimətlərlə yanaĢı, 22529 baĢ iribuynuzlu
heyvan aparmıĢdır [56].
Aydın məsələdir ki, göstərilən rəqəmlər Cənubi Qafqaz, o cümlədən Azərbay-
candan aparılan iribuynuzlu heyvanların çox az bir hissəsini təĢkil edir. Ona görə də həmin
ərazidə vaxtilə saysız-hesabsız qaramal naxırlarının olması Ģübhə doğurmur. Çox güman
ki, qədim Atropatena və Albaniya torpaqlarından vaxtilə assurlar, urartular, midiyalılar,
farslar və baĢqaları çoxlu mal-dövlət aparmıĢlar [57].
Qədim Mingəçevirdən eramızın ilk əsrlərinə aid abidələrdən tapılan osteoloji
qalıqlar N.Ġ.Burçaq-Abramoviç tərəfindən tədqiq edilmiĢdir. Onun fikrincə, "Ġri-buynuzlu
heyvan sümükləri iki cinsə mənsub olub, biri kiçik, digəri isə ortaboyludur. Nisbətən uca
boylu olanın sümükləri müasir Kiçik Qafqaz cinsindən o qədər də seçilmir. Kiçikboylu
sümüklər isə müasir Böyük Qafqaz dağ cinsinə yaxın olsa da, boyca ondan bir qədər
kiçikdir" [58].
AĢkar edilən maddi mədəniyyət nümunələri və külli miqdarda sümük qalıqla-
rından aydın olur ki, antik dövr və ilk əsrlərdə qaramal durmadan inkiĢaf etmiĢ və daha
qədim dövrlərə nisbətən sayca xeyli artmıĢdır. Eramızın II—III əsrlərində yaĢayan yazıçı Elian
Klavdi Kaspi torpaqlarında çoxlu iribuynuzlu heyvan naxırlarının olduğunu xəbər verir
[59].
Dəfələrlə Azərbaycana hücum etmiĢ romalılar, sasanilər, köçəri tayfalar, ərəblər,
səlcuqlar və baĢqa istilaçılar bu ölkədən baĢqa qənimətlərlə yanaĢı çoxlu mal-qara da
aparmıĢlar.
Orta əsrlərdə əkinçilik təsərrüfatının tədricən inkiĢafı qaramalın, xüsusilə qoĢqu
246
qüvvəsi kimi istifadə edilən öküz və kəlin artırılması daima diqqət mərkəzində olmuĢdur.
Yerin Ģumlanmasından baĢlayaraq, məhsulun yığılmasına qədər olan bütün proseslərdə bu
qoĢqu qüvvələri əvəzedilməz idi. Lakin qaramalın sayının artırılması və tədricən cinsinin
yaxĢılaĢdırılması təkcə qoĢqu qüvvəsi deyil, həm də onun ətindən, südündən, gönündən
istifadə etməyi qarĢıya qoyurdu.
Azərbaycan Rusiya tərkibinə daxil olandan sonra baĢqa sahələrdə olduğu kimi,
kənd təsərrüfatında, o cümlədən mal-qarada da xeyli irəliləyiĢ olmuĢdur. Bu, hər Ģeydən
əvvəl, qaramalın cinsinin yaxĢılaĢdırılması və qulluq edilməsində özünü göstərmiĢdir. Hələ
XIX əsrin 30-cu illərində tam olmayan məlumata görə Bakı əyalətində 20 min, TalıĢ
əyalətində 36 min, Qazax nahiyəsində 42 min, ġəmĢədil nahiyəsində 15 min, Yelizavetpol
dairəsində 45 min, Quba əyalətində 110 min baĢ iribuynuzlu heyvan olmuĢdur [60]. Lakin
tam olmayan bu məlumata əlavə olaraq onu demək olar ki, XIX əsrin əvvəllərində
Azərbaycanda qaramalın sayı daha çox olmuĢdur. Bu da tamamilə təbiidir. Belə ki,
Azərbaycanın maldarlıqla məĢğul olan bir sıra rayonları nəzərə alınmamıĢdır. Nəzərə
alınanları da tam və dəqiq hesab etmək olmaz.
XIX əsrin birinci yarısında dağətəyi və dağlıq ərazidə qaramal naxırları
əsasən varlıların - xanların, bəylərin əlində cəmlənsə də, kəndlilərin də az-çox qaramalı
olmuĢdur.
XIX əsrin birinci yarısında qaramalın sayında xeyli artım olduğunu təkzibedil-
məz dəlillər təsdiq edir. 1858-ci ildə Quba qəzasında 83978, Bakı qəzasında 4281,
ġamaxı qəzasında 136536, Nuxa qəzasında 57149, ġuĢa qəzasında 258330, Lənkəran
qəzasında isə 82785 baĢ qaramal olmuĢdur [61]. Yelizavetpol qəzasında 1850-ci ildə
119795, Naxçıvan qəzasında 1849-cu ildə 20618, Car-Balakən dairəsində 1845-ci ildə
34970 baĢ iribuynuzlu heyvan qeydə alınmıĢdır [62].
XIX əsrin ikinci yarısında maldarlıq təsərrüfatı, o cümlədən onun əsas sahə-
lərindən biri olan qaramalın sayı xeyli artmıĢ və əhalinin ət, süd, yağ və gönlə təmin
edilməsində mühüm əhəmiyyət kəsb etmiĢdir. Qaramaldan qoĢqu heyvanı kimi
əkinçilikdə və nəqliyyatda geniĢ istifadə edilmiĢdir.
XIX əsrin 60-cı illərinin sonunda Bakı quberniyasında 440906 baĢ Yelizavet-
pol quberniyasında isə 345554 baĢ qaramalın olduğu qeyd edilir [63]. Lakin bir həqiqət də
var ki, bu göstərilən rəqəmlər yalnız siyahıya götürülənlərdir. ġübhəsiz ki, əhalinin
fərdi təsərrüfatlarında siyahıda olmayan xeyli qaramal olmuĢdur.
XIX əsrin 70-80-ci illəri barədə statistik məlumat tam olmadığından bu illərdə
qaramalın inkiĢafı dinamikasını göstərmək qeyri-mümkün olmuĢdur. Lakin əsrin son
illərinə dair məlumat qane edicidir. 1899-cu ildə Bakı quberniyasında 237588 baĢ
qaramal olmuĢdur. Yelizavetpol quberniyasında isə tam olmayan məlumata görə
qaramalın sayı 366028 baĢa qədər olmuĢdur [64].
XX əsrin əvvəllərində də qaramaldan geniĢ istifadə edilmiĢdir. Əhali öz tələ-
batına uyğun olaraq maldarlığın bu mühüm sahəsinə xüsusi fıkir vermiĢdir. Öz iqti-
sadi həyatlarında az rol oynamayan qaramalın cinsinin yaxĢılaĢdırılmasına və qulluq
edilməsinə diqqət daha da artmıĢdır.
247
1902-ci ildə Bakı quberniyasında 256669 baĢ qaramal olduğu halda, 1913-cü ildə
bu rəqəm 618253 baĢ olmuĢdur. Yelizavetpol quberniyasında isə iribuynuzlu heyvanlar
say etibarilə çoxluq təĢkil etmiĢdir. Əslində bu ərazidə qaramalın sayı Azərbaycanın
baĢqa rayonlarına nisbətən xeyli artıq olmuĢ və əsas maldarlıq zonasını təĢkil etmiĢdir.
1902-ci ildə Yelizavetpol quberniyasında qaramalın sayı 444318 baĢ, 1913-cü ildə isə
805338 baĢ olmuĢdur [65]. Göründüyü kimi, bu quberniyada qaramal əvvəlki illərə
nisbətən müqayisəedilməz dərəcədə inkiĢaf etmiĢdir.
Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda xırdabuynuzlu heyvanlardan fərqli
olaraq, qaramal cinsi sayca o qədər də çox deyildir. Bu ərazidə xalqın empirik
təcrübəsinin məhsulu olan iki cins daha geniĢ yayılmıĢdır. Kiçik Qafqaz və Böyük Qafqaz
cinslərinin tarixi minilliklərdən xəbər verir. Hər iki cins əsrlər boyu yerli əhalinin ən çox
bəsləyib yetiĢdirdiyi heyvanlar olmuĢdur.
Adından göründüyü kimi, Kiçik Qafqaz cinsi ən çox Kiçik Qafqazda və ona
nisbətən yaxın olan dağətəyi ərazidə təĢəkkül tapmıĢ və yayılmıĢdır. Daha dəqiq desək, bu
cins əsasən Kür çayının sağ sahilindən baĢlayaraq, Kiçik Qafqaz dağlarını əhatə etmiĢdir.
Kiçik Qafqaz cinsi əsasən qızılı rəngdə olur. Lakin az da olsa onun qara, boz və sarı rəngli
cinslərinə təsadüf edilir. Böyük Qafqaz cinsi isə əksərən qara rəngli olub, ən çox Böyük
Qafqazda yayılmıĢdır. Lakin bu cinsin içərisində, az da olsa, baĢqa rəngli qaramala
təsadüf edilir və bu cinsin yayılma arealı Kürün sol sahilindən baĢlayaraq, Böyük Qafqazı
bürümüĢdür [66]. Bu cinslərarasında müəyyən yaxınlıqlar vardır.
248
Bu cinslər köçmə maldarlıq Ģəraitinə uyğun olaraq yaylaq və qıĢlaqlarda otarılır.
Müvafiq iqlimə dözməsi, sıldırımlı dağ keçidlərindən keçməsi, dağın çətin Ģəraitində
özünü örüĢlərdə yemlə təmin etməsilə səciyyələnir. Oturaq Ģəraitdə bu cinslər yaĢayıĢ
məntəqəsinin ətrafmdakı örüĢlərdə otarılırdı. Lakin təbii-coğrafı Ģəraitə uyğun olaraq
həmin cinslərin bu üstünlükləri ilə yanaĢı, çəkiləri o qədər də çox deyildi. Bu cinslərin orta
çəkisi 300-350 kq-a qədərdir. Onların südü yaral olsa da, nisbətən az idi.
Bu əsas cinslərdən baĢqa, bəzi gəlmə cinslər də olmuĢdur. Azərbaycanın bir
neçə qəzasında - Yelizavetpol, ġuĢa, Nuxa və baĢqa yerlərdə az miqdarda cins inəklərə
- Rusiyanın cənubundan gətirilmiĢ çərkəz, boz, qırmızı və Don cinslərinə rast gəlmək
olurdu [67].
ġübhəsiz, qaramaldan söhbət açarkən camıĢ haqqında məlumat verməmək olmaz.
Azərbaycanda qədim zamanlardan camıĢçılığın inkiĢafı üçün münasib təbii Ģərait
olmuĢdur. CamıĢçılıq Azərbaycanda qədimdən olsa da, orta əsrlərdə xeyli inkiĢaf
etmiĢdir. CamıĢ isti iqlimi daha çox sevir. Bu heyvan yayın isti çağlarında bataqlıqlarda,
göllərdə, münasib su axmazlarında dincəlir. Lakin camıĢçılıq Azərbaycanda ən çox
aran və dağətəyi zonalarda inkiĢaf etdirilir. Havaların soyuq olması ilə əlaqədar camıĢ
dağlıq yerlərdə çox az olur.
Qısabuynuzlu camıĢ qrupu Qafqazda, o cümlədən Azərbaycanda geniĢ yayılmıĢ-
dır [68]. Düzənlik zonalarında camıĢların diri çəkisi 500 kq-a qədər olduğu halda, dağlıq
yerlərdə onun diri çəkisi 400 kq-a yaxın olur [69]. Azərbaycan camıĢları əsasən qara və boz
rəngdə olur. CamıĢdan əsasən südlük, ətlik və qoĢqu qüvvəsi kimi istifadə edilmiĢdir.
CamıĢ ən dəyərli qoĢqu qüvvəsi kimi daha çox istifadə edilmiĢdir.
Tarixən o qədər də qədim olmayan və iribuynuzlu heyvanlar qrupuna daxil edi-
lən zebuya Azərbaycanda yalnız Lənkəran zonasının dağlıq ərazisində rast gəlmək olar.
Zebudan qoĢqu qüvvəsi və südlük heyvan kimi istifadə olunur. Zebunun çəkisi 150 kq-
Dostları ilə paylaş: |