Qoyunçuluq
məhsulu.
Azərbaycanda
maldarlıq
təsərrüfatında
qoyunçuluq ən sərfəli və bol məhsul verən sahədir. Ona görə də "qoyunun oldu əlli,
adın oldu bəlli, qoyunun oldu yüz, gir içində üz, qoyunun oldu min, köhlənini min"
zərbi-məsəlini təsadüfi deməmiĢlər. Lifli materiallar içərisində birincilik təĢkil
edən yun əsrlər boyu toxuculuq peĢəsi üçün ən yüksək xammal hesab edilmiĢdir.
Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə
qırxılır. Qırxım dövrü iqlim Ģəraitilə əlaqədardır. Qırxıma aran yerlərdə tez, dağ
yerlərində nisbətən gec baĢlanır. Qırxım yaz və payızda aparılır. Qırxımı çobanlar
özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-
əqrəbasından olur. Qırxım qırxdıq aləti vasitəsilə aparılır. Hər bir qırxımçı gündə
20-30 baĢ, təcrübəli qırxımçılar isə 40 baĢa qədər qoyun qırxa bilər.
Yaz qırxımı sürülər yaylağa aparılmazdan əvvəl, payız qırxımı isə sürülər
yaylaqdan qıĢlağa dönən vaxt aparılırdı. Yaz yunu daha keyfiyyətli və toxuculuq
üçün əlveriĢli sayılır. Xalq arasında "yapağı" payız yunu, "güzəm" yaz yunu
adlanır. Bir qayda olaraq, qoyunun qırxılığa düĢüb ölməməsi üçün onu ac olan
zaman qırxırlar. Sürü arxaca yığılır. Çoban qoyunu tutub yıxır və qırxılıq ipi ilə
qoyunun ayaqlarını bağlayır. Sonra sol əli ilə belindən baĢlayaraq yunu aralayır, sağ
əli ilə qırxılıq vasitəsilə onu qırxır. Bir tərəf qırxıldıqdan sonra qoyunu baĢqa böyrü
üstə çevirib qırxır. Bu iĢdə müxtəlif qarĢılıqlı yardım formalarından da istifadə
edilmiĢdir.
Yerli əhali yundan keçə, xalça, parça, çuval, xurcun, heybə, sicim, örkən
və s. Ģeylər toxuyub hazırlamıĢlar.
Nənəm, qarala qoyun,
Bənzər marala qoyun.
Çoban yununu qırxıb,
Basar xarala, qoyun.
Nənəm, a narıĢ qoyun,
Yunu bir qarıĢ qoyun.
Çoban səndən küsübdür,
Südü ver, barıĢ qoyun.
Ananı, a qəmər qoyun,
Balası əmər qoyun.
Yiyən sənin yunundan,
QurĢayıb kəmər qoyun.
Azərbaycan yunu tədricən satıĢ üçün daha çox istifadə edilirdi. XIX əsrin
241
sonu və əsrimizin əvvəllərində yun təkcə daxili bazarlara deyil, xarici bazarlara da
satıĢ üçün göndərilirdi. Hələ XIX əsrin əvvəllərində Cənubi Qafqazdan yun
Rusiyanın quberniyalarına göndərilirdi.
1862-ci ildə ilk dəfə olaraq Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan
Marselə yun göndərilmiĢdi. Bu yunun sonrakı illərdə də göndərilməsi və hər il 80
min pud yun ixrac edilməsi qeyd edilir [45]. XIX əsrin 90-cı illərinin əvvəllərində
Cənubi Qafqazdan 250 min pud yunun Ġngiltərə, Fransa və əsasən də Amerika
BirləĢmiĢ ġtatlarına göndərildiyi qeyd edilir [46].
Cənubi Qafqazdan Qərbi Avropaya yunun göndərilməsində Azərbaycanın
xüsusi rolu olmuĢdur. Belə ki, Yelizavetpolda yetiĢdirilən merinos qoyununun
yunu daha qiymətli sayılırdı.
XX əsrin əvvəllərində də Azərbaycandan bir sıra xarici ölkələrə daha çox
yun məhsulu göndərmiĢdir.
Əsrlər boyu qoyunun südündən əsasən pendir hazırlamıĢlar. Xalqımız inək
yağını, camıĢ qatığını və qoyun pendirini daha üstün tutur. Qoyun doğan günü
ondan sağılan südə ağız deyilir. Ağız qatı olur. Onu suluğun içinə tökür, qorda
biĢirib qoux alırlar. Qoux pendir kimi olub, çox yağlı və ləzzətli dadı var. Buna
Azərbaycanın bəzi yerlərində ağız bulaması, bəzi yerlərində ağız, bəzi yerlərində
isə "suluq", "Ģan-Ģan" deyilir. Ġki-üç gün keçəndən sonra qoyundan bulama sağılır. Bulama
qatı, yağlı olur. Onu qazana tökür və qatılaĢana qədər ocaqda biĢirir və qaĢıqla bulayırlar.
Bulama biĢəndə qaymaq kimi qatılaĢır və yaxĢı dadı olur. Həm də çox yağlı olduğundan
adamı tutur. Ona görə də bulamanı çox yemək olmur [47]. Ümumiyyətlə, süddən
hazırlanan məhsula xalq "ağartı" deyir. Qoyunun qatığı da yaxĢı qiymətləndirilir. Lakin
pendir qoyundan alınan əsas süd məhsulu hesab edilir.
Qoyunu gündə bir dəfə günorta vaxtı sağırlar, sağmal qoyun sürüsü bir qayda
olaraq günorta arxaca yığılır. Qoyunu əsasən enli ağızlı iri qazan və ya vedrəyə
242
sağırlar. Bəzən qabın ağzına tənzif çəkilir ki, süd sağılanda içinə baĢqa Ģey düĢməsin, təmiz
qalsın. Azərbaycanın əksər yerlərində qoyun sağımı zamanı bərə qurulur. Bir qayda olaraq
qoyunu çobanlar və onların ailələri sağırlar.
Qoyunun bərəyə gətirilməsində və sağımda çobanların ailələri daha çox xid-
mət göstərirlər.
Adətən beĢ-altı nəfərdən ibarət olan sağıcılar dairəvi quruluĢlu bərə düzəldirlər.
Sağıcılar bərədə iri daĢ üstündə yapıncı, palaz və baĢqa Ģey qoyub otururlar. Bərəyə girən
qoyunun dal ayağından tutub, sağırlar. BərəbaĢı ayaq üstə durub qoyunların qabağını kəsir.
Sağılan qoyunları bir-bir buraxır, sağılmayanı isə sağıcıya ötürür. Bir qayda olaraq sağıcı
qazanı ikiayağı arasına alıb bir qədər qabağa sarı maili qoyur. Qoyunun dal ayağında tutub
özünə çəkir iki əli ilə qoyunun yelinini sıxır və süd tökülür. Axıra yaxın yenə də
məməciklərini sığayıb ayağını buraxır. Bir qayda olaraq hər bir çoban 20-30 baĢ
qoyun sağa bilər.
ġirvanda isə qoyunları baĢqa qayda ilə, daha doğrusu, sağıcılar arxaca yığılan qoyun
sürüsünün içinə girib yatmıĢ qoyunları tutub oradaca sağırlar. ġübhəsiz, bu qayda həm də
az qoyunu olan əhali arasında geniĢ intiĢar tapmıĢdır. Bu qayda daha qədim və sadə olmaqla
yanaĢı həm də az əlveriĢlidir. Bu qaydada sağın vaxtı xeyli ləng aparılır və mütəĢəkkilliyə
mane olur. Bəzən də sürüdə sağılmamıĢ qoyunlar qala bilir.
Çobanın ailəsi sağılmıĢ qoyun südünə maya vuraraq pendir hazırlayır. Süddən
dələmə almaq üçün dələmə otundan istifadə edilir [48]. Lakin bu otla istənilən qədər
dələmə almaq mümkün deyil. Ona görə də südə maya vurmaq baĢqa xalqlarda olduğu
kimi, azərbaycanlılarda geniĢ yayılmıĢ və əsas üsuldur. Mayanı maldarlar özləri
hazırlayırlar. Hər hansı bir qabın, xüsusilə gil küpənin içərisinə buzov və ya quzu qursağı
243
atılır, sonra oraya buğda, arpa, duz, düyü, bal, kiĢmiĢ və su tökülür. Qabın ağzı sələ ilə
möhkəm bağlanır. Bir müddət günün altında qalan məhlul qıcqırıb mayaya çevrilir.
Mayanın qüvvəsindən asılı olaraq südün miqdarı nəzərdə tutulur. Təxminən hər 30 kq
südə yüz əlli qram maya vurulur - qatılır çox çəkmədən süd dələməyə çevrilir. Adətən,
dələmə torbalara tökülür. Burada dələmənin suyu süzülür və pendir alınır.
Ġri gil küpələrdə pendiri duzlamaqla uzun müddət saxlamaq olur. Lakin qoyun
pendiri maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxĢar
iki motal növü olmuĢdur.
Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq quru-
dulur. Sonra dəri yenidən yumĢaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm
bağlanır. Ġçərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxĢı
qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur.
Xalq arasında buna Qarabağ motalı deyilir. Digəri isə Qazax motalı adı ilə tanınır. Bu motal
Azərbaycanın qərb zonasında geniĢ yayılmıĢdır. Bu növ motalı hazırlamaq üçün yenə də
dəri duzlanır və günün altında möhkəm qurudulur. Dəri duzu aldıqdan sonra yenidən
yumĢaldılıb yunlu tərəfi içəri qatlanır. DuzlanmıĢ pendir motala doldurulur. Möhkəm sığanır
və ağacla bərk basılır ki, içəridə hava qalıb motalın pendirini xarab eləməsin [49].
Motal pendiri nəinki azərbaycanlılar, hətta Cənubi Qafqazın baĢqa xalqları ara-
sında da yüksək qiymətləndirilir. Onun alıcısı çox, qiyməti üstün tutulur. XIX əsrin
244
sonralarında azərbaycanlıların Tiflisdə təxminən 10-12 min pud pendir satdıqları qeyd
edilir [50]. Onu da göstərmək lazımdır ki, XIX əsrin sonralarında Yelizavetpol
quberniyasında xüsusi pendir zavodu açılmıĢdı. 1911-ci ildə isə burada dörd pendir zavodu
iĢləyirdi. Həmin zavodlarda 1600 pud yüksək keyfiyyətli pendir hazırlanırdı [51].
Azərbaycanda qoyunun ətindən əhali geniĢ istifadə etmiĢ və ondan müxtəlif
növ ləziz xörəklər hazırlamıĢlar. Qoyun əti azərbaycanlıların arasında mal ətindən üstün
tutulmuĢdur.
Göründüyü kimi, Azərbaycanda qoyunçuluq əsrlər boyu maldarlıq təsərrüfa-
tında aparıcı rola malik olmuĢ əhalinin məiĢətində mühüm rol oynamıĢdır. Ona görə də yerli
əhali bu sahəyə xüsusi diqqət vermiĢ və onu həmiĢə inkiĢaf etdirməyə çalıĢmıĢdır.
Dostları ilə paylaş: |