221
* * *
Mal-qaranın lazımi qaydada alafla təmin edilməsi maldarların diqqətini cəlb
edən mühüm iĢlərdən olmuĢdur. AxtarıĢlardan aydın olur ki, Azərbaycan rəngarəng və
zəngin bitki örtüyünə malik bir ölkədir. Qafqazın bitki örtüyünün altmıĢ faizini özündə
birləĢdirən Azərbaycanda dörd mindən çox bitki növü mövcuddur [7].
Böyük və Kiçik Qafqaz dağlarındakı əlveriĢli iqlim və bol çəmənliklər əsrlər
boyu maldarlığın inkiĢafına əsaslı zəmin yaratmıĢdır. Subalp və alp çəmənləri otlaqların
maldarlıq üçün əvəzsiz yem mənbəyidir. Burada bitən çoxillik bitkilər növ müxtəlifliyi,
keyfiyyətinin üstünlüyü və əhəmiyyətliliyi ilə səciyyələnən əsas yem mənbəyi sayılır.
Köçmə və yarımköçmə maldarlıq formaları Ģəraitində yaylaqlar və oradakı geniĢ
örüĢlər maldarlığın aparıcı təsərrüfat sahələrindən birinə çevrilməsinə az təsir
göstərməmiĢdir.
Kiçik və Böyük Qafqaz dağları arasında yerləĢən Kür-Araz ovalığı ġirvan, Mil,
Qarabağ və Muğan düzənliklərinə bölünür. Bu yerlərin iqlimi yay aylarında isti, qıĢ
aylarında isə mülayim keçir. Ona görə də qıĢ və yay aylarında mal-qaranın yer-
ləĢdirilməsi və bəslənilməsi üçün ən münasib ərazi sayılır. Kür-Araz ovalığının torpaq
örtüyü müxtəlif olduğu kimi, bitki örtüyü də öz zənginliyi və keyfiyyəti etibarilə
üstünlük təĢkil edir. Bu ovalıqda bitən səhra və yarımsəhra bitkiləri çoğan, qaraĢoran,
222
sarıbaĢ, soğanaqlı, qırtığ, tonqalotu, quramat, ġərq bozağı, çiling burnu, yovĢan, çərən,
qıĢotu, Ģahsevdi, daraqlı ayrıcın, qarağan, kəngiz, efmer bitkiləri və s. ilə daha zəngindir
[8].
Bu otlaqlar mal-qaranın əsas qıĢ yem mənbəyi hesab olunur. Bu geniĢ düzən-
liklərdə təkcə Azərbaycan deyil, qonĢu ölkələrin də mal qarasının müəyyən hissəsi
qıĢlayır, ona görə də Cənubi Qafqazda mal-qaranın, xüsusilə xırdabuynuzlu hey-
vanların qıĢlaqda saxlanıb-otarılmasında bu ərazi müstəsna əhəmiyyət kəsb edir. Heç
Ģübhəsiz, bu düzənliklərdə indi da izləri qalan və geniĢ ərazini əhatə edən qədim süni
suvarma arxları əkinçiliklə yanaĢı, maldarlığın da inkiĢafına öz müsbət təsirini
göstərmiĢdir.
Azərbaycanın cənub-Ģərqini əhatə edən TalıĢ dağ sistemi, Lənkəran ovalığı və
Naxçıvan ərazisi maldarlığın inkiĢafına təsir edən geniĢ örüĢlərə malikdir. Lakin tarixən
Cənubi Azərbaycan ərazisi daha geniĢ sahəni əhatə etmiĢ və öz zəngin təbiəti və maldarlıq
üçün daha əlveriĢli olan otlaqlara malik bir ölkə kimi tanınmıĢdır. Bütövlükdə
Azərbaycanın zəngin florası maldarlığın inkiĢafına əsaslı zəmin yaratmıĢdır.
Azərbaycanda qoyun sürüləri demək olar ki, il boyu otlaq Ģəraitində bəslənirdi.
Ona görə də qoyunçular alafa o qədər də böyük ehtiyac hiss etmirdilər. Bir qayda olaraq,
yaylaq və qıĢlaq Ģəraitində xüsusi ayrılmıĢ yerdə və ya sahədə otlaqlar xam saxlanırdı. Bu
xam otlaqdan sürü soyuqda örüĢə gedə bilməyəndə və ya qoyun xəstələnəndə, habelə bir
sahə otarılıb tamamilə əldən çıxanda istifadə edilirdi. Lakin dağ və dağətəyi zonalarda
qoyunçuluq təsərrüfatları qıĢ aylarında alafdan istifadə edirdilər. QıĢ bərk gələndə,
Ģaxtalar ara verməyəndə düzən ərazidə də alafdan istifadə edilirdi. Heyvan qıĢdan arıq
çıxdıqda və döl Ģəraitində xırdabuynuzlu heyvanlara yumĢaq ot, yonca, saman, arpa və
kəpək verilirdi. Bu münasibətlə xalq arasında deyilir: "QıĢda çör-çöp qoymaz sürü,
yayda otdan doymaz sürü".
Ot, saman, yonca və arpa ən çox at ilxıları və qaramal naxırları üçün əvvəlcə-
dən tədarük edilirdi. Tövlə Ģəraitində saxlanan at, inək və qoĢqu heyvanları gün ərzində
iki dəfə sulanır və bir neçə dəfə yemlə təmin edilirdi. Otun biçilməsində həlledici alət
kərənti sayılırdı. Biçinçilər biçənəkləri biçir və otu yığırdılar. Bir qayda olaraq biçilmiĢ ot
yerli iqlim Ģəraitilə əlaqədar bir-iki gün sahədə qalıb quruyurdu. Sonra qurumuĢ otu üst-
üstə yığıb lodaya vururdular. Lodalardan "xorum", "xotma", "tapıl" düzəldilirdi. Sonra
otu lazım olan münasib yerə daĢıyır və taya vururdular.
Taya iki cür olurdu. Dairəvi ĢiĢ taya o qədər də iri olmayıb fərdi təsərrüfat üçün
daha xarakterik idi. Belə tayalarda təxminən beĢ-altı araba ot olurdu. Tayanın oturaca-
ğına ağac düzür və ya daĢ qoyurdular ki, nəm çəkməsin. Lakin çoxlu at ilxısı və
qaramal naxırı olan varlılar saxladıqları heyvana yaxın yerdə uzun tayalar vururdular.
Belə uzunsov tayalara xalq arasında "ilan yalı" və ya "ilan beli" deyilirdi. Bu tayalar da
münasib yerdə düzəldilir, üstünə iri daĢ, kərən və s. baĢqa ağır Ģeylər qoyulurdu ki, onu
külək vurub uçurmasın. Dağ yerlərində alaf əsasən qara damlarda saxlanardı.
Ot və yoncadan baĢqa at və qaramalın bəsləməsində saman da əsas alaf növü
sayılırdı. Taxıl döyüldükdən sonra sovrulmuĢ saman xüsusi düzəldilmiĢ samanlıqlara
224
tökülür, qıĢ zamanı hörmə çubuq səbətlərlə daĢınaraq, heyvanlara verilirdi. ġübhəsiz
arpa-saman heyvan yemi kimi daha üstün tutu-lurdu. Arpa ən çox ata verilirdi. Minik
qoĢqu qüvvəsi kimi iĢlədilən və arıq düĢən atlara arpa daha çox verilirdi.