Döl və qulluq qaydaları. Damazlıq qoçların seçilib sürüyə
buraxılmasında əsas etibarilə onların nəsli, iriliyi, Ģaqqalı, yaraĢıqlı olması, ətliliyi
və yunu nəzərə alınırdı. Sürünün artımı və törəmənin yaxĢı olması üçün diqqətlə
237
seçilib və nəzərdən keçirilən qoçlara xüsusi qulluq göstərmək lazım gəlirdi. Bir
qayda olaraq, qoçlara yem verilməsi və ya onların xama qoyulmuĢ örüĢlərdə
otarılmasına xüsusi qayğı ilə yanaĢılması tamamilə təbii idi. Adətən, 100 baĢ
qoyuna 5-6 baĢ seçmə qoç qatılırdı. Qoç qatma müddəti təxminən bir ay çəkirdi.
Maldarlar cinsin tədricən yaxĢılaĢdırılmasına xüsusi diqqət yetirirdi. Bu, hər
Ģeydən əvvəl, yunun, südün çoxluğu və yüksək ətliliklə əlaqədar idi. Azərbaycanın
müxtəlif iqlim Ģəraitinə malik olması ilə əlaqədar bu ərazidə qoçun sürülərə
qatılması və döl vaxtı da fərqli olurdu. Dölə hazırlıq və onun yüksək səviyyədə
həyata keçirilməsi qoyunçuluq təsərrüfatmda ən mühüm və çətin məsələlərdən biri
hesab edilirdi.
Ona görə də döl vaxtı çobanlardan əlavə sürüyə dölçülərin göndərilməsi
təsadüfi deyildi. Bu, hər Ģeydən əvvəl, dölü mütəĢəkkil keçirmək və itkisiz baĢa
vurmaqdan ibarət idi. Döl təxminən bir ay çəkirdi və döl ayı adlanırdı. Ana qoyun
doğandan 3-4 gün sonra onu balasından ayırır, gündə bir, bəzən də iki dəfə əmiz-
dirirdilər. Döl zamanı tanımal çobanların rolu daha böyük olurdu. Onlar qoyun-
ların, xüsusilə gecə doğan qoyunların balalarını bir sıra əlamətlərinə görə tanıya
bilirdilər. Bunun üçün çobanda böyük təcrübə, iti göz və qeyri-adi duyma qabiliy-
yətinin olması əsas Ģərtlərdən idi.
Qoyunlar rənglərinə görə ağ, qara, qumral, boz olur. Qısaqulaqlı qoyuna
"kərə", orta qulaqlıya "kürə", buynuzlusuna isə "kəlin" qoyun deyilir.
Yeri gəlmiĢkən onu da qeyd edək ki, sahibkarlar öz qoyun sürülərini
digərlərindən fərqləndirmək üçün müxtəlif niĢanələrdən istifadə edirdilər. Bir
qayda olaraq qoyunun qulağında müəyyən niĢanlar edilir və ya qulağı müxtəlif
Ģəkildə kəsilirdi. Bəzən də damğa vurur, damğalayırdılar. ġiĢ, bıçaq və digər metal
əĢyaları ocaqda bərk qızdırıb qoyunun gözünün altından, qaĢqasından, burnunun
üstündən və baĢının digər istiqamətindən dağlayırdılar.
Xalq arasında xırdabuynuzlu heyvanların yaĢlarına görə adları vardır. Yeni
doğulana əmlik, altı ayına qədər quzu, iki ilinə qədər toğlu, üç ilinə qədər
ĢiĢək(diĢisi), erkək (erkəyi), üç ildən sonra qoç, diĢisi ana qoyun adlanır. Keçi yeni
doğanda oğlaq, bir ilinə qədər çəpiĢ, iki ilinə qədər dıbır, üç ilinə qədər köər
(diĢisi), təkə (erkəyi), üç ildən sonra keçi (diĢisi), erkəc (erkəyi) adlanır.
"Kitabi-Dədə Qorqud"da çobanın vəzifə və qayğıları təsvir edilmiĢ və
dəqiqliyilə mənalandırılmıĢdır:
"Qaranqu axĢam olanda qayğılı çoban!
Qarıla yağmur yağanda çaxmaqlı çoban!
Südü, pendiri bol, qaymaqlı çoban!"
Qoyunçuluqda həlledici rolu çobanlar oynayırdılar. Həqiqətdə "sürü
çobansız olmaz". Qoyunun otarılıb-bəslənilməsi, onun döl qaydasının mütəĢəkkil
təĢkili, sağılması və qırxılması, bir sözlə, bütün taleyi çobanın adı ilə bağlıdır.
238
"Qoyunu gümrah çoban papağı yan qoyar". Bir qayda olaraq çobanların otardıqları
sürülərdə 400-500 baĢ, bəzən də 600-800 baĢa qədər qoyun olurdu. Hər sürüdə bir
baĢ çoban - sərkar, iki nəfər isə nisbətən təcrübəsiz – köməkçi çoban olurdu. BaĢ
çoban bir qayda olaraq ana - sağmal qoyun sürüsünü, təcrübəsiz - cavan çobanlar
isə toğlu və quzuları otarırdılar. Yaylaq və qıĢlaq Ģəraitində gündüzlər cavan
çobanlara da ana qoyunları otarmaq həvalə edilirdi. Adətən baĢ çoban çəkdiyi
zəhmətə görə əmək haqqını da o birilərindən çox alırdı [42].
Çobanların əmək haqqı əsasən natura Ģəklində ödənilirdi. Çobanlar əsas
etibarilə altı aylığa, bir illiyə və çox illiyə tutulurdu. Elə çobanlar da olmuĢdur ki,
ömürlərini bir varlı Ģəxslə bağlayıb onun sürüsünü otarmıĢdır. Bu, çobanla sürü
sahibi arasında yaranan ünsiyyət, qarĢılıqlı anlaĢma nəticəsində olurdu. Bəzən də
bu qarĢılıqlı anlaĢma qohumluğa çevrilirdi. Ona görə də haqlı olaraq deyilir ki,
"Çobanı özündən olanın qoyunu diĢi doğar".
BaĢ çobana sürünün bütün iĢləri tapĢırılırdı. Elə olurdu ki, bütün sürünün
iĢləri və ona cavabdehlik baĢ çobanın əlində cəmləĢirdi. Bir qayda olaraq
çobanların ərzaq və geyimlə təmin olunması sürü sahibinin öhdəsinə düĢürdü.
Lakin elə də olurdu ki, ĢərtləĢmədən - sövdələĢmədən asılı olaraq onu çobanın özü
həll edirdi. Çobanın haqqı altı ayda və yaxud ildə bir dəfə verilirdi. Haqq kimi bir
toğluluq qoyundan, yəni 20 baĢ qoyundan biri çobana, hər 20 baĢ quzudan isə biri
quzuçuya çatırdı. Bu qayda ilə haqq bir sürünün qoyununu, toğlusunu və quzusunu
otaranlar arasında xidmətlərinə uyğun olaraq bölünürdü. Çobanlara yaxĢı sürü
saxlayıb-bəslədiyinə görə ildə əlavə heyvan, qırxılanda yun payı, motal payı
verilməsi də məlumdur. Lakin bütün göstərilənlərə baxmayaraq, son dərəcə
əziyyətli peĢə sahibi olan çobanların və onların ailəsinin vəziyyəti pis, dolanma
Ģəraiti ağır olurdu.
Çobanlar bir qayda olaraq sadə geyinirdilər. Onlar ayaqlarına corab və
çarıq geyir, corabın üstündən dizlərinə qədər dolaq dolayırdılar. ġalvar və
köynəkləri sadə olub çox vaxt yun parçalardan hazırlanırdı ki, həmiĢə açıq havada
olduqlarından əyinləri isti olsun. Yapıncı həm onların geyimi, həm də yorğan-
döĢəyi sayılırdı. Bellərində xəncər, baĢlarında quzu dərisindən saçaqlı papağı
olardı.
Yeri gəlmiĢkən bir cəhəti qeyd edək ki, sürünün təhlükəsizliyinin
qorunmasında çobanın ən etibarlı köməkçisi it olmuĢdur. Hər bir sürüdə 4-5 it
olurdu. Əsrlər boyu sürünü qurd-quĢdan, oğrulardan qorumaqda qoyun itləri
əvəzsiz heyvan olmuĢ və onlara xüsusi qayğı göstərilmiĢdir. Ona görə də sayaçı
sözlərdə deyilir:
Əlindəki dəyənək
Qalxanıdır çobanın.
Yanındakı boz köpək
YoldaĢıdır çobanın.
239
Nizami Gəncəvi çobanın itə olan münasibətini böyük ustalıq və tam
dəqiqliklə tərənnüm etmiĢdir:
Bu it keĢikçimdi çöldə, çəməndə,
TapĢırmıĢdım ona sürünü mən də.
O xeyli əmindi, vəfası vardı,
Onunla dostluqdan çox xoĢlanardı.
Gəzərdi hər zaman sürümdən uzaq,
Bir qoyun oğrusu, bir də yalquzaq.
O, arxam, dayağım, pasibanımdı,
Əsla itim deyil, bil, çobanımdı.
DüĢmən, pəncəsinə keçsə didərdi,
Dəmir biləyimdi, həlak edərdi.
Çöldən Ģəhərlərə getdiyim zaman,
Sürüyə olardı bu köpək həyan.
ġəhərdən dönsəydim əgər gec dala,
Verərdi sürünü tək bu it yola [43].
Əksər hallarda qoyuna ziyan verən vəhĢi heyvan canavardır. Əgər it
sürüdən aparılan heyvanı qurddan saldırsa, onda onun quyruğu itə verilirdi. Ġt
bəzən atla eyniləĢdirilir və ondan üstün tutulurdu. Bir it bir atla, bir neçə qoyuna
bərabər tutulurdu. Ona görə deyirlər: "At ələ düĢər, it ələ düĢməz". XIII-XIV
əsrlərdə yaĢayıb-yaradan Marağalı Əhdəvi yazırdı:
Vəfada it, ondan yaranmıĢ üstün
Atdan Ģöhrətlidir, o bax bununçün[44]
Deməli, itsiz sürünü düĢünmək qeyri-mümkündür. Ulularımız "Ġtsiz sürüyə
qurd düĢər" demiĢlər. Belə bir zərbi-məsəl də var ki, "Ġt kəlləsi asılan həyət
bədnəzərdən qorunar".
Bayatılarımızda itin çobana, sahibinə arxalanması barədə belə deyilir:
Çoban çalar ney, tütək,
Sürü otlar təkbətək.
Məsəldir ki, qurd basar
Arxası olan köpək.
Bir maraqlı cəhəti xatırlatmaq lazım gəlir ki, qoyunçuluqla məĢğul olan
əhali qoyunu öz övladları ilə eyni qaydada əzizləmiĢlər. Bu baxımdan F.Köçərlinin
1909-cu ildə "Tərəqqi" qəzetində dərc etdiyi bir yazısı maraq doğurur: "...Ana Ģirin
və dadlı dillə balasına layla çaldığı kimi, bizim tərəkəmə camaatı da öz qoyunlarını
240
mehriban və Ģirin dillə vəsf edirlər. Fərqi ancaq bundadır ki, ana övladını "balam"
sözü ilə yad edir, qoyun sahibi isə "nənəm" kəlməsilə baĢlayır".
Dostları ilə paylaş: |