A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   32   33   34   35   36   37   38   39   ...   102
 

 

 

 

 

 

 

 

BALIQÇILIQ 

 

Azərbaycanda  qədim  zamanlardan  əhali  balıqçılıqla  məĢğul  olmuĢdur. 



Xəzər  dənizinin  cənub-qərb  sahili  və  oraya  tökülən  iri  və  xırda  çaylar  burada 

balıqçılığın  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaratmıĢdır.  Çaylarda  kürü  töküləcək 

yerlər  balıq  ovunun  əsas  yerləri  hesab  edilir.  Bu  baxımdan  ən  qədim  dövrlərdən 

balıqçılığı ilə tanınan Kür və Araz çayları daha çox əhəmiyyət kəsb edirdi. 

Qədim  Mingəçevir  arxeoloji  qazıntılarından  Eneolit  dövrünə  aid  edilən 

materiallar  icərisində,  ağbalıq  və  pullu  balıq  sümükləri  də  tapılmıĢdır.  Xüsusi 

balıqovlama alətlərinin olmasını buradan irihəcmli - 1,5 kq-dan kq-a qədər olan 

pərsənglərin  tapılması  da  sübut  edir  [25].  Yəqin  ki,  bu  cür  pərsənglər  toxuma 

səbətə  bənzər  ov  ləvazimatı üçün istifadə  olunmuĢdur. Bundan baĢqa, əhali balığı 

nizə ilə də ovlayırdı. Tunc dövrü təbəqəsindən əldə edilib həmin bölgəyə aid olan 

balıq sümüklərinin faiz münasibəti onların arasında pullu bahqların daha üstünlük 

təĢkil etdiyini göstərir. 

Kür çayı sahilində yaĢayan yerli əhalinin qədim məĢğuliyyətlərindən biri 

də  balıq  ovu  olmuĢdur.  Çayda  və  onun  ətrafındakı  axmazlarda  çoxlu  balıq 

olduğunu  arxeoloji  qazıntılar  nəticəsində  tapılmıĢ  balıq  sümükləri  və  balıq  ovu 

alətləri  bir  daha  sübut  edir.  Lakin  tapılmıĢ  ov  alətlərinin  azlığı  onların  inkiĢaf 

mərhələlərini izləməyə imkan vermir. 

Qədim  mənbələrdə  Kaspianada  nərə  balığının  ovlanması  haqqında 




 

 

304 



məlumat verilir. Klavdiy Elian deyir ki, kaspilər onları tutur, duzlayır və qurudur, 

daha sonra dəvələrə yükləyərək Ekbatana aparırlar [26]. 

Daha  sonra  müəllif  göstərir  ki,  burada  balıqdan  yapıĢqan  hazırlanır,  "bu 

yapıĢqan  öz  keyfiyyətinə  görə  son  dərəcə  möhkəm  olub,  hər  Ģeyi  birləĢdirir 

(yapıĢdırır),  yapıĢdığı  yerdən  heç  vaxt  qopmur"  [27].  Qədim  müəlliflərin 

məlumatlarından  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  balıq  ehtiyat  üçün  də 

hazırlanırdı. Qurudulur, duzlanır və bir hissəsi satıĢa da göndərilirdi. YapıĢqan da 

satılır  və  müxtəlif  sənət  sahələrində  geniĢ  istifadə  olunurdu.  Balığın  üzgəc 

kisəsindən  alınan  yapıĢqan  öz  keyfiyyətinə  görə  baĢqa  heyvanlardan  alınan 

yapıĢqandan  üstün  sayılırdı.  ġübhəsiz  ki,  bazarlarda  balıq  yapıĢqanı  daha  yüksək 

qiymətləndirilərək baha satılırdı. 

Güman  ki,  kaspilər  daha  təkmilləĢdirilmiĢ,  balıqçılıq  alətləri  ilə  tanıĢ 

olduqlarından,  onlar  daha  çox  balıq  ovlaya  bilmiĢlər.  Orta  əsr  mənbələrində  Kür 

sahili  əhalisinin  balıq  ovu  ilə  məĢğul  olması  haqqında  çoxlu  məlumat  vardır. 

Albanlar  Kür  və  Araz  çaylarından  tutduqları  balıqdan  xəzərlərə  gömrük  haqqı 

verməli idilər [28]. 

Ərəb  mənbələrində  də  Kürdə  balıqçılığın  inkiĢaf  etdiyi  xatırlanır  və 

göstərilir ki, burada tutulan balıq duzlanmıĢ halda bir çox ölkələrə aparılır [29]. 

Orta  əsr  balıqçılığı  haqqında,  az  da  olsa,  Avropa  və  rus  diplomatlarının, 

tacirlərinin gündəlik və hesabatlarında müəyyən məlumatlara rast gəlirik [30]. 

Azərbaycanda olmuĢ səyyahlar burada qızılbalıq, nərə balıqlarının tutulduğunu 

və onların kürüsünün yeyildiyini xəbər verirlər [31]. Güman etmək olar ki, Ġslam dininin 

qəbulundan sonra da yerli əhali nərə balığı növlərini yeyirmiĢ. 

Adam Olearinin bu barədə verdiyi məlumat maraqlıdır. O, Kürün Ġran Ģahı tərə-

findən icarəyə verildiyini, habelə balıq ovu üçün xüsusi arakəsmələr düzəldiyini xəbər 

verir [32]. 

Balıqçılığın inkiĢafı haqqında daha geniĢ məlumat və faktiki materiallara XIX 

əsrin tarixi-etnoqrafik ədəbiyyatında da rast gəlirik. 

Azərbaycanın Rusiyaya birləĢdirilməsindən əvvəl Ġran dövləti Xəzər dənizinin 

sahillərini və çay hövzələrini balıq ovu üçün ruslara icarəyə verirdi. Ġslam dininə görə, 

müsəlmanların  nərə  balıqlarını  yeməsi  günah  sayılırdı.  Məhz  ona  görə  də 

müsəlmanların  nərə  balıqlarını  ovlaması  da  qadağan  hesab  olunurdu.  Balıq  ovu  ilə 

məĢğul olan yerli əhali isə bunun üçün vergi verməli idi [33]. 

Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra isə Xəzər və Kürdə balıqçı-

lığın  inkiĢafına  xüsusi  diqqət  verilməyə  baĢlandı.  Ümumiyyətlə,  Xəzər  balıqçılığı 

Rusiya  üçün böyük əhəmiyyət  kəsb edirdi, Xəzər bütün  Rusiyanı  və eləcə də bir  sıra 

Avropa ölkələrini balıq məhsulları ilə təmin edirdi. XIX əsrdə hələ dəniz balıq ovunun 

nisbətən az inkiĢaf etdiyi bir dövrdə, Avropa dövlətlərində balıq ovu Xəzər balıqçılığı ilə 

müqayisədə çox cüzi görünürdü. Volqa çayı balıq vətəgələrindən sonra, ikinci yeri Kür 

çayı balıqçılığı tuturdu. Buradakı "Bojiy promısel" öz əla keyfiyyətli kürüsü və nərə balığı 

ilə Ģöhrət tapmıĢdı. Balıq ovu ilə Azərbaycanın baĢqa yerlərində, xüsusilə Xəzərə axan 



 

 

305 



çay  hövzələrində  daha  çox  məĢğul  olurdular.  Samur,  Xaçmaz,  Yalama,  Qızılburun, 

AbĢeron məhz belə sahil ərazilərdən hesab olunurdu [34]. Lakin burada balıq vətəgələri 

çox da iri deyildi. 

Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra 1829-cu ildə Salyan vətə-

gələri dövlətin ixtiyarına keçdi. Bura rus çinovniklərindən ibarət olan qəyyumlar təyin 

edildi,  1846-cı  ilədək  burada  dövlət  idarəçiliyi  davam  etdirildi  [35].  Qəyyumlar 

HəĢtərxanda  ruslardan  bir  il  müddətinə  həm  bu  peĢəni  yaxĢı  bilənlərdən,  həm  də 

müxtəlif  köməkçi  iĢlərin  görülməsi  məqsədilə  muzdlu  fəhlələr  tutardılar.  Muzdlu 

fəhlələrə görəcəyi iĢin xüsusiyyətindən asılı olaraq, müxtəlif miqdarda əmək haqqı 

verilərdi. Ən yüksək əmək haqqı kürü istehsalçılarına çatırdı. Çünki kürünün keyfiyyəti 

məhz onu hazırlayan ustaların bacarığından asılı idi. 

Balıq ovu üçün "qoyma torları" quranlara nisbətən yüksək əmək haqqı verilərdi. 

Ən az məvacib isə balıq duzlayanlara və yapıĢqan hazırlayanlara verilirdi. Balıq ovu 

zamanı vətəgələrə iĢləmək üçün dəmirçi, çəlləksaz və xeyli baĢqa sənət sahibləri də cəlb 

olunardı. 

1829-cu ildə Salyanda dövlət idarəsinin (Bojiy, AkuĢa, Lopatinski, Torpaq-

qala, Arbatan, Abdulyan vətəgəsi olmaqla) altı vətəgəsi var idi. Bunların ən baĢlıcası 

Kürün Ģimal-Ģərq qolunda yerləĢən Bojiy vətəgəsi idi. Çünki burada baĢqa vətəgələrdən 

çox balıq ovlanır, həmçinin qəyyumların və icarədarların idarəsi yerləĢirdi. Həmin 

vətəgədə  balıq  məhsullarının  emalı  və  saxlanması  üçün  daha  münasib  müxtəlif 

tikililər yerləĢirdi. 

Salyan  yaxınlığında  yerləĢən  Arbatan  və  Torpaqqala  vətəgələrində  balıq 

ovu  əsasən  yazda  40  gün  müddətində  aparılırdı.  Bunlar  əsasən  azərbaycanlıların 

iĢlədiyi  mövsümi  vətəgələr  hesab  olunurdu.  Balıq  ovu  zamanı  əsasən  xırdagözlü 

balıq torlarından istifadə edərdilər [36]. 

1847-ci  ildə  Salyan  balıq  vətəgələri  yenidən  icarəyə  verilirdi  [37].  XIX 

əsrin sonunadək burada əsasən nərə balıqları: ağbalıq, burun və s. ovlanırdı. 

XIX  əsrin 80-ci  illərindən etibarən pullu balıqların (ziyad, Ģamayı və s.) 

intensiv  ovlanmasına  baĢlanılır.  Bu  balıqlar  əsasən  Muğanda  yerləĢən  axmaz  və 

çalalarda ovlanırdı. Çala və axmazlar isə Qızılağac körfəzi, habelə Kür və Arazla 

birləĢirdi. Pullu balıqlar sakit axar sularda, qamıĢlıqlarda və  müxtəlif sututarlarda 

daha çox toplanırdı. Balıqların bir qismi kürü tökdükdən sonra burada qalırdı. XIX 

əsrin 90-cı illərində çala və axmazlar Kür boyu bir sıra vətəgələrə sahib olan balıq 

sənayeçiləri arasında bölüĢdürülmüĢdü. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəlləri  Azərbaycanda  balıqçılıq  daha 

intensiv inkiĢafı ilə xarakterizə olunur. Bu dövrdə ov alətləri daha təkmilləĢir, balıq 

ovunda motorlu gəmilərdən istifadə edilir. Balıq labazlardakı daha böyük çənlərdə 

duzlanır. Hər vətəgədə bir neçə labaz və hər labazda da onlarla belə çənlər olardı. 

Maraqlıdır  ki,  bu  dövrdə  balıqçılıq  təsərrüfatının  əsas  iĢçi  qüvvəsini  yerli 

azərbaycanlılar, Ġrandan və qonĢu Dağıstandan iĢ dalınca gəlmiĢ əhali təĢkil edirdi. 

Qaydaya  görə,  balıq  ovu  üçün  çay  və  göllər  üç  il  müddətinə  icarəyə  verilirdi. 



 

 

306 



Dənizdə isə balıq ovu sərbəst idi. Burada balıq ovu ilə məĢğul olmaq istəyən hər 

kəs qayıq üçün bilet alırdı. Dənizdə balıq ovu əsasən Xaçmaz dəniz sahili bölgəsi 

üçün  daha  xarakterik  idi.  Burada  əsasən  qızılbalıq,  XX  əsrin  əvvəllərindən  isə 

siyənək balığı ovlanırdı [38]. 

Salyan  vətəgələri  iri  balıq  ovu  sahibkarlarının  ixtiyarında  idi.  Onlar 

burada  iĢləyən  fəhlələri  istədiyi  kimi  istismar  edirdilər.  Vətəgə  sahibləri  balıq 

ovçularına  borc  verərək  iĢə  götürürdülər  [39].  Ovçular  balığı  tutmalı  və  həm  də 

kürü hazırlamalı idilər. Fəhlələrin böyük əksəriyyəti ov mövsümündə sahibkarların 

borcunu ödəyə bilməyərək, çox vaxt onlardan asılı vəziyyətə düĢürdü. Həm də ov 

alət  və  ləvazimatı  ovçulara  öz  qiymətindən  xeyli  baha  satılardı.  Fəhlələrə  isə 

onların tutduqları balıq və hazırladıqları kürünün qiyməti, onun satıĢından iki dəfə 

aĢağı  ödənilirdi  [40].  Ona  görə  də  balıq  ovçuları  buna  dözməyərək  sahibkarlara 

qarĢı  mübarizəyə  qalxırdılar.  "Balıq  idarələri"nin  himayəsindən  azad  olmağın  ilk 

təĢəbbüsçüsü  "YoldaĢlıq"  Ģirkətinin  yaranması  oldu.  Belə  bir  Ģirkət  1911-ci  ildə 

Astarada təĢkil olundu. Onun büdcəsi Ģirkətin payçı üzvlük haqlarından və dövlət 

əmanət kassasından alınmıĢ borcdan ibarət idi. Tutduğu balığı "YoldaĢlıq" Ģirkəti 

özü  satırdı.  1912-ci  ildə  Ģirkət  buz  hazırlayan  zavod  və  soyuducu  tikdirmiĢdi. 

Ümumiyyətlə,  bu  Ģirkət  balıqçılar  arasında  böyük  canlanmaya  səbəb  olaraq  böyük 

nüfuz qazanmıĢdı. Belə ki, onun nümunəsində Lənkəran, Astaranın sahil boyunda balıq 

ovu ilə məĢğul olan balıqçılar da, həmin Ģirkətin ətrafında birləĢdilər [41]. 

Balıq ovu ilə əlaqədar yaranmıĢ "YoldaĢlıq" Ģirkətləri öz məhsullarını əsasən 

möhtəkirlərə, bəzən də daha yüksək qiymətə balıq vətəgə sahiblərinə satırdılar. 

Təsərrüfatın baĢqa sahələrində olduğu kimi, XX əsrin əvvəllərindən sonrakı 

dövrdə balıq vətəgələri ilə balıq ovu sahibkarların əlindən alınmıĢdı. 

Qədim zamanlardan belə balıq ovu və balıqçılıqla məĢğul olan yerli əhali ov 

zamanı  müxtəlif  alət  və  vasitələrdən  istifadə  etmiĢlər.  Qır  və  bulla  (çəngəl)  ilə 

balıqtutma  balıq  ovunda  ən  qədim  üsullardan  biri  hesab  olunur.  Balıq  ovu  əsasən 

aĢağıdakı qaydada aparılmıĢdır: a) vurma üsulu ilə balıq ovu; b) qırmaqla balıqtutma; c) 

torla  balıqtutma.  Azərbaycanda  balıq  ovunun  müxtəlif  üsul  və  qaydalarından  biri  də 

çaylarda çəpər çəkməklə balıqların tutulmasıdır. Çəpər çəkməklə balıq ovu nisbətən iri 

çaylarda  aparılırdı.  Bunun  üçün  çayın  dar  yerində  yan-yana  qoĢa  payalar  basdırılır  və 

onlara çubuqlardan hörülmüĢ çəpər bərkidilirdi [42]. Çəpərin müəyyən yerində hörmə 

qapıcıq  qoyulurdu.  Gecələr  çəpərin  qapısı  bağlanırdı.  Beləliklə  də  kürü  tökmək  üçün 

çayın yuxarı axınına gedən balıqlar çəpərdən keçə bilmirdilər. Adətən, çaylardakı çəpər 

maneələrdə balıq ovu gecələr aparılırdı. Ov zamanı qayıqdakı balıqçılardan biri əlindəki 

qırla  balıqları  tutaraq  qayığa  və  ya  kisələrə  yığırdı.  Belə  bir  qayda  ilə  balıq  ovu 

haqqında  hələ  XVII  əsrin  əvvəllərində  Azərbaycanda olmuĢ  səyyah  A.Oleari özünün 

yol  qeydlərində  yazmıĢdı  [43].  Ağacsaplı  dəmir  qırdan  əlavə,  ovçular  qıra  oxĢayan 

"telmıx"  adlanan  dəmir  alətindən  də  istifadə  edirdilər  [44].  Qırla  balıq  ovunda  iki  nəfər 

balıqçı iĢtirak edirdi. Onlardan biri qayığı idarə edir, o biri isə qırla və ya telmıxla balığı 

tuturdu. Qırla balıq ovu bir ay -ay yarım davam edirdi. 



 

 

307 



Balıqların kürü tökən vaxtı ovlanması onların artıb çoxalmasına böyük zərər 

vururdu. Daha doğrusu, bu hal onların kütləvi surətdə qırılmasına səbəb olurdu. 

Balıq ovu üçün Azərbaycanda istifadə edilmiĢ ov alətlərindən biri də ĢiĢ uclu iki 

və  yaxud  uç  diĢli  dəmir  tiyəli  alət  (sələ,  bul)  olmuĢdur  [45].  Bulun  uzun  ağac  sapı 

olardı. Bəzən onun sapına ip bağlayardılar. Bul ilə balıq ovu əsasən axmazlarda, çalalarda və 

hətta çayların dayaz yerlərində aparılardı. Əlində bul olan ovçu balığı görən kimi çox cəld 

ovu  vurardı.  Bul  ilə  balıq  ovu  əsasən  gündüzlər  aparılardı.  Balığı  nisbətən  uzaq 

məsafədən vurmaq üçün tiyə saplı bul daha münasib hesab olunardı. 

Azərbaycanın kiçik çaylarında balıq ovu daha ibtidai qaydada aparılmıĢdır. Bunun 

üçün çayın dar yerində bənd tikilərək onun suyu qaldırılardı. Çayın suyu sahilə daĢdıqda 

onunla  bərabər  balıqlar  da  sahilə  çıxardı.  Elə  bu  vaxt  çayda  tikilmiĢ  bənd  uçurulardı. 

Beləliklə də su ilə sahilə çıxmıĢ balıqlar ovçular tərəfindən əl ilə tutulardı. 

Ovçular çay balıqlarını daha sadə üsullarla da tuturdular. Onlar çayların sahil 

divarlarına bitiĢik: daĢdan yarıdəyirmi divar hörürdülər. Balıqların içəriyə girə bilməsi üçün 

divarda aralıq qoyulardı. Həmin qapıcıq bir neçə gün açıq qalardı. Ov zamanı isə qapı daĢ 

və  ya  Ģaxla  tutulardı.  Daha  sonra  ovçu  içəridəki  bahqları  əl  ilə  tutardı.  Adətən,  belə 

divarlar çayların dayaz yerlərində tikilərdi. Ovçular çay bahqlarını son vaxtlara qədər belə 

bir  sadə  üsulla  tuturdular.  Bəzən  də  çayların  nisbətən  dərin  yer-lərində  bahq  tutmaq 

üçün  çubuq  səbətlər  qoyulardı.  Səbətlərin  ağzı  elə  düzəldi-lərdi  ki,  içəriyə  girən 

balıq artıq oradan çıxa bilməzdi. 

Balıq ovunda öz sadəliyi və münasibliyilə qırmaq və ona oxĢar ov ləvazimatı 

çox ehtimal ki, qədimlərdən istifadə edilmiĢdir. A.Oleari öz qeydlərində istifadə etdiyi 

bu alətlə balıq ovunu da xatırlayır. 

Qırmaqla balıq ovu dəniz və çaylarda müxtəlif üsullarla aparılırdı. Bunun üçün 

nisbətən yoğun tiyəyə (tiyə 10-30 m, bəzən də daha uzun olurdu) bir neçə yerdən iki-üç 

metr  uzunluğunda  və  uclarında  tel-qırmaq  olan  ip  bağlanırdı.  Qırmaqlara  ət  tiyəsi, 

soxulcan və s. keçirilərdi. Həmin tiyə iki-üç yerdən ağac mıxlara bağla-nardı. Mıxlar 

isə çayın və ya dənizin dibinə vurularaq bərkidilərdi. Beləliklə də qırmaqlı tiyə hər gün 

ovçular  tərəfindən  yoxlanar  və  qırmağa  düĢmüĢ  balıqlar  götürülərdi.  Daha  xırda 

balıqları  tutmaq  üçün  qoyulan  qırmaqlı  tiyə  nisbətən  qısa,  ona  bağlanan  iplər  sıx, 

qırmaqlar  isə  kiçik  olardı.  Belə  qırmaqlı  tiyəyə  "Ģalqırmaq"  deyilərdi.  XX  əsrin 

əvvəllərinə qədər Xəzərin sahil boyunda və çaylarda balıq ovçuları arasında qırmaqla 

balıq tutmaq daha geniĢ yayılmıĢdı. 

Azərbaycanda balıq tutmaq üçün səbət [47] və venterlərdən də istifadə edilmiĢ-

dir.  Səbət  konus  Ģəklində  hörülərdi.  Səbətə  balığın  girməsi  üçün  xüsusi  yer  qoyulardı. 

Adətən, səbət suya qoyulduqda tərpənməsin deyə, ona daĢ da bağlanardı. 

XIX əsrin axırlarından etibarən göllərdə balıq ovlamanın geniĢləndiyi bir za- 

manda bu məqsəd üçün qoyma torlardan daha geniĢ istifadə edilirdi. 

XX əsrin əvvəllərində balıq ovçuları göl və axmazlarda, həmçinin çayların dərin 

yerlərində  balıq  tutmaq  üçün  venter  adlanan  qoyma  tordan  daha  çox  istifadə  edir- 

dilər.  Venter  öz  formasına  görə  konusvari  idi.  Ona  iki  və  ya  üç  yerdən  (çubuq  və 



 

 

308 



ya  dəmirdən  düzəldilən)  çənbər  keçirilərdi.  Venter  elə  düzəldilərdi  ki  içəriyə  girən 

balıq  daha  oradan  çıxa  bilməzdi.  Venter  göllərdə,  sulu  qamıĢlıqlarda,  axmazlarda 

və  həmçinin  də  dərin  olmayan  çay  sularında  qoyulardı.  Daha  doğrusu,  ondan  üzmə 

torların  iĢlədilməsi  mümkün  olmayan  yerlərdə  istifadə  edilərdi.  Rus  balıqçıları  tərə- 

findən  gətirilən  bu  ov  aləti  yerli  balıqçılar  arasında  geniĢ  yayılmıĢdı.  Onu  düzəlt- 

mək  asan  idi.  Venterlə  balıq  ovu  gecələr  aparılardı.  Tərpənməməsi  üçün  ona  2-3 

ədəd ağır daĢ və ya kərpic bağlanırdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycanda balıq ovunda istifadə edilən torlardan düzəldilən alətlərin özləri 



də  müxtəlif  formada  olmuĢdur.  Balıq  torları  əsasən  pambıq,  çətənə  (kəndir)  və  ipək 

ipindən  toxunardı.  Onun  bütövlükdə  özünün  və  əsasən  gözlərinin  ölçüsü  hansı  növ 




 

 

309 



balığın  ovlanmasından  asılı  olaraq,  böyük  və  kiçik  olardı.  Torlar  əsasən  ağacdan 

hazırlanan  iynələrlə  toxunardı.  Torun  daha  möhkəm  olması  üçün,  nar  qabığı  tökülmüĢ 

suya  qoyardılar.  Balıq  ovunda  üzmə  torlar  da  geniĢ  yayılmıĢdır  ki,  bunların  da  ən 

baĢlıcası üzmə tor, atma tor və əl torları olmuĢdur. 

Kürdə müxtəlif gözlü və ölçülü üzmə torlardan istifadə edilməklə müxtəlif növ 

balıqlar tutulurdu. Çox da iri olmayan, əsasən düz künclü üzmə torların hər iki ucuna nazik 

(Ģüy) ağac bağlanır, onun boyu uzunluğunda hər iki tərəfinə nazik tiyə keçirilərdi. Torun 

alt  tərəfinə  ağırlıq  üçün  qurğuĢun  və  daĢ,  səmti  itirməmək  üçün  onun  üst  tiyəsinə  isə 

qurudulmuĢ qabaq bağlanırdı [48]. Sürütmə torların uzunluğu 3-dən 30  m-ə qədər, eni 

isə  2-2,5  m  olurdu.  Belə  torlarla  balıq  ovlayarkən  onu  bir-birindən  bir  neçə  metr 

məsafədə  olan  iki  qayığın  arası  ilə  suya  salardılar.  Kiçik  torlardan  ziyad  və  Ģamayı 

balıqlarının tutulması üçün istifadə edilərdi. Balıqçılar ipək ipindən toxunmuĢ torlara, 

möhkəm və yüngül olduğu üçün üstünlük verirdi. 

XIX əsrin ikinci yarısından etibarən balıq ovunda iri ölçülü torlardan istifadə 

edilməyə  baĢlamıĢlar.  Uzunu  və  eni  boyu  hər  iki  qırağı  sicimlərə  keçirilən  belə  tor- 

lan suda barkas və ya kirjimlərlə sürüyürdülər. 

Balıq ovlamaqda "molojk", "salıq" adlanan torlardan geniĢ istifadə edilmiĢdir. 

Onlarla  əsasən  dənizin  sahil  sularında,  həmçinin  çaylarda  balıq  tutulardı  [49].  Daha 

doğrusu, belə torlarla dayaz sularda balıq ovlanardı. Balıqçı onu ya qayıqda və ya suda 

ayaq  üstə  duraraq  atardı.  "Salıq"  adlanan  qıf  formalı  belə  torun  ağzının  qıraq 

gözlərindən yoğun yun ip keçirilər və ağırlıq üçün ondan qurğuĢun da asılardı. Torun 

ağzındakı  yun  ipə  bağlanmıĢ  daha  nazik  ip  onun  içərisindən  keçirilib  torun 

oturacağındakı (sonundakı) ipə bağlanardı. Beləliklə, balıqçı ipi çəkəndə torun ağzı 

bağlanardı [50]. 

Molojk və ya salıq adlı torlar da ipək ipdən toxunardı və onun ağzının diametri 

4-5 m-ə qədər olardı. TalıĢ-Astara bölgəsində də belə torlarla balıq tutardılar. 

Donça, domca, çömçə adlanan əl torları da balıq tutmaq üçün mövcud olan tor 

alətlərindən  hesab  olunur.  Donçanın  torunun  çənbəri  və  sapı  söyüd  ağacından  düzəl-

dilirdi.  Çənbərin diametri 1-1,5  m,  sapın uzunluğu isə 2-2,5  m  olurdu. Xırdagözlü  əl 

torları ilə əsasən dayaz çaylarda balıq tutulurdu. 

Balıq ovunda üzmə torlardan əlavə, qoyma torlardan da istifadə edilmiĢdir [51]. 

Sıxgözlü qoyma torlar əsasən axmazlardan gedən suyun qabağına qoyulardı və daha sonra 

torla qabağı kəsilmiĢ balıqları ovçular donca ilə tutardılar. 

XX  əsrin  əvvəllərində  axmazlarda  və  eləcə  də  dəniz  sahillərində  balıq 

tutmaq  üçün  nevod  adlanan  iri  balıq  torundan  istifadə  edilməyə  baĢlandı  [52]. 

Axmazlarda  iri  balıq  torunu  bitki  və  ot-avardan  təmizləmniĢ  yerlərdə  qururdular.  Ġri 

balıq toru (nevod) girəcəyində qanadı olan, qıfıla bənzər toru xatırladır. Bu, bir neçə xırda 

gözlərə (kameraya) ayrılırdı. Balıq tora düĢdükdən sonra, geri çıxa bilmirdi. 

Balıq ovu bütün Kür boyunca, eləcə də Xəzərə və Kürə tökülən çaylarda aparı-

lırdı.  Balıq  tutmaq  üçün  iĢlədilən  alətlər  üzən  tor,  atma  tor,  əl  toru,  səbətdən  və  s. 

ibarət idi. Lakin yerli əhali tərəfindən aparılan balıq ovu çox zaman peĢə əhəmiyyətinə 



 

 

310 



malik  deyildi.  Alətlərin  növbənövlüyü  və  balıqtutmanın  müxtəlif  üsulları 

Azərbaycanda balıq ovunun qədimliyini bir daha təsdiq edir. 

XIX əsrdə balığın tutulmasında primitiv qayıqlardan - kolazdan istifadə edi-

lirdi.  Bu  qayıqlar  ən  çox  Lənkəran-Astara  bölgəsində  yerli  əhali  tərəfindən  hazır-

lanırdı.  Kolazlar  avar  vasitəsilə,  dayaz  və  axmaz  sularda  isə  Ģüvül  vasitəsilə  hərəkət 

etdirilirdi. Belə qayıqlara 2, bəzən də 3 adam yerləĢə bilirdi. Onun uzunluğu 3,5 m, eni 

isə 60-80 sm ola bilirdi. Uzunluğu 5 m-dən çox olan kolazlar da var idi. Onlar cökə və 

qovaq  ağaclarından  hazırlanırdı.  XIX  əsrin  sonunda  təkmilləĢmiĢ  qayıq  növlərinin 

yayılmasına  baxmayaraq,  kolaz  uzun  müddət  saxlanılmıĢdır.  Bu  gün  də  hələ  Kürdə  və 

Lənkəran-Astara bölgəsindəki çaylarda kolaza rast gəlirik, onunla çayın bir sahilindən 

o biri sahilinə odun, yaxud müxtəlif yüklər daĢıyırlar [53]. 

Vətəgələrdə isə iri qayıq tiplərindən sayılan kirjim yayılmıĢdı. Kirjim düzdibli 

böyük qayıq olub, üstünə yelkən çəkilir və bir dor ağacına malikdir. Kirjimin uzunluğu 40-

60  futa  (12-18  m)  yaxın  olurdu  [54].  ĠĢlədildiyi  sahədən  asılı  olaraq  kirjimi  böyük  və 

yaxud kiçik ölçüdə hazırlayırdılar [55]. Onunla HəĢtərxana balıq göndərir və oradan yük 

gətirirdilər. Kirjim ən çox dənizdə - sahil boyunca üzmək üçün iĢlədilirdi. Fırtına vaxtı 

kirjimin  aĢmaması  üçün  onun  yanlarına  qamıĢ  komları  bağlayırdılar.  Kirjim  və 

kolazlardan Xəzər dənizinin  Ģimalında  və ġərqi Türkmənistanın sahillərində istifadə 

edilirdi. Türkmənlər onları Ġrandan alırdılar [56]. 

XIX əsrin sonunda kolazla yanaĢı, boyük düzdibli qayıqlar da iĢlədilirdi. Onlar-

dan  iri  torla  balıq  ovu  zamanı  istifadə  edilirdi.  Eləcə  də  böyük  düzdibli,  nazik  buruna 

malik,  avarla  hərəkətə  gətirilən  qayıqlar  da  yayılmıĢdı.  Bundan  əlavə,  balıq  dolu 

barjlara qoĢulub, çəkən mühərrikli barkaslar meydana gəlmiĢdi [57].Lakin səs-küylü 

mühərrikli donanmaya balıqlar çox da yaxın düĢmədiyindən ov üçün ondan az istifadə 

edilirdi. Əvvəllər olduğu kimi, dənizdə üzmək üçün kirjim üstün hesab edilirdi. Onunla 

vətəgələrə duz, ərzaq gətirir və balıq aparırdılar. 

Ənənəyə görə azərbaycanlılar ancaq pullu balıqları yeyirdilər. Bunlar əsasən 

ziyad balığı və qızılbalıq olurdu. Yerli əhali xüsusən ziyad və Ģamayı balığını daha çox 

sevirdi. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda ziyad balığına olan tələbat daha çox 

idi.  Ziyadı  Kür  çayında  və eləcə də  kürü tökmək  üçün  getdiyi digər çaylarda  tuturdular, 

Ģamayı balığını isə ən çox Kürdən tuturdular, baĢqa yerlərdə ona nadir hallarda təsadüf 

edilirdi.  ġamayı  ovu  ilə  əsasən  salyanlılar  məĢğul  olurdular.  Yerli  əhali  yemək  üçün 

xəĢəmi və cökəni də xoĢlayırdılar. Təzə balıq müxtəlif üsullarla biĢirilib yeyilərdi. 

BaĢqa bölgələrdə yeyilməyən naqqa balığı Qazax bölgəsində yerli əhalinin 

əsas qida məhsullarından biri idi. Çay və dəniz sahillərində yaĢayan əhali qıĢ vaxtı ilan 

balığını  səbət,  əl  toru  və  ya  donca  ilə  tuturdu  [58].  Ġlan  balığı  xüsusən  Kür  sahilində 

yaĢayan əhali tərəfindən daha həvəslə yeyilirdi. 

Hələ ən qədimlərdən belə yerli əhali balığın yemək üçün saxlanılması və təda-

rük edilməsi ilə tanıĢ idi. Azərbaycanlılar, nərə balığı və bu növ balıqları yeməsə də 

satıĢ üçün ovlayırdılar. 

Ehtiyat üçün tədarük edilmiĢ balığı əhali bütün il boyu yeyə bilirdi. Kürün yuxarı 



 

 

311 



hissəsində əhalinin balıq ovu ilə məĢğul olmasına baxmayaraq, onların yeməklərində 

Salyan rayonu və Lənkəran-Astara bölgəsində olduğu kimi, balıq mühüm yer tutmurdu. 

Burada  ziyad  və  Ģamayını  hisə  verirdilər  və  duza  qoyurdular.  Balığı  əvvəl  7-12  gün 

duzda  (duz  məhlulunda)  saxlayır,  sonra  bir  aya  yaxın  hisə  verirdilər.  Adətən,  bu 

məqsədlə kiçik komalar tikilir və gözlərindən çubuğa keçirilmiĢ balığı oradan asırdılar. 

Sonra  təzək  yandırıb onun  tüstüsündə  balığı  hisə  verirdilər [59].  Ziyəd balığını  yerə 

basdırılmıĢ böyük kil küplərdə duzlayırdılar. Beləliklə də balığı il boyu saxlamaq olurdu 

[60].  Bəzən  balığı  duzdan  çıxardıb  gündə  qurudur  və  elə  quru  halda da  saxlayırdılar. 

Quru balığı biĢirmək üçün onu yaĢ parçaya, yaxud üzüm yarpağına bükərək közün üstünə 

qoyurdular. Balığın bu üsulla biĢirilməsi hələ yemək hazırlanan qabların olmadığı, qədim 

zamanlardan belə onun yeyildiyini təsdiq edir. 

Nərə balığından və baĢqa növ balıqlardan əsasən qaxac hazırlanırdı. XIX əsrin 

ortalarından etibarən balığı duzlamaqdan ötrü xüsusi çənlər mövcud olmuĢdur. Balığı 

qurutmaqdan  ötrü  isə  köhnə  kolazlardan  da  istifadə  edilirdi.  Bunun  üçün  balıq 




 

 

312 



yarılıb duzlu məhlula qoyulardı [61]. Bir gündən sonra onu çıxarıb yaxalayır və gündə 

qurudurdular, 15-20 gündən sonra qaxac hazır olurdu. Nərə balıqlardan qaxac əsasən 

vətəgələrdə  hazırlanırdı.  Beləliklə  də  vətəgələrdə  balıqdan  istifadə  və  onun  ehtiyat 

üçün tədarük üsulları ənənəvi səciyyə daĢıyırdı. 

XX əsrin əvvəllərində baĢqa balıq növləri də ehtiyat üçün tədarük edilirdi. Həmin 

vaxta  qədər  gökə,  çapaq  balığı  və  s.  duzlanması  əhaliyə  məlum  deyildi.  DuzlanmıĢ 

balığı çəlləklərə  doldurub  müxtəlif Ģəhərlərə  aparırdılar. Balıq çənlərdə bir neçə  ay 

saxlanılırdı, 

XIX əsrin ortalarında və sonralar kürünü baĢlıca olaraq vətəgələrdə hazırlayır-

dılar. Rusiya və bir çox xarici ölkələrə göndərilən kürü dənəvarı halında hazırlanırdı. 

Kürü yüksək qiymətə satıldığı üçün balıqçılara xeyli gəlir verirdi. 

Balıq vətəgə sahibləri üçün balıq yapıĢqanı mühüm gəlir mənbələrindən biri idi. 

Yüksək  keyfiyyətli  ağbalıq  yapıĢqanından  Ģampan  Ģərabının  ĢəffaflaĢdırılmasında, 

müxtəlif  jele  hazırlanmasında,  eləcə  də  parça,  dəri  və  s.  yapıĢdırılmasında  istifadə 

olunurdu [62]. 

YapıĢqanın hazırlanma üsulları, qədim vaxtlarda və eləcə də XIX əsrdə olduğu 

kimi qalmıĢdır. Balığın üzgü kisəciyini duzlayıb, ətrafını piydən təmizləyir, sonra kəsib 

suda  yaxalayırdılar.  Ağac  payalara  taxıb  havada  qurudurdular.  Bir  müddətdən  sonra 

ondan yapıĢqan qatını çıxardıb üst-üstə yığır və sıxaca qoyurdular. Bununla da yapıĢqanın 

hazırlanması baĢa çatırdı. Vətəgələrdə yapıĢqan hazırlanması ilə adətən azərbaycanlılar 

məĢğul olurdular. 

Balıq vətəgələrində hazırlanmıĢ məhsullar - hisə verilmiĢ balıq, qaxac, kürü və s. 

əsasən  Rusiya  və  xarici  bazarlara  aparılırdı.  Azərbaycanlılar  təzə,  qurudulmuĢ  və 

duzlu balıq iĢlədirdilər. Quru balıq çoxlu miqdarda Gürcüstana aparılırdı. Azərbaycanda 

tutulan balıq məhsulları çox zaman kirjimlə HəĢtərxana göndərilir və oradan isə bütün 

Rusiya Ģəhərlərinə daĢınırdı [63]. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinə qədər 

balıq  ovunda  onun  ehtiyatını  bərpa  etmək  haqqındakı  qaydaların  heç  birinə  əməl 

edilmirdi.  Beləliklə  də  balıq  ovu  hər  cür  üsullarla  aparılaraq,  onların  kütləvi  surətdə 

qırılmasına səbəb olurdu. 

Balıq ovunun iri sahibkarların əlində cəmlənməsi, onun daha çox tutulması ilə 

nəticələnirdi. Balığın və kürünün qiyməti tez-tez artdığı üçün ondan əldə edilən gəlir 

də  yüksəlirdi.  Bunlara  baxmayaraq  ov  alətlərinin  texnikasında,  ov  üsullarında  və 

qayıqların quruluĢunda heç bir dəyiĢiklik yaranmamıĢdır. 

XIX əsr boyunca balıq ovu baĢlıca olaraq çaylarda aparılırdı. Dəniz ovuna isə 

əsasən XX əsrin əvvəllərində baĢlanmıĢdır. Dəniz sahili sularında ilk vaxtlarda aparılan 

balıq  ovunda  əsasən  siyənək,  ziyad  və  çapaq  balıq  növləri  tutulurdu.  Bu  balıqların 

ovlanması üçün iri balıq torlarından istifadə edilməyə baĢlandı. Ov əsasən qayıqlarla 

aparılırdı.  Lakin  dəniz  ovunun  həqiqi  inkiĢafı  XX  əsrin  30-cu  illərindən  sonra 

baĢlanmıĢdır.  Həmin  illərdə  Azərbaycanda  balıq  tutmaqla  məĢğul  olan  vətəgələrlə 

yanaĢı, xüsusi dəniz donanması da yarandı. 

 



 

 

313 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin