DƏVƏÇĠLĠK
Dəvəçilik əsrlər boyu isti ġərq ölkələri xalqlarının təsərrüfat məiĢətində mühüm
yer tutmuĢdur. Dövrü hələlik qəti müəyyənləĢməmiĢ olsa da, Azərbaycan ərazisinə dəvə
ilk dəfə ehtimal ki, Mərkəzi Asiya vasitəsilə keçmiĢdir. Azərbaycanda dəvəçiliyin tarixi
hələlik e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aiddir. Bunu Qədim
Mingəçevirdən tapılan dəvə sümüyü və Füzuli rayonu ərazisindən tapılan iki dəvə skeleti
təsdiq edir. Bu skeletlərin üzərindən çoxlu bəzək Ģeyləri tapmıĢlar. Bu bəzəklər yəqin ki,
dəvələrin çulunun üzərinə bərkidilib-tikilmiĢdir.
I ArgiĢtinin Manna və BuĢtuya etdiyi yürüĢdə 184 baĢ, baĢqa bir yürüĢdə isə
100 baĢ dəvəni ələ keçirdiyi xəbər verilir [138]. Hətta belə bir dəlil var ki, qədim
Azərbaycan dövlətlərindən olan Mannada ikihürgüclü dəvə cinsi bəslənirdi [139].
Sardurun Qafqaz ölkəsindən 115 dəvə və baĢqa qənimətlər apardığı mixi yazı-
larda qeyd edilmiĢdir [140].
Klavdi Elian kaspilərdən bəhs edərkən yazır: "Burada çoxlu dəvə vardır ki, ən
böyükləri ucaboylu at boydadır və zərif yunla örtülmüĢdür. Onların yunu yumĢaqlığına
görə Milet yunundan heç də geri qalmır. Həmin yundan hazırlanan geyimləri kahinlər,
varlı və Ģöhrətli kaspilər geyirlər" [141]. Həmin müəllif xəbər verir ki, albanlar balıq,
balıq yağı, dəvə yunu və baĢqa Ģeyləri satmaq üçün dəvələrə yükləyib Ekbatana
(Həmədana) qədər aparırdılar [142].
VII əsrdə ərəblərin Azərbaycanı iĢğal etməsi ilə ölkə dünya ticarətinə daha geniĢ
daxil olur ki, bu da əsas nəqliyyat vasitəsi kimi, dəvəçiliyin inkiĢafına xeyli təsir edir.
Əsrlər boyu ġərq dəvəçiliyi ilə sıx təmasda inkiĢaf edən Azərbaycan dəvəçiliyi daha
276
geniĢ vüsət almağa baĢlayır. Həmin ölkələrin dəvə cinsləri qarĢılıqlı surətdə bir-
birindən bəhrələnir və biri-digərinə təsir göstərir.
Eramızın VII əsr abidəsi olan "Kitabi-Dədə Qorqud"da Azərbaycan
dəvəçiliyinə dair xeyli material vardır. "Min buğra (nər) gətirin, kim maya (üzün)
görməmiĢ ola" [143]. Təkcə bu faktdan aydın olur ki, Azərbaycanda həmin dövrdə
minlərlə dəvə olmuĢdur.
Dəvə haqqında məlumata orta əsrlər dövrünə aid bədii əsərlərdə rast
gəlirik. Nizami Gəncəvi yazır:
Hər yerdə qoĢunun dalınca gedən
Yük üçün ayrılmıĢ dörd min dəvədən;
Bisuraq dəvəydi seçilmiĢ min baĢ,
Torpağa dönərdi basdıqları daĢ.
Mini də Buxtidi, yükləri bütün
Dadlı yeməklərdi əsgərlər üçün.
Üçüncü mini də cəld naqələrdi.
Yükləri qırmızı-sarı zivərdi.
Dördüncü min isə, nəcib dəvələr,
Hər biri ceyran tək iti yol gedər! [144]
XIII əsrdə yaĢamıĢ venesiyalı səyyah Marko Polo yazır ki, Gürcüstan
sərhədində yerdən yağ çıxır (neft - T.B.), onu yemək olmaz, o, dəvələrin boynunu
yağlamaq və qoturunu sağaltmaqdan ötrü çox əhəmiyyətlidir [145].
Qobustanda qoyun təsvirləri arasında eramızın XV-XVI əsrlərinə aid dəvə
karvanının əksi diqqəti xüsusilə cəlb edir. Həmin rəsmdə iki nəfərin arxasında sıra
277
ilə düzülmüĢ dəvələr təsvir edilmiĢdir. Dəvələrin hürgüclü və hürgücsüz olmaları
aydın nəzərə çarpır [146].
XVII-XVIII əsrlərdə Azərbaycanda dəvəçilik inkiĢaf edərək əhalinin əsas
nəqliyyat vasitələrindən olmuĢdur. Azərbaycan xalqının təsərrüfat həyatında müəy-
yən rol oynayan dəvəçilik keçən əsrlərdə olduğu kimi, XIX əsrdə də inkiĢaf etmiĢ-
dir. Mənbələrdən aydın olur ki, dəvəçilik ən çox Azərbaycanın düzən rayonları
üçün xarakterik olan təsərrüfat sahəsidir. Ona görə də həmin ərazidə dəvəçilik daha
geniĢ Ģəkildə inkiĢaf edir. Əsas nəqliyyat vasitələrindən biri olan dəvə XIX əsrin
70-80-ci illərinə qədər daha gərəkli olmuĢdur. Dəvə uzaq mənzilli ticarətdə,
müharibələrdə ağır yük daĢımaqda və köçmə maldarlar tərəfindən daha geniĢ
istifadə edilmiĢdir.
1826-1828-ci illərdə Rusiya-Ġran müharibəsi zamanı Qafqazda rus
qoĢunlarını yük heyvanları ilə təmin etmək üçün yerli əhalidən at və dəvə alınmıĢdı
[147]. Həmin illərdə Qarabağdan toplanan 4 yüz dəvədən ibarət səyyar ticarət
düzəldilmiĢdi [148]. 1855-ci ildə rus ordusu üçün gətirilən ərzaq Zərdabda
dəvələrə yüklənərək Gürcüstan və Ermənistana göndərilirdi. Maldarlığın ayrıca
sahəsi olan dəvəçiliklə əsasən ġirvan, Muğan, Mil və Qarabağ düzənliklərində yaĢayan
maldar əhali məĢğul olurdu. Onlar Azərbaycanın rayonlarına, kəndlərinə gedərək
müxtəlif təsərrüfat məhsulu gətirərək yerli əhaliyə satırdılar. Dəvələri olan kəndlilərin bir
qrupu çarvadarlıqla məĢğul olurdu. Bu iĢlə ġamaxı, Quba, Xaçmaz və Qəbələdə daha çox
məĢğul idilər [149]. XIX əsrin 80-ci illərində ġamaxı qəzasında olan 4282 baĢ dəvə
sahiblərinin çoxu çarvadarlıqla məĢğul olmuĢdur [150].
Dəvələri olan ġamaxı, Quba, Xaçmaz və Qəbələ rayonlarının bir sıra kəndliləri
çarvadarlıqla xüsusi məĢğul idilər.
5-6, bəzən də 10-35 baĢa qədər dəvəsi olan çarvadar Gədəbəy, Zəngəzur, Yeli-
zavetpol və bir sıra baĢqa yerlərdən Lahıc sənətkarları üçün lazım olan xammalı dəvələrlə
gətirir və misgərlərin hazırladıqları qab-qacağı müxtəlif yerlərə aparırdılar [151].
Dəvəçilik XIX əsrin ortalarından nisbətən inkiĢaf etmiĢdi. ġübhəsiz bu artım
ölkənin iqtisadi yüksəliĢinin, ticarət əlaqələrinin canlanması ilə əlaqədar olmuĢdur. Həmin
dövrdə geniĢ yolların azlığı, ticarətin daha da inkiĢafı, dəvənin daha çox yük götürməsi ona
olan tələbatı daha da artırırdı. Bu artım XIX əsrin ikinci yarısında da özünü göstərirdi.
Həmin dövrdə dəvəçiliyin Bakı quberniyasında daha çox inkiĢaf etdiyini bir sıra statistik
məlumatlar da təsdiq edir. Əgər 1860-cı ildə Bakı quberniyasında 11259 baĢ dəvə var
idisə, 1867-ci ildə onların sayı 13163 baĢa çatdırılmıĢdı [152]. Bu rəsmi məlumata əsasən
demək olar ki, həmin quberniyada dəvə göstərilənlərdən daha artıq olmuĢdur. Əgər 1868-
ci ildə Bakı quberniyasında 7390 baĢ dəvə var idisə, Yelizavetpol quberniyasında cəmi
1510 baĢ dəvə olmuĢdur [153]. AbĢeronda dəvə Corat, Qobu, MaĢtağa, Saray, Fatmayı,
Xırdalan, Zabrat, Qala, Güzdək, Novxanı və baĢqa kəndlərdə daha çox saxlanırdı. XIX
əsrin 80-ci illərində təkcə Corat kəndində 300 baĢ, Qobu kəndində 200 baĢ, Saray və
MaĢtağa kəndlərinin hər birində 100 baĢdan artıq dəvə saxlanılırdı [154]. Lakin göstərilən
artım XIX əsrin sonlarından etibarən azalmağa baĢlayır. Bunun da baĢlıca səbəbi Cənubi
278
Qafqaz dəmir yolunun, ölkədə Ģose yollarının, neft kəmərinin çəkilməsi ilə əlaqədardır.
Lakin dəvəçiliyə olan ehtiyac tamamilə aradan çıxmamıĢdır. Yolların pisliyi və yaĢayıĢ
məntəqələrinin çoxunun dəmir yolundan uzaqlığı dəvəçiliyin qalmasını tələb edirdi.
Bununla belə köçmə maldarlıqda qoyunçuluğun inkiĢafı dəvəyə tələbat doğururdu. Ona
görə də bir sıra rayonlarda dəvə uzaq məsafələrə yük aparmaq üçün əsas nəqliyyat vasitəsi
olaraq qalmaqda davam edirdi. Dəvəçiliyin tənəzzülü XX əsrin əvvəllərində də özünü
açıq Ģəkildə göstərir. Öyrəndiyimiz dövrdə (XX əsrin əvvəli - T. B.) dəmir yolu və Ģose
yollarının çəkilməsi ilə əlaqədar olaraq karvanlara ehtiyac olmadığından, dəvəçilik
demək olar ki, öz əhəmiyyətini itirmiĢdi. Bu dövrdə dəvəçiliklə əsasən Ġran sərhədində
yaĢayan əhali məĢğul olurdu. Onlar dəvələrdən mal daĢımaq üçün istifadə edirdilər
[155].
Lakin etiraf etmək lazımdır ki, XX əsrin əvvəllərində dəvəçiliklə yalnız Ġran
sərhədi boyu əhalisi deyil, həm də Azərbaycanın düzən rayonlarında yaĢayan əhali də
məĢğul olurdu. Sovet hakimiyyəti illərində dəvəçilik düzənlik zonalarında maldarlıqla,
xüsusilə qoyunçuluqla məĢğul olan əhali arasında daha çox yayılmıĢdı. Bəzi kolxoz və
sovxozların nəzdində fermalar olmuĢdur. Həmin fermalardakı dəvələrdən əsasən yaylaq
və qıĢlağa köç zamanı əhəmiyyətli nəqliyyat vasitəsi kimi istifadə edilirdi.
Ġ.Ġ.Kalugin hələ 1926-cı ildə respublikamızda 4500 baĢ dəvə olması haqqında
məlumat verir [156]. M.Avdeyevin verdiyi məlumatdan aydın olur ki, hələ 30-cu illərdə
Salyan və ġamaxı ərazilərində dəvə əhali arasında ən əhəmiyyətli nəqliyyat vasitəsi
hesab edilmiĢdi [157]. Müəllif hətta dəvənin ġirvanın cənub-Ģərqində xırdabuynuzlu
heyvanlardan sonra birinci yer tutduğunu qeyd edirdi. O, burada 1930-cu illərdə 2046
baĢ dəvə olduğunu qeyd edir [158].
Dünyanın dəvəçiliklə məĢğul olan ölkələrinin hamısında olduğu kimi, Azər-
baycanda da iki dəvə cinsi mövcud olmuĢdur. Onlardan biri ikihürgüclü - baktirian
(camelus bactrianus), digəri birhürgüclü dromedar (camelus dromedarus) adlanır. Hər
iki cins Azərbaycanın düzən rayonlarında yayılmıĢdı.
Ġkihürgüclü dəvənin erkəyi buğur, diĢisi haça maya adlanır. Birhürgüclü lök
müstəqil cins, nər isə mələz mənĢəlidir. Nərin diĢisi bütöv maya, balxının diĢisi
mayagöyün və ya carcar maya, lökün diĢisi arvana adlanır.
Ġkihürgüclü dəvənin bədəni nisbətən uzun, ayaqları gödək olur. Təkhürgüclü
dəvə ilə müqayisədə o, nisbətən soyuğa davamlıdır.
Hürgüclərin hündürlüyü 20-40 sm-ə qədər olur. Öyrədilməsi, adama uyğun-
laĢması cəhətcə baktirian dəvə təkhürgüclü ilə müqayisədə mülayimdir. Təkhürgüclü
nər, ikihürgüclü buğurla müqayisədə daha qüvvətlidir. Nər 35-40 puda qədər yük
götürə bildiyi halda, buğur cəmi 12-15 pud yük götürür.
Ġkihürgüclü dəvənin yunu sıx və uzun olur. Təkhürgüclü dəvədən çox yun ver-
məsinə baxmayaraq, keyfiyyətcə ondan xeyli aĢağıdır. Ġkihürgüclü dəvənin boynunun
altı və qollarının dizdən yuxarı hissəsinin yunu uzun və saçaqlı, bədəninin qalan
hissəsində isə yun gödək və sıx olur.
Dəvələr adama çox mehribandır. Sahibinin səmimiyyətini çox asanlıqla duyur.
279
Eyni zamanda kobudluğa, təhqirə qarĢı son dərəcə kinlidir. Hətta, ömrü boyu kinini
unutmur, həmiĢə qisas üçün məqam gözləyir. Gözünə vurduqda daha çox kinli olur. Dəvə
intiqam almaq məqsədilə hətta adam öldürə də bilir. Ancaq erkək dəvələr qızdıqları
zaman, səhvən adam öldürsələr, peĢmançılıq çəkir, uzun müddət etdikləri səhv üzündən
kədərli gəzirlər. MüĢahidə olunmuĢdur ki, belə hallarda dəvə bu kədərdən ölə də bilir.
Dəvənin kinliliyi ilə əlaqədar xalq arasında çoxlu zərbi-məsəllər mövcuddur.
Dəvəyə insan cənazəsi yükləyəndə bozlayır, səsi isə məhzun və təsirli olur.
Cənazə götürən dəvə bir neçə gün kədərli gəzir, ot yemir, su içmir. Dəvə baĢqa hey-
vanlardan fərqli olaraq, balasını itirəndə daha kədərli görünür və onu uzun müddət unuda
bilmir.
Dəvə bir dəfə getdiyi yolu heç vaxt unutmur. Dumanlı və qaranlıq havada isti-
qaməti daha tez tapır, hətta sarban yolu azdıqda dəvəni sərbəst buraxır ki, karvan yolunu
azmasın. "Dəvə nə qədər uzaq getsə, qatarını saxlar", "Dəvə mənzilində diz çökər",
"Dəvəni sarban əyər, igidi qəm".
Dəvə susuzluğa olduqca davamlı heyvandır. Hətta deyilənlərə görə, 40 günə
qədər susuz qalır. Uzaq məsafədən suyun səmtini, harada yerləĢməsini tez duya bilir.
Uzunömürlülüyü, əvəzsiz xalq nəqliyyat vasitəsi olması, yemə az tələbliyi, yük-
sək keyfiyyətli yununa və çox ətinə görə xalq arasında "Dövlətdə dəvə, övladda nəvə"
zərbi-məsəli yaranmıĢdır.
Bir müqəddəs heyvan kimi dəvə Ģifahi xalq yaradıcılığında tərənnüm edilmiĢ,
280
onun əksi sal qayalarda, qəbir daĢlarında, xalça, kilim, xurcun, keçə və əl tikmə iĢlərində
naxıĢlanmıĢdır.
Dəvə ən asan yemlənən və az yem tələb edən heyvandır. Dəvə bütün ot növlə-
rini, xüsusilə tikanlı otları daha çox yeyir. Onlardan yağtikan, alaqanqal və dəvətikanı daha
üstünlük təĢkil edir. "Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar".
Xalq arasında dəvənin bir günlük yemi iki qoyunun yemi qədər hesablanır.
BaĢqa ev heyvanlan kimi, dəvəyə də yaz və yay aylarında duz verirlər. Duz
xırda-kiçik parçalar halında xüsusi yerlərdə qoyulur.
Dəvənin cütləĢməsi mövsümi olub, qıĢ aylarında, xüsusilə kiçik çillə və boz aya
təsadüf edir. Nəsilvermə 3-4 yaĢından baĢlayır. Ana dəvə ömrü boyu 8-15 bala verir. Dəvə
13 ayında doğur. KöĢək doğulan kimi onu mayalandırıb bir neçə gün münasib isti yerdə
saxlayırlar. Sonra anasının yanına buraxırlar. Təzə doğulmuĢ köĢəkləri soyuq havada
çullayırlar. Ana dəvə köĢəyi bir yaĢına, bəzən isə yaĢ yarıma qədər əmizdirir.
Bir yaĢına kimi dəvənin balasına köĢək, iki yaĢına kimi dayça, üç yaĢında öz
cinsinin adı ilə böyük dəvələr kimi adlanır.
Etnoqrafik baxımdan dəvənin öyrədilməsi də xüsusi maraq doğurur. Dəvə iki
yaĢından sahibi tərəfindən öyrədilməyə baĢlayır. Lakin baĢqa heyvanlara nisbətən
dəvənin öyrədilməsi daha çətin olub, həm də müəyyən vaxt tələb edir. Dəvəçi köĢək
vaxtı onun qılığına girir, sığallayır, baĢına ip keçirir, hərdən yedəyində gəzdirib özünə
uyğunlaĢdırır. Beləliklə, köĢək hələ kiçik yaĢından adama alıĢır, yedəkdə getməyi öyrənir.
Bu hazırlıq prosesi olmadıqda dəvəni öyrətmək çətin olur. Bu zaman xam dəvə adamı
yaxın buraxmır, bədəninə ip toxunmasına imkan vermir, inadkarlıq göstərir. Bu zaman
böyük səbr və mülayimlik göstərmək lazım gəlir. Ram edilməsi nəzərdə tutulan xam
dəvənin usta dəvələrlə birlikdə qabağına duz tökülür, onlarla yemlənilir, bu zaman
sicimdən ovsar formasında düzəldilən qaraçının kəlləliyi xam dəvənin baĢına keçirilir.
Xam dəvə öyrənmiĢ dəvələrlə birlikdə yatırılır. Xam dəvə hələ kiçik yaĢlarından xıx
sözünü çox eĢitdiyi üçün onu eĢidən kimi yatır. Ġlk dəfə onu ehtiyatla çullayırlar. Qaraçı
dəvənin baĢına geyindirilir ki, dartıldıqda çıxmasın. Dəvə nisbətən mülayim olanda
onu sadəcə olaraq yedəkdə gəzdirirlər. Dəlisov olduqda isə onu alıqlayıb öyrənmiĢ
dəvənin birinin arxasına bağlayırlar. Əgər xam dəvə yedəyə getməsə, bir nəfər baĢqa
bir dəvəyə minib arxadan səsləyir. Bu qayda ilə xam dəvə əvvəlcə yedəyə öyrədilir.
Dəvə ram olmadıqda onun qabaq ayaqlarından birini dizdən qatlanmıĢ halda sarıyıb, üç
ayaq üstə yorulana qədər gəzdirir, bədəninə sığal çəkir, duz verirlər. Bu proses xeyli
təkrar edildikdən sonra dəvə öyrənməyə baĢlayır. Dəvə öyrədiləndə xoflansa, bu
hürkəklik onda ömürlük qalır. Dəvə ilk dəfə alıxlananda və yüklənəndə çalıĢırlar ki,
ipdən onun bədənində yara əmələ gəlməsin. Dəvə uzaq məsafəyə yük daĢımaqda nəqliy-
yat heyvanlarından ən dözümlüsü sayılır. Dəvənin bu keyfıyyəti "Dəvə asta gedər, çox
gedər" məsəlində öz əksini tapmıĢdır. Dəvələr tam öyrədiləndən sonra karvana
qoĢulurlar. Karvan sıralanarkən iĢlək, yola bələd dəvə birinci olur. Dəvələr iĢləkliyinə
görə bir-birinin arxasına bağlanır, sonuncu daha münasib dəvə olmalıdır. Maldarların
karvanı 7 dəvədən ibarət olurdu. Ona bir qatar da deyirlər. Onlar karvanda dəvənin az
281
olmasını lazım bilirdilər. Çünki çətin dağ yolları ilə hərəkət etdikləri üçün bu,
məqsədə müvafiq idi. Çarvadarların karvanında 15-25 dəvə olurdu, ancaq bundan artıq və
əskik də dəvə ola bilərdi. Karvanda atla və ya piyada karvanı ardınca aparan sarban zınqırov
səsi kəsiləndə bilirdi ki, arxadan dəvə açılıb. Ağır və nəhəng olan dəvə çox güclü və
ayağından yüngül heyvandır. 400-500 kq yük götürən dəvə gün ərzində 80-90 km yol
gedir.
Bir qayda olaraq ən çox yükü nər cinsi götürür. Ona görə də xalq arasında
deyilir: "Nər yükünü nər çəkər".
Birhürgüclü dəvələr yüklənərkən cahazlanır, ikihürgüclülər alıxlanır. Hər ikisində
kapandan istifadə olunur. Kapan, adətən, keçədən düzəldilir. Kapan dəvənin hür-
güclərinin yanlarını örtüb, qabırğa nahiyəsini tutur. Təkhürgüclü üçün hazırlanan kapanın
hər iki baĢı bir-birinə tikili olur. Cüthürgüclünün kapanının bir tərəfi açıq olur. Çul palaz və
ya Ģəddə formasında toxunur, ortadan hürgüc boyu yarıq qoyulur. Ġç üzünə yumĢaq
parçadan içlik salınır. Dəvəni, alıxlamaq və ya cahazlamaq üçün Ģötükdən istifadə olunur.
ġötük dəvə yunundan hazırlanır. Dəvənin döĢlüyü palaz və xalça formasında toxunur.
Təkhürgüclü dəvə cahazlanarkən, birinci çul qoyulur, çulun yarığı dəvənin hür-
gücünə keçirilir. Yanları, qarĢı və arxası kapan tutan nahiyənin üstünə qatlanır. Kapan kip
onun üstünə geydirilir və üzünə cahaz qoyulur. Cahazın üzərinə nazik çul sərilir və Ģötüklə
sarınır. Birinci ip zindanın arxasından möhkəm çəkilir, ikinci ip qarın nahiyəsinin
arxasından bir qədər boĢ çəkilir.
Yol eniĢli-yoxuĢlu olduqda dəvəyə döĢlük və quĢqun çəkilir. Bəzi
dəvələrin yeriĢi narahat olduğuna görə ona yolundan asılı olmayaraq, həmiĢə
282
döĢlük və quĢqun vurulur. Ġkihürgüclü dəvə alıxlanan zaman əvvəlcə onun belinə
çul salınır. Çulun ortası hürgüc boyu yarıq olur. Hürgücün arasına düĢən hissədən
yarıq örkən və ya çulun materialı ilə aĢırma formadan bir-birinə bənd edildiyi üçün
çul aĢağı düĢür. Sonra kapan qoyulur. Kapanın bağlı tərəfi arxa hürgücün
qarĢısında bir-birinə çatılır. Kapanın ucuna tikilmiĢ iplər möhkəm çəkilib bir-birinə
bağlanır. Kapanın yanları hürgücün ortasından keçən örkənlə bir-birinə bənd
edildiyi üçün aĢağı düĢmür. Kapanın üstünə qalın çul sərilib birhürgüclü dəvədə
olduğu kimi, Ģötüklə sarınır.
Dəvənin baĢına ovsar salınır. Ovsar kəlləlik və qol ipdən ibarətdir.
Kəlləliyin yanları və buruntağı aĢılanmıĢ göndən hazırlanır. Yan qayıĢla buruntaq
dəmir halqalarla bir-birinə qoĢulur. Qol ipin bir ucu bu halqanın birinə bağlanıb,
ikincisinin içərisindən keçirilərək, həmçinin çənəaltı vəzifəsini yerinə yetirir.
Dəvə yunu əsrlər boyu ən keyfiyətli və ondan hazırlanan paltar və palazlar
ən davamlı hesab olunmuĢdur. Onun yunu zərif yunlu qoyunun yunundan yüksək
qiymətləndirilir. Bir qayda olaraq dəvə ildə bir dəfə aprel-may aylarında qırxılır.
Qırxım vaxtı qıĢın uzun sürməsi, yayın tez gəlməsi ilə bağlıdır. QıĢdan gümrah
283
çıxan dəvə yununu tez tökmək istədikdə onu əllə asanlıqla yolmaq olur. Dəvə arıq
düĢəndə onu qırxılıqla qırxırlar. Dəvənin yununun miqdarı yaĢı, cinsi və
bəslənməsindən asılıdır. Dəvə 13-15 kq, bəzən də artıq yun verir.
Dəvə yunundan təkcə toxuculuqda deyil, həm də, xalq təbabətində istifadə
olunmuĢdur. Adətən, dəvə yununu yandırıb isti külünü yaraya qoymaqla
qanaxmanı dayandırırlar. Bədnəzərdən qorunmaq üçün də dəvə yunundan istifadə
etmiĢlər. Müəyyən miqdar dəvə yununu parçaya tikib insanın və ya heyvanın
münasib yerinə bərkidirlər.
Dəvənin dərisindən dabbağlıqda geniĢ istifadə olunmuĢdur. Ondan çarıq tikilmiĢ,
dağarcıq düzəldilmiĢdir. Dəvədən həmçinin südlük heyvan kimi istifadə olunmuĢdur.
Dəvənin bir sıra ölkələrdə baĢlıca nəqliyyat vasitəsi kimi rolu azalsa da ondan südlük, ətlik
və yunluq heyvan kimi istifadə olunur. Dəvə il ərzində 2000-4000 l-ə qədər süd verir.
Bütün cinslərdən sağım məqsədilə istifadə edilir. Süd məhsuluna görə ən məhsuldar cins
arvanadır. Tarixən Azərbaycanda süd məhsulunun bolluğu dəvənin kütləvi sağılmasına
ehtiyac doğurmamıĢdır. Bayram mərasimlərində xörək hazırlanmasında, müəyyən
xəstəliklərin müalicəsində ilk dəfə doğan dəvənin südündən istifadə olunur.
Dəvə əti keyfiyyətinə görə qoyun ətinə bərabər, bir sıra xüsusiyyətlərinə görə
ondan yüksək hesab olunur. Hətta yaĢlı dəvənin də əti yumĢaq olur, asan həzm olunur. Dəvə
ətindən bir çox xörəklər hazırlanır, lakin onun qutabı, küftəbozbaĢı, lülə-kababı daha
ləzzətli olur. Üç yaĢında dəvələrin ağırlığı 600 kq-dan artıq olur. Artıq 5 yaĢında erkək
dəvələr 1300 kq-a qədər, diĢi dəvələr 800-900 kq diri çəkiyə çatırlar. Dəvə hürgücünə 100-
284
150 kq piy toplayır. Dəvə yağı inək yağına bərabər tutulur.
Dəvə nə qədər arıq, zəif və yaĢlı olsa da xalq onu yüksək qiymətləndirmiĢdir.
Bir zərbi-məsəldə deyilir: "Dəvə nə qədər arıq olsa, dərisi bir eĢĢəyə yükdür". "Dəvəçi
ilə dost olanın darvazası gen gərək", "Dəvəyə dedilər boynun uzundur, dedi uzağı
gözləyirəm".
Dəvə normal bəslənmədikdə, düzgün yüklənmədikdə, münasib olmayan həyat
Ģəraitindən onda müxtəlif xəstəliklər yaranır. Quraqlıq illərdə dəvədə qotur xəstəliyi
əmələ gəlir. Bu xəstəliyi qaynadılmıĢ tütün suyunu, adi ocaq külündən hazırlanmıĢ
məhlulu, qara neft və naftalanı qotur nahiyələrə sürtməklə müalicə edirlər. Dəvə lazımi
dərəcə küllük tapıb ağnaya bildikdə qotur xəstəliyinə tutulmur.
Quru otla yemlənən dəvə birdən-birə alaqanqal otlasa, körpə gicitkən yesə köpür.
Onda dəvənin qarnını ovur, ağzına qatıq, ayran və süd tökməklə müalicə edirlər.
Yükdən sonra soyuq havada cahazı alınıb tərli buraxılan, isti havada tərli günün
altında qalan dəvə dilbaĢ olur. Dəvənin dilinin üstündə qara xallar əmələ gəlir. Onu
müalicə etmək üçün dilinin üstündəki qara xallar qayçı ilə kəsilib təmizlənir, dilinin
altındakı zoğ damarlar iynə ilə deĢilib qan alınır, dili duzla ovulur. Bəzən də budunun
arxası bir neçə yerdən ĢiĢlə dağlanır.
Göründüyü kimi, dəvə minilliklər boyu xalqımızın təsərrüfat məiĢətində mühüm
rol oynamıĢdır.
Azərbaycanda əsrlər boyu inkiĢaf edən və yerli əhalinin iqtisadi həyatında mühüm
rol oynayan maldarlıq təsərrüfatında bir sıra maraqlı və son dərəcə əhəmiyyətli adət-ənənələr
mövcud olmuĢdur. Zamanın sınağından çıxan, dərin məna və məzmun kəsb edən bu adət-
ənənələr müxtəlif bölgələrdə müxtəlif adlar daĢısa da, mahiyyət etibarilə eynilik-yaxınlıq
təĢkil edir. ġübhəsiz, belə qarĢılıqlı yardım formalarından biri və geniĢ yayılanı əmanət
adlanır. Lakin bu formaya bəzən yannantutma da deyilir.
Adından göründüyü kimi, əmanət nəyisə, kiməsə əmanət vermək, etibar etmək
deməkdir. Görünür, əmanətin ilkin tarixi izləri ibtidai icma quruluĢunun inkiĢaf etmiĢ
mərhələsi ilə sıx əlaqədar olmuĢdur. Lakin onun feodalizm dövründə daha geniĢ intiĢar
tapdığı qanunauyğun bir haldır. Az da olsa, bu formaya qalıq Ģəklində son zamanlarda da
rast gəlmək olur. Bu da Ģübhəsiz, dövrün tələbindən irəli gəlir. Bu qayda ən çox oturaq
həyat tərzi keçirən maldar və əkinçiliklə məĢğul olan əhali arasında daha geniĢ intiĢar
tapmıĢdır. Lakin qismən bu qaydaya sənətkarlar və tacirlər də qoĢulurdular.
Bir qayda olaraq, əmanət qohum tayfa və nəsillər, simsarlar və qonĢular ara-
sında təĢkil edilirdi. Lakin bəzən imkanı nəzərə alaraq, bu münasibətlə kəndin camaatı
ilə də qərara gəlirdilər. Əmanət etibara - ilqara, təmizlik və düzlüyə əsaslanırdı.
"Əmanətə xəyanət" olmazdı.
Qayda üzrə razılığa gələn qohum ailələr mal-qaralarını yaylağa göndərməyi təĢ-
kil edirdilər. Adətən, qohumlardan bir və ya iki nəfəri ailələri ilə birlikdə dağa gedir,
qohum-əqrəbalarının mal-qarasını özlərinkinə qatıb yaylağa aparırdılar. Onlar
yaylağa gedəndən arana qapıya gələnədək bütün iĢlərə cavabdeh idilər. Onlar mal-
qaranın təhlükəsizliyini və otarılmasını təmin edirdilər. Eyni zamanda, yun qırxımının
285
təĢkili, süd məhsulunun hazırlanması iĢi də onların ixtiyarında idi.
Xatırladaq ki, əmanətə bəzən yannantutma deyilməsi də təsadüfi deyildir.
Belə ki, bəzən qonĢu, hətta yadlara belə kömək göstərilmək məqsədilə az heyvanı
olanları və dağa getməyə heç cür imkanı olmayanları da bu birliyə qatırdılar. Dağa
gedənlər onların heyvanlarını sürüyə və ya naxıra qatmalarına razı olduqlarını bildirir
və eyni qaydaya əməl edilirdi. Bu da alicənablığın, qayğının, böyük köməyin
təzahürü kimi qiymətləndirilirdi.
Yeri gəlmiĢkən bir cəhəti də qeyd edək ki, əmanət təkcə mal-qara ilə bağlı
olmayıb, çox vaxt qocaların, körpə uĢaqların, xəstələrin də yaylağa getmələrini təmin edirdi.
"UĢağı gözdən qoyma, əmanətdi", "Xəstəyə qulluq göstər, sağalsın, əmanətdi",
"Amandı ağbirçəyin, ağsaqqalın qeydinə qal, ehtiram göstər, əmanətdi" deyilər və ona
ürəkdən əməl edilərdi. Onlar əmanətin bu cəhətinə daha çox diqqət yetirər, gözdən,
qoymaz və böyük məsuliyyət hissilə yanaĢardılar.
Maldarlıq təsərrüfatı ilə bağlı olan adətlərdən biri və geniĢ yayılanı ziyanlıq və
ya alıĢmadır. Bu adətin təĢəkkül tarixi ilkin sinifli cəmiyyətə gedib çıxsa da, onun geniĢ
meydan alması feodalizm ictimai quruluĢu ilə daha çox əlaqədardır. Bu da, Ģübhəsiz,
həmin ictimai quruluĢun mahiyyəti və həmin dövrdə maldarlığın daha da inkiĢaf
etməsindən irəli gəlir. Ġmkanın azlığı ilə sıx bağlı olan bu adət ən çox maldar və
əkinçilər arasında daha geniĢ yayılmıĢdı.
Bir qayda olaraq, heyvan sağalmaz xəstəliyə tutulanda, qəfil ölüb murdar olanda,
sıldırımlıqlardan uçub yaralananda, qurd-quĢ parçalayanda ziyanlıq daha çox həyata
keçirilirdi. Belə Ģəraitdə ziyanlığın məzmunu açılır, mahiyyəti aĢkar edilirdi. Əgər
heyvan murdar olarsa, ailə baĢçıları könüllülük prinsipi Ģəraitində əvvəlcədən nəzərdə
tutduqları heyvanın qiyməti müqabilində pul yığır, əvəzinə, heyvan alırdılar. Beləliklə,
də ziyanlığa Ģərik çıxardılar. Lakin heyvan yaralansa, qolu-qıçı sınsa, onu kəsib
Ģəriklər arasında alıĢma edib, gözəyarı bölərdilər [159]. AlıĢmada heyvanın bütün
hissələri bərabər kəsilib pay edilirdi. Sonra əvvəlcədən hazırlanıb nəzərdə tutulan çilik,
çöp qırıntısı vasitəsilə püĢk atılırdı. Payçılar öz aralarında, bir qədər də gizli Ģəkildə, pul
yığıb əvəzinə heyvan alıb ziyanı ödəyirdilər.
AlıĢmanın sonrakı inkiĢaf mərhələsində onun məzmununda bəzi dəyiĢikliklər
baĢ vermiĢdir. Adətən, yaylaq və qıĢlaq Ģəraitində əhalinin ətə ehtiyacı olduğu zaman
əvvəlcədən sövdələĢir və heyvanı nağd pulla alıb kəsirdilər. KəsilmiĢ heyvanı yu-
xarıda təsvir edilmiĢ qaydada bölür və öz aralarında mal-pay edirdilər.
Tavanasız kəndlinin ehtiyacı olanda və ya onun malı, atı, qoyunu itəndə və ya
tələf olanda adətən damazlıqdan istifadə edilirdi. Qohum-əqrəba və ya kəndin nüfuzlu
Ģəxsləri birləĢib damazlıq alır, zərəri ödəyirdilər. Bəzən belə də olurdu ki, qohum və ya
elin hörmətli nümayəndəsi özü ayrıca olaraq damazlıq verirdi. Ya bir düyə, ĢiĢək, ya da
diĢi daylaq bağıĢlanardı. Damazlıq alan tərəf heyvanı daha ehtiyatla bəsləyir və ona
qayğı ilə yanaĢırdı. Ona görə də el arasında deyilir: "Damazlığı yeyən tamarzı qalar",
"Damazlığı kəsən balasının boğazını kəsər", "Damazlığa bıçaq çəkmək günahdır".
Xatırladaq ki, qohumluğu daha da inkiĢaf etdirmək, dostluğu daha da möhkəmləndirmək
286
məqsədilə bir qulunlu at, altı buzovlu inək, dalı quzulu qoyun da bəxĢiĢ edilir,
damazlıq verilərdi. Damazlıq həm də cinsi yaxĢılaĢdırmaq məqsədi daĢıyırdı. Cins
heyvan olanda ondan ya döllük qoç, sağmal qoyun, yaxĢı at, ya da at balasını
alırdılar. Beləliklə də tədriclə cins yaxĢılaĢdırılır, daha qiymətli heyvan bəsləməyə
nail olurdular [160]. Bəzən də belə olurdu ki, heyvanı olmayan kasıblar varlıların
otunu çalır, zəmisini biçir, heyvanına qulluq edir və baĢqa təsərrüfat iĢlərini görür,
əvəzinə damazlıq heyvan alırdılar [161].
Süd məhsulu az olanda maldarlar birləĢir, bir-birlərinə borc verirdilər. Bu
adət çey, bazarına və öynə adlanırdı. Qaydaya görə sağmal inəyi, camıĢı və ya
qoyunu az olanlar südü sağıb, bir neçə gün birinə, sonra bir neçə gün digərinə
verirdilər. Toplanan süddən yağ və pendir düzəldib qıĢa hazırlıq görürdülər.
Motalın basılması, yağın çalxalanması, qoyun qırxımı zamanı yunun yuyulub-
didilməsində də iməciliklər təĢkil edilirdi [162]. Bu köməklik, əlbirlik qarĢıya
çıxan çətinliklərin tezliklə aradan çıxmasına səbəb olurdu.
Yoxsul kəndlilər yerin Ģumlanması, taxılın döyülməsi, məhsulun
daĢınması, dağa və arana köç zamanı qoĢqu qüvvəsi ətrafında birləĢmə təĢkil edir.
Öküz, at və dəvədən geniĢ istifadə edirdilər. Hərə bir tay öküz, bir at və ya bir dəvə
qoyub ortaqlıq təĢkil edirdilər. Ona görə də ortaqlığa "taybir" də deyilirdi [163].
Qoyun sürüsü və mal naxırlarını otarmaq üçün növbədən istifadə edilirdi.
Çoban və sığırçı olmayanda kəndin müxtəlif tirələri birləĢir, hər gün biri otarırdı.
Burada malın sayı da nəzərə alınırdı. Çox malı olan otarmağa çox, az olanı isə az
gedirdi. Bu da ortaqlığın bir forması kimi özünü göstərirdi.
Maldarlıqla əlaqədar, xalqımız bəzi inamlar həyata keçirirdi. Onlardan
biri və daha geniĢ yayılanı qurdun-quĢun ağzını bağlamaq adlanırdı. Mal-qara
çovğuna düĢəndə, azıb itəndə və ya oğurlananda ərsini, iti bıçağı, dəmir qaĢığı,
baltanı və baĢqa Ģeyləri külə sürtür, parça ilə möhkəm dolayır və belə
oxuyurmuĢlar:
Ağ qurd, qara qurd,
Boz qurd, bozrud qurd.
Gözünə pərdə gəlsin,
Dilinə güllə dəysin.
DiĢlərin laxlasın,
Ağzın mıxlansın.
Yoluna tələ qurdum
Boynunu əlimlə vurdum.
Yağladım, dağladım
Qurdun ağzın bağladım.
ġübhəsiz, bu parça onlarca oxunan müxtəlif variantlardan biridir. Sonra
münasib dua oxunur, onu yükün altında, taxıl çuvalının içində möhkəm yerdə
287
gizlədirdilər. Guya onda qurdun-quĢun ağzı bağlanır, heyvana yaxın gələ bilmir,
beləliklə də heyvan salamat qalır. ġübhəsiz, belə inamın real həyatla heç bir əlaqəsi
olmayıb, sadəcə olaraq təsəllidən baĢqa bir Ģey deyildir.
Digər mərasimlərdən biri heyvan balasını almayanda onun təlinməsidir.
Ġlk dəfə doğan düyə, dəlisov inək və bəzi qoyun balasını almayanda dua yazdırır,
onu heyvanın boğazına və ya buynuzuna keçirirdilər. Bir qayda olaraq, inək
balasını almayanda buzovun belinə, boynuna və baĢına duz səpir və oxĢamalar
söyləyirdilər. Əgər balası ölərsə, onun dərisinə saman təpib yenə də üstünə duz
tökür-təliyirlər. Bəzən də ölmüĢ balanın dərisini baĢqa buzovun belinə sərir, üstünə
duz tökürdülər. Bəzən də sadəcə olaraq ölmüĢ buzovun dərisinin üstünə duz səpir,
inəyin qabağına qoyurdular. Sağmal heyvan südünü vermədikdə, dəlisovluq
göstərib sağıma yatmadıqda yenə də dua yazdırır, eydirmələr söyləyirdilər. Belə
Ģəraitdə eydirmə daha həzin, yalvarıcı olurdu. Anam ay inəyim, nənəm ay maralım,
sonam əy qara-gözlüm, balana qurban, canına qurban a gözəlim və s.
Nənəm, nənəm
Səni sağan
Mənəm, mənəm.
Gül muncuğum
Boynundadır.
Məmələrin
Qoynundadır.
Quyruğunu
Farağat qoy,
Ayağını
Rahat qoy.
Buynuzunda
Üzərriyim.
Ev-eĢiyim,
Bəzərriyim.
Nənəm, nənəm
Səni sağan
Mənəm, mənəm [164].
ġübhəsiz, imkanı nəzərə alaraq burada maldarlıqla əlaqədar əsas adət-
ənənələri və bəzi mərasimləri yada saldıq. Əslində isə onlar say etibarilə daha çoxluq
təĢkil edir.
289
OVÇULUQ
Azərbaycan hələ qədimlərdən bəri zəngin təbiəti - meĢələri, çayları, dağları və
geniĢ düzənlikləri ilə məĢhurdur. Ölkədə müxtəlif heyvan və quĢ növlərinin məs-
kunlaĢması üçün hər cür Ģərait olmuĢdur. Təsadüfi deyildir ki, hazırda Azərbaycanda on
mindən yuxarı heyvan növü mövcuddur. Bunlardan yalnız 98-ə qədəri məməli heyvan,
343-ə qədəri müxtəlif quĢ, 88-ə qədəri balıq və s. heyvan növləridir. Beləliklə də
keçmiĢ SSRĠ-də olan ov əhəmiyyətli quĢ növünün 50 faizdən çoxu, ov sənaye əhəmiyyəti
olan heyvan növünün isə 26 faizdən çoxu bu ərazidə yaĢayır [1].
Azərbaycanın fauna və florasının zənginliyi burada ovçuluğun tarixən inkiĢafı
üçün zəmin yaratmıĢdır. VəhĢi heyvan və quĢların ovlanması insanların ən qədimdən
məĢğul olduqları sahələrdən biridir. F.Engelsin göstərdiyi kimi, vəhĢilik dövrünün
üçüncü pilləsi hesab edilən, yüksək pillə "yay və ox ixtira edilməsindən baĢlanır,
bunların sayəsində ovlanan heyvan daimi yemək olur, ovçuluq isə adi əmək
sahələrindən biri olur" [2].
Azərbaycan ərazisində yaĢamıĢ ibtidai insanlar çay kənarlarında, meĢələrdə,
mağaralarda güzəran keçirmiĢlər. Onlar yemək axtarmaq məqsədilə sürü halında bir
yerdən baĢqa yerə gedərək, bitki kökü toplamıĢ, balıq tutmuĢ, heyvan və quĢ
ovlamıĢlar [3].
MəĢhur Azıx mağarasından tapılan heyvan sümükləri və ibtidai insanların ov
alətləri Azərbaycanda ovçuluğun çox-çox qədimliyinə dəlalət etməklə bərabər, bu
ərazidə uzaq keçmiĢlərdə yaĢamıĢ mağara ayıları, Himalay ayıları, Mesopotamiya
maralları, buynuzlu nəhəng maralların, kərgədanların, adi maralların, ibtidai öküzün,
qədim vəhĢi atların, yabanı uzunqulaqların, qaya keçilərinin, həmçinin də mağara
kaftarı, çöl piĢiyi, bəbir, canavar, tülkü, çaqqal və bir çox heyvan növlərinin
mövcudluğunu təsdiq edir. Bundan əlavə, mağarada müxtəlif növ quĢların,
gəmiricilərin sümüklərinə də çox təsadüf edilir. Beləliklə də həmin mağaradan o
dövrlərdə Azərbaycanda yaĢamıĢ qırx beĢ növ heyvan sümüyü tapılmıĢdır [4].
Respublikamızın ərazisində arxeoloqlar tərəfindən aĢkar edilən bir sıra nadir
abidələr əcdadlarımızın daha sonrakı dövrlərdəki yaĢayıĢ tərzini öyrənmək üçün
böyük imkanlar verir. Bu baxımdan Qobustandakı Orta DaĢ - Mezolit (e.ə. XII-VIII
minilliklər) dövrünə aid çoxlu qaya təsvirləri daha maraqlıdır. Bu dövrdə yaĢamıĢ
ibtidai insanların güzəranı üçün vəhĢi heyvanların ovlanmasının xüsusilə əhəmiyyəti
olmuĢdur. Məhz ona görə də Qobustandakı qədim qaya təsvirlərinin ovçuluqla
əlaqədar olması qanunauyğun haldır. Qobustan qayalarındakı vəhĢi öküz, maral,
dağ keçisi, habelə müxtəlif ov səhnələri [5], Azərbaycanda ovçuluğun qədimliyini
göstərməklə bərabər, həm də ibtidai insanların ov üsulları haqqında geniĢ təsəvvür
yaradır. Qobustan qayalarında həkk olunan əllərində bıçaq tutmuĢ kürəklərindən
kaman asılmıĢ insan təsvirləri bu fiqurların mahir ovçu surətləri olduğunu sübut
edir.
Azərbaycanda arxeoloji qazıntılar nəticəsində əldə edilən külli miqdarda
290
ox ucları, qarmaq və ov alətləri hələ Neolit dövründə bu ərazidə ovçuluğun geniĢ
yayıldığını sübut edir. Azərbaycan ərazisində yaĢayan ibtidai insanlar bu dövrdə
kollektiv halda vəhĢi öküz, dağ keçisi, mağara ayısı, ceyran və baĢqa heyvanları
ovlamıĢ. onların ətini yemiĢ, dərisindən isə geyim kimi istifadə etmiĢlər [6].
Azərbaycan ərazisində tarixi inkiĢafın sonrakı mərhələlərində də ovçuluq
insanların məĢğuliyyət sahəsi kimi qalmıĢ və inkiĢaf etmiĢdir. Mingəçevir [7],
Naxçıvan, AbĢeron və Azərbaycanın baĢqa rayonlarından arxeoloji qazıntılar
nəticəsində tapılan ov alətləri, vəhĢi heyvan və quĢ sümükləri bunu bir daha təsdiq
edir. Sumqayıtçay ətrafında qazıntı iĢləri aparılarkən toplu halda təxminən üç min
il bundan əvvəl yaĢamıĢ ceyran, dovĢan, qu quĢu, kazarka və bəzi ov heyvanlarının
sümükləri tapılmıĢdır [8].
Hələ çox qədimlərdən Kür və Araz çaylarında qarmaqla balıq tutularmıĢ,
Azərbaycanda torla balıq ovlamağın isə üç min ilə yaxın tarixi olduğu qeyd edilir
[9].
Azərbaycan əsrlər boyu təbiəti sevənlərin, səyyahların, ovçuların nəzər-
diqqətini özünə cəlb etmiĢdir. Belə ki, eramızın əvvəllərində ölkəmiz haqqında
məlumat verən tarixçilər bu ərazidə çoxlu miqdarda vəhĢi və yırtıcı heyvan, ov
heyvanları, telli durna, qırqovul, qızıl qaz, nərə balığı və s. heyvan, quĢ və
balıqların yaĢamasını qeyd edirlər. Daha doğrusu, Azərbaycan faunasının
zənginliyi haqqında müəyyən fikirlər söyləmiĢlər.
Antik və orta əsr Azərbaycan haqqında yazan müəlliflər bu ölkənin təbiəti
və təsərrüfatından bəhs edərkən burada ov heyvanlarının bolluğundan və yerli
əhalinin ovçuluqla da məĢğul olduğunu qeyd edirlər. MəĢhur coğrafiyaĢünas
Strabon yazır ki: "Albanlar ovu sevir və bu məqsədlə ov itlərindən istifadə
edirdilər".
Azərbaycan qazı və durnası hələ qədimlərdən belə çox ovlandıqlarından və əlve-
riĢli Ģəraitin olmadığı üçün nəsli kəsilmiĢdir. Qədim yunan tarixçiləri Qafqaz maralı, vəhĢi
at və baĢqa heyvanların kütləvi surətdə ovlanması haqda məlumat vermiĢlər.
Ərəb tarixçi və coğrafiyaĢünaslarının yazdığına görə, orta əsrlərdə Azərbay-
canda Ģahin quĢu ilə ov xüsusilə geniĢ yayılmıĢdı. Səfəvilər dövründə mərkəzi dövlətə
291
göndərilən vergilər arasında Ģahin quĢu da olardı. Səfəvi dövlətində Ģah quĢxanasında
yeddi yüz ov quĢu saxlanılır və onların hər birinə bir nəfər qulluq edərmiĢ. Orta əsrlərdə
Azərbaycanda Ģahin quĢu saxlayıb onu tərbiyə edən peĢəkarlar da olmuĢdur [10].
Xəzərin cənub sahillərində qıĢlamaya gələn ördək, qaz və baĢqa quĢlar kütləvi
halda ovlanırdılar.
Zəngin flora və faunası ilə məĢhur olan Azərbaycanda ovçuluq orta əsrlərdə
xeyli inkiĢaf edərək, hətta qonĢu ölkələr arasında seçilmiĢdir. Belə ki, orta əsrlərdə
ovçuluq Azərbaycanda yerli əhalinin əlavə məĢğuliyyət forması ilə yanaĢı, həm də
yuxarı silkin - zadəgan və hökmdarların bir əyləncə üsuluna da çevrilmiĢdir. Artıq bu
dövrlərdə ovçuluq varlı siniflər üçün Ģan-Ģöhrətlə yanaĢı, igidlik, Ģücaət sayılırdı.
Hətta Ģah saraylarında qulluq edən Ģəxslərin qabiliyyət və bacarığı onların ovçuluq
məharəti ilə ölçülürdü [11].
Azərbaycanın bəy və xanları, əyanları ov zamanı çoxlu heyvan və quĢ vur-
duqları ilə fəxr edirdilər. Hökmdar və əyanların iĢtirak etdiyi bu ov əyləncələri çoxlu
miqdarda heyvan və quĢların qırılması ilə nəticələnirdi. Həftə və aylarla davam edən bu ov
Ģikarları atlı dəstələrdən ibarət olardı. XVI əsrin ortalarında ġamaxıda olmuĢ ingilis
səyyahı belə bir ov səhnəsini təsvir edərək yazırdı: "ġamaxı hakimi məni özü ilə Ģahinlə
(quĢla ov) ova dəvət etdi. Bu ovda əyanlar da iĢtirak edirdi" [12]. Həmin dövrdə ġamaxıda
olmuĢ baĢqa bir səyyah yazırdı: "Azərbaycanda hökmdar və əyanlar öz əziz qonaqlarına
hədiyyə olaraq ov quĢları - Ģahinlər bağıĢlayırdılar" [13].
Azərbaycanda XVII-XIX əsrlərdə vəhĢi heyvanları və su quĢlarının silah, tor,
Ģahin quĢu ilə və baĢqa vasitələrlə ovlanması geniĢ yayılmıĢdır. Bu dövrdə ceyran, ayı,
dovĢan, turac, qırqovul və baĢqa heyvanların ovlanmasına heç bir nəzarət və
məhdudiyyət olmamıĢdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində ayrı-ayrı bəy və
mülkədarlar ov heyvanı və quĢu zəngin olan sahələri ələ keçirərək bu ərazidən ancaq
özləri istifadə edirdilər. Azərbaycanda yerli əhalinin qədimdən belə ovçuluqda ayrı-
ayrı üsul və alətlərdən geniĢ istifadə etdiyini zəngin arxeoloji və etnoqrafik materiallar da
sübut edir. Onlar ov heyvan və quĢlarını tutmaq üçün təkcə sadə silahlar deyil, eyni
zamanda çəpərlərdən, xəndək və quyulardan, çalalardan, tələlərdən, torlardan, ox-yaydan,
qırmaq və s.-dən, son dövrlərdə isə odlu silahlardan - ov tüfənglərindən və baĢqa bir sıra
ov alət və vasitələrindən də istifadə etmiĢlər [14].
Etnoqrafik materiallar əsasında müəyyən olunmuĢdur ki, Azərbaycanda ovçu-
luq həm kollektiv (birgə) və həm də fərdi qaydada aparılmıĢdır. Azərbaycanın təbii
coğrafı Ģəraitinin müxtəlifliyi (dağlıq, düzənlik, meĢə, çaylar və s.) və ov heyvan və
quĢlarının növbənövlüyü, daha doğrusu, ölkənin zəngin flora və faunaya malik olması bu
ərazidə ov üsul və qaydalarının, xüsusilə də ov alət və vasitələrinin müxtəlifliyinə öz
təsirini göstərmiĢdir.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda ovçuluqda əsasən odlu silah-
lardan (ov tüfəngi), cələ, tələ, torlardan, iĢıq və məĢəldən və s. istifadə edilmiĢdir.
Ov tüfənglərini (təklülə) Bakı, Gəncə, Dərbənd, ġamaxı, ġəki, ġuĢa kimi Ģəhər-
lərdə, həmçinin Lahıcda yerli ustalar hazırlayırdılar. Tüfəng üçün qundaq hazırlayan
292
xüsusi "qundaqsaz"lar olardı. Beləliklə də yerli ustaların hazırladığı təklülə
"dayandoldurum" adlanan tüfənglər ovçular arasında daha geniĢ yayılmıĢdır. Kustar üsulü
ilə hazırlanan belə tüfənglərlə çox vaxt dəqiq niĢan almaq da olmurdu. Ona görə də xalq
arasında belə bir məsəl də vardır: "Lahıc tüfəngi kimi baĢ-ayaq vurursan".
"Dayandoldurum" adlanan bu ov tüfəngləri üçün güllə olmazdı. Bunu doldurmaq
lazım gəldikdə müəyyən qədər barıt lülədən tökülür və üstündən əski qoyularaq
bərkidilir, daha sonra isə (hansı heyvan və quĢun ovlanmasından asılı olaraq) qurğuĢundan
hazırlanan qırma, güllə və ya çarpara qoyulur və yenə də əsgi ilə bərkidilirdi. Belə
tüfənglərlə atəĢ açıldıqdan sonra onu yenidən doldurmaq lazım gəlirdi.
Azərbaycanda XIX əsrin sonlarından etibarən Tula silah zavodunda hazırlanan
tək və qoĢalülə (buna "qoĢəllə" də deyirlər) ov tüfəngləri geniĢ yayılmağa baĢladı ki,
bununla ov heyvanlarının kütləvi surətdə ovlanması daha da artdı.
Ov heyvanlarının və quĢlarının növündən, onların ovlanma üsulundakı müxtə-
lifliyindən asılı olaraq, ov birgə və ya tək-tək aparılırdı.
Çöl donuzu ovu üçün, adətən, böyük ovçu dəstələri təĢkil olunurdu. Belə ki, bir
dəstədə 20-30 nəfərə qədər ovçu və 15-20-yə qədər ov iti olardı. Belə birgə ov
qamıĢlıq və meĢəlik yerlərdə aparılardı. Bir neçə mahir ovçu meĢənin kənarında
(həndəvərində) ov heyvanının keçəcəyi bərələrdə, cığırlarda pusquda durur, on-on beĢ
nəfər isə tüfəng və ov itlərilə meĢənin yuxarısından girib, onun ayağına doğru bir-
birindən 15-20 m aralı gedərək hay-haray salmaqla itlərin dalınca meĢənin
"daraqlayır"dılar. Beləliklə də meĢədə olan heyvanlar səs-küydən qorxaraq qaçmaq
məcburiyyətində qalır və meĢədən çıxıb qaçırdılar. Elə bu vaxt pusquda duran ovçuların
dəqiq atəĢi nəticəsində bir neçə heyvan vurulurdu. Belə bir ov üsulu "yergə" adlanırdı.
Donuz ovuna ovçular tək də gedirdilər. Bunun üçün ovçu heyvanların yatacağı,
keçəcəyi yeri və yaxud yem üçün çıxacağı sahəni əvvəlcədən müəyyən edirdi. Pusquda
duran ovçu, ov heyvanını həmin yerə gəldikdə və ya çığırdan keçdikdə vura bilirdi.
Dağ kəli, dağ keçisi ovu da çox halda birgə aparılırdı. Bunun üçün bir neçə ovçu
heyvanların otlaq yerlərində, onların cığır və yaxud su içəcəyi yerlərdə pusquda durur
və heyvanlara yaxın məsafədən atəĢ açılırdı. Bundan əlavə, dağ kəlini daha yaxın
məsafədən vurmaq üçün ovçular pusquda gizlənir və onlardan biri dağ kəlinin
buynuzlarını hər iki əlində tutaraq döyüĢ səhnəsi yaradır. Bu səhnəni uzaqdan
görən heyvanlar döyüĢ yerinə yaxınlaĢırdılar. Elə bu vaxt gizlənmiĢ ikinci ovçu
atəĢ açırdı. Bu qayda ilə aparılan ov "aldatma" adlanırdı.
Etnoqrafik materiallardan aydın olur ki, XX əsrin əvvəllərinə qədər vəhĢi
heyvanlar və quĢlar çöldonuzu, dağ kəli, canavar, cüyür, ceyran, çaqqal, ayı, tülkü,
dovĢan, qırqovul, kəklik, turac, çöl ördəyi, qaz yə s. əsasən odlu silah və yaxud
cələ, tələ, tor və bir sıra baĢqa alətlərlə ovlanırdı.
Tələlər yerli ustalar tərəfindən dəmirdən hazırlanırdı. Adətən, heyvan
cığırlarında qoyulan tələlər yerə bərkidilir və ya ağaca bağlanırdı. Tələnin
görünməməsi üçün üstünə ot-ovar tökülər və ət tikəsi qoyulardı. Tələdəki əti
götürmək istəyən heyvan ayaq və qolundan tələyə düĢərdi. Çox zaman xəz dərili
293
heyvanlar (dərisinin zədələnməməsi üçün) tələ ilə tutulardı.
Bəzi heyvanların (porsuq, köstəbək və s.) yuvaları torpaq kuhularda
olurdu. Bunların ovlanması üçün ovçular yuvanın ağzında manqal yandırır, tüstü
isə kuhulun içərisinə dolurdu. Tüstüdən boğulan heyvanlar bayıra çıxdıqda,
kuhulun ağzında duran ovçular onları dəyənəklə vuraraq öldürürdülər.
Etnoqrafik materiallardan məlum olur ki, ov quĢları ov tüfəngləri ilə və
həmçinin müxtəlif cələ və s. üsullarla ovlanmıĢdır. Qırqovul, kəklik, turac və s.
quĢların ovu həm birgə, həm də tək-tək ovçular tərəfindən aparılırdı.
Qırqovul ovu üçün ovçuların ov itləri (tulaları) olardı. Ov iti kol-kosda,
çör-çöplükdə, meĢədə ağacda yemlənən və ya gizlənən quĢun iyinə düĢərək onu
uçurur. Ovçu isə quĢu havaya qalxarkən vururdu.
QuĢ ovu üçün çox sadə olan cələlər, adətən, at tükündən və s. düzəldilərdi.
Cələlər quĢların yemləndiyi, yatdığı yerlərdə və yaxud yuvalarının ağzında
qoyulardı. Cələlərdən payız və qıĢ aylarında daha çox istifadə olunardı. Cələyə
düĢən quĢlar oradan diri halda çıxarılardı.
Çöl quĢlarının (qırqovul, kəklik və s.) ovlanması üçün taxtaçaldan da
istifadə edilmiĢdir. Taxtaçal ağacdan düzəldilir. O, iki yan və iki baĢ taxtadan
ibarətdir. Yan və baĢ tərəfdəki taxtaların arasına daha nazik taxtalar birləĢdirilir.
Taxtaçalın orta taxtalarını onun çərçivəsinə birləĢdirmək üçün dörd yerdən oyuq açılır.
Bu oyuqlara at tükündən eĢilmiĢ iki ip keçirilir. Onlardan biri taxtanın alt üzündən keçirilib
sağ tərəfə, digəri isə üstdən keçirilib sol tərəfə aparılır. Taxtaçalın oxları hər iki ucdan
deĢilir və iplər burğacla onların üstünə bərkidilir. Ġplərin burğaclanması ilə orta taxtalar
ağız-ağıza bağlanır. Taxtaçal quĢların gecələdiyi yerlərin ətrafında, yuvalarının və ya
onların yemləndiyi yerlərin yaxınlığında 20-30 sm dərinlikdə qazılmıĢ çalanın ağzına
qoyulurdu. Orta hissədəki taxtalar çalanın içərisinə açılırdı. Taxtaçalın baĢ tərəflərinə ağır
daĢ qoyulur. Orta hissədəki taxtaların üstünə isə xəzəl tökülürdü. Beləliklə də taxtaçalın
üstünə çıxan quĢ orta taxtaların açılması ilə çalaya düĢür və taxtalar dərhal bağlanırdı
[15].
Kəklik, qırqovul və baĢqa quĢlar dovla ilə də ovlanmıĢlar. Dovla üst üzü müxtəlif
294
rənglərlə cızılmıĢ ala-bəzək parçadan ibarət olub, kəklik ovunda daha geniĢ istifadə
edilmiĢdir. Kvadrat formada ( l,5 mx 1,5 m) olan dovlanın astarına (tərs üzünə) çarpaz
halda ağac keçirilir. Ortada isə dovlanı tutmaq üçün əl yeri vardır. Ovu görmək və tüfəngin
lüləsi üçün dovlada gözlər də qoyulur. Kəkliklər rənglərə həssas olduğundan dovlaya tərəf
çox həvəslə gəlir və bu zaman ovçu onlara atəĢ açırdı. Kəkliklərin tutulması üçün qəfəslərdən
də istifadə edilmiĢdir. Qəfəsə salınan kəklik çölə aparılır və burada oxuyan kəkliyin səsinə
baĢqa kəkliklər uçub gəlirdi. Elə bu vaxt pusquda duran ovçu onlara atəĢ açırdı. Kəklik
ovunda bəzən quĢ səsi çıxaran sümsü adlanan ov alətindən də istifadə edilirdi.
Yuxarıda dediyimiz kimi, Ģahin quĢu ilə ov Azərbaycanda orta əsrlərdə, hətta
XIX əsrin ikinci yarısında da geniĢ yayılmıĢdı. Bunun üçün öyrədilmiĢ Ģahin quĢu atlı
və ya piyada ovçunun qolunda və ya çiynində oturdulardı. ġahin quĢu ov zamanı
qırqovul, kəklik, turac havaya qalxarkən onun üstünə Ģığıyaraq caynaqlayır və yerə
oturardı. QuĢun düĢdüyü səmti tez tapmaq üçün, onun ayağına zınqırov bağlanardı.
ġahin quĢu ovçular arasında çox yüksək qiymətə satılıb-alınardı.
Azərbaycanda Ģahin quĢu ilə ov artıq XX əsrin əvvəllərindən etibarən
aradan çıxmıĢdır. Lakin Orta Asiya respublikalarında isə yerli ovçular tərəfindən quĢla
aparılan ova indi də rast gəlmək olur.
Azərbaycan ərazisi tarixən ov quĢlarının zənginliyilə fərqlənmiĢdir. Hazırda
bu ərazidə köçəri və qıĢlamağa gələn quĢlar da daxil olmaqla, 340-dan artıq quĢ növü
müəyyən edilmiĢdir [16]. Qırqovul, kəklik, turac, cüllüt, sığırçın, qaĢqaldaq, bildirçin, ala-
295
baxta, çöl ördəyi, sultan toyuğu, qızıl qaz, durna və s. quĢlar bu ərazinin daimi sakinləri
kimi tanınmıĢdır.
Xəzər dənizinin sahilləri və Azərbaycanın bir sıra sututarları su quĢlarının
bolluğu ilə qədimlərdən belə məĢhur olmuĢdur. Dediyimiz kimi, heyvan və quĢların
ovlanması cürbəcür qaydalarda aparılmıĢdır. Lakin yerli əhali su quĢlarının ovlanması üçün
daha marağı, mürəkkəb üsul və vasitələr tətbiq etmiĢlər.
Hazırda çöl ördəklərinin
qıĢladığı ərazi əsasən Xəzər
dənizinin cənub-qərb və cənub-
Ģərq sahillərindədir ki, buraya
qismən indiki Xaçmaz, Dəvəçi
rayonlarının dəniz sahili, həmçinin
AbĢeron yarımadasının sahilləri,
Masallı, Lənkəran və Astara
rayonlarının sahil ərazisi daxildir.
Ona görə də bu yerlərdə çöl
ördəyinə, qaz, qaĢqaldaq və s. su
quĢlarına daha çox rast gəlmək olur.
Su quĢlarının məhz bu ərazidə
qıĢlamasının müəyyən səbəbləri
olmuĢdur. Burada qıĢ iqlim
Ģəraitinin (xüsusilə Lənkəran-
Astara bölgəsində) su quĢlarının
296
qıĢlaması üçün münasibliyi, vaxtilə dəniz sahil boyunda (indiki Xaçmaz-Dəvəçi
rayonları ərazisində) sulu qamıĢlıqların varlığı, həmin ərazidən bol suyu olan əllidən
yuxarı çayın axması. Lənkəran-Astara bölgəsində Qızılağac körfəzi, sulu çaylar, çəltik
əkinlərinin suvarılması üçün yüz hektarlarla sahəni əhatə edən istillərin [17] olmasıdır.
Bunlardan əlavə, son vaxtlara qədər Xaçmaz və Dəvəçi rayonları ərazisində,
Lənkəran-Astara bölgəsində mövcud olmuĢ çəltik əkinləri su quĢlarının bu ərazilərdə
qıĢlayarkən yemlənməsinə əlveriĢli Ģərait yaratmıĢdır. Ağsaqqalların dediyi kimi,
"çəltik əkinləri bol ov quĢları deməkdir".
297
Göstərdiyimiz ərazido su quĢlarının çoxluğu qədimdən bəri yerli əhalinin
onları ovlamasına marağını xeyli artırmıĢdır. Belə ki, su quĢlarının həm ətindən və
həm də tükündən istifadə edilirdi.
XX əsrin əvvəllərində bu ərazidə su quĢları odlu silahlarla ovlanmıĢ, tor və
iĢıqla tutulmuĢdur. Ördəklərin ovlanması üçün ən geniĢ yayılmıĢ qayda onların tor
vasitəsilə tutulması olmuĢdur. Lakin onu da deməliyik ki, torla quĢ ovlanarkən müxtəlif
qayda və üsullardan istifadə edilmiĢdir [18].
Quba-Xaçmaz bölgəsinin dəniz sahili ərazisində yerləĢən kəndlərin əhalisi
niğələr [19] və ya çəltik ləklərində "aldatmalar" düzəldərək ördək ovlamıĢlar.
Lənkəran-Astara bölgəsinin sahil kəndlərində isə çəltik ləklərində yer toru
qururdular. Bundan əlavə, onlar çəltik əkini yerlərində, istillərin içərisində və
ətrafında sol (asma tor) quraraq ördək ovlamıĢlar. Bütün bunlardan əlavə, əhali
iĢıqla - domca-çıraqla də ördək tutmuĢlar.
Niğə qamıĢlıqların sahilində suduran sahələrdə və yaxud meĢələrin
içərisində düzəldilirdi. Bunun üçün 0,2-0,25 hektar sahə ağac və kol-kosdan
təmizlənir. Həmin sahənin üç tərəfindən xəndək atılır, yuxarı tərəfində isə tirə
düzəldilirdi. Niğənin ıızunluğu təxminən 40-50 m, eni isə 20-30 m olur [20]. Onun
298
suyunun dərinliyi yuxarı (tirə tərəfdə) hissədə 25-30 sm, yarıdan aĢağı hissədə 50
sm-ə qədər olur. Niğəyə su yuxarı tərəfdən daxil olur və künbüldən (aĢağı
hissədən) bərə ilə axıb gedir. Tor niğənin tirəsi üstündəki yarımdairə çubuqların
üzərinə qoyulur. Tirənin uzunluğu isə 12-14 m-z qədər olur. Niğənin yuxarı
hissəsində (tirənin altında) çinə olur. Çinənin diametri təxminən 125x1,25 m,
dərinliyi isə 35-40 sm idi. Çinədən xara [21] doğru "daĢ dov" adlanan 12-15 m
uzunluğunda nazik zolaq gedir. Həmin zolağa dən səpilir. Ördəklər dar zolağa
tökülmüĢ dəni yeyə-yeyə çinəyə gəlirdilər.
Niğənin cənub hissəsində (yuxarı baĢında) koma tikilir. Ovçu bu komada
gizlənərək ördəkləri gözləyirdi. Dəstə və tor bağlanmıĢ Ģilgirin bir ucu komada, digər
ucu dabanmıxına bağlanırdı. Tirənin üstündə üç yerdə kamana qoyulur və Ģilgir
həmin kamanalara iliĢdirilirdi. Bununla da Ģilgir tarım dururdu. Kamana tor
çəkilərkən Ģilgirin sürətlə tullanmasına və onun nisbətən uzağa düĢməsinə kömək
edirdi.
Niğə toru müxtəlif ölçülərdə olurdu (9x7 m, 8x6 m, 7x5 m). Bəzən də torun
ölçüsü onun gözlərinin sayı ilə hesablanırdı. Bir gözün böyüklüyü 6x6, 7x7 sm
olurdu. Onu yerli ustalar (çətənə) kəndir lifindən toxuyurdular. Niğəyə hər dəfə
səpilən 12-16 kq dənin (əsasən darı, buğda, arpa, çəltik) çox hissəsi çinəyə
tökülürdü.
Niğəyə düĢmüĢ çöl ördəkləri yemlənə-yemlənə çinəyə doğru gəlirdilər.
Çinəyə toplaĢdıqda komadakı ovçu dəstəyi dartmaqla toru çəkir. Tor nisbətən
yuxarıdan gələrək suyun üzünə sərilməklə çinədəki ördəklərin üstünə düĢürdü. Hər
tora 50-60, 100-150 və daha çox ördək düĢürdü. Niğəyə Ģərik olan 3-4 nəfər ovçu
hər mövsümdə (qıĢ aylarında) 1000-1500-dən artıq ördək tuta bilirdi [22].
Quba-Xaçmaz bölgəsində çöl ördəyi "binə" vasitəsilə də ovlanmıĢdır.
Binə öz formasına görə niğəyə çox oxĢayır. Lakin niğədən fərqli olaraq o, susuz
düzən sahələrdə düzəldilirdi. Binə niğədən kiçikdir, su ancaq çinədə olurdu.
Binənin çinəsində 3-4 ədəd ev ördəyi bir neçə gün yemlənərək öyrədilir. Ovçular
havada çöl ördəkləri. Gördükdə həmin öyrədilmiĢ ördəkləri havaya buraxırdılar,
onlar havada bir neçə dövrə vuraraq, yenidən binənin çinəsinə düĢürdülər. Bunu
görən çöl ördəkləri də onların ardınca həmin yerə düĢür və bu vaxt ovçu toru
çəkirdi.
"Aldatma" ilə də ördək ovlanmıĢdır. Aldatma eyni ilə niğəyə oxĢayır.
Lakin ondan çox kiçik olub çəltik ləklərində düzəldilir və komasına ancaq iki nəfər
ovçu yerləĢirdi. Aldatma ilə ördək ovu Dəvəçi rayonunun dəniz sahili kəndlərində
aparılardı.
Vaxtilə Lənkəran-Astara bölgəsinin sahil kəndlərində yer toru ilə ördək
ovlamaq geniĢ yayılmıĢdır. Yer toru çəltik ləklərində qurulurdu. Ləkin yuxarı
tərəfində düz hamar sahədə tor sərilir. Torun hər iki yanına nazik ağac keçirilir.
Hər iki yan ağacının bir ucu ciyəyə bağlanır, ciyənin digər ucu isə mıxa keçirilirdi.
Yer toru bəzi hallarda suyun altında da qurulurdu. Yer toru ilə ördək ovu demək
299
olar ki, eynən "binə" ilə aparılan ov üsuluna oxĢayırdı.
Lənkəran-Astara bölgəsində çöl ördəyi ovu üçün daha geniĢ yayılmıĢ bir
vasitə də səl ilə - asma torla ördəyin tutulmasıdır. Səl istillərin, çəltik ləklərinin,
qamıĢlıqların, eləcə də su tutarların sahələrində qurulurdu. Səlin yan ağaclarının
uzunluğu 8-10 m, özünün uzunluğu isə 40-50 m-ə qədər olur. Torun eni 3,5 m-dən
az olmurdu. Yan ağacları yerə xüsusi iplərlə möhkəmləndirilir. Tora üst və alt ciyə
keçirilirdi. Alt ciyə komada oturmuĢ ovçunun əlində olurdu. Tora quĢ toxunduqda
ovçu alt çiyəni əlindən buraxır və səl iki qat olurdu. Beləliklə, sələ toxunmuĢ
quĢlar həmin kisəciyin içində qalırdı. Tora düĢmüĢ quĢları götürmək üçün ovçu üst
ciyəni boĢaldıb toru aĢağı salırdı. Səl elə qurulurdu ki, tora hər iki tərəfdən quĢ
toxunduqda onu tutmaq olurdu. Səl ilə ancaq qaranlıq gecələrdə ördək ovlanır və
ovda iki nəfər iĢtirak edirdi.
Lənkəran-Astara bölgəsində çöl ördəklərinin ovlanması üçün alacıq
tordan -"rujko"dan da istifadə edilmiĢdir [23]. Alaçıq tor istillərin içərisində
düzəldilirdi. Onun uzunluğu 10-12 m, eni 4-5 m, hündürlüyü isə 2-3 m-ə qədər
olurdu. Onun qurulması üçün dəmir ağacdan istifadə edilirdi.
Alaçıq torun girəcəyində yarısallaq halda tor asılır, çıxacağı isə torla bağlı olur.
Girəcəkdəki sallaq tora bağlanmıĢ çiyənin bir ucu komadakı ovçuda olur. Ovçu özü ilə
komaya 2-3 ədəd öyrədilmiĢ ev ördəyi də gətirir. Havada ördək dəstəsi göründükdə ovçu
yanındakı ev ördəklərini bir-bir havaya buraxır. ÖyrədilmiĢ və vərdiĢ olmuĢ bu ördəklər
havada bir-iki dövrə vurduqdan sonra suya düĢərək tez alaçıqdakı dən tökülmüĢ yerə
üzür və yemlənirlər. Bunların ardınca suya tökülən çöl ördəkləri də alaçığa - dən olan
yerə gəlirdilər. Elə bu vaxt komadakı ovçu əlindəki çiyəni buraxır. Beləliklə də tor
aĢağıya düĢərək girəcəyi bütünlüklə bağlayır [24]. Sonra ovçu alaçığa girib onun
çıxacağındakı tora iliĢmiĢ ördəkləri tuturdu.
Ovçular su quĢlarını domca-çıraqla - məĢəl ilə də ovlamıĢlar. Onlar ördəyi
domca-çıraqla daha çox sulu qamıĢlıqlarda tuturdular. Ġndiki Xaçmaz və Dəvəçi
rayonlarının Vələmir, Bostançı Seyidli, Bolad, Leyti və baĢqa kəndlərində ovçular
qamıĢlıqlarda gecələyən ördəkləri tutmaq üçün domca-çıraqdan istifadə edirdilər. Bu
qayda ilə ov etmək üçün onlara domca, çıraq, çuval, zəng və biz lazım olurdu. Ovçular
kuzədə neft də götürərdilər.
Domca-çıraqla ördək tutmaq üçün mütləq üç nəfər yoldaĢ (ortaq) olmalı idi. Ov
zamanı ovçuların birində çıraq, zəng, çuval (dalma sarılırdı), ikincisinidə isə domca olurdu.
Üçüncü ovçu qamıĢlıqdan 200-300 m aralıda tonqal yandıraraq, əlində uzun yanar kösövü
o tərəfə bu tərəfə yelləməklə ovçulara tonqalın yerini iĢarə verirdi.
Domca-çıraqla ov yalnız qaranlıq gecələrdə mümkün olurdu. Ov zamanı 2-3 hek-
tarlıq qamıĢlıq sahəyə eyni vaxtda 15-20 dəstə ovçu bir-birindən nisbətən aralı
məsafədə girərək çıraqları yandırır və zəngləri çalırdılar. ĠĢıq və zəng səsindən hürkən
ördəklər uça bilmirdilər. Bu vaxt ovçu domcanı ördəyin üstünə atıb onu tutur və
qanadını buraraq çuvala qoyurdu. Ördəklərin sayı 30-40-a çatdıqda ovçular qamıĢ-
lıqdan çıxıb, tonqalın yanına gələrək, həm ördəkləri kəsir, həm də isinirdilər. Sonra
300
onlar yenidən qamıĢlığa qayıdırlar. Beləliklə, ovçular bir gecədə 70-80 ədəd (bəzən
isə daha çox) ördək tuta bilirdilər.
Ovçular domca-çıraqla yalnız su quĢlarını deyil, həmçinin kəklik, çil və
baĢqa quĢları da tuturdular. Bunun üçün ovçular əvvəlcədən quĢ dəstələrinin
gecələdiyi yeri müəyyənləĢdirirdilər. Bərk qaranlıq düĢdükdə isə ovçular həmin
yerə yaxınlaĢıb çıraq yandırır, zəng çalır və domca ilə quĢları tuturdular.
Azərbaycanda ovçuluğa dair verilən materiallardan məlum olur ki, burada
vəhĢi heyvan və quĢlar müxtəlif üsul, qayda və vasitələrlə ovlanmıĢdır. Yerli əhali
301
ovçuluqla əsasən ilin payız və qıĢ aylarında məĢğul olurdular. Su quĢlarının ovu isə
ancaq qıĢ aylarında aparılırdı. Ov heyvan və quĢlarının balalarına, yumurtlama və
balaçıxarma dövründə ovlanması günah hesab olunardı.
Azərbaycanda ovçuluğun geniĢ yayılmasma baxmayaraq, əkinçilik və
maldarlıqla məĢğul olan yerli əhali ovçuluğıı heç vaxt özünün əsas peĢəsi hesab
etməmiĢdir. Daha doğrusu, ovçuluq onların dolanacağının əsası olmamıĢdır.
Ovçular əldə etdikləri ovdan əsasən özləri istifadə edir, bəzən də Ģəhərlərdən (Bakı,
Dərbənd, Lənkəran, Quba və s.) gələn möhtəkirlərə elə yerindəcə satırdılar.
Ovçuların arasında olan adətə görə, kollektiv (birgə) ov zamanı əldə
edilən Ģikar (ov məhsulu) hamılıqla bərabər bölünərdi. Ümumiyyətlə, ovçular
arasında mövcud olan adətə görə, ov payında "çox-azlıq" olmamalı idi. Ov payının
bərabər bölgüsü çox ehtimal ki, ibtidai icma dövrünün qalığı kimi son vaxtlara
qədər gəlib çatmıĢdır.
Məlum olduğu kimi, su quĢları niğə, yer toru, səl və baĢqa üsullarla
ovlanarkən bir neçə nəfər ovçu birlikdə (Ģərik) ov edərdilər. Əldə edilmiĢ ov həmin
Ģərik ovçular arasında bərabər bölünərdi. Əgər niğənin və ya səlin toru ovçulardan
birinindirsə, həmin adama danıĢığa görə tor haqqı hər dəfə tutulan ördəklərdən bir-
ikisi verilərdi. Ov bölgüsü bir qayda olaraq elə yerindəcə aparılardı.
Ovçuların özünəməxsus xüsusi geyimləri olmamıĢsa da, lakin ov zamanı
onlar əyinlərinə münasib paltar geyirdilər. Belə ki, dağlıq ərazidə ova çıxarkən
onlar ayaqlarına dəmir çarıq geyərdilər ki, belə yerlərə çıxıb-düĢməkdə çətinlik
çəkməsinlər. Düzənlik və meĢəliklərə ova çıxan ovçular çox vaxt ayaqlarına
302
Ģalçarıq, əyinlərinə isə (yüngül olmaq üçün) möhkəm parçadan (yundan toxunmuĢ)
tikilmiĢ pencək və Ģalvar geyərdilər. PatrondaĢını isə onlar bellərinə bağlar, ya da
döĢ və çiyinlərindən çarpaz asardılar. Ovçuların bel qayıĢlarında quĢları asmaq
üçün köĢədən düzəldilmiĢ 20-25 ədəd xüsusi gözlüklər olardı.
Ov zamanı ovçular çölə adətən pendir-çörək, soyutma toyuq, yumurta və
ya ət biĢirib aparardılar. Kollektiv halda ova çıxarkən onlar bir süfrə açar,
yeməklərini də birgə yeyərdilər.
Azərbaycan ərazisində ov heyvan və quĢlarının bolluğu, ovçuluğun
qədimliyi və onun geniĢ yayılması söz yox ki, yerli əhalinin folklorunda, nağıl və
dastanlarında öz əksini tapmıĢ və onların dünyagörüĢünə təsir etmiĢdir. Ovçuluq
haqqında xalqımızın mənəvi mədəniyyətinin bütün sahələrində yazılara, rəsmlərə
və s. rast gəlmək olur. ġübhəsiz ki, bütün bunlar ovçuluğun bu ərazidə bir daha
qədimliyinə və geniĢ yayılmasına dəlalət edir.
Ovçuluqla əlaqədar olaraq, ovçular arasında bəzi mövhumi inam və
etiqadlar da mövcud olmuĢdur.
Ovçu ova gedərkən təmiz (pak) olmalı idi. QarĢısına ilk dəfə çıxan adam
salamlaĢdıqdan sonra ona dərhal "ovun qanlı olsun" deməli idi. Hara gedirsən?
deyib soruĢmamalı idi. Əgər onun qarĢısına ilk dəfə qadın çıxardısa, ovçu yoldan
qayıdardı. Bol ovu "bədnəzərdən" qorumaq məqsədilə onun qədəri baĢqa adamlara
deyilməzdi. Zahı qadın 40 günə qədər silahla vurulmuĢ və ya torla tutulmuĢ heyvan
və ya quĢun ətindən yeyə bilməzdi. Guya silah və ya tor çilləyə düĢərdi. Əgər o,
qırx günün ərzində ovlanmıĢ heyvanın ətini yesəydi, hörüyünü düyünləməli idi.
Ov zamanı tutulmuĢ ördəyin tükündən həmin qıĢ yastıq və döĢək
düzəldilməməli idi. Guya bununla da ördəklərin qanadları bağlanar və niğəyə
ördək düĢməzmiĢ. Torla tutulmuĢ ördəyin çinədanından çıxarılmıĢ dən yenidən
niğəyə tökülərdisə, daha çox ördək gələrmiĢ. Əgər yer toruna yüzdən yuxarı ördək
düĢərdisə, onlardan biri sədəqə kimi buraxılardı. Beləliklə də bu və ya baĢqa dini
inam, etiqad və ovsunlar ovçular arasında əsrimizin 20-30-cu illərinə qədər davam
etmiĢdir.
XX əsrin əvvəllərində Azərbaycanda ov heyvan və quĢlarının kütləvi surətdə
ovlanması onların çoxlu miqdarda qırılmasına səbəb olmuĢdur. Daha doğrusu, ov heyvan
və quĢlarının ovlanması özbaĢına buraxılmıĢdı. Dövlət tərəfindən heç bir ciddi tədbirin
olmamasından istifadə edən ovçular heyvan və quĢların ovlanması üçün mümkün olan hər
cür üsul, vasitə və qaydalardan istifadə etmiĢlər. Məhz buna görə də bu ərazidə bəzi ov
heyvanlarının nəsli tamamilə kəsilmiĢdir.
Azərbaycanın Kür çayı sahil düzənliklərində, ġirvan çölündə, Quba-Xaçmaz
meĢələrində, ġəki-Zaqatala bölgəsində, Qarabağda, TalıĢ və Qarayazı meĢələrində və baĢqa
yerlərdə vaxtilə çoxluq təĢkil edən ov heyvanları və quĢlarının sayı xeyli azalmıĢdır.
Azərbaycana qıĢlamağa gələn su quĢlarının sayı da hiss ediləcək dərəcədə əskilmiĢdir.
Azərbaycan təbiətinin yaraĢığı olan turac, kəklik, çil dəstələrinə, qırqovul və baĢqa ov
quĢlarına meĢə və düzənliklərimizdə, dağ və dərələrimizdə az rast gəlmək olur.
303
Artıq 1920-ci il iyulun 20-də Sovet hökuməti tərəfindən ov ehtiyatından düzgün
istifadə etmək haqda, hətta ov heyvan və quĢlarının ovlanması vaxtı və qaydalarını
müəyyən edən qanun verilmiĢdir. Respublikamızda artıq quĢ və heyvanları tor, tələ,
ilkəktələ, gecələr od və zınqırov çalmaqla və s. vasitələrlə ovlamaq bütün il boyu qadağan
edilmiĢdir.
Son illərdə ov heyvan və quĢlarının nəsli kəsilməkdə olan baĢqa heyvanların
qorunması və çoxalması üçün daha ciddi tədbirlər görülmüĢdür. Respublikamızda mövcud
olan qoruqların ərazisi geniĢləndirilmiĢ və yeni qoruq sahələri yaradılmıĢdır. Qızılağac və
Zaqatala kimi iri dövlət qoruqlarında heyvan və quĢlanı sayı xeyli artmıĢdır. Burada elmi-
tədqiqat iĢləri də aparılır. Ov quĢlarının sayını artırmaq üçün xüsusi inkubator stansiyaları
təĢkil edilmiĢdir. Bütün bu görülən tədbirlər nəticəsində son illərdə respublikamızda ov
heyvan və quĢlarının sayı xeyli artmıĢdır.
Dostları ilə paylaş: |