A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   30   31   32   33   34   35   36   37   ...   102
 Qatır və uzunqulaq. ġərq ölkələrində ağır yük daĢımaq və qismən də qoĢqu 

qüvvəsi kimi qatır və uzunqulaqdan əsrlər boyu geniĢ istifadə edilmiĢdir. Bu heyvan cinsləri 

Azərbaycanın hər yerində, xüsusilə dağ və dağətəyi ərazidə daha geniĢ yayılmıĢdır. Bu, 

hər Ģeydən əvvəl, həmin ərazidə yolların olmaması və dar dağ keçidlərində cığırların az 

əlveriĢli  olması  ilə  əlaqədar  olmuĢdur.  Qatır  sürətinə  görə  atdan  geri  qalsa  da,  dağlıq 

ərazidə yük daĢımaqda ondan çox üstündür. Azərbaycanda qatırdan əsas nəqliyyat vasitəsi 

kimi istifadə edilmə tarixi hələlik dəqiq müəyyənləĢdirilməmiĢdir. Lakin ġərqdə ondan 

hələ  e.ə.  III  minillikdən  istifadə  edilməsini  bir  sıra  dəlillər  təsdiq  edir  [131].  Çoxlu 

yükgötürmə qabiliyyəti, sıldırımlı dağ  yolları üçün münasibliyi,  aclıq və  susuzluğa 

davamlı olması onun ən qiymətli nəqliyyat vasitəsinə çevrilməsinə Ģərait yaratmıĢdır. Görünür, 

qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri 

olmuĢdur. Qatır, dəvə kimi, təkcə ölkə daxilində deyil, həm də uzaq ölkələrə əmtəə 

xarakterli məhsulun daĢınmasında istifadə edilmiĢdir.    

 

 



Qafqazdan uzaq səfərlərə qatırla gedildiyi barədə istənilən qədər dəlil-sübut 

vardır. Azərbaycandan beĢ yüz, bəzən də min baĢ qatırla uzaq ölkələrə yük daĢınmıĢdır 

[132]. XIX əsrin birinci yarısında Naxçıvandan Azərbaycanın bir sıra yerlərinə qatırla duz 

aparıldığı barədə məlumat vardır [133]. 

Qatır  XIX  əsrdə  Azərbaycanın  əksər  zonalarında  yayılmıĢdı.  XIX  əsrin 

ortalarında  ġamaxı,  Nuxa,  ġuĢa  və  Lənkəran  rayonlarında  on  səkkiz  min  baĢ  qatır  və 

uzunqulaq olmuĢdusa, həmin əsrin altmıĢıncı illərində onların sayı outz iki min beĢ yüzdən  



 

 

274 



çox olmuĢdur [134]. ġübhəsiz, XX əsrin əvvəllərində də qatırdan xalq nəqliyyat vasitəsi 

kimi istifadə edilmiĢdir. Mənbələrdə göstərilir ki, qorxulu hallarda. yük ağır olanda və ya 

dikdirə dırmananda çarvadarlar qatırın yüyənindən tutub yedəkləyirdilər [135]. 

Qatırdan  minik  və  yük  vasitəsi  kimi  istifadə  edilərkən  onun  belinə  yəhər  və 

palan qoyulurdu. 

Qatıra təxminən 6-8 puda qədər yük vurmaq olur. Qatırın nallanması da at və 

uzunqulağınkı kimidir. 

Uzunqulaq  ġərq  ölkələrində  çox  qədimlərdən  yayılan  ev  heyvanlarından  biri 

olmuĢdur. Qədim tarixi mənbələrdə Urartu dövləti ərazisində uzunqulaqdan bir nəqliyyat 

vasitəsi  kimi  istifadə  edildiyi  göstərilir.  Hətta  Assur  Ģahı  II  Sarqonun  Urartı  üzərinə 

hücum  etdiyi  zaman  üç  yüz  səksən  baĢ  uzunqulaq  ələ  keçirdiyi  qeyd  edilir  [136].  Heç 

Ģübhəsiz, Urartu ərazisinə yaxın olan Manna və Midiya ərazisində də həmin dövrdə, daha 

dəqiq desək, e.ə. VIII-VII əsrlərdə uzunqulaqdan nəqliyyat vasitəsi kimi istifadə edilmiĢdir. 

Görünür,  Atropatena  və  Albaniyada  da  uzunqulaqdan  yük  heyvanı  kimi  geniĢ  istifadə 

etmiĢlər.  Azərbaycanda  orta  əsrlərdə  bu  heyvandan  daha  çox  istifadə  edilməsinə 

qanunauyğun bir  hal  kimi baxmaq  lazımdır. Onun sonra gələn əsrlərdə yük daĢımaq 

vasitəsi kimi geniĢ istifadəsini bir sıra materiallar təsdiq edir. XIX əsrin qırxıncı illərində 

Naxçıvan  ərazisində  səkkiz  yüz  baĢ,  Ordubadda  beĢ  yüz  baĢ  uzunqulağın  olduğu 

göstərilir [137]. 

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində uzunqulaq gərəkli nəqliy-

yat vasitəsi kimi öz əhəmiyyətini saxlaya bilmiĢdir. 



 

 

275 



Uzunqulaq dözümlü, çox yük götürən və o qədər də alaf tələb etməyən ev hey-

vanıdır. Bu  heyvan əsrlər boyu  yarımköçəri  maldarlıq  forması Ģəraitində  qoyunçuluqla 

məĢğul olan əhali arasında daha çox yayılmıĢdır. Qoyun sürüləri yaylağa qalxdıqda və 

arana  endikdə  çobanların  yükünü  daĢıyan  və  sürü  ilə  ayaqlaĢan  ən  qiymətli  heyvan 

uzunqulaq sayılmıĢdır. Bir qayda olaraq, hər sürüdə 4-8 baĢ uzunqulaq olardı. Çobanlar öz 

barxanalarını, axsaq düĢən və xəstələnən qoyununu uzunqulağa yükləyirdilər. 

Müxtəlif məiĢət əĢyaları, neft, su, duz, geyim Ģeyləri, taxıl və meyvələrin daĢın-

masında  uzunqulaq  daha  çox  kara  gəlirdi.  Təkərli  nəqliyyat  vasitələrinin  iĢləməsi 

mümkün olmayan yerlərdə, xüsusilə dağ Ģəraitində uzunqulaq əvəzsiz nəqliyyat vasitəsi 

sayılırdı.  Uzunqulaq  qoĢqu  qüvvəsi  kimi  də  istifadə  edilmiĢdir.  Yaxın  yerlərdən  və 

nisbətən yüngül olan yükün daĢınmasında uzunqulaqdan istifadə edilmiĢdir. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin