DaĢyonma. Məmulatın hazırlanması bilavasitə yonma əməliyyatından
baĢlanırdı. Bu prosesdə daĢ baltası, diĢək (təvər-diĢək), düsəri, dəzgə, künyə, gireh
və s. alətlər iĢlənirdi (II tablo).
Ġri daĢlar qabaqburun, para, yanpara və gürz vasitəsilə doğranırdı.
Tətbiq sahəsindən asılı olaraq, daĢyonma sənətində tarixən ixtisaslaĢma
getdiyindən tikinti daĢının yonulması ilə bənnalar məĢğul olurdular. Onlar hörgü
daĢı, bəzək, sütun, tava, çatma daĢı və s. olmaqla, müxtəlif forma və ölçülərdə
tikinti materialı yonub hazırlayırdılar.
Təsərrüfat və məiĢət əĢyalarının: hovuz, axur, dibək, kirkirə, dəyirman daĢı,
su daĢı, xırman daĢı (girgino), doqqaz daĢı, və s. hazırlanması ilə xüsusi ustalar məĢğul
olurdular. Xatirə abidələrinin bir qismini həkkaklar, müəyyən hissəsini isə daĢyonan
ustalar hazırlayırdılar (III tablo).
Xatirə abidələri təkcə məzar daĢlarından ibarət olmayıb, xeyrat bulaqları ilə
bağlı daĢ məmulatını (qıstab, hovuz və novça) da əhatə edirdi. Qıstab bulaq suyunu
cəmləyib yığan durulducu su anbarı kimi, dağlıq və dağətəyi kəndlərdə geniĢ
yayılmıĢdır [11].
Dostları ilə paylaş: |