A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə41/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   37   38   39   40   41   42   43   44   ...   102
DaĢçıxarma.  Tikinti  və  xatirə  abidələr  üçün  daĢın  çıxarılması  müəyyən 


 

 

340 



istehsal  bacarığı  tələb  edirdi.  DaĢ  ustaları  əvvəlcə  salı  kəsir,  sonra  onu 

doğrayırdılar. Ona görə də daĢçıxaran usta eyni zamanda "daĢkəsən" adlanırdı. 

DaĢın  çıxarılması  və  daĢınması  prosesində  külüng,  ling,  bel,  kürək,  para 

(paz),  yanpara  (nalçaq),  qalaqburun,  gürz,  girdin,  zəncir,  kirĢə,  araba  və  s. 

vasitələrindən istifadə olunurdu. 

ĠĢin  tələbinə  uyğun  olaraq,  əvvəlcə  daĢın  beli  yarılır,  sonra  onun  layı 

qoparılırdı.  Salın  belini  yarmaq  məqsədilə  qalaqburun  vasitəsi  ilə  onun  üzərində 

uzunluğu  0,5  m,  dərinliyi  20-25  sm  olan  "bel  yarıqları"  açılırdı.  Salın  yaxĢı 

yarılması  üçün  ilk  növbədə  onun  "damarı"  tapılırdı.  Bu  iĢ  müəyyən  qədər  əməli 

təcrübə və bacarıq tələb edirdi. 

Adətən,  ağır  (böyük)  daĢda  3,  yüngül  (xırda)  daĢda  1-2  ədəd  bel  yarığı 

açılırdı.  Sonra  onların  yan  üzlərinə  xüsusi  yanpara  qoyulub  aralarına  5-6  ədəd 

dəmir  para  ("əkmə")  düzülürdü.  Bir  qayda  olaraq,  bel  paraları  nisbətən  nazik  və 

uzun olurdu. Paraların hamısı cərgə ilə düzülüb qurtarandan sonra usta bir tərəfdən 

baĢlayıb  gürz  ilə  ehmalca  hər  paraya  bir  dəfə  zərbə  vura-vura  baĢa  çıxır,  sonra 

əməliyyatı  əksinə  təkrar  edirdi.  Gürzləmə  əməliyyatının  əvvəlində  zərbələr  zəif 

olur,  sonra  tədricən  güclənirdi.  Gürzləmə  prosesində  əsas  məharət  zərbələrin 

hamısının  təsir  gücünü  eyni  qaydada  saxlamaqdan  ibarət  idi.  Əks  təqdirdə  daĢın 

yarığı istiqamətini dəyiĢərək çəplənir və yararsız hala düĢürdü. Bel paralarının hər 

birinə  təxminən  20-25  zərbə  dəyəndən  sonra  daĢ  bölünürdü.  Salın  bölündüyü 

zərbələrin  səsinin  dəyiĢməsi  ilə  müəyyən  edilirdi.  Gürzləmə  əməliyyatının 

əvvəlində zərblər cingiltili çıxır, sonra getdikcə kallaĢırdı. 

DaĢın  layını  yarmaq  üçün  onun  yanı  boyunca,  hər  qarıĢdan  bir  olmaqla, 

10-12  sm  dərinliyində  lay  yarıqları  açılırdı.  DaĢın  düzgün  bölünməsi  üçün  lay 

yarıqları  salın  üst  səthinə  paralel  istiqamətdə,  düz  xətt  boyunca  düzülürdü.  Bu 

məqsədlə  yenə  də  əvvəlcə  daĢın  "damarı"  axtarılıb  tapılır,  sonra  gireh  vasitəsilə 

onun ölçüsü tutulurdu. Lay yarığı çəp olmasın deyə, yan paralarını kip saxlamaq və 

onların  səmtini  salın  daxilinə  doğru  90  dərəcə  bucaq  altında  düzgün 

istiqamətləndirib tənzimləmək üçün, bir qayda olaraq, paraların ətrafına quru ot və 

ya küləĢ tıxanırdı. Gürzləmə əməliyyatı nəticəsində zərbələrin sayt artdıqca, daĢın 

cingiltisi də tədricən dəyiĢirdi. 10-15 dəfə təkrar olunan zərbədən sonra daĢın layı 

paralanıb qopurdu. Qalın və bərk daĢda kürzləmə əməliyyatı 20 dəfəyə qədər təkrar 

edilirdi. 

KəsilmiĢ  daĢ  qayması  saldan  ling  vasitəsilə  aralanırdı.  Bunun  üçün  orta 

paralardan birini çıxarıb lingin ucunu onun yerinə salırdılar. Hər dəfə lingin ucunu 

irəli itələyib qanırdıqca daĢ qabağa doğru dəbərirdi. Yüngül daĢı bir nəfər, ağır daĢı 

isə iki nəfər ling ilə yatağından aralayıb düĢürürdü. 

Salın daĢınmasını asanlaĢdırmaq üçün onun ölçüdən kənar "xam" hissələri 

balta ilə sındırılıb yüngülləĢdirilirdi. Bu məqsədlə əvvəlcə ipqara vasitəsi ilə salın 

ölçüsü  götürülür,  sonra  daĢ  baltası  ilə  ölçüdən  kənarda  qalan  hissələri  vurulurdu. 

DaĢı sürütmə üsulu ilə aparmaq istədikdə onun bir baĢı müəyyən qədər xam  



 

 

341 



 


 

 

342 



saxlanılırdı. 

Sal  öz  yatağından  qoĢqu  yerinə  bir  cüt  girdin  vasitəsilə  endirilirdi.  Bu 

məqsədlə onu bir-birindən azca aralı, paralel vəziyyətdə dal-qabaq dayanan bir cüt 

ağac  girdin  üzərinə  düĢürüb  ling  vasitəsilə  arxasından  itələyirdilər.  DaĢ  tərpən-

dikcə  girdinlər  diyirlənir  və  beləliklə  də  onu  irəli  aparırdı.  Hər  dəfə  arxa  tərəfdə 

boĢalan girdin növbə ilə daĢın qabağına qoyulurdu. 

Sal  daĢ  iĢ  yerinə  ya  sürütmə  üsulu  ilə  ya  kirĢə,  ya  da  araba  vasitəsilə 

daĢınırdı. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin