A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə39/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   35   36   37   38   39   40   41   42   ...   102
 

 

 

 

 

 

DAġĠġLƏMƏ 

 

Ənənəvi sənət sahələrinin ən qədim və arxaik növü olmaq etibarı ilə daĢiĢləmə 



sənəti XIX əsrə gəlib çatanadək əsaslı dəyiĢikliyə məruz qalmıĢdır. 

Azərbaycanda  daĢiĢləmə  sənətinin  tarixi  kökləri  bu  ərazidə  qədim  insanın 

təĢəkkül  tapdığı  ilk  dövrlərə  gedib  çıxır.  Azıx,  Damcılı,  Tağlar,  DaĢsalahlı  və  digər 

Paleolit abidələrindən aĢkar edilmiĢ maddi mədəniyyət qalıqları, xüsusilə bəsit daĢ alətlər 

Azərbaycanın  qədim  sakinlərinin  DaĢ  dövründəki  ilk  sənət-peĢə  həyatından  soraq 

verir. 


Ġlk bəsit əmək alətləri qəlpələmə texnikası əsasında, zərbə üsulu ilə çaxmaq daĢın-

dan hazırlanmıĢ çapacaq tipli kobud çapma alətlərindən, dişəkləmə və gəzləmə üsulu 

ilə düzəldilmiĢ qaĢov, iskənə, biz və bıçaqlardan ibarət olmuĢdur [I]. 

Orta və Son Paleolit abidələrinin (Tağlar və Damcılı) əmək alətləri çaxmaqdaĢı 

və dəvəgözündən düzəldilməklə, hazırlanma texnikasının daha da təkmilləĢməsi və tipoloji 

cəhətdən xeyli zəngin olmaları ilə səciyyələnir [2]. DaĢdan təkcə əmək alətləri deyil, həm 

də müxtəlif növ kəsici və deĢici silahlar düzəldilməyə baĢlanmıĢdır. 

Zaman keçdikcə daĢ alətlərin hazırlanma texnologiyasında əsaslı irəliləyiĢ baĢ 

vermiĢ və nəticə etibarilə, ibtidai cəmiyyət tarixində yeni bir inkiĢaf mərhələsi -Mezolit 

dövrü  baĢlanmıĢdır.  Mezolit  abidələrinin  (Damcılı,  Qobustan)  kiçik  həcmli  mikrolit  ox 



ucları zərifliyinə və istehsal texnologiyasının kamilliyinə görə əvvəlki tarixi dövrlərin 

daĢ məmulatından fərqlənirdi [3]. 

DaĢ məmulatının istehsal texnikasının təkmilləĢməsi, təbii olaraq, xüsusi peĢə 

sahəsinin  yaranmasına  və  tədricən  onun  ev  sənəti  halında  formalaĢmasına  səbəb 

olmuĢdur. Alət və silah istehsal etməkdə səriĢtəsi daha çox olan qəbilə üzvlərinin bir 



 

 

337 



qismi görünür, tədricən bu sahə üzrə ixtisaslaĢmıĢlar. 

Yurdumuzun Neolit abidələrindən aĢkar olunmuĢ cilalanmıĢ daĢ alətlər ənə-

nəvi daĢiĢləmə sənətinin təkcə tipoloji cəhətdən deyil, həm də texnoloji baxımdan xeyli 

inkiĢaf etdiyini əks etdirir. 

Ġbtidai icma quruluĢunun dağılması və sinifli cəmiyyətin yaranmasının ilk mər-

hələlərində daĢ alətlər hələ də əməli əhəmiyyətini itirməmiĢdi. Bununla yanaĢı, ənənəvi 

daĢiĢləmə sənətinin bir sıra yeni sahələri yaranmağa baĢlamıĢdır. 

Dəmirin kəĢfindən sonra ənənəvi daĢiĢləmə sənətinin ən geniĢ yayılmıĢ sahə-

lərindən biri daĢyonma, xüsusilə daĢ üzərində oyma sənəti olmuĢdur. 

DaĢ üzərində oyma sənətinin ilk nümunələri hələ Qobustan və Gəmiqayada öz 

əksini  tapmıĢdır.  Qobustan  daĢ  ustaları  cızma  və  oyma  texnikasından  məharətlə  istifadə 

etmiĢlər. Ən qədim nümunələri e.ə. VIII  minilliyə aid edilən qaya rəsmləri tiĢə rolunu 

oynayan itiuclu daĢ alətlərlə oyulmuĢdur. 

Dəmirin  mənimsənilməsi  ilə  əlaqədar mükəmməl  metal alətlərin tətbiqindən 

sonra daĢ alət və silah istehsalı məhdudlaĢıb aradan çıxmağa və beləliklə də daĢiĢləmə 

sənəti  özünün  tarixi  təmayülünü  dəyiĢməyə  baĢlanmıĢdır.  Hörgü  inĢaat  tex-

nikasının meydana gəlməsi, yeni məiĢət və təsərrüfat vasitələrinə tələbatın artması 

nəticəsində  daĢiĢləmə  sənətinin  bənnalıq,  daşyonma,  şəbəkəçilik,  həkkaklıq  və  s. 

kimi yeni sahələri yaranmıĢdır. 

Feodalizm  dövründə  Azərbaycanda  daşyonma  və  daĢ  üzərində  oyma 

sənətləri  xüsusilə  Ģəhər  və  qala  tipli  məskənlərdə  daha  çox  tərəqqi  etmiĢdir. 

Ölkənin  ərazisində  məhəlli  xüsusiyyətləri  ilə  fərqlənən  bir  sıra  memarlıq 

məktəblərinin  meydana  gəlməsi  və  onların  çoxcəhətli  səmərəli  fəaliyyəti  ənənəvi 

daĢiĢləmə  sənətini  daha  da  zənginləĢdirmiĢdir.  Bu  cəhətdən  ġirvan-AbĢeron 

memarlıq məktəbinin rolu daha böyük olmuĢdur. 

Ənənəvi  daĢiĢləmə  sənətinin  arxaik  növlərindən  olan  ibtidai 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin