A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   36   37   38   39   40   41   42   43   ...   102
heykəltəraşlıq Azərbaycanda çox erkən intiĢar etmiĢdir. Azərbaycan ərazisində daĢ 

abidələrin bu tipinə həm insan, həm də heyvan (əsasən qoç və at) heykəli Ģəklində 

təsadüf edilir. 

Azərbaycanda  insan  heykəllərinin  ilk  nümunələri  e.ə.  III  minilliyə  aid 

olmaqla, [4] qədim dövrün əsatiri etiqad və inamları ilə üzvi surətdə bağlı olmuĢ və 

əcdadlara  sitayiĢin  təcəssümü  kimi  meydana  çıxmıĢdır.  [5]  Əksər  hallarda  bəsit 

yonma texnikası ilə, insan görkəmində düzəldilmiĢ daĢ heykəllər rəmzi məna kəsb 

etməklə, o dövrün ideologiyası və hakim dini baxıĢları, xüsusən ibadət mərasimləri 

ilə üzvi surətdə bağlı olmuĢdur. Məhz bu səbəbdən də Azərbaycanda büt heykəllər 

ilk  orta  əsrlərə,  monoteist  dinlərin  yaranmasına  və  yayılmasına  qədər  davam 

etmiĢdir. 

DaĢ heykəllər vaxtilə Azərbaycanda çox geniĢ əraziyə yayılmıĢdı. Onların 

qismən  salamat  qalmıĢ  nümunələri  qədim  Albaniya  ərazisində  qeydə  alınmıĢdır 

[6]. 


DaĢ  heykəllərin  ikinci  qrupunu  təĢkil  edən  qoç  və  at  heykəlləri  nisbətən 


 

 

338 



sonralar  meydana  çıxmaqla,  əsasən,  qəbirüstü  abidə  kimi  təsadüf  edir. 

Azərbaycanda  Ġslam  dini  yayılandan  sonra  insan  heykəlləri  bütpərəstliyin  qalığı 

kimi  kütləvi  surətdə  məhv  edildiyi  halda,  müsəlman  dininin  bütün  yasaqlarına 

baxmayaraq,  heyvan  heykəlləri  qəbirüstü  abidə  olması  səbəbindən  toxunulmaz 

qalmıĢdır. 

Mükəmməl  oyma  texnikası  əsasında  düzəldilən  heyvan  heykəlləri 

dekorativ  bəzək  tərtibatı,  kompozisiyasının  kamilliyi  və  real  təsiri  etibarilə  bəsit 

insan  heykəllərindən  fərqlənirdi.  DaĢdan  səlis  yonulub  düzəldilmiĢ  heyvan 

heykəlləri Azərbaycanın dağlıq və dağətəyi bölgələrində daha geniĢ yayılmıĢdı. 

Ənənəvi  daĢiĢləmə  sənətinin  dekorativ  baxımdan  zəngin  və  mükəmməl 

növünü  həkkaklıq  təĢkil  edir.  DaĢiĢləmənin  kamil  üsulu  olan  oyma  texnikası 

özünün zərif həllini məhz həkkaklıq sahəsində tapmıĢdır. 

Həkkaklar, baĢlıca olaraq, qəbirüstü abidələr (baĢdaĢı, sənduqə) və inĢaat 

hissələri (dekorativ bəzək ünsürləri, kitabələr və s.) düzəltmiĢlər. 

Azərbaycanda  feodal  münasibətlərinin  möhkəmlənməsi  dövründə  varlı 

zümrələrin  nüfuzunun  daha  da  güclənməsi  bir  sıra  sənət  sahələrinin,  o  cümlədən 

daĢ  üzərində  dekorativ  oyma  sənətinin  inkiĢafına  xeyli  təkan  vermiĢdir.  Hakim 

feodal  təbəqələri  əhalinin  aĢağı  zümrələrindən  fərqli  olaraq,  möhtəĢəm  saray  və 



qəsr tipli əzəmətli yaĢayıĢ binaları inĢa etdirirdilər. Çox vaxt daĢdan tikilən bu abidələr 

zəngin  bədii  dekora  malik  oyma-nəqĢ  ünsürləri  ilə  bəzədilirdi.  Bütün  bu  amillər 

daĢiĢləmə  üsullarının  tətbiq  sahələrinin  geniĢlənməsinə  və  texniki  cəhətdən  daha  da 

təkmilləĢməsinə səbəb olmuĢdur. 

Dekorativ tətbiqi sənətdə əsas yer tutan daĢ üzərində oyma üsulu xüsusilə xatirə 

(məzar) abidələrinin hazırlanmasında daha çox tətbiq olmuĢdur. 

Orta əsr məzar abidələrinin böyük əksəriyyətini tənha baĢdaĢı və ya sənduqə 

tipli  qəbirüstü  abidələr  təĢkil  edir.  DaĢ  üzərində  oyma  sənəti  orta  əsrlərdə  yüksək 

inkiĢaf  səviyyəsinə  çatmaqla,  ümumən  xəttatlıq  sənətinin  spesifik  xüsusiyyətlərə 

malik sahələrindən birini təĢkil edirdi. Orta əsr xəttatlarının böyük əksəriyyəti həm də 

həkkaklıqla məĢğul olurdular. 

Tarixi  kökləri  Qobustan  qaya  təsvirlərində  izlənilən  Azərbaycan  həkkaklığı 

icra texnikası etibarilə orta əsrlərdə yeni məzmun və ideya qayəsi kəsb etmiĢdir. Orta 

əsr  həkkaklığının  əsasını  qrafik  yazı,  üslublaĢdırılmıĢ  həndəsi  və  nəbati  naxıĢlar, 

qismən isə əĢyavi təsvirlər təĢkil edir. 

Oyma sənətində gödək dəstəkli həkkak çəkici, düz, çəp və çökək ağızlı olmaqla 

müxtəlif  növ  iskənələr,  (tiĢə)  zeh  miĢarı,  pərgar,  ülgü,  həkkak  qələmi,  Ģir,  kömür, 

hisqara və s. iĢlənmiĢdir. 

Ərəb əlifbasının müxtəlif xətt üslublarından (kufi, nəsh, süls, təliq, nəstəliq, tövhi) 

məharətlə istifadə edən [7] orta əsr həkkakları çox vaxt kitabənin boĢluqlarını həndəsi və 

nəbati  səciyyəli  ornament  nümunələrindən  ibarət  kompozisiya  ünsürləri  ilə 

tamamlayıb bəzədiklərindən onlar eyni zamanda naqqaş vəzifəsini də görürdülər. Bu 

mənada  həkkaklıq  sənəti,  sinkretik  səciyyə  daĢımaqla,  həm  xəttatlığın,  həm  də 



 

 

339 



naqqaĢlığın baĢlıca ünsürlərini özündə cəmləĢdirirdi. 

Azərbaycanın XI-XIV əsr kitabələri üçün müxtəlif bədii görkəmə malik kufi 

xətt  səciyyəvi  olmuĢdur  [8].  XIV-XVII  əsrlərdə  daĢ  abidələr,  əsasən,  nəsh  və  süls, 

bəzən isə nəstəliq xətti ilə iĢlənmiĢdir. XVIII-XIX əsr abidələrinin kitabələri isə, bir 

qayda olaraq, nəstəliq üslubunda düzəldilmiĢdir [9]. 

Azərbaycanın ənənəvi həkkaklıq sənətində ġirvan-AbĢeron memarlıq məktə-

binə  mənsub  sənətkarların  əl  iĢləri  diqqəti  daha  çox  cəlb  edirdi.  ġirvanın  xatirə  abi-

dələrinə  əsasən  yumĢaq  əhəngdaĢından  düzəldilən  müxtəlif  formalı  baĢdaĢı  və  sən-

duqədən ibarət olmaqla, həm ayrılıqda, həm də vahid kompozisiya halında təsadüf edilir. 

Bəzən baĢdaĢından əlavə, sinədaĢının aĢağı hissəsində ayaqdaĢı da qoyulurdu. 

Nadir  hallarda  keçmiĢdə  məzar  abidələrinin  mərmər  və  yəĢəm  daĢından 

düzəldilməsi faktına da təsadüf edilir. 

XVIII əsrdən etibarən Azərbaycanda xanlıqların yaranması ilə əlaqədar olaraq, 

həkkaklıq sənətində məhəlli fərqlərin və spesifik xüsusiyyətlərin güclənməsi müĢahidə 

olunur. 

Qəbir  daĢları  üzərində  mərhumun  peĢə  və  sənətini  əks  etdirən  bir  sıra 

məiĢət və təsərrüfat əĢyaları, silah və nəqliyyat vasitələrinin (gülabdan, sürmədan, 

güzgü, qayçı, daraq, möhür, qılınc, xəncər, tüfəng, rəhil, sahibsiz qalmıĢ yəhərli at 

və  s.)  təsvirinə  rast  gəlirik.  Bu  cəhətdən  peĢə  ilə  bağlı  əmək  alətlərinin  (dəmirçi 

zindanı, misgərlik alətləri, həllac yayı, hana, həvə, kirkit və s.) təsvirinə daha çox 

yer  verildiyi  nəzərə  çarpır.  Qəssab,  dabbağ,  misgər,  zərgər,  Ģərbaf  qəbirləri  təsvir 

olunmuĢ  istehsal  alətlərinin  səciyyəsinə  görə  bir-birindən  seçilirdi.  Bir  qayda 

olaraq,  kitabə  və  naxıĢlar  baĢdaĢının  ön  tərəfinə,  mərhumun  peĢə  mənsubiyyətini 

bildirən  rəmzi  rəsmlər  isə  yanlarına  və  kitabənin  kənarındakı  boĢ  sahələrə  həkk 

olunurdu. 

Sənduqənin  üzərində  və  yanlarında  mərhumun  xatirəsinə  həsr  olunmuĢ 

epitafiya,  dünya  iĢlərinin  aqibəti  haqqında  ibrətamiz  beytlər,  bayatılardan  və 

klassik Ģairlərin hikmətli sözlərindən nümunələr, nəhayət, abidənin kimdən yadigar 

olduğunu bildirən ifadələr həkk edilirdi. 

Xatirə abidələrinin hazırlanması sahəsində sənət ənənələri XIX əsr və XX 

əsrin  əvvəllərində  də  davam  etməkdə  idi.  Həmin  əməli  təcrübə  və  bu  sənət 

sahəsindəki  istehsal  prosesləri  (daşçıxarma,  daşyonma,  həkketmə)  bu  gün  də 

özünün əhəmiyətini itirməmiĢdir (I tablo). 

Məlum olduğu kimi, Azərbaycan ərazisi zəngin daĢ yataqlarına malikdir. 

Hər  bir  bölgədə  onlarca  daĢ  karxanası  mövcud  olmuĢdur.  Xüsusilə  Ģəhərətrafı 

kəndlərdə  karxanalar  daha  geniĢ  intiĢar  etmiĢdir.  XIX  əsrin  sonlarında  Cənubi 

Qafqazda  daĢiĢləmə  sənətinin  inkiĢaf  etmiĢ  istehsal  mərkəzləri  arasında  Bakı, 

Naxçıvan,  Qazax,  Cəbrayıl  və  ġamaxı  qəzaları  xüsusi  yer  tuturdu.  Bakının  ətraf 

kəndlərinin (ġıx, Kəmli) əhalisi yaxınlıqdakı əhəngdaĢı karxanalarından daĢ kəsib 

yonur və onu sürətlə böyüməkdə olan Ģəhərə satırdılar [10]. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin