Qaramalın yaĢ xüsusiyyətlərinə görə xalq arasında adları vardır. Bu adlar onlara
bir sıra səciyyəvi cəhətlərinə görə verilmiĢdir. Həmin adları növlərə görə vermək,
Ģübhəsiz etnoqrafik baxımdan maraqlıdır. Ġnək doğanda balasına balaq, altı aylığa qədər
buzov, 6 aydan bir ilə qədər olanda dana, 3 yaĢlarında erkəyinə cöngə, diĢisinə düyə
deyilir, sonrakı illərdə diĢisi inək, erkəyi öküz, döllüyü buğa adlanır. CamıĢın təzə
doğulmuĢ balasına balaq, bir ilinə qədər danaça, 3 yaĢlarında erkəyi kəlçə, diĢisi düyə,
dırma xəstəliyidir. Bəzən bu xəstəliyə el arasında titrətmə də deyilir. Qızdırma
xəstəliyini törədən əsas səbəblər iqlim Ģəraiti ilə əlaqədardır. Ġqlimin dəyiĢməsi, daha
doğrusu, isti və ya soyuğun düĢməsi ilə əlaqədar heyvanlarda bu xəstəlik baĢ verir.
Qaramal naxırları yaylağa aparılanda və ya qıĢlağa qaytarılanda havanın dəyiĢkənliyi
nəzərə alınırdı. Ġsti yay aylarında qaramal lazımi qaydada yemlənməyəndə, sudan korluq
çəkəndə və ya çirkli su içəndə qızdırır. Əgər qaramal soyuq dəymədən qızdırarsa, onun
yeri isti saxlanılır, bəzən də palanlanır, istidən qızdıranda isə havanın mülayimliyi
249
gözlənilir. Qızdıran heyvanı xalq üsulu ilə müalicə edərkən onu üzüm yarpağı ilə
yemləyirlər. Bəzən də turĢu lavaĢı qaynadıb suyunu verir və ya ağartı içirdirlər.
Qaramal xəstəliklərinin ən ağırlarından biri yoluxucu dabaq xəstəliyidir. Bu
xəstəlik zamanı heyvanın baldırı tutulur, dırnaqlarının arası və ağzı yara olur. Dabaq
xəstəliyində heyvanı çəhlimli və rütubətli yerdən qoruyub, ən çox tozlu yerlərdə və quru
Ģumda gəzdirirlər. Bundan əlavə heyvanı isti yerdə saxlayırlar. Heyvanı müalicə edərkən onun
ayaqlarına qara neft, naftalan çəkirlər. Bu xəstəlik zamanı da heyvanın ağzına qaynadılmıĢ
lavaĢa suyundan töküb içirirlər.
Yaman xəstəliyində qaramalın və atın bədəninin bu və ya digər hissəsində ĢiĢ
əmələ gəlir. Bu xəstəliyi müalicə etmək üçün qızdırılmıĢ ĢiĢi yamanın üstünə basıb, bir
neçə dəfə dağlayırlar.
Qaramal həm də ota düĢür və xəstələnir. Uzun müddət quru alaf yeyən heyvan
göy otu birdən və çox yeyəndə köpüb-zəhərlənir. Bu xəstəliyin müalicəsində heyvanın
qulağını bıçaqla çərtib, qanını alırlar, ayran və qatıq içirirlər. Bəzən də qarnını ovurlar.
Qaramalın ayağı sınanda və çıxanda onu sınıqçılar müalicə edirlər. Bəzən na.xır-
çılar da bu iĢi bacarırlar. Heyvanın sınan ayağına yumurtalı yaxı xəmir qoyub, sonra isti yun
parça və ya palaz dolayırlar. Üstündən yastı ağac çiliklər qoyub sarıyırlar. Çıxığı isə əl ilə
sığıyıb yerinə salırlar. Heyvanı qurd-quĢ yaralayanda həmin yerə dağ olunmuĢ yağ,
qatıq və ya qaymaq çəkirlər.
Qaramala qulluq qaydası qoyuna nisbətən bir qədər çətindir. Hər bir qaramal
naxırında 150-200 baĢ heyvan olur. Bu rəqəm az və ya çox da ola bilər. Hər naxırda 2 nəfər
naxırçı olur. Bəzi yerlərdə, xüsusilə qərb zonasında naxırçıya sığırçı da deyilir. Hər 70-
100 baĢ buzova iki nəfər buzovçu xidmət edir. CamıĢ naxırlarında heyvanların sayı
nisbətən az olur.
Naxırçı və buzovçu bir qayda olaraq yarım il müddətinə tutulurdu. Onların əmək
haqqında da fərq vardır. Belə ki, naxırçılar daha çox zəhmət çəkdiklərindən haqları da artıq
olurdu. Zəhmət haqqı taxıl, pul, bəzən də heyvan verməklə ödənilirdi. 6 ay qurtarandan
sonra yenə də 6 aylığa danıĢılırdı. Bəzən bu danıĢıq bir il və ya daha çox müddətə də
olurdu. Naxırçı və buzovçunun geyim və ərzaqla təmin edilməsi əvvəlcədən
ĢərtləĢdirilirdi. Naxır sahibinin onları nə dərəcədə təmin edib-etməməsi
sövdələĢmədən asılı olurdu.
Adətən, naxırçı alatorandan naxırı örüĢə aparar, Ģər qarıĢanda qaytarardı. Naxır
əsasən tövlə Ģəraitində saxlanırdı. Tövlə gündə bir, bəzən də iki dəfə kürünüb təmizlənir və
qurudulurdu. Tövlə Ģəraitində bəslənən qaramal üçün yem tədarük edilirdi. Yem tədarükü
heyvanın sayına görə müəyyənləĢdirilirdi. Düzənlikdən fərqli olaraq dağ və dağətəyi
zonalarda azı dörd-beĢ ay heyvan tövlə Ģəraitində saxlanılırdı. Həmin müddətdə
heyvana gündə iki dəfə alaf verilərdi.
Qaramal üçün yaĢıl və quru ot, saman, küləĢ, yonca, kəpək, arpa və arpa yarması
əsas yem sayılır. Bol otu olan biçənəklər, əvvəlcədən qoruqçular tərəfindən qorunur və
suvarılır. Biçənəklər suvarma iqlim Ģəraiti və otun bolluğu ilə əlaqədar olaraq, ildə iki-
dörd dəfə əsasən kərənti - dəryaz ilə biçilir. BiçilmiĢ sahədə ot quruyandan sonra
250
lodaya yığılır və araba ilə daĢınaraq münasib yerdə tayaya vurulur. Ot çox olduqda ondan
ilanyalı tayası düzəldilir, az olduqda sadəcə olaraq tayalara vurulur. Ot tədarükü əsasən yaz
və yay aylarında edilir. Taxılın küləĢindən də eyni qaydada düzəldib münasib vaxtlarda
heyvana verilir. Daha çox arpa samanı hazırlayanlar onu samanlıqda saxlayıb qıĢ aylarında
istifadə edirlər. Arpa, kəpək və yonca ən çox boğaz, xəstə və qıĢdan arıq çıxan
heyvanlara verilir.
Qaramala aranda yaz aylarında və yaylaqlarda bir neçə ay duz verilir. Çox vaxt
daĢ duz heyvanın yalaması üçün münasib yerlərə qoyulur. Heyvan gəlib onu yalayır. Lakin
əzilmiĢ duzu da heyvanlara verirlər. ƏzilmiĢ duz sal qayaların və ya köhnə palazların üstünə
tökülür.
Dostları ilə paylaş: