206
ĠPƏKÇĠLĠK
Azərbaycanda ipəkçiliyin qədim tarixi vardır. Ġpəkçiliklə ilk dəfə Çində
məĢğul olmuĢlar. Ġpəkqurdu toxumu isə daha sonralar Orta Asiyaya, oradan da Ġran
və Azərbaycana gətirilmiĢdir.
Azərbaycanda ipəkçiliyə V-VI əsrlərdən baĢlanmıĢsa da, o, bir təsərrüfat
sahəsi kimi, sonrakı dövrlərdə tədricən ölkənin bütün bölgələrində yayılmıĢdır
M.Kalankatuklu "Alban tarixi" adlı əsərində Albaniyada ipəkçiliyin geniĢ
yayıldığını xəbər verir [56]. Mingəçevirdən arxeoloji qazıntılar zamanı zərif
toxunmuĢ parça qalıqları, ipək, yun və pambıq ipinin nümunələri tapılmıĢdır [57].
Bütün bunlar Azərbaycanda qədimdən ipək, yun və pambıq sapından və
parçalardan istifadə edildiyini bir daha təsdiq edir.
Azərbaycanda ipəkçiliklə əlaqədar olaraq, VII əsrin əvvəllərindən etibarən
çoxlu tut bağları olmuĢdur [58]. Ġpəkçilik VII-VIII əsrlərdə daha da geniĢlənir. IX-
X əsrlərdə Azərbaycanda ipəkqurdu toxumu yetiĢdirməyə ciddi fikir verilməklə, bu
sahə ilə bəzi əyalətlərdə yerli əhali daha çox məĢğul idi [59].
Orta əsr tarixçiləri də öz əsərlərində Azərbaycanda, xüsusilə Bərdə və
ġirvan əyalətlərində əhalinin ipəkçiliklə məĢğul olduğunu yazmıĢlar. X əsrdən
etibarən ipəkçilik Azərbaycanda daha geniĢlənir. Həmin dövrə aid ərəb
mənbələrində xəbər verilir ki, "Bərdədən çoxlu ipək ixrac olunur. Ġpəkqurdlarını
heç kimə məxsus olmayan tut ağaclarının yarpağı ilə bəsləyirlər. Oradan Ġrana,
Xuzistana çoxlu miqdarda ipək göndərilir" [60].
Ölkədə ipəkçiliyin inkiĢafı XIII-XV əsrlərdə də davam edir. Beləliklə də
ipəkçilik əhalinin təsərrüfat məĢğuliyyəti olmaqla yanaĢı, həyat və güzəranı üçün
gəlirli bir sahəyə çevrilir. Həmin dövrdən etibarən Azərbaycanın Bərdə, ġirvan,
ġəki və baĢqa əyalətləri barama və ipək sapı istehsal edən bölgələrə, ġamaxı,
Gəncə və Təbriz kimi iri Ģəhərləri isə ipək parça toxuyan mərkəzlərə çevrilir [61].
Yerli ustalar tərəfindən hazırlanan ipək sapı, ipək parçalar və habelə baĢqa ipək
məmulatının ġərq və qərb bazarlarında geniĢ alıcısı olmuĢdur. Daha doğrusu,
Azərbaycan ipəyi öz keyfiyyəti, incə və zərifliyi baxımından yüksək Ģöhrət
qazanmıĢdır. Xarici bazarlara Bərdə, ġəki, Gəncə, ġamaxı ipəyi daha çox
göndərilirdi [62].
Böyük Ģair Nizami Gəncəvinin əsərlərində barama və ipəkdən toxunma
müxtəlif növ parçalar haqqında maraqlı məlumatlara rast gəlirik:
Ġpək yetirməkdə iki cins qurd var,
Ziddir od-su kimi həmiĢə onlar.
Biri baramanı toxuyur bir-bir,
O biri karvanla ipək məhv edir [63]
və ya:
207
Ġpək qurduna bax, özünə, gör sən,
Həm kəfən, həm xələt toxur ipəkdən [64].
XII əsrdə yaĢamıĢ Xaqaninin əsərlərində də bu barədə maraqlı fikirlər
vardır:
Barama qurdusa edib qənaət,
Zahid tək evində yaĢayır rahat
və yaxud:
Gözəl gəlin tək barama qurdu,
Pərdənin dalında gizli oturdu [65].
XIII əsrin əvvəllərinə aid olan coğrafi əsər "Əcaib əd-dünya"da deyilir:
ipək istehsalı Bərdə ilə yanaĢı Azərbaycanın baĢqa əyalətlərində də (Beyləqan,
Təbriz, Gəncə, ġabran) geniĢ Ģəkil almıĢdır. ġabranda daha çox xamna - xam ipək
istehsal olunurdu. Beləliklə, XII əsrin sonu, XIII əsrin əvvəllərində ipək
istehsalının mərkəzi Arrandan ġirvana keçir. ġirvan isə özünün ipək istehsalına
görə nəinki Azərbaycanda, hətta Yaxın və Orta ġərqdə də ən böyük bir mərkəzə
çevrilir [66]. Bir çox halda Azərbaycanda hazırlanan əla keyfiyyətli ipək parçalar
ölkəyə gələn tacir və səyyahların nəzərini cəlb edirdi [67]. XV əsrin əvvəllərində
Azərbaycanda olmuĢ R.Klavixo göstərir ki, ən çox ipək istehsal edən Gilan və
ġirvan əyalətləri idi. Bu əyalətlər ipək ticarətində böyük üstünlüyə malik idilər.
Ġpək almaq üçün buraya Genuya və Venesiya tacirləri gəlirdilər [68].
XV əsrin 70-ci illərində ġamaxı Ģəhərində olmuĢ Ġtaliya səyyahı Kontarini
yazırdı ki, bu Ģəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır [69]. Həmin
dövrlərdə ġamaxıdan Rusiyaya, Ġraqa, Suriyaya və baĢqa ölkələrə daha çox ipək
aparılırdı. XVI-XVII əsrlərdə də ġirvan ipək istehsalına görə Yaxın ġərqdə öz
üstünlüyünü saxlaya bilmiĢdi. ġirvan ipəyinin xeyli hissəsi yenə də Asiya və
Avropanın bir çox ölkələrinə göndərilirdi [70]. Xarici ölkələrə satıĢa göndərilən
ipəkdən əlavə məhsulun xeyli hissəsi daxildə ipək toxuculuğunu təmin etmək üçün
istifadə edilirdi.
XVII əsrin 30-cu illərində Azərbaycanda olmuĢ A.Olearinin verdiyi
məlumata görə, burada hər il 10-20 min tay xamna toplanırdı. Ondan 3000 tay
ġirvanın, 2000 tay Qarabağın payına düĢürdü (hər tay təxminən 5,5 pud idi).
Deməli, hər il ġirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xamna
istehsal olunurdu [71].
1679-cu ildə ġirvan tacirləri Rusiya hökumətinə müraciət edərək xahiĢ
edirlər ki, onlara Rusiya ərazisindən keçib Qərbi Avropa ölkələrinə xamna
aparmağa icazə versin. Birinci il satıĢa 48000 pud, sonrakı illərdə isə daha çox xamna
aparılmıĢdır. Həmin illərdə isə ölkədə təxminən hər il ən azı 100-125 min pud xamna
208
istehsal olunurdu.
Beləliklə, Azərbaycandan xamnanın böyük bir qismi baĢqa yerlərə satıĢa apa-
rılırdısa, xeyli hissəsi yenə də ölkənin daxilində istifadə olunurdu. ġardenin məlu-
matına görə (XVII əsrin 70-ci illəri) yalnız Təbrizdə hər il 6000 tay - təxminən 33 min
pud xamna iĢlənirdi. Xamnanın geniĢ istehsalı Azərbaycanın Naxçıvan, Marağa, Gəncə və
baĢqa vilayət və Ģəhərlərinin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edirdi. Beləliklə,
həmin dövrlərdə Azərbaycan ipək istehsalına görə Yaxın ġərqdə ən böyük ölkələrdən
hesab olunurdu [72].
Azərbaycanda ipəkçilik təsərrüfatının inkiĢafı davam etməkdə idi. Bu sahə ilə
əhali ölkənin imkan və Ģərait olan bütün bölgələrində məĢğul olurdu. XVII-XVIII
əsrlərdə ġamaxı, Gəncə, Təbriz və Ərdəbil Ģəhərləri ipək məmulatı istehsalı baxı-
mından toxuculuq mərkəzi kimi tanınmaqla yanaĢı, ipək parça ticarətinin mərkəzi kimi
də məĢhurlaĢmıĢdır.
Artıq XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən etibarən Rusiyada toxu-
culuq sənayesinin daha da inkiĢafı Azərbaycanda baramaçılığın artmasına təkan verdi. Hər iki
ölkənin iqtisadiyyatına müsbət təsir edən belə bir sərfəli ticarət əlaqəsi Azərbaycanın
Rusiya tərkibinə daxil olmasından sonra xeyli güclənmiĢdi. 1836-cı ildə çar hökuməti
Nuxada "Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini inkiĢaf etdirmək" adlı
cəmiyyət yaratdı [73]. Beləliklə də, Azərbaycan ipəyinə olan ehtiyacın artması ölkədə
barama istehsalına da diqqəti nisbətən artırdı. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda
istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düĢürdü [74].
Toplanan həmin məhsulun 40 faizə qədərini isə Nuxa qəzası verirdi. Yenə də
məhsulun xeyli hissəsi Rusiyaya aparılırdı. Belə ki, 1850-1861-ci illərdə yalnız Bakı
quberniyasından Rusiyaya 106946 pud xamna göndərilmiĢdi [75].
XIX əsrin ortalarında ölkədə yaranmıĢ əlveriĢli Ģərait, Azərbaycan ipəkçilərinin
zəngin bilik və təcrübəsi, ipəkçiliyin ölkənin iqtisadiyyatındakı mühüm rolu onun daha
da inkiĢafına təkan verdi. Lakin 60-cı illərin əvvəllərindən barama qurdlarının xəstəliyə
tutulması nəticəsində Azərbaycanın bütün ipəkçilik rayonlarında məhsul istehsalı azalaraq
bu təsərrüfat sahəsi xeyli zərər çəkmiĢdir. 70-ci illərin əvvəllərindən baĢlayaraq
ipəkçilik təsərrüfatı yenidən yüksəliĢə baĢlayır ki, bu da ipəkçiliyin ümumi inkiĢafına
güclü təsir göstərir. 1871-ci ildə yalnız Nuxa və ġuĢa qəzalarında 135800 pud, 1873-cü
ildə 158310 pud, 1874-cü ildə 159604 pud barama istehsal edilmiĢdi [76]. Azərbaycanın
baĢqa qəzalarında da barama istehsalı xeyli artmıĢdı. Həmin illərdə Cənubi Qafqaza
yüksək keyfiyyətli Yaponiya, Xorasan, Buxara və Ġtaliya barama qurdu toxumu
gətirilməyə baĢlamıĢdı ki, bu da məhsuldarlığa xeyli təsir etmiĢdi. Bundan baĢqa
Ordubad ipəkçiləri Fransadan alınan barama qurdu toxumunu bəsləyərək yüksək
məhsul ala bilmiĢlər. Daha sonralar bu barama qurdu cinsi bütün Azərbaycana
yayılmıĢdı [77].
Azərbaycan ipəkçiləri öz yüksək keyfiyyətli barama və ipək məhsuluna
görə dəfələrlə Cənubi Qafqaz (1861, 1889-cu illər) və Moskva (1861-ci il)
sərgilərində iĢtirak edərək fəxri mükafata layiq yerləri tutmuĢlar.
209
1887-ci ildə Tiflisdə "Qafqaz ipəkçilik stansiyası"nın açılması ilə
kümdarlıqda böyük canlanma yarandı [78]. Ġki ildən sonra bu stansiya Oğuzda
(Nuxa qəzası), Lənbəranda (ġuĢa qəzası) özünün Ģöbələrini açdı. Daha sonra
Qaxda, Nuxada, Ağdamda, BərgüĢadda, Zaqatala və baĢqa yerlərdə də yeni Ģöbələr
açılır. Zaqatalada ipəkçilik məktəbi təĢkil olunur və bu məktəbdə bacarıqlı və
bilikli müəllimlər dərs deyirdilər [79]. Ġpəkçiliyi inkiĢaf etdirmək məqsədilə 1898-
ci ildə Göyçayda ipəkçilik sərgisi təĢkil olunmuĢdu. Sərgidə olan 82 eksponatdan
17-si mükafata layiq görülmüĢdü [80]. Bütün bunların nəticəsində XIX əsrin
sonlarında barama qurdu toxumunun keyfiyyəti xeyli yüksəlmiĢ, ipəkçiliyin
ümumi inkiĢafı artmıĢdır,
XX əsrin əvvəllərində də Azərbaycanın bir çox yerlərində ipəkçiliklə
məĢğul olurdular. Mühüm ipəkçilik rayonları isə XIX əsrdə olduğu kimi, yenə də
Yelizavetpol quberniyası, Bakı quberniyasının Lənkəran, Quba və Göyçay
qəzaları, həmçinin Zaqatala dairəsi və Naxçıvan qəzası idi [81].
Azərbaycanda ipəkçiliyin inkiĢafı üçün əsas amil və Ģərt tut bağlarının
salınması, becərilməsi və bu sahənin geniĢləndirilməsi idi.
Ayrı-ayrı zonalarda tut ağacları xüsusi bağlarda yetiĢdirilirdi. Bu da tut
bağları, bəzi yerlərdə isə toxmacarlıq, yaxud çəkillik adlanırdı.
Tut ağaclarının çoxalması üçün bir neçə üsuldan istifadə edilirdi
(qələmetmə, göz qələmi və s.). Lakin bağbanlar tum vasitəsilə, Ģitil etmək yolu ilə
çoxaltmaya daha üstünlük verirdilər. Toxumla becərilən ağac gövdəli, qollu-
budaqlı olmaqla bərabər, daha uzun müddət məhsul (yarpaq) verirdi. Çəkil
bağlarına lazımi qayğı göstərildikdə bağlar uzun müddət məhsul verə bilirdi.
Tut ağacları və ya çəkil bağları demək olar ki, Azərbaycanın bütün
zonalarında mövcud olmuĢdur. Çəkil ağaclarına qulluq və qayğı baĢlıca olaraq
qıĢın sonu, yazın əvvəlindən baĢlanırdı. Belə ki, ağacların dibi bellənərək torpaq
yumĢaldılırdı. Qayğıdan asılı olaraq ağaclar daha çox məhsul (yarpaq) verirdi.
Hətta Azərbaycanda geniĢ yayılmıĢ belə bir rəvayət də vardır: Tut bağı olan bir kiĢi
ölərkən oğlunu yanına çağıraraq ona deyir ki, "oğul, bağımızda bir küp qızıl
basdırmıĢam. Əgər diqqətlə axtararsansa onu tapa bilərsən". Atanın ölümündən
sonra oğul qızıl dolu küpü tapmaq xatirinə bütün bağı çox diqqətlə belləyərək
torpağa basdırılmıĢ küpü axtarır. Oğul bütün istək, səy və axtarıĢa baxmayaraq
qızıl küpünü tapa bilmir. Lakin ağacların diblərinin bellənməsi və torpağın
yumĢaldılması nəticəsində tut ağacları çox yaxĢı becərildiyinə görə bol məhsul
verir. Oğul indi baĢa düĢür ki, atasının "bağda bir küp qızıl basdırmıĢam" deməsi çox
ehtimal ki, tut ağaclarına lazımi qulluq və qayğı göstərməyə iĢarə imiĢ. Nəticədə isə
bağdan bol məhsul almaq olarmıĢ.
Cənubi Qafqazda ipəkçiliyin geniĢ inkiĢaf etdiyi ərazi Azərbaycan olmuĢdur.
Hələ XIX əsrin sonunda, Zaqatala mahalı istisna olmaqla, Azərbaycanın 1100 kəndində
[82] ipəkçiliklə məĢğul olurdularsa, 1914-cü ildə bu rəqəm 2200-ü ötüb keçmiĢdi [83].
Təkcə Nuxa qəzasında 18 min və ƏrəĢ qəzasında 7 mindən çox kəndli ailəsinin xüsusi
210
çəkillikləri var idi [84].
Cənubi Qafqazın üç minə qədər kəndində 1,5 milyon nəfər baramaçılıqla məĢ-
ğul olurdu ki, bunun da bir milyondan çoxu yalnız Azərbaycanm payına düĢürdü [85]. 1908-
ci ildə Yelizavetpol quberniyası kənd əhalisinin 47,6 faizi, Bakı quberniyası əhalisinin
28 faizi, Zaqatala mahalı əhalisinin 12,1 faizi və Naxçıvan qəza əhalisinin 10 faizi
ipəkçiliklə məĢğul olurdu [86]. Bəzi qəzalar üzrə isə faiz nisbətən daha yüksək idi.
Nuxa, Göyçay, ġuĢa və Cəbrayıl qəzalarının demək olar ki, bütün kəndli ailələrində
barama qurdu bəslənilirdi.
Göründüyü kimi, Azərbaycanda ipəkçilik artıq kənd təsərrüfatının kütləvi sahə-
lərindən birinə çevrilmiĢdi.
Azərbaycan kəndində ipəkçiliyin belə kütləvi Ģəkil almasının əsas səbəblərin-
dən biri onun kənd təsərrüfatının bir sıra sahələrinə nisbətən daha gəlirli olması idi.
Ġpək məhsulu almaq üçün xüsusi sahəyə ehtiyacın o qədər də olmaması, tut ağaclarının
istənilən yerlərdə becərilməsi və bu iĢin az zəhmət və xərclə baĢa gəlməsi idi. Barama
məhsulunun qısa müddətə əldə edilməsi, vaxt etibarilə münasibliyi bu sərfəli təsərrüfat
sahəsinin inkiĢafı üçün əsaslı zəmin yaradırdı.
Azərbaycanda ipəkçiliyin inkiĢafını təmin edən amillərdən biri də, çəkil plan-
tasiyalarının çoxluğu idi. Onların sahəsi ildən-ilə artırdı. Bu məqsədlə xüsusi Ģitilliklər
salınırdı. Kümdarların - ipəkçilərin çoxu Ģitili becərməklə bilavasitə özləri məĢğul
olmur və onu hazır Ģəkildə alıb əkirdilər [87]. Ona görə də tut və çəkil plantasiyalarının
sahəsi xeyli artmıĢdı. 1910-cu ildə Cənubi Qafqazdakı 55 min desyatin plantasiyadan 50
min desyatini təkcə Azərbaycanın payına düĢürdü [88]. Tut bağlarının sahəsi XIX əsrin
sonuna nisbətən XX əsrin əvvəllərində iki dəfəyədək artmıĢdı. Lakin Azərbaycanda
ipəkçiliyi daha da inkiĢaf etdirmək üçün ölkənin təbii imkanları daha geniĢ idi [89].
XX əsrin əvvəllərində isə yarpaq ticarəti artıq kütləvi Ģəkil almıĢdı ki, bu da yar-
paq əldə edilməsinin bir növ ipəkçilikdən ayrılması meylini yaratmıĢdı.
Azərbaycanda ipəkçiliklə məĢğul olan əhalinin bir hissəsi yarpağa artan tələblə
əlaqədar olaraq, yalnız yarpaq əldə edilməsi və onun ticarəti ilə məĢğul olurdu. ġitil-
liklərin salınması, onların becərilməsi və ayrı-ayrı sahələrə köçürülməsi, bu üsulla
salınmıĢ çəkil bağlarına baxılması və nəhayət, yarpaq əldə edilməsi, onun bazarda
satılması ipək qurdu bəslənilməsindən ayrılmıĢ, daha doğrusu, bu sahə artıq ixti-
saslaĢmıĢdı. Məlumdur ki, "...ictimai əmək bölgüsü əmtəə təsərrüfatının və kapi-
talizmin bütün inkiĢaf prosesinin əsasıdır" [90].
Azərbaycanda ipəkçiliyin inkiĢafı ilə əlaqədar olaraq XX əsrin
əvvəllərindən etibarən baramaçılıqda əsas yem mənbəyinə-yarpağa olan tələbin
artması nəticəsində geniĢ çəkillik təsərrüfatı yaranmıĢ və beləliklə də çəkil
plantasiyaları ticarət bağçılığı, tut yarpağı isə artıq əmtəə xarakteri almıĢdı [91].
Ġpəkçilikdə yem bazasından sonra ikinci mərhələ ipəkqurdu toxumu əldə
edilməsi və qurdun bəslənməsindən ibarət idi. Ġpəkqurdu toxumu baramaçılar
tərəfindən hasil edilir və ya xaricdən satın alınırdı.
Bəzən xarici ölkələrdən gətirilən ipəkqurdu toxumu xəstəliyə tutulmuĢ
211
olurdu, bu da ipəkçiliyin inkiĢafına, təbii olaraq, mənfi təsir göstərirdi. Lakin
Türkiyədən alınan "Bağdad" növlü ipəkqurdu toxumu Azərbaycan Ģəraitinə daha
münasib olub yaxĢı məhsul verirdi.
Azərbaycana ipəkqurdu toxumunun gətirilməsi və onun alğı-satqısı ilə
xüsusi firmalar məĢğul olurdular. Ölkəyə toxum gətirən firmalar bəzən gətirdikləri
toxumu bütövlükdə tacirlərə və ya fabrik sahiblərinə nağd pula və ya nisyə
verirdilər. Onlar da öz növbəsində aldıqları toxumu ya kümdarlara nisyə paylayır,
ya da xırda satıĢ tacirlərinə və möhtəkirlərə nağd pula satırdılar [92].
Azərbaycanda XIX əsrin sonlarında bəzi sahibkarlar həmçinin ipəkçiliklə
də məĢğul olur və bundan əlavə gəlir əldə edirdilər. Onlar geniĢ tut bağlarına, eləcə
də ipəkqurdu əldə etmək üçün hər cür Ģəraiti olan müəssisələrə malik idilər və
onlardan hər biri muzdla tutulmuĢ iĢçi qüvvəsindən - fəhlələrdən istifadə etməklə
ildə orta hesabla 2.000 qutu ipəkqurdu bəsləyirdi [93].
XIX əsrin sonunda Qafqaz ipəkçilik stansiyasının təĢəbbüsilə
Azərbaycanın bir sıra rayonlarında yeni nümunəvi kümxanalar tikilir və əhaliyə
barama bəsləmənin qaydaları öyrədilirdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ipəkçiliklə daha
geniĢ halda ġirvan, Qarabağ, Naxçıvanda, ġəki-Zaqatala və Lənkəran-Astara
zonalarında məĢğul olmuĢlar. Həmin dövrdə ölkədə barama qurdunun Bağdad,
Xorasan, Ġtaliya, Yaponiya, Ġstanbul və müsəlman növləri bəslənirdi. Müsəlman
növünə "dədə-baba" baraması da deyilirdi. Nuxada yerli ipəkqurdu növü də
olmuĢdur. Bu dövrdə Azərbaycanda Yaponiya ipəkqurdu növü daha geniĢ
yayılmıĢdı. Həmin ipəkqurdu yaĢıl, sarı və ağ rənglərdə olurdu. Ən yaxĢı cins isə
yaĢıl rəngli növ sayılırdı.
Ġpəkqurdu toxumu satın alınırdısa da, lakin Azərbaycanın ipəkçiliklə
məĢğul olan bəzi yerlərində onu ənənəvi üsulla da əldə edirdilər. Bunun üçün
nisbətən bərk, sağlam, beli boğma, iri və gözəgörümlü baramalar seçilib təmiz
yerdə parçanın üstünə düzülürdü. Dörd-beĢ gündən sonra baramaların içindən
kəpənəklər (pırlar) çıxırdı. Həmin kəpənəklər kağız, kətan və ya bezin üzərinə
qoyulurdu. Ġki-üç gündən sonra isə kəpənəklər toxum tökürdülər. Toxumlar əvvəl
sarımtıl rəngə çalır, sonra isə qaralırdı. Kəpənəklər öldükdən sonra toxumlu parça
su ilə yuyulur (suya çəkilir), beləliklə də toxumlar parçadan ayrılırdı. Daha sonra
toxumlar qurudularaq kiçik kisəcikdə və ya gil qablarda sərin yerdə saxlanılırdı. Sərinlik
verilsin deyə, bəzən toxum qabına azacıq düyü də tökülərdi. Toxum həmçinin bükülü kağızda
saxlanılırdı.
Azərbaycanda barama qurdu toxumunun oyadılması üçün qədim və geniĢ yayılmıĢ
ənənəvi üsuldan istifadə edilirdi. Bu iĢlə əsasən qadınlar məĢğul olurdular. Bunun üçün
yaz ayında, daha doğrusu, tut ağacının yarpaqlayan vaxtı, toxum ağ parçadan hazırlanmıĢ
kisəciyə tökülüb ağzı tikilirdi. Qadınlar həmin kisəciyi qoyunlarında saxlamaqla toxumu
oyadırdılar. Onlar gündə bir neçə dəfə toxumlara baxır və ehmalca qarıĢdırırdılar. Bəzən də
toxum kisəciyini çoban papağının içinə qoyub isti yerdə-ocaq qırağında saxlayırdılar. Toxum
212
vaxtaĢırı qarıĢdırılırdı. Belə bir qayda ilə toxum oyatmaq daha münasib hesab olunurdu.
Toxumu oyatmaqdan ötrü daha bir üsuldan istifadə edilirdi. Bunun üçün toxumu qalın kağız
və ya taxtanın üstünə sərib ocağın yanına və ya gün tutan yerə qoyurdular.
Barama qurdu toxumu növündən, Ģəraitdən asılı olaraq əsasən 5-7 günə oyanırdı.
Toxumların oyadılmasından əvvəl onlara ağarana qədər gün dəysin deyə, tabaqda və ya
baĢqa qabda havaya çıxarırdılar. Toxumun oyadılması üçün baĢlanğıc gün, adətən həftənin
müqəddəs sayılan günü "cümə axĢamı"nı seçirdilər.
Maraqlıdır ki, təbiətĢünas alim H.Zərdabi ipəkqurdu toxumu oyadan alətin
modelini düzəltmiĢ və həmin model 1889-cu ildə Tiflisdə təĢkil edilən Qafqaz sərgisinə
göndərilmiĢdi. Bundan əlavə alimin həmin sərgidə ipəksarıyan alətin modeli və həmçinin
ipək sapı kolleksiyası da nümayiĢ etdirilmiĢdir. Hər iki modelə və ipək sapı kolleksiyasına
görə H.Zərdabi sərginin üçüncü dərəcəli diplomu və bürünc medalı ilə təltif olunmuĢdur
[94].
Azərbaycanda barama qurdu yaz aylarında bəslənilirdi. Ġpəkqurdu toxumunun
oyadılıb bəslənilməsi ailənin iĢçi qüvvəsindən, qurdların tut yarpağı ilə təmin olunub-
olunmamasından və bir sıra baĢqa amillərdən asılı olurdu. Adətən bir ailə və ya bir neçə ailə
birlikdə bir və bir neçə qutuya qədər toxum bəsləyirdi. Kümdarlıqla məĢğul olan ayrı-ayrı
tavanalı təsərrüfatlarda isə oyadılan ipəkqurdu toxumunun miqdarı onun iqtisadi
imkanından və baĢqa səbəblərdən asılı olurdu.
Ġpəkqurdları oyandıqdan sonra barama sarıyana qədər dörd yuxu və beĢ yaĢ dövrü
keçirirdi: hər bir yuxu həm də qurdun yaĢ dövrü hesab olunurdu. Onlar yaĢayıĢ evlərində,
xüsusi kümxanalarda, talvar və ev çardaqlarında, bəzən də tövlələrdə saxlanılırdı.
Kümxanalar isə ipəkçiliyin daha geniĢ yayıldığı rayonlarda mövcud olmuĢdur. Ġpəkqurdu
bəslənən yerlər darısqal, qaranlıq və nəm olmamalı idi. Kümdarlar qurdları həmiĢə hava
cərəyanından qoruyurdular. Çünki onlar soyuğa olduqca həssas idilər. Qurd bəslənən yerə
tərəcə, həsir, qalın bezdən parça və ya qalın kağız sərilirdi. Bu üsulla bəslənən qurdlara
qulluq mürəkkəb iĢ prosesi olmaqla belə zəhmət, səbir və qayğı tələb edirdi. Hətta belə bir
atalar məsəli də vardır. "Səbirlə halva biĢər, ey qora, səndən. Bəsləsən atlas olar tut
yarpağından".
Ġpək qurdlarının bəslənilməsində qadın əməyinin rolu əsas və həlledici olmuĢ-
dur. Adətən qurdun oyadılmasından baĢlamıĢ, onun barama sarımasına və yığımına qədər
olan bütün dövrdə əsasən qadınlar iĢləyirdi. Qurdların yemlənməsi və s. iĢlər qadınlar
tərəfindən görülürdü. Bu iĢ prosesində kiĢilər də çalıĢırdılar. Yarpağın qırılması və
daĢınmasında əsasən kiĢi əməyindən istifadə edilirdi. Qurd üçün gündə iki dəfə-səhər və
axĢamçağı yarpaq qırılırdı. Təcrübəli kümdar isti vaxtda yarpaq qırmırdı. Əkər
kümxana və ya qurd saxlanan yer tut ağaclarının yaxınlığında olardısa, onda yarpaq
çiyində daĢınırdı. Qurdun düzgün və yaĢ dövrünə görə yemlənməsi məhsuldarlıq üçün
əsas və həlledici Ģərt hesab olunurdu.
Barama qurdlarının birinci yuxusu qara yuxu (qara yuxu dərin yuxu, uzun çəkən
yuxudur), ikincisi, cümsaz-cəmsaz və ya hacı yuxu, üçüncüsü, kiçi yuxu, dördüncüsü isə
ulu yuxu adlanırdı. Dördüncü yuxudan sonra barama qurduna xirik də deyilirdi. Beləliklə
213
də qurdun dörd yuxusu dörd yaĢ və dördüncü yuxudan sonrakı dövr beĢinci yaĢ dövrü
hesab olunurdu. Birinci yaĢ dövrü 6 gün davam edir. Həmin dövrdə axırıncı iki günü qurdlar
yeməkdən qalır və yuxulu - süst vəziyyətdə olurlar. Birinci yuxu zamanı qurdlara yarpaq
doğranmıĢ halda verilir. Ġkinci yuxudan etibarən qurdlar yarpaqla (Ģax çubuq
halında) yemlənir.
Qurdların bəslənilməsi zamanı onların inkiĢaf səviyyəsindəki müxtəliflik yaxĢı
hal hesab olunmurdu. Ona görə də kümdar qurdların hamısının inkiĢafının eyni səviyyədə
olmasına çalıĢır və bunun üçün daha tez oyanmıĢ qurdları bir dəfə, sonrakıları isə iki dəfə
yemləməklə, onların eyni yaĢ səviyyəsi təmin edilirdi. Bu isə məhsuldarlıq üçün
mühüm Ģərt idi. Dördüncü yuxudan 7-8 gün, bəzən də 9-10 gündən sonra barama
qurdları Ģaxa çıxmağa baĢlayırdılar.
Barama bəsləmə müddətində havaların yağıĢlı və soyuq keçməsi məhsuldar-
lığa pis təsir edirdi. Bəzən də barama qurdları cürbəcür xəstəliklərə tutulurdu. Bərk istilər
zamanı qurdlar "ağ buğun" xəstəliyinə tutulurdu. Bu xəstəliyə tutulmuĢ qurda azacıq
toxunan kimi ölürdü. Havanın çatıĢmaması və normal temperaturun olmaması üzündən qurd
"sarı buğun" xəstəliyinə də tutulurdu. Qurdun ən ağır xəstəliyi "astma" xəstəliyi hesab
olunur. Əgər "ağ buğun", "sarı buğun" xəstəliklərinə tutulmuĢ qurdlar az və keyfiyyətsiz
məhsul verirdilərsə, "astma" xəstəliyinə tutulmuĢ qurdlardan heç bir məhsul
alınmırdı.
Barama qurdu bəslənilən otaqların havası təmiz, istiliyi normal olurdu. Otaqlar
təmiz saxlanılmaqla, hər cür həĢərat və zərərvericilərdən və quĢlardan qorunurdu.
Barama bəslənən otağın içərisində gözəgörünən yerdə yumurta qoyardılar ya da
kümxananın girəcəyindən heyvan kəlləsi - at kəlləsi, maral buynuzu və s. asardılar ki,
bununla da guya baramanı pis gözdən - bədnəzərdən qoruyardılar.
Barama qurdunun toxumunun oyadılmasından onun baramasarıma vaxtına qədər
təxminən 35-40 gün çəkirdi. Kümdarlar qurdun dördüncü yuxusundan bir neçə gün sonra
artıq hiss edirdilər ki, qurdlar az yeyir və sarımtıl rəngə çalırdılar. Belə bir vaxtda,
qurdların yerləri geniĢləndirilir və onların barama sarıması üçün otaqlara Ģax
düzülürdü. Bunun üçün baĢlıca olaraq qurumuĢ tirpəkdən, eləcə də qızılağac, qarağac,
palıd Ģaxı, sarıĢax və baĢqa ağac budaqlarından və ya bitkilərdən istifadə olunurdu.
Adətən Ģax çalınçarpaz halda, yəni elə döĢənirdi ki, qurda zədə dəyməsin və onun
Ģaxın üstünə çıxması asan olsun. Həmin dövr qurdun Ģaxa çıxma və barama sarıma
mərhələsi hesab olunur. Beləliklə də barama bir neçə gün (təxminən 5-6 gün) bərkimək
üçün Ģaxda saxlanılır və daha sonra yığım baĢlanırdı. Bəzən buna baramanın dərilməsi
də deyilirdi. Adətən baramanın yığımında ailə üzvləri, qonum-qonĢu iĢtirak edirdilər.
Lakin daha çox barama yetiĢdirən ailələr isə bunun üçün iməcilik ya hov təĢkil
edirdilər.
Barama yığıldıqdan sonra onu dərhal günün altında qurudardılar, buna isə bara-
manın "boğulması" deyilirdi. Qurudulma əməliyyatı az vaxtda qurtarmalı idi. Təcrübə
göstərmiĢdir ki, həmin müddətdə barama qurudulmadıqda-boğulmadıqda kəpənəklər
baramanı deĢib çıxa bilirdilər. Bir qutu toxumdan 18-24 kq barama götürülərdisə, bu,
214
yüksək məhsul hesab olunardı.
Azərbaycanın ipəkçilik təsərrüfatında ilk və əsas mərhələ sayılan qurd bəsləmə
üsulu çox sadə olsa da belə, lakin XX əsrin əvvəllərində ölkədə barama istehsalında
nəzərə çarpacaq dərəcədə inkiĢaf müĢahidə edilirdi. Onu göstərmək kifayətdir ki, 1914-
cü ildə Azərbaycanda 231 min pud barama istehsal olunmuĢdu. Cənubi Qafqazda isə
barama istehsalı 320 min puda çatmıĢdı [95]. Maraqlıdır ki, həmin dövrdə Cənubi
Qafqaz üzrə barama istehsalında Azərbaycan birinci yeri tuturdu. Belə ki, barama
məhsulunun 2/3 hissəsindən çoxu onun payına düĢürdü [96].
Ölkədə istehsal olunan baramanın ilk emalının elə yerindəcə aparılması daha
münasib hesab olunurdu. Çünki yaĢ barama uzaq məsafəyə çatana qədər öz keyfiyyətini
itirir və böyük itkiyə səbəb olmaqla, həm də baha baĢa gəlirdi.
Azərbaycanda barama istehsalı ilə ipək emalı sənayesi bir-biri ilə sıx surətdə
bağlı idi. Hər sahə arasında mövcud iqtisadi əlaqə və eyni zamanda qarĢılıqlı asılılığın
nəticəsi idi ki, həmin sahələrin hər hansı birində baĢ verən bu və ya digər dəyiĢiklik
dərhal o birində də özünü göstərirdi. Barama istehsalı və ona olan tələbat burada
mühüm rol oynayırdı. Çünki ipək emalı müəssisələrinin sayı artdıqca, baramaya olan
ehtiyac artırdı. Digər tərəfdən, ölkədəki bol barama məhsulu ayrı-ayrı tavanalı
Ģəxslərdə çox zaman ipək emalı müəssisəsi açmaq həvəsi oyadırdı. Deməli, barama
istehsalının artımı, yaxud azalması öz növbəsində ipək emalı sənayesinin gah inkiĢafına,
gah da zəifləməsinə gətirib çıxarırdı [97].
215
Barama qəza mərkəzlərində və həftə bazarları olan kəndlərdə satılardı. Barama
sahibləri hazır məhsuldan öz ehtiyacları üçün ayırdıqdan sonra qalmıĢ baramanı çox
vaxt yaĢ halda satırdılar. QurudulmuĢ baramanın satıĢı o qədər də sərfəli deyildi. Adətən
barama nağd pula və ya da nisyə verilirdi. Baramanın əsas alıcıları ya ipək sarıyan
karxana, fabrik sahibləri və ya da möhtəkirlərdən ibarət olurdu. Kəndbəkənd gəzib
barama alveri ilə məĢğul olan xırda alverçilər də vardır.
Azərbaycanda baramanın alğı-satqı məzənnəsi müxtəlif olmuĢdur. Məhsulun
tədavülü məsələsi hələ ipəkqurdu bəsləmə mövsümünün əvvəlində müəyyən edilirdi.
Bu sahədə Azərbaycan qəzaları bir-birindən fərqlənirdi. Nuxa qəzasında ipək sənaye
sahibkarları məhsulu ya bilavasitə baramaçılardan, ya da barama ticarəti ilə məĢğul olan
iri möhtəkirlərdən alırdılar. Fabrik sahibləri ilə möhtəkirlər arasında böyük rəqabət
gedirdi.
Qarabağda barama satıĢı Azərbaycanın digər yerlərindən fərqli olaraq yalnız
binəkdar və fabrik sahiblərinin əlində idi. Adətən, hər mövsümdə Ağdama toplaĢan
möhtəkirlərin "müzakirə qurultayı" çağırılırdı [98]. Barama bəslənən kəndlər müəyyən
sərhəd əsasında baĢ möhtəkirlər və iri fabrik sahibləri arasında bölünür və yalnız
bundan sonra barama alğı-satqısına baĢlanırdı. Bölgünün Ģərtinə görə, hər hansı bir fabrik
sahibinə və yaxud möhtəkirə "məxsus" olan kəndin baramalıları qonĢu kəndin
"möhtəkirlərinə" barama sata bilməzdi [99]. "Qurultayda" müəyyən edilmiĢ qiymət
məzənnəsi kəndlinin barama məhsulunu satması üçün yeganə tədavül vasitəsi idi. O öz
baramasını istədiyi qiymətə sata bilmirdi. Barama alğı-satqısında müxtəlif qaydalar mövcud
216
idi. Baraması olan kəndlilər öz məhsulunu nağd pula satır, [100] bəzən isə bir il əvvəl
onlara verilmiĢ beh əvəzinə sadəcə olaraq onu tədiyyə kimi həmin Ģəxsə təhvil
verirdilər [101].
YaĢ barama satın alındıqdan sonra bilavasitə emal üçün hazırlanırdı. Deyildiyi
kimi, yaĢ barama əvvəlcə boğulur, sonra isə qurudulurdu. Barama qurutmanın ən sadə
üsulu, yuxarıda göstərildiyi kimi, onu günün altına sərmək idi. Kümdarlar arasında geniĢ
yayılmıĢ bu üsul o qədər də təkmil olmayıb məhsulun keyfiyyətinə mənfi təsir göstərirdi
[102].
XX əsrin əvvəllərindən etibarən emal üçün alınan yaĢ baramanın qurudulması
dədə-baba qaydası ilə günün altında deyil, əsasən buxar qüvvəsi tətbiq edilən xüsusi
baramaqurudulan müəssisələrdə həyata keçirilirdi [103]. Azərbaycanda istehsal edilən
yaĢ baramanın 70-80 faizi buxar maĢınları ilə boğulur və qurudulurdu [104].
Məlumdur ki, baramadan toxuculuqda istifadə etmək üçün ipək sapı hazır-
lanırdı. Azərbaycanda ipək sapı almaqdan ötrü onlarla kustar ipəksarıma, ipəkəyirmə
müəssisəsi vardı. Belə müəssisələrdə ipəksarıma və ipəkəyirmə iĢi ibtidai üsulla
keçirilirdi. Ġpək sapı əldə etmək üçün istifadə olunan əl iyi, əl cəhrəsi və sarıma dəzgahı
əhali arasında geniĢ yayılmıĢdı. Ġpəksarıma dəzgahı, əl iyi və əl cəhrəsinə nisbətən daha
təkmil idi. Onun özü iki cür: dörduclu və altıuclu cəhrəli olurdu. Bu dəzgaha xalq arasında
"mancalıq" deyirdilər. Mancalıqdakı altıuclu cəhrə ayaq rıçaqı ilə hərəkətə gətirilirdi.
Ustalar baramadan ipək lifini açmaqdan ötrü mis və yaxud çuqun tiyandan
istifadə edirdilər. Diametri 1 m olan iri tiyan gildən düzəldilmiĢ xüsusi sobanın üzərinə
qoyulurdu. Sobanın qarĢısında isə cəhrə yerləĢdirilirdi. Diametri 1-1,5 m olan bu cəhrə
torpağa bərkidilmiĢ iki ağac dayağın üzərində durardı. Dəzgah bilavasitə ayaq rıçaqı və
cəhrənin uzun pedalı ilə hərəkətə gətirilirdi. Ümumiyyətlə, dəzgah baramaaçan tiyan,
cəhrə, ayırıcı və məftil gözlüklərdən ibarət idi. Sarıma zamanı sap tiyandan ayırıcıya,
oradan isə məftil gözlüklər vasitəsilə qarqaraya və nəhayət, cəhrəyə gedirdi.
Lifi baramadan açmaqdan ötrü əvvəlcə barama təmizlənir və müəyyən dərə-
cədə çeĢidlənirdi. Bundan sonra baramaaçan tiyana su tökülürdü. Su qaynayana yaxın onun
içinə ayran tökürdülər. Qaynama zamanı bütün çirk köpüyü ilə suyun üzünə çıxır və onu
yığıb tullayırdılar. Bundan sonra su nisbətən ĢəffaflaĢırdı. GörülmüĢ bu hazırlıqdan sonra
barama tiyana tökülür və yumĢaldılırdı [105]. Baramanı döyüb açmaq üçün xüsusi
süpürgələrdən istifadə edilirdi. Barama sapının yapıĢqanı yumĢalan kimi "mancalıqda"
sarıma əməliyyatı baĢlayırdı.
ÇeĢidləmə və sapın sarınması zamanı yararsız hesab edilən baramanı isə kül,
yaxud sabun ilə biĢirdikdən sonra yuyub təmizləyir və ondan "pilə" hasil edirdilər. "Pilə"
ən çox əl iyində əyrilirdi.
Yuxarıda təsvir etdiyimiz kustar dəzgahlarda iĢləyənlər mancalıqçı adlanırdı.
Bu kimi dəzgahın hər biri peĢəçi ustaya 15 manata baĢa gəlirdi [106].
"Mancalıq" sahibləri ipəkçiliklə məĢğul olan kəndlərə gedir və kəndlilərin ipə-
yini sarıyırdılar. Sarıma haqqı olaraq pul, əksər hallarda isə ipəyin 1/10 və ya 1/12
hissəsinin alırdılar [107].
217
Baramanın adi sobalarda ağzıaçıq tiyanlarda yumĢaldılması, onların qaynadıl-
ması, habelə sarıma prosesindəki namünasiblik nəticəsində sapa həddindən çox düyün
düĢürdü. Bütün bunlar istehsal edilən ipək sapının keyfiyyətini xeyli aĢağı salırdı.
Texnikanın sadə və ibtidailiyi nəticəsində məhsul olduqca baha baĢa gəlirdi. Bu üsulla əldə
edilən hər bir pud ipək yüz, yüz iyirmi manatdan artığa getmirdi.
Azərbaycanda kustar ipəkəyirmə əsasən üç üsulla: Cəhrə vasitəsilə, əyirmə
dəzgahı və karas ilə həyata keçirilirdi. Birinci iki üsul çox ibtidai olsa da, əhali arasında
geniĢ yayılmıĢdı.
"Karasların" meydana kəlməsi ilə yerli əyirmə dəzgahlarının sayı azalırdı. Hələ
XIX əsrin 40-50-ci illərindən istifadə edilən karaslar 80-ci illərinin ortalarına kimi
ipəkəyirmə sahəsində hakim mövqe tuturdu [108]. Lakin 80-ci illərin sonundan etibarən
Azərbaycanda buxarla iĢləyən ipəkəyirmə müəssisələrin inkiĢafı ilə əlaqədar olaraq,
karaslar getdikcə öz əhəmiyyətini itirirdi. Kustar ipəkəyirmə dəzgahları və karaslar bu
müəssisələrlə rəqabət apara bilmirdi. Buna görə də təbii olaraq hər üç növ əyirmə üsulu, "...
tədricən məhdudlaĢır və aradan çıxırdı" [109].
Azərbaycanda kustar ipəksarıma - ipəkəyirmə müəssisələrindən baĢqa yüz-
lərlə tənha kustarlar vardı. Onların böyük əksəriyyəti özlərinin barama məhsulunu, digər
hissəsi isə, yuxarıda göstərildiyi kimi, kəndbəkənd gəzərək kəndlilərin əldə etdikləri
baramanı sarımaqla məĢğul olurdular.
Azərbaycanın görkəmli maarifpərvərin H.Zərdabi kustar mancalığın və peĢəçi
ustaların tənəzzülünü xarakterizə edərək yazmıĢdı: "Mancalıq uzun müddət fabriklə
mübarizə etdi... Əlbəttə, mancalıq belə bir Ģəraitdə ipəksarıma fabriki ilə mübarizəni
bacarmadı.... ipəksarıyan fabrik sahiblərinin çox hərislə aldıqları baramanın qiymətinin
qalxması kustarları - sarıyıcıları öz sənətlərindən imtina etməyə və baramalarını fabrikə
satmağa məcbur etdi [110]. Belə ki, Azərbaycanda ipək emalı sənayesi sahəsində fabrik
istehsalının güclənmasi ölkədə kustar ipəksarıma - ipəkəyirmənin tənəzzül etməsinə və
aradan çıxmasına güclü təsir göstərmiĢdir.
Beləliklə də Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində ipəkçilik
təsərrüfatının əsasını təĢkil edən sahələrdə - tutçuluq, kümdarlıq və s. ənənəvi üsullarla
yanaĢı, baĢ vermiĢ təbəddülata uyğun olaraq məhsul istehsalı da artmıĢdı. Bununla da
ipəkçilik kapitalist əmtəə istehsalı təsərrüfatının əsas sahələrindən birinə çevrilmiĢdi.
|