olan sərfəli və nadir bitkilərdən biri də zəfərandır. Azərbaycanda bir sıra ənənəvi
200
xörəklərin, spirtsiz içkilərin və müxtəlif növ Ģirniyyatların hazırlanmasında xoĢ ətirli
zəfərandan geniĢ istifadə edilir. Xalq arasında "bitkilərin Ģahı" adlanan zəfərandan
boyaqçılıqda, həmçinin təbabətdə bəzi xəstəliklərin (üĢütmə, qıcolma və göz və s.
xəstəliklərin) müalicəsində əsrlər boyu istifadə edilmiĢdir. Onun gözoxĢayan narıncı
rəngi, xüsusi dadı və xoĢ ətri vardır.
Zəfəran hələ e.ə. II minillikdə qədim Misir və Hindistanda becərilmiĢdir. Lakin
Azərbaycan Əfqanıstan, Ġran və b. ölkələrlə yanaĢı, zəfəran bitkisinin ilk vətənlərindən
hesab edilir. Yəqin ki, Azərbaycanda zəfəran hələ eramızdan çox-çox qabaq becərilmiĢdir.
Bu bitkinin Azərbaycanda orta əsrlərdə becərilməsi və Ģöhrətlənməsi haqda bir sıra
mənbələrdə məlumat verilir.
Hələ eramızın IX-X əsrlərində Azərbaycandan xarici ölkələrə baĢqa məhsul-
larla yanaĢı zəfəranın da ixrac edildiyi qeyd edilir [34].
XII-XIII əsrlərdə ġərq və Qərb ölkələrilə ticarətdə Azərbaycandan çoxlu zəfə-
ran ixrac edilmiĢdi [35].
Zəfəran Xəzər sahili vilayətlərində, xüsusilə AbĢeronda daha çox becərilmiĢdir.
XVIII əsrdə AbĢeronun əksər kəndlərində ən çox becərilən bitkilərdən biri zəfəran
olmuĢdur [36].
XVIII əsrin əvvəllərində Bakının ətraf kəndlərində bir neçə yüzdən çox zəfəran
plantasiyası olmuĢdur. XVIII əsrin sonunda AbĢeronda çoxlu və yüksək keyfiyyətli
201
zəfəranın becərildiyi haqqında ölkədə olmuĢ səyyahların yol qeydlərində və əsərlərində
də maraqlı məlumatlar vardır. Bu qeydlərdə hətta AbĢeron zəfəranı öz dadı, ətri və
keyfiyyətinə görə Fransa və Ġtaliyada becərilən zəfərandan daha üstün olduğu
göstərilirdi [37].
XIX əsrin əvvəllərində AbĢeronda zəfəran bitkisinin becərilməsi daha da geniĢ-
lənir. AbĢeron zəfəranı ölkənin daxili tələbatını ödəməklə yanaĢı, Cənubi Qafqaz.
Türkiyə, Ġran, Rusiya və baĢqa ölkələrin bazarlarında satılmaq üçün daha çox gön-
dərilirdi. Mənbələrdə AbĢeronda zəfəranın neft və duzdan sonra xarici ticarətdə
əsas rol oynadığı göstərilir. Həmin əsrin 30-cu illərində Bakı əyalətində 1000 pud
zəfəranın toplandığı qeyd edilir [38]. 1885-1886-cı illərdə AbĢeronun yalnız Bilgəh,
Buzovna, MaĢtağa, Nardaran, Zabrat, ġağan, Türkan, Hövsan, Əhmədli, Biləcəri,
Goradil və Kürdəxanı kəndlərində yetiĢdirilən zəfəran sahəsi 250 desyatin olmuĢ-
dur [39]. Ümumiyyətlə, burada 1643 təsərrüfat bu bitkinin yetiĢdirilməsi ilə məĢğul
olurdu ki, bunun da 50 faizdən çoxu ancaq MaĢtağa kəndinin payına düĢürdü [40].
Qafqazda, ancaq Azərbaycan ərazisində yetiĢdirilən zəfəran bitkisi XX əsrin
əvvəllərində də AbĢeronun bir sıra kəndlərində geniĢ Ģəkildə əkilib-becərilirdi.
Çoxillik bitkilər ailəsinə mənsub olan zəfəranın AbĢeronda becərilməsinin əsas
səbəblərindən biri də buranın torpağı və iqlimlə əlaqədardır. Ona görə də qumsal
torpağı, isti iqlimi və suyu az tələb edən zəfəran bitkisinin AbĢeronda becərilməsi təbii
haldır. AbĢeron torpağı isə bu bitkinin becərilməsi üçün lazım olan bütün amillərə
malikdir. Zəfəranın yüksək məhsuldarlığı üçün qumsal torpaq, gündəyən və külək
tutmayan sahə daha əlveriĢlidir [41].
Bir qayda olaraq zəfəran çox da böyük olmayan sahədə becərilir. Bitkinin
becərilməsi nəzərdə tutulan həmin sahənin torpağı iki dəfə Ģum edilir. ġum edilən
sahənin alağı tamamilə təmizlənir Sonra sahəyə peyin tökülür. Hər hektarda
təxminən 40-a qədər taxta olur. Hər taxtaya bir xəlbir zəfəran soğanağı (toxumu-
baĢ) basdırılır. Açılan Ģırımların dərinliyi 30-35 sm-dən az olmur. ġırımlararası
məsafə texminən 40 sm-ə qədər olur. Soğanaqlı bitki olan zəfəran bir qayda olaraq
hər 4-5 ildən bir çıxarılıb sahələrdə artırılır. Bir baĢ soğanaq 5 ildə on dəfədən çox
artır. Zəfəranı basdırarkən gələcək illərdə əkmək üçün toxumluq ayrılan bitkinin
cavan və sağlam olmasına xüsusi diqqət verilirdi. Hər beĢ ildən bir zəfəranın
soğanaqları iyul ayının sonlarında torpaqdan çıxarılır. Çıxarılan soğanaqlar
təxminən bir ay müddətində kölgəli yerdə havaya verilir. Avqustun ortalarından
etibarən sahələrə basdırılır. Noyabr ayının əvvəllərində zəfəranın yarpaqları cücərir
və gül açır. Zəfəran gülünün toplanması iki həftəyə qədər davam edir. Gül bir
qayda olaraq iki gündən bir səhər tezdən yığılır. Sonra həmin güllərdən onun telləri
(zəfəran telləri) ayrılırdı. Rəngi və dadı dəyiĢməsin deyə, zəfəran telləri xüsusi
binalarda və kölgəli yeriərdə saxlanılır. Yığılan tellər ertəsi günü qurudulur. Telləri
metal qaba töküb sonra zəif odda bir qaydada qurudurdular. Qurudulma prosesi
xüsusi ustalıq tələb edirdi.
Beləliklə də xalis zəfəran xüsusi kisəciklərdə daxili bazarlarla yanaĢı, bir
202
sıra xarici ölkə bazarlarına da göndərilirdi.
Hazırda AbĢeronun bir sıra kəndlərində zəfəran bitkisi, az da olsa,
becərilir.
Kətan (Linum usitatissimum L). Kətan ən qədim texniki bitkilərdən
biridir. Kətan bitkisi Qafqazın bir sıra yerlərində çox qədimdən bitmiĢ və
toxuculuqda istifadə edilmiĢdir. Artıq sübut olunmuĢdur ki, Misir, Beynəlnəhr,
Hindistan və baĢqa ölkələrlə yanaĢı, Qafqaz da kətanın ilk vətənlərindən biridir.
Strabon xəbər verir ki, Kolxidada yaĢayan əhali kətandan parça hazırlayır.
Burada hazırlanan parça çox yerlərdə məĢhurdur [42]. Kolxida kətanının ġərq
ölkələrində yayılması bir həqiqətdir [43]. P.M.Jukovskinin fikrincə, qədimdə
dünya kətançılığı tarixində Kolxidanın böyük rolu olmuĢdur [44].
Azərbaycanda da kətandan istifadə edilmənin qədim tarixi vardır. Çox
maraqlıdır ki, Muğan, Lənkəran, ġamaxı, Qəbələ və baĢqa rayonların ərazisində
yabanı kətan bitkisinə hazırda da rast gəlirik [45].
Tunc dövründə Azərbaycanda toxuculuğun inkiĢafı ilə əlaqədar yunla
yanaĢı, kətan lifindən də istifadə edilmiĢdir. Qədim Mingəçevir arxeoloji
qazıntılarından Tunc dövrünə aid kətan lifinin sapı, ipi və parça qalıqlarının
tapılması daha böyük əhəmiyyət kəsb edir [46].
Çox ola bilsin ki, albanlar arasında kətandan hazırlanmıĢ parça, paltar və
baĢqa əĢyalar daha çox yayılsın. Həmin dövrə aid zərif lifli kətan parça qədim
Mingəçevir qazıntılarından aĢkar edilmiĢdir.
Eramızın IX-X əsrlərində Azərbaycanda toxunan kətan parçaların hətta
qonĢu ölkələrə göndərilməsi və orada yüksək qiymətləndirilməsi bir sıra
mənbələrdə qeyd edilirdi. Anonim "Əcaib əd-dünya" əsərində Səlmas və Xoyda
kətandan zərif parçaların toxunduğu xəbər verilir [47].
Azərbaycanda kətan sonrakı əsrlərdə də becərilmiĢ və onun lifindən
toxuculuqda istifadə edilmiĢdir. Kətanın toxumu yağlı olduğundan ondan alaf kimi
də istifadə edilirdi.
Birillik bitki sayılan kətanın toxumu taxıl kimi səpilir və bir neçə dəfə
suvarılırdı. Əsrlər boyu kəndlilər kətanı sadə üsulla becərmiĢ, onun toxumunu
toplamıĢ, lifini əyirmiĢ və özlərinin tələbatlarına uyğun parça və baĢqa Ģeylər
toxumuĢlar. Kətan parçalar, pambıqdan toxunan parçalara nisbətən daha möhkəm
olur. Çox güman ki, orta əsrlərdə kətandan sicim, çatı, örkən, balıq tutmaq və quĢ
ovlamaq üçün tor və baĢqa ləvazimat da hazırlanmıĢdır. Bu bitki XIX-XX əsrin
əvvəllərində də Azərbaycanın bəzi bölgələrində becərilmiĢdir.
Dostları ilə paylaş: