A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə19/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   15   16   17   18   19   20   21   22   ...   102
Boyaq  kökü  bitkisi  (Pubia  tinetorum  L).  Heç  Ģübhəsiz,  Azərbaycanda 

qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri 

də  boyaq  kökü  bitkisi  olmuĢdur.  Boyaq  kökü  adı  ilə  tanınan  bu  bitkidən 

toxuculuqda  qırmızı  rəng  kimi  istifadə  edildiyi  üçün  ona  qızıl  boya  adının 

verilməsi də təsadüfi deyildir. 

Azərbaycanda  yabanı  halda  bitdiyini  və  toxuculuqda  rəng  üçün  geniĢ 

istifadə  edildiyini  nəzərə  alsaq,  onun  bu  ərazidə  hələ  eramızdan  çox-çox  əvvəl 

becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda 

geniĢ  becərilməsi  tamamilə  qanunauyğun  bir  haldır.  Bu  dövrdə  feodalizmin 

təĢəkkülü, Ģəhərlərin yaranması və inkiĢafı bu Ģəhərlərdə toxuculuğun geniĢ miqyas 

alması  və  bununla  əlaqədar  olaraq  rəngə  olan  tələbat  boyaq  kökünün  daha  bol 

istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaq bitkisinin əkin sahəsi də artırdı. 

X əsr ərəb müəllifi Ġbn Hövqal Varsan, Bərdə, Bab əl-Abvab vilayətində, 

Xəzər dənizi adalarında, Kür və Araz hövzələrində çoxlu miqdarda mədəni boyaq 

kökü  bitkisi  becərildiyini  göstərir  [22].  Göründüyü  kimi,  bu  texniki  bitki  orta 

əsrlərdə  Azərbaycan  ərazisinin  xeyli  hissəsində  becərilmiĢ  və  bol  məhsul 

götürülmüĢdür. X-XII əsrlərdə Azərbaycanda becərilən boyaq kökü bitkisi təkcə daxili 

tələbatı  deyil,  həm  də  xarici  ölkələrə  ixrac  edilirdi  [23].  Bu  bitki  Azərbaycanda 

sonrakı  əsrlərdə  də  geniĢ  becərilmiĢdir.  Onun  məhsulu  həm  ölkənin  daxili  tələbatını 

ödəmiĢ və həm də xarici bazarlara göndərilmiĢdir. 

XVII əsrdə nəinki təkcə ġərq aləmində, ümumiyyətlə, dünya miqyasında ən 

çox  boyaq  kökü  istehsal  edən  ərazi  Araz  çayının  sol  sahilində,  indiki  Naxçıvan 

ərazisində Azadabad dairəsi olmuĢdur [24]. 

Lakin boyaq kökü bitkisi sonrakı dövrlərdə Quba və ġirvan əyalətlərinin mün-

bit  torpaqlarında  daha  geniĢ  sahələrdə  becərilmiĢdir.  Yan  Streysin  yazdığına  görə 

ġirvan  əyaləti  özünün  boyaq  kökü  ilə  məĢhur  idi.  Bu  ərazidə  boyaq  kökü  bitkisi 

həddindən  artıq  idi  [25].  Bu  təsərrüfat  gəlirli  bir  sahə  kimi,  yerli  əhalinin  iqtisadi 

həyatında  və  onun  dolanacağı  üçün  nəzərə  çarpacaq  dərəcədə  əhəmiyyət  kəsb 

etmiĢdir. Orta əsrlərdə toxuculuğun geniĢ yayıldığı ġərq ölkələrində qırmızı rəngə olan 

ehtiyacla  əlaqədar  olaraq,  boyaq  kökü  bitkisinə  çox  böyük  tələbat  olmuĢdur.  Boyaq 

kökündən  alınan,  ürəkaçan  qırmızı  rəng  həmiĢə  hər  yerdə  yüksək  qiymət-



 

 

198 



ləndirilmiĢdir.  Hindistan  və  bir  sıra  ġərq  ölkələrində  toxunan  yüksək  keyfiyyətli 

parçaların rənglənməsində qızıl (qırmızı) boya daha geniĢ istifadə edilmiĢdir. Ona görə 

də boyaq kökündən alınan rəngə nəinki ġərq ölkələrində, habelə Hindistan və baĢqa 

ölkələrdə də böyük tələbat olmuĢdur. 

XVIII əsrin birinci yarısında AbĢeronun bir sıra kəndlərində boyaq kökü bitkisi 

becərilmiĢdir  [26].  XVIII  əsrin  sonlarında  isə  rus  tacirləri  Azərbaycandan  bir  çox 

qiymətli  Ģeylərlə  yanaĢı,  boyaq  kökü  də  alıb  aparırdılar  [27].  1814-cü  ildə  Bakıdan 

HəĢtərxana 512 pud qızıl boya göndərilmiĢdir [28]. 

Azərbaycanda boyaq kökünün ən qədim və geniĢ yayılan ərazisi xəzərsahili 

vilayətlər olmuĢdur. Ona görə də XIX əsrin əvvəllərində Quba, Dərbənd və Lənkəran 

ərazilərində  bu  qiymətli  bitkinin  əkin  sahəsinin  geniĢləndirilməsinə  xüsusi  diqqət 

verilmiĢ və bundan xeyli gəlir əldə edilmiĢdir. 

Bu dövrdə boyağın əsas məskənlərindən biri Dərbənd Ģəhərinin ətraf ərazisi 

idi.  Mənbənin  göstərdiyi  kimi,  qubalılar  qonĢuları  dərbəndlilərin  boyaq  becəril-

məsindəki müvəffəqiyyətlərini və onun xeyli faydalı olduğunu görərək, özləri də boyaq 

becərilməsi ilə məĢğul olmuĢdular. Bu bitki indi MüĢkür, ġabran, ġeĢparə mahallarında 

da geniĢ becərilir və ildə on min pudlarla boyaq yığılır [29]. Yüksək keyfiyyətli boyaq 

kökü Quba qəzasının, əsasən Xəzər sahili ərazisini əhatə edən MüĢkür düzənliyində 

yetiĢdirilirdi. 

Boyaq kökünün geniĢ istehsalı XIX əsrin 40-cı illərindən etibarən daha da artır, 

bu da Rusiya toxuculuğunun rəngə olan böyük tələbatı ilə əlaqədar idi. 

Azərbaycan boyağı öz keyfiyyətinə görə Rusiyada və hətta xarici bazarlarda 

yüksək  qiymətləndirilir  və  əla  növ  hesab  edilirdi.  Xarici  bazarlarda  holland,  fransız 

boyağından üstün tutulan Azərbaycan boyağının həm də ucuz baĢa gəlməsinə görə 

rus fabrikantları bu bitkinin əkilib-becərilməsinə xüsusi maraq göstərirdilər. 

XIX  əsrin  birinci  yarısında  toxuculuq  fabriki  sahiblərindən  bəziləri 

Dərbənd  və  Quba  əyalətlərində  becərilən  boyaq  kökü  bitkisinin  yüksək 

keyfiyyətini  nəzərə  alaraq  bu  ərazidə  həmin  bitkinin  əkin  sahəsinin 

geniĢləndirilməsinə  təĢəbbüs  göstərmiĢdilər.  Artıq  XIX  əsrin  ortalarında 

Azərbaycandan Rusiyaya  140  min pud  yüksək keyfiyyətli  boyaq ixrac edilmiĢdir 

[30]. 

MüĢkürdə  kəndli  ailələrinin  çoxu  boyaq  kökü  bitkisini  əkməklə  məĢğul 



olurdu.  Bununla  əlaqədar  olaraq,  XIX  əsrin  ortalarında  "Qafqaz"  qəzetində 

yazılmıĢdı: "Burada həyat qaynayır, böyükdən-kiçiyədək hamı boyaq becərir" [31]. 

XIX əsrin 60-70-ci illərində Azərbaycanda boyaq kökünün istehsalı xeyli 

artaraq onun səviyyəsi 1860-cı ilə nisbətən 1869-cu ildə üç dəfə çoxalır. 

Azərbaycandan  Rusiyanın  mərkəzi  quberniyalarına,  Nijni-Novqorod 

yarmarkasına  və  Moskvaya  göndərilən  boyaq  kökünün  miqdarı  ildən-ilə  artırdı. 

Təkcə 1861-ci ildə Dərbənd vasitəsilə cəmisi 197430 pud boyaq kökü aparılmıĢdı. 

1861-ci  ildə  Bakıdan  930  pud,  Niyazabaddan  isə  8380  pud  boyaq  kökü  yola 

salınmıĢdı.  Boyaq  kökünün  baha  qiymətə  satılması  onun  istehsalının  artmasına 



 

 

199 



təkan verirdi. 

Boyaq kökü bitkisinin becərilməsində geniĢ miqyasda muzdlu əmək tətbiq 

olunurdu.  Plantasiyalarda  hər  il  əsas  etibarilə  Cənubi  Azərbaycandan,  habelə 

Dağıstandan  gələn  çoxlu  muzdlu  fəhlə 

çalıĢırdı.  1867-ci  ildə  Quba  qəzasının 

əsasən boyaq kökü becərilən tarlalarında 

çalıĢan  Ġran  təbəələrinin  sayı  doqquz 

minə  çatırdı.  Muzdlu  fəhlələr  yalnız 

kiĢilərdən  deyil,  həm  də  qadınlardan 

ibarət idi [32]. XIX əsrin ikinci yarısında 

boyaq  kökü  bitkisinin  becərilməsi  ilə 

məĢğul  olan  kənd-lilərin  bəziləri  öz 

keyfiyyətli  məhsullarına  görə  Cənubi 

Qafqaz  və  beynəlxalq  sərgilərdə  iĢtirak 

edərək  sərginin 

mükafatına  layiq 

görülmüĢlər.  1862-ci  ildə  Beynəlxalq 

London  sərgisinə  yüksək  keyfiyyətli 

boyaq  kökü  təqdim  etdiklərinə  görə 

Quba  qəzasından Qazıxan Mustafa  oğlu 

və  Mustafa  Qaramirzə  oğlu  fəxri 

fərman, Hacı Cənnətbəy Əlibəy oğlu isə 

medalla təltif olunmuĢlar [33]. 

XIX 


əsrin  70-ci  illərindən 

etibarən  boyaq  kökü  bitkisinin  əkin 

sahələri  azalır  və  onun  tənəzzül  dövrü 

baĢlanır ki, bu da 1869-cu ildə qızıl boyanı 

əvəz edən alizarinin süni qaydada alınması 

ilə  əlaqədar  olmuĢdur.  Lakin  boyaq  kökü 

tamamilə  aradan  çıxmamıĢ  və  az  da  olsa 

Azərbaycanın  bəzi  rayonlarında  becərilmiĢ 

və yerli əhali tərəfmdən istifadə edilmiĢdir. 

Əsrlər boyu boyaq kökü bitkisinin becərilməsində elə bir əsaslı dəyiĢiklik olma-

mıĢdır. BaĢqa bitkilər kimi, boyaq kökü bitkisi xam torpaqda daha çox məhsul verir. Bir 

qayda olaraq boyaq kökü bitkisi əkiləcək sahə əvvəlcədən Ģumlanaraq vərlərə ayrılırdı. 

Boyaq bitkisinin  toxumu qıĢda ləklərə  səpilir və bir  neçə  il qulluq edilirdi.  Bu  bitki  o 

qədər də su tələb etmirdi. 

Müxtəlif    alətlər-bel,  balta  və  s.  vasitəsilə  bu  bitkinin  kökü  çıxarılır  və 

toplanan  məhsul  günün  altında  və  ya  iri  peçlərdə  qurudulurdu.  Qurudulan  boyaq  kökü 

qablara -kisələrə doldurulub istifadə və ya satıĢ üçün xüsusi talvar və ya otaqlarda saxlanılırdı. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin