A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə59/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   55   56   57   58   59   60   61   62   ...   102
zinətləri,  vəznə,  düymə,  başmaq  dabanı,  bəzi  məişət  qabları)  nisbətən  ucuz  baĢa 

gəldiyindən  daha  geniĢ  ərazidə  yayılmıĢdı.  Bununla  belə,  hər  bölgənin  gümüĢkarlığı 

özünəməxsus  məhəlli  xüsusiyyətləri  ilə  seçilirdi.  Gəncə,  Qazax  və  Qarabağın  gü-

müĢkarlığı  bəzək  üslubu  etibarilə  ġirvan,  yaxud  Qubanın  qarasavad  məmulatına 

bənzəmirdi [100]. 

Milli zərgərlik sənətində minasazlıq xüsusi yer tutmuĢdur. KeçmiĢ məiĢətdə 

varlı  zümrələr  zinət  və  cavahirata  xüsusi  əhəmiyyət  verdiklərindən  onların  sifariĢi  ilə 

düzəldilən  zinət  Ģeyləri,  bir  qayda  olaraq,  mina  ilə  bəzədilirdi.  Minalı  məmulat 

istehsalının inkiĢafı zərgərlik sənətində spesifik istehsal texnologiyasına malik xüsusi 

bir sahənin - minasazlığın yaranmasına səbəb olmuĢdur. 

Minasazlıq məmulatı, əsasən, qadın zinətlərindən: baĢ (alın, üz, qulaq), sinə, 

bilək, barmaq və paltar bəzəklərindən ibarət olmuĢdur. Cərgə gül çutqabağı, piyaləzəng, 

badamı,  Ģarlı,  aypara  sırğalar,  minalı  üzük,  qarmaq,  silsilə,  belbağı,  düymə  və  s.  bu 

qəbildəndir. KeçmiĢdə hakim zümrələrin sifariĢi ilə qılınc və xəncər qınının üzəri, məiĢət 

qabları, xüsusilə çay və xörək qaĢıqları, dəmsüzən, habelə pərdə qotazlarının müvafiq 

hissələri də mina ilə bəzədilirdi [101]. 

Minalı məmulatın istehsal texnologiyası zərgərliyin baĢqa üsullarının (qələm-

karlıq,  basmaqəlib,  Ģəbəkəçilik)  davamı  olmaqla,  hazır  zinətin  üzərini  mina  maddəsi  ilə 

bəzəməkdən ibarət olmuĢdur. Mina həm bütövlükdə zinətin səthinə, həm də onun polad 

qələmlə  açılmıĢ  oyma  naxıĢlarına  yaxıla  bilirdi.  Zinətin  bədii  tərtibatından  və dekor 

tələbindən asılı olaraq abı, yaşıl, qızılı, çəhrayı, narıncı, sumağı, ağ rəngli minaların açıq, 

tünd, Ģəffaf və s. kimi müxtəlif çalarları tətbiq edilmiĢdir. 

Mina odadavamlı metal duzlarından hazırlanmıĢ qələvidən ibarət olub fırça ilə 

məmulatın  üzərinə  yaxılırdı.  Məmulat  bir  neçə  dəfə  odda  qızdırılandan  sonra  mina 




 

 

404 



bərkiyib  sabitləĢir  və  ĢüĢə  keyfiyyəti  kəsb  edirdi.  Azərbaycan  minasazlığında  pərdəli, 

divarəli, şəbəkəli və s. olmaqla müxtəlif mina məmulatı hazırlanmıĢdır. 

Zinət istehsalında tətbiq olunmuĢ bu texniki, üsullarla yanaĢı, bir sıra sənətkar-

lıq  məmulatlarını  (xəncər,  qılınc,  tüfəng,  tapança,  əsa,  ev  avadanlığı)  bəzəmək  üçün 

xatəmkarlıq (qaxma, yaxud çaxma) üsulundan istifadə olunmuĢdur. Bu məqsədlə hazır 

məmulatın üzərində nəzərdə tutulmuĢ çeĢni əsasında deĢiklər açılır, sonra onlar çaxma 

yolu ilə qızıl və ya gümüĢ mıx, sədəf, sümük, qiymətli daĢ və s. kimi baĢqa materiallarla 

doldurularaq bəzənirdi.  Çaxma  əməliyyatı tamamlanandan sonra  əĢyanın  üzü  sürtülüb 

hamarlanırdı. 

Bəsit istehsal alətlərinə malik olan zinət ustalarının fərdi məharətinə əsaslanan 

və kustar səciyyə daĢıyan Azərbaycan zərgərliyində daxili əmək bölgüsü olduqca zəif 

inkiĢaf etmiĢdi. 

XIX əsrin sonlarında Rusiyada zərgərlik fabriklərinin meydana gəlməsi [102], 

bu  sənətin  istehsal  sirlərinin  öyrənilib  sənaye  üsuluna  keçirilməsi,  texniki  gerilik  gir-

dabında  çırpınan  milli  ucqarlarda  dağ-mədən  iĢinin  zəif  inkiĢafı  üzündən  xammal 

kasadlığının daha da güclənməsi Azərbaycan zərgərliyinin sonrakı inkiĢafına mənfi təsir 

göstərmiĢdir.  Bununla  belə,  Azərbaycanın  zərgərlik  mərkəzlərinin  məhsulları  ġərq 

motivli milli koloritinə, forma kamilliyinə və naxıĢ səlisliyinə görə, nəinki Avropa və 

Rusiyanın, habelə Qafqazın digər məhəlli zərgərlik mərkəzlərinin hazırladığı zinətlərdən 

yüksəkdə  dururdu.  Mütəxəssislərin  fikrincə,  bu  kasıb  və  savadsız  zərgərlər  öz 

sənətlərinin sirlərini kamil bilməklə avropalı həmkarlarından xeyli üstün idilər. Onların 

hazırladığı  məmulatlar  naxıĢlarının  bədii  məziyyəti  və  dekor  ayrıntılarının  səlisliyi 

baxımından  insanı  heyran  edirdi.  Avropanın  yeknəsəq  biçimli  zərgərlik  məmulatının 

kütləvi  istehsalında  tətbiq  edilən  hər  cür  cihaz  və  avadanlıqdan  məhrum  olan  bu 

ustaların  bütün  sənət  məhsulları  hövsələli  zəhmətin  və  mahir  əllərin  bəhrəsi  idi 

[103]. 


 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin