və s. kimi kütləvi səciyyə daĢıyan qadın zinətləri də çox vaxt bu üsul ilə hazırlanırdı
Təbriz, Qazax, ġuĢa, Gəncə və Naxçıvan zərgərliyində geniĢ yer tutmuĢdur [93].
402
ġəbəkə texnikasında dekorativ mahiyyətli zinət qızıl və gümüĢ tellərdən (sim-
dən) tərtib olunurdu. Böyük ustalıq məharəti və gərgin zəhmət tələb edən mürəkkəb
nəqĢli Ģəbəkə məmulatı, bir qayda olaraq, yüksək əyarlı qızıldan hazırlanırdı.
ġəbəkə texnikasının ilk istehsal mərhələsini dekorativ telin hazırlanması təĢkil
edir. Bunun üçün vərəqə halına salınmıĢ qızıl ilk növbədə qayçı ilə doğranıb zolaqlara
ayrılır, sonra onlar "həddə" adlanan polad alətin deĢiklərindən keçirilirdi [94]. Həddə
deĢiklərinin ölçüsü kimi, formaları da müxtəlif idi. DeĢiklərin hər birinin diametri
müntəzəm surətdə daraldığından qızıl və ya gümüĢ telləri onlardan növbə ilə
keçirildikcə tədricən nazilir və hazırlanacaq zinətin Ģəbəkə ünsürü üçün zəruri olan
dekorativ forma kəsb edirdi. Bu və ya digər Ģəbəkə ünsürü eyni ölçülü teldən
düzəldiyindən həddənin müvafiq deĢiklərindən keçirilmiĢ bəzək telləri forma və
quruluĢuna görə ayrıca qruplaĢdırılırdı.
HəddələnmiĢ tellər üzərində cızma, burma, hörmə üsulu ilə bir sıra əlavə bəzək
iĢi görülürdü. Bu məqsədlə qruplara ayrılmıĢ tellər əvvəlcə bir-bir zərgər kürəsində
qızdırılıb yumĢaldılır, sonra burma üsulu ilə onlardan "eĢmə" düzəldilirdi. Bunun üçün
telin üzü tilli yeyə ilə bir neçə dəfə cızılandan sonra, xüsusi zərgər məngənəsində
sıxılmaqla, simkeĢ vasitəsilə ehmalca burulub eĢilirdi [95].
ġəbəkəçilikdə zinət müxtəlif bəzək ünsürlərindən əmələ gətirildiyindən
onların hər biri üçün müvafiq eĢmə növü hazırlanırdı. Bakı zərgərliyində "vov", Naxçı-
vanda "quĢ dimdiyi" adlanan mikrometrik ölçü etibarilə ən nazik və zərif tellər [96]
("kirdə-biçək" və "daraq-biçək") vasitəsilə nəqĢ ünsürlərinin ara boĢluqları dol-
durulurdu. Ġkinci qrup eĢmələr nisbətən yoğun olmaqla haĢiyə bəzəyində iĢlənirdi.
"HaĢiyə gəzmələri" adlanan bu qrup eĢmələr cızma, burma və ya hörmə yolu ilə
dekorativ Ģəkildə iĢlənəndən sonra onlardan "hörük", "hörük-buruq", "çaharqat",
"zəncirə", "ilan-tac" və s. adlı Ģəbəkə ünsürləri düzəldilirdi.
Üçüncü və dördüncü qrup eĢmələr zinətin özülü üçün hazırlanırdı. Mikrometrik
miqyası daha qalın olan özül eĢmələri doğranmazdan öncə cilalanıb nəfis hala gətirilirdi.
Zinətin növündən asılı olaraq, özül üçün bəzək ünsürlərinin dekorativ tərtibatı hər dəfə
dəyiĢdirilirdi. Buna müvafiq olaraq, Ģəbəkəçilik sənətində "həyətlik", "əncamə",
"divarə", "bəndəm" və s. kimi bir-birindən fərqli dekora malik bəzək ünsürlərindən
istifadə olunurdu [97].
ġəbəkə məmulatının bədii tərtibatı gavərsə, dekorativ mismar və s. ilə tamam-
lanırdı. ġəbəkə hissələri (çərçivəlik, haşiyə, həyətlik, arakəsmə və tamamlayıcı ünsürlər)
lehimləmə üsulu ilə bir-birinə bənd edilirdi [98].
Qarasavad üsulu ilə əsasən gümüĢ məmulatı hazırlanırdı. GümüĢ məmulatı
istehsalı üzrə ixtisaslaĢma nəticəsində bədii metal sənətinin "gümüĢkarlıq", yaxud
"gümüĢbəndlik" adlanan müstəqil sahəsi yarandıqdan sonra bu texniki üsul xüsusilə
geniĢ intiĢar tapmıĢdır. Qarasavad texnikası məmulatın bədii təsir gücünü və estetik
ifadəliliyini daha da artırdığından o, bəzən qızıl zinətlərdə də tətbiq edilirdi. Bununla
belə, "savad" adlanan qara mina ilə ən çox gümüĢ məmulatı bəzədilirdi. Çünki qara
minanın fonunda iĢlənmiĢ naxıĢ dekoru məhz gümüĢ üzərində daha aydın və səlis rəng
403
uyarı yaradır. GümüĢ məmulatının qabarıq naxıĢlarının Ģəffaflığı ilə savadın qara
rənginin parıltısı cazibədar ahəngdarlıq əmələ gətirir.
Azərbaycanda gümüĢkarlığın baĢlıca məziyyətini "savad"ın həddən ziyadə
davamlı olması təĢkil etmiĢdir. Qarasavad kütləsinin tərkibi gümüĢ, qurğuĢun, mis,
kükürd, potaĢ (qələvi ağ maddə) və duzdan ibarət hazırlanırdı [99].
Bilavasitə savadlama əməliyyatına baĢlanılmazdan əvvəl gümüĢ lövhə
döymə və ya qəlibkarlıq üsulu ilə iĢlənib məmulatın forma və ölçüsünə uyğun Ģəkildə
biçilirdi. Sonra həmin ülgü üzərində cızma və qazıma yolu ilə naxıĢ açılırdı. Zinətin
ornament və rəsmlərinin fonunu təĢkil edən həmin naxıĢlar "savad" kütləsi ilə
doldurulurdu.
Savad kütləsi iki üsulla: zərgərlikdə sıyıq xəmir yaxması, gümüĢkarlıqda isə
bilavasitə toz halında məmulatın üzərinə səpilməklə tətbiq olunurdu. Hazır məmulatın
üzərinə savad vurulduqdan sonra o, vam yanan kürədə qızdırılırdı. Hərarət nəticəsində
savad əriyib naxıĢ və ya rəsmi əmələ gətirən oyuq və çökəkləri örtürdü. Daha sonra
sürtmə yolu ilə zinət göydaĢ vasitəsilə dönə-dönə cilalanıb pardaqlanırdı. ġuĢa
zərgərləri arasında bu əməliyyat "aynalama" adlanırdı.
GümüĢkarlıq məmulatı (kəmər, soyuq silahların dəstəyi və qını, boyun və baş
Dostları ilə paylaş: