A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə66/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   62   63   64   65   66   67   68   69   ...   102
Qara sağrı. Lahıcda sağrını qara rəngdə hazırlamaq üçün tiyana Ģora tökərkən 

dərhal onun üzərinə yarım girvənkə qara zağ əlavə edilirdi [124]. 

Sağrı istehsalının digər mərkəzlərində isə bunun üçün 2 kq qara zağ yarım 

vedrə  suya  qatılıb  ocaqda  əridilirdi.  Qara  rəngab  at  qılından  hazırlanmıĢ  fırça  ilə 

sağrıların  avand  üzünə  çəkilib  qaraldılırdı.  Bu  əməliyyat  "zağlama"  adlanırdı.  Rəngin 

bərkiyib  möhkəmlənməsi  üçün  zağlanmıĢ  sağrılar  bir  cüt  ağac  üzərində  alova 

veriləndən  sonra  əllə  ovuĢdurulurdu.  Rəng  lazımi  qədər  tünd  alınmadıqda  zağlama 

əməliyyatı  təkrar  edilirdi.  Sağrı  dəstəsi  oda  veriləndən  sonra  qurudulub  dəstəçin 

edilirdi.  Sağrını  yumĢaltmaq  və  rəngini  Ģəffaf  etmək  üçün  çox  vaxt  ona  bir  qədər 

quyruq  yağı  sürtülürdü.  Bu  məqsədlə  əvvəlcə  sağrının  astar  üzünə  quyruq  yağı 

sürtülüb alova verilir, sonra onun avand üzü xurma lığı ilə sürtülüb pardaqlanırdı. 

Qara  sağrı  soyuq  silahların  (xəncər,  qılınc,  qəmə  və  s.)  qınına,  tüfəngin 

qundağına, tapançanın dəstək və qoburuna, yəhər qaltağının qaĢına iĢlənirdi. 



YaĢıl sağrı. YaĢıl rəngdə sağrı hazırlamaq üçün mal Ģorada iĢlənəndən sonra 

onun  arxası  korĢ  bıçaqla  sıyrılıb  təmizlənir  və  astar  üzünə  xüsusi  hazırlanmıĢ  rəng 

mayası sürtülürdü. Mayanın üstündən bir qədər mis ovuntusu və naĢatır səpilirdi.  Ġki 

gün ara verib, günaĢırı olmaqla, malın arxasına 7 dəfə naĢatır suyu vurulurdu. Bunun 

sayəsində mayadakı mis ovuntusunun qələvi təsiri malın məğzinə hopur və onun yaĢıl 

rəngi sağrının avand üzünə çıxırdı. 

Mayadan çıxmıĢ malın arxasına əvvəlcə narın Ģora, sonra quyruq yağı sürtü-

lərək alova verilir və əllə ovuĢdurulurdu. 

YaĢıl  sağrıdan  qadın  və  kiĢi  baĢmaqları,  yəməni,  qadınlar  üçün  uzunboğaz 

çəkmə  tikilirdi.  O  həmçinin  yəhər  qaltağının  qaĢına,  xəncər  və  qılınc  qınının  üzünə, 

qantarğa bəzəyi üçün də iĢlənirdi. 



 

 

414 



XəzaĢılama.  Azərbaycanda  xəzçilik  tarixən  yerli  qoyun  və  quzu  dərisinin, 

qismən  də  kənardan  gətirilmə  qıvrım  tüklü  sür  dərilərin  aĢılanması  hesabına  inkiĢaf 

etmiĢdi. Çox nadir hallarda ov heyvanlarının xəz dərisi aĢılanırdı. 

Qıvrım rüklü dərilərin (Buxara, ġiraz, Krım dərilərinin) aĢılanması texnoloji 

baxımdan yerli qoyun dərisinin aĢılanmasından fərqlənirdi. 

Tüklü dərilərin aĢılanmasında istifadə olunan istehsal alətləri doğanaq, bıçaq 

və çəngəldən ibarət idi. Ġstehsal ləvazimatına tiyan, küp və iri çənlər daxil idi. 

Tüklü dərilərin aĢılanması iĢi ilə, bir qayda olaraq, papaqçı və kürkçülər məĢ-

ğul olurdular. 

 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin