A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə63/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   59   60   61   62   63   64   65   66   ...   102
GönaĢılama. Adətən, camıĢ gönü tən yarıya bölünərək, sığır gönü isə bütöv halda 

aĢılanırdı.  Vaxtında  duzlanmamıĢ  gön  aĢılama  iĢinə  yaramırdı.  Ona  görə  də  tədarük 

zamanı dabbağlar gönün vaxtında duzlanması məsələsinə xüsusi diqqət yetirirdilər. 

AĢa salınmazdan əvvəl, adətən, gön islağa qoyulub yumĢaldılırdı. Quru gön isti 

vaxtlarda  2-3  gün,  soyuq  havalarda  isə  5-6  gün,  təzə  gön  isə  bir  gün  islaqda  sax-

lanılırdı. 

YumĢalmıĢ  gönün  hər  iki  üzü  ilk  növbədə  tük  və  lət  (alsın)  qalığından 

təmizlənirdi. ġəki və ġirvan dabbağları əvvəlcə gönün lətini qaĢıyır, sonra tükünü 

tökürdülər. ġuĢada isə qabaqca gönün tükü tökülür, sonra ləti qaĢınıb təmizlənirdi. 

Ənənəvi dabbağlıq sənətində bu əməliyyatlar "ləttökmə" və "tüktökmə" adlanırdı. 

Gönün  ləti  vərəçü  üzərində  "baladəmir"  ("lətüzən",  "ləskən")  adlanan 

qoĢa dəstəkli kəsici alətlə qaĢınıb təmizlənirdi. Ləttökmə əməliyyatı iki mərhələdə, 

gönün əhəng məhluluna salınmasından əvvəl və sonra icra olunurdu. 

ġəki və ġirvan ustaları gönün tükünü əhəng məhlulu, ġuĢa dabbağları isə 

kəpək vasitəsilə tökürdülər. 

Əhəng aĢını hazırlamaq üçün hər dəfə əhəng quyusuna 5 pud əhəng, 25-

30 vedrə su tökülürdü. Bu 20 ədəd gönün iĢlənməsinə kifayət edirdi. Xam gön 7-8 

gün əhəng məhlulunda qalandan sonra tüklərin dibi boĢalırdı. 

Tükü kəpək vasitəsilə tökmək üçün gönün lət üzünə bolluca kəpək səpib 

üzərinə  su  çiləyirdilər.  Bu  qayda  ilə  gön  20  gün  kəpəkdə  qalıb  tüklərin  dibi 

boĢalırdı. 

Gönün  ləti  kimi  tükü  də  "vərəçü"  (qaĢov  ağacı)  üzərində  "baladəmir" 




 

 

410 



vasitəsilə qaĢınıb tökülürdü. Tüktökmə əməliyyatından sonra mal (gön) su çənində 

ayaqlana-ayaqlana  yuyulub  əhəngdən  təmizlənirdi.  Mal  hələ  yaĢ  ikən  ikinci  dəfə 

lət  üzünü  yenidən  baladəmirlə  qaĢıyıb  təmizləyirdilər.  Nəticədə  gönün  ləti 

tamamilə çıxır, xalis məğzi qalırdı. 

Azərbaycanın bir sıra dabbağlıq mərkəzlərində lət və tükdən təmizlənmiĢ 

gön  birbaĢa  aĢa  qoyulduğu  halda,  ġuĢada  əvvəlcə  o  duza  qoyulur,  sonra  aĢa 

salınırdı. 

Lət  və  tükdən  təmizlənmiĢ  gön  əvvəlcə  cır  nar,  sonra  sarağan  aĢına 

salınırdı. 

Nar  aĢı  hazırlamaq  üçün  40  kq  cır  narm  üzərinə  5  vedrə  su  tökülüb 

tiyanda qaynadılırdı. Narın turĢusu tamam suya çıxandan sora aĢ ağac çənə süzülür 

və  üzərinə  2-3  vedrə  soyuq  su  tökülməklə  istisi  alınırdı.  Gön  nar  aĢında  3-4  saat 

fasiləsiz  olaraq  ayaqla  tapdanırdı.  Bunun  sayəsində  nar  turĢusunun  təsiri  gönün 

məğzinə  keçirdi.  Dabbağ  malı  gücdən  düĢmüĢ  tapdaq  aĢında  iki  gün  qalandan 

sonra  nar  aĢı  təzələnib  yenidən  tapdanırdı.  Daha  iki  gün  keçəndən  sonra  nar  aĢı 

yenidən  bir  də  təzələnirdi.  Beləliklə,  ilkin  aĢılamadan  keçmiĢ  mal  axar  suda 

yuyulur və axırıncı dəfə astar üzü qaĢovlanıb lət qalıqlarından təmizlənirdi. 

Sarağan  aĢını  [120]  hazırlamaq  üçün  1  pud  sarağan  yarpağının  unu  7 

vedrə  isti  suda  qarıĢdırılırdı.  Bu  5-6  gönün  aĢılanmasına  kifayət  edirdi.  Sarağan 

aĢını  çənə  süzüb  gönü  onun  içinə  salır  və  5-6  saat  ərzində  ayaqlayıb  "tamam 

eləyirdilər". 

Sarağanın  qələvi  təsiri  malın  məğzinə  tamam  keçmək  üçün  tapdalanma 

əməliyyatından  sonra  o,  iki  gün  "ölü"  aĢda  saxlanılırdı.  Mal  çəndən  çıxarılandan 

sonra sarağanın ərpi yığılıb atılır və aĢın "ölü" suyuna 2 pud xörək duzu qatılırdı. 

Duzlu suda mal 1 saat ərzində tapdandıqdan sonra çıxarılıb günün altına sərilirdi. 

Bir qədər təpiyəndən sonra arabir onların üzünə duzlu su çilənirdi. 

SatıĢ üçün "dəstəçin" edilməzdən əvvəl aĢılanmıĢ malın astar üzü köhnə palaz 

parçası ilə sürtülüb pardaqlanırdı. 

CamıĢ gönü sığır gönünə nisbətən qalın olduğundan onlar bir-birindən ayrıca 

aĢılanırdı. 

AĢılanmıĢ gönün əsas müĢtərisi baĢmaqçı, çəkməçi, sərrac, qismən isə çarıq-

çılar idi. Buna görə aĢılanmıĢ gön məmulatı "altlıq", "astarlıq", "üzlük", "qayıĢlıq" və s. 

olmaqla müxtəlif növə ayrılırdı. Gönün qalın yeri altlığa, nazik hissələri isə üzlüyə sərf 

olunurdu. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin