AĢılayıcı maddələr. Azərbaycan ərazisi aĢılayıcı xassəyə malik bitki və
mineral maddələrlə zəngin olduğundan dabbağlıq sənətində əsasən yerli vasitələr:
vəlgə (sarağan) yarpağı, sumaq yarpağı, cır nar, əhəng, Ģora, qara zağ, ağ zağ, mis
ovuntusu, naĢatır, dəniz duzu, kəpək, quyruq yağı, sağrı tumu iĢlənmiĢdir.
Sarağan (vəlvə) yarpağı Böyük Qafqaz sıra dağlarının cənub-Ģərq
yamaclarındakı meĢələrdən toplanırdı. Nuxa qəzası keçmiĢdə bütün Cənubi Qafqaz
dabbağxanalarını sarağanla təmin edirdi [117]. Güclü aĢılama xassəsinə malik olan
sarağan yarpağı, adətən, yaz-yay, aylarında toplanıb qurudulurdu. May ayından
əvvəl sarağan yarpağı hələ lazımi dərəcədə turĢuluq xassəsinə malik olmur, sent-
yabrdan sonra isə həmin xassəni tədricən itirib qüvvədən düĢür. Ona görə də dab-
bağlar illik sarağan ehtiyatını yaz-yay mövsümündə toplayırdılar. Sarağan yarpağı
quruyandan sonra dingdə döyülürdü. Sarağan unu ilə gön, sağrı və ətvi aĢılanırdı.
Qoyun və keçi dərisi, adətən, sumaq yarpağı ilə aĢılanırdı. Bunun üçün
onun yarpağını yığıb qurudur və ding vasitəsilə döyürdülər. Dabbağların fikrincə,
sumaq yarpağı nə qədər tez yığılsa, o qədər qüvvətli olur. YağıĢ, Ģaxta dəydikdə
yarpaq turĢuluq xassəsini itirib gücdən düĢür.
Ġstehsahn həcmindən asılı olaraq, hər bir dabbağxana satınalma yolla ildə 2-3
tağardan 5-6 tağaradək sumaq yarpağı tədarük edirdi.
CamıĢ gönü ən çox cır nar vasitəsilə aĢılanırdı. Cır narı, adətən, kal vəziyyətdə
yığıb qurudurdular. Cır nar yetiĢən zaman partlayıb ağzı açılır və tədricən turĢuluq
xassəsi azalırdı. Ona görə də onu vaxtında tədarük edib dabbağlara satırdılar. AĢı,
həmçinin, yetiĢmiĢ nardan da hazırlanırdı. Lakin onu bir həftədən artıq saxlamaq
olmurdu. Quru nar il ərzində iĢlənə bildiyindən yaĢ nardan baha qiymətləndirilirdi.
Bunlarla yanaĢı, aĢılama iĢində quşarmudu, ayıqulağı, qaraqovaq, palıd, vələs,
söyüd, qızılağac, qoz qərzəyi və s. aĢılayıcı və boyaq xassəli bitkilərdən də istifadə
olunurdu. ġuĢa dabbağları dərini ən çox gərmək yarpağı ilə aĢılayırdılar [118].
AĢılama sənətində bəzi mineral maddələr də iĢlənirdi. Sağrıcərdlikdə şora, mis
ovuntusu, naşatır, dabbağlıqda isə sönmüĢ əhəng məhlulu baĢlıca aĢılayıcı vasitələr
sayılırdı.
409
ġirvan dabbağları Ģoranı Hacıqabul, Navahı, Sündü və Udulu kəndlərindən satın
alırdılar. Yayda bu kəndlərin yaxınlığındakı Ģoran nohurlar quruyarkən cadar bağlamıĢ
kəltənləri külünglə sındırıb çuvallara doldurur və dabbağxanalara gətirirdilər. Hər
mövsüm üçün 1-2 tağara qədər Ģora tədarük edilirdi. ġora quru yerdə saxlandıqda
illərlə öz xassəsini itirmirdi.
Gön boyağında "zağ" adlanan dəmir kuporosundan istifadə edilirdi. Zağ iki cür:
ağ və qara rənglərdə olurdu. Ağ zağ gön, qara zağ isə sağrının boyanmasında iĢlənirdi.
Bundan baĢqa, dabbağlıq sənətində bitki mənĢəli boyaqlar da iĢlənirdi. ġirvan dabbağları
tumac və müĢkünü qırmızı rəngə boyamaq üçün Ġrandan gətirilmə xüsusi "talaĢa" ilə,
ġəki dabbağları isə vağam ağacının qabığı ilə rəngab düzəldirdilər. Dəri, həmçinin
palıd ağacının qabığı və qozası ilə də boyanırdı. Sarağan aĢından çıxmıĢ dabbağ malı sarı
rəngdə olduğundan onu təkrar boyağa salmaq lazım gəlmirdi.
AĢılama texnologiyasının baĢlıca mərhələlərindən biri "məsalah" adlanan [119]
aĢqarın hazırlanmasından ibarət idi. Ənənəvi dabbağlıq sənətində müxtəlif növ aĢ və
maya hazırlanırdı.
Azərbaycan dabbağları çoxəsrlik əməli iĢ prosesindo məsəlahın hazırlanma
texnologiyası sahəsində zəngin təcrübə əldə etmiĢlər.
Məmulatın növündən (gön, sağrı, ətvi, tumac, kosala, müĢkü) asılı olaraq məsə-
lahın hazırlanmasında və aĢılama texnologiyasında fərq nəzərə çarpırdı.
Dostları ilə paylaş: |