Xam ipək toxuculuğu. Azərbaycan Ģərbaflığının baĢlıca sahəsini xam
ipəkdən mütəhərrik dəzgahlarda toxunan zərif ipək parça istehsalı təĢkil edirdi.
Azərbaycanın orta əsr Ģəhərlərində (Təbriz, ġamaxı, Ərdəbil, Marağa, Mərənd, Xoy,
Salmas, Naxçıvan, Gəncə, Beyləqan, Qəbələ və s.) Ģərbaflıq sənəti xam ipək toxu-
culuğu ilə təmsil olunmaqla böyük tərəqqiyə çatmıĢdı. Xüsusilə Təbriz və ġamaxı
Ģəhərləri uzun müddət xam ipək toxuculuğunun baĢlıca mərkəzləri olmuĢdur. Orta
əsrlərdə Azərbaycanda olmuĢ əcnəbi səyyahların, demək olar ki, hamısı ipək toxu-
culuğunu ġirvan əhalisinin baĢlıca məĢğuliyyəti hesab etmiĢdir [238]. Qeyd etmək
lazımdır ki, ġirvan Ģərbaflığının üstün mövqeyi XIX əsrin sonlarına, kustar ipək
toxuculuğunun tənəzzülünədək davam etmiĢdir.
ġərbaflığın bu sahəsi Ģəhər karxanaları ilə bağlı olub xırda əmtəə istehsalı səciy-
yəsi daĢıyırdı. XIX əsrdə ġamaxı və onun ətraf kəndləri (Basqal, Mücü və b.) yenə də
karxana Ģərbaflığının mühüm mərkəzi olaraq qalmaqda idi. 1843-cü ildə təkcə ġamaxı
Ģəhərində 220 Ģərbaf karxanası iĢləyirdi [239].
Karxana Ģərbaflığında ixtisaslaĢmanın dərinləĢməsi nəticəsində istehsal pro-
sesləri üzrə bir sıra yardımçı peĢə növləri yaranmıĢdı. Baramanın açılıb kələf çarxı
üzərinə sarınması ilə mancılıqçı, xam ipək tellərinin seçilib yenidən güpü üzərinə
sarınması ilə nəqqat, ipək tellərinin tovlanması ilə tovçu, ara ipəyinin sarınması ilə
sarıyıcı (lüləvəkil), çillə çəkməklə karatan, çilləni bölüb uzatmaqla karaçı, çillə
taylarını nirə və Ģanaya düzməklə tərrah, bilavasitə toxuma əməliyyatı ilə kargər və
pəstəkar, nəhayət hazır məmulatı boyamaq və naxıĢlamaqla boyaqçı (tavakeĢ) məĢğul
olurdu. Xammal tədarükü və hazır məmulatın satıĢı məsələsinin təĢkili Ģərbafın (karxana
sahibinin) üzərinə düĢürdü. Bəzən isə o, eyni zamanda kargər (toxucu) vəzifəsini də
görürdü.
ġərbaf karxanalarında xam ipək bir sıra ilkin texniki emal prosesindən keçirdi.
Belə ki, xam ipək qeyri-yeknəsəq, nazik və mafraq olub bilavasitə toxuma prosesinə
yaramadığından ilk növbədə bir neçə teldən ibarət çillə və lülə (ara ipəyi) hazırlanırdı.
Çillə və ara ipəyinin hazırlanması isə bir sıra texnoloji prosesləri əhatə edirdi.
Toxuma texnologiyasının tələbindən asılı olaraq xam ipək kələfləri ilk növ-
bədə şirab vasitəsilə biĢirilirdi. Bu əməliyyatdan sonra tiftiklənib dolaĢıq düĢmüĢ ipək
telləri saf-çürük edilərək çıxardan təmizlənir və yenidən müəyyən sayda taylaĢdırılıb
465
"küpü" adlanan əl çarxı üzərinə sarınırdı (XXXIII tablo). Nəqqat dəzgahında icra
edilən bu əməliyyatla "nəqqat" adlanan peĢəkar usta məĢğul olurdu [240].
Toxuma prosesinə baĢlamazdan əvvəl mafraq ipək telləri tovvermə yolu ilə
eĢilib möhkəmləndirilirdi. BiĢirilən zaman iliĢkənliyini qismən itirmiĢ ipək lifləri bunun
nəticəsində burulub bir-birinə sarınmaqla, toxuma prosesi üçün zəruri keyfiyyət və
münasib yuvarlaq forma kəsb edirdi. "Çarxto" adlanan tov dəzgahında icra edilən bu
əməliyyat nəticəsində ipək teli lazımi istehsal keyfiyyətini kəsb edirdi.
Çillənin çəkilməsi, həmçinin, xüsusi istehsal vərdiĢinə yiyələnmiĢ ixtisaslı usta
əməyi tələb edirdi. Bu mürəkkəb iĢ prosesi peştaxta, mərrə şanası, çilləçarx və əngələ
adlanan bir sıra əmək alətlərinin köməyi ilə görülürdü. Bu məqsədlə karatan
peĢtaxtanın altına düzülmüĢ çərilərin hər birindən bir tay ipək teli götürüb onları
mərrə Ģanasının gözcüklərindən keçirəndən sonra çilləçarxa bənd edirdi. Əl ilə
fırlanan çilləçarx hərləndikcə ipək telləri onun üzərinə dolanırdı. Karatan bir əli ilə
mərrə Ģanasından gələn ipək tellərini dəstələyib bir yerdə cəm edir, digər əli ilə ara-
bir çilləçarxa təkan verməklə onu fırladırdı. Bu qayda ilə "ərd" və "mərrə" hesabı
ilə bir bəstən iĢə kifayət edəcək miqdarda çillə teli hazırlanırdı.
Ġpək məmulatının böyük əksəriyyətinin çilləsi və ara ipəyi müxtəlif
rənglərə boyanırdı. Boyaq üçün ipək əvvəlcə qəlyədaşı məhlulunda biĢirilərək
yapıĢqan qalığı və yağlaĢovdan təmizlənir, sonra çarpaz dəzgahında xırda kələfcə
formasına salınırdı. Bu iĢlə bilavasitə Ģərbaf özü məĢğul olurdu.
Xam ipəkdən tarixən müxtəlif növ ipək parçalar (siqlatun, kimxa, xitayi,
atlaz, zərbaf, darayı, mov, tafta, qanovuz, alafa, bənarə, çarĢab, kəlağayı və s.)
toxunmuĢdur. Ġpək parçalardan fərqli olaraq kəlağayı həm də qəlib vasitəsi ilə
naxıĢlanıb bəzədilirdi.
Kəlağayının basma-qəlib üsulu ilə naxıĢlanması ilə "tavakeĢ" adlanan
peĢəkar qəlibkar ustalar məĢğul olurdular.
Dostları ilə paylaş: |