(mavi, sürməyi, yaşıl və s.) isə sifariĢ yolu ilə xüsusi küp boyaqxanalarında
boyatdırılırdı.
Ölkədə keci toxuculuğunun sükunət halını poza biləcək sosial-iqtisadi
Ģərait yetiĢmədiyindən əsrlər boyu keci məmulatı, texniki cəhətdən qeyri-təkmil,
bəsit və bu səbəbdən də az məhsuldar əmək alətləri ilə toxunmuĢdur. Azərbaycanın
iqtisadi həyatında əmtəə-pul münasibətlərinin ləng inkiĢafı nəticəsində keci
istehsalının toxuma texnikasına xas olan nisbi gerilik uzun müddət davam etmiĢdir.
Cecim istehsalında tətbiq olunmuĢ toxucu dəzgahı quruluĢ etibarilə ev
toxuculuğunun digər sahələrində iĢlənən dəzgahlarla tipoloji oxĢarlıq təĢkil edirdi.
Cecim dəzgahının iki tipoloji növü zəmanəmizədək gəlib çatmıĢdır.
Onlardan biri Ģaquli əriĢ düzümünə malik olan dik hana olmuĢdur. Dik hana
vasitəsilə cecim toxuculuğu XIX əsrin sonlarına doğru aradan çıxmıĢdı. Bu vaxt
ġamaxı və Göyçay qəzalarının Kürətrafı kəndlərində köhnə Ģərbaflar arasında
toxuculuğun bu tipinə bəzi hallarda təsadüf edildiyi ədəbiyyatda təsbit olunmuĢdur
[234]. Keci məmulatı istehsalının bu arxaik formasında tətbiq olunan toxucu
dəzgahı tipoloji cəhətdən xalça hanası ilə, demək olar ki, eyni idi [235].
Cecim istehsalında baĢlıca yeri üfüqi dəzgahlar sisteminə aid edilən yer
hanası tuturdu. Lakin sonralar, xüsusilə XIX əsrin ikinci yarısından etibarən
əmtəə-pul münasibətlərinin inkiĢafı ilə əlaqədar olaraq satlıq cecim istehsalının
artması nəticəsində üfüqi cecim dəzgahının quruluĢunda bəzi dəyiĢikliklər
edilmiĢdir. Nirə və şanalı dəftin cecim toxuculuğunda tətbiq ediləndən sonra əmək
məhsuldarlığı xeyli yüksəlmiĢdir. Cecim dəzgahında taxta "qılınc"ın dəftin ilə əvəz
olunması, nirə sistemindən istifadə edilməsi, sabit dolağac əvəzinə pəlkeş
vasitəsilə fırladılan mütəhərrik nəvərddən istifadə olunması XIX əsrin sonlarında
kecitoxuma texnikasında baĢ verən mütərəqqi irəliləyiĢlər idi.
Cecim dəzgahının bu tipi bir cüt dolağacdan, onları müəyyən məsafədə
aralı saxlayan 2 cüt mıxçadan, 2 m uzunluğunda 3 ədəd çatma qoldan, bir cüt asma
nirə və dəftindən ibarət idi. Onu quraĢdırmaq üçün nəzərdə tutulmuĢ sahədə bir-
birindən xeyli aralı, qoĢa halda yerə iki cüt mıxça çalınırdı. QoĢa mıxçaların
arasındakı məsafə cecimin eninə müvafiq olur, dal və qabaq mıxçaların arası isə
cecimin boyunun yarısına bərabər tutulurdu. Mıxçaların yuxarı hissəsinə yer
səthindən 2 çərək hündürdə bir cüt köndələn dolağac bağlanırdı.
Qabaq dolağacın yaxın səmtində çatma qurulurdu. Nirə və dəftin ciyə
vasitəsi ilə çatmadan asılandan sonra dolağaclara əriĢ düzülürdü. Bir qayda olaraq,
əriĢ tayları dolağacın birindən digərinə ötərkən eyni zamanda nirə və Ģanadan da
keçirilirdi. ƏriĢ tellərinin ağız açması üçün onların tək tayı, qabaq, cüt tayı isə arxa
nirənin lingəsinə salınırdı. Bunun sayəsində asqı ipi vasitəsilə nirələr yuxarı çəkilib
bağlandıqda əriĢin üst tayları yerdən bir qarıĢ hündürə qalxmaqla gərilmiĢ
463
vəziyyətdə qalırdı.
Toxuma əməliyyatı qabaq dolağacın önündən baĢlanırdı. Bunun üçün
toxucu döĢəkçə üzərində oturub qısa arğac iplərini nirə vasitəsilə əriĢ taylarının
arasına salırdı. Arğac hər dəfə əriĢ taylarının arasından keçəndən sonra dəftin
vasitəsilə vurulub qabağa çəkilir və özündən əvvəlki arğacın yanına sıxlaĢdırılırdı.
Bu qayda ilə toxuma əməliyyatı davam etdirilib irəlilədikcə arabir
əməliyyat dayandırılır və hazır hissə fırladılıb qabaq dolağacın arxasına ötürülürdü.
Cecimin hər bir ədədinin toxunma müddəti bəzən 2-3 həftə çəkirdi. Ona
görə də çirklənməmək üçün, onun toxunmuĢ hissəsi bez və ya digər köhnə parçaya
bükülürdü.
ƏriĢ çarpazlarının sayını və aldəyiĢik edilmə qaydasını dəyiĢdirmək,
yaxud rəngli arğac ötürmələrini əvəzləmə yolu ilə cecim üzərində müxtəlif
səciyyəli naxışları əldə edilirdi.
Cecim naxıĢları ornamental xüsusiyyətlərinə görə palaz bəzəkləri ilə
tipoloji oxĢarlıq təĢkil edir. Bu yaxınlıq xüsusilə zolaqlı cecim bəzəklərində daha
qabarıq Ģəkildə nəzərə çarpır. Cecim naxıĢlarının tipik növü olan ala-bəzək
zolaqlar dar və enli xətlərdən, yaxud bunların müxtəlif sayaq qovuĢmasından
əmələ gətirilirdi. Bunun üçün, əsasən, əriĢ düzümlərinin ala-bəzək tərtibatından
istifadə olunurdu. Bununla yanaĢı, cecim toxuculuğunda həndəsi və nəbati
məzmunlu naxıĢ nümunələrinə də geniĢ yer verilirdi. Belə halda zolaqlar cecim
üçün fon təĢkil edir, ornamental rəsm və fiqurlar isə məmulatın naxıĢ bəzək
xüsusiyyətini, onun çeĢni əlamətini qabarıq surətdə təzahür etdirirdi. Məhz bu
səbəbdən də naxıĢlı cecim çeĢniləri zolaqların səciyyəsinə görə deyil, həmin
bəzəklərin növünə (dırnaqlı, gül, yarpağı, tovuz quĢu, ağyerli və s.) görə
fərqlənirdi.
ƏriĢ və arğacın müxtəlif rənglərdə tərtibatı yolu ilə əmələ gətirilmiĢ
toxuma zolaqlardan fərqli olaraq, ornamental cecim naxıĢları əlavə gücü ipi
vasitəsilə toxunurdu.
Cecim məmulatı təkcə bəzək xüsusiyyətinə görə deyil, istehsal
texnologiyası cəhətdən də qruplara ayrılır. Bundan asılı olaraq, cecimlərin bir
qismi ikiüzlü, müəyyən hissəsi isə birüzlü toxunurdu.
Ġkiüzlü toxunan cecimlər "həmiyan" adlanmaqla daha yüksək
qiymətləndirilirdi. Onun istehsalına xeyli artıq xammal və əmək sərf olunurdu.
Bəzək tərtibatı etibarilə həmiyanın müxtəlif çeĢidləri (tovuz quşu, alaköynək,
məlikəli, belibağlı və s.) mövcud olmuĢdur. Zolaqlı həmiyan ən çox ġuĢa qəzasının
Lənbəran kəndində istehsal olunurdu. Zolaqlı cecimin "obagəzər" adlanan digər
növü isə həmin qəzanın Ağcabədi və Xalfələddin kəndlərində toxunurdu [236].
"Köynək" və ya "alaköynək" adlanan cecim növü həmiyanla eyni ölçüdə
(eni 8 gireh, uzunu 12 xan arĢını) keci sapdan toxunurdu. Bundan fərqli olaraq
"döĢəküzü" (eni yarım arĢın, boyu 6 xan arĢını) həm kecidən, həm də xam ipəkdən,
bəzən isə bunların qatıĢığından toxunurdu.
464
DöĢəküzü bəzək tərtibatına görə, "gül yarpağı" və dırnaqlı" olmaqla, iki
cür hazırlanırdı. NaxıĢlı döĢəküzü ipək qarıĢığı ilə toxunduqda "çarqat" adlanırdı.
NaxıĢsız (saya) döĢəküzü "ağyerli" və "ağəbirli" olmaqla iki çeĢiddə toxunurdu
[237].
Cecim tipli ipək məmulatına, həmçinin, XIX əsrin sonlarında məiĢətdən
çıxmıĢ yorğanüzü də daxil iri. Yorğanüzü eyni zamanda xam ipək qatıĢığı ilə də
toxunurdu.
Birüzlü cecimlərin tipik nümunəsi "saya" adlanırdı. Saya cecim bəzək
etibarilə bəsit tərtibata malik olmaqdan əlavə, həm də nazik toxunurdu. Bu
səbəbdən də onun hazırlanması xeyli az material (keci, boya və s.) tələb edirdi.
Dostları ilə paylaş: |