A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə88/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   84   85   86   87   88   89   90   91   ...   102
 


 

 

455 



BƏZZAZLIQ 

 

Ənənəvi  parça  istehsalında  bəzzazlıq  mühüm  yer  tutmuĢdur.  Yerli 



xammal  əsasında  inkiĢaf  edən  bu  sənət  pambıqçılıq  təsərrüfatı  ilə  üzvi  surətdə 

bağlı olmuĢdur. 

Orta  əsrlərdə  Təbriz,  Mərənd,  Ordubad,  Gəncə  və  s.  Ģəhərlər 

Azərbaycanda  pambıq  parça  istehsalının  baĢlıca  mərkəzlərinə  çevrilmiĢdi.  [206] 

Evliya Çələbinin yazdığına görə, Naxçıvanın çit parçaları, qələmkar süfrələri bütün 

dünyada  Ģöhrət  qazanıbmıĢ  [207].  Son  orta  əsrlərdə  pambıq  parça  istehsalında 

Təbriz,  Marağa,  Mərənd,  Xoy,  Gəncə,  Bakı,  ġamaxı,  Kəhpəvan  görkəmli  yer 

tuturdu  [208].  E.Çələbi  Marağa  əhalisinin  bəzzaz  və  digər  toxuculardan  ibarət 

olduğunu xəbər verir [209]. Kəhrəvan özünün qələmkar, basma çit və bez parçaları 

ilə məĢhur olmuĢdur [210]. 

XIX  əsrdə  Azərbaycanın  pambıq  parça  istehsalında  Gəncə,  Naxçıvan  və 

Ordubad  görkəmli  yer  tuturdu.  Bununla  yanaĢı,  bəzzazlıq  sənəti  ġamaxı  və  ġuĢa 

Ģəhərlərində də davam etdirilməkdə idi. 

XIX  əsrin  30-cu  illərinə  aid  yazılı  mənbələr  Azərbaycan  bəzzazlığının 

ümumi vəziyyəti barədə dolğun təsəvvür yaradır. Bu dövrdə bez istehsalı, əvvəllər 

olduğu kimi, təkcə Ģəhər karxanalarında deyil, ev peĢəsi formasında kəndlərdə hələ 

də  qalmaqda  idi.  XIX  əsrin 30-cu illərində  Qazax distansiyasından bəhs edən bir 

mənbədə  xalça, palaz, Ģal  və  bu kimi  yun  məmulatı ilə  yanaĢı,  hər bir ailədə  bez 

toxunduğu xəbər verilir [211]. Həmin dövrdə ġamaxı Ģəhəri ilə yanaĢı, ġirvanın bir 

sıra  kəndlərində  pambıqdan  tuman,  köynək  və  örpək  hazırlamaq  məqsədilə  bez 

toxunurdu  [212].  Mənbənin  yazdığına  gorə,  Rusiyada  kətan  necədirsə,  burada  da 

bez eləcə adidir [213]. 

Ənənəvi  bez  istehsalında  baĢlıca  yeri  Ģəhər  karxanaları  tuturdu.  Bu 

dövrdə,  yəni  30-cu  illərin  əvvəllərində  təkcə  Gəncə  Ģəhərində  164  nəfər  toxucu 

[214] olmuĢdur ki, bunun da böyük əksəriyyətini bəzzazlar təĢkil edirdi. XIX əsrin 

30-cu  illərində  Naxçıvan  Ģəhərində  təkcə  bəzzazların  sayı  40  nəfərə  çatırdı  [215]. 

Həmin  dövrdə  Naxçıvan  və  Ordubadda  271  nəfər  toxucu  iĢləyirdi  ki,  [216] 

bunların da çoxu bəzzazlardan ibarət idi. 

Bez istehsalının mühüm mərkəzlərindən birinə çevrilmiĢ Gəncə Ģəhərində 

müxtəlif  çeĢiddə  pambıq  parça  toxunurdu.  XIX  əsrin  30-cu  illərində  Gəncə 

karxanalarında 30 bez dəzgahı iĢləyirdi. Həmin dəzgahlarda il ərzində 2000 top ağ 

bez,  200  top  qırmızı  bez  (Ģilə)  və  400  topa  yaxın  calamaya  (nazik  bez) 

toxunmuĢdur [217]. 

1829-cu  ildə  ġuĢa  Ģəhərində  80  toxucu  dəzgahı  olan  28  bez  karxanası 

fəaliyyət  göstərirdi.  Ġl  ərzində  burada  hər  birinin  uzunluğu  10  arĢın,  eni  7  gireh 

olan 8000 top bez toxunurdu [218]. 

XIX  əsrin  30-cu  illərində  ġamaxıda,  ağ  və  qara  rəngdə  olmaqla,  iki  cür 

bez istehsal edilirdi. ArĢınnüma toxunan ağ bezin hər topunun uzunu 12 arĢın, eni 



 

 

456 



1-1/4 arĢın, qara bezin isə uzunu 10 arĢın, eni 3/4 arĢına çatırdı. Həmin dəzgahlarda 

bezdən əlavə hər birisinin uzunluğu 8 arĢına çatan yorğan üzü də toxunurdu [219]. 

Bəzzaz dəzgahlarının hər birində, iki nəfər iĢləməklə, gün ərzində 3 ədəd 

bez və ya yorğanüzü toxunurdu [220]. Əmək  məhsuldarlığı barədə aydın təsəvvür 

yaradan  bu  məlumatdan  bir  daha  aydın  olur  ki,  Ģəhər  karxanalarındakı  bez 

dəzgahları  mütəhərrik  quruluĢa,  yəni  təpkən  vasitəsilə  hərəkət  etdirilən  nirəĢana 

sisteminə malik imiĢ. 

Daxili tələbatın qalması ilə əlaqədar Azərbaycanda bəzzazlıq sənəti XIX 

əsrin 40-50-ci illərində hələ də davam etməkdə idi. Xəzər vilayəti rəisinin 1841-ci 

ilə  dair  hesabatında  ġirvan,  TalıĢ  və  Quba  əyalətlərinin  fərdi  təsərrüfatlarında 

becərilən  pambıq  məhsulunun  bir  hissəsinin  ev  məiĢətində  iĢləndiyi,  yerdə  qalan 

hissəsinin  isə  yerli  bez  istehsalına  sərf  olunmaq,  yaxud  Rusiya  və  digər  ölkələrə 

ixrac edilmək üçün satıĢ bazarlarına çıxarılması barədə məlumat verilir [221]. Bakı 

əyalətinin 1842-ci ildəki vəziyyətinə dair hesabatda isə məhdud miqdarda becərilən 

AbĢeron pambığının bir hissəsindən yerli istehlak məqsədilə bez toxunduğu, qalan 

hissəsinin  Quba  əyalətinə  göndərildiyi  xəbər  verilir  [222].  1843-cü  ildə  ġirvan 

qəzasında  35,  Dərbənddə  10  bez  karxanası  fəaliyyətdə  idi  [223].  50-ci  illərinin 

əvvəllərində Gəncədə təkcə calamaya (nazik bez) istehsalı üzrə 30 dəzgah iĢləyirdi 

[224]. 

Xam  bezdən  bəsit  boyama,  qələmkarlıq  və  ya  basma-naxış  üsulu  ilə 

müxtəlif növ pambıq parçalar hazırlanırdı. 

Bez  əksər  hallarda  təbii  ağ  rəngdə  toxunandan  sonra  müxtəlif  rənglərə 

boyanırdı. Onu qırmızı rəngə boyamaqla "Ģilə", tünd göy rəngə boyamaqla "qədək" 

əldə  edilirdi.  Bezin  qaba  növü  sayılan  codananı  mavi  rəngə  boyamaqla  ondan 

"çadra" hazırlanırdı. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin