Quba-Şirvan xalçaları qısa xovlu
(ilmələrinin gödək) olması, zəngin ornament
bəzəkləri,
rəmzi
mahiyyətli
naxıĢların
çoxluğu, rəng əlvanlığı ilə seçilir. Bu qrup
xalça çeĢnilərində xonça və xırda naxıĢ
motivləri üstün yer tutmuĢdur.
Quba xalçalarının 35 çeĢnisi qeydə
alınmıĢdır [200]. Qonaqkənd və Dəvəçi
xalçaları texnoloji xüsusiyyətinə görə Quba
xalçaları ilə tipoloji oxĢarlıq təĢkil edir.
"ġahnəzərli", "Qonaqkənd", "Qımıl", "Qrız",
"Cek", "Alpan", "Zeyvə", Minarə", "Köhnə
Quba" və s. çeĢnilərin əsasını xonça
kompozisiyası təĢkil edir. Xırda naxıĢlı Quba
xalçalarının tipik nümunələri "Pirəbədil",
"Herat Pirəbədil", "Qollu Çiçi", "Sırt Çiçi",
"Xırdagül Çiçi" çeĢnilərindən ibarətdir.
Şirvan xalçalarının 25-ə qədər
çeĢnisi məlumdur [201]. Salyan və Qəbələ
mahalı xalçaları tipoloji cəhətdən ġirvan
xalçalarına çox yaxındır.
ġirvan
xalçaları
çeĢni
rəngarəngliyinə görə Quba xalçalarından
qismən fərqlənir. Xonça və xırda naxıĢ
çeĢnilərindən
("ġirvan",
"ġamaxı",
"Qobustan", "Salyan", "Qəbələ", "Ərçiman",
"Mərəzə", "Sorsor", "ġilyan" və s.) əlavə, bu
qrupa "Namazlıq" və "Bəndirumi" kimi
orijinal kompozisiyalı xalça çeĢniləri də
daxildir. ġirvan xalçalarında, həmçinin, buta
motivli bəzək ünsürləri ("gülabdan buta",
"çiçəkli buta", "bala buta", "badamı buta" və
453
s.) üstünlük təĢkil edir.
Abşeron xalçaları texniki cəhətdən Quba –
ġirvan xalçalarından o qədər də seçilmir. Təkcə
bədii bəzək məziyyətlərinə görə onlardan müəyyən
qədər fərqlənir. AbĢeronun xonça çeĢnili xalçaları
Suraxanı, Novxanı, Fatmayı, Goradil, Nardaran,
Xızı, Fındıqan, Çaylı kəndlərində hazırlanan
eyniadlı xalçalardan ibarət olmuĢdur. Bundan baĢqa
AbĢeronda məĢhur ―XiləəfĢan‖, ―Xiləbuta‖ çeĢniləri
də geniĢ yayılmıĢdır. [202].
Qarabağda tarixən dəst xalça hazırlamaq
geniĢ dəb halını almıĢdır. Bu xalçalar böyük həcmli
və nəbati motivli ornamentləri ilə Azərbaycanın
digər bölgələrinə məxsus xalça məmulatından
fərqlənir. "Nəlbəki-gül", "Balıq", "Dəryanur",
"Açma-yumma", "Xanlıq", "Ləmpə", "Bağçada
güllər" kimi diqqəti cəlb edən çeĢnilər Qarabağ
xalçalarının ən gözəl nümunələri sayılır [203].
"Qoca", "Buta" ("Badam buta", "ġabalıd buta"),
"Xan tirmə" və s. uzun müddət dəbdən
düĢmədiyindən müxtəlif tarixi dövrlərdə dönə-dönə
təkrar toxunmuĢdur. Bu cəhətdən Qarabağ
xalçaçılığının tipik nümunəsi olan XVII əsrdə
toxunmuĢ "Qoca" adlı çeĢni nümunəsi diqqəti daha
çox cəlb edir. Nə vaxt və hansı yollasa Atlantik
okeanını aĢıb uzaq Amerika qitəsinə gedib çıxmıĢ
hazırda Nyu-York Ģəhərindəki Metropoliten
incəsənət muzeyində qərar tutmuĢ bu orijinal xalça
nümunəsi zanbaq motivli nəbati naxıĢlarla zərif
Ģəkildə bəzədilmiĢdir.
Qarabağın ənənəvi xonçasız xalçaları
arasında "Balıq" çeĢnili qədim xalça növü daha
geniĢ yayılmıĢdır. Bu çeĢninin bəzək-naxıĢ
ünsürləri arasında stilizə olunmuĢ balıq rəsmi
baĢlıca
yer
tutsa
da,
onun
ornamental
xüsusiyyətlərini nəzərə çapdıran və "göl" adlanan
mərkəzi sahəsi nəbati naxıĢlarla, xüsusilə çoxsaylı
zanbaq və qızılgül rəsmləri ilə bəzədilmiĢdir.
Qarabağın "Bağçada güllər" çeĢnili xalçası
Drezden Ģəkil qalareyasında nümayiĢ etdirilən XIV
əsrə aid bir Florensiya rəssamının əsərində öz
454
əksini tapmıĢdır. "Balıq" çeĢnili Qarabağ xalçalarının 1811-ci ildə toxunmuĢ bir
nümunəsi hazırda Tiflis Ģəhərindəki Xalq Tətbiqi Sənəti muzeyində
saxlanılmaqdadır.
Gəncə - Qazax xalçaları Qarabağ
xalçaları kimi, hündür xovlu olmaları ilə
səciyyələnir. Gəncə xalçalarının məĢhur
çeĢniləri ―Köhnə Gəncə‖, ―Topalhəsənli‖,
―Samux‖, ―Gədəbəy‖, ―Çıraqlı‖, ―Çaylı‖ və
s.-dən ibarətdir. [204].
Qazax xalçalarının əsas ornamental
xüsusiyyətlərindən birini gölün ətrafında geniĢ
rəng fonunun yaradılması təĢkil etmiĢdir. ġıxlı,
Salahlı, Dağkəsəmən, Qaymaqlı, Ağköynək,
Çaylı, Öysüzlü kəndləri Qazax xalçaçılığının
baĢlıca istehsal mərkəzləri və eyniadlı xalça
çeĢnilərinin tipik nümunələri olmuĢdur. Borçalı
xalçaları ("Qarayazı", "Qaçağan") həm texniki,
həm də çeĢni xüsusiyyətləri cəhətdən tarixən
Qazax xalça tipinə yaxın olmuĢdur [205].
Xonçasız xalça çeĢniləri arasında
özünün zəngin bədii ornament məziyyətlərinə
görə, gül motivli, o cümlədən "Nəlbəki gül"
kompozisiyasına malik çeĢni növü diqqəti daha
çox cəlb edir. SənətĢünaslıq ədəbiyyatında çox
vaxt "Minə xani" adı ilə bəlli olan və ġərq
ölkələrinin xalçaçılıq sənətində geniĢ yayılmıĢ
bu çeĢninin orta gölü baĢdan baĢa nəlbəkiyə
bənzəyən iri həcmli çiçəklər, xüsusilə zanbaq
çiçəyi düzümü ilə bəzədilib tərtiblənmiĢdi.
Çiçəklərin ağ rəngini nəzərə çapdırmaq üçün bu tipdə olan xalçaların yerliyi, adətən
yaĢıl bəzən isə qırmızı rəngli ilmələrlə doldurulurdu. Ənənəvi xalçaçılıq sənətinin
zəmanəmizədək gəlib çatmıĢ qədim çeĢni nümunələrindən biri də "buta" kompozisıyalı
xalça növü olmuĢdur. Bu tipdən olan xalçaların bəzək-naxıĢ kompozisiyası baĢdan-baĢa
buta motivli rəsm nümunələri ilə tərtiblənirdi.
Buta motivli bəzək növünə təkcə xalçaçılıq sənətində ("Xilə buta", "ġirvan buta",
"TalıĢ buta", "Naxçıvan buta", "Gülabdan buta" və s.) deyil Azərbaycanın digər tətbiqi
sənət sahələrində, xüsusən kəlağayı, tirmə, tikmə, qələmkarlıq məmulatı, mis qablar
üzərində ("ġah buta", "Bala buta", "Tərsavand buta", "Çiçəkli buta" və s.) təsadüf
olunur.
Dostları ilə paylaş: |