A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə86/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   82   83   84   85   86   87   88   89   ...   102
haşiyə (yelən) və mərkəz (aralıq göl) olmaqla, iki hissəyə ayrılır. ÇeĢni növündən asılı 

olaraq  xalçaların  yelən  və  göl  naxıĢları  həm  forma,  həm  də  ilmələrin  rəng  uyarı 

etibarilə  bir-birindən  fərqlənirdi.  Hətta  eyni  çeĢnidə  toxunmuĢ  xalçanın  rəng  uyarında 

toxucunun  zövqündən,  xoĢlayıb  seçdiyi  boya  çalarından  asılı  olaraq,  bəzək-nəqĢ 

ünsürlərinin icrasında bənzərsizlik nəzərə çarpırdı. Buradan da eyni çeĢninin çox vaxt bu və 

ya  digər  istehsal  mərkəzinin  adı  ilə  məĢhur  olan  saysız-hesabsız  çeĢidləri  yaranmıĢdır. 

Xüsusilə, toxucu öz peĢəsinə yaradıcılıqla yanaĢdıqda, çeĢni növündən asılı olmayaraq, 

hər bir xalça bənzərsiz dekorativ sənət əsərinə çevrilirdi. 

ÇeĢni növündən asılı olaraq, xalça yeləni "dirək" adlanan bir neçə zolaqdan iba-

rət toxunurdu. Yelənin mərkəz zolağı, adətən, xeyli enli olmaqla iri naxıĢlarla toxunurdu. 

Onun hər iki yanını xırda naxıĢlı dar zolaqlar əhatə edirdi. Dar zolaqlar çox vaxt naxıĢ 

forması və rəng uyarı cəhətdən bir-birini təkrarlayırdı. Yelənin qıraq haĢiyələri, adətən, 

aralıq sahənin, baĢqa sözlə gölün yerliyi ilə ümumi rəng vəhdəti təĢkil edirdi. Bəzi xalça 

çeĢnilərində  isə  bundan  əlavə,  yelən  zolaqlarının  kənan  boyunca  iki-üç  çindən  ibarət 




 

 

451 



yekrəng (qara, qırmızı, sarı, ağ, göy və s.) yan "dirək"lər toxunurdu. Yelən zolaqlarında ən 

çox təsadüf olunan naxıĢ nümunələri "caynaq", "barmaq", "ləpir", "kökə" və s. ibarət 

olurdu. 

Xalçanın dekorativ bəzək kompozisiyasının əsas məğzini "göl" naxıĢları təĢkil 

edirdi. Bu səbəbdən də göl naxıĢları  mahiyyət etibarilə bu  və  ya digər çeĢnini  müəyyən 

edən baĢlıca meyar sayılırdı. 

Xalçanın yanları üçqat bükdərilmiĢ xüsusi "uc ipi" ilə ayrıca hörülürdü. Bunun 

üçün xalça tədricən toxunub qalxdıqca onun hər iki yanından üç ədəd kənar əriĢ tayının 

arası ayrıca hörülüb ilmə ilə bərabərləĢdilirdi. 

Yelənin sonuncu uc "dirəyin"dən sonra "daban" ilmələri bəndlənib toxunurdu. 

Bununla da ilməçalma əməliyyatı tamamlanırdı. Ġlmələr sökülməsin deyə, sonuncu ilmə 

çinindən sonra yenidən bir-iki barmaq enində arğac toxuması gedilirdi. Xalçanı hanadan 

düĢürmək üçün əriĢ tayları gücü ağacının alt hissəsində doğranırdı. Sökülməsin deyə, əriĢ 

tayları doğrandıqca onların ucları "tökmə" üsulu ilə hörülürdü. 

Azərbaycanda  tarixən  süjetli  xalçalara  nisbətən  ornamental  kompozisiyalı 

xalçalar üstünlük təĢkil etmiĢdir. Ornamental xalçaların bəzək-naxıĢ tərtibatına görə bir-

birindən seçilib fərqlənən çoxsaylı çeşniləri yaranmıĢdır. Xalça toxucularının müxtəlif 

nəsilləri  tərəfindən  dönə-dönə  toxunub  təkrarlanan,  hər  dəfə  də  yeni  çalarlar əlavə 

edilən  həmin  çeĢnilərin  xeyli  hissəsi  zamanın  sınaqlarından  keçib  dövrümüzə  qədər 

gəlib çatmıĢdır. 

Bəzək-naxıĢ  kompozisiyasına  görə,  Azərbaycan  ornamental  xalçaları 

xonçasız və xonçalı olmaqla iki tipoloji qrupa bölünür. 

Daha qədim tarixə malik olan xonçasız xalçalarm bir sıra çeşniləri zəmanə-

mizədək gəlib çatmıĢdır. 

Bədii-texniki xüsusiyyətlərinə görə Azərbaycanda dörd böyük xalçaçılıq məktəbi 

mövcud  olmuĢdur:  Təbriz,  Quba-ġirvan,  Qarabağ  və  Gəncə-Qazax  [199].  Bu  mək-

təblərin hər birinin bir sıra məhəlli istehsal mərkəzləri və çoxlu çeĢniləri yaranmıĢdır. 

Azərbaycanın ən qədim və məĢhur xalçaçılıq məktəblərindən biri Təbriz xal-

çaçılıq məktəbidir. ġöhrəti bütün dünyaya yayılmıĢ Təbriz xalçaçılıq məktəbi hələ Xl-

XV  əsrlərdə  çiçəklənmə  dövrü  keçirmiĢ,  XVI-XVII  əsrlərdə  isə  yüksək  inkiĢaf 

mərhələsinə çatmıĢdır. Bu məktəbə mənsub xovlu və xovsuz xalçalar bədii  tərtibat, 

kompozisiya  və  naxıĢ  bəzəklərinin  müxtəlifliyi  ilə  fərqlənir  və  iki  qrupa  ayrılırlar: 

Təbriz və Ərdəbil qrupları. 

Təbriz xalçaçılıq məktəbinin "Təbriz", "BaxĢayıĢ", "Ağaclı", "Saxsıda güllər", 

"Ərdəbil",  "Xətai",  "Bağ-behiĢt",  "Bağ-meĢə",  "Balıq",  "Buta",  "Ceyranlı"  və  b. 

klassik kompozisiyaları məĢhurdur. Bu xalçaların bəzəklərində incə nəbati və həndəsi 

naxıĢlar,  insan  və  heyvan  fiqurları,  memarlıq  abidələrinin  təsviri  əsas  yer  tutur. 

Təbrizdə  1539-cu  ildə  toxunmuĢ  "Ləçəktürünc"  kompozisiyalı  "ġeyx  Səfi"  xalısı 

Londonun  Viktoriya  və  Albert  muzeyində  nümayiĢ  etdirilir.  Ornamental  xalçaların  ən 

gözəl  nümunəsi  olan  bu  sənət  əsərinin  uzunluğu  56,  eni  12  m-dir.  Təbriz  xalçaçılıq 

məktəbinin süjetli xalça nümunələrindən olan "Dörd fəsil" və "Ov səhnəsi" əsərləri 




 

 

452 



isə Nyu-Yorkun Metropoliten muzeyində nümayiĢ etdirilirlər. 

Təbriz 


xalçaçılıq 

məktəbi 


ilə 

Azərbaycanın digər xalçaçılıq məktəbləri ara-

sında  yaradıcılıq  əlaqəsi  olmuĢdur.  Bu 

məktəbin  "Ləçəktürünc",  "Buta",  "Balıq", 

"Sərabi"  və  "ƏfĢan"  kompozisiyaları  ilə 

Bakının "Xiləbuta" və "XiləəfĢan", Qarabağın 

"Xanlıq"  və  "Balıq"  xalçaları  arasında  bədii 

cəhətdən uyğunluq vardır. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin