güllü olmaqla iki qrupa ayrılır.
Bəsit keçirtmə (çalkeçir) üsulu ilə toxunan saya palazın arğac ipi əriĢ taylarını
təkbir qaydada çalkeçir etdiyindən onun həm astar, həm də avand üzü eyni görkəm
alırdı. Ġkiqat toxuma texnikası ilə hazırlanmıĢ palaz növü el arasında çox vaxt "yer
palazı" adlanırdı.
Yer palazı zolaqlı və zolaqsız (saya) olmaqla iki cür toxunurdu. Saya palazın
həm əriĢinə, həm də arğacına eyni rəngli, yaxud oxĢar rəng çalarına malik ip iĢlənirdi.
Zolaqlı palazın əriĢ düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz surətdə təkrarlanan
müxtəlif rəngli iplərdən tərtib edilirdi.
Toxuma texnikası cəhətdən şəddə zolaqlı palaz ilə tipoloji oxĢarlıq təĢkil edirdi.
ġəddə bəzən Ģahmatsayağı bəzəkli toxunurdu. Bu halda onun əriĢi və arğacı rəngbərəng
iplərdən ibarət olurdu. Eyni rəngli əriĢ və arğac iplərinin miqdarını artırıb azaltmaqla
Ģəddə xanalarının ölçüləri dəyiĢdirilirdi.
Güllü palaz istehsal texnikasına görə saya palazdan fərqlənməklə tayüzlü toxu-
nurdu. Güllü palazın tipik növü kilim olmuĢdur. Azərbaycanın xalçaçılıq mərkəzlərində
kilimin toxuma texnikası cəhətdən bir-birinə yaxın olan müxtəlif növləri: zili, vərni,
sumaq, ləmpə, gülvəngəli və s. yaranmıĢdır. Kilim tipli məmulat növləri mürəkkəb
keçirtmə, dolama, (ilgəkli dolama), dərmə, qıyıq, ladı və s. olmaqla müxtəlif texniki
üsullarla toxunurdu.
Mürəkkəb keçirtmə texnikası ilə hazırlanan güllü palazın əriĢ taylarını aralamaq
üçün ümumi dal ağacı əvəzinə qısa çilik iĢlənirdi. Cərgə ilə çin-çin toxunan ilmə və ya
boya-boy keçirilən arğac iplərindən fərqli olaraq, güllü palazın bəzək ipləri naxıĢ
ünsurünü müstəqil toxuyan hər bir qadının qarĢısındakı, əriĢ taylarının arasından çilik
vasitəsilə keçirilib toxunurdu.
"Dolama", yaxud dərmə texnikası ilə birüzlü toxunan kilimlərdə naxıĢ ünsürü
ilməsayağı rəngbərəng boyanmıĢ xüsusi bəzək ipinin köməyi ilə əmələ gətirilirdi.
NaxıĢın müvafiq hissələrinin rəng uyarının tələbindən asılı olaraq bəzək iplərinin
sərbəst ucu, bir qayda olaraq, məmulatın, astar üzünə çıxarılırdı.
Adətən, 2-3 nəfər tərəfindən müĢtərək toxunan kilim dərmə, yaxud
dolama (o cümlədən ilgəkli dolama) texnikası əsasında hazırlandığından onun bəzək
ünsürləri xalça texnikasında olduğu kimi, çin-çin deyil, müstəqil surətdə bu və ya digər
449
bəzək növü tamam oluncayadək ayrı-ayrılıqda toxunurdu. Ona görə də kilim toxuyan
qadınların hər biri bilavasitə özünün öhdəsinə düĢən bəzək ünsürünü müstəqil surətdə,
"yançı''nı gözləmədən toxuyub baĢa çatdırırdı. Bununla belə, rəngbərəng xüsusi bəzək
ipi ilə toxunan kilim istehsalında yeri gəldikcə birbaĢa ötürülən arğac keçirmələrindən
də istifadə olunurdu.
Palaz növlərinin özünə məxsus istehsal texnikası yaranmıĢdı. Saya palaz və Ģəddə
bəsit, kilim tipli məmulat növləri isə mürəkkəb toxuma texnikası ilə hazırlanırdı. Lakin
istifadə məqsədindən və istehsal mərkəzlərinin üslub xüsusiyyətlərindən asılı olaraq,
eyni məmulat növü tarixən onun üçün sabitləĢmiĢ səciyyəvi istehsal texnikası ilə yanaĢı,
digər texniki üsullarla da toxunurdu. Bu cəhət məiĢət müxəllafatının (məfrəş, çuval,
xurcun, heybə) hazırlanmasında daha çox nəzərə çarpırdı. Azərbaycanın qərb
bölgələrində, o cümlədən üslub etibarilə Qazax xalçaçılıq mərkəzinə yaxın olan
Borçalı, Qarayazı və Göyçə mahallarında geniĢ dəbdə olan qıyıq məfrəş, dərmə çuval
bu cür mürəkkəb toxuma üsulu ilə hazırlanırdı.
Xalça-palaz məmulatının bütün növləri, əsasən, eyni dəzgahda - dik hana vasi-
təsi ilə toxunurdu. Hana hissələri ağacdan olub bir cüt qoldan, onları köndələn vəziyyətdə
birləĢdirən alt və üst oxdan, daban paralarından ibarət bəsit quruluĢa malik idi. Hananın
köməkçi hissələrinə gücü ağacı, gücü çubuğu, vərəngalan, dal ağacı, ağız çubuğu,
Dostları ilə paylaş: |