Xovlu xalça məmulatı ölçü, forma və təyinatına görə xalı, kəbə, xalça, canamaz
olmaqla müxtəlif növlərə aynlır. Bununla yanaĢı, keçmiĢdə Azərbaycanın bəzi böl-
gələrində "dəst xalça" (fərĢ) toxumaq dəb halını almıĢdı. Vaxtilə Qarabağın dəst
xalçalarına bir ədəd orta xalı (uzunu 5-7, eni 2 arĢın), "kənarə" adlanan bir cüt yan xalça
(uzunu xalının boyuna müvafiq, eni 1 arĢın), bir ədəd "sərəndaz" adlanan kəlləlik xalça
daxil idi. Bunlardan əlavə varlı evləri üçün bəzən "dəst xalı"ya "payəndaz" adlanan ayaqlıq
da əlavə olunurdu. Xovlu xalça məmulatı arasında böyük ölçüyə, çeĢni zənginliyinə, naxıĢ-
bəzək gözəlliyinə, rəng əlvanlığına görə xalı xüsusi yer tuturdu.
Xalı - ənənəvi xalça məmulatının ölçü etibarı ilə ən böyük növü olub, çox vaxt
dəst halında toxunardı. Əsasən, evin döĢəməsinə salındığından xalının boyu otağın
ölçüsünə müvafiq olaraq, 4,5 arĢından 6, bəzən isə 7 arĢına çatırdı. Xalı adətən, dəst
halında iĢləndiyindən o, "miyanə", yaxud "ortalıq" adlanmaqla, 2 arĢın enində
toxunurdu. Xalının nisbətən enli toxunan və sərbəst halda iĢlənən uzun növü "zili"
adlanırdı.
Xalının bir qədər kiçik ölçüdə toxunmuĢ kiçik ölçülü növü "xalıbalası" adla-
nırdı. Onun uzunu 4 arĢın, eni 1,5-2 arĢın olurdu.
Boyca xalıdan kiçik, lakin onun yan taylarından xeyli enli olan gəbə Azərbayca-
nın əksər etnoqrafik bölgələrində "xalça" adı ilə kütləvi istehsal olunmuĢdur [197].
Gəbənin "taxtaüstü" orta ölçülü növü 3 arĢın uzununda, 1,5 arĢın enində toxun-
maqla, keçmiĢ ev məiĢətində mühüm yer tutan ağac taxt (çarpayı) və ya onun arxa divarı
üçün nəzərdə tutulurdu.
Canamaz xüsusi olaraq namaz qılanlar üçün nəzərdə tutulduğundan xeyli kiçik
ölçüdə toxunurdu. Onun uzunu, adətən, 1 arĢın, eni 3 çərək ölçüdə olurdu. Çox nadir halda
Cümə məscidləri üçün "səf səccadə‖ adlanan çox böyük ölçüdə namazlıq xalça
toxunurdu. Fərdi səciyyə daĢıyan "canamaz"ın fərqləndirici əlamətlərindən biri də
bundan ibarət idi. Azərbaycanın baĢlıca xalça istehsalı mərkəzlərinin hamısında onun
dekorativ bəzək tərtibatında mehrab kompozisiyası baĢlıca yer tutmuĢdur. Məhz bu
səbəbdən də canamaz çox vaxt həm də "mehrabi" adı ilə tanınırdı.
Qacarı (yəhərüstü) - at yəhəri üçün toxunmuĢ xırda ölçülü, oval formalı, kənar-
ları hərləmə saçaqlı xalça növü olub at belində gəzən varlı Ģəxslərin yəhərinin üstünə
salmaq üçün sifariĢlə toxunurdu.
Çul— Ģan-Ģöhrətli Ģəxslərin minik atı üçün toxunmuĢ, qabaq hissəsi qoĢa qanadla
tamamlanan xalça növü olmuĢdur. Soyuq vaxtlarda o, minik atının üstünə salınırdı.
KeçmiĢdə at çulu ilə yanaĢı, dəvə çulu da toxunurdu.
Bəzək tərtibatına görə Azərbaycanın ənənəvi ornamental xalçalarının tarixən
saysız-hesabsız çeşniləri yaranmıĢ və onların böyük bir qismi zəmanəmizədək gəlib
çatmıĢdır. Xalça çeĢnilərinə və onların icra texnikasına görə Azərbaycanın xalçaçılıq
448
sənətində üslub xüsusiyyətləri ilə seçilən müxtəlif məhəlli istehsal mərkəzləri
yaranmıĢdır.
Xovsuz xalça məmulatı, həmçinin, istehsal texnikasına və istifadə
məqsədinə görə palaz, kilim, vərni, sumaq, şəddə, ladı, "qacarı" adlanan yəhərüstü çul,
məfrəş, çuval, xurcun, heybə, duz torbası və s. olmaqla müxtəlif növlərə aynlır.
Ġstehsal həcminə və əməli məiĢət əhəmiyyətinə görə bunların arasında palaz
məmulatı xüsusi yer tuturdu. Palaz tipli toxuma növləri az məsrəflə tez baĢa gəl-
diyindən iqtisadi cəhətdən daha sərfəli idi.
Palaz məmulatı nisbətən seyrək əriĢ düzümü, ilməsiz və boĢ toxunması ilə
səciyyələnir. Toxuma texnikasına və bəzək tərtibatına görə palaz məmulatı saya və
Dostları ilə paylaş: |