istehsalı ilə bilavasitə kümdar qadınlar məĢğul olurdu. Keci toxuculuğu, xüsusilə
olmaqla, kələflənir sonra yumaq halına salınır, daha sonra teĢi və ya cəhrə vasitəsi ilə
yayılmıĢdı. Bunun üçün ələk və ya qazana salınmıĢ sarıqlı teĢilərin hərəsindən bir tel
götürülməklə, onlar birləĢdirilib baĢqa bir boĢ teĢi üzərinə sarınırdı. Bunun üçün baĢ və
Ģəhadət barmağının köməyi ilə əl iyinin yuxarı ucundan burub fırlatmaqla tellərə birgə
Daha nazik ipək teli hasil etmək üçün barama tam biĢirilməyib, sadəcə isti suda
461
isladılma yolu ilə yapıĢqan məhlulundan azad edilirdi. Sonra 3-4 ədəd baramanın
hərəsindən bir tel ayırıb teĢi vasitəsilə xam ipək sarınırdı. Xam ipək hasil etməyin, baĢqa
sözlə, ipək sarıma əməliyyatının bu bəsit üsulu Qarabağ kümdarları arasında yaxın
vaxtlaradək qalmaqda idi.
Xam ipək əldə etməyin digər bəsit üsulu bundan ibarət idi ki, isti suda isladıl-
mıĢ baramalardan 3-4 tel ayrılıb ağac lövhəciyin deĢiyindən keçirilir və çəkib dartma yolu
ilə onlardan xam ipək teli hazırlanırdı. Bu üsulla hazırlanmıĢ ipəkdən müxtəlif növ
parçalar, o cümlədən çarşab və zərif cecim toxunurdu [230].
Kecidən toxunan ipək məmulatı arasında cecim, tətinlik, xas-qırmızı,
aloyşa, alaca, çuxa, şalvar, köynək və s. mühüm yer tuturdu. Bunların istehsalı
əsasən, ev peĢəsi səciyyəsi daĢıyırdı. Nadir hallarda satıĢ məqsədilə keci məmulatı
toxunurdu. Ölkədə natural təsərrüfat qahqlarının aradan qalxması və əmtəə-pul
münasibətlərinin inkiĢafı keci toxuculuğunda "bazarı məhsul" istehsalına marağı
daha da gücləndirirdi.
KeçmiĢ məiĢətdə cecimə tələbat xüsusilə böyük idi. ġəhər və kənd
evlərində divar boyunca döĢəmə üzərinə uzadılmıĢ dör-döşəyi, nimdər, mütəkkə,
balıncpuşti, yataq döĢəyi, yorğan üçün üz, taxça və camaxadan üçün pərdə, yük
örtüyü, buxarı qabağı, kərdək, canamaz, süfrə və s. düzəltməkdən ötrü ən münasib
toxuma məmulatı cecim tipli parçalar sayılırdı. Cecim toxunuĢlu ipək
məmulatından, həmçinin, bir sıra geyim növləri (köynək, şalvar, çuxa, arxalıq,
qurşaq, dolaq və s.) hazırlanırdı. Bundan əlavə heybə, yəhər qaşı (zimquş, ladı
çörək torbası, duz torbası, qaşıqlıq və s. kimi zəruri məiĢət ləvazimatı cecimdən
düzəldilirdi. Bütün bunlarla yanaĢı, xalis ipəkdən toxunmuĢ cecim keçmiĢ məiĢətdə
cah-calal, qiymətli ev əĢyası hesab edilirdi [231]. Kecidən toxunmuĢ mallar yüksək
keyfiyyəti, yumĢaq, möhkəm və davamlı olması ilə səciyyələnirdi. Ġpək
məmulatının bu növü daha möhkəm və dözümlü olduğundan yarım əsrədək (40-50
il) iĢlədilirdi [232].
Cecim toxuculuğu qadın əməyi tətbiq edilən kustar ev sənətlərinin ən
arxaik növü olmuĢdur. KeçmiĢdə kümdarlıqla məĢğul olan kəndlərdə cecim
toxumağı bacarmayan qadın tapmaq mümkün deyildi.
Cecimi, adətən, qadınlar tək toxuyurdular. Lakin ikiqat və mürəkkəb orna-
mentli cecim növlərinin istehsalında toxucunun yanında ipək tellərini aralamaqla
məĢğul olan daha bir nəfər köməkçi - "yançı" iĢləyirdi [233].
Cecim istehsalçılarının əsas hissəsini bilavasitə öz xammalı ilə iĢ görən
kümdar qadınlar təĢkil edirdi. Lakin əmtəə-pul münasibətlərinin inkiĢafı ilə
əlaqədar olaraq, Ģəhər qadınları arasında satınalma ipəkdən cecim toxuyanlar da az
deyildi. Bunların böyük əksəriyyəti ev iĢlərindən asudə vaxtlarda hana qurub
kecidən satlıq ("bazarı") məhsul istehsal edirdi.
Keci məmulatı istehsalında boyama əməliyyatı xüsusi yer tuturdu. Saya
cecimlər istisna olmaqla, cecimin digər növləri üçün əriĢ və arğac tayları
toxunmazdan əvvəl, çeĢni xüsusiyyətindən və toxucunun zövqündən asılı olaraq,
462
müxtəlif rənglərə boyanırdı.
Cecim istehsalında tətbiq edilən rənglərin çoxu (qara, sarı, qırmızı)
toxucu qadınların özləri tərəfindən boyanıb əldə edilir, çətin hazırlanan rənglər
Dostları ilə paylaş: