Codana möhkəm və davamlı olduğundan uzun müddət məiĢət
əhəmiyyətini saxlamıĢ və ucuz fabrik parçalarının rəqabətinə dözmüĢdür.
Codananın möhkəmliyini təmin etmək üçün, adətən, onun əriĢ və arğaçı nisbətən
yoğun əyrilməkdən baĢqa, həm də möhkəm bükdərilirdi.
Codananın əriĢ və arğacı toxunmazdan əvvəl bəzən mavi rəngə boyanırdı.
Bu halda o, arĢınnüma deyil, ədədi qaydada toxunaraq çadra kimi iĢlənirdi.
Bezin əriĢ və arğacı bəzən müxtəlif rənglərə boyanaraq zolaqlı, yaxud
damalı (xanalı) olmaqla müxtəlif çeĢiddə toxunurdu. Buna müvafiq olaraq zolaqlı
toxunmuĢ bez "təfsilə", onun damalı növü isə "çadraĢan" adlanırdı.
Təfsilə toxumaq üçün əriĢ düzümünü əmələ gətirən ipliyin rəng çaları hər
dəfə müəyyən saydan sonra növbəli qaydada aldəyiĢik edilirdi. ƏriĢ tellərinin
düzümündə rənglərin dəyiĢməsi nəticəsində toxunma zamanı parçanın üzərində
boya-boy zolaqlar əmələ gəlirdi. Zolaqların enli və ya ensiz, yaxud gah enli, gah da
düĢməsi əriĢ düzümündə müvafiq rəngli ipliyin miqdarı ilə tənzimlənirdi. Bəzən
təfsilə "miləmü" toxuma texnikası ilə hazırlanırdı. Bu halda onun əriĢi yekrəng,
arxacı isə müxtəlif rənglərə boyanmıĢ bir neçə cərgə iplikdən ibarət olurdu. Arğac
457
rənglərini cərgələrin düzümünü növbə il dəyiĢdirdikdə məmulatın üzərində kön-
dələn "millər" yaranırdı.
KeçmiĢ məiĢətdə təfsilə ən çox yorğan, döĢək, mütəkkə, nimdər və s.
üçün mitil, yaxud üzlük məqsədilə iĢlənirdi.
Çadraşan Ģahmatsayağı xanalı toxunduğundan onun həm əriĢ, həm də
arğac ipliyi müxtəlif rənglərə boyanırdı. Bezin bu növünün toxuma texnikası həm
əriĢ düzümü, həm də arğac atmalarının cərgələri üzrə rənglərin aldəyiĢik
edilməsinə əsaslanırdı. Xanaların ölçüləri (böyük və ya kiçik, yaxud enli və ya
ensiz olması) yenə də rəngli əriĢ-arğac taylarının miqdarını dəyiĢdirmək yolu ilə
təmin edilirdi.
Bezin xanalı növü baĢlıca olaraq boğça, örpək, bəzən isə fitə, qətfə
məqsədilə iĢləndiyindən ədədi qaydada, vahid ölçülərdə toxunurdu.
KeçmiĢ məiĢətdə iĢlənən pambıq parçalar arasında midqal və çit mühüm
yer tuturdu.
Midqal bezə nisbətən cod, lakin xeyli nazik pambıq parça olub, kətan
toxuma üsulunda hazırlanırdı.
Midqal bilavasitə məiĢətdə az iĢlənirdi. Adətən, ondan basma-naxıĢ üsulu
ilə çit və qələmkar parçalar hazırlanırdı. Məhz buna görə də çox vaxt xalq arasında
o, "xam midqal" adlanırdı.
XIX əsrdə çit istehsalında kustar üsulla toxunan yerli midqal ilə yanaĢı,
Avropa və Rusiyadan ixrac edilən manufaktura midqalından da geniĢ istifadə
olunurdu.
Kustar çit istehsalı ilə bilavasitə peĢəkar boyaqçılar, daha doğrusu, bu
sahə üzrə ixtisaslaĢmıĢ basma-naxıĢ ustaları məĢğul olurdular. Onlar sifariĢ və ya
satınalma yolla əldə edilmiĢ xam bez, yaxud midqaldan basma-qəlib üsulu ilə əlvan
bəzəkli çit hazırlayırdılar. Bu məqsədlə bezin zərif toxunmuĢ növündən (ağ, nazik
ağ, humayın ağı) daha çox istifadə olunurdu. Qəlib vasitəsilə naxıĢlanmıĢ çit
keçmiĢ məiĢətdə daha geniĢ yer tuturdu. Məhz bu səbəbdən də XIX əsrin sonlarına
doğru yerli bez istehsalı tənəzzülə uğradığı halda, satınalma nazik ağla kustar çit
boyaqçıları hələ də öz sənətlərini davam etdirirdilər. XIX əsrin 80-ci illərində
Naxçıvanda 26, Ordubadda isə 7 nəfər basma-naxıĢ ustası çalıĢırdı [225]. Statistik
ədəbiyyatda "fabrik" kimi təqdim edilən, əslində isə kustar istehsal müəssisəsi
səciyyəsi daĢıyan çit dükanı Naxçıvan və Ordubad Ģəhərləri ilə yanaĢı, Yaycı
kəndində də möycud idi [226].
Ənənəvi pambıq parça növləri arasında qələmkarlıq məmulatı xüsusi yer
tuturdu. Qələmkar süfrə, pərdə, canamaz, dəsmal və s. yaxın keçmiĢədək ev
məiĢətinin ən zəruri ləvazimatı sayılırdı. Bunların hazırlanması mürəkkəb texniki iĢ
üsulu və dərin peĢə səriĢtəsinə malik ixtisaslı usta əməyi tələb edirdi.
Orta əsrlərdə qələmkar parça istehsalı mərkəzləri arasında Təbriz, Marağa və
Naxçıvan xüsusilə fərqlənirdi. Qələmkarlıq üsulu ilə parça üzərinə bəzək vurulması
tətbiqi sənətin, xüsusilə ənənəvi naqqaşlığın mühüm sahələrindən olmaq etibarilə qədim
458
tarixə malikdir. Bununla belə, qələmkarlıq məmulatının hazırlanmasında istifadə olunan
naxıĢ motivlərinin inkiĢafında tətbiqi sənətin digər növlərinin, xüsusilə xalça
ornamentlərinin və orta əsr professional miniatür sənətinin dərin təsiri olmuĢdur.
Bir qayda olaraq, qələmkar ustalar yaxma naxıĢları sıx toxunuĢlu pambıq parça
(bez və ya midqal) üzərində təbii boyaqlarla, ən çox isə bitki mənĢəli boyaqlarla
iĢləyirdilər.
Parçanın toxumalarını sıxlaĢdırmaq məqsədilə əvvəlcə o, əhəng və qəlyədaĢı
qatıĢığından hazırlanmıĢ xüsusi məhlulda biĢirilirdi. Bunun üçün xam bez və ya midqal
əvvəlcə soyuq suda yuyulub toxuma prosesində əmələ gəlmiĢ çirkdən təmizlənir, sonra
əhəng qatıĢıq qəlyədaĢı məhlulunda qaynadılırdı.
ġamaxı bəzzazları hər 10 top bezin biĢirilməsinə bir batman əhəng, yarım bat-
man qəlyədaĢı sərf edirdilər [227]. Məhlulun ikili-birli nisbətində hazırlanmasına
təkcə qələmkarlıqda deyil, eyni zamanda şiləçilik sənətində də ciddi əməl olunurdu.
Şilə və ya qədək hazırlamaq üçün bilavasitə boyama, prosesindən əvvəl xam bez
iki pay əhəng və bir pay qəlyədaĢı məhlulunda qaynadılırdı. Bu əməliyyat boyağın yaxĢı
tutmasına kömək etməkdən əlavə, eyni zamanda parçanın toxumalarını sıxlaĢdırırdı.
Xam parçaya nisbətən boyalı mal daha dözümlü və davamlı olurdu. Bu səbəbdən də
müĢtəri tərəfindən o yaxĢı alınırdı.
Qələmkarlıq sənətində həm süjetli, həm də ornamental naxıĢ motivlərindən
geniĢ istifadə olunmuĢdur. Bununla belə, süjetli məmulat əksər hallarda sifariĢlə
hazırlandığından onların istehsalı məhdud səciyyə daĢıyırdı. Adətən, bu tip məmulatın
haĢiyəsində Qurandan və ya ġərq Ģairlərinin əsərlərindən götürülmüĢ ibrətamiz kəlamlar
yazılırdı. Bundan fərqli olaraq, ornamental bəzəkli, xüsusilə nəbati motivli qələmkarlıq
məmulatının istehsalı kütləvi xarakter daĢıyırdı. Bu cür bəzək motivləri arasında buta,
qönçə, çiçək, zanbaq, budaq, sərv ağacı və s. rəsmlərə daha çox təsadüf olunurdu. Bəzən
isə həndəsi və astral səciyyəli naxıĢ ünsürlərindən (paxlava, ay, ulduz və s.) də
istifadə edilirdi.
Parçanın astar üzünə rəngin keçməməsi üçün bir qayda olaraq, qələmkar boyası
nisbətən qatı hazırlanırdı. Ona görə də boyanın hazırlanması ilə bilavasitə usta özü
məĢğul olurdu.
Qələmkar istənilən rəsm və ya naxıĢın kontur xətlərini ütmə yolu ilə ucu qaral-
dılmıĢ sivri qələmlə çəkəndən sonra onun üzərini boyağa batırılmıĢ küt və yastı uclu
qarğı qələm vasitəsilə rəngləyib bəzən qələmin yastı ucunu parçanın üzərinə çəp, yaxud
düz çəkməklə naxıĢ ünsürlərini əmələ gətirən xətlərin enli və ya nazik düĢməsi təmin
olunurdu.
NaxıĢ ünsürlərinin tələbindən asılı olaraq, qələmkarlıq sənətində ucu
müxtəlif ölçülərdə yonulmuĢ qələm növlərindən istifadə olunurdu. Bəzəyin doldurma
üsulları ucıı yarıqlanmıĢ, yaxud ucuna əski dolanmıĢ xüsusi növ qələm və ya tiĢə vasi-
təsilə çəkilirdi.
Xalis iplikdən hazırlanan kustar parça növləri ilə yanaĢı, keçmiĢ Ģəhər karxana-
larında ipəkqatıĢıq pambıq parçalar (kəsənfə, namazı, tətinlik, cütiplikli və s.) toxunurdu
459
[228]. Ġstehsal texnikası cəhətdən bezdən o qədər də fərqlənməyən bu parça növlərinin
əriĢ yə ya arğacı, adətən, keci qarıĢığından ibarət olurdu.
XIX əsrin ikinci yarısından etibarən yerli qumaĢlar, baĢqa sözlə, pambıq parça
istehsalı kənardan gətirilən ucuz fabrik məhsulları tərəfindən tənəzzülə uğradılmıĢdır.
Əvvəlcə Ġngiltərədən, sonra isə Rusiyadan ixrac edilən ucuz fabrik məhsulları yerli
pambıq narça istehsalını tədricən sıxıĢdırıb aradan çıxarmıĢdır [229].
Dostları ilə paylaş: |