A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə85/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   81   82   83   84   85   86   87   88   ...   102
oxlov, yumaq ağacı daxil idi. Toxuma prosesində həvə, kirkit, bıçaq və qayçıdan istifadə 

olunurdu. 

Dik hanada müxtəlif ölçülü xalça-palaz məmulatı toxunduğundan onun qolla-

rının yuxarı hissəsindəki yarıqlar vasitəsilə üst oxun mövqeyi dəyiĢdirilir və beləliklə 

də məmulatın boyuna müvafiq ölçüdə əriĢ düzümü qurulurdu. 

ƏriĢi hanaya, adətən, 2-3 nəfər qadın köməkli düzürdü. Onlardan ən səriĢtəlisi 

alt oxun önündə oturub əlindəki yumaqdan açdığı əriĢin ilgəyini hananın qarĢısında ayaq 

üstə dayanan qadına, o isə öz növbəsində üst oxa yaxın olan üçüncü qadına ötürürdü. 

Üst oxun üstündən hananın arxasına aĢırılmıĢ ilk əriĢ tayının ucu alt oxun önündə ağız 

çubuğuna  bağlanırdı.  Yuxarıda  dayanan  qadın  qəbul  etdiyi  növbəti  əriĢ ilgəyini  üst 

oxun  üzərindən  aĢırıb  dübarə  aĢağı  qaytarırdı.  Ġkinci  qadın  onu  alt  oxun  arxasından 

fırladılmaq üçün birinci qadına ötürür, o isə öz növbəsində əriĢin ilgəyini ağız çubuğuna 

salırdı. BaĢ usta yumaqdan çözələdiyi əriĢ taylarını qoĢalayıb yenidən ayaq üstə dayanana, 

o isə özündən  yuxarıdakı qadına ötürürdü. Bu qayda  ilə  hana  oxlarına məmulatın eninə 

kifayət  edəcək  müvafiq  miqdarda  əriĢ  düzülürdü.  ƏriĢ  düzümü  tamam  olandan  sonra 

sonuncu tayın ucu ağız çubuğunun baĢına bağlanırdı. 

Arğac ipini əriĢ taylarının çarpazlarının arasından keçirmək və ilmə "vurmaq", 

baĢqa  sözlə,  rəngli  bəzək  ipini  bənd  etmək  üçün  hananın  qabaq  tərəfinə  düĢən  əriĢ 

tayları  ağız  çubuğu  vasitəsilə  alt-üst  (erkək-diĢi)  olmaqla,  iki  qismə  bölünürdü.  Bundan 

sonra hananın orta hissəsindən bir qədər aĢağıda gücü çubuğu və gücü ipinin köməyi 

ilə əriĢin qabaq tayları gücülənirdi. 

Toxuma prosesi arğac ipinin əriĢ taylarının arasından keçirilməsi ilə baĢlanırdı. 

Bu məqsədlə müvafiq rəngli arğac ipləri xırda kələfcə halına salınırdı. Ġlk arğacın ucu 




 

 

450 



ağız çubuğunun sağ kənarına bağlanandan sonra dal ağacı yuxarı qaldırılaraq əl ilə əriĢ 

taylarının  üzərindən  basılırdı.  Bunun  sayəsində  gücü  ağacının  alt  hissəsində  əriĢ 

taylarının  dal-qabaq  vəziyyəti  dəyiĢib  bir-birindən  azca  aralanırdı.  Arğac  ipi  əriĢ 

taylarının  arasından  mərhələ-mərhələ,  sağdan  sola  və  əksinə  olmaqla  keçirildikcə 

kirkit vasitəsilə döyəclənib aĢağı yatızdırılırdı. 

Bir qayda olaraq, xalça-palaz məmulatının "dəhnə" adlanan "ağız" (baĢ) və ayaq 

hissələri kətansayağı [198] bəsit toxuma texnikası ilə hazırlanırdı. 

Bir  baĢa  ötürülən  arğac  keçirmələrindən  fərqli  olaraq,  rəngli  ilmə  ipləri 

xüsusi qaydada dolama üsulu ilə hər dəfə bir cüt əriĢə bənd edilirdi. Bunun üçün sol 

əlin orta və Ģəhadət barmağı ilə, alt-üst olmaqla, bir cüt əriĢ tayı götürülüb müvafiq ilmə 

ipinin  sərbəst  ucu  onların  arasından içəri  keçirilərək, əvvəlcə  əriĢin  sol tayına dolanıb 

geri qaytarılır, sonra isə  sağ tayın ətrafına  fırladılmaqla  yenidən qoĢa tayların arasından 

bayıra çıxarılırdı. Ġlmə aĢağı dartıĢdırılıb arğacın üzərinə endiriləndən sonra ilmənin ucu 

əyri bıçaq ilə kəsilirdi. Bu qayda ilə çeĢnini əmələ gətirən bəzək ünsürlərinin tələbindən 

asılı  olaraq,  müvafiq  rəngli  iplə  növbəti  ilmələr  yan-yana  qoĢa  əriĢ  taylarına  bənd 

edilirdi. Bu əməliyyat toxuculuq sənətində "ilmə çalma" adlanırdı. Bir çin ilmə düzümü 

əriĢ taylarına bəndlənib qurtarandan sonra xovların ucları çəkiĢdirilirdi. 

Hər ilmə çininin üzərindən əvvəlcə sağdan sola, sonra isə soldan sağa olmaqla, 

bir  cüt  arğac  keçirilib  kirkit  və  həvə  vasitəsilə  döyəclənirdi.  Ġlməni  döyəcləyib 

bərkitmək məqsədilə üç və ya dördqat bükdərilmiĢ xüsusi "gücü ipi" iĢlənirdi. 

Hər 2-3 ilmə çini hazır olandan sonra xovların ucu səriĢtəli usta tərəfindən 

xüsusi ilmə qayçısı ilə qısa qırxılıb bərabərləĢdirilirdi. 

Ġki-üç çərək toxunandan sonra üst oxun baĢ paraları çıxarılıb əriĢ taylarının 

düzümü boĢaldılır və məmulatın toxunmuĢ hissəsi vərəngalanın köməyi ilə fırladılaraq 

hananın  alt  oxunun  arxasına  keçirilirdi.  Sonra  baĢ  paraları  yerbəyer  edilməklə  hana 

yenidən tarazlanır və toxuma prosesi bu qayda ilə davam etdirilirdi. 

Xalça çeĢnilərinin böyük əksəriyyəti ornamental bəzək xüsusiyyətlərinə görə, 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin