45) “Dekortikasiya” (dönməz koma) zamanı nə müşahidə edilmir?
A) Bradikardiya
B) Qanda xolinesterazanın miqdarının azalması
C) Total arefkeksiya
D) Bəbəklərin daralması +
E) Dərin koma
46) “Dekortikasiya” zamanı nə müşahidə edilir?
A) Yuxu arteriyalarında və daxili vidaci venada oksigen fərginin 5%-dan çox olması
B) Bəbəklərin daralması
C) Onurğa beyni mayesində süd turşusunun miqdarının azalması
D) Qanda fermentlərin aktivliyinin artması +
E) Qan dövranı göstəricilərinin sabitliyi
47) “Bioloji ölüm” üçün xasdır?
A) Reanimasiya tədbirləri fonunda huş bərpa olur
B) Reanimasiya tədbirləri fonunda tənəffüs bərpa olur
C) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olmur +
D) Reanimasiya tədbirləri fonunda bəbəklər daralır
E) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olur
48) Kliniki ölüm zamanı endotraxeal intubasiya apararkən öncə hansı hazırlıq görülür?
A) Udlaq nahiyəsi anesteziya edilir
B) Əzələ relaksantı istifadə edilir
C) Səthi narkoz vəziyyəti yaradılır
D) Venadaxilinə relanium yeridilir
E) Xüsusi hazırlıq tələb olunmur +
49) Heparinin antidotu kimi hansı preparat istifadə olunur?
A) Protamin sulfat +
B) Nalokson
C) Flumazenil
D) Varfarin
E) Bemeqrid
50) Bədən temperaturunun 1 dərəcə yüksəlməsiı maddələr mübadiləsinin neçə faiz(%) artmasına səbəb olur?
A) 20%
B) 2%
C) 10% +
D) 5%
E) 30%
Dostları ilə paylaş: |