AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU
1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -"Müsavat",
"Əhrar", "İttihad", sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi
respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri
idi. Hakim "Müsavat" Partiyasında üzə çıxan ziddiyyətlər, dövlətin daxili və xarici
siyasətinin birmənalı qarşılanmaması fraksiya üzvlərinin sayına görə parlamentdə ikinci
yerdə olan "İttihad"ın parlamentin fəaliyyətinə təsirini gücləndirir və parlamentdə öz
şərtlərini diktə etməsi üçün şərait yaradırd ı.
"Müsavat" partiyası hələ 1919-cu ilin dekabrında beşinci hökumət kabinetini
təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif
etmişdi. Belə ki, "Müsavaf‖ın konkret məqsədi "İttihad" partiyasının simasında
parlamentin sağ hissəsini özünə tərəfkeş etmək idi
1
. Lakin "İttihad" hökumətə daxil
olmaq təklifi müqabilində üç şərt irəli sürdü: 1) bütün müsəlman partiyalarının
koalisiyasına riayət olunsun; 2) daxili işlər naziri portfeli M.H.Hacınskiyə verilsin; 3)
dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin
la
.
Dövlət nəzarəti vəzifəsini ələ keçirən "İttihad" bununla da hökumətdə öz
gələcək fəaliyyətinin əsas istiqamətini - dövlət strukturlarındakı qanunsuzluqlarla
mübarizə aparmaq adı altında "Müsavat"ın əleyhinə kampaniyaçılıq istiqamətini
müəyyənləşdirdi. Bu geniş miqyaslı kampaniya daha çox təbliğat xarakteri daşıyırdı.
Onların fikrincə, pozuntular və korrupsiyanın daha çox baş verdiyi struktur Ticarət və
Sənaye Nazirliy i idi. Bu səbəbdən Nazirlik xüsusi hücumlara məruz qaldı. Nəticədə
1919-cu ilin fevralında əleyhinə kampaniya aparılan nazir müavini Y.A.Əliyev işdən
getməyə məcbur oldu. Digər sahələr üzrə geniş yoxlamalar və tədqiqatlar aparılmağa
başlandı. Bu kampaniyanın hökumətdən daha çox "Müsavaf‖a qarşı yönəldiyini
gizlətməyən ittihadçılar hesab edirdilər ki, sui-istifadə məsələlərinə görə müsavatçılar
daha çox məsuliyyət daşıyırlar. Hücumlar o səviyyəyə çatmışdı ki, "İttihad" siyasi
rəqibini dövlət vəsaitini qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə
ittiha m edirdi
2
.
"İttihad"ın başladığı kampaniyanı Daxili İşlər Nazirliyində davam etdirən
M.H.Hacınskinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxlu məmur xidmətdən
kənarlaşdırıldı. M.H.Hacınskinin bu hərəkətləri, həmçinin fəhlə liderləri və
kommunistlərlə yaxınlaşması parlamentin müsavatçılar və bitərəflər fraksiyasında
etirazlara səbəb oldu. Onu bolşevizmə yuvarlanmaqda ittiham etməyə başladılar. Lakin
yoxlamalar bir sıra dövlət orqanlarının işində özbaşınalıq və korrupsiya faktları
olduğunu aşkarladı. Xarici işlər naziri F.X.Xoyskinin qohumu, hücum hədəfinə çevrilən
Qazaxın general-qubernatoru Aslan Xoyski ittihadçıların tələbi ilə, müsavatçılar və
bitərəflər fraksiyasının razılığı olmadan, M.H.Hacınski tərəfindən vəzifədən
kənarlaşdırıldı. Bu hərəkətlər sonuncunun nazir vəzifəsindən geri çağırılması üçün
414
daha bir bəhanə oldu.
"İttihad" partiyası bir sıra məsələlərə münasibətdə bir qədər bolşevikpərəst
mövqedən çıxış edirdi. Belə ki, "İttihad" qəzeti o vaxt rəğbətlə yazırdı: "Bolşevizm
müsəlmanlardan kənarda güclü qüvvə olduğuna və bütün bəşəriyyəti, o cümlədən
müsəlmanları əsarət və zülmün bütün formalarından, Avropa kapitalizmi və imperializ-
mindən azad etmək uğrunda mübarizə apardığına görə partiya tərəfindən müdafıə
edilir"
3
.
Partiyanın qəzetində islamın - "təkcə dini təlim deyil, həm də müsəlmanların
siyasi və ictimai həyatının çıxış nöqtəsi olan" bu etiqadın sosializmlə birliyinin
mümkünlüyü haqqında məqalələr dərc olunurdu
4
. "İttihad"ın bu fəaliyyəti Azərbaycan
xalqının dövlət müstəqilliyinə qarşı çevrilmiş siyasət - Azərbaycan Cümhuriyyətinin
varlığına qəsd idi və yalnız hökumət böhranı deyil, həm də bütün dövlət hakimiyyəti
böhranını dərin ləşdirirdi.
"İttihad" kommunizmin Qərb imperializminə qarşı mübarizədə müsəlman
dünyasına göstərdiyi köməyi onun ateist xarakterindəki günahı yuyub təmizləyən əvəz
sayaraq kommunistlərlə ittifaqa çağırır, Rus Sovet ordusunun Antantaya qarşı mübarizə
aparan Türkiyə ilə birləşməsi üçün Azərbaycana buraxılmasını tələb edirdilər. Bir-birinə əks
cəbhələrə parçalanmış Türkiyənin özündə də müəyyən qüvvələr belə mövqe tuturdu. Bu
hadisələrlə bağlı olaraq, müharibədən sonra Azərbaycanın Türkiyə ilə münasibətləri yeni
şəkildə qurulurdu.
Türkiyə qoşunları Mudros müqaviləsinin şərtinə görə Azərbaycandan çıxarılsa da,
burada Türkiyə amili qalmaqda idi. Mustafa Kamal müttəfiqlərə qarşı çıxdıqdan sonra
Türkiyənin nüfuzu Azərbaycanda yenidən yüksəldi, "gənc türklər" də sovet Rusiyası ilə
əməkdaşlıqda Qərb imperializminə qarşı mübarizə aparmaq üçün mü mkün üstünlüklər
görürdülər. Buna görə də həm onlar, ham də kamalçılar sovet Rusiyası ilə sıx əlaqə
yaratmağa çalışırdılar. Azərbaycan isə bu əlaqələrin yaradılması üçün ən əlverişli yer
hesab olunurdu, çünki sovet köməyi müharibə edən Anadoluya Azərbaycandan keçərək
çatdırıla bilərdi. Buna görə də Mustafa Kamal müttəfıqlər tərəfindən Cənubi Qafqaz
respublikalarının tanınmasını çox narahatlıqla qarşıladı. Buna baxmayaraq, Türkiyənin
azadlıq müharibəsi Azərbaycanda cəmiyyətin ən geniş təbəqələrindən getdikcə daha
çox tərəfdar qazanırdı.
Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri də "Müsavat"
partiyasının sıralarındakı qeyri-müəyyənlik idi. Partiyanın sol qanadı kifayət qədər
guclü şəkildə ondan ayrılmağa meyillənmişdi. Bu qanad hökumətin daxili və xarici
siyasətini kəskin şəkildə tənqid edirdi. Bitərəflər qrupunun lideri Behbud Xan
Cavanşir və "Müsavat" partiyasının üzvü M.H.Hacınski də Sovet Rusiyası ilə dostluq
münasibətləri yaradılmasına tərəfdar idilər
5
. Azərbaycanın siyasi xadimlərinin dövlət
idarəçiliyi və siyasət-diplomatiya təcrübəsinin olmaması da özünü göstərirdi. Bu amillər
kommunistlərin uğurlarına əhəmiyyətli dərəcədə kömək edirdi. Onların sonrakı
415
fəaliyyəti üçün zəruri şərt - bütün kommunist, sosialist qruplarının yalnız bir partiyada
birləşmələri çatışmırdı.
Birləşmədən bir qədər əvvəl "Hümmət" Partiyasında parçalanma baş verdi.
Parçalanmadan sonra sol hümmətçilər R.A.Axundovun başçılıq etdiyi Azərbaycan
eserlər partiyası ilə birləşməyə cəhd göstərdilər. Təşəbbüs uğursuzluqla nəticələndi.
Müsəlman eserlərin kommunistlərlə əlaqə yaratmaq cəhdi də baş tutmadı, çünki eserlərin
fikrincə, formalaşmaqda olan Azərbaycan Kommunist Partiyasının tərkib inə yalnız
azərbaycanlılar daxil olmalı idi.
Ədalətçilərin fəaliyyəti kommunistlərin rəhbərliyi altında geniş ləndi, 1919-cu ilin
əvvəllərində keçirilən konfransda onların B.D.Ağayev, M.D.Ağayev, R.Kərimov,
I.Basir, S.Ç.Cavadzadədən (Pişəvəridən) ibarət RK(b)P Bakı təşkilatı, "Hümmət" və
"Ədalət" MK seçildi
6
.
Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də Bakı şəhərində
keçirilən I qurultayında Azərbaycan Kommunist Partiyası yaradıldı
7
. Bu vaxtdan etibarən
kommunistlərin silahlı üsyana hazırlığı başlandı. Onlar Bakıda silahlı çıxışlarının uğurunu
Qızıl Ordunun Şimali Qafqazda qələbələri, Xəzər gəmiçiliyinin bərpa edilməsi və
Həştərxan-Xəzər Donanmasının göstərə biləcəyi köməklə bağlayırdılar. Həştərxan-
Xəzər Donanmasının komandanlığı isə, öz növbəsində, Bakıda sonrakı əməliyyat
hərəkətlərini genişləndirməyi sovet qoşunları tərəfındən Petrovsk limanı tutulduğu
halda planlaşdırırdı
8
.
Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin
işində də öz əksini tapdı. Yeni hökumətdə əmək və əkinçilik naziri vəzifəsini tutmuş
Ə.Pepinov 1919-cu il dekabrın 28-də həmkarlar təşkilatlarının iştirakı ilə fəhlə
məsələsinə dair müşavirə keçirdi. Nazir həmkarlar təşkilatlarının işlərinə nazirliyin
qarışmayacağını vurğulayaraq, fəhlələri əmin etdi ki, fəhlə klubuna və fəhlə təşkilatlarına
polis basqınları dayandırılacaq, Bakı hərbi general-qubernatorluğu ləğv ediləcək,
yığıncaq azadlığı məhdudlaşdırılmayacaq və əmək haqqı artırılacaqdır. Nazir
fəhlələrdən ona kömək göstərmələrini xahiş etdi və fəhlələr isə onun verdiyi bütün
vədlərə əməl edildikdən sonra kömək göstərəcəklərini bildirdilər
9
.
Sosialist nazirin fəhlə klubları ilə bağlı bəyanatı təsadüfi xarakter daşımırdı.
Hökumət Mərkəzi Fəhlə Klubunu bağlamaq üçün dəfələrlə cəhd göstərmişdi. İlk dəfə
1919-cu il dekabrın 9-da MFK-nın binası möhürlənmişdi
10
. Buna cavab olaraq, Fəhlə
Konfransının Rəyasət heyəti ertəsi günə nəzərdə tutulan etiraz tətilinə çağırışla çıxış
etmiş və hökumət orqanlarını Mərkəzi Fəhlə Klubu binasını açmağa məcbur etmişdi.
Fəhlə sinfinin mənafeyini müdafiə etmək şüarı ilə kommunistlər milli hökumətə
qarşı mübarizə aparırdılar. Respublikanın əsil mənafelərinə zidd, Azərbaycan
müstəqilliyinə təhlükə olan bu siyasəti əslində Moskva diktə edirdi. Kommunist
təbliğatçıları fəhlələrin öz hüquqları uğrunda mübarizəyə qarşı Daxili İşlər Nazirliyinin
mane olması barədə fəhlələr içərisində kampaniya aparırdılar. Respublikanın daxili işlər
naziri M.Vəkilov bununla əlaqədar olaraq bəyanat verərək Nazirliyin fəhlələrin öz
416
iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq uğrunda mübarizəsinə qarışmayacağını
bildirdi, eyni zamanda qeyd etdi ki, dövlətə qarşı yönələn bütün çıxışları yatırmaq üçün
hər vasitədən istifadə ediləcəkdir
11
.
Bununla əlaqədar olaraq, 1920-ci il martın 15-də polis kommunist
təbliğatçıları D.Bünyadzadə, K.İsmayılov. S.Fətəlizadə və başqalarını həbs etdi, Fəhlə
Klubunu da yenidən bağladı
12
.
Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru Murad-Girey Tlexasın
məlumatından aydın olurdu ki, keçirilmiş həbslər "bolşevik qəsdinə" qarşı yönəldilmişdir,
silahlı üsyan hazırlamağa və qanuni hakimiyyəti devirməyə çalışanların fəaliyyət
mərkəzi fəhlə klublandır. Tlexas qeyd etdi ki, hökumət fəhlələrin həqiqətən də ağır olan
maddi vəziyyətini yüngülləşdirmək üçün qəti tədbirlər görəcəkdir. Hökumət hesab
edirdi ki, bu məsələlər qanlı döyüşlər, hətta xaricdən düşmən qüvvələri cəlb etməklə
deyil, bütövlükdə cəmiyyətin qanunlara riayət edəcəyi və bütün münaqişələri dinc
yolla niza mlayacağı şəraitdə həll o luna bilə r.
Parlamentdə çoxsaylı siyasi partiyaların olması və onların arasındakı daimi
mübarizə Azərbaycan Cümhuriyyətinin mövcud olduğu bütün müddət ərzində
hökumətin vəziyyətini ağırlaşdırırdı. Şəxsi və partiyalararası çəkişmələrdən irəli gələn
daimi və uzunmüddətli hökumət böhranları, hamını öz iradəsinə tabe edə bilən
qətiyyətli rəhbərlərin başçılıq etdiyi nizamlı siyasi qrupların olma ması, hökumətə öz
inzibati aparatını möhkəmləndirməyə və dövlət işi, xüsusən ölkənin müdafiəsinə hazırlıq
kimi ən mühüm məsələ ilə cidd i məşğul olmağa imkan vermirdi.
Ələmli 28 aprel günündən düz 4 ay əvvəl "Müsavat" Partiyasının görkəmli
üzvləri və parlamentin bitərəflər qrupu - cəmi 12 nəfər F.Xoyskinin kabinetində
toplaşdılar. Toplantıda baş nazir N.Yusifbəyli başda olmaqla müsavatçı nazirlər də
iştirak edirdilər. Bu tarixi müşavirədə ölkədə vəziyyətin son dərəcə ciddi olması
yekdilliklə etiraf olundu və dərhal təxirəsalın maz tədbirlər görülməsi tələb edildi.
Hökumətə aşağıdakı tədbirlərdən ibarət təklif verildi.
1. M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən kənarlaşdırmaq və onun yerinə
kommunistlərlə mübarizə aparmağa qabil olan adam təyin etmək;
2.
M.H.Hacınski ilə birlikdə digər sosialist nazirlərin gedəcəyi halda onları
dərhal başqaları ilə əvəz etmək;
3.
Parlamenti buraxmaq və höku mətə xarici siyasət və ölkənin müdafiəsi
işində ən geniş səlahiyyətlər vermək;
4.6 aydan sonra Müəssislər Məclisinə seçkilər keç irmək
13
.
Lakin hadisələrin sonrakı gedişi nəzərdə tutulan bu tədbirləri həyata
keçirməyə imkan verməd i. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna
görə də 1920-ci il yanvarın 2-də RSFSR Xalq Xarici İşlər ko missarı Q.V.Çiçerin in
ağqvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifi ilə
14
xa ric i işlər
naziri F.X.Xoyskiyə göndərdiyi nota Azərbaycanı Rusiyanın daxili müna-
qişələrinə cəlb etmək və bununla da gələcəkdə A zərbaycanı işğal etmək üçün
nəzərdə tutulan siyasi manevrdən başqa bir şey deyildi. Çiçerin notasının əsas
417
məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski onun
təklifini rədd etdi. F.Xoyski özünün 1920-ci il yanvar tarixli cavab məktubunda
məh z bu faktı vurğulayırdı ki, Den ikin məsələsi Rusiya dövlətinin daxili işid ir və
Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə
yol verə bilməz. Bununla da nazir müstəqil A zərbaycanın daxili işlərinə
qarışmamağı tələb etdi.
Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.Xoyski höku mətdən
respublikada fövqəladə vəziyyət tətbiq etməy i, parlamentin buraxılmasını, yaxın
vaxt ərzində Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi
15
.
Sovet Rusiyasına münasibət məsələsi A zərbaycanın siyasi partiyaları
arasında əsas ziddiyyət nöqtəsinə çevrildi. Sovet Rusiyası höku məti ilə qarşılıq lı
münasibətlər yarad ılması məsələsində partiyanın mövqelərində kəskin qütbləşmə
baş verdi. 1920-ci il yanvarın 15-də A.Səfikü rdski sosialist fraksiyası adından
xarici işlər naziri F.Xoyskiyə sovet Rusiyasının notasına hökumətin münasibəti
barədə sorğu göndərdiyini bildirdi və Azərbaycan hökumətinin cavabını
fraksiyaların nü mayəndələri ilə b irlikdə mü zakirə etməyi təklif etdi. Bu təklif qəbul
olunmadığ ı halda, höku məti yaran mış problemin həllindən uzaqlaşdıracağını və
parlamentin fəaliyyətində ixtilaflar törədəcəyini nəzərə alan ço xluq sorğunun
parlamentdə müzakirəsini rədd etdi və höku məti müdafiə etməyi qərara ald ı
16
.
Bu fakt göstərdi ki, partiya fraksiyaları arasında Denikin təhlükəsinə
münasibətdə mövcud olan birlik bolşevik Rusiya ilə bağlı məsələdə artıq yoxdur.
Sosialistlər və ittihadçılar Çiçerinin notasına müsbət cavab vermək tərəfdarı idilər.
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də mü xalifətçi mövqe tutdular.
Əsas mübahisə Sovet Rusiyasına loyal münasibətin tərəfdarı daxili işlər naziri
M.H.Hacınski ilə Rusiya təzyiqinə qarşı radikal tədbirlər görülməsinin tərəfdarı olan
xarici işlər naziri F.Xoyski arasında baş verdi. Radikallar qalib gəldilər və 1920-ci il
fevralın 18-də M.H.Hacınski daxili işlər naziri vəzifəsindən getdi, lakin ticarət, sənaye
və ərzaq naziri vəzifəsini tutdu
17
.
Martın ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə iclasında bu
məsələ tam kəskinliyi ilə qoyuldu. M.H.Hacınski öz baxışlarını şərh etdi. F.X.Xoyski
başda olmaqla d igər qrup M.H.Hacınskinin məruzəsini mənfi qarşıladı. F.X.Xoyski
qeyd edirdi ki, "heç bir rus partiyası, heç bir Rusiya hökuməti heç vaxt Zaqafqaziya
respublikasının müstəqilliyini tanımayacaq və yalnız Qafqaz xalqlarının güclü ordusu
və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman Qırmızı Moskva bizimlə
hesablaşacaq və bizim sərhədlərimizi keçməyəcəkdir"
18
. Buna görə də sərt xəttin
tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri tədbirləri görməyə və ölkəni
kommunist ünsürlərindən və onlara rəğbət bəsləyənlərdən təmizləməyə çağırırdı. Bu
tədbirləri həyata keçirmək üçün onlar hökumətə fövqəladə səlahiyyətlər verməyi və vaxt
itirmədən qonşu respublikaları Qafqazın birgə müdafiəsinə çağırmağı təklif etdilər.
Lakin sərt kurs tərəfdarlarının təklifləri qəbul edilmədi
19
.
Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün dövr ərzində
418
Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.X.Xoyskinin Rusiya
ilə hərbi ittifaqdan imtina etməsinə cavab olaraq, 1920-ci il yanvarın 23-də Q.V.Çiçerin
ikinci notanı göndərdi və Azərbaycanı Rusiyadakı hərbi münaqişəyə cəlb etmək üçün
yenidən təşəbbüs göstərdi. Yeni notada Azərbaycan hökumətinin müstəqil siyasətindən
Rusiya Xalq Xarici İşlər Komissarlığının açıq narazılığı ifadə edilmişdi. Nazir
Azərbaycan hökuməti tərəfindən "onun notası‖nın səsinə səs verən hər hansı bir əks -
səda doğurmamasından şikayətlənir və "onun atdığı addımın uğursuz olmayacağına" ümid
bəslədiyini bildirirdi
20
.
Sovet Rusiyasının Azərbaycan Cümhuriyyətinə münasibətində göstərdiyi bu
diplomatik fəallıq həm iqtisadi, həm də siyasi amillərlə izah olunurdu. 1920-ci ilin
əvvəllərində Rusiyanın özündə vətəndaş müharibəsi qurtardıqdan sonra sovet hökuməti
qarşısında dağılmış xalq təsərrüfatını bərpa etmək kimi çox çətin və mürəkkəb vəzifənin
yerinə yetirilməsində neft amili mühüm əhəmiyyət kəsb edirdi. 1920-ci ilin yanvar-mart
aylarında iki ölkə arasında baş vermiş diplomatik qarşıdurmanın əsasında məhz bu problem
dayanırdı. 1920-ci il martın 17-də V.İ.Leninin Qafqaz cəbhəsi Hərbi-İnqilabi Şurası
adından göndərdiyi teleqram sovet hökumətinin Azərbaycana münasibətindəki gizli
niyyətlərindən xəbər verir: "Bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün
səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır, möhkəm
yerli Sovet hakimiyyətinin hazırlanmasında maksimum yəqinlik əldə edilməlidir"
21
.
F.X.Xoyski Q.V.Çiçerinin yeni notasını cavabsız qoymadı və 1920-ci il
martın 7-də Azərbaycan xarici işlər naziri daha qətiyyətli şəkildə tərtib olunmuş üçüncü
notasını göndərdi. F.X.Xoyski rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq
münasibətlərinin yaradılmasının vacibliyini etiraf edərək bildirdi ki, danışıqlar məhz bu
istiqamətdə aparıla bilər. Notada xüsusən o fikir vurğulanırdı ki, RSFSR tərəfindən heç
bir qeyd-şərt qoyulmadan Azərbaycan Cümhuriyyətinin suverenliyinin tanınması bu
danışıqların başlanmasının şərti ola bilər
22
. F.X.Xoyski qeyd edirdi ki, mehriban qonşuluq
münasibətlərinin yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə
bilər və məhz bu cəhətdən Azərbaycan hələ sovet Rusiyası tərəfindən heç bir
həmrəylik görməmişdir
23
.
Siyasi dairələrdə Rusiya ilə əlaqələr yaratmağın vacibliyi yaxşı başa düşülürdü.
Bu əlaqələrin pozulması nəticəsində Azərbaycan iqtisadiyyatı, xüsusən neft sənayesi
ağır böhran keçirirdi. 1920-ci il yanvarın əvvəllərində Bakı anbarlarında neft ehtiyatları
(250 milyon puddan çox) şəhərin adi ehtiyac normasından üç dəfə çox idi. Nəticədə hasil
edilən neftin miqdarı ixrac edilən neftin miqdarına uyğun gəlmirdi. Bakıda orta hesabla
ayda 18-19 milyon pud neft çıxarılır, a mma onun cəmi 5-6 milyon pudu ixrac edilirdi
24
.
Buna görə də sovet Rusiyası ilə iqtisadi əlaqələr yaradılması və əmtəə
mübadiləsinin başlanması qaçılmaz zərurətə çevrilmişdi. Lakin belə əmtəə mübadiləsi
yalnız xalqların hüquqi bərabərliyi və suverenliyi prinsipləri əsasın da mümkün idi.
Deməli, obyektiv reallığın özü Rusiya ilə münasibət məsələsinin həllini irəli
sürürdü. Maraqlıdır ki, hətta Antanta hökumətləri müttəfiqlərin sovet hakimiyyəti
və bolşeviklərə münasibətdə siyasətində dəyişiklik etməyərək 1920 -ci il yanvarın
419
16-da Rusiyaya qarşı iqtisadi blokadanı dayandırmaq və onunla ticarətə icazə
vermək haqqında qərar qəbul etdilər.
Belə şəraitdə sərt siyasət kursunun tərəfdarları öz xətlərini davam
etdirməkdə getdikcə daha çox çətinlik çəkird ilər. Sovet Rusiyası xeyrinə çıxışlar
getdikcə daha tez-tez səslənirdi.
"Müsavat‖ın M.H.Hacınskin i daxili işlər naziri vəzifəsindən geri
çağırmaq niyyətindən xəbər tutan "İttihad" hökumət koalisiyası haqqında öz
razılaşmasını ləğv etmək və höku mətdəki nü mayəndəsini geri çağırmaq haqqında
qərar qəbul etdi
25
.
Da xili işlər naziri və zifəsinə yeni na mizəd məsələsində "Müsavat" heç bir
güzəştə getmək istəmədi və bu vəzifəyə yalnız "Müsavat" Partiyasının üzvünü irəli
sürəcəyini bildirdi. Bu, höku mətin tərkib i haqqında partiyalar arasında bağlanmış
müqavilənin pozu lması demək idi, lakin bu addım bo lşeviklərin və d igər qüvvələrin
dövlətə zidd fəaliyyətinə qarşı qətiyyətli mübarizə aparmaq əzmi və zərurətindən
irəli gəlirdi. Ko mpro misə meyli o lan M.H.Hacınski bu vəzifənin öhdəsindən gələ
bilmirdi, Daxili İşlər Nazirliyi isə digər dövlət təşkilatları, xüsusən ordudan fərqli
olaraq, bolşevik təbliğatına məruz qalmamış yeganə orqan idi. Daxili İşlər
Nazirliyin i gücləndirmək üçün "Müsavat" Partiyası fevralın 23-də bu vəzifəyə
hökumətin ən gənc üzvü olan M.Vəkilovu, onun müavini v əzifəsinə isə partiyanın
radikal mövqeli liderlərindən olan Ş.Rüstəmbəyovu məsləhət gördü. Məhz onların
səyi ilə dövlətə zidd ünsürlərə qarşı fəal mübarizə başlandı, bolşeviklər içərisində
həbslər keçirildi, fəhlə klubları və ən irticaçı, ciddi mü xalifət mövqeyində olan
qəzetlər " Yedinaya Rossiya", "Novıy mir" və s. bağlandı.
Amma bu tədbirlər digər parlament fraksiyalarının kəskin narazılığ ına
səbəb oldu. Yen i təyinatlardan razı qalmad ığın ı bildirən "İttihad" Partiyası Baş
nazir Yusifbəyliyə partiya larla məsləhətləşməy i və Hac ınskini nazir və zifəsində
saxlamağı təklif etdi
26
.
Lakin partiya fraksiyaları arasında danışıqlar heç bir müsbət nəticə
verməd i. "İttihad" Partiyası "Müsavat‖ı hakimiyyəti zorla ələ keçir məkdə ittiham
etməkdən də çəkinməyərək bildirdi ki, "Müsavat" parlamentdə çoxluğu təsadüfən
qazandığından onun iqtidarda olması qanunsuzdur. "İttihad" Partiyasının mətbuat orqanı
yazırdı: "Yalnız xalqın öz iradəsini sərbəst bildirməsi şəraitində keçirilən seçkilər
nəticəsində çoxluq qazanan partiya özünü hakim partiya hesab edə bilər. "Müsavat"
Partiyası isə özünün say çoxluğunu Tiflisdən gətirmiş və polis satraplarının şallaqları ilə
artırmışdır
27
. Bu qəbil antimüsavat təbliğatı ilə ko mmunistlərin rəğbətini qazanmağa
çalışan "İttihad" hökuməti onlara qarşı hakimiyyət tədbirlərinin də əleyhinə çıxır və
bildirirdi ki, kommunistlərlə qamçı ilə yox, kökə dilində danışmaq olar və lazımdır
28
.
Martın 20-də sosialist-nazir Ə.Pepinov parlamentin iclasında Fəhlə Klubunun bağlanması
və keçirilmiş həbslərlə bağlı etiraz bəyanatı verdi. Onun bu bəyanatını təcili müzakirə
etmək təklifı hökumət üzvlərinin əksəriyyəti tərəfındən rədd edildi. Parlamentin sonrakı
iclasında Ə. Pepinov öz partiyasının qərarına əsasən istefaya getdiyini bildirdi
29
və martın
420
23-də nazir səlahiyyətlərindən əl çəkdi
30
. Bu hadisə vəziyyəti mürəkkəbləşdirdi.
Ə.Pep inovun ardınca aprelin 9-da digər sosialist-nazir Cəmo Hacınski də istefa
verdi
31
. Sosialistlərin və "İttihad" nümayəndələrinin getməsi hökumət böhranını
kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər kabinetinin süqutunun
qarşısını almaq iqtidarında deyildilər. Sosialist fraksiyası radikal-sosialist hakimiyyəti
yaradılmasını təkid edirdi. Baş nazir kimi M.Y.Cəfərov, M.H.Hacınski,
M.Ə.Rəsulzadənin adları çəkilirdi. Əhrarçılar da yeni iqtidarın yaradılması mövqeyində
dururdular. Onlar göstərirdilər ki, "...hadisələr hökumət üzvlərinin əksəriyyətinin nəinki
radikallaşma yolunu tutmaq istəmədiyini, hətta onların vəziyyəti daha da kəskinləşdirdi-
yini və pisləşdirdiyini sübut edir"
32
. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar"
fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini hökumətdən geri
çağırdığını bəyan etdi
33
.
Beləliklə, müstəqillik mövqeyində duran bütün siyasi qüvvələrin səmərəli
işbirliyi quracağına bəslənən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı
mübarizə üçün ümumi platforma hazırlamaq mümkün olmadı, nəticədə sovet
qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər
hökumətin dağılmasına gətirib çıxartdı.
N.Yusifbəyli kab ineti ü zvlərinin istefası vəziyyəti dəyişdirməd i. Yaran mış
vəziyyətdən üç çıxış yolu görünürdü: 1) höku mət yaln ız "Müsavat" Partiyası
üzvlərindən təşkil olunur; 2) birgə yaradılmış platforma əsasında bütün siyasi
fraksiyaların - koalisiyası yaradılır; 3) "Müsavat" hakimiyyətdən gedir və digər
partiyalar höku mət təşkil ed ir. Lakin bu variantlar icra hakimiy yətinin sabitliy inə
təminat vermird i. "Müsavat‖ı siyasi səhnədən çıxarmağa çalışan "İttihad" üçüncü
varianta nail o lmağa çalışır, əks halda höku mətdə iştirakdan imtina edəcəyi ilə
hədələyirdi
34
.
Birpartiya lı höku mət mövcud şəraitdə qeyri-mü mkün idi. Çünki ən böyük
fraksiyada - müsavatçılar və bitərə flə r fraksiyasında parçalanma baş vermişdi.
Parçalan man ı aradan qald ırmaq və yaradılan kab inetdə liderliyi saxlamaq üçün
hakim partiya yeni hökumətin təşkilini M.H.Hacınskiyə tapşırdı və ona bütün
parla ment fraksiyala rı ilə danışıq larda hərə kət sərbəstliyi verdi.
Höku mət başçısı vəzifəsini tutmaq imkanı olmayan "Əhrar" və "İttihad"
partiyaları müsavatçıların ən loyal nü mayəndəsi saydıqları M.H.Hacınskin in
namizədliyi ilə razılaşdılar. Sosialistlər üç nazir vəzifəsini tələb edir, daxili işlər,
xarici işlə r və hərbi nazir vəzifə lərinə C.Hac ınski, A.Səfikürdski və B.Rzayevi
təklif ed ird ilər.
M.H.Hacınski bu vəzifələri verməkdən imtina etdiyinə görə sosialistlər
nazir vəzifələrinin konkret bölüşdürülməsin i mü zakirə etmədən gələcək höku mətin
ümu mi p latformasını hazırlamağ ı təklif etdilər
35
.
Yeni höku mətin təşkili prinsipləri ilə razılaş mayan "Müsavat" Partiyası
üzvlərinin bir hissəsi M.H.Hacınskinin yaratdığı höku mətə daxil o lmaq təklifindən
imtina etdilər. Müsavatçıların mövqelə rin in zəifləməsi nəticəsində hakimiyyəti ələ
421
keçirmək üçün fəal şəkildə silahlı üsyana hazırlaşan ko mmunistlərin nüfu zu
güclənirdi.
Azərbaycan ko mmunist təşkilatları əsas gücü fəhlələrin və döyüş
dəstələrin in silahlan masına sərf edir, silahlı üsyanın hazırlan masını ö zlərinin ən
yaxın məqsədləri hesab edirdilər. A zərbaycan ko mmunistlərinin Həştərxanla
əlaqəsi bu sahədə işi yüngülləşdirdi. Həştərxan vasitəsilə Moskvadan göstərişlər
daxil olur, bolşevik fəa lla rı, silah ehtiyatları və pul vəsaiti gətirilirdi.
Bakıdan Həştərxana ço x böyük təhlükə altında benzin, neft və s. aparan
qayıqlar göndərilirdi. Bakı radiostansiyası orada işləyən ko mmunistlərin vasitəsilə
Həştərxan, Moskva, Krasnovodsk və s. ilə əlaqə yaratmışdı
36
. 1920-ci ildə Xəzərdə
naviqasiya başladıqdan sonra Bakı limanı ərazisinin güclü nəzarət altında saxlanılmasına
baxmayaraq silah gətirilməsi daha da gücləndi
37
. Bu dövrdə V.İ.Leninin göstərişilə
RK(b)P-nin Bakı Ko mitəsinin sərəncamına "hərbi məqsədlər üçün" 15 milyon manat
pul göndərilmişdi
38
. Silah Həştərxandan başqa Orta Asiyadan da gətirilirdi. 1920-ci ilin
mart ayı ərzində Türküstan cəbhəsi komandanlığının köməyi ilə Krasnovodskdan
Bakıya qayıqlarla 2 minə yaxın tüfəng, çoxlu döyüş sursatı və pul vəsaiti gətirilmiş,
bunlar Qaraşəhərdə və Bayılda düzəldilmiş xüsusi anbarlarda gizlədilmişdi
39
.
Qızıl ordunun durmadan cənuba irəliləməsi və Qərb ölkələrindən kömək almağa
ümidlərin getdikcə azaldığı bir şəraitdə Azərbaycanda yaranmış vəziyyət nikbinlik üçün
heç bir əsas vermirdi. Yeni hökumət təşkil etmək cəhdləri müxtəlif partiyalar arasında
kəskin siyasi mübarizə fonunda baş verirdi.
Yeni hökumət kabineti yaratmaq səlahiyyəti almış M.H.Hacınski Azərbaycan
kommunistləri ilə danışıqlara girərək, onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər
bu təklifə razı olmadılar. Həmin dövrdə artıq kommunist partiya təşkilatının üzvü olan
Ə.H.Qarayev bəyan etdi ki, "...Siz Azərbaycanda kommunist hərəkatına münasibətdə fəal
siyasət yeritməsəniz, biz yaxın vaxtlarda sizin hökumətinizin əleyhinə
çıxmayacağıq"
40
.
Həmin Ə.H.Qarayev 1920-ci il martın 30-da Dağıstanda Sovet qoşunlarının
komandanı B. Şeboldayevə tamamilə başqa məzmunda teleqram göndərdi: "Ən yaxın
günlərdə Bakıda çevrilişə hazırlaşırıq. Hərəkat başlanandan əvvəl öz yürüşümüzün
məqsədləri haqqında Azərbaycan fəhlələrinə və kəndlilərinə müraciətnamə buraxacağıq"
41
.
1920-ci il aprelin 15-də F.X.Xoyskinin Q.Çiçerinə sonuncu notasında göstərilirdi
ki, "...Azərbaycan Cümhuriyyəti sərhədləri yaxınlığında Dərbənd rayonunda Rusiya
Sovet hökumətinin xeyli hərbi qüvvələrinin cəmlənməsi müşahidə olunur. Sovet
hökumətinin niyyətlərindən xəbərsiz olan Azərbaycan hökuməti göstərilən rayonlarda
qoşunların cəmlənməsinin səbəb və məqsədləri haqqında təcili xəbər verməyi xahiş
edir"
42
. Bu nota cavabsız qaldı. Yaxınlaşan "bolşevik təhlükəsinin" bütün ciddiliyini başa
düşən F.X.Xoyski özünün həmkarı Y. P. Gegeçkoriyə hələ 1919-cu il iyunun 27-də
Gürcüstanla Azərbaycan arasında general Denikinə qarşı yönəlmiş birgə müdafiə
taktikasın ın şərtlərini reallaşdırmaq üçün zəruri tədbirlər görməyi təklif etdi.
Lakin A zərbaycanla hərbi əlaqələrin belə konkretləşdirilməsi artıq o
422
dövrdə Gürcüstan hökumətin in mənafeyinə uyğun gəlmirdi. Həmin dövrdə
Gü rcüstan nümayəndəsi Uraqadze Moskvada öz hökuməti adından Çiçerinlə
Gü rcüstanın Sovet Rusiyası tərəfindən tanınması barədə danışıqlar aparırdı.
Təcili hərbi tədbirlər barədə F.X.Xoyskinin konkret təkliflərinə
Gü rcüstanın xarici işlər naziri Y.P.Gegeçkorinin d iplo matik cavabı Gürcüstan
hökumətin in real şəraiti və ö z mənafeyin in Azə rbaycan xalq ının taley i ilə
bağlılığın ı başa düşməkdən nə qədər uzaq olduğunu göstərdi. Y.P.Gegeçko ri
bildirdi ki, A zərbaycan hökuməti xüsusi bəyanatla Batuma və Batu m əyalətinə
Gü rcüstanın tam hüquqların ı tanıd ığı halda, Gürcüstan hökuməti bu məsələni
mü zakirə edə b ilər. Əlbəttə, F.X.Xoyski ö z təklifilə Y.P.Gegeçkori qaldırd ığı
məsələ arasında heç bir əlaqə görmürdü, la kin bununla belə öz höku məti adından
Azərbaycanın Batuma və Batu m əyalətinə heç b ir ərazi iddiası olmad ığı barədə
bəyanat verməyə hazır olduğunu bildird i. Lakin bu cavab Gürcüstan nazirin i qane
etmədi. Hər iki respublikan ın üstünü almış təhlükə qarşısında Gürcüstan və
Azərbaycan hərbi qüvvələrin i real əlaqələndirmək cəhdləri nəticəsiz qald ı.
1920-c i il aprelin əvvəllərində Tiflisdə keç irilən Zaqafqa ziya konfransında
Azərbaycanın konfederasiya yaratmaq və onun sərhədlərini birgə müdafiə etmək
haqqında təklifinə cavab olaraq Ermənistan nümayəndəsi A. Aqoranyan açıq
şəkildə b ild ird i: "Ermənistan İrəvan qəzasından ibarət o lan müstəqil Ermənistanın
indiki sərhədlərilə razılaşa bilməz"
43
.
1920-c i ilin yazında Qızıl ordunun Qafqaza ç ıxmasının Ya xın və Orta
Şərqdə İngiltərənin mənafeyinə cidd i təhlü kə törətməsinə baxmayaraq, Lloyd Corc
hökuməti Sovet Rusiyası ilə ticarət-iqtisadi əlaqələri qaydaya salmaq xətti
götürürdü. Eyni zamanda 1920-ci ilin aprelində Cənubi Qafqaz respublikalarına
hərbi kö mək plan larını mü zakirə edən Antanta liderləri belə nəticəyə gəldilər k i,
onların bu kö məy i göstərmək imkanları yo xdur
44
.
Öz müstəqilliy i uğrunda Qərb dövlətləri ilə mübarizə aparan və sovet
Rusiyasının hərbi və dip lo matik yard ımına ehtiyacı olan Tür kiyə isə şima l qonşusu
ilə sıx əlaqələr yaratmağa çalışırdı. Ankara hökumətinin RSFSR hökumətinə ilk rəsmi
müraciətində - Mustafa Kamal Atatürkün V.İ.Leninə 1920-ci il 26 aprel tarixli
məktubunda qeyd edilirdi ki, "...Sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyata
başlamaq və ya diplomatik yolla, öz nüfuzu vasitəsilə Gürcüstanı ittifaqa daxil olmağa
məcbur etsə, ingilisləri Zaqafqaziyadan qovmağa çalışsa, Türkiyə imperialist
Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini
Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır"
45
. Bunun müqabilində
Türkiyə sovet Rusiyasından ilk yardım kimi qızılla 5 milyon türk lirəsi, həcmi və
miqdarı danışıqlar zamanı müəyyən ediləcək silah və sursat, həmçinin bəzi hərbi-
texniki vasitələr, tibb-sanitariya materialları və ərzaq xahiş edirdi
46
. Tərkibində keçmiş
Türkiyə hərbi əsirlərindən təşkil olunmuş hərbi hissələr olan XI Ordunun Bakıdan yan
keçməklə, Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan
keçərək Anadoluya gəlməsi nəzərdə tutulurdu
47
. Buna görə də Azərbaycanın sovetləş-
423
məsi xəbəri Ankarada böyük razılıq hissilə qarşılandı. Uzağa gedən geosiyasi
məqsədlərini həyata keçirməyə çalışan sovet Rusiyası isə, öz növbəsində, hər vasitə ilə
hərbi-strateji cəhətdən çox mühüm olan regionu, ilk növbədə, Bakı neft sənaye rayonunu
ələ keçirməyə, Yaxın və Orta Şərqin qapısında möhkəmlən məyə çalışırdı.
Eyni za manda RSFSR Silahlı Qüvvələri Baş komandanlığının V.İ.Leninə
göndərilmiş 20 mart tarixli məktubunda göstərilirdi ki, cənub istiqamətində fəal hücum
əməliyyatları keçirmək üçün Qafqaz cəbhəsi qoşunlarının kifayət qədər hazırlığı
olmaması ilə əlaqədar, həmçinin "Gürcüstanla Azərbaycanın inadlı mübarizəyə hazırlaş-
dıqları halda, bizim hücumların ilk mərhələsi məğlubiyyətlə qurtara bilər"
48
. Daha sonra
sənəddə qeyd edilir ki, "bizim əlimizdə Gürcüstan və Azərbaycanın və ya heç olmazsa bu
respublikalardan birinin daxili vəziyyəti haqqında dəqiq məlumatlar olmalıdır"
49
. "Əgər
sovet Rusiyası qoşunlarının bu ölkələrin sərhədlərində görünməsi daxildə inqilabi
hərəkata səbəb olacaqsa, o zaman uğurlu hücum imkanı istisna edilmir. Başqa sözlə,
əgər Gürcüstan və Azərbaycanda inqilabi vəziyyət varsa, Qafqaz cəbhəsinin
vəziyyətindən asılı olmayaraq, bizim hücumumuzu ləngitmək doğru olmazdı"
50
. Artıq
martın 23-də Baş komandan S.S.Kamenev Qızıl Ordunun Qafqazda Bakı istiqamətində
əməliyyatlarının genişlənməsi barədə hökumət direktivinin həyata keçirilməsinə
başladığı haqda Fəhlə-Kəndli Müdafiə Şurasına məlumat verirdi
51
. 1920-ci il aprelin 8-də
RK(b)P Mərkəzi Komitəsinin plenumu RK(b)P MK-nın Qafqaz Bürosunun yaradılması
haqqında qərar qəbul etdi. Büronun tərkibinə S.M.Kirov, A.M.Nazaretyan,
N.N.Nərimanov, Q.K.Orconikidze, Y.D.Stasova və b. daxil oldular
52
.
Bakıda üsyan başladığı halda, birgə hərəkəti əlaqələndirmək məqsədilə
RK(b)P Qafqaz Diyar Komitəsinin bürosu, AK(b)P və Kirovun XI Ordunun
komandanlığı ilə yazışmaları bütün aprel ayı ərzində davam edirdi. XI Ordunun
komandanlığı, RK(b)P Qafqaz Diyar Komitəsi və AK(b)P nümayəndələrinin iştirakı ilə
aprelin 22-də Bakıda vo aprelin 25-də Port-Petrovskda keçirilən müşavirələrdə
qarşıdakı birgə əməliyyatlar planını təfsilatı ilə müzakirə etdi. Bu plan aprelin 27-də
Bakıda kommunistlərin silahlı çıxışını və həmin gün XI Ordunun Azərbaycan sərhədini
keçməsini nəzərdə tuturdu. AK(b)P rəhbərliyi dövlət çevrilişi planının reallaşdırılması
üçün vaxtın yetişdiyini qət etdi. Aprelin 25-də bütün partiya komitələri hərbi
komandanlığın tabeliyinə keçirildi və xəbərdarlıq olundu ki, komandanlığın əmrinə tabe
olmayanlara ölüm cəzası veriləcəkdir.
Aprelin 27-də səhər tezdən ko mmunistlərin silahlı dəstələri həm şəhər
daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri: dəmir yol vağzalını, poçtu,
teleqrafı, radiostansiyanı, polis məntəqələrini, iri neft mədənlərini, sənaye müəssisələrini,
hərbi və ticarət limanını və s. yerləri ələ keçirməyə başladılar. Təxribatçı qruplar Bakı,
şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsini kəsdilər, bu da hökumətə
əyalətlərdə yerləşən özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmağa imkan
vermədi. Bakı qarnizonu isə əslində Azərbaycan İnqilab Komitəsinin tərəfinə keçdi. Eyni
zamanda hərbi nazir S.Mehmandarov zabitlərə yeni hökumətə tabe olmağı əmr etdi.
1920-ci ilin aprelində Bakıda hərbi çevrilişin hazırlanması və keçirilməsində
424
burada olan Türkiyə hərbi xidmətçiləri və kommunistləri fəal rol oynayırdılar. Məhz
onların kö məyi nəticəsində şəhərdə bir çox mühüm obyektlər, o cümlədən dəmiryol
vağzalı tutuldu, şəhərin hərbi qubernatoru M.Q.TIexas həbs edildi
53
. Məhz Türkiyə zabitləri və
əsgərləri hökumətin Bakını tərk etmək cəhdinin qarşısını ald ılar
54
.
Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əhəmiyyətli rol
oynadı. Donanma gəmilərinin heyəti bu dövrdə kommunistlərdən və onlara rəğbət
bəsləyən matroslardan ibarət idi. Hakimiyyətin iki saat ərzində Azərbaycan İnqilab
Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahildə düzüldülər və
öz toplarını hökumət orqanları binalarına tuşladılar.
Aprelin 27-də günorta, artıq hərbi drujinaların faktiki olaraq şəhərdə vəziyyətə
tam nəzarət etdiyi və XI qızıl ordunun ön hissələrinin Azərbaycan Cümhuriyyəti
ərazisində olduğu bir vaxtda Azərbaycan İnqilab Komitəsi qanuni hökuməti devirib
hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə aprelin 27-də saat
11-də başda H.Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti AK(b)P MK,
RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransının adından
hakimiyyəti N.Nərimanovun başçılıq etdiyi sovet fəhlə-kəndli hökumətinə təslim etmək
barədə Ç.İldırım tərəfındən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2
saat ərzində verilməli idi, əks-halda bolşeviklər atəş açmaqla hədələyirdilər
55
.
Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasından əvvəl
M.H.Hacınski, M .Ə.Rəsulzadə, Q.Qarabəyov, A.Səfikürdski, A.Qardaşov, Ağamalı
oğlundan ibarət komissiya yaradıldı. Komissiya ultimatuma cavab olaraq öz şərtlərini
hazırladı və bu şərtlər parlamentin mü zakirəsinə verildi
56
.
N.Yusifbəylinin
yanında
məhdud
dairədə
keçirilmiş
müşavirədə
Ş.Rüstəmbəyov bəzi deputatlara qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı
və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə keçməyi təklif etdi. Lakin
onun təklifıni toplantı iştirakçıları qəbul etmədilər
57
. Saat 20.45-də Azərbaycan
parlamentinin təcili ic lası açıldı. Gündəlikdə bir məsələ - Azərbaycan İnqilab
Komitəsinin hakimiyyəti təhvil vermək barəsində ultimatumu məsələsi dururdu.
Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin
mümkün olmadığını bildirdi. M.Ə.Rəsulzadənin təkidi ilə, "xalqdan xəbərsiz qərarlar
qəbul olunmaması və xalqın bizim hansı vəziyyətdə olduğumuzu bilməsi üçün"
parlamentin açıq iclasını keçirmək qərara alındı
58
.
Ultimatumun mətnini oxuyan və öz təslimçilik mövqeyini bir daha nümayiş etdirən
M.H.Hacınski ultimatumun şərtlərini qəbul etməyi təklif etdi və deputatları inandırmağa
çalışdı ki, qızıl ordu Bakıya girmədən Türkiyəyə köməyə keçmək niyyətindədir
59
. Qızğın
müzakirələrin gedişində çıxış edən müxalif parlament fraksiyalarının nümayəndələri:
S.Ağamalıoğlu ("Hümmət"), Q.Qarabəyov ("İttihad"), A.Səfikürdski (Sosialist bloku),
A.Qardaşov ("Əhrar") M.H.Hacınskinin hakimiyyəti təhvil vermək təklifini müdafıə
etdilər.
"Müsavat" fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi:
"Bizə kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz
425
öz müstəqilliyimizin tapdalanmaması şərtilə Türkiyəyə köməyə gedən qüvvələri
müdafiə edirik. Lakin, cənablar, bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən
qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost
maskası geymiş düşmənə vermək deməkdir! Biz buraya millətin iradəsi və arzusu ilə
gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar"
60
. Bununla belə,
vətəndaş müharibəsi təhlükəsini nəzərə alan "Müsavat" fraksiyası Azərbaycanın
müstəqilliyinin saxlanacağı şərtilə kommunistlərin ultimatumunu qəbul etmək haqqında
çoxluğun fikrinə qoşulmağa məcbur oldu.
1920-ci il apre lin 27-dən 28-nə keçən gecə parla ment hakimiyyəti
Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri
N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və
H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə "Qızıl ordu
hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək" haqqında rəsmi xahişlə
müraciət etdi
61
. Müraciət əslində formal xarakter daşıyırdı. Səsvermə nəticəsində
(əleyhinə - 1, bitərəf qalanlar -3, səsvermədə iştirak etməyənlər- 3 nəfər) 1920-ci il
aprelin 27-də axşam saat 11 radələrində parlament hakimiyyətin Azərbaycan İnqilab
Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Parlament sədrinin müavini
M.Y.Cəfərov və İşlər İdarəsinin direktoru M.Vəkilov tərəfindən imzalanmış sənəddə
hakimiyyətin verilməsi şərtləri göstərilirdi: "Nəzərinizə çatdırırıq ki, biz aşağıdakı
şərtlərlə hakimiyyəti təhvil veririk:
1.
Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqilliy i
saxlan ılır;
2.
Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti orqan
olacaqdır;
3.
Hər cür xarici təzyiqlərdən asılı olmayaraq, Azərbaycanın qəti idarə formasını
Azərbaycan Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti simasında Azərbaycanın ali
qanunvericilik orqanı müəyyən edəcəkdir;
4.
Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır və yalnız məsul
vəzifə tutan şəxslər dəyişdirilir;
5.
Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzvlərinin
həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6.
Hökumət qızıl ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün
tədbirlər görəcəkdir;
7.
Yeni hökumət kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq,
Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı
qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə aparacaqdır".
Qərarın yekun hissəsində göstərilirdi: "Azərbaycan parlamenti özünün fövqəladə
iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu sizin nəzərinizə çatdırırıq"
62
.
Lakin XI ordunun ön dəstələri artıq aprelin 27-nə keçən gecə, Bakıda
kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Q.K.Orconikidzenin
fəal iştirakı ilə M.Q.Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında
426
Qafqaz Cəbhəsi Qərargahı tərəfındən hazırlanmış Bakı əməliyyatının həyata keçi-
rilməsinə başladı. Qafqaz cəbhəsi Komandanlığının 490 saylı 1920-ci il 21 aprel
tarixli direktivinə əsasən, XI ordunun komandanı M.K.Levandovski aprelin 27-də
Azərbaycan sərhədini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.
Gürcüstandan və ya Şimali İran ərazisində yerləşən ingilis qoşunları tərəfindən
Azərbaycan Cümhuriyyətinə göstərilə biləcək köməyin qarşısını almaq üçün əməliyyatı
5 gün müddətində başa çatdırmaq nəzərdə tutulurdu. Volqa-Xəzər Hərbi Donanmasının
komandanı F.F.Raskolnikova XI ordunun hissələri yaxınlaşarkən Bakı Neftdaşıma Do-
nanmasını ələ keçirmək və neft mədənlərinin dağıdılması imkanını aradan qaldırmaq
üçün Ələt stansiyası rayonuna hərbi-dəniz desantı çıxarmaq əmri verilmişdi. Azərbaycan
Cümhuriyyətinin bütün ərazisini ələ keçirmək aprelin 23-də, 490 saylı direktivə əlavə
olaraq, XI orduya son vəzifə kimi tapşırıld ı
63
.
Hələ aprelin ortalarında XI ordunun birləşmələri və hissələrin in
Azərbaycan sərhədində cəmləşməsi başlandı. Gələcək əməliyyatlarda iştirak etmək
üçün 20, 28 və 32-ci atıcı div iziyaları (20 minə yaxın süngü), sonralar 2-ci süvari
korpusunda birləşdirilən 7 və 8-ci süvari d iviziyaları və Taman süvari briqadası
(cəmi 7 min qılıncla) ayrılmışdı. Dərbənddə yerləşən 5 zirehli qatar, həmçinin b ir
neçə aviasiya dəstəsi də XI ordunun sərəncamında id i
64
. Ordu ko mandanı
M.Levandovski 25 aprel tarixli əmrlə hərbi h issələrə konkret tapşırıqlar verdi: 2-ci
korpus özünün əsas qüvvələri ilə aprelin 30-na qədər Şamaxı-Ağsu ərazisini ələ
keçirməli və Kürdəmir stansiyasında Bakı-Gəncə dəmir yolunu bağlamalı idi.
Qızılburuna çatdıqda atıcı div iziyalarla birgə Bakıya hücum etmək üçün öz
qüvvələrinin bir h issəsini ayırmalı id i. Üç atıcı diviziyası öz növbəsində dəmir yol
xətti boyunca Bakıya hücum etməli və 1920-ci il mayın 1-dək bütün Bakı
rayonunu ələ keçirməli idi.
Nəzərdə tutulan əməliyyatda ordunun tərkib inə daxil olan zirehli qatarlar
qrupuna xüsusi əhəmiyyət verilirdi. Dəmir yol döyüş məntəqəsinin rəisi
M.Q.Yefremova 4 zirehli qatar və 28-ci d iviziyanın 299-cu atıcı alayın ın 2
rotasından ibarət desantla birlikdə (cəmi 350 əsgər) sürətli hərəkətlə Bakıya
soxulmaq tapşırığı verilmişdi. Qızılburun, Giləzi və Su mqayıt stansiyaları
ərazisində dəmir yolunun dəniz sahilinə lap yaxın və top atəşi mənzilində o lduğu
nəzərə alınsa, Azərbaycan donanmasının bir döyüş gəmisi dəmir yol xəttin i dağıt-
maq və sovet zirehli qatarlarının irəliləməsinin qarşısın ı almaq üçün tamamilə
kifayət idi. Gəmilərdə 3 u zaqvuran sahil artilleriyası topu qoyulmuşdu. Lakin
donanma Azərbaycan İnqilab Ko mitəsinin tərəfinə keçdiy inə görə döyüş gəmilə ri
reyddə görünmədilər.
Samur sərhəd körpüsünün minalan ması barədə sovet komandanlığın ın
narahatçılığ ı əbəs idi, çünki bu ço x mühü m obyekti cəmi b ir tağımın əsgərləri
qoruyurdular. Şimal sərhədindən Bakıya qədər Azərbaycan Ordusunun çox az
qüvvələri - cəmisi 3 min nəfərlik n izami qoşun dəstələri və ehtiyat batalyonu
(onlara verilmiş zirehli qatarlarla b irlikdə cəmi 5 min süngü və qılınc)
427
yerləşdirilmişdi. Yalama -Xudat rayonunda həmçinin iki cərgə çəkilmiş məftil çə-
pərlə möh kəmləndirilmiş 2 məntəqə, Bakı yaxınlığında isə 3 cərgə tikanlı çəpər
səddi qoyulmuşdu
65
.
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum
verilməsindən 12 saat əvvəl, A.Mikoyan, Q.Cəbiyev və Q. Musabəyovu gətirən "III
Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış
azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi.
İki saatlıq qanlı vuruşmadan sonra zirehli qatar Yalama stansiyasını ələ keçirdi. Stansiyanı
Quba alayının 2 bölüyü, süvari divizionu (360-ə qədər qılınc), jandarm dəstəsi (200
nəfərə yaxın) qoruyurdu. Bu döyüşdə sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri
yaralandı.
Süvari-dağ divizionu, kürd taborunun 2 bölüyü ilə mühafizə olunan Xudat
stansiyası yaxınlığında 1 saylı zirehli qatarın sovet zirehli qatarının irəliləməsini
dayandırmaq üçün yeni cəhdi uğur qazanmadı. Qırmızıların hərəkətini gecikdirmək
məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və
yol dəyişdiricisini sıradan çıxartdılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici
düzəldildi və bundan sonra zirehli qatarlar elə bir ciddi müqavimətə rast gəlmədən Bakı
istiqamətində hərəkətlərini davam etdirdi. Sonuncu qısamüddətli döyüş Xırdalan və
Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə,
sonra isə Bakı stansiyalarından uzaqlaşdı
66
. Aprelin 27-də axşam saat 21-də Biləcəri
stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III
Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi.
Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldu. Onların irəliləməsi
zamanı başda Xəlil paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini XI
orduya müqavimət göstərməməyə çağıran Türkiyə zabitləri qrupu sovet qoşunlarına fəal
kömək edirdi
67
. Həmin gün 7-ci süvari diviziyanın hissələri Şamaxı və Ağsuya daxil
oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran Sovet
zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.
Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı liman ına daxil
oldu. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. 1920-ci
il mayın ortalarında XI Ordu Azərbaycan Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini
nəzarət altına aldı. Beləliklə, bolşevik Sovet Rusiyasının hərbi müdaxiləsi ilə
suverenliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət
ko mmunistlərin əlinə keçdi.
Aprel hadisələrinin bilavasitə icraçılarından biri - milli hökumətə
hakimiyyəti bolşeviklərə vermək barədə ultimatum təqdim etmiş Həmid Sultanov 1920-
ci ilin oktyabrında keçirilmiş AK(b)P-nin II qurultayındakı çıxışında göstərirdi ki,
hakimiyyətin devrilməsi üçün MK heç bir fəhlə, heç bir kəndliyə göstəriş verməmişdi.
"Biz bilirdik ki, indi də olmasa, sabah, ya birisi gün qırmızı süngü burada olacaqdır.
Belə də oldu, biz sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda
gətirdilər"
68
.
428
AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsi idi.
1920-ci ilin yazında Respublikada getdikcə dərinləşən siyasi sabitsizlik ölkədə
fəaliyyət göstərən müsəlman partiyaları "Müsavat", "Əhrar", "İttihad", sosialistlər,
bitərəflər qrupu və b. arasında gedən mübarizənin qızışması ilə müşayiət olunurdu. İki ilə
yaxın bir müddətdə beş hökumət kabinetinin bir-birini əvəz etməsi həmin mübarizənin
nəticəsi idi. Azərbaycanın rus-sovet ordusu tərəfındən istilası ərəfəsində siyasi
partiyaların qarşıdurması o qədər kəskinləşmişdi ki, həmin ərəfədə yeni hökumət
kabineti təşkil etmək heç cür mümkün olmadı. Parlament fraksiyalarının demokratiya adı
ilə pərdələnən qarşılıqlı düşmənçiliyi tamamilə bürokratik xarakter daşıyırdı. Bütün bu
çəkişmələrin arxasında bir tərəfdən müsavatçılar, digər tərəfdən isə ittihadçılar dayanırdı.
Yerdə qalan digər partiyaların təmsilçiləri isə gah bu, gah da o biri tərəfə qoşulur, məhz
bununla da öz aralarında daha böyük cəncəl və qalmaqal törədirdilər. Siyasi partiyaları
çulğamış dartışmalar ayrı-ayrı partiyaların daxili durumuna da sirayət edirdi. Ölkənin ən
böyük partiyası olan "Müsavat" da həmin ərəfədə iki qanada haçalanmış, sosialistləri də
belə bir tale haqlamışdı. Beləliklə, partiyaların və onların parlament fraksiyalarındakı
təmsilçilərinin bir-biri ilə apardığı mübarizəni Azərbaycanın 1920-ci ilin aprelində istila
edilməsinə münbit şərait yaratmış daxili səbəblərdən biri saymaq o lar.
Respublikada vəziyyəti mürəkkəbləşdirib dərinləşdirən digər ciddi amil o idi
ki, hökumət dövlət ərazisinin bütövlüyünü təmin etmək üçün erməni daşnakları ilə
mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində
qalmışdı.
Lakin bu vaxt, dərinləşməkdə olan siyasi və iqtisadi böhranın mövcudluğuna
baxmayaraq, Azərbaycanda "inqilabi şəraitin yetiş məsi" deyilən bir vəziyyət yox idi. O
zaman Azərbaycan xalqı üçün aşkarda olan ən vacib məsələ müstəqilliyin nəticələri
idi.
N.Nərimanov çevrilişdən bir neçə ay öncə Moskvaya Azərbaycandakı vəziyyət
barədə məlumat verərkən ərzaq məsələsinin yaxşı vəziyyətdə olduğunu, Azərbaycana
gediş-gəlişin sərbəstliyini, hər istiqamətdə qəzet nəşrini, mətbuat azadlığını,
çoxpartiyalı parlament fəaliyyətini, əmək birjasının mövcudluğunu, ziyalı əməyinin
yaxşı qiymətləndirildiyini (onlara yaxşı əmək haqqı verildiyini), 5 may və 14 avqustda
uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsini, yalnız müsəlmanlardan
ibarət nizami ordunu, onun başında təcrübəli generalların durduğunu, əsgərlərin normal
təminatını ətraflı şərh etmişdi
69
.
Müstəqil dövlət quruculuğu üçün əlverişli olan belə bir şəraiti arzulayan
Moskvadakı kommunist mərkəzi yerli kommunist hərəkatı təşkilatların öz güclərini və
səylərini vahid Azərbaycan Kommunist Partiyasında birləşdirməyə nail oldu. Beləliklə,
Azərbaycanı qəsb etmək üçün daha bir ciddi zəmin yarandı, yerli kommunistlər istilanın
iştirakçıları və Mərkəzin arxalandığı əsas qüvvə oldu. Yerli partiya təşkilatlarından birinin
28 apreldən sonrakı hesabatında deyilirdi: "Əgər inqilab qansız keçibsə, Müsavat
hakimiyyəti devrilməyibsə, bu o demək deyil ki, bizim partiyamız güclü idi. Bu ona görə
belə oldu ki, XI qızıl ordu güclü idi"
70
.
429
Beləliklə, aprel çevrilişi xarici qüvvənin "ildırım sürətli öldürücü" yürüşü
nəticəsində həyata keçdi. Daxili səbəblər isə (hökumət böhranı, Qarabağ münaqişəsi,
silahlı üsyana hazırlıqda yerli kommunistlərin fəal iştirakı, Türkiyə hərbi qulluqçularının
köməyi) qızıl ordunun ö lkən i istila etməsin i yaln ız asanlaşdırdı.
Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti
Azərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi. O, qısa müddətdə öz
parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.
Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bərqərarlaşırdı.
|