A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİNİN XARİCİ



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
 

AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİNİN XARİCİ 

SİYASƏTİ 

 

Müstəqilliyini  elan  etmiş  gənc  Azərbaycan  Xalq  Cümhuriyyəti  xarici  siyasət 



məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, 

xarici amillərlə də bağlı idi. Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə  - 

iştirakçı  ölkələrin  Qafqaz  və  onun  zəngin  guşələrindən  olan  Azərbaycan  uğrunda  hərbi 

əməliyyatların  genişləndiyi  dövrdə  Azərbaycanın  dövlət  müstəqilliyinin  qorunması  onun 

uğrunda  mübarizələrdə yetişmiş  siyasətçilərdən  və dövlət  xadimlərindən  hər  an  dəyişən 

vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının 

bu  çətin  vəzifənin  öhdəsindən  gəlməsi  üçün  1918-20-ci  illər  dövründə  təşkil  olunmuş 

mü xtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşki-

lati  strukturunun  təkmilləşdirilməsinə  böyük  diqqət  yetirilirdi.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  xarici  siyasət  idarəsinə  müxtəlif  vaxtlarda dovrünün  ziyalıları,  dünya 

siyasətinin  sirlərinə  bələd  olan,  çevik  diplomatik  bacarığa  malik  Fətəli  Xan  Xoyski, 

Məmməd  Həsən  Hacınski,  Məmməd  Yusif  Cəfərov,  Adil  xan  Ziyadxanlı  başçılıq 

etmişdilər.  Azərbaycan  diplomatiyasının  hazırlanmasında  və  həyata  keçirilməsində 

Ə.M.Topçubaşov, 

M.Ə.Rəsulzadə, 

Ə.Ağayev, 

N.Yusifbəyli, 

Ə.Şey xülislamov, 

C.Hacıbəyli,  M.Y.Mehdiyev.  M.Məhərrəmov,  Ə.Haqverdiyev,  Y.V.Çəmənzəminli  və 

digərləri yaxından iştirak etmişlər. 

Milliyyətindən  və  dini  etiqadından  asılı  olmayaraq  qonşu  dövlətlərlə  mehriban 

münasibətlər Azərbaycan diplomatiyasının apancı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil 

edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini 

üç  dövrə  bölmək  olar:  Türkiyə  oriyentasiyası  dövrü  (1918-ci  il  may-oktyabr);  Qərb 

oriyentasiyası  dövrü  (1918-ci  il  noyabr-1920-ci  il  yanvar);  geniş  və  hərtərəfli  dünya 

əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel). 

XX  yü zilliy in  əvvəllərindən  Azərbaycanda  genişlənən  milli-a zadlıq 

mübarizəsində  onun  öncülləri  Osmanlı  dövlətinə  boyük  ümid   bəsləyirdilər.  Əsrin 

əvvəllərindəki  təlatümlü  hadisələr  A zərbaycanın  türk-müsəlman  əhalisin in 

həyatında milliyyətçilik ideyasının geniş yayılması və inkişafına ciddi təkan verd i. 

Balkan  müharibələri  dövründə  Rusiyada  antitürk  əhvali-ruhiyyəsinin 

qızışdırılması b ir tərəfdən Qafqaz müsəlman larını ondan narazı saldı, digər tərəfdən 

isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Bu dövrdə 

milliyyətçi qüvvələrin yaydığı bəyannamədə göstərilirdi: "...  Biliniz və agah olunuz 

ki, bizim yeganə çareyi-nicatımız Tü rkiyənin istiqlalı və onun tərəqqisidir"

1



Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik 

 

 

348 



arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə 

olan təbii  meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında  maddiləşməklə 

yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin  səciyyəvi cəhəti ondan ibarət idi ki, 

azərbaycanlıların  Os manlı  dövlətinə  söykənməy i  milli  idealla  yanaşı,  mey li 

dərəcədə millətin fiziki varlığ ının h ifz ed ilməsi zərurətindən irə li gəlirdi. 

1918-c i  ilin  əvvəllərində  Trab zon  və  Batum  danışıqla rı  Zaqafqaziya 

Seyminə daxil olan  xalqların Türkiyəyə  münasibətində köklü fikir ayrılıqlarını üzə 

çıxartdı. Trab zon danışıqları dayandırıld ıqdan sonra Batuma səfər edən Ənvər Paşa 

Trabzonda  Zaqafqaziya  höku mətin in  dağılacağı  təqdirdə  Türkiyə  ilə  geniş 

sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və 

bu dövlətin Türkiyə tərəfindən müdafiə  ediləcəyini b ildirdi

2

. 1918-ci il may ın 28-də 



Azərbaycan  Xalq  Cü mhuriyyətinin  yaran masından  sonra  Azərbaycan-Türkiyə 

münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu.  

Bu  mərhələdə  Azərbaycan-Türkiyə  münasibətlərinin  hüquqi  əsasını  4 

iyunda  imzalan mış  Batu m  müqaviləsi  təşkil  ed irdi.  Müqavilədə  göstərilirdi:  "Bir 

tərəfdən,  Osmanlı  imperator  hökuməti,  digər  tərəfdən  isə  müstəqilliyin  elan  etmiş 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  höku məti  ö z  ö lkələri  arasın da  siyasi,  hüquqi, 

iqtisadi  və  intellektual  zəmində  mehriban  dostluq  münasibətləri  bərqərar  etməklə 

qarşılıq lı  surətdə  razılığa  gəlirlər"

3

.  4  iyun  müqaviləsi  və  iyunun  ortalarında 



imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə  münasibətlərinin bütün sahələrini 

əhatə  edən  ilk  dövlətlərarası  sənədlər  idi.  Hələ  Batumda  olan  M.Ə.Rəsulzadə  və 

M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyıın 

müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər, Həmin 

müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi 

Cənubi  Qafqazda  möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə 

qarşılıqlı  razılıq  əsasında  osmanlı  hərbi  hissələri  və  Azərbaycan  könüllülərindən  ibarət 

Qafqaz İslam Ordusu yaradıldı

4



Azərbaycan-Türkiyə  münasibətlərinin genişlənib dərinləşməsində  1918-ci  ildə 



keçirilməsi  nəzərdə  tutulan  İstanbul  konfransına  M.Ə.Rəsulzadə,  X.Xasməmmədov  və 

A.Səfikürdskidən  ibarət  nümayəndə  heyəti  göndərilməsinin  böyük  əhəmiyyəti  oldu. 

Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-

Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə 

siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağla-

maq  səlahiyyəti  verilmişdi

5

.  Nəzərdə  tutulan  beynəlxalq  konfrans  keçirilməsə  də, 



Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından 

oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nüma-

yəndələri səmərəli danışıq lar apard ılar. 

Sentyabnn  6-da  isə Azərbaycan nümayəndələri Mehmet  Rəşadın vəfatından sonra 

taxta əyləşmiş  Sultan  VI  Mehmet  Vahideddin tərəfindən qəbul edildi.  Həmin gün  Sultan 

taxta  çıxması  münasibətilə  İstanbulda  olan  diplomatik  nümayəndələr  üçün  təntənəli  rəsmi 

qəbul (audiensiya) mərasimi düzəltmişdi.  Gözləmə zalında bir çox  xarici nümayəndəliklər 


 

 

349 



olmasına  baxmayaraq,  Sultanın  şəxsi  təşəbbüsü  ilə  Azərbaycan  nümayəndələri  birinci 

qəbul  edildilər.  Onları  Ənvər  Paşa  qarşılayıb  Sultana  təqdim  etdi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  adından  VI  Mehmeti  təbrik  edən  M.Ə.Rəsulzadə  yüzillik  əsarətdən  xilas 

olmuş Azərbaycan  xalqının  öz  istiqlaliyyətini  və hürriyyətini qoruyub saxlamaq yolunda 

qardaş  Türkiyəyə  arxalandığını  bildirdi.  Sultan  cavabında  qeyd  etdi:  "Sevimli 

Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul 

edirəm.  Əsarətdən  xilas  olmuş  türk  və  müsəlman  hökumətinin  istiqlaliyyət  və  hürriyyətini 

təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat 

və  qüvvət  kəsb  edərək,  bizimlə  b irlikdə  ü mu mi  düşmənlərimizə  qalib  gələcəy inə 

ümid edirəm" . 

Bu  qəbul  barədə  Azərbaycan  hökumətinə  məlumat  verən  M.Ə.Rəsulzadə 

yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün 

ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"

6



1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxa lq və ziyyət 

Bakın ın  tezliklə  azad   edilməsini  zəruri  ed irdi.  Dünya  müharibəsinin sonunda  Bakı 

Türkiyə,  Almaniya,  İngiltərə,  Sovet  Rusiyası  arasında  mübarizənin  əsas  obyektinə 

çevrilmişdi. 

1918-ci ilin yayında İstanbulda vəziyyəti müşahidə edən almanlara aydın oldu ki, 

Türkiyənin müdafiə etdiyi Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını 

heç  kimə  güzəştə  getmək  istəmir.  Buna  görə,  almanlar  Bakı  ilə  bağlı  planlarına  Sovet 

Rusiyası vasitəsilə çatmaq fikrinə düşdülər və bu məqsədlə onunla gizli danışıqlara başladılar. 

Sovet  Rusiyasının  Almaniya  vasitəsilə  işə  qarışması  Azərbaycan  hökumətinin 

Bakını  azad  etməsini  xeyli  yubandırdı.  Berlin  danışıqları  davam  etdiyi  zaman  Bakı  Xalq 

Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün  çar polkovniki  L.Biçeraxovdan yardım 

almaq  ümidləri  boşa  çıxdı  və  iyul  ayının  axırlarında  Bakı  Ko mmunası  yıxıldı. 

Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan 

ingilislər  şəhəri  Qafqaz  İslam  Ordusunun  hücumundan  müdafiə  etmək  iqtidarında 

deyildilər.  Nəhayət,  Berlində  üç  aya  qədər  davam  edən  Almaniya-Rusiya  danışıqları 

avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi: 

"Almaniya  Qafqazda  Gürcüstanın hüdudlarından  kənarda hərbi əməliyyatlarda hər hansı 

üçüncü  dövlətə  heç  bir  yardım  etməyəcək...  Rusiya  Bakı  vilayətində  neft  çıxarılmasını 

bütün imkanları daxilində artıracaq, çıxarılan neftin dörddə birini Almaniyaya verəcək"

7



İstanbulda  olan  Azərbaycan  nümayəndələri  bu  sazişlə  əlaqədar  Almaniya 

səfirliyinə etiraz notası təqdim etdilər.  Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, 

Avstriya  -  Macarıstan və  Bolqarıstan səfirliklərinə, habelə  bitərəf  ölkələrin  diplomatik 

nümayəndəliklərinə də verildi. 

1918-c i  il sentyabrın əvvəllərində Azə rbaycan nümayəndələri Sədr-Əzə m 

Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı  Tələt Paşanın Berlinə səfəri 

ərəfəsində  Almaniyanın   Bakı  məsələsində  tutduğu  mövqe,  Bakın ın  tezliklə  azad 

edilməsin in zəruriliyi mü zakirə olundu. 

Az sonra Berlinə gedən Tələt Paşa təcili şəkildə  27 avqus t sazişinin ləğv 


 

 

350 



edilməsini  Almaniyadan  tələb  etdi.  Bu  addım  Bakının  edilməsində  mühüm 

əhəmiyyətə  malik  o ldu.  Sentyabrın  ortalar  Azərbaycan-Türkiyə  hərbi  qüvvələri 

Bakıya girdi. 

Bakın ın  azad  edilməsi  istiqlalı  elan  olunmasından  sonra  Azərbaycanın 

taleyində  ikinci  böyük  tarixi  hadisə  idi.  Bu   qələbənin  diplo matik  cəhətdən  təmin 

edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakın ın azad edilməsi  ilə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  öz  hakimiyyətini  gənc  respublikanın  ərazisində 

bərqərar etdi. 

Bakın ın  azad  edilməsi  barəsində  məlu matı  Ənvər  Paşa  İstanbulda  olan 

Azərbaycan  nümayəndələrinə  çatdırdı.  İstanbuldan  baş  nazir  F.X.Xoyskiyə  və 

xarici  işlər  naziri  M.H.Hacınskiyə  yazdığı  məktubda  M.Ə.Rəsulzadə  göstərirdi  ki, 

Bakın ın alın ması burada əhvali-ruhiyyəni qaldırmışdır.  Bakı azad edild ikdən sonra 

Almaniyanın  hərb i  və  ticarət  nümayəndəsi  baron  fon  der  Qolts,  Avstriya-

Macarıstan  diplo matik  nümayəndələri,  Osmanlı  Su ltanlığ ının   Qafqaz  Ordusunun 

hərbi qərargahı Bakıya gəldi. 

Azərbaycan-Türkiyə  münasibətlərinin  inkişafında  Ə.M.Topçubaşovun 

İstanbul  missiyasının  böyük  əhəmiyyəti  o ldu.  O,  1918-ci  il  sentyabrın  28-də 

İstanbula gəldi və Azərbaycan höku mətin in  fövqəladə səlahiyyətli naziri  kimi  işə 

başladı. 

Berlin danışıqlarından sonra oktyabrın 2-də Ə.M.Topçubaşovu qəbul edən 

Tələt  Paşa  məlu mat  verərkən  bildirmişdi  ki,  A zərbaycanın  mənafeyi  naminə  nə 

mü mkündürsə, hamısını etmişdir.  Danışıqlar  zamanı Tələt Paşa Berlindəki rus səfiri 

A.A.İoffenin Azərbaycana münasibətdə qərəzli mövqeyini də açıq ladı

8



1918-ci  ilin  oktyabrında  Ə.M.Topçubaşov  İstanbulda  Türkiyənin  rəsmi 

dövlət  nümayəndələri  ilə  bir  s ıra  görüşlər  keçirdi.  Lakin  Türkiyə  məğlubiyyət 

ərəfəsində  böhran  içərisində  olduğu  və  ay   yarım  ərzində  üç  höku mət  kabineti 

dəyişdiyi üçün Azərbaycanla Osman lı dövləti arasında sabit münasibətləri bərqərar 

etmək mü mkün olmadı. 

1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın 

daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, 

Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı. 

Barışığın 11-ci maddəsinə görə, Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, on beşinci 

maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya 

verməli və müttəfiqlərin Bakın ı tutmasına heç bir etiraz etməməli idi

9



Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının 

Azərbaycana  aid  maddələrinə  etirazını  bildirdi

10

.  La kin  bu  etira zın  elə  bir  əhə miyyəti 



olmadı. 

Mudros  barışığının  Azərbaycana  aid  maddələrinə  görə,  Osmanlı  dövlətindən 

narazı  qalmasına  baxmayaraq,  onun  dünya  müharibəsində  məğlub  dövlətlərdən  biri 

olmasından  ehtiyat etməyərək, noyabrın  10-da  Azərbaycan  hökuməti  Respublikanı  tərk 

edən  Türkiyə  ordusunun şərəfinə  ziyafət verdi.  Türkiyə qoşunları həmin gün  Bakıdan,  az 


 

 

351 



sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin  xarici 

siyasətində Türkiyə oriyentaliyası dövrü başa çatdı. 

Birinci  dünya  müharibəsinin  sonunda  Böyük  Britaniyanın  Azərbaycana  marağı 

müstəsna  dərəcədə  artmışdı.  Bu,  bir  tərəfdən,  Almaniya-Türkiyə  blokunun  Qafqaza 

meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının 

payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda 

çıxarılırdı

11

. Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni 



müəyyən  edən  amil  kimi  baxırdılar.  İngiltərənin  baş  naziri  Lloyd  Corcun  fikrincə,  mü-

haribənin  sonunda  Antantanın  üstünlüyünə  baxmayaraq,  alman  bloku  Bakı  neftindən 

istifadə edərdisə,  hərbi əməliyyatların hansı nəticələr  verəcəyini  qabaqcadan  söyləmək 

olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin 

mayından  başlayaraq  Bakı  istiqamətində  hərəkətə  başladı.  Lakin  bu  zaman  Cənubi 

Azərbaycanda  möhkəmlənmiş  Türkiyə  qoşunları  onların  hərəkətini  dayandırdı  və 

ingilislərin  Bakıya  müdaxiləsi  1918-ci  ilin  avqustuna  qədər  mümkün  olmadı.  Bakıda 

XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış 

ingilisləri  Bakıya dəvət  etmək  oldu. Avqustun  4-də  polkovnik  Stoksun başçılıq etdiyi ilk 

qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general  Denstervil başda olmaqla  min 

nəfərlik  ikinci  hərbi  dəstə  Azərbaycana  gəldi.  Şəhərin  xristian  əhalisi  ingilisləri  böyük 

sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını 

görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı. 

Bakıya  gələn  Britaniya  qoşununun  çoxsaylı  olması  haqda  məlumatların  şayiə 

olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara 

başladı.  1918-ci  il  sentyabr  ayının  ortalarında  Britaniya  qoşunu  general  Denstervil 

başda olmaqla  Bakını  tərk  etmək  məcburiyyətində  qaldı.  Lakin  1918-ci  ilin  payızında 

ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin 

Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi. 

1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az 

əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti   V.Vilsona, öz  fəaliyyətini bərpa etmiş Milli 

Şura  isə  dünya  dövlətlərinə  müraciətlər  qəbul  etdilər

12

.  Müttəfiqlərin  gəlişi  Azərbaycanın 



istiqlaliyyətini  ciddi təhlükə qarşısında qoydu.  Rus və  erməni  milli  şuralarının cəhdlərinə 

baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, 

onun  "Bakıda  ən  bacarıqlı adamlardan biri" saydığı  F.X.Xoyskinin hökuməti  ölkədə  koa-

lisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır. 

Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln 

az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya 

hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət  

kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən buraya böyük müttəfiq 

millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məmləkətdə sülh və ədaləti bərpa 

etməkdir.  Müttəfiqlərin  qələbəsi  hüquqi-ədalət və  millətlərin  təyini-müqəddəra-ixtiyari 

təmininin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-istiqbaldan 

naşı təşəkkürümü bəyan edirəm Qoşunlarımız məmləkətinizdə bulunduqca hüsni-qəbul və hər 



 

 

352 



dürlü müzahirət görəcəklərinə ümidvaram. Məmləkətinizin ticarət sənaətinin tərəqqisinə 

var qüvvəmiz ilə çalışacağıq"

13



F.X.Xoyski  ilə  danışıqlar  zamanı  C.Miln  bildirdi  ki,  "Azərbaycan 



dairəsində  İngiltərə   höku məti  A zərbaycan  hökumət i-Cü mhuriyyəsini  tanıyır  və 

qəbul  edir  və  hökumətə  müttəfiqlər  ko mandanlığı  hər  barədə  kö mək  edəcəkdir. 

Ayrı-ayrı  millətlərin  təyin i-müqəddərat  hüququ  İngiltərə  höku məti  nöqteyi-

nəzərincə  müdafiə  ed ilməlid ir.  Sülh  konfransında  İngiltərə  nü mayəndələri  bunu 

müdafiə  edəcəklərdir.  Bundan  əlavə,  general  bəyan  etmişdir  ki,  müttəfiqlər 

ko mandanlığı  təzə  təşkil  edilmiş  Zaqafqaziya  hökumətlərinin  daxili  işlərinə 

qarışmayacaqdır.  Və  müttəfiq lərin  yeganə  məqsədi  bu  dövlətlərdə  asayiş  və 

müsalimətə kömək etməkdir"

14

. Əlbəttə, bu, tək general C.M ilnin fikri deyildi, 1918-



ci ilin dekabr ayında Cənubi  Qafqaz  məsələsi bir neçə dəfə Britaniya höku mətin in 

iclaslarında  müzakirə  edilmişdi.  Lord  Kerzon  bu  fikirdə  idi  ki,  Cənubi  Qafqazda 

sabitlik  lazımdır,  əks  təqdirdə  "anarxiya,  qarma-qarışıqlıq,  yaxud  bolşevizm"  bu 

regionda ingilis siyasətinə maneçilik törədə bilər.  

1919-cu  ilin   əvvəllə rindən  başlayaraq  İngiltərə-A zərbaycan  əlaqələri 

Bakıda  olan  ing ilis  ko mandanlığı,  İstanbuldakı  ingilis  hərbi  və  diplomatik 

nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil o lunan sülh heyəti vasitəsilə 

həyata keçirilird i. 

Dekabr  ayında  ingilislər  Batu m  və  Tiflisi  də  tutdular  və  1919-cu  ilin 

yayına  qədər  Qafqazda  qaldılar.  İngilislərin  Azərbaycanın  daxili  işlərinə  müdaxilə 

etməsi  tədricən  aradan  qaldırıld ığına  görə,  A zərbaycan  hökuməti  bütün  işləri  öz 

əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliy ini bərqərar edirdi. 

U.Çörçill sonralar ö z xatirələrində yazırdı ki, Cənubi  Qafqaza daxil olmuş 

20  minlik  Britaniya Ordusunun yardımı  ilə  Gü rcüstan, Ermən istan və Azərbaycan 

tam  müstəqil olmalı  idi və bu  müstəqil dövlətlər İrana və  Türkiyəyə bolşeviklərin 

gözlənilən müdaxiləsinin qarşısında durmalı idilər

15



Azərbaycan  xarici  siyasətinin  qarşısında  duran  ciddi  məsələlərdən  biri 



qonşu dövlətlərlə qarşılıq lı  mehriban  münasibətlər yarat maq,  müəyyən  məsələlərə 

münasibətdə  Qafqaz  həmrəyliyinə  nail  o lmaq  id i.  Azərbaycan  parlamen tin in 

Dağıstan,  Gürcüstan və Ermənistana göndərdiyi  mü raciətdə deyilirdi: "Qafqaz elə 

bir  vəziyyət  qarşısındadır  ki,  bu  ərazi  ü zərində  qurulmuş  olan  cümhuriyyətlər 

müqabil dostluq və həmrəylik yap madan yaşaya bilməzlər".  

Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respııblikası ilə əməkdaşlığı 

inkişaf  etdirmək  üçün  1918-ci  ilin  oktyabr-noyabr  aylarında  bir  sıra  müqavilələr 

bağladı. İki dövlət arası bağlanmış müqaviləyə əsasən, Azərbaycan hökuməti ciddi maliyyə 

çətinlikləri  ilə  qarşılaşmış,  Dağlılar  hökumətinə  10  milyon  manat  həcmində  yardım 

göstərmiş və o,  Denikinin təcavüzünə  məruz qaldıqda əlində  olan bütün vasitələrlə ona 

yardım  göstərəcəyini  bildirmişdi.  1919-cu  il  mart  ayının  əvvəllərində  general  Tomsona 

etiraz  notasında  Azərbaycan  hökuməti  bəyan  edirdi:  "Dağlılar  üçün  ağ ır  bir  zamanda 

Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır". Təkcə Dağıstanı 


 

 

353 



deyil,  bütün  Qafqazı  hədələyən  ağ  və  qırmızı  Rusiyasına  münasibətdə  Azərbaycan 

hökumətinin  mövqeyi  respublika  XİN-nin  Kuban  hökumətindəki  səlahiyyətli 

nümayəndəsi C.Rüstəmbəyova məktubunda öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim 

hökumətin  fikri  belədir:  kim  olursa-olsun,  bolşevik,  menşevik,  denikinçi  və  i.a., 

Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir"

16



Cənubi  Qafqazın  üç  yeni  respublikası  -  Azərbaycan,  Gürcüstan  və  Ermənistan 

arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan 

hökumətinin  Borçalı,  Sığnaq  və  ümumilikdə  Qarayazıda  Gürcüstanın  sərhədlərini  müəyyən 

etmək  adı  altında  mövcud  vəziyyəti  dəyişmək  cəhdləri  Azərbaycan  hökumətinin 

müqaviməti  ilə  qarşılaşdı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xarici  işlər  naziri 

M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz 

edərək  Gürcüstan hökumətinin  xariıci  işlər  idarəsinin  başçısına  yazırdı:  "Borçalı,  Tiflis  və 

Sığnaq  qəzalarının  başdan-başa  müsəlmanlardan  ibarət  olan  hissələrinin  əhalisi  öz 

nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə 

etdiklərini  nəzərə  alaraq,  mənim  hökumətim  gürcü  hökumətinin  yuxarıda  qeyd  olunan 

sərəncamına  qarşı  qəti  etiraz  edir  və  ölkələrimiz  arasında  mehriban  qonşuluq 

münasibətlərinin  saxlanması  naminə  Borçalı  qəzasının  hüdudlarından  qoşun  hissələrini 

çıxarmaq,  Azərbaycan  ərazisinin  yuxarıda  qeyd  edilən  hissələrinin  tutulması  haqqında 

sərəncamı  ləğv  etmək  üçün  təcili  tədbirlər  görməyi  təkidlə  xahiş  edir"

17

.  Azərbaycan 



hökumətinin ciddi səyi ilə Qarayazıdakı status -kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin 

burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az 

sonra  isə  məsələnin  mü zakirəsi  1919-cu  il  aprelin   25-də  Tiflisdə  işə  başla-yan 

Qafqaz  konfransının  gündəliyinə  daxil  edild i.  Lakin  1919-cu  ilin  iyununda, 

Şimaldan  yaxınlaşan  təhlükə  ilə  bağlı  olaraq,  Qafqaz  konfransı  öz  işini  dayandırdı. 

Denikin  ordusunun  Dağıstan  üzərinə  hücumu  və  Cənuba  doğru  irəliləməsi 

Azərbaycan-Gürcüstan  əməkdaşlığını  zərurətə  çevirdi.  Yaran mış  vəziyyətdə 

Ümu mqafqaz həmrəyliy inin yarad ılmasında Azərbaycan diplo matiyası Gü rcüstanla 

əlaqələrin genişləndirilməsinə  xüsusi diqqət yetirirdi. 1919-cu  il  iyunun 16-da  iki 

dövlət  arasında  üç  il  müddətinə  hərbi-müdafiə  paktının  imzalanması  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  dəyərli  diplomatik  addımı  hesab  edilməlidir.  Bu  pakta  görə, 

Azərbaycan  və  Gürcüstanın  istiqlaliyyəti  və  ərazi  bütövlüyünə  hər  hansı  dövlət 

tərəfindən təcavüz  olduğu təqdirdə  müqaviləni  bağlayan tərəflər  öz  öhdələrinə  bir-

birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər.  Eyni zamanda  müqavilənin 

10-cu  bəndində  göstərilird i  ki,  "bu  müqavilə  barədə  rəs mi  mə lu mat  verildikdən 

sonra  Ermən istan  iki  həftə  ərzində  bu  müqaviləyə qoşula bilər"

18

.  Həmin  müqavilə 



iyun ayının 27-də hər iki ö lkənin parlamentlərində təsdiq edildi.  

16  iyun  hərbi-müdafiə  paktına  uyğun  olaraq,  tərəflər  hərb i-texniki  saziş 

imzaladılar  və  birgə  hərbi  Şura  yaratdılar.  İngilis  komandanlığının  Azərbaycan-

Gürcüstan  müdafiə  paktına  münasibəti  əvvəlcə  mənfi  idi,  lakin  sonralar  dəyişdi. 

Britaniyanın  Şərqi  Avropa  və  Qafqazda  olan  qüvvələrinin  baş  komandanı  general 

C.Miln  Denikinin  Cənuba  doğru  hərəkəti  ilə   ra zı  olmad ığı  barədə  baş  nazir 



 

 

354 



N.Yusifbəyliyə radioteleqram göndərdi

19



Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik 

əlaqələr  çox  çətin  və  ziddiyyətli  bir  yol  keçsə  də,  1920-ci  ilin  əvvəllərində  normal 

məcraya düşdü. Hər  iki  respublikanın  müstəqilliyi  Versal Ali Şurası tərəfindən de-

fakto tanındı. 

İranla  münasibətlərdə  də  əvvəlki  narazılıqlar,  daha  ço x  isə 

anlaşılma zlıq lar  1919-cu ilin ortalarından etibarən öz yerini ə məkdaş lıq  meyllərinə 

verməyə  başladı.  Həmin  ilin  payızında  yaradılan  birgə  Azərbaycan-İran 

ko missiyasının  gərgin  işi  nəticəsində  iki  dövlət  arasında  münasibətlərin  bir  sıra 

tərəflərin i əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayın ın 20-də iki 

dövlət  arasında  əməkdaşlığ ın  bütün  sahələrini  əhatə  edən  7  müqavilə  və  saziş 

imzalandı. 

Məğlubiyyətdən sonra çətin vəziyyətə  düşmüş Türkiyə  ilə də  əlaqələr  bərpa 

edilməyə  başlamış,  tanınmış  yazıçı  Yusif  Vəzir  Çəmənzəminli  İstanbula səfir  təyin 

edilmişdi.  Azərbaycan  diplomatiyası  Avropa  və  Qafqazdakı  fəaliyyətində  həyatla  ölüm 

arasında  mübarizə aparan Anadolu türklərinin də mənafeyini müdafiə edirdi. 

Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı. 

Azərbaycan  diplomatiyasının  ciddi-cəhdlərinə  baxmayaraq,  "böyük  dövlətçilik" 

mövqeyindən çıxış edən bu döv-lətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı. 

Birinci  Dünya  müharibəsində  Türkiyənin  məğlubiyyəti  1918-ilin  axırlarında 

ermənilərin  yenidən  fəallaşmasına  şərait  yaratdı.  Artıq  dövlət  siyasəti  səviyyəsinə  qaldırılan 

"dənizdən dənizə  Böyük  Ermənistan"  iddiaları  yerli türk əhalisinə görünməmiş  müsibətlər 

gətirdi 


Belə  bir  vəziyyətdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qarşısında  duran  əsas 

vəzifə erməni dəstələrinin zorakılığının qarşısını almaq və Ermənistanla normal qonşuluq 

münasibətlərini bərqərar etmək idi. Lakin Azərbaycan hökuməti dəfələrlə müraciət etsə də, 

Ermənistan öz təcavüzkar siyasətini dayandırmadığı üçün  iki dövlət arasında nəinki normal 

münasibətlər  yaratmaq  mümkün  olmadı,  hətta  əksinə  bir  sıra  böyük  dövlətlər  tərəfindən 

dəstəklənib  qızışdırılan  vs  onların  əlində  oyuncağa  çevrilən  Ermənistan  Zəngəzuru, 

Naxçıvanı  və  Qarabağın  dağlıq  hissəsi  kimi  qədim  Azərbaycan  torpaqlarını  açıq  və  gizli 

şəkildə işğal etmək yolunu seçdi. 

1918-ci  ilin  yayından  başlayaraq  türk  xalqının  qəddar  düşməni  Andronik 

Naxçıvan  və  Zəngəzur  bölgələrində  Azərbaycan  sərhədlərini  pozub  dinc  əhaliyə  qarşı 

kütləvi qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki, 

ya  Ermənistan  hökumətinə  tabe  olsunlar,  ya  da  Zəngəzuru  boşaltsınlar.  Lakin  əhali 

Andronikin bu həyasız tələbini  rədd  edərək öz torpaqlarının  müdafiəsinə qalxdı,  1918-ci 

ilin payızından Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına 

Ermənistan  hökuməti  bilavasitə  rəhbərlik  etməyə  başladı.  Daşnaklar  1918-ci  ilin 

axırlarında  Zəngəzurda  115,  Cavanşir,  Cəbrayıl,  Şuşa  qəzalarında  21,  İrəvan 

quberniyasında  60-dan  çox  Azərbaycan  kəndini  məhv  etdilər  və  əhalisini  soyqırımına 

məruz qoydular. Həmin ərazilərin 100 mindən artıq türk-müsəlman əhalisi öz dədə-baba  



 

 

355 



yurdundan qovulub didərgin oldu

20



Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar 

atdı.  1919-cu  il  yanvarın  əvvəllərində  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzalarını 

Gəncə  quberniyasından  ayırıb,  mərkəzi  Şuşa şəhəri  olmaqla  həmin  qəzalardan  ibarət 

Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin il fevralın 12-dən Xosrov bəy Sultanov 

general-qubernator  təyin  edildi.  General-qubernatora  tapşırıldı  ki,  Qarabağda  separatist 

hərəkatı ləğv edib, qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin. 

Ermənistan  hökuməti  Qarabağ  general-qubernatorluğunun  yaradılmasına  və 

Xosrov bəy Sultanovun general-qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia 

irəli  sürdü  ki,  buranın  böyük  hissəsi  Ermənistan  ərazisidir,  X.Sultanov  isə  ermənilərin 

düşmənidir. 

1919-cu il yanvarın 2-də Azərbaycan Xalq Cümhuriyyətinin  xarici işlər naziri 

Ermənistanın  xarici  işlər  nazirinə  göndərdiyi  teleqramda  Ermənistanın  etirazını  əsassız 

sayaraq bildirdi  ki,  Cavanşir,  Şuşa,  Cəbrayıl və  Zəngəzur  qəzaları Azərbaycanın ayrılmaz 

hissəsidir.  Eyni  zamanda  Ermənistanın  etirazı  suverenliyə  qəsd  və  Azərbaycanın  daxili 

işlərinə qarışmaq cəhdi  kimi  qiymətləndirildi.  Onu da qeyd etmək vacibdir  ki,  Ermənistan 

Qarabağ general-qubernatorluğunun yaradılması  ilə  əlaqədar öz etirazını  Qafqazda  Böyük 

Britaniya  qoşunlarının  baş  komandanı  general  Tomsona  və  müttəfiq  dövlətlərin 

Zaqafqaziyadakı baş  komissarı  Haskelə də bildirmişdi.  Lakin onlar Azərbaycanın  Qarabağ 

qubernatorluğu yaratmaq və ona general-qubernator təyin etmək hüququnu müdafiə etdilər. 

1919-cu  il  iyunun  18-də  Azərbaycan  Ermənistana  nota  göndərdi.  Bu  notada 

Ermənistanın  etiraz  və  iddiaları  rədd  edilərək,  Qarabağ  məsələsində  Azərbaycan 

Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb o lunurdu

21



İyunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman Qarabağda baş 



vermiş hadisələr bilavasitə  Erməni  Milli  Şurasının planı əsasında törədilmişdi.  Bu  Şuranın 

Qarabağda  erməni  və  müsəlman  icmaları  arasında  sabitliyi  pozmağa  yönəlmiş  fəaliyyətini 

öyrəndikdən  sonra  ingilis  komandanlığı  hələ  aprel  ayında  onun  üzvlərinın  Qarabağın 

hüdudlarından  uzaqlaşdırılacağını  vəd  etmişdi.  İyun  ayının  əvvəllərində  məlum  oldu  ki, 

Erməni Milli Şurası Şuşanın ermənilər yaşayan məhəlləsinə gizli yolla silah gətirir. Onların 

məqsədi  Qarabağ yaylaqlarına qalxaraq azərbaycanlıların qarşısını almaq  idi.  Belə olduqda, 

X.Sultanov  köç  gedən  yollarda  təhlükəsizliyi  təmin  etmək  üçün  Azərbaycan  Ordusunun 

əsgərlərin i təhlükəli yerlərə göndərdi və eyni zamanda Erməni Milli Şurasının üzvlərinin 

həbs  edilib  Qarabağdan  çıxarılması  haqqında  göstəriş  verdi.  Buna  cavab  olaraq, 

silahlanmış ermənilər iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar və üç əsgər 

öldürüldü.  Bu  hadisədən  sonra  X.Sultanov  Şuşada  və  ətraf  kəndlərdə  qayda-qanun 

yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi Erməni Milli Şurasının üzvlərinin 

Azərbaycandan çıxarılmasına nail oldu, həmin vaxt Şuşada hərbi toqquşma baş verdi və 

hər iki tərəfdən itkilər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı 

Şuşa erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirdilər ki, hörmətli Xosrov 

bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş 

hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların Sizin əsgərlərə qarşı törət-


 

 

356 



diyi  zorakılıq  faktından  çox  həyəcanlanmışıq  və  bu,  haqlı  olaraq,  Sizin  ordunun  və 

zabitlərin  həyəcanına  səbəb  olmuşdur"

22

.  Lakin  Ermənistan  hökuməti  Azərbaycan 



Ordusunun  Qarabağdan çıxarılmasını  tələb  edirdi.  Bu  tələb  Azərbaycanın  Xarici  İşlər 

Nazirliyi tərə findən rədd olundu. 

1919-cu  ilin  yayında  Azərbaycan  hökumətinin  qəti  mövqeyi  və  məqsədyönlü 

siyasəti  nəticəsində  respublikanın  qanııni  hakimiyyəti  Qarabağda  bərpa  edildi.  Qarabağın 

dağlıq  hissəsində,  Zəngəzurda  və  ermənilərin  planlarına  daxil  olan  digər  yerlərdə 

Azərbaycanın  suveren  hüquqlarının  bərpa  edilməsində  Qarabağ  general-qubernatoru 

Xosrov  bəy  Sultanov  böyük  xidmət  göstərdi.  Qaniçən  Andronik  onun  ciddi  təkidi  və 

müttəfiqlərin yardımı  ilə  nəinki Azərbaycanı, hətta  bütün  Cənubi  Qafqazı  tərk  etməyə 

məcbur olmuşdu. 

"Böyük Ermənistan" iddialarına daxil olan ərazilərdən biri də  Naxçıvan bölgəsi 

idi.  Naxçıvanda  hələ  1918-ci  ildə  Araz-Türk  Respublikası  yaranmışdı.  Respublikanın 

ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları daxil 

olmuşdu.  Paytaxt  Naxçıvan  şəhəri  idi.  Hökumətin  Bakı  uğrunda  döyüşlər  apardığı  bir 

dövrdə, bu respublika əhalinin daşnak hücumlarından qorunmasında faydalı iş gördü. 

Daşnak  hökuməti  hələ  1918-ci  ilin  noyabrında  Naxçıvan,  Şərur-Dərələyəz, 

İçmiədzin  qəzalarını,  Qars  vilayətini  müsəlman  əhalisindən  təmizləyib,  Ermənistan 

hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin müsəlman əhalisinin 

güclü  müqaviməti  həmin  planın  həyata  keçirilməsinə  mane  oldu.  Hətta  ingilis 

komandanlığı  müvəqqəti  olaraq  Naxçıvanın  idarəçiliyini  Ermənis tana  versə  də,  qəza 

əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti  bu qərarı 

həyata  keçirə  bilməmişdi.  İngilislərin  Zəngəzur  və  Yuxarı  Qarabağı  Azərbaycan 

torpaqları kimi tanıyıb, Naxçıvanı Ermənistanın idarəçiliyinə vermək ideyası Azərbaycanla 

Türkiyənin arasını  kəsmək,  ümu milikdə  Türkiyə  ilə  qalan  müsəlman  xalqları arasında 

xristian erməni dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. 

1919-cu  ilin  mayında  xarici  işlər  naziri  F.X.Xoyski  general  Tomsonla 

görüşündə  müttəfiqlərin  baş  komandanlığı  tərəfindən  Naxçvanın  idarəçiliyinin 

müvəqqəti  olaraq  Ermənistana  verilməsinə  kəskin  etiraz  etmiş,  Naxçıvan,  Ordubad, 

Şərur-Dərələyəzin  qədim  Azərbaycan  torpaqları  olduğunu  bildirmişdi

23

.  Burada  silah 



gücünə öz hakimiyyətini qura bilməyən Ermənistan hökuməti 1919-cu ilin yayında ABŞ 

layihəsi üzrə bu ərazilərdə neytral zona yaradılmasına çalışırdı. Çünki ABŞ nümayəndəsinin 

idarə  edəcəyi  Naxçıvan,  Şərur-Dərələyəz  general-qubernatorluğunun  gələcəkdə  bu 

ərazilərin Ermənistana keçməsi üçün əlverişli şərait yaradacağı şübhəsiz idi. 

Naxçıvanlıların  dəyanəti  və  Azərbaycan  hökumətinin  səyləri  nəticəsində 

Ermənistanın amerikanlar vasitəsilə Naxçıvana yiyələnmək n iyyətləri puça çıxd ı. 

Ermənistanla  Azərbaycan  arasında  1919-cu  il  noyabrın  23-də  imzalanan 

sazişdən sonra Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan geri çağırdı

24

. Bağlanan sazişə 



görə,  toqquşmalar  dayandırılmalı,  mübahisəli  məsələlər,  o  cümlədən  sərhəd  məsələləri 

danışıqlar  vasitəsilə  həll  edilməli  idi.  Lakin  Ermənistan  bu  sazişi  kobud  surətdə  pozub, 

Zəngəzura nizami qoşun hissələri göndərdi. Azərbaycan kəndlilərinin talanı və dinc əhaliyə 


 

 

357 



vəhşicəsinə  divan  tutulması  geniş  miqyas  aldı.  1919-cu  il  dekabrın  14-də  Azərbaycan 

hökumətinin təşəbbüsü ilə Bakıda Ermənistan-Azərbaycan konfransı açıldı. Lakin konfrans, 

ermənilərin  günahı  üzündən,  tərəflər  arasında  ziddiyyəti  həll  edə  bilməyərək  işi 

yarımçıq dayandırdı. 

1920-ci  ilin yanvarında Ermənistanın hərbi əməliyyatları yenidən  gücləndi. 

Belə  bir  şəraitdə  A zərbaycan  hökuməti  erməni  təcavüzinü  dəf  etmək  üçün  ciddi 

tədbirlər görmək məcburiyyətində qaldı. 

Azərbaycanın  həyatı  mənafeyi  sovet  Rusiyası  ilə  normal  münasibətlər 

qurulmasını  tələb  edird i.  Yeni  iqtisadi  əlaqələrin  hələ  yaradılmadığı  və  ənənəvi 

əlaqələrin pozulduğu bir vaxtda Azərbaycanın  neft, pambıq və digər  xammalların ın 

Rusiya  bazarından  məhru m  olması  Azərbaycan  hökumətinin  şimal  qonşusu  ilə 

münasibətləri normallaşdırmasını zəruri edirdi. 

Azərbaycanın  Gürcüstandakı diplo matik nü mayəndəsi RSFSR  xalq  xarici 

işlər komissarına göndərdiyi 1918-ci il 6 o ktyabr tarixli məktubunda Moskva vilayəti 

ərzaq  komitəsinin  Bakıda  olan  səlahiyyətli  nümayəndəsi  İ.P.Orlovun  Azərbaycanla 

iqtisadi  əlaqələr  yaratmaq  sahəsində  gördüyü  işləri  qeyd  edərək,  Bakıda  və 

Moskvada  rəsmi  nü mayəndəlik  təyin  olun masını,  həmçinin  ticarət   mübadiləsin in 

ümu mi istiqamətlərini müəyyən etməyi təklif edirdi.  

M.Ə.Rəsulzadənin  parla mentin  açılışında  söylədiyi  nitq  Azərbaycan 

hökumətin in  Rusiyaya  münasibətini  bild irmək  baxımından  diqqəti  çəkir:  " Bizim 

Rusiya  ca maatına  qarşı  heç  bir  ədavət  və  nif rətimiz  yo xdur.  Beza r  o lduğumuz 

Rusiya çarizm  Rusiyası istibdadıdır...  Bizcə,  mənfur olan  Rusiya millətləri əzən və 

hüquqlarını verməyən rəsmi  Rusiyadır, hər millət  müstəqil və hürr olmalı, hürr oldu -

ğundan  sonra  digər  millətlərlə  ürək  istədiyi  kimi  əqdi-ittifaq  etməlidir...  Biz 

Rusiyanın səadətini istəriz, Rusiya səadətini s evəriz. Fəqət kəndi istiqlalımızı da əziz 

tutarız"


25

1919-cu  ilin  yazında  Nazirlər  Şurasının  yeni  seçilmiş  sədri  N.Yusifbəyli 



təşkil etdiyi höku mətin proqramında Sovet Rusiyası ilə  iqtisadi-ticarət əlaqələrin in 

bərpası vəzifəsini də irəli sürmüşdü. 

Bundan ötrü isə, ilk növbədə, Azərbaycan hökumətinin bu barədə  dəfələrlə  

müraciət  etməsinə  baxmayaraq,  Sovet  Rusiyası  mü xtəlif  əsassız  bəhanələr 

gətirməklə buna razılıq verməkdən yayınırd ı.  

Bu  diplomatik  oyunbazlığın  arxasında  isə  Bakı  neftinə sahib  olmaq  iddiası 

dururdu.  V.  İ.  Len inin  1920-ci  il  martın  17-də  Qafqaz  cəbhəsinə  göndərdiyi 

teleqramda  bu  niyyət  açıq-aydın  göstərilmişdi:  "Bakını  almaq  b izə  olduqca,  və 

olduqca zəruridir. Bütün səyinizi buna verin..."

26

 



Gö ründüyü  kimi,  bolşevik  Rusiyası  üzdə  millətlərin  öz  müqəddəratını 

təyin etmək hüququnu qəbul etdiyini deməsinə baxmayaraq ,  müstəqil milli dövlətlərin 

varlığı  ilə  barışa  bilmirdi.  Bakı  quberniyası  Xalq  Komissarları  Sovetinin  məğlubiyyətindən 

sonra da bolşevik hökuməti Azərbaycanı, xüsusən Bakını Rusiyanın ayrılmaz hissəsi hesab 

etmək iddiasından əl çəkmirdi. 


 

 

358 



Lakin  Rusiya  ilə  münasibətlərin  yaxşılaşdırılmasına  əngəl  törədən  çətinliklərə 

baxmayaraq,  Azərbaycan  xalqının  milli  mənafeyinə  uyğun  xarici  siyasət  yeritmək, 

mürəkkəb  beynəlxalq  vəziyyətdə  Azərbaycanla  qonşu  dövlətlər  arasında  mehriban 

münasibətlər yaratmaq, onu dünya birliyinin bərabərhüquqlu  üzvünə  çevirmək  Azərbaycan 

diplo matiyasının başlıca məqsədi idi. O bu mühüum məqsədə Paris sülh konfransında nail 

oldu. 


Hökumət çoxsaylı çətinliklərlə bağlı olan daxili problemləri həll etməyə çalışdığı 

bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və 

kömək əldə etmək üçün ağır mübarizə aparırdılar. Azərbaycan parlamenti Paris sülh konfran-

sında  iştirak  etmək  üçün  Ə.M.Topçubaşov  -  sədr,  M.H.Hacınski  –  sədrin  müavini, 

nümayəndə  heyətinin  üzvləri  Ə.Şey xülislamov,  Ə.Ağayev  və  müşavirlər  M. 

Məhərrəmov və  C.Hacıbəyov olmaqla  nümayəndə heyətini təsdiq  etmişdi

27

. "Avropanın 



sivil  dövlətləri  və  ABŞ-ın  ictimai  fikrini  onların  işgüzar  dairələri  ilə  ticarət  əlaqələri 

yaradılmasına  ən  ço x  kö mək  edən  istiqamətə  hazırlamaq"  üçün   Azərbaycan 

nümayəndə  heyətinə əlavə səlahiyyətlər verilmişdi

28

.  1919-cu  il  yanvarın  18-də  həmin 



nümayəndə heyəti  İstanbula  yola  düşdü.  Burada onlar  1919-cu  il yanvarın  20-də  Parisə 

getmək üçün viza almalı idilər. Lakin İstanbula gəldikdən sonra nümayəndə heyəti 1919-cu 

ilin aprelinə qədər burada ləngidi, çünki müttəfıq qoşunlarının komandanlığı hər vasitəyə əl 

atıb onun Paris sülh konfransında iştirakına mane olu rdu. 

Nümayəndə  heyətinin  başçısı  Əli  Mərdan  bəy  Topçubaşovun  İstanbuldan 

göndərdiyi məlumatlar onun Parisə getməyə viza almaq üçün böyük əmək sərf etdiyini sübut 

edirdi.  Yalnız  mayın  ortalarında  Azərbaycan  diplomatları  Fransaya  gələ  bildilər,  bu  da 

onlann  qarşısında  duran  məsələlərin həllinə  köməyi təmin  etmək üçün  lazımi  h a z ır l ıq  

işləri görmələrinə imkan vermədi. 

Lakin  artıq  1919-cu  il  mayın  28-də  Azərbaycan  nümayəndə  heyəti  ABŞ 

prezidenti  V.Vilsonla  görüşə  bildi.  Görüşün  nəticələri  çox  da  ümidverici  deyildi.  ABŞ 

prezidenti qeyd etmişdi ki, dünyanın kiçik ərazilərə parçalanmasını Sülh Konfransı istəmir və 

Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər.  Eyni zamanda 

V.Vilson  Azərbaycan nümayəndə heyətini əmin  etmişdi  ki, "...bundan sonra Azərbaycan 

xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq kimi müqəddəs işində böyük Amerika-

nın  kömək  və  yardımını  alacaqdır"

29

.  O,  azərbaycanlılara  Cənubi  Qafqaz  xalqlarının 



konfederasiyası ideyasını müzakirə etməyi məsləhət görmüş və demişdi ki, konfederasiya 

Millətlər Cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi böyük dövlətlərdən birinin hima-

yəçiliyinə ü mid edə bilər

30



Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına 

təqdim edilmiş  memorandumun surətini ABŞ prezidenti  V.Vilsona təqdim  etmişdi. Sənəd 

xüsusi  xəritəli  vərəqdə  sərhədləri  göstərilməklə  Qafqaz  Azərbaycanının  mustəqilliyinə; 

iqtisadi xəritə ilə birlikdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsinə; etnoqrafik xəritə və 

diaqramlarla birlikdə Azərbaycan əhalisinin etnik tərkibinə dair 3 maddədən

31

 ibarət idi. 



Paris  konfransının  iştirakçılarını  respublikadakı  siyasi  vəziyyətlə  tanış  etmək  üçün 

Azərbaycan  nümayəndə  heyəti  böyük  işlər  görmüş,  məsələn,  1919-cu  il  mayın  23-ü 



 

 

359 



İngiltərə  nümayəndəsi  A.Mallet  və  ABŞ  nümayəndəsi  K.Morgentau  ilə  görüşlər 

keçirmişdi. 

Paris  Sülh  Konfransında  keçmiş  Rusiya  imperiyası  ərazisində  yaranmış  bütün 

müstəqil dövlətlərin nümayəndələri iştirak edirdilər. Bu konfransın gedişində onlar görüşlər 

keçirir və öz  müşahidələri barədə  fikir  mübadiləsi  aparırdılar.  Bəzi  məsələlər  üzrə onlar 

eyni tələblərlə ç ıxış edird ilə r. 

1919-cu il iyunun 13-də V.Vilson, D.Lloyd Corc, J.Klemanso. V.Orlando və baron 

Makinonun  imzası  ilə  Rusiya  ərazisində  admiral  Kolçakın  ali  hakimiyyətinin  qismən 

tanınmasına  dair  sənəd  dərc  olundu.  Bununla  əlaqədar  olaraq  Azərbaycan,  Gürcüstan, 

Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri 1919-cu il iyunun 

13-də Paris konfransının sədrinə etiraz notası təqdim etdilər

32



Parisdə  Azərbaycan  nümayəndə  heyəti  İranla  münasibətlər  məsələsi  üzrə  xeyli  iş 

gördü.  Məlum  olduğu  kimi,  Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  İran 

Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun İran dövlətinə birləşdirilməsini tələb 

edirdi. 


1919-cu 

il  avqustun  19-da  Londonda  İngiltərə-İran 

müqaviləsi 

bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkd i. 1919-cu il 

noyabrın  1-də  Parisdə  Azərbaycanla  İran  arasında  Azərbaycanın  müstəqilliyin in 

tanınması  haqqında  müqavilə  bağlandı  və  iki  ölkə  arasında  diplo matik 

münasibətlərin  yaradılmasına  razılıq  əldə  ed ild i

33

.  Bu  müqavilən in  bağlanması 



Azərbaycan diplo matiyasının beynəlxalq səhnədə mühüm qələbəsi idi.  

Lakin   Azərbaycan  nümayəndə  heyətinin,  həmçinin  d igər  y eni  yaran mış 

dövlətlərin  nü mayəndə  heyətlərinin  fəaliyyəti  onunla  mürəkkəbləşird i  ki,  Paris 

Sülh Konfransında bu dövlətlərin müstəqilliy inin tanın ması məsələsinin mü zakirəsi 

konfransın  gündəliyindən  "Rusiya  məs ələsi"  ilə  əlaqələndirilərək  açıq-aşkar 

ləngidilirdi.  Bu  da  onların  beynəlxalq  hüquq  subyektləri  kimi  tanın masın ı  şübhə

 

altına  qoyurdu.  1919-cu  il  o ktyabrın  8-də  Azərbaycan,  Gü rcüstan,  Latviya, 



Estoniya  müstəqil  respublikaları,  Şimali  Qafqaz  dağlıları  və  Ukraynanın 

nümayəndələri sülh  konfransının sədri Klemans oya 1919-cu  il  7  iyul tarixli birgə 

bəyannaməyə  əlavə  olan  məktub  göndərdilər.  Həmin  mə ktubda  bu  respublikalara 

münasibətdə  böyük  dövlətlərin  mövqeyi  kəskin  şəkildə  pislənir,  keçmiş   Rusiya 

imperiyası  ərazisində  yaranmış  siyasi  vəziyyətə  toxunularaq  göstərilird i  ki, 

"...Rusiya  bolşeviklə ri  pro letariat  və  ko mmun izm  diktaturası  yaratmağa  çalışır, 

Rusiyanın  irticaçı  dairələri  isə  həmin  ərazidə  özünün  hərbi  diktaturasını  qurmağa 

və xalqları əsarət altına almaqla  keçmiş Rusiyanı bərpa etməyə cəhd göstərirlər"

34



Yu xanda  göstərilən  dövlətlərin  nü mayəndə  heyətləri  onla rın  beynəlxa lq  hüquq  



subyektləri  kimi  tanın ması  məsələsinin  həllini  tə xirə  salmamağ ı  xahiş  edir,  onun 

həllinin   qeyri-müəyyən  vaxta  təxirə  salın masın ın  müstəqilliyə  can  atan  xalq lar 

üçün  çox  ağır  nəticələr  verə  b iləcəyin i  vurğulayırd ılar.  Klemansoya  ünvanlanmış 

məktubda  Ali  Şuran ın  mü zakirəsinə  təqdim  edilən  iki  məsələ:  "birincisi,  hər  b ir 

respublikanın  müstəqil  dövlət  kimi  tanın ması;  ikincisi,  ərazi,  maliyyə,  iqtisadiy-


 

 

360 



yatla bağlı digər  məsələlərin  dərhal  mü zakirə edilməsi" təklif o lu nurdu

35

. Bolşevik 



təhlükəsinin  güclənməsi  nəticəsində  Qafqazda  yaran mış   vəziyyət  Antanta 

ölkələrini  ciddi  şəkildə  düşünməyə  və  real  əməli  addımlar  atmağa  məcbur  etdi. 

Qızıl  Ordunun  Qafqaza  yiyələn məsi  bütün  Yaxın  və  Orta  Şərqi  təlatü mə  gətirib 

bolşevik ideyalarının  İranda və digər Şərq ölkələrində yayılmasına kömək edəcəyi aydın idi. 

Buna görə də Avropanın bir çox siyasətçiləri Azərbaycan və Gürcüstanın sovet imperiyasına 

qarşı çıxmasını təmin etmək məqsədilə onları müvafiq müdafiə vasitələrilə təchiz etməyə və 

onların  müdafiə qabiliyyətini  gücləndirməyin  zəruriliyi  ideyasına tərəfdar çıxırdılar.  Lakin 

suverenliyi  tanınmayan  ölkələrə  yardım  göstərmək  işi  müharibədən  sonra  qərarlaşmış 

beynəlxalq  münasibətlərin  əksinə  olduğu  üçün  müəyyən  çətinliklərlə  qarşılaşırdı.  Eyni 

zamanda  bu  respublikaların  beynəlxalq  birlik  tərəfindən  tanınmasına  mane  ola  biləcək 

"vahid və bölünməz  Rusiya"  ideyası  artıq yeni yaranmış şəraitdə öz  əhəmiyyətini  itirmiş, 

onun  tərəfdarlarının  ümidləri  özünü  doğrultmamışdı.  Məhz  buna  görə  hadisələrin  belə 

axarda inkişaf etdiyi bu dövrdə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması təxirə-

salın maz məsələyə çevrildi. 

Bu  məqsədlə  1920-ci  il yanvarın  10-da  Böyük  Britaniyanın təşəbbüsü  ilə  Paris 

Sülh  Konfransı Ali  Şurasının sessiyası çağırıldı.  Sessiyada  İngiltərə,  Fransa  və  İtaliyanın 

hökumət  başçıları və  xarici işlər  nazirləri, ABŞ  və  Yaponiya  tərəfindən  isə  onların sülh 

konfransındakı  nümayəndələri,  həmçinin  Parisdəki  səfirləri  iştirak  edirdilər.  Ke  d'Orsedə 

keçirilən sessiyada Cənubi Qafqaz respublikalarının problemi geniş və hərtərəfli müzakirə 

edildi


36

Qafqazda  vəziyyət  haqqında  ətraflı  məlumat  verən  Britaniya  baş  naziri 



bolşeviklərin  Cənuba doğru  irəlilədiyini,  Denikinin darmadağın ediləcəyi və  Xəzər dənizinin 

tutulacağı halda onlann türklərin köməyinə ümid edə biləcəklərini qeyd etdi. Belə olduqda 

Qafqaz dövlətlərinin çıxılmaz vəziyyətdə qalacaqlarını bildirdi. Buna görə də Lloyd Corc bu 

dövlətlərin silah və hərbi sursatla təchiz olunmasının ən sərfəli variantını işləyib hazırlamağı 

təklif etdi. Onun təklifilə Ali Şura qərar qəbul etdi. Qərara uyğun olaraq, hərbi ekspertlər 

Qafqaz  respublikalarına  kömək  etmək  üçün  təkliflər  hazırlamalı  idilər.  Lloyd  Corcun 

bəyanatını tamamilə müdafiə edən Jorj Klemanso Qafqaz işlərində təcrübəsi olan Britaniya 

nümayəndələri tərəfindən "Qafqaz respublikalarına kömək etmək haqqında" memorandum 

hazırlanmasının zəruriliyini qeyd etdi

37



Ali Şuranın  Lloyd  Corc və  Klemansonun iştirak  etmədiyi gündüz iclası xarici işlər 

nazirləri səviyyəsində davam etdirildi və burada İngiltərə naziri lord Kerzonun təklifi ilə 

Qafqaz respublikalarına münasibət probleminin siyasi tərəflərinə aid nıüzakirə aparıldı. Öz 

çıxışında  Kerzon  Lloyd  Corcun Azərbaycan və  Gürcüstanın  müstəqil dövlət  kimi  tanınmaq 

məsələsini  Ali  Şuranın  gündəliyinə  çıxartmaq  niyyətində  olduğunu  bildirdi.  "Erməni 

məsələsi"nə gəldikdə isə onu "Türkiyə məsələsi" ilə bir yerdə həll etmək nəzərdə tutulurdu. 

Xarici işlər nazirləri Azərbaycan və Gürcüstana qarşı üçtərəfli təhlükə yaranması ilə bağlı 

eyni  fikirdə olduqlarını  bildirdilər

38

.  Onlar "üçtərəfli  təhlükə" dedikdə, əvvələn, bolşevik 



Rusiyası qoşunlarının cənuba doğru irəliləməsini; ikincisi, geri çəkilən Denikin qoşunlarının bu 

respublikalara  soxula  biləcəyini;  üçüncüsü  isə  kamalçıların,  Rusiya  ilə  sazişə  əsasən,  bu 



 

 

361 



respublikalara  daxil  ola  biləcəyini  nəzərdə  tuturdular.  Vəziyyətin  kəskin  böhranlı  şəkil 

alması  Azərbaycan  və  Gürcüstan  hökumətlərini  Antanta  ölkələrindən  kömək  istəməyə 

məcbur etdi

39



Bu  xahişlər  barədə  Ali  Şuraya  məlumat  verən  Kerzon  Azərbaycan  və 

Gürcüstanın dərhal de-fakto  tanınması təklifini  irəli sürdü.  Versal  konfransında yaranmış 

vəziyyət faktiki olaraq  fəaliyyət göstərən dövlətlərin tanınması üçün bütün zəruri şərtlərin 

olmasından xəbər verirdi. Onun reallaşmasından ötrü yalnız təkan verəcək bir  tərəf lazım 

idi,  o  tərəf  də sülh  konfransının  iştirakçısı  Böyük  Britaniyanın  xarici  işlər  naziri  lo rd 

Kerzon oldu

40



Kerzonun  fikrincə,  Britaniya  qoşunlarının  Qafqaz  hüdudlarına  daxil  olması 



Mudros barışığından sonra İngiltərə hökumətinə çox böyük üstünlüklər verirdi. Bir qədər 

sonra  -  yanvarın  11-də  müttəfiqlərin  Ali  Şurası  lord  Kerzonun  təklifi  ilə  aşağıdakı 

məzmunda qərar qəbul etdi: "Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan  və  Gürcüstan 

hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar"

41



ABŞ  və  Yaponiya  nümayəndələri  bildirdilər  ki,  Azərbaycan  və  Gürcüstanın 



tanınması  aktına  qoşulmaq  üçün  onlar  öz  hökumətlərinin  rəyini öyrənməlidirlər

42

. Az sonra 



Yaponiya Ali  Şuranın  11 yanvar tarixli  qərarına qoşuldu. Amerika  Birləşmiş  Ştatları qərara 

qoşulmaqdan rəsmi olaraq imtina etdi. ABŞ-ın bu qərarı müxtəlif səbəblərlə izah edilirdi. 

Onlardan biri Amerika hökumətinin Qafqazda Böyük Britaniyanın nüfuzunun güclənməsindən 

ehtiyatlanması  idisə,  digəri  də  sülh  konfransının  yekun  mərhələsində  ABŞ-la  onun  Avropa 

müttəfiqləri  arasında  ciddi  ixtilaflar  yaranması  idi.  Lakin  ABŞ-ın  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  müstəqilliyini  tanımaqdan  imtina  etməsinin  təkcə  İngiltərə-Amerika 

ziddiyyətlərindən  irəli  gəlmədiyi  gümanı da  istisna deyildi.  Amerika  Senatının  Versal 

müqaviləsinə  qoşulmaga  razılıq  verməməsi,  Vilson  hökumət inin  həyata  keçird iyi 

geniş  beynəlxalq  əməkdaşlıq  siyasətinin  tənqidə  məruz  qalması  onun  Qafqazla 

bağlı siyasətinə də öz təsirin i göstərdi. 

Yanvarın  13-də  ABŞ-ın  Parisdəki  səfiri  Valles  İngiltərə  və  Fransanın 

Azərbaycan  və  Gürcüstan  dövlətlərinin  müstəqilliklərini  de-fakto  tanımaları  və 

onlara yardım göstərməyə hazırlaşmaları barədə  Vaşinqtona məlu mat verd i. 

ABŞ  höku mətinin  Fransadakı  səfirinə  cavab  məktubunda  deyilirdi  ki, 

Birləş miş  Ştatlar  İngiltərə  və  Fransanın  Qafqaz  dövlətlərinə  kö mək  etmək  ideyası 

ilə  razılaşsa  da,  onların  müstəqilliklərin in  tanın masını  Rusiyanın  dağılmasın ın 

başlanğıcı kimi q iy mətləndirir. 

Bununla  yanaşı,  yanvarın  19-da  müttəfiq lər  tərəfindən  Ermənis tanın 

müstəqilliy inin  tanın masın ı  A BŞ  heç  də  Rusiyanın  dağılması  kimi 

qiymətləndirməd i  və  1920-ci  il  aprelin  23-də  özü  də  de-fakto  olaraq  Ermənistanı 

tanıdı. 

Yanvarın  15-də  Azərbaycan  və  Gürcüstan  nümayəndələri  Fransa  Xarici 

İşlər 

Nazirliy inə  dəvət  olundular.  A zərbaycan  (Ə.M.Topçubaşov  və 



M.Məhərrəmov)  və  Gürcüstan  (İ.Sereteli  və  Z.Avalov)  nümayəndələri  nazirliyin 

birinci katibi Jü l Kambon, İngiltərə nümayəndəsi Filipp Kerr və İtaliya nümayəndəsi 



 

 

362 



markiz de la Torreta tərəfindən qəbul edildilər

43

. Jül Kambon Azərbaycanın Ali Şura 



üzvləri  və  müttəfiq  dövlətlər  tərəfindən  de-fakto  tanın ması  haqqında  Paris  Sü lh 

Konfransının  rəsmi  qərarını  Ə.M.Topçubaşova  təqdim  etdi.  A zərbaycan  və 

Gü rcüstan  nümayəndələrini  təbrik  edən  Kambon  bildirdi  ki,  bundan  sonra 

Azərbaycan  və  Gürcüstan  müstəqil  dövlətlər  kimi,  bu  və  ya  digər  mə sələlərin 

həllində rəs mi şəkildə sülh konfransına müraciət edə bilərlər. Bu vaxtdan etibarən hər 

iki  ölkə  rəsmi  şəkildə  Ali  Şura  ilə  əlaqəyə  girə,  həmçinin  öz  ehtiyaclarının  qey də 

alın masın ı,  qanuni  hüquqlarının  və  konfransın  iclaslarında  bərabərhüquqlu 

üzvlüyünün təmin olun masını tələb edə bilər.  

Bundan  əlavə,  Kambon  bildird i  ki,  bu  dövlətlərin  höku mətlərin in 

tanınması  aktı  onların  Rusiyadan  ayrılması  faktın ın  tanınması  ilə  bir  vaxtda  baş 

vermişdir

44

.  Sonra  Kambon  nümayəndələrin  xahiş  və  təkliflərin i  din lədi. 



Azərbaycan  Xalq  Cü mhuriyyəti  adından  çıxış  edən  Ə.M.Topçubaşov 

Azərbaycanın siyasi quruluşu haqqında qısa məlumat verərək qeyd etdi  ki, Azərbaycan 

Xalq  Cümhuriyyəti  böyük  dövlətlər  tərəfindən  həm  kömək,  həm  də  özünün  de-yure 

tanınmasını gözləyir. 

Yanvann  15-də  Versalda  hərbi  ekspertlər  Şurası  Azərbaycana  Gürcüstana 

hərbi kömək göstərməklə bağlı məsələləri müzakirə etdi. Şuranın işində iştirak etmək üçün 

Böyük Britaniyanın hərbi naziri U.Çörçill, Britaniya İmperiya Ordusu Baş Qərargahının rəisi 

feldmarşal  H.Vilson, admirallığın birinci  lordu  U.Lanq,  lord-admiral  A.Bitti  və başqaları 

təcili olaraq Londondan Parisə gəldilər

45



Yanvarın  16-da  hərbi  ekspertlərin  işi  davam  etdirildi,  onların  iclasına 

J.Klemanso  sədrlik  edirdi.  Bir  gün  əvvəl  Azərbaycan  və  Gürcüstan  nümayəndələri  ilə 

görüşən J.Klemanso J.Kambondan Qafqazda vəziyyət haqqında məlumat verməyi xahiş etdi. 

Qafqaz  rcspublikalarının  müdafiə qabiliyyəti haqqında  iclas  iştirakçılarına  məlumat verən 

J.Kambon qeyd  etdi  ki, onlar  maliyyə, hərbi və digər yardımlara  ciddi ehtiyac hiss  edirlər. 

Lakin  J.Kambon  və  F.Kerrin  məlumatları  Klemansonu  qane  etmədi.  Qərara  alındı  ki, 

Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  iştirak  edəcəyi  sabahkı  iclası  feldmarşal 

H.Vilson aparsın. 

Yanvarın 

17-də 


Azərbaycan 

nümayəndələrinin 

yaşadığı  "Klaric" 

mehmanxanasında  H.Vilsonun  sədrliyi  altında  admiral  Bitti,  İngiltərə  Xarici  İşlər 

Nazirliyinin  nümayəndəsi  Robert  Vansittart,  həmçinin  Azərbaycan  və  Gürcüstan 

nümayəndələrinin iştirak etdikləri müşavirə keçirildi. 

Müşavirənin  əsas  məqsədi  bolşevik  basqını  təhlükəsi  qarşısında  qalan 

Azərbaycan  və  Gürcüstana  maddi  kömək  göstərilməsi  ilə  bağlı  məsələlərin 

aydınlaşdırılması  idi.  Bununla  belə,  iclasda  Qafqaza  müttəfiq  qoşunları  vasitəsilə  kömək 

etmək  məsələsi  müzakirəyə  çıxarılmadı.  Yalnız  hərbi  sursat  və  ərzaq  məhsulları 

göndərilməsi  çərçivəsində  yardım  göstərmək  məsələsinə  toxunuldu.  Admiral  Bittinin 

Azərbaycanın xaricdən kömək almadan Xəzər dənizi sahillərini qorumaq üçün öz hərbi-

dəniz qüvvələrini yarada bilməsi sualına Ə.M .Topçubaşov mənfi cavab verdi. 

1920-ci  il  yanvarın  19-da  Paris  Sülh  Konfransı  Ali  Şurasının  hökumət 



 

 

363 



başçılarının  iştirakı  ilə  keçirilən  iclasında  Cənubi  Qafqaz  rcspııblikaları  problemi  ətraflı 

müzakirə  edildi.  Həmin  gün  Paris  Sülh  Konfransının  iclasında  Lloyd  Corc,  Klemanso, 

Nitti,  Kambon, Matei, Kerzon, Çörçill, Foş, Bitti, Vilson, eləcə də o dövrün digər gör-

kəmli  siyasətçiləri  və  hərbçiləri,  həmçinin  Azərbaycan  nümayəndə  heyətinin  bütün 

üzvləri iştirak edirdilər. İclasda, Ali Şuranın 10 yanvar tarixli tapşırığ ına əsasən, ingilis 

nümayəndələri tərəfindən tərtib edilmiş memorandum elan olundu. Memorandumda 

aşağıdakı tədbirlər nəzərdə tutulurdu: 

1.

 



Azərbaycan və Gürcüstanın tanınması (bu tədbir həyata keçirilmişdi);  

2.

 



Əvvəllər  Den ikinə  verilmiş  və  Potidə  olan  silah  və  sursatın 

Azərbaycan, Gürcüstan və Ermən istana verilməsi;  

3.

 

Azərbaycana  və  Gürcüstana  əlavə  ərzaq,  maliyyə  və  hərbi  (silah  və 



geyim) cəhətdən yardım göstərilməsi;  

4.

 



Bakın ın  müdafiəsin in  möhkəmləndirilməsi  üçün  əlavə  tədbirlərin  

görülməsi; 

5.

 

Xəzər  sahillərinin  müdafiəsinin  təmin  olunması,  bolşevik  ordusunun 



Xəzər  dənizinə  və  Xəzər  donanmasına  buraxılmaması,  Denikinin  dəniz 

donanmasının  müttəfiqlərin   ü mu mi  istifadəsinə  qaytarılması,  bu,  mü mkün 

olmadıqda isə onun batırılması

46



İclasda  müttəfiq lərin  hərbi  ekspertləri  adından  məruzə  ilə  Ferd inand  Foş 

çıxış etdi. Cənubi Qafqaz respublikalarına nədə və hansı formada kö mək göstərmək 

məsələsi kəskin mübahisələrə səbəb oldu. Hərb i ekspertlər heyətinin b aşçısı marşal 

Ferdinand Foş Qafqaza bir neçə div iziya göndərməyi  zəruri hesab etdi. Ferdinand 

Foşla  həmrəy  olan  feld marşal  H.Vilson  əlavə  etdi  ki,  Britaniya  donanması  Xəzər 

dənizində təşəbbüsü öz əlinə almazsa, Qafqazı saxlamaq mü mkün olmayacaq. Hərbi 

nazir U.Çörçill  H.Vilsonun fikrilə razılaşdı və bildird i  ki, İngiltərə  Xəzər dənizində 

hökmranlığı  ələ  almazsa,  Qafqaza  göndərilən  bütün  silahlar  bolşeviklərin  əlinə 

keçəcək

47



Hərbi ekspertlərin təklifinə qətiyyətlə etiraz edən Lloyd Corc qeyd etdi ki, 

hərbçilər  siyasətdə  heç  nə  başa  düşmürlər.  "Əgər  ordu  göndərmə dən  Qafqazı 

saxla maq  mü mkün  deyilsə  və  göndərilən  silahlar  it iriləcə ksə,  demə li,  məntiqə 

əsasən, köməkdən imtina etmək lazımd ır". Loyd Corc marşal Foşa müraciət edərək 

soruşdu:  "Hərbçilərin  qərarın ı  məhz  bu  məzmunda  başa düşmək  olarmı?"  Marşal 

Foş  isə  haqlı  olaraq  hesab  edirdi  ki,  yalnız  qoşun  göndərməklə  Qafqazı  bolşevik 

basqınından xilas etmək o lar

48



Beləliklə,  Klemanso  və  Çörçill  Qafqaza  bilavasitə  qoşun  göndərmək 

tərəfdarı  olduqları  halda,  Lloyd  Corc  və  Nitti  kö məyi  hərbi  göndərməklə 

məhdudlaşdırmağı nəzərdə tuturdular. 

Azərbaycan və Gürcüstana hərbi yardım göstərməyin zəruriliyini qeyd edən 

Lloyd Co rc eyni  zamanda bu  respublikalar tərəfindən  yardımına səmərəli  istifadə 

edilməsi imkanlarını aydınlaşdırmağa çalışırd ı. O, bu yard ımın da vaxtilə Denikinə 

göndərilmiş  yardım  kimi  bolşeviklərin  əlinə  keçməyəcəyinə  əmin  olmaq  istəyirdi. 


 

 

364 



Azərbaycan  və  Gürcüstan  nümayəndələrinə  müraciət  edən  konfransın  sədri 

J.KJemanso  onlardan  ölkələri  üçün  hansı  təhlükə  olduğu  və  Lloyd  Corcun 

qaldırdığ ı məsələ ilə bağlı olaraq, müttəfiqlərin verd iyi yardımdan səmərəli istifadə 

edə bilmək imkanlan barədə məlu mat istədi

49



Buna  görə  də  konkret  suallara  cavab  verən  məlu mat  almaq  üçün 



Azərbaycan  və  Gürcüstan  nümayəndələrini  d inləmək  qərara  alındı.  Əldə  olunmuş 

razılığa  görə,  hər  iki  nümayəndə heyəti  adından  çıxış  edən  İ.Sereteli  Gürcüstan və 

Azərbaycanın  müttəfiqlərin  yardımına  böyük  ehtiyacları  olduğunu  bildirdi. 

Klemansonun "Siz qoşun istəyirsinizmi?" - sualına cavab olaraq Sereteli bildirdi  ki, 

bu, çox yaxşı olardı, çünki bolşeviklər tez-kec Qafqaza soxulacaqlar

50



Sonra  Lloyd  Corc  Azə rbaycan  silahlı  qüvvələri  h aqqında  suallar  verdi. 

Azərbaycan  nümayəndə  heyətinin  müşaviri  M .Məhərrəmov  onun  suallarını 

cavablandırarkən b ild irdi  ki,  lazımi  miqdarda silah və sursat olarsa, Azərbaycanda 

orduya qısa müddətdə 100 min nəfər səfərbər etmək mümkündür

51



İclasda  çıxış  edən  Azərbaycan  Xalq  Cü mhuriyyəti  nümayəndə  heyətinin 



başçısı Ə.M.Topçubaşov Azərbaycan Xalq Cü mhuriyyətinin bolşeviklərə, həmçin in 

Denikinə   qarşı  heç  b ir  iddia   et mədiy ini,  hər  hansı  bir  fo rmada  Rusiyanın  da xili 

işlərinə  qarış maq  fikrində  olmad ığını  qeyd  etdi.  Bununla  bərabər,  b ild irdi  ki,  hər 

iki  qüvvənin  Azərbaycanın  müstəqilliyi  üçün  törətdiyi  təhlükədən  müdafiə 

olunmaq üçün bütün imkanlardan, o cü mlədən müttəfiqlərin yard ımından səmərəli 

istifadə  olun masını  məqsədyönlü  sayır.  Onun  fikrincə,  müttəfiqlər  İngiltərən in 

Ənzəlidəki  donanmasından  istifadə  edərək,  Bakının  müdafiə  qabiliyyətini  xey li 

gücləndirə bilərdilər. 

Ə.M.Topçubaşov  müttəfiq lərə  şimaldan  hərəkət  edən  ordu  ilə  Qafqaz 

respublikaları  arasında  bufer  rolu  oynayan  Dağlılar  Respub lıkasını  da  de-fakto 

tanımağ ı təklif ed ird i. 

İclasa  yekun  vuran  Lloyd  Corc  Qafqaz  respublikalarına  silah,  sursat  və 

geyim  formasında  təcili  yardım  göstərməy i  zəruri  hesab  etdi.  Azərbaycana  və 

Gü rcüstana  qoşun  göndərmək  məsələsinə  to xunan  Lloyd  Corc  bunun  qeyri-

mü mkünlüyünü  etiraf  etdi.  Onun  fikrincə.  Qa fqaz  respublikala rı  ö z  silah lı 

qüvvələri  hesabına  öz  müdafiə  qabiliyyətlərin i,  xüsusilə  Bakın ın  müdafiə 

qabiliyyətini gücləndirmə lidirlər

52



Lloyd  Corc  Dağ lılar  Respublikasını  de-fakto  tanımaq  haqqında 

Ə.M.Topçubaşovun  irəli  sürdüyü  təklifi  bəyəndi

53

.  Nəticədə  müzakirə  olunan 



məsələlərlə əlaqədar olaraq Ali Şura  Qafqaza aid dörd  maddədən ibarət olan qərar 

qəbul etdi: 

1.

 

Ermənistan və Dağ ıstanın de-fakto tanın ması. Bu qərarda Ermənistanın 



sərhədlərinin  müəyyənləşdirilməsi  məsələsinə  to xunularaq  qeyd  edilirdi  ki,  bu 

məsələyə "Türkiyə məsələsi" ilə birlikdə baxılacaqdır. 

2.

 

Müttəfiq  dövlətlərin  Qafqaz  respublikalarına  qoşun  göndərmək 



imkanları yo xdur. 

 

 

365 



3.

 

Müttəfiqlər  Qafqaz  respublikalarına  silah,  döyüş  sursatı  və  ərzaq 



göndərməklə yardım edəcəklər. 

4.

 



Hərbi  materialların  nədən  ibarət  olması  və  onların  Qafqaz  res -

publikalarına çatdırılması yolların ın dəqiqləşdirilməsilə bağlı  məsələlərə baxılması 

ma rşal Foş və feldma rşal Vilsondan xahiş edilsin

54



Beləliklə,  1920-ci  ilin  yanvarında  Paris  Sülh  Konfransında  Azərbaycan 

Xalq  Cü mhuriyyətinin  de-fakto  tanınması  Ə.  M.  Topçubaşovun  rəhbərlik  etdiyi 

Azərbaycan  nümayəndələrinin   diplo mat ik  fəaliyyətlərinin   uğurlu  nəticəsi  kimi 

qiymətləndirilməlid ir.  Böyük çətinliklər və  məhru miyyətlər hesabına əldə edilmiş 

bu nailiyyətlə əlaqədar Ə.M .Topçubaşov Parisdən Azərbaycan hökumətin in başçısı 

N.Yusifbəyliyə göndərdiyi məktubda yazırd ı: "Hər hansı real bir formada biz im də 

azad  və  müstəqil  yaşamaq   ü mid lərimizin  möhkəmləndiy i  bir  dövr  başlandı. 

Mütərəqqi  Azərbaycan  cəmiyyəti  heç  vaxt  və hətta  çar  Rusiyasının başqa  xalqlara 

qarşı yeritdiyi  müstəmləkə siyasətinin ən ağır günlərində belə azadlıq,  müs təqillik 

ümidlərin i  itirmird i.  Azərbaycan  xalq ı  müstəqil  yaşaya  biləcəyinə,  müstəqilliyə 

nail  olacağına  inanırd ı".  Ə.M.Topçubaşov  məktubunda  vurğulayırdı:  "Bununla 

yanaşı, biz digər kiçik xalqların ibratamiz mübarizələrini də unutmuruq. Öz azadlıqlarını 

əldə etmək üçün bu xalqlar yarım il, bir il yox, on illərlə və daha çox mübarizə aparmış, çoxlu 

insan və maddi itkilər hesabına arzularına çatmışlar. Belə dəyərli xoşbəxtliyin qarşısında biz 

heç vaxt geri çəkilməmişik və  çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanı-

mırıq"


55

1920-c i  il yanvarın 2-də Azərbaycan hökumətinin fövqəladə iclası  keçirildi. 



Yanvarın  14-də  bütün  Azərbaycan  ərazisində  bayram  şənlikləri  keçiriləcəyi  elan 

edilmişdi,  respublikanın  paytaxtında  mitinqlər  və  nümayişlərin,  həmçinin  Azərbaycan 

Ordusunun hərbi keçidinin və Azərbaycan parlamentinin təntənəli iclasının keçirilməsi haqqında 

qərar  qəbul  edildi.  Azərbaycanda  yanvarın  14-ü  istirahət  günü  elan  olundu;  həmin  gün 

respublikanın baş naziri N.Yusifbəylinin Azərbaycan vətəndaşlarına müraciəti dərc olundu. 

Müraciətdə  deyilirdi:  "...Azərbaycan  istiqlaliyyəti  haqqında  böyük  müttəfiqlər  alisi 

tərəfındən  müttəhidən  rəy  qəbul  edilmişdir.  Azərbaycanın  bütün  hüquqa  malik  olaraq 

Qərbin pişrov  millətləri ailəsinə daxil olması onun tarixində ən  işıqlı bir gündür.  Bu gündən 

etibarən  ruhən və  mənən tərəqqi  edərək,  millətin  qüvveyi-mənəviyyəsi  gündən-nəşvü - 

nüma edəcəyinə şübhə yoxdur. Yenidən nə növ maneə və  xətərlər baş versə də, hürr və 

müstəqil  məmləkətin  səadətini  təmin   etmək yolunda bütün vətəndaşların yekvücud olaraq 

müavinət və müzahirətdə bulunacaqlarına hökumət iman ediyor. Yaşasın müstəqil Azərbaycan 

xalqı!"

56

 



Azərbaycan  müstəqilliyinin  elan  olunması  beynəlxalq  aləmdə  ona  marağın 

artmasına təkan verdi. Bir çox ölkələr - Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya 

Bakıda öz konsulluqlarını açmağa başdılar, İtaliya isə burada öz nümayəndəliyini yaratdı

57



Fevral  ayında  Denikin  ordusunun  məğlubiyyəti  respublikanın  dinc  nəfəs 

alması  üçün  mühüm  hadisə  oldu.  Qonşu  Gürcüstan  və  İranla  hərtərəfli  əməkdaşlıq 

yaradılması prosesi başlandı.  1920-ci  il  martın  20-də Azərbaycanla  İran  arasında sülh və 


 

 

366 



dostluq  haqqında  müqavilə  bağlandı.  Müqaviləyə  əsasən,  İran  hökuməti  Azərbaycanın 

müstəqilliyini de-yure  tanıdı. Tərəflər dostluq və  iqtisadi  əlaqələrin yaradılması və  inkişaf 

etdirilməsi,  həmçinin  Tehranda  Azərbaycan  səfirliyinin,  Bakıda  isə  İran  səfirliyinin 

açılması  barədə öhdəliklər  götürdülər

58

.  Bundan əlavə, həmin  gün Azərbaycanla  İran 



arasında gömrük,  ticarət, poçt-teleqraf və  konsul  əlaqələri  haqqında saziş  imzalandı

59



Bir qədər sonra Tehranda Azərbaycan səfırliyi açıldı, Təbrizdə isə Azərbaycanın baş 

konsulluğu fəaliyyət göstərməyə başladı

60



1920-c i  il  aprelin  ortalarında  Azərbaycan  parlamenti  Böyük  Britaniya, 



Fransa,  İtaliya,  ABŞ,  İsveçrə,  Polşa,  Latviya,  Litva,  Estoniya,  Finlandiya,  Ukrayna, 

Ru mıniya,  Almaniya  və  Rusiyada  AXC-nin  diplomatik  nümayəndəlikləri  açılması 

haqqında qanun qəbul etdi 

61

. Türkiyə, Gürcüstan və Ermənistan kimi qonşu ölkələrlə 



diplomatik  ə laqələ r  genişləndi.  Bu  dövrdə  Bakıda  20-dən  çox  ö lkən in  diplo mat ik 

missiyaları fəaliyyət göstərməyə başladı. 

1920-c i il 28 aprel çevrilişi ərəfəsində beynəlxa lq alə mdə A zərbaycan Xa lq 

Cü mhuriyyətinin  tam təcrid olun ması aradan qald ırılmışdı. Müstəqil Azərbaycanın 

diplomatik  cəhətdən  geniş  tanınması  və  hərtərəfli  beynəlxalq  əlaqələr  sisteminə 

daxil olması prosesi başlanmışdı. 

 

 

 



 

 

 

367 



 

 

IX FƏSİL 




Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin