§ 3. AZƏRBAYCAN ORDUSUNUN QURULMASI.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ƏRAZİ
BÜTÖVLÜYÜ UĞRUNDA MÜBARİZƏ
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu
bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyini qoruyacaq ordunun
formalaşdırılmasını tələb edirdi.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlanmış ordu
quruculuğunu sürətləndirmək və onu daha da səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-
də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı
162
. Bu qərar
Nazirlər Şurası tərəfindən noyabr ayının 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi
bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur dövlətin
qarşısında duran tarixi vəzifələrin həllində mühüm rol oynadığından ona rəhbərliyi ilk
vaxtlar Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə artilleriya
generalı Səməd bəy Mehmandarov təyin edildi və ona Nazirliyin formalaşdırılması
tapşırıldı
163
.
General S.Mehmandarov milli ordunun yenidən qurulmasına formalaşması başa
çatmamış və pərakəndə halda olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik
altına gətirmək üçün, ilk növbədə, mərkəzi hərbi idarəetmə orqanlarını təşkil etməkdən
başladı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliy in təşkili
barədə hökumət qərarından iki həftə sonra noyabrın 15-də ordunun Ümumi Qərargahının
(Qlavnıy ştab) təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. Onun
tərkibi ləvazimat, mühəndis, növbətçi general, general-kvartirmeyster, topçu, topoqrafiya, tibb,
hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi
164
. Bu şöbələrin başçıları vəzifələrinə milli
qoşun hissələrinin yaradılmasında artıq kifayət qədər xidmətləri olan zabitlər təyin
edildilər: polkovnik H.Səlimov - Ümumi Qərargah və dəftərxananın, polkovnik Qaytabaşı -
növbətçi general, polkovnik Seyfulla Mirzə - ləvazimat; general-mayor Tlexas - topçu
şöbələrinin rəisləri, general- mayor Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq
işinin müfəttişi oldular
165
. Adları çəkilən rəislərdən yalnız general Usubovdan başqa hamısı
Müsəlman Korpusu yaradıldığı gündən milli hərbi hissələrin təşkilində fəal iştirak etmiş
və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, eləcə də müstəqil ordusunun forma-
laşmasında dəyərli xid mətlər göstərmişdilər.
Mudros müqaviləsinin şərtlərinə görə, müttəfıq dövlətlər adından Bakıya gəlməli
olan ingilis hərbi qüvvələri komandanı general V.Tomson hələ Azərbaycana qədəm
qoymamışdan əvvəl tələb etdi ki, 1918-ci il noyabrın 17-dək Türkiyə qoşunları kimi
325
Azərbaycan qoşunları da Bakı şəhərini tərk etsinlər
166
. Çünki Tomson Bakı şəhərini iqtisadi
baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayır və ona nəzarəti
tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq
istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü
167
fəaliyyətini burada davam etdirdi.
İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət
göstərməsinə etıraz etmirdi
168
.
Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin
Gəncəyə köçürülməsi, heç şübhəsiz ki, hökumət orqanlarının onunla əlaqələrində və
bütünlüklə ordunun formalaşması prosesində çətinliklər yaradırdı. Bununla belə
S.Mehmandarovun rəhbərliyi altında hərbi komandanlığın apardığı yüksək təşkilatı işlər
qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki,
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsas qüvvələri məhz Hərbi Nazirliyin
Gəncədəki fəaliyyəti zamanı qurulmuşdu.
Hərbi Nazirlik yaradılanadək mövcud olan ordu hissə və bölmələri əsasən
Gəncə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra
etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşdikdən dərhal sonra 1918-ci
il noyabr ayının 27-dən dekabrın 3-dək S.Mehmandarov Gəncə və Ağdam ətrafında
yerləşən hərbi hissələri gəzib oradakı vəziyyətlə şəxsən tanış oldu. S.Mehmandarov hələ
Türkiyə qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla
rastlaşdı və onları ümumiləşdirərək xüsusi əmrlə hissə komandirlərindən belə nöqsanların
aradan qaldırılmasını tələb etdi
169
. S.Mehmandarov hissə və bölmə komandirləri qarşısında
hər şeydən əvvəl belə bir vəzifə qoydu ki, Azərbaycan Ordusunda xidmət edən bütün şəxs -
lərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil ed ilsin
170
.
1918-ci ilin sonu və 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və
strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşdırılması prosesinə müsbət
təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artilleriya generalı Səməd
bəy Mehmandarov hərbi nazir təyin edildi. Rus ordusunda xidmət edib yüksək hərbi rütbəyə
çatmış S.Mehmandarova yüksək etimad göstərilməsi və onun nazir vəzifəsinə təyin
edilməsi, heç şübhəsiz ki, elə ilk günlərdən ordunun formalaşdırılması istiqamətində onun
səmərəli fəaliyyəti və hər şeydən əvvəl isə Azərbaycanın istiqlaliyyətinə sədaqəti ilə
bağlı idi. Bu sədaqətini S.Mehmandarov respublika ordusundakı həyatı boyu xidməti ilə
təsdiq etdi və bunun nəticəsi idi ki, 1918-ci ilin sonundan başlayaraq bolşevik istilasına
qədər bir neçə hökumət kabineti dəyişsə də, S.Mehmandarov əvəzsiz olaraq hərbi
nazir vəzifəsində qaldı.
Hərbi nazir kimi S.Mehmandarov əmrini ilk dəfə olaraq 1918-ci il 27 dekabrda
imzaladı. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə isə general-leytenant Ə.Şıxlinski
hərbi nazirin müavini təyin edildi
171
Bu təyinat da Azərbaycan Ordusunun formalaşdırılması
istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki bu iki şəxsin
təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.
Azərbaycanın ərazi bütövlüyünü qorumağa qadir olacaq ordunun qurulması üçün
326
mövcud olan strukturlar artıq müvafiq tələblərə cavab v erird i. Bu strukturların
təkmilləşdirilməsi, qarşıda duran böyük vəzifələrlə əlaqədar olaraq, onların imkanlarının
artırılması tələb olunurdu. Bunun nəticəsi idi ki, 1918-ci il 31 dekabr tarixli əmrlə Ümumi
Qərargahın tərkibində olan topçu şöbəsinin bazasında Topçu İdarəsi yaradıldı.
Hərbi Nazirlik orduda xidmətin hüquqi əsaslarının hazırlanmasına xüsusi diqqət
yetirirdi. Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının qısa müddətdə yaradılması
mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə Rusiya İmpe-
riyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə
saxlanıldı
172
. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, bütün xidməti sahələri
tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə əsasnamələr və.s.
daxil idi. Azərbaycan Ordusunda xidmət rejimi əsasən həmin qanunvericiliyə müvafiq
qurulmalı idi. Ancaq həmin aktların Azərbaycanın müstəqilliyi, milli orduda xidmətin bu və ya
digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmrinə uyğun ya dəyişik-
lik edilməklə, ya da yeniləşdirməklə təkmilləşdirilirdi.
1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin
34 saylı əmri ilə Azərbaycan dili orduda dövlət dili qəbul edilmişdi. Bununla bağlı hərbi
nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoydu
ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər
və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə
yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər
173
. Azərbaycan dilinin öyrənil-
məsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların
aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi
174
. Əsgərlərlə ünsiyyətin, hərbi təlimin ana
dilində aparılması, heç şübhəsiz ki, şəxsi heyəti əsgəri xidmətə daha yaxından bağlayır,
onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Hərbi Nazirliyin rəhbərliyi
bu məsələyə xüsusi diqqət yetirirdi.
Azərbaycan döyüşçüsünün milli ruhda tərbiyələndirilməsi üçün mənsub olduğu
xalqın tarixi keçmişindən qəhrəmanlıq nümunələrini öyrənməyə böyük əhəmiyyət verilirdi. Bu
baxımdan S.Mehmandarov ço x dəyərli fikir və təkliflər irəli sürmüşdü. O hesab edirdi
ki, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu hərb-döyüş tarixi araşdırılmalı və geniş
kütlələrə çatdırılmalıdır. S.Mehmandarov şübhə etmirdi ki, azərbaycanlılardan təşkil edilmiş
hərbi qüvvələr öz xalqının qəhrəmanlıq tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir.
Hərbi nazir bu istiqamətdə aparılan işlərdə ifratçılıq etməyə, milli tərbiyənin
millətçiliyin qızışdırılması ilə bir səviyyədə tutulması razı deyildi. Nazir onu da vacib
sayırdı ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi araşdırılmalı, kitablar şəklində çap
edilməli və qoşun hissələrinə çatdırılmalıdır.
Hərbi qulluqçulann geyim formasında dəyişikliklər edilməsi və onun milli üslubda
hazırlanması da əsgər və zabitlərin milli ruhunun formalaşması istiqamətində dəyərli addım
oldu. Bunun üçün xüsusi komissiya yaradılmışdı. Komissiyaya general-leytenant Ə. Şıxlinski
sədrlik edirdi və onun rəhbərliyi ilə hazırlanan hərbi geyim forması Azərbaycan Ordusunda
I919-cu il yanvarın 11-dən rəsmiləşdirildi.
175
Yeni meyarlar əsasında qurulan orduya əsl milli kadrlar hazırlanması da Hərbi
327
Nazirliyin rəhbərliyi qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə
nail olmaq üçün hələ Türkiyə qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliy-
yətə başlamış podpraporşiklər məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu
artırılaraq praporşiklər məktəbinə çevrildi
1
". Məktəbdə təlim-tərbiyə prosesi də yeni statusa
uyğun olaraq yeniləşdi. Bu statusun mahiyyəti ondan ibarət idi ki, əgər əvvəldə məktəbi
bitirənlərə ilkin zabit rütbəsini praporşik çinini yalnız hərbi hissələrdə bir müddət xidmət
etdikdən və zabitliyə layiq olduqlarını sübut etdikdən sonra verirdilərsə, indi onlar dərhal
praporşik rütbəsinə layiq görülürdülər. 1919-cu ilin sonunda isə praporşiklər məktəbinin
bazasında hərbiyyə məktəbi təşkil edildi. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi
kadrlar hazırlayan istehkamçılar, hərbi dəmiryolçular və hərbi feldşer məktəbləri də
açılmışdı
177
.
Hərbi Nazirlik yaradıldığı ilk gündən onun qarşısında dayanan mühüm
vəzifələrdən biri də xidmətə çağırış və səfərbərlik işini təşkil etmək idi. Bu məsələnin
həllinin başlıca çətinliyi ondan irəli gəlirdi ki, Türkiyə qoşunları Azərbaycanda olarkən bir
sıra qanunsuzluqlara yol verilmiş, əhalidə əsgəri xidmətə qarşı etimadsızlıq. təşviş və
qorxu hissləri yaranmışdı. Digər tərəfdən, əvvəllər xid mətə cəlb olunanlara qarşı fiziki
cəzaların tətbiq edilməsi, onların şəxsiyyətlərinin təhqir olunması, ən adi yaşayış
normalarına malik olmamaları fərariliyin artmasına zəmin yaradırdı. Çağırış və səfərbərli-
yin təşkili yeni nazirliyin rəhbərliyi üçün nə qədər aktual idisə, fərariliyin artmasına səbəb
olan şəraitin aradan qaldırılması üçün səmərəli tədbirlər sisteminin tətbiq edilməsi də o
qədər vacib idi.
1918-ci ilin dekabrında S.Mehmandarov göstərirdi ki, fərariliyin əsas
səbəblərindən biri orduya çağırışla məşğul olan o rqanların fəaliyyətinin düzgün
qurulmaması səbəbindən xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslərin
çağırılmasıdır və qoşun hissələrində bir nəfər belə varlı övladının olmaması nəticəsidir.
Yaln ız praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar
da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin bütün ağırlığı isə kasıbların
üzərinə düşürdü
178
.
1918-ci il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışın
yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciətdə S.Mehmandarov
Türkiyə qoşunlarının Azərbaycanda olduğu vaxt çağırış işində yol verilən nöqsanlara,
hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunur və onları
aradan qaldırmaq üçün qətiyyətli tədbirlər həyata keçirilməsinə başlandığını
vurğulayırdı.
Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin
təşkilinə imkan verdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-
cu ilin yanvar ayında Gəncədə olan təlim taboru ləğv edildi və o, Gəncə alayının 2-ci
taboruna çevrildi. Elə həmin ilin yanvar ayında bir zirehli qatarın şəxsi heyəti
komplektləşdirilmişdi. Nazirlər Şurasının 1919-cu il 22 yanvar tarixli qərarı ilə Azərbaycan
Korpusunun qərargahı ləğv edildi, onun zabitlərindən bir qismi Hərbi Nazirliyin aparatına
cəlb edildi, bir çoxu isə qoşunlarda xid mətin təşkilinə göndərild i
179
.
328
Qoşunların sayının artması ilə Ümumi Qərargahın tərkibində olan ləvazimat
şöbəsi 1919-cu ilin əvvəllərində Ləvazimat İdarəsinə çevrilərək birbaşa hərbi nazirin
tabeçiliyinə keçdi
180
.
1919-cu il yanvarın 10-da hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi
Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi Müvəqqəti Hərbi Şura hərbi
qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirə edilməsi və
müvafiq qərar qəbul edilməsi ilə məşğul olmalı idi. Onun tərkibinə piyada və süvari
diviziyalarının rəisləri, Ümumi Qərargahın rəisi, Topçu, Ləvazimatı və İstehkam idarələrinin
rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın
iclasları hərbı nazirin, ya da onun müavininin sədrliyi altında keçməli idi, Nazirliyin digər
idarə və xidmət rəisləri onların xidmətlərinə aid olan məsələlərin müzakirəsi zamanı
Müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət oluna bilərdilər
181
.
1919-cu ilin martında Azərbaycan Ordusunun idarəetmə orqanlarında mühüm
keyfiyyət dəyişikliyi baş verdi. Hərbi nazirin əmri ilə mart ayının 26-da Baş Ərkani-Hərb
(Qeneralnıy ştab) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi
təyin edildi. S.Mehmandarov bu strukturun yaradılmasını onunla əlaqələndirdi ki, Ümumi
Qərargah (Qlavnıy ştab) həm qoşunların təlim-tərbiyəsi, həm ordunun döyüş hazırlığı, həm
də ordunun təsərrüfat məsələləri və gündəlik qayğıları ilə eyni vaxtda səmərəli məşğul ola
bilmir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat, döyüş hazırlığı və s. kimi
vəzifələr yeni yaradılan Baş Ərkani-Hərbin səlahiyyətinə, təsərrüfat və təminat məsələləri isə
Ümumi Qərargahın səlahiyyətinə verildi. General-leytenant M.Sulkeviç Baş Ərkani-
Hərbin rəisi təyin edildikdən sonra ordu hissələrinin formalaşması daha ahəngdar xarakter
aldı, o cümlədən 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari
alayının təşkili tezliklə başa çatdırıldı.
Azərbaycan hökumətinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə əmin olan
müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin
azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razı oldu. Martın 31-də hərbi nazirin əmri
ilə Bakı şəhərində yerləşəcək hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə bir
piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-
ci Tatar süvari alayının komandiri polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı
qarnizonunun rəisi vəzifəsi də ona həvalə olunmuşdu. Aprelin 5-də həmin qüvvələr
Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. Bu münasibətlə hərbi nazir
S.Mehmandarov da Bakıya gəld i
182
.
Azərbaycan Ordusunun qoşun hissələrini çox böyük təntənə ilə qarşılayan şəhər
əhalisinin izdihamlı mitinqi keçirildi. Həmin mitinqdə Hacı Zeynalabdin Tağıyev
çıxış edərək belə bir o rdunun yaradılması münasibətilə S.Meh mandarovu təbrik
etdi və öz sevincini bildirdi.
1919-cu ilin yayında və payızında ordu hissələrinin forma laşdırılması
böyük sürətlə davam etdirilirdi. Bu dövr qoşun hissələrinin yarad ılmasında ən
məhsuldar dövr sayıla bilər. İngiltərə hərbi qüvvələri A zərbaycan ərazisini tərk
etdikdən sonra Hərb i Na zirliyin rəhbər orqanla rı 1919-cu il iyunun 28-i, iyulun
329
əvvəllərində yenidən Bakıya köçürüldü
183
.
1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərb i strukturlardan
biri - Ba kı İstehkam hissəsi, yəni Bakının Möhkəmləndirilmiş Müdafiə rayonu idi. Bu
strukturun yaradılmasından başlıca məqsəd Denikin o rdusunun şimaldan, xüsusən
dənizdən ehtimal olunan təhlükəsinin qarşısını almaq və Bakının etibarlı müdafiəsini
bütünlüklə təşkil etmək idi. Bu məsələ ilə bağlı hərbi nazir S.Mehmandarovun
yazdığı raport 1919-cu il sentyabr ayının 13-də Dövlət Müdafiə Komitəsinin (DMK)
iclasında müzakirə edildi və nazirin qald ırdığ ı vəsatət burada qəbul olundu. DMK-
nın bu barədə qəra rında Bakı İstehkam hissəsinin rəisi vəzifəsini təsis etmək, onu
şəhərin hərbi general-qubernatoru vəzifəsi ilə birləşdirmək, Bakı rəisliy i ərazisini
ona tabe etmək sərəncamları da öz əksini tapmışdı
184
.
Sentyabr ayında Bakı hərbi limanının, Təyyarə dəstəsinin, Zirehli avtomobil
taqımının, Mövqe batareyasının ştatlarının tərtibinə başlanıldı. Sentyabrın 14-dən
təyyarə və zirehli avto mobil dəstələrinin, sentyabrın 24-dən Mövqe batareyasının,
oktyabrın 1-dən isə "Astrabad" hərbi gəmisinin ştatları müəyyənləşdirildi
185
.
Böyük sürətlə 6-cı Göyçay piyada alayının formalaşdırılması aparılırd ı.
Qışlaların çatışmazlığ ına, geyim, ərzaq sahəsində çətinliklər olmasına baxmayaraq,
həmin alayınn təşkili 1919-cu il oktyabrın sonunadək əsasən başa çatdırıldı
186
.
1919-cu ilin sonuna kimi Lən kəran kö mə kçi (ehtiyat) taboru alaya
çevrilərək 7-ci Şirvan alayı adlandırıld ı. Bakı İstehkam his səsinin müdafiə taboru
yaradıldı, süvari və piyada alaylarınən, əlahiddə taborların və hərbi məktəbin döyüş
bayraqlarının təsviri təsdiq edildi
187
.
Elə həmin ildə 8-ci Ağdaş piyada alayının və Zəngəzurdakı kürd
kəndlərinin əhalisindən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması başa
çatdırıldı
188
.
Bütün bu təşkilati işləri həyata keçirməklə Hərbi Nazirlık 1919-cu ilin sonunadək
Azərbaycan Ordusunda şəxsi heyətin sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min
başa çatdırmğı nəzərdə tuturdu. 1920-ci ildə davam etdiriləcək təşkilati işlər ordu heyətinin
sayını daha da artırmalı və onu 40 min nəfərə, ilin sonunadək atların sayını isə 10 min başa
çatdırmalı idi
189
.
1919-cu ilin yayından etibarən əvvəlcə Qarabağda və Lənkəranda, sonra isə
Zəngəzurda hərbi şəraitin səngiməyib kəskinləş məsinə baxmayaraq, Hərbi Nazirliyin
rəhbərliyi quruculuq işindəki ahəngdarlığı saxlamağa çalışırdı. 1920-ci ilin elə ilk
günündən zirehli qatarın komplektləşdirilməsinə başlanıldı
190
.
Ancaq 1920-ci ilin ilk dörd ayı həm Azərbaycan xalqının, həm də Azərbaycan
Ordusunun həyatında çox mürəkkəb bir məqam idi. Azərbaycan Ordusunun rəhbərliyi bu il
üçün böyük tədbirlər planı müəyyənləşdirib onun həllinə başlamalı olsa da, onları ilin dörd ayı
ərzində ağır bir şəraitdə həyata keçirməli idi. Erməni təcavüzü praktiki olaraq ilin
əvvəlindən ara vermirdi. Mart ayının sonlarına yaxın isə bu təcavüz açıq müharibəyə
çevrildi. Ona görə də 1920-ci ildə ordu quruculuğu, onun möhkəmləndirilməsi və
sıralarının genişləndirilməsi üçün nisbətən münasib şərait ilk üç ayda mövcud o ldu.
330
Həmin müddətdə görülən dəyərli işlərdən biri növbəti çağırış-səfərbərlik
kampaniyasına başlanması
191
və ordunun ali idarəetmə orqanlarında əsaslı struktur
dəyişiklikləri aparılması oldu. 1920-ci il martın 1-də Baş Ərkani-Hərb ilə Ümumi
Qərargah birləşdirilərək Azərbaycan Ordusunun Ümumi Qərargahı yaradıldı və
general-mayor Həbib bəy Səlimov bu qurumun rəisi təyin edildi
192
.
1920-ci ilin bolşevik istilası ərəfəsində Azərbaycan Ordusunun əsas döyüş hissələri
və birləşmələri aşağıdakılardan ibarət idi: iki piyada diviziyasında birləşmiş olan 1-ci
Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci
Ağdaş piyada alayları, süvari diviziyasında birləşmiş olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü
Şəki süvari alayları və iki topçu briqadası.
Bunlardan başqa, Azərbaycan ordusunda bir sıra yardımçı hissə-bölmə və
müəssisələr də var idi. Bütün bunlar qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu
sahəsində aparılan işlərin nəticəsi idi.
Şimali Azərbaycanın dövlət müstəqilliyi elan edildikdən sonra qarşıda duran başlıca
vəzifələrdən biri qonşu ölkələrlə sərhəd müba hisələri və ixtilaflarının aradan qaldırılması,
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsi idi.
İlkin olaraq Zaqatala məsələsi Gürcüstanla aparılan danışıqlar yolu ilə həll
edildi: əhalisinin 91,9 faizini müsəlmanlar təşkil edən və Azərbaycanın əzəli torpağı olan
Zaqatala mahalında Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti 1918-ci ildə bərqərar
edildi
193
.
Azərbaycan ordusunun formalaşdığı dövrdə ölkədə mürəkkəb hərbi-siyasi şərait
mövcud idi. Bu isə həm ordunun formalaşma prosesinə, həm də bütünlükdə ölkənin bütün
ictimai-siyasi həyatına öz təsirini göstərirdi. Bir tərəfdən, ölkənin cənub bölgəsi - Lənkəran
Azərbaycanın müstəqilliyinə yad olan qüvvələrin nəzarəti altında idi və bu qüvvələr
Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəmirdilər. Digər tərəfdən isə Qarabağ və
Zəngəzur bölgəsində erməni daşnakların təcavüzkarlığı kəskinləşməkdə davam edirdi. Həmin
əraziləri parçalayaraq Ermənistana birləşdirmək istəyənlər hər cür vasitələrə əl atırdılar. Bir
tərəfdən də çar Rusiyasının sərhədlərini bərpa etməyə çalışan denikinçi qüvvələr şimaldan
Azərbaycanın müstəqilliyinə təhlükə yaradırdılar. Bu real təhlükələrin aradan qaldırılması
üçün həm hökumət, həm də Hərbi Nazirlik tərəfindən qətiyyətli addımların atılması tələb
olunurdu.
Belə qaynar nöqtələrdən biri olan, geostrateji mövqe etibarilə müxtəlif siyasi
qüvvələrin diqqətini cəlb edən Lənkəran bölgəsində möhkəmlənməyə çalışan bir neçə
siyasi qüvvə çox qısa müddətdə öz hakimiyyətlərini elan etdi. 1918-ci ilin əvvəllərində
müsavatçı qüvvələr buradakı silahlı ünsürləri tərksilah edib hakimiyyət orqanlarını nəzarət
altına alsalar da, 1918-ci ilin aprelində "Aleksandr Jander" gəmisində bölgəyə gələn
sovet qoşunları hakimiyyəti ələ keçirdilər
194
. Ancaq bolşeviklərin hakimiyyəti də bölgədə
uzun sürmədi. Bakı Xalq Komissarları Sovetinin yıxılması və "Sentrokaspi Diktaturası"nın
yaradılması ilə cənub bölgəsində də bolşevik qüvvələrinin nüfuzu xeyli zəiflədi. Onların
əvəzinə bölgədə yerləşdirilən və vaxtilə bölgədə məskunlaşdırılmış rus əhalisi
tərəfindən müdafiə olunan rus qoşun hissələrinin millətçi zabitləri fəallaşmağa başladılar.
331
Rusiyadakı Denikin qoşunları ilə sıx əlaqəsi olan bu qüvvələrə polkovnik İlyaşeviç
rəhbərlik edirdi. O, İranla sərhəd xəttini qorumaq üçün Muğanın cənubunda yerləşdirilmiş
29-cu rus sərhəd briqadasının komandiri idi
195
. 1918-ci ilin avqust ayında öz qərargahı ilə
Cavad qəzasının Biləsuvar kəndindən Lənkəran qəzasının Prişib kəndinə keçən
İlyaşeviçin briqadasında bu vaxt 6 minə qədər silahlının olması güman edilirdi. Həmin
silahlıların təzyiqi ilə avqustun 4-5-də Prişib kəndində fövqəladə qurultay çağırıldı və orada
Lənkəran və Cavad qəzalarında hakimiyyət məsələsi müzakirə edildi. Qəbul edilən
qərara görə, həmin qəzaları idarə etmək üçiin 5 nəfərdən ibarət "Müvəqqəti Diktatura"
yaradıldı. Bu diktatura bəzən "Beşlər diktaturası" da adlandırılırdı
196
.
Beləliklə, şovinist millətçi rus zabitləri Azərbaycan Xalq Cümhuriyyətinin cənub
bölgəsində hakimiyyəti öz əllərinə aldılar. İxtiyarlarında olan silahlı qüvvələrə, bölgənin rus
qolçomaqlarına, Bakıdakı Rus Milli Şurasına və Denikin yardımlarına arxalanaraq, "Mü-
vəqqəti Diktatura" əhalini çapıb-talamağa, öz mənafeyinə uyğun olan yeni bir rejim
yaratmağa başladı. 1919-cu ilin fevralında rus zabitlərinin nəzarəti altında olan ərazilər
"Lənkəran Respublikası‖ elan edildi və Su xorukovun rəhbərliyi ilə "demokratik"
hökumətin təşkil o lunduğu bildirild i
197
.
1919-cu il martın 21-də müstəqil Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq
iddiasında olan qüvvələrin Prişibdə qurultayı çağırıldı. Bu qurultayda belə bir qərar qəbul
edildi ki, Paris sülh konfransı öz işini qurtaranadək, Lənkəran qəzası Azərbaycanın
hakimiyyəti altına verilməsin və "Muğan vilayəti" adı altında yaradılan müstəqil quru ma
tabe etdirilsin
198
.
1919-cu ilin may və iyun aylarında ölkənin cənubunda hərbi şərait xeyli kəskinləşdi.
Həmin il aprelin 25-də kommunistlər polkovnik İlyaşeviç və onun tərəfdarlarını həbs
edərək Lənkəran bölgəsinə nəzarəti əllərinə keçirmişdilər. Burada qəsb edilən
hakimiyyətə qanuni don geyindirilməsi məqsədilə 1919-cu il mayın 15-dən "Muğan
Kəndli Deputatları Sovetinin fövqəladə qurultayı" çağırıldı. Lənkəranda keçirilən həmin
"qurultay"da iştirak edən deputatların təxminən yarısı qeyri-azərbaycanlı idi
199
. Dörd gün
davam edən qurama qurultay Azərbaycanın cənubunda sovet hakimiyyətinin qurulduğunu
elan edərək, 35 nəfərdən ibarət qanunverici orqan seçdi. "Muğan Diyar Soveti" adlandırılan bu
orqanın sədri vəzifəsinə David Çirkinin, onun müavini vəzifəsinə isə Şirəli Axundovun
namizədliyi irəli sürüldü
200
.
Zaqafqaziyada sovet hakimiyyətinin yeganə dayaq nöqtəsi olan Lənkəran
bölgəsində üsyanın baş tutması xəbərini alan kommunistlər buraya yardımı daha da
artırd ılar. 1919-cu il aprel ay ının sonuncu günləri ko mmunistlər Bakıdan gizlicə
"Vstreça" gəmisi ilə Lənkərana xeyli miqdarda silah və sursat, 9 milyon rubl pul və
çoxlu siyasi ədəbiyyat gətirdilər
201
.
Həştərxandan da Lənkərandakı qəsbkar qüvvələrə kö mək göstərilird i.
V.İ.Lenin in tapşırığı ilə ko mmunist T.İ.Ulyantsev (Otradnev) də Lənkərana gəlib
burada İnqilabi Şura təşkil etdi
202
. 1919-cu il may ay ının sonunda cənubda elan
olunmuş sovet hakimiyyətinin sərəncamında bir p iyada taboru, süvari eskadronu, 6
səhra və 3 dağ topu, 3 hidroplan var id i. Muğanda bolşevik silah lı qüvvələrin in
332
ümu mi sayı 5-6 min nəfərə çatırdı
203
.
Azərbaycan hökumətin in ölkən in cənubunda baş verən bu qa-
nunsuzluqların qarşısını almağa hələlik kifayət qədər gücü yox idi. Çünki mövcud
olan hərbi qüvvələr Qarabağda genişlənən ermən i təcavüzünün və Şimaldan
yaxınlaşan təhlükənin qarşısının a lın masına cəlb edilmişdi.
1919-cu ilin avqustunda Qarabağda vəziyyət nisbətən sakit keçdi. Bu
məqamdan istifadə edən Hərbi Nazirliy in rəhbərliy i Lənkəran bölgəs inə qoşun
dəstəsi çıxarmaq qərarına gəldi. Bu barədə höku mət hələ 1919-cu il iyul ayın ın
əvvəllərində göstəriş vermişdi
204
. Həmin vaxt bölgədə nəzarət ko mmunist
qüvvələrin əlində idi. Lakin onların elan etdikləri "Muğan Sovet Respublikası"-n ın
ömrü u zun sürməd i. Ağqvardiyaçı rus zabitlərin in rəhbərliyi altında olan qüvvələr
iyul ayın ın 24-25-də Lən kəranın mühü m obyektlərini yenidən nəzarət altına ald ılar.
İyulun 26-da isə Prişibdə özlərinin qurultayın ı çağıran ağqvardiyaçılar bölgədə öz
hakimiyyətlərini bərpa etdiklə rin i e lan etdilər
205
. Bu qüvvələri sıxışdırıb bölgədən
çıxarmaq və burada Azərbaycan Xalq Cü mhuriyyətinin hakimiyyətini bərqərar
etmək üçün Lən kəran dəstəsi yaradıldı.
1919-cu il avqust ayının əvvəllərində Lənkəran dəstəsi artıq for-
malaşdırılmış, onun hərəkət etməsi üçün müəyyən hazırlıq işləri görülmüşdü.
Bununla bağlı avqustun 4-də hərbi nazirin imzalad ığı müvafiq əmrlə dəstənin
ko mandanlığı Ümu mi Qə rargahın rə isi general-mayor Həbib bəy Sə limova həvalə
olundu və ona göstəriş verild i ki, dəstənin tərkibinə daxil olan h issələrlə Hacıqabul,
Salyan, Pokrovsk, Prişib və Lənkəran marşrutu ilə Lən kəran qəzasına doğru
irəliləməli, o rada qayda-qanunu və sakitliyi bərqərar etməlidir
206
.
Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkarana doğru
hərəkətə başladı
207
. Qarşısına qısa müddətdə bölgədəki silahlı qüvvələri tərksilah etmək
vəzifəsi qoyulmuş dəstə qətiyyətli və çevik fəaliyyəti nəticəsində sentyabr 3-də tapşırılmış
vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi və bölgədəki rus qüvvələrini tərk-silah etdi
208
.
Hərbi nazir S.Mehmandarovun Lənkəran dəstəsinin fəaliyyətinin nəticələri ilə bağlı 1919-
cu il 19 sentyabr tarixli 490 saylı əmrinin ikinci bəndində deyilirdi: "Lənkəran şəhərinin
tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin
hakimiyyətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Qərargah rəisi general-
mayor Səlimovun komanda altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz
edilmiş və göndərilmişdi.
Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni çox güclü istidə
bizim gənc ordumuz, xəstələr və arxada qalanlar olmadan, 15 günə qət etmişdir. Bütün yürüş
ərzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən heç birinə kiçik bir ziyan da
vurulmamışdır. Yol boyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli
davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstənin Lənkərandan
getməsindən sonra olan şəxsi səfərim zamanı əmin oldum, hamıda əsl hərbi görkəmi və nümu-
nəvi nizam-intizamı ilə güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran
qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət
333
çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan
tökülmədən həyata keçirildi.
Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü
kimi göstərmiş gənc əsgərlərə ürəkdən "sag ol" deyirəm"
209
.
Hərbi yürüş əməliyyatları başa çatdıqdan sonra bölgədə sabitliyin qorunrnası və
Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxa b iləcək qüvvələrə lazımi müqavimət
göstərilməsi üçün Lənkəranda ehtiyyat piyada taboru təşkil edildi. Ağqvardiyaçı
qüvvələrdən və rus əhalisindən müsadirə edilmiş yüngül silahlar da kapitan S.Rəfibəyovun
komandir təyin olunduğu həmin tabora təhvil verildi.
Azərbaycan hökuməti regiondakı mübahisəli sərhəd məsələlərini siyasi yollarla
həll etmək niyyəti ilə hələ 1918-ci ilin iyun ayında qonşu (tərəflərə, o cü mlədən
Ermənistana danışıqlara başlamağı təklif etdi. Azərbaycan Milli Şurası müstəqilliyini elan
etmiş qonşu dövlətə yardım məqsədi və gələcəkdə onunla vahid Qafqaz Konfederasiyasına
daxil olmaq istəyi ilə 1918-ci il mayın 29-da İrəvan şəhərini Ermənistan Respublikasının
paytaxtı kimi tanıdı
210
. Lakin bu xeyirxah addım iki dövlət arasındakı münasibətlərin
kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi. Çünki bu dövrdə
Qafqazda yaranmış vəziyyəti və beynəlxalq şəraiti "Böyük Ermənistan" ideyasının
reallaşdırılması üçün əlverişli sayan ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli
sürərək, onun Naxçıvan, Qarabağ və Zəngəzur mahallarında etnik təmizləmə siyasəti həyata
keçirməyə başladılar. Bunun nəticəsində Azərbaycanın bir sıra bölgəsində, xüsusilə həmin
mahallarda yaşayan dinc əhali Andronik, Dro və Njdenin quldur dəstələri tərəfindən
məqsədyönlü soyqırıma məruz qalmışdı.
1918-ci ilin ortalarından etibarən Zəngəzur qəzasında erməni silahlı dəstələrinin
azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırım genişlənməkdə davam edirdi. Vəhşi
əməlləri heç bir çərçivəyə sığmayan Andronikin dəstələri qəzanın azərbaycanlılardan təmiz-
lənməsi və bu ərazilərin Ermənistana birləşdirilməsi üçün heç bir cinayətdən çəkinmirdilər.
Yerli dinc əhalinin özünümüdafiə imkanlarına malik olmaması, havalar soyuduqca
Azərbaycanın mərkəzi zonası ilə əlaqələrin çətinləşməsi erməni-daşnak silahlı dəstələrinin
qarşılarına qoyduqları niyyətlərin həyata keçirilməsini daha da asanlaşdırırdı. 1918-ci ilin
payızında Zəngəzurda 52 kənd məhv edilmişdi. 32 kənddə 495 ev yandırılmış, 492 ev
dağıdılmış, 2254 azərbaycanlı öldürülmüş, 304 nəfər azərbaycanlı isə diri-diri yandırılmışdı
211
.
1918-ci ilin noyabr-dekabr aylarında Türkiyə qoşunlarının Azərbaycan
ərazisini tərk etməsi Zəngəzurda və Qarabağda erməni təcavüzünün yeni bir faciəli dövrünün
başlanmasına səbəb oldu. Azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar xeyli genişləndi.
Həmin il dekabr ayının 2-də Gülyataq erməniləri böyük bir silahlı dəstə ilə Sırxavənd kəndi
üzərinə hücum etdi. Bütün gücü ilə müdafiə olunan azərbaycanlılar 1 erməni öldürüb, 6
ermənini yaralasalar da, aparılan yüzlərlə mal-qaranı geri qaytara bilmədilər
212
.
Müxtəlif xarici siyasi himayədarlığa can atan Andronik hərbi-maliyyə əlaqələri
yaratmaq məqsədilə 1919-ci ilin yayında bir tərəfdən, S. Şaumyan vasitəsilə Sovet
Rusiyasına yaxınlaşmağa, digər tərəfdən tərəfdən isə ermənilərin katolikosunun araçılığı ilə
ingilislərlə ittifaq yaratmağa çalışırdı
213
. Daşnakların 1918-ci ilin martında Tiflisdə keçirilən
334
müşavirəsində onlara "...Bizim yeganə dostumuz Rus iyadır... Rusiyanın qapılarını üzümüzə
bağlamayın"
214
- deyən Andronik 1918-ci ilin yayında Na xçıvanı Sovet Rusiyasının ayrılmaz
hissəsi elan etmişdi. O, burada Sovet hakimiyyətinin qurulduğunu bildirmiş, iyunun 4-də isə
S.Şaumyana xüsusi teleqram göndərərək dəstəsi ilə birlikdə Rusiya mərkəzi hökumətinin
sərəncamına keçməyə və "Bakı Kommunası"na yardım göstərməyə hazır olduğunu xəbər
vermişdi
215
. Həmin teleqram barədə Leninə məlumat verən Şaumyan Andronikə cavabında
yazırdı: "Culfa, Xalq rəhbəri Andronikə. Sizin 577 №-li teleqramınızı aldım. Tam mətnini
Moskvaya-Mərkəzi höku mətə xəbər verdim. Öz tərəfimdən Sizin şəxsin əsl xa lq
qəhrəmanın ı salamlayıram"
216
.
"İzvestiya" və digər Moskva qəzetləri Andronikin Sovetləre meylini alqışlayaraq,
onun Naxçıvana dair mövqeyini və yürütdüyü siyasəti "Sovet Rusiyasının böyük qələbəsi"
kimi qiymətləndirirdilər. Andronikin Sovet Rusiyasına istiqamətlənməsi və "Bakı Kom-
munası"nı müdafiə etməsini daşnak liderlərindən A.Camalyan 1918-ci il avqustun 16-da
alman hərbi missiyasının başçısı general fon Kresslə görüşündə təsdiqləmişdi: onun
fikrincə, Andronik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə endirmək və Ba-
kıya yol açmaq istəyirdi
217
.
Andronikin Biçeraxov və Denikinlə əlaqələri var idi. O, bir sıra dövlətlərdən
hərbi-siyasi və maliyyə yardımı alırdı
218
.
Andronik Azərbaycan torpaqlarında soyqırım siyasəti yeridərkən Ermənistan
rəhbəriiyi ilə sıx əlaqələrə malik olmuş və hətta xaricə qaçdıqdan sonra belə bir sıra
məclislərdə, o cümlədən də Paris sülh konfransında daşnakları təmsil etməyə çalışmışdı
219
.
Ermənistan silahlı qüvvələrinin, ilk növbədə isə Andronikin quldur dəstəsinin
Naxçıvan və Zəngəzurdakı qəsbkarlığının genişləndiyi bir vaxtda Qarabağın dağlıq hissəsi
problemi meydana atıldı. Belə ki, Ermənistanın hiyləgər siyasi təbliğatı və güclü hərbi yar-
dımı nəticəsində Qarabağın dağlıq hissəsində kök salmış ermənilər 1918-ci ilin iyul və
sentyabr aylarında keçirdikləri qurultaylarda bu mahalın müstəqilliyini elan etdilər
220
.
Bunun ardınca isə 1918-ci ilin payızında Zəngəzurun bir hissəsində möhkəmlənən
Andronik burada bir növ erməni "qubernatorluğu" təşkil edərək, Gorusu onun
"mərkəzi"nə çevirdi, sonra da paytaxtı "Şuşa olacaq" "Kiçik Ermənistan" dövlətini
yaratmağa çalışdı
221
. 1918-ci ilin sentyabrında Türkiyənin hərbi siyasi yardımı vasi-
təsilə Bakıdakı hərc-mərcliyə son qoyan Azərbaycan rəhbərliyi dövlətin ərazi
bütövlüyünə edilən qəsdlərə qarşı dövlət müstəqilliyinın saxlanması və möhkəmləndirilməsi,
ölkənin ərazi bütövlüyünün təmin olunması məqsədilə bir sıra hərbi-siyasi və iqtisadi-maliyyə
tədbirləri həyata keçirməli oldu. Mudros müqaviləsinə əsasən, Türkiyə qoşun hissələrinin
Azərbaycandan, o cümlədən də Naxçıvan, Qarabağ, Zəngəzur mahallarından çıxması ilə
Azərbaycanın bütövlüyü və onun əhalisinin taleyi yenidən təhlükə qarşıs ında qaldı. Çünki
Türkiyə silahlı qüvvələri bölgəni tərk etdiyi zaman azərbaycanlı əhali özünü və torpağını
qorumaq üçün hələlik qüvvətli dövlət qurumlarına, nizami hərbi hissələrə malik deyildi. Re-
gionda əcnəbi müttəfiqlərin, xüsusən ingilislərin ikili siyasət yürütdükləri bir şəraitdə
separatçı ermənilər fəallaşmışdılar. Buna görə də istər Azərbaycan hökuməti, istərsə də
Naxçıvan, Qarabağ və Zəngəzur bölgələrindəki milli-vətənpərvər siyasi qüvvələr tanın-
335
mış, nüfuzlu şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi istiqamətində
məhəlli səciyyə daşısa da, yaranmış şəraitlə uzlaşan, müəyyən əhəmiyyət kəsb edən tədbirlər
görürdü, bu baxımdan Naxçıvan bölgəsində yaradılan Araz-Türk Respublikasının mühüm
əhəmiyyəti var idi. Azərbaycan XİN-in respublika Nazirlər Şurasının sədrinə 1919-cu il 17
iyun, Azərbaycan Cümhuriyyəti siyasət idarəsi başçısının müttəfiq qoşunlarının
komandanına 1919-cu il 8 yanvar tarixli məktubları və s. sənədlərdən göründüyü kimi, bu
respublika 1918-ci ilin noyabrında yaranmış və təxminən 1919-cu ilin martınadək fəaliyyət
göstərmişdi
222
. Onun ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, habelə
Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələri əhatə etmiş, mərkəzi isə
Naxçıvan şəhəri olmuşdu
223
.
Araz-Türk Respublikası Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr
yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən də müəyyən qarşılıqlı tədbirlər görülmüşdü. Belə ki, Azərbaycan parlamenti
yaradılarkən Naxçıvan bölgəsi - Araz-Türk Respublikası ilə bağlı məsələlə nəzərə
alınmışdı. "Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da yazılırdı ki,
Azərbaycanın ərazisini... İrəvan quberniyasının bəzi hissələri (burada Naxçıvan bölgəsi də
nəzərdə tutulurdu. -Red.)
224
təşkil edir. Parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının
azərbaycanlılar yaşadığı hissəsində (Naxçıvan, Şərur, Ordubaddan söhbət gedir.- Red.) üç
nəfər millət vəkili seçilməli idi
225
. Amma Araz-Türk Respublikası aşağıdakı səbəblərə
görə tezliklə süquta uğradı: ermənilərin güclü hərbi və siyasi-diplomatik təzyiqi; ingi-
lislərin Azərbaycan tərəfi dəstəkləməməsi və ermənipərəst mövqe tutması; Azərbaycan
Xalq Cümhuriyyətinin bölgələri və oradakı dövlət quruluşu ilə kifayət qədər əlaqələrin
yaradılmaması, ona yetərincə hərbi-siyasi yardım göstərə bilməməsi və s.
Araz-Türk Respublikasının əhəmiyyətinə və onun qısamüddətli fəaliyyətinin
nəticələrinə gəldikdə isə o, Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin azərbaycanlı
əhalisinin qüvvələrinin düşmənlərə qarşı birgə mübarizə aparılması məqsədilə
birləşdirilməsində müəyyən rol oynadı və ən başlıcası isə mahalın ermənilərin əlinə
keçməsinə imkan verməməklə onun toxunulmazlığını qorudu, bununla da Azərbaycanın
ərazi bütövlüyü təmin edildi.
Birinci dünya müharibəsi başa çatdıqdan sonra Qafqazda, o cümlədən də
Azərbaycanda möhkəmlənmək sahəsində təşəbbüsü ələ alan ingilislər öz məqsədlərinə
çatmaq üçün ermənilərdən də istifadə etməyə başladılar. Öz növbəsində lord Kerzonun
"...əlahəzrət hökumətinin başlıca məqsədi ermənilərin azad edilməsidir" - fikrindən
226
ruhlanan ermənilər də ingilislərin siyasətindən faydalanmağa çalışırdılar. Qarşılıqlı mənafe və
maraqların üst-üstə düşdüyü bir şəraitdə - 1919-cu ilin yanvarında Naxçıvan mahalına çox
az sayda ingilis hərbi qüvvələri gətirildi. Bununla eyni vaxtda isə Ermənistanın qoşun
hissələri Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrinə qarşı təcavüzü daha da genişləndirdilər.
Bu dövrdə Şərurda erməni nizami qoşunları üzərində mühüm qələbə qazanılsa da (yerli
sakin Məşədi Ələsgərin başçılıq etdiyi silahlı qüvvələr erməni əsgərlərinə divan tutmuşdu
və onlar 15 gün meyitlərin və yaralıların yığışdırılması ilə məşğul olmuşdular), bölgədə
vəziyyət gərginləşməkdə idi.
336
Belə bir şəraitdə ingilislər Naxçıvan mahalını müvəqqəti bitərəf zona elan edərək,
burada general-qubernatorluq yaratdıqlarını bildirdilər. Ermənilər üzərindəki Şərur
qələbəsindən sonra Naxçıvan mahalında yeni diktatura hökumətinin yaradıldığı elan
olunmuşdu. Bu hökumət isə mövcud gərgin vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti ilə
geniş əlaqələrin qeyri-mü mkünlüyü və s. səbəblərə İranla birbaşa münasibətlər yaratmağa
cəhdlər göstərmişdi. Yeni hökumətin başçısı Cəfərqulu xanın Naxçıvan-Şərur dairəsinin
ingilis- general-qubernatoruna yolladığı 1919-cu il 26 fevral tarixli məktubdan da göründüyü
kimi, İranla yaxınlaşmaq cəhdləri osmanlı ordularının getməsindən sonra bölgə üçün
ermənilər tərəfindən yaradıdılan təhlükədən və onun Azərbaycandan təcrid olunmasından
irəli gəlmişdi
227
. Məktubda həmçinin ingilis general-qubernatorundan mahalın bir hissəsi
olduğu ana torpaqla - Azərbaycanla birləşdirilməsi üçün şərait yaradılması xahiş
olunurdu.
İngilislərin Naxçıvanda qaldıqları müddət ərzində Azərbaycan rəhbərlərliyi bu
ərazi üzərində öz suveren hüquqlarını müdafiə edirdi. Dövlətin təhlükəsizliyinin təminatına
yardım göstərmək və bölgə əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq,
mahalı Şimali Azərbaycanın digər torpaqları ilə birləşdirmək sahəsində hökumət
müəyyən tədbirlər həyatda keçirirdi. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-i və
25-də olan iclaslarında Naxçıvan bölgəsi və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının
azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edildi
228
. Yanvarın 25-dəki iclasda
xüsusi bəyanatla çıxış edən M.Ə.Rəsulzadə .Ermənistan hökumətinin Naxçıvan və digər
qəzaların azərbaycanlı əhalisinə düşmən münasibət bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər
görməyə çağırdı.
Keçmiş İrəvan quberniyası türk-müsəlman əhalisinin vəziyyətin in öyrənilməsi,
ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərin qarşısının alınması, Azərbaycanın cənub-
qərb bölgələrinin ərazi toxunulmazlığının təmin olunması istiqamətində müəyyən tədbirlər
görüldü. Azərbaycan Cümhuriyyətinin Ermənistanda açılmış diplomatik nümayəndəliyi bu
işlərdə çox mühüm rol oynadı. Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski
1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdi
229
.
Azərbaycan hökuməti ilə Naxçıvan bölgəsi arasında əlaqələrin yarıdılması və
inkişafında, mahalın azərbaycanlı əhalisinin problemlərinin həllində keçmiş İrəvan
quberniyasından olan ictimai xadimlərin, ziyalıların və onların yaratdıqları mü xtəlif
təşkilatların səyləri də mühüm rol oynamışdı. Həmyerlilər cəmiyyəti idarə heyətinin
üzvü Mirabbas Mirbağırovun bölgədəki siyasi vəziyyəti öyrənmək, ingilislərin
buradakı siyasətlərinin məqsədini aydınlaşdırmaq məqsədilə 1919-cu ilin yanvar-
fevral aylarında Naxçıvana səfəri və onun yekunları barədə məruzəsi
230
Azərbaycan
hökuməti ilə mahalın azərbaycanlı əhalisi arasında əməli əlaqələrin yaradılması
yolunda atılmış birinci ciddi addım hesab oluna bilər.
Azərbaycan hökumətinin öz dövlət ərazisi Naxçıvan bölgəsində suveren
hüquqların ı həyata keçirməsi, mahalın idarə olun masında onun iştirakının təmin
edilməsi zə ruri məsələ idi. Bu zərurət müsəlman əhalisin in proble mlərinin çev ik
həllini, burada xüsusi general-qubernatorluğun təşkilin i şərtləndirird i. Cənub-
337
Qərbi A zərbaycanın (Naxçıvanın) Müvəqqəti hökumətinin işlər müd iri Behbudxan
Naxçıvanski 1919-cu il fevralın sonlarında Bakıda olduğu zaman öz missiyasının
məqsədlərini açıqlayaraq belə bir vacib məsələyə to xun muşdu ki, Naxçıvan, Şərur
və Ordubad qəzaları A zərbaycan torpaqları o lduqlarından Müvəqqəti hökumət
həmin ərazilərin "Cənub-Qərb i A zərbaycan" adı altında A zərbaycan Xalq
Cü mhuriyyəti ilə birləşməsi üçün onun rəhbərliyinə, ingilis ko man danlığ ına
müraciət etmək qərarına gəlmiş və onların razılığ ını almışdı
231
.
Azərbaycan hökuməti özünün 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan
general-qubernatorluğunu (arxiv sənədlərində " Cənub -Qərbi Azərbaycan general-
qubernatorluğu", habelə "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar
rayonlarının müvəqqəti general-qubernatorluğu" adlanır) yaratdı
232
. Həmin qərara
əsasən də Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski və
Hacı Mehdi Bağırov isə onun köməkçiləri təyin olundular, həmçinin yerli
hakimiyyətin təşkili və qoşun hissələrinin sa xlan ması üçün DİN-in 20 milyon
manatlıq fondundan 500 min manat pul ayrıldı
233
. General qubernatorluğun nəzdində 7
nəfərdən ibarət Şura formalaşdırıld ı.
Daha sonra respublika hökumətinin 1919-cu il 3 mart tarixli qərarına müvafiq
surətdə bölgədə nə qədər silahlı qüvvənin olmasını, onun necə təşkil edilməsi və
saxlan masını aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə
göndərilməsi Hərbi Nazirliyə tapşırıldı və əlavə olaraq daha 500 min manat vəsait
buraxılması razılaşdırıldı
234
. Doğrudur, Naxçıvan general-qubernatorluğu müəyyən obyektiv
(bölgənin Azərbaycan Cümhuriyyəti ilə sıx əlaqələrin qurulmasındakı çətinliklər) və
subyektiv (bölgədəki siyasi qüvvələr və nüfuzlu şəxslər arasındakı ixtilaflar) səbəblərə görə
geniş və səmərəli fəaliyyət göstərə bilməsə də, hər halda onun yaradılması və tədbirləri
bölgənin Azərbaycan hökuməti ilə əlaqələrinin möhkəmlən məsində müəyyən rol
oynadı.
Osmanlı qoşunlan getdikdən sonra Zəngəzur mahalında da siyasi –hərbi vəziyyət
xeyli kəskinləşdi, yerli türk-müsəlman əhalisi –azərbaycanlılar yenidən zorakılıq və
məhrumiyyətlərə məruz qaldılar. Müttəfiqlərin Azərbaycana gəlişi ilə bağlı fəallaşan
ermənilər yaranmış şəraiti özlərinin ərazi iddialarının reallaşması üçün əlverişli məqam
sayaraq müəyyən təxribatlara əl atdılar.
Ermənistan hökuməti tərəfindən ruhlandırılan, maliyyələşdirilən və təchiz
olunan Andronik və onun quldur dəstəsi Zəngəzurda yeni-yeni özbaşınalıq və
vəhşiliklər törədird i.
Andronikin Zəngəzurdakı "etnik təmizləmə" fəaliyyəti 1918-ci il noyabrın ikinci
yarısında özünün yeni, azərbaycanlı əhali üçün daha faciəli mərhələsinə başladı. Onun
quldur dəstələrinin 1918-ci il noyabrın 22-də Zəngəzur qəzasının Mərkəzi olan Gorusa
soxulması, azərbaycanlıların kəndlərini viran etməsi, əhaliyə divan tutması nəticəsində
qısa müddətdə burada 30-dan çox azərbaycanlı kəndi dağıdıldı
235
.
Andronikin quldur dəstələrinin Qarabağda və Zəngəzurda törətdikləri
özbaşınalıqlar və qanlı hadisələr barədə ayrıca məsələ Azərbaycan parlamentinin 1918-ci il
338
dekabrın 20-də keçirilmiş fövqəladə iclasında müzakirə olundu
236
. Hökumətin gördüyü tədbirlər
haqqında F.X.Xoyskinin çıxışı və onun müzakirəsindən sonra parlament Azərbaycanın
ərazi bütövlüyünün qorunması və təcavüzə məruz qalmış əhaliyə mənəvi və maddi
yardımın göstərilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi barədə qərar qəbul etdi.
Erməni silahlı dəstələrinin azğınlığı getdikcə daha dəhşətli xarakter alırdı. Bu
özbaşınalıqlara qarşı qətiyyətli mübarizə aparmaq üçün Nazirlər Şurası 15 yanvar 1919-cu il
tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-
qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti general-qubernatorluğa fövqəladə
səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu
237
.
Nazirlər Şurasının 1919-cu il 15 yanvar tarixli iclasında Xosrov bəy Sultanov
Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edildi və aprelin 3-də onun səlahiyyətləri
müttəfiq qoşunlar komandanı tərəfindən də tanındı
238
.
Qarabağ general-qubernatorluğunun təşkilinin zəruriliyi aşağıdakı amillərlə
şərtlənirdi: 1) rəsmi İrəvanın hərtərəfli dəstəklədiyi ermənilərinin separatçılıq
hərəkətləri və yerli müsəlman əhaliyə qarşı törətdikləri zorakılıqlar; 2) Andronikin silahlı
quldur dəstələrinin mahallara soxulmasından sonra burada vəziyyətin daha da ağırlaş ması; 3)
həmin qəzaların, xüsusən də Zəngəzurun Gəncə qubernatorluğunun tabeçiliyində
olmasının çətinlikləri.
Qarabağ general-qubernatorluğunun yaradılması haqqında Azərbaycan hökumətinin
qərarı Qarabağda və Zəngəzurda müsəlman əhaliyə qarşı qırğınların genişlənməsinə yeni bir
təkan verdi. Andronikin quldur dəstəsi isə Zəngəzur istiqamətindən Qarabağın içərilərinə
doğru irəliləyərək qarşısına çıxan bütün kəndləri talan etdi. O, Şuşanın 35 kilometrliyinə
çatmışdı. 1919-cu il fevralın ikinci yarısında 200 nəfərlik ingilis qoşun bölməsinin Şuşaya
gəlməsi
239
silahlı quldur dəstəsinin irəliləməsinin qabağını aldı
240
.
1919-cu ilin aprel ayında Qarabağ ermənilərinin 5-ci qurultayı çağırıldı. Burada
başlıca olaraq erməni Azərbaycan münasibətləri müzakirə olundu. Şovinist-millətçi ünsürlərin
təsiri və təzyiqi altında qurultay belə bir qərar qəbul etdi ki, Azərbaycan hökuməti ilə əlaqəsi
olan hər hansı bir dövlət idarəçiliyi forması qəbul edilə bilməz
241
. Yəni qurultay bir daha
erməni qüvvələrinin təcavüzkar xəttini təsdiqlədi və ermənilərin Azərbaycan torpaqlarına
olan təcavüzkar iddialarından əl çəkməd iyini nümay iş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz ərazisində general-qubernatorluq
yaratmasını və X.Sultanovu ona başçı təyin etməsini Ermənistan hökuməti genişmiqyaslı
siyasi-diplomatik hay-küylə qarşıladı. Ermənistan XİN-nin beynəlxalq təşkilatlara və
dövrün sözükeçən nüfuzlu dövlətlərinə, Azərbaycan rəhbərliyinə ünvanladığı çoxsaylı
teleqram və etiraz notalarında, daşnak mətbuatında ("Vpered", "Aşxatavor" və s.)
Azərbaycan hökuməti "Ararat Respublikasının hüquqlarına qəsd etməkdə", qonşu xalqlar
arasındakı rnünasibətləri pozmaqda suçlandırılırdı. Vəziyyətdən yeganə ağıllı çıxış yolu
kimi, bölgə ermənilərinə ya hər hansı bir general-qııbernatorsuz yaşamaq imkanı verilməsi,
ya da heç olmazsa burada müvəqqəti ingilis general-qubernatorluğunun yaradılması məsləhət
görülürdü
242
.
Ermənistanın Azərbaycanın daxili idarəçiliyi işlərinə kobudcasına müdaxilə
339
cəhdlərinə qarşı xarici işlər naziri əvəzi A.Ziyadxanovun Ermənistan hökumətinə etiraz
notalarında Azərbaycan tərəfinin Qarabağ və Zəngəzura dair tarixi-etnik hüquqlarını bir
daha xatırlatmış, onun daxili işlərinə hər hansı müdaxiləyə yol verilməyəcəyini bildirmişdi.
Eyni zamanda o, bütün münaqişələri sülh yolu ilə həll etməyə tərəfdar çıxdığını bəyan
etmişdi. Bölgədə ikili siyasət yürüdən ingilislər əvvəlcə Zəngəzur qəzasının bir hissəsinin
Ermənistana verilməsini bildirsələr də, az sonra Azərbaycan hökumətinin Qarabağ
general-qubernatorluğu yaratmasını himayə etmişdilər
243
. Bu, erməniləri xeyli çaşdırmış və
narazı salmışdı. Onlar "müxtəlif dəlillər" gətirməklə və cürbəcür tədbirlərlə Böyük
Britaniya hökumətini öz "tarixi hüquqları"na inandırmağa, cəhdlər göstərmiş, müəyyən
şərtlər irəli sürmüşdülər.
Lakin ingilislər ermənilərin şərtlərini bəzən diplomatik üsulla, bir sıra hallarda
isə hədə yolu ilə rədd etmişdilər. Şatelvorqun 1919-cu il aprel tarixli bəyanatı ilə X.Sultanovun
general-qubernator vəzifəsinə təyinatını tanımaqla ingilislər Andronikin silahlı
dəstəsinin mahallardan çıxarılmasında israr etdilər
244
.
Ümumiyyətlə, Qarabağ və Zəngəzura dair ingilis siyasəti bütövlükdə ziddiyyətli
səciyyə daşımışdır. Bunu X.Sultanovun apardığı təhlil və gəldiyi nəticələr də yaxşı açıqlayır.
İngilislər vədlərinə xilaf çıxaraq, bölgələrdə hakimiyyəti əslində Azərbaycana deyil,
Erməni Milli Şurasına vermiş, hətta ermənilərin Qarabağ və Zəngəzurda möhkəmlənməsinə
mane olan bir şəxs kimi Xosrov bəyi vəzifəsindən kənarlaşdırmağa cəhd göstərmiş, bütün
bunlarla da ermənilərin edə çoxlu zorakılıq hərəkətlərinə yol verməsinə, Azərbaycan
hökumətini tanımamasına şərait yaratmışdılar. İyun ayının 4-də Qarabağ general-
qubernatoru Xosrov bəy Sultanovun Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsi
üçün Şuşa ətrafında və yol boyunca hərbi postlar yaratması erməni millətçilərini daha da
qəzəbləndirmiş və nəticədə onların silahlı bölmələri Azərbaycan hərbçilərinin postları
üzərinə hücum etmişdilər. Bu silahlı basqın zamanı 4 azərbaycanlı əsgər şəhid
olmuşdu
245
.
Azərbaycan əsgərlərinə qarşı belə təxribatın həyata keçirilməs kütləvi təcavüzün
başlanmasına bir işarə oldu. Ermənilər Şuşa-Yevlax yolu ilə hərəkət edən Azərbaycan
köçlərinin üstünə hücum çəkdilər. Köç adamları arasında da ölənlər və yaralananlar oldu. Bu
hadisələr böyük əks-səda verərək, bir sıra yaşayış məntəqələrində silahlı qarşıdurmaya
gətirib çıxartdı. Bəzi yerlərdə bu silahlı qarşıdurmanın kütləvi qırğınlara çevrilməməsi üçün
general-qubernatorun xahişi ilə qoşun bölmələri göndərildi. Lakin bütün münaqişə
məntəqələrinə hərbi qüvvələrin göndərilməsi mümkün deyildi. Çünki qoşunların
səpələnməsi Xankəndi qarnizonunun zəifləməsinə və ermənilər tərəfindən güclü
hücumlara məruz qalmasına səbəb ola bilərdi
246
.
Ermənilər ingilislərin himayəçiliyi ilə Naxçıvan mahalında öz "idarəçiliklərini"
yaratmağa cəhd göstərmişdilər. 1919-cu il aprelin 15-dən başlayaraq bölgənin ermənilərin
"idarəçiliyinə" keçməsi ilə bağlı xəbərlərin yayılması mahalda həyəcan yaratdığından
Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandakı diplomatik nümayəndəliyi rəsmi Bakı
qarşısında ermənilərin qanunsuz hərəkətlərinin dəf edilməsi barədə məsələ qaldırmışdı
247
. Bir
sıra ingilis-erməni birgə hazırlıq tədbirlərindən (general Devinin Naxçıvana səfəri, onun və
340
Dronun imzaladıqları əmr, Ermənistanın baş naziri Q.Xatisyanın bölgəyə gəlişi və s.)
248
sonra
1919-cu il mayın ortalarından iyulun axırlarınadək mahalda daşnak "idarəçiliyi" peyda oldu.
Belə bir şəraitdə mahalın azərbaycanlı əhalisi həm müxtəlif ünvanlara (Cənubi Qafqazdakı
Britaniya qoşunlarının komandanı general Koriyə, müttəfiq dövlətlərə, T.Xatisyana və
Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova) yazılı etirazlar, Təbrizə
nümayəndə heyəti göndərdi, həm də Ordubadda, Şahtaxtıda və digər ərazilərdə erməni
"idarəçiliyinə" müqavimət göstərdi
249
. Qısa müddətli erməni "idarəçiliyi" zamanı bölgədə
törədilən özbaşınalıqlar, bir qədər sonra daşnakları qovmaq üçün yaranan əlverişli şərait
(ingilislərin getmələri; Azərbaycan Ordusu zabitlərinin yerli əhalini hərbi cəhətdən təşkil
etmələri; Ermənistanın öz qərb sərhədlərini möhkəmləndirmək məcburiyyətində qalması;
Vedibasar rayonunda ermənilərin məğlubiyyəti və s.) əməli addımlar atılmasını
şərtləndirirdi.
Müəyyən hərbi-maliyyə və siyasi-mənəvi səciyyəli hazırlıq işlərindən sonra
1919-cu il iyulun 19-25-də aparılan uğurlu döyüşlər erməni "idarəçiliyi"nin bölgədən
qovulması ilə nəticələndi. Mahalda daşnak "ağalığı"na son qoyulduqdan sonra siyasi
şəraitin yaxşılaşmasına müsbət təsir göstərən bir proses getdi erməni icmaları
yığıncaqlar keçirərək rəsmi sənədlərlə Azərbaycan hökumətini tanıdılar
250
.
Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərinə münasibətdə yürütdüyü
sülhsevər siyasət bu diyarda mövcud olan ümumi vəziyyətin tədricən dinc məcraya
yönəlməsində mühüm rol oynadı, Dağlıq Qarabağda Azərbaycan Xalq Cümhuriyyəti
hakimiyyətinin bərqərar edilməsi perspektivinə yerli ermənilərdə müsbət münasibətin
formalaşmasına imkan verdi. Hətta danışıqların gedişində Azərbaycan hökuməti erməni
ruhanilərinin dəstəyini almağa nail ola bildi. Tezliklə Qarabağ ermənilərinin 7-ci qurultayı
ilə Azərbaycan hökuməti arasında 26 maddədən ibarət razılaşma bağlandı. Razılaşmada
göstərilirdi ki, məsələnin sülh konfransında qəti həllinə qədər Qarabağın dağlıq
hissəsinin, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının erməni əhalisi bu ərazilərin
Azərbaycan Xalq Cü mhuriyyəti hüdudları daxilində olduğunu qəbul edir. Razılaşmanın
5-ci bəndinə əsasən Qarabağ general-qubernatorluğu nəzdində erməni və azərbaycanlı
əhalisini təmsil edən və hər tərəfdən üç nəfər olmaqla Şura yaradılması nəzərdə
tutulurdu. Ümumiyyətlə, razılaşmanın Azərbaycan üçün əhəmiyyəti onda idi ki, orada
Dağlıq Qarabağın erməni əhalisinə yalnız mədəni özünüidarəetmə hüququ verilirdi.
1919-cu il avqustun 19-da Dağlıq Qarabağ ermənilərinin 7-ci qurultayı
yekdilliklə Azərbaycan hökuməti ilə bağlanmış razılaşmanın şərtlərin i qəbul etdi
251
.
Beləliklə də Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasının təmin
edilməsi etiraf olunurdu. Bu isə Azərbaycan dövlətinin sülhsevərliyi və demokratikliyinin
bariz nümunəsi idi. Lakin bununla belə, 1919-cu ilin yazında Paris sülh konfransında Azər-
baycan nümayəndə heyəti Ermənistan və İranın "öz tarixi torpaqlarını qaytarmaq" cəhdlərinə
qarşı ardıcıl siyasi-diplomatik mübarizə aparmaqda idi. Azərbaycan diplomatiyası Versalda
həm ermənilərin, həm də İranın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdükləri ərazi
iddialarını dəf etməyə müvəffəq ola bildi.
İngilislərin Şimali Azərbaycandakı mövqelərinin zəiflədiyi zaman yəni 1919-cu
341
ilin ikinci yarısında fəallaşan ABŞ hökuməti məlu m bölgələr, xüsusilə də Naxçıvan
bölgəsi ətrafındakı erməni-azərbaycanlı münaqişəsindən faydalanmağa çalışdı.
Naxçıvan ilə bağlı məsələlərdə əsasən ermənipərəst mövqe tutan ABŞ müəyyən
mülahizələrə (regiona kifayət qədər hərbi qüvvə gətirə bilməməsi, mahalın azərbaycanlı
əhalisinin çox güclü müqaviməti. Azərbaycan hökumətinin barışmaz mövqeyi və s.)
görə, ikili siyasət yürüdürdü. "Modus vivende" yaratmağı özünün Cənubi Qafqaz
missiyasının başlıca vəzifələrindən biri sayan müttəfiqlərin Ermənistandakı ali komissarı
polkovnik V.Haskel Zəngəzur və Qarabağı Azərbaycanın tərkib hissələri kimi tanıyaraq,
ermənilərlə müsəlmanlar arasında normal münasibətlər yaradılması adı altında Naxçıvan və
Şərur-Dərələyəz qəzalarının müvəqqəti xüsusi bitərəf zona elan edilməsi və burada
amerikan general-qubernatorluğu yaradılması təklifini irəli sürmüşdü
252
. Lakin mahalın
azərbaycanlı əhalisinin inadlı müqaviməti, Azərbaycan hökumətinin hərtərəfli ciddi
səyləri sayəsində ABŞ-ın müəyyən diplomatik gedişlərlə Naxçıvan bölgəsində
möhkəmlənmək siyasəti boşa çıxdı. Ermənilərin amerikanlar vasitəsilə Naxçıvana
yiyələnmək niyyətləri baş tutmadı.
1919-cu ilin payızında isə Ermənistanın Zəngəzurda növbəti və daha genişmiqyaslı
döyüş əməliyyatlarına hazırlıq tədbirləri, o cümlədən onların təbliği-ideoloji təminatı (Versal
konfransına və Qərb dövlətlərinin Qafqazdakı nümayəndələrinə təsir etmək cəhdi
"mübahisəli məsələlərin həlli" məqsədi ilə konfrans keçirmək təşəbbüsü və s.)
gücləndirildi.
Genişlənən erməni təcavüzünün qarşısını almağa gücü çatmayan Azərbaycan
kəndlərinin sakinləri yurdlarını tərk etməyə məcbur olurdular. Mövcud olan bəzi
məlumatlara görə, 1919-cu il oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük türk-
müsəlman kəndi məhv edilmişdi
253
. Bu kəndlərin sakinləri ya qırılmış, ya da dədə-baba
ocaqlannı tərk edərək qaçmağa məcbur olmuşdular. Yurdlarını tərk etmək məcburiyyətində
qalan əhalinin çoxu Qarabağa pənah gətirirdi
254
.
Zəngəzur qəzasından qaçqın düşənlərin sayı 60 minə çatmışdı. Rəsmi İrəvanın
Zəngəzur ermənilərini Azərbaycan hökumətini tanımamağa təhrik edən müxtəlif səpkili
hərəkətləri, buradakı qiyamçı silahlı qüvvələri açıq-aşkar siyasi-hərbi cəhətdən
dəstəkləməsi Azərbaycan rəhbərliyini Qarabağ general-qubernatorunun sərəncamına
verilən 1-ci alay diviziyasının komandiri general-mayor C.Şıxlinskinin komandanlığı
altında məhdud qoşun kontingentini 1919-cu il oktyabrın sonlarında bölgəyə göndərməyə
məcbur etdi.
Azərbaycan hökumətinin bu tədbirini Zəngəzurun daxili işlərinə müdaxilə və dinc
əhaliyə qarşı silahlı əməliyyat kimi qələmə verən Ermənistan Qafqazın hüdudlarından da
kənarda beynəlxalq diplomatik qalmaqal saldı. Ermənistanın Bakıdakı diplomatik
nümayəndəsi olan .Bekzadyan Ermənistan - Azərbaycan konfransının çağırılması ilə
əlaqədar 1919-cu il oktyabrın 12-13-də N.Yusifbəyli və M.V.Cəfərovla görüşərkən
ərazi mübahisələri ilə bağlı məsələlərə də toxundu
255
. Erməni tərəfinin konfrans çağırmaq
təşəbbüsündə Zəngəzur və Naxçıvana yiyələnmək niyyətini duyan Azərbaycan rəhbərliyi
artıq İrəvanın və Eçmiədzin qəzasının güzəştə gedildiyini xatırlatmış, Azərbaycanın
342
digər əzəli torpaqların ın - Qarabağ, Naxçıvan və Zəngəzurun ona mənsubluğu
barədə söhbətin belə yolverilməz olduğunu qəti bildirmişdi.
Zəngəzur ekspedisiyası erməni təbliğatının genişlənməsi nəticəsində çox böyük
rezonans aldığı üçün bu məsələ 1919-cu il noyabrın 19-da Dövlət Müdafiə Komitəsində də
müzakirə olundu. Qəbul edilmiş qərarda deyilirdi ki, yaranmış vəziyyəti nəzərə alaraq,
Zəngəzurda erməni silahlı qüvvələri ilə Azərbaycanın qoşun bölmələri arasında silahlı
qarşıdurmanın aradan qaldırılması üçün lazımi tədbirlər görülsün
256
.
1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin sədrləri
görüşdülər. ABŞ nümayəndələrinin vasitəçiliyi ilə təşkil edilmiş bu görüş başlıca olaraq
ərazi məsələlərinin müzakirəsinə həsr edilmişdi. Azərbaycan və Ermənistan hökumətlərinin
sədrləri Tiflisdə razılaşma imzaladılar. Həmin sənədin birinci bəndində deyilirdi ki,
Azərbaycan və Ermənistan davam edən qarşıdurmanı dayandırır və bir daha silah işlətməməyi
öhdələrinə götürür, müqavilənin başqa bir maddəsində isə bildirilirdi ki, hər iki respublika
bütün məsələləri, o cümlədən sərhəd məsələlərini sülh konfransında həll etməyi öhdələrinə
götürürdülər. Hər hansı bir məsələ mübahisə doğurduqda üçüncü tərəf kimi ABŞ
nümayəndəsinin fikri əsas tutulacaq
257
.
Əslində bıı saziş müvəqqəti xarakter daşıyırdı, çünki sazişə görə,
dövlətlərarası mübahisəli məsələlərin bütün ko mpleksini yaln ız qarşıdakı
Ermənistan-Azərbaycan konfransı həll edə bilərd i. Sazişin nəticələrinə gəldikdə isə
onlar Azərbaycan tərəfi üçün faydalı olmadı, əksinə onun siyasi və hərbi maraq larına
xələl gətird i. Ermənilərin səmimi olmalarına inanan və müttəfiqlərin müraciətlərini
əsas tutan Azərbaycan hökuməti razılaşdırılmış məsələlərin həllini gözləmədən öz
qoşun hissələrini Zəngəzurdan çıxartdı
258
. Saziş ərəfəsində və onun bağlandığı
günlərdə belə Zəngəzurda hərbi əməliyyatları davam etdirən Ermənistan hökuməti
bu şəraitdən faydalanaraq, dərhal bölgəyə əlavə n izami silahlı qüvvələr yeritdi, ada
hərbi əməliyyatların yeni və daha irimiqyaslı mərhələsinə başladı
259
.
1919-cu il dekabrın 14-ü ilə 21-i arasında Bakıda keç irilən Azərbaycan-
Ermənistan konfransında F.X.Xoyskinin ilk növbədə ərazi problemlərini müzakirə
etmək təklifi və M.Hacınskinin sərhəd mübahisələrini 23 noyabr sazişinə uyğun
olaraq həll etməyi konfransın əsas vəzifəsi sayması Ermənistan tərəfindən
(Arutünyants və Bekzadyan) ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait
və vaxtın yetişməməsi mülahizəsi ilə qarşılaşdı
260
. Ümu miyyətlə, bu konfransda iki
dövlət arasındakı gərgin münasibətlərə heç bir aydınlıq gətirmədi, mübahisəli
sərhəd-ərazi məsələlərinin, o cümlədən də Zəngəzur problemin in həllində əməli
işlərlə nəticələn məd i.
1920-c i il yanvarın ikinc i ya rısından etibarən Ermənistanın Azə rbaycana
qarşı yeni, daha faciəli bir təcavüzü baş verdi. Müşahidəçilər tamamilə haqlı olaraq
qeyd edirdilər ki, erməni təcavüzünün bu səhifəsi 1920-ci il yanvarın 11-də
müttəfiq dövlət tərəfindən Gürcüstanla bərabər, Azərbaycanın da müstəqilliyin in
de-fakto tanın ması ilə bağlı idi. Ermən i millətçi dairələ ri A zərbaycanın
müstəqilliy ini tanımaq və iddia etdikləri A zərbaycan torpaqlarından imtina etmək
343
fikri ilə qətiyyən razılaşmırd ıla r. Dövlət lər arasında sərhəd hələ dəqiqləşdirilməsə
də, ermənilər artıq bu məsələn in büsbütün onların xey rinə həll ed iləcəy inə ə min
deyildilər. Ona görə də müttəfiq dövlətlərin onlara ərazi məsələsində "səxavət"
göstərəcəklərini gözləmədən yenidən silah gücünə öz niyyətlərinə çatmağa cəhd
edirdilər
261
.
1920-ci il yanvarın 16-da Dövlət Müdafiə Komitəsi öz ic lasında
Zəngəzurda hərbi şəraitin yenidən mü rəkkəbləş məsini mü zakirə etdi. Burada
bildirilirdi ki, 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanan ra zılaş madan sonra
Azərbaycan öz qoşun hissələrini Zəngəzurdan geri çəksə də, Ermənistan tərəfi
nizami qoşun hissələrini nəin ki geri çağırmadı, əksinə onları möhkəmləndirdi.
Həmin vaxtdan keçən müddət ərzində Zəngəzurun daha 40-dək kəndi talan edilib
sakinləri qətlə yetirild i
262
.
Genişlənən erməni təcavüzünün dayandırılması üçün Azərbaycanın Xarici
İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notasında qətiyyətli şəkildə
Zəngəzurda genişlənməkdə olan talan q ırğın lara son qoyulmasını tələb etdi
263
.
Azərbaycan tərəfi ilə danışıq lara g irib mü xtəlif razılaş malar bağlasa da,
ayrı-ayrı dövlətlərin vasitəçiliy indən istifadə etsə də, ermən i millətçiləri öz
xislətlərindən əl çəkmirdilər və məqsədləri A zərbaycan tərəfini sakitləşdirmək,
onun diqqətini yayındırmaq, yeni qüvvələr toplayıb təcavüzü daha da
genişləndirmək id i. Yanvarda genişlənən təcavüzlər də ermənilərin bu ikiü zlü
siyasətinin davamı idi.
Zəngəzurda vəziyyət mürəkkəbləşən kimi Hərbi Nazirliy in məsul şəxsləri
bölgəyə ezam olundular.
Yanvarın 27-də general-leytenant M.Sulkeviç və süvari diviziyasının
ko mandiri general-mayor T.Novruzov Şuşaya gəldilə r. Və ziyyətlə tanış olduqdan
sonra M.Sulkeviç bölgədə hərbi texnikanın artırılmasın ı məqsədəuyğun bildi
264
.
Yanvar ayın ın sonlarında gərgin lik nisbətən səngidi və sakitliklə olundu.
Bundan faydalanan erməni qüvvələri d iqqəti öz ə mə llərindən yayındırmağa çalışır
və növbəti təcavüzə hazırlaşırd ılar. Mart ayının əvvəllərində əldə edilmiş kəşfiyyat
məlu matları da sübut edirdi ki, Qarabağ ərazisində kütləvi üsyan törətmək üçün ciddi
hazırlıq işləri aparılır
265
.
1920-c i ilin əvvəllərində Şima li Qafqa zda Qızıl Ordunun uğurlu hərbi
əməliyyatları Könüllü lər Ordusunun vəziyyətini yenidən xeyli ağırlaşdırdı. Həmin
ilin mart ayında denikinçilərə ağır zərbə vuruldu. Denikinin Azərbaycana qarşı
təcavüzü baş tutmadı. A zərbaycan Xalq Cü mhuriyyətinin müstəqilliy inə başqa bir
təhlükə - Sovet Rusiyası qoşunları yaxın laşmaqda id i.
Erməni millətçi dairələri bu vəziyyətdən istifadə etdilər. Martın 19 -da
erməni silahlıları hücum edərək 2 nəfər azərbaycanlı əsgəri qətlə yetirdilər
266
. Erməni
qüvvələrinin hücumu martın 22-də gecə saat 3-də eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran,
Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə basqınla başladı.
Ermənilərin Qarabağda və Zəngəzurda böyük qüvvələri cəmləşmişdi. Ancaq
344
qarşıya qoyulan məqsədə çatmaq üçün onlar bu bölgəyə yeni-yeni qüvvələrin gətirilməsini
planlaşdırırdılar. Martın ortalarında Dilicandan Zəngəzura 7 min erməni silahlısı gətirilmişdi.
İrəvan quberniyasının Yenibəyazid qəzasından Qarabağa doğru çoxsaylı erməni silahlı
dəstələri yola düşmüşdü
267
.
Qarabağda ermənilərin təcavüzü genişlənən kimi yeni əlavə qüvvələrin
göndərilməsi qərara alındı və Azərbaycan Ordusunun bütün potensialı səfərbər edildi.
Erməni silahlı qüvvələrinin təcavüzünə qarşı aparılan mübarizəyə rəhbərlik etmək üçün
Baş Qərargahın rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında başqa bir xüsusi qərargah
da yaradıldı və o, martın 26-da Ağdamda yerləşdi
268
.
Qarabağdakı qüvvələrin daha da möhkəmləndirilməsi üçün Hərbi Nazirlik buraya
göndərilən qüvvələrin sayının artırılmasını məqsədəuyğun bilirdi. 8-ci Ağdaş piyada alayı
və Zaqatala alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa yollanmaq əmri aldı. Tezliklə
həmin qüvvələr Qarabağa gətirildi
269
.
Martın 26-da general H.Səlimov Ağdama çatan kimi Əsgəran yolunun
kəşfiyyatını apardı. Əsgəran ətrafındakı bütün yüksəkliklər erməni silahlılarının əlində
idi.
Martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran istiqamətində hücumu
başladı. Əsgəranın möhkəmləndirilmiş mövqelərinin tutulması üçün hücum şose yolu boyu
Xanabadadək aparılmalı idi. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Onlar 3360 nömrəli
hündürlük istiqamətində hərəkət etməli idilər. Xramort kəndi istiqamətində Parlament
mühafizə dəstəsi, Daşbaşı kəndi istiqamətində isə Bakı piyada alayının bölmələri
irəliləməli idi.
Lakin ilk hücum uğurla nəticələnmədi. Aprelin 2-də Ağdama Zaqatala piyada
alayının, Şirvan alayının və Tərtər süvari alayının hissə və bölmələri gəlib çıxdı. Bu da
Ağdam dəstəsinin xeyli möhkəmlənməsinə imkan verdi
270
. Əlavə nizami qüvvələrlə
möhkəmləndirilən Ağdam dəstəsi aprel ayının 3-də yenidən Əsgəran istiqamətində
hücuma başladı. Erməni silahlı qüvvələri bütün imkanlarını səfərbərliyə alıb əvvəlki
hücumda olduğu kimi, Ağdam dəstəsinin qarşısını almağa çalışsalar da, gərgin
şəraitdə keçən döyüş Azərbaycanın qoşun bölmələrinin böyük uğuru ilə
nəticələndi. Xey li təlafat verən düşmən əvvəlcə Əsgəranı, sonra da Xocalını tərk
etməli bölgədə strateji əhəmiyyətə malik olan bu iki məntəqə Ağdam dəstəsi
tərəfindən azad edildi
271
.
Uğurlu yürüşə başlayan Azərbaycan qüvvələri aprel ayın ın 5-də Ağdama
daxil oldula r
272
.
Aprelin 9-dan 12-dək Şuşa yaxınlığındakı Keşişkənd ətrafında da gərgin
döyüşlər baş verdi. Bu döyüşlərdə Qarabağdakı erməni qüvvələrin in ən mühü m və
çox ciddi möhkəmləndirilmiş bazası məhv edildi
273
.
Martın 22-dən başlayaraq davam edən döyüşlər qoşun bölmələrini
yormaqla bərabər, onlara müəyyən maddi və canlı itkilər də verilmişdi. Döyüşlərin
davam etdirilməsi bu itkilərin bərpa olunmasın ı tələb edird i. Keşişkənd ətrafında
erməni qüvvələri güclü zərbə olsalar da, tamamilə məhv edilməmişdilər. Xırda
345
qruplarda birləşərək onlar Azərbaycan mövqeləri üzərinə öz hücumlarını davam etdi-
rirdilər. Belə hücu mların qarşısının qətiyyətlə alın ması üçün qoşun bölmələrin in
hərtərəfli təmin və təchiz edilməsi günün zəruri məsələsinə çevrilirdi.
Ancaq Hərbi Nazirliy in rəhbərliyi Qarabağa nəinki canlı qüvvə
göndərmək imkanına malik deyildi, əksinə, Qızıl Ordunun şimal sərhədlərinə
yaxınlaşması ilə buranın möhkəmləndirilməsi üçün Qarabağdan qüvvə
gətirilməsinin mü mkünlüyünü öyrənirdi. Aprelin 16-da hərb i nazirə göndərdiyi
teleqra mında general H. Səlimov bildirirdi ki, Şuşa və Xan kəndi ətrafında xırda
dəstələrdə birləşmi ermən i silahlıla rı sakit ləşmə k b ilmirlə r. Be lə və ziyyətdə
Qarabağdakı qüvvələrin zəifləd ilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.
General H.Səlimov teleqramında daha sonra yazırdı: "Siyasi vəziyyət, şübhəsiz ki,
Sizin üçün daha aydındır. Ancaq cəsarət edərək öz fikrimi b ildirirəm ki, b iz iki
cəbhədə müharibə apara bilmərik və belə mübarizənin nəticələri bizim üçün çox pis
ola bilər. Qəti hücııma keçmək üçün əlavə kö məy in göndərilməsin i xahiş etmək
istərdim. Cəbrayıl dəstəsini möhkəmləndirmək üçün mənim indi heç nəyim
yoxdur"
274
.
Bolşevik qoşunları Azərbaycanın şimal sərhədlərinə yaxın laş dıqca,
erməni silahlı dəstələrinin fəallığı da artırdı. Gen iş cəbhədə Azərbaycan qoşun
bölmələrinin təzy iqinə davam gətirməyən erməni silahlıları ailələrini Zəngəzura
köçürüb kiçik dəstələrlə Azərbaycan kəndlərinə hücum ed irdilər.
Daha çox narahatçılıq və təşviş doğuran Cəbrayıl istiqamətində müdafiə
qüvvələrinin möhkəmləndirilməsi üçün döyüşçülərinin sayı ən azı min nəfərə çatan 2
piyada taborunun göndərilməsi tələb olunurdu. Canlı qüvvəyə olan ehtiyacın aradan
qaldırılması üçün H.Səlimov aprelin ikinci yarısında Şuşa qəzasında səfərbərliyin keçirilməsi
barədə əmr verdi.. Bu əmrə əsasən, 30 yaşınadək olan yerli əhali hərbi xid mətə cəlb
olunurdu
275
.
Azərbaycanın müdafiə qüvvələrinin Qarabağda sayca azalmasından erməni
silahlı dəstələri hər vasitə ilə istifadə etməyə çalışırdılar. Keşişkənd döyüşündən sonra
Ağdam dəstəsinin fəaliyyəti də əsasən müxtəlif məntəqələrdə fəallaşan erməni silahlı
dəstələrinin susdurulması ilə bağlı idi. Aprelin 18-dən 19-na keçən gecə erməni silahlı
dəstəsi Qaybalı kəndinə daxil olaraq onun bir hissəsini yandırdılar
276
.
Aprelin 24-də səhər tezdən 60 nəfərlik erməni silahlı dəstəsi Şuşikəndin şimal-
qərbindəki yüksəkliklərdə yerləşən çöl qarovul postlarına hücum etdi. Tezliklə bu hücum
dəf edildi. Elə həmin gün erməni silahlıları Kətik kəndi yaxınlığındakı yüksəkliklərdə olan
mövqelərə də hücum etdilər. Burada da onlar Azərbaycan döyüş çülərin in müdafiəsini
poza bilmədilər
277
.
Qarabağdakı uğurlu döyüşlərdən sonra Azərbaycan qoşunlan qarşısında Zəngəzur
istiqamətində hərbi əməliyyatlar keçirmək vəzifəsi qoyuldu. Aprelin 27-də Hərbi Nazirliyə
göndərdiyi teleqramda H.Səlimov bildirdi ki, onun dəstəsində qalan qüvvə yalnız Şuşa-
Ağdam yolunu qorumağa çatır. Həmin gün Bakıya göndərdiyi digər bir teleqramında isə
general H.Səlimov çətin vəziyyətdə olduğunu xatırladıb soruşurdu ki, ixtiyarında olan
346
qüvvə ilə Zəngəzura doğru hərəkət etsin, ya yox? 1919-cu il noyabrın 23-dək Zəngəzurda
mövcud olan vəziyyətin bərpası üçün orada əməliyyat keçirilməs inin və ya yalnız
sərhədlərin qorunmasının məqsədəuyğunluğu barədə H.Səlimov ona dəqiq göstəriş
verilməsini xahiş edirdi
278
.
Ümumiyyətlə, 1920-ci il aprelin sonunadək Azərbaycan Ordusu regiondakı 1919-
cu il noyabrın 23-nə olan vəziyyəti bərpa edərək ölkəsinin ərazi bütövlüyünü qorudu və
bununla da öz vəzifəsini şırəflə yerinə yetirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı onun ərazisi
113895,97 kv.km idi. Onun 9729767 kv.km mübahisəsiz, 16.598,30 km
2
-i mübahisəli
zonaları əhatə edirdi
279
.
Hərbi münaqişə Azərbaycan hökumətini əsas ordu qüvvələrini respublikanın
qərb sərhədlərində yerləşdirməyə vadar etdi ki, bu da sərhədlərinin xeyli zəifləməsinə gətirib
çıxartdı. Qarabağda qiyam Ermənistan hökuməti tərəfindən təşkil edilmiş məkrli planını
Sovet komandanlığı rəsmi İrəvanla birgə hazırlamışdı və Azərbaycana hücum edən XI Qızıl
Ordunun əməliyyatını asanlaşdırmaq məqsədini güdürdü. Lakin bunun fərziyyə deyil, fakt
olması sonralar Ermənistan hökumətinin 1920-ci ilin iyununda Moskvaya Millətlərin işi üzrə
Komissarlığa və RK(b)P təqdim etdiyi məktubunda təsdiq edilmişdir
280
.
Azərbaycanın sovetləşdirilməsi işində ermənilərin rolu Ermənistan hökuməti və
Qarabağ İnqilab Komitəsi XI Qızıl Ordu ilə bilavasitə əlaqələrin yaradılmasından ibarət olmalı
idi. İkitərəfli razılığa əsasən Azərbaycan hərbi qüvvələrinin böyük bir hissəsini Qarabağa
cəlb etmək və rus qoşunlarının Bakıya hücumunu yüngülləşdirmək məqsədilə Novruzun
birinci günü Qarabağda üsyan qaldırmaq qərarlaşdırılmışdı.
Azərbaycanın XI Qızıl Ordu tərəfindən istilası və kommunistlərin hakimiyyəti
ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi.
Aprelin 28-də Hərbi Nazirliyin rəhbərliyi qoşun hissələrinə komandanlığı hakimiyyətə
gəlmiş Sovet orqanlarına təhvil verdi.
347
VIII FƏSİL
Dostları ilə paylaş: |