AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
İQTİSADİ SİYASƏTİ
Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın da tamamilə yenidən
qurulmasını tələb edirdi. Lakin Birinci dünya müharibəsi, ikihakimiyyətlilik dövründə
Cənubi Qafqazda, eləcə də Azərbaycanda baş alıb gedən anarxiya, hərc-mərclik, xalqın
varidatının Bakı kommunarları ilə "Sentrokaspi" tərəfindən talan edilməsi və nəhayət,
müstəqil dövlət quruculuğu dövründə ölkənin xarici qoşunların təsiri altında olması
nəticəsində iqtisadiyyatın, demək olar ki, tam dağılması gənc hökuməti böyük
çətinliklərlə qarşılaşdırmışdı. Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış
təsərrüfat sahələrini bütünlüklə bərpa etmək deyil, həm də yeni ıqtisadi sistemin prinsiplərini
müəyyənləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi. Lakin Azərbaycan
Xalq Cümhuriyyəti hökumətini təmsil edən şəxslərin əksəriyyəti Rusiyanın qabaqcıl
universitetlərinin məzunları olsalar da, onların müvafiq islahatlar keçirmək sahəsində zəruri
təcrübələri kifayət etmirdi. Hökumətin kursu tarixi şəraitə görə həddən ziyadə ideoloji
məzmun daşıyır və özünü respublikanın bütün icra orqanlarında büruzə verirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və siyasi platforması bütün
vətəndaşların həqiqi hüquq bərabərliyini bərqərar edərək, demokratik bir cəmiyyət
qurmağı nəzərdə tuturdu. Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının
müxtəlifliyi prinsipini felən həyata keçirməkdən, dövlətə, xüsusi şəxslərə, səhmdar
birliklərə bələdiyyə - özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün
bütün vətəndaşlara bərabər imkan verən demokratik şəraiti təmin etməkdən ibarət id i.
Bununla yanaşı, hökumət bu mövqedə idi ki, mülkiyyət formalarının mü xtəlifliyi
iri mülkiyyətin, xüsusilə də dövlət iqtisadiyyatının özəyini təşkil edən iri fabrik və
zavodların parçalanmasına gətirib çıxarmamalıdır.
Mülkiyyət formalarının müxtəlifliyi üçün bərabər imkan verən şəraitin təmin
edilməsi ideyası respublikanın iqtisadiyyat sahəsinə aid ilk qanunvericilik aktlarının əsasını
təşkil edirdi. Lakin zaman həmin aktların heç də hamısının işlək olmadığını və özünü
doğrultmadığını göstərdi. Respublikadakı iqtisadi vəziyyət isə mürəkkəb olaraq qalırdı.
Gö rkəmli A zərbaycan sənayeçisi Hacı Zeynalabdin Tağıyev Azərbaycan
Xalq Cümhuriyyətinin Baş naziri N.Yusifbəyliyə 1919-cu ilin iyununda verdiyi rəsmi
müraciətində maliyyə, ticarət və sənaye sahələrində hökumət kursunun dəyişdirilməsində
qətiyyət göstərilməsindən bəhs edirdi.
Hacı Zeynalabdin Tağıyevin Baş nazirə işgüzar məktubu ölkənin sahibkar
dairələrinin lideri olan şəxsin mövqeyini aydın əks etdirdiyi üçün çox diqqətəlayiqdir və
ibrətamiz təəssürat oyadır. O öz müraciətini: "Allaha şükür ki, doğma vətənim üzərində
parlayan müstəqillik günəşinin şəfəqlərini seyr etmək mənə nəsib olmuş dur"
1
- sözləri ilə
368
başlayırdı. Lakin buna baxmayaraq, onun səmimi və nəzakətli tonu, milli ideyaya loyal
münasibətinin arxasında iqtisadi sərbəstlik istəyən burjuaziyanın sərt dialoqa hazır olması
aydın hiss olunurdu.
H.Z.Tağıyev öz məktubunu birbaşa problemin mahiyyəti barədə fikirlərini
açıqlamaqla başlayır: "Zənnimcə, indi elə bir münbit şərait mövcuddur ki, bu şəraitdə mən
sizin diqqətinizi hökumətin fəaliyyət mərkəzindən kənarda qalan bir sıra mühüm məsələlərə,
maliyyə və iqtisadi siyasət məsələlərinə cəlb etmək istəyirəm"
2
.
Öz fikirlərini öyrəncəli olduğu valyuta-birja dilində izah edən H.Z.Tağıyev sonra
yazırdı: "Mal ixracına qoyulmuş qadağalar milli valyutanın tamamilə qiymətdən düşməsinə
gətirib çıxarmışdır: idxal-ixrac əməliyyatları üzərində sərt nəzarət, mal mübadiləsinin məh-
dudlaşdırılması sərmayə sahiblərinə ciddi ziyan gətirdi". Onun tənqidi də konkretdir: əgər
hökumət insan hüquqlarına hörmət edəcəyinə, xüsusi mülkiyyətin toxunulmazlığına
təminat verirsə, onda o öz sözünün üstündə axıradək durmalı və müxtəlif qadağalara, maneçi-
liklərə, məhdudiyyətlərə əl atmamalıd ır.
Tağıyevin gəldiyi nəticələr isə həm real, həm də sosial ünvanlıdır, onun fikrincə,
hökumətin belə iqtisadi siyasətindən ən çox qazanan alverçilər və vicdansız məmurlar,
itirənsə istehsalçılar və istehlakçılar olacaq lar.
Yaradıcı işgüzar adamların Tağıyevin məktubunda ifadə edilmiş narazılığı
əslində göründüyündən qat-qat əsaslı id i.
Məlu mat vərəqinin əsas qayəsi aşağıdakı sözlərlə ifadə o lunmuşdu: işlərin
normal gedişatına mane olan ən əsas amil iqtisadiyyatda nizamlama sistemin in və
sabit dövlət qiymətlərinin mövcud olmasıdır. "Hər iki tədbirin tərəfdarları elə
düşünürlər ki, guya sənayeçi dövlətin və cəmiyyətin düşmənidir, yalnız öz marağını
güdür və buna görə də cinayət törətmiş cani kimi onun ü zərində sərt nəzarət
lazımdır. Belə baxışların əsassız olmasını sübut etməyə ehtiyac yoxdur. Azad
sahibkarlar dövlətin düşməni yox, dostu və dayağıdır"
3
.
Əlbəttə, Hacın ın bu problemi yalnız iqtidarda olan şəxslərin axıradək dərk
etməməsi ilə əlaqələndirməsi onu sadələşdirmək demək idi. Əsil həqiqətdə isə bu,
şüurlarda kök salmış ideologiyanı ö z fəaliyyətində əsas tutan iqtidar
nümayəndələrin in davranış xəttini müəyyənləşdirən bir təzahür idi. İdd ia etməyə
əsas var ki, iqtisadiyyatda yaranmış in zibati rejim ölkədə mövcud olan dağınıqlığ ın
nəticəsi olmaqla yanaşı, eyni zamanda respublikan ın aparıcı partiyası o lan
"Müsavat"ın ideoloji görüşlərinə görə, millət dedikdə xalq (demo kratik ço xluq)
başa düşülməlidir, əsil milli hökumət isə təkcə bir sinfi deyil, bütün xalq ın
mənafey ini müdafiə edən höku mətdir.
Qiy mətlərin tənzimlən məsi, xüsusi mü lkiyyətin sosiallaşdırılması, istehsal
və maddi nemətlərin bölüşdürülməsi prosesinə müda xilən in zəruriliy ini
əsaslandırmağa çalışan F.X.Xoyski və N.Yusifbəylinin təşkil etdiyi höku mət
kabinetləri eyni zamanda siyasi məqsədlər güdürdü. Bu iqtisadi ku rs dovlətin
cəmiyyət üzərində əvvəllər görünməmiş hədsiz qəyyumçuluğa cəhd göstərməsinin
təzahürü idi.
369
Azərbaycan Xalq Cü mhuriyyəti hökumətinin inflyasiyanın qarşısını
alması, inflyasiya şəraitində maaşları və pul tədavülünü tənzimlə məsi, qonşu
ölkələrlə iqtisadi əlaqələri sahmana salması, öz valyutasını yaratmaq planları, vergi
vasitəsilə dövlət və sahibkarlar arasında qarşılıq lı münasibətləri nizamlaya bilməsi
diqqətəlayiqdir.
Kənd təsərrüfatı neft sənayesi ilə b irlikdə Azərbaycan iqtisadiyyatının
əsas özülünü və ölkə əhalisinin 76 faizinin fəaliyyət və dolanışıq mənbəyi sahəsini
təşkil edird i. Belə ki, torpaq məsələsi ən kəskin iqtisadi, sosial və siyasi məsələlər
sırasında dururdu. Onun həll edilməsi həm bütün sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırmağa, həm də böyük kəndli kütləsinin yeni hökumətə etimad göstərməsinə
imkan yaradırd ı
4
.
Ümu miyyətlə, respublikada aqrar islahatlara keçid dövründə kənddəki
mövcud istehsal münasibətlərin in - kəndlilərin təbəqələşməsi ilə müşayiət olunan
kapitalist münasibətlərinin genişlən məsi müşahidə olunu r: 1917-c i ildə aqrar
bölmən in quruluşu aşağıdakı kimi idi: yoxsul təsərrüfatları - 54,4 faiz, ortabablar -
34 fa iz, qolçomaqlar 6 faiz təşkil edirdi
5
. Mülkiyyət formaları arasında dövlət və
mü lkədar torpaq sahibliyi üstün idi. Belə ki, bütün kənd təsərrü fatı sahəsinin
29,5% -i mü lkədarların mü lkiyyətində, 68,7%-i dövlətin payında olduğu halda,
yalnız 1,8%-i kəndlilərə məxsus idi
6
. Torpaqsız və aztorpaqlı kəndlilər
mü lkədarlardan torpaq icarə et məyə və ya mu zdur kimi işləməyə məcbur id ilər.
İcarə A zərbaycanın bütün qəzalarında torpaqdan istifadənin əsas forması idi"
7
. Mül-
kədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu
8
. İslahatların
keçirilməyə başlandığı dövrdə Azərbaycanda mülkiyyət formaların ın qısa
xarakteristikası bundan ibarətdir: islahatların əsas özəyini onların məh z "kəndliyə
torpaq vermək"
9
məqsədi güdən hissəsi təşkil et mə li idi.
Hələ Zaqafqaziya Seyminin fəaliyyəti dövründə Qafqaz demokratiyası
populist bolşevik şüarlarına qarşı təcili olaraq öz şüarlarını irəli sürməyə, o zaman ın
inqilabi coşqunluq tələblərinə uyğun aqrar tezislərini-ümu mi şəkildə "torpaq
layihəsi" deyilən bir sənədi hazırlamağa başladı və 1918-ci il martın 7-də
Zaqafqaziya Sey mi tərəfindən təsdiq edildi
10
.
Bu qanunun qeyri-mükəmmə lliyi Cənubi Qafqaz dövlətləri müs təqilliklərini
elan etdikdən sonra aşkar olundu. Azərbaycan hökuməti də bu qanunla kütlə
arasına çıxmağın mü mkün olmadığ ını etiraf edərək və dövlətin həyati maraq larına
cavab verə biləcək yeni sənəd hazırlamağı lazım bild i. F.X.Xoyskinin başçılıq
etdiyi birinci Höku mət kab ineti hə lə 1918-c i il iyunun 22-də Sey min aqrar qanun
şərtlərinin A zərbaycan Xalq Cü mhuriyyəti ərazisinə şamil edilmə məsi haqqında
fərman vermişdi. Həmin dekretin icra hissəsində deyilird i: 1.Zaqafqaziya Sey min in
qəbul etdiyi torpaq islahatı haqqında qanunun iclası Müəssislər Məclisi çağırılana
qədər dayandırılsın; 2.İndiyədək həm xüsusi, həm də dövlət torpaqlarının tutu l-
ması halları aradan qaldırılsın; 3.Torpaq pulu ödənişləri haqqında məruzə təqdim
edilsin; 4.Ya xın müddətdə torpaq komitə lərinin 'cnidən qurulması v ə ya ləğv
370
edilməsi haqqında mə ruzə təqdim edilsin".
Zaqafqaziya Sey minin qəbul etdiyi aqrar qanunla yanaşı, Bakı Xalq
Ko missarları Sovetin in bu vaxtadək Bakı quberniyasına aid torpaq haqqında
dekreti də ləğv edildi
12
.
Üçüncü hökumət kabinetinin formalaşmas ından sonra (dekabr 1918-ci il)
ilk ç ıxışında baş nazir F.X.Xoyskinin millətin tərəqqisi üçün ona siyasi və iqtisadi
sərbəstlik verilməsin in zəruriliy ini vurğulaması sübut edir ki, Azərbaycan Xalq
Cü mhuriyyəti hakimiyyətini təmsil edənlər ictimai tərəqqinin aqrar məsələdə uğurlu
həllindən birbaşa asılı olduğunu dərk edirdilər. Bu məsələ höku mət kabinetinin
bəyanatında xüsusi yer tuturdu: "Kəndli və fəhlə ünsürləri təminatı qayğısı
hökumətin ən başlıca vəzifəsi olmalıdır... To rpaq kəndliyə havayı verilməlidi r"
13
.
La kin belə sosial islahatın həyata keçirilməsi üçün müvafiq qanun qəbul
edilməlidir. Beləliklə iki istiqamətdə - parlament ko missiyası çərçivəsində və
hökumət səviyyəsində bu sahədə fəaliyyətə başlandı. 1919-cu il fevralın 4-də tor-
paq islahatı haqqında qanun layihəsi hazırlamaq üçün menşevik-hümmətçi Səməd
bəy Ağamalıoğlu başda olmaq la mü xtəlif siyasi fra ksiyaların nü mayəndələrindən
ibarət xüsusi parlament ko missiyası yaradıldı. Onun 9 nəfər üzvündən dördü
"Müsavat‖dan
(Mustafa
Mahmudov, Məmmədbəy Şeyxzamanov, Murtuz
Axundzadə və Nəriman bəy Nərimanbəyov), "İttihad"dan (Bəhram bəy Vəzirov),
sosialist blokundan (Rza bəy Qaraşarov), "Əhrar"dan (Hacı Hüseyn Əfəndiyev),
"Daşnaksutyun"dan (Arşak Malxazyan) və "Rus-Slavyan Cəmiyyəti"ndən
(M.N.Vinoqradov) idi
14
. Ko missiya üzvlərinin siyasi mənsubiyyət cəhətdən çox
mü xtəlif olması qanun layihəsini lap əv v əld ən müvəffəqiyyətsizliyə düçar etmişdi,
çünki onların təmsil etdiy i partiyaların aqrar məsələyə aid yekdil nöqteyi-nəzərləri
yox id i. Ona görə də layihənin alternativ variantına malik olmayan ko missiya
Zaqafqaziya Sey minin 1918-c i il mart ın 7-də qəbul etdiy i, müəlliflərindən biri də
indiki ko missiyanın sədri S.Ağamalıoğlu olan aqrar qanunun əsasları ilə
kifayətlənmək məcburiyyətində qalmışdı. Görünür, məhz bu səbəbdən yeni layihə
dövrün tələbinə cavab verməyən, artıq Azərbaycan hökuməti tərəfindən imtina
edilmiş şərikli qanunun köhnə modelinə bənzəyirdi. Ko missiya onun hazır lanması
işini ləngidən və sona çatdırılmayan müzakirələrini kənddə vəziyyətin kəskinləşməsi
şəraitində aparırdı. O dövrün mətbuatı kəndlilərin vaxtaşırı mülkədar torpaqlarını özbaşına
tutması, onlann malikanələrini talan etməsi, qiyam qaldırması kimi faktları tez-tez
hallandırırdı.
Bütün bunlar parlamentin işinə ciddi təsir göstərir, ölkədə vəziyyəti kəskinləşdirir
və tez-tez hökumət böhranlarına səbəb olurdu. Qanun layihəsinin müvəffəqiyyətsizliyi artıq
parlament komissiyasının 1919-cu il 23 aprel tarixli iclasında onun mühüm bəndlərindən
birinin müzakirəsində özünü göstərdi. Komissiya gündəliyə mülkədar və xüsusi sahibkar
torpaqlarının, həmçinin digər torpaqların ya müsadirəsi və ya ləğvi məsələsini qoymuşdu.
Müxtəlif partiyaların iclasda iştirak edən nümayəndələri elə ilk andan bir-birinə qarşı
anlaşılmazlıq və etimadsızlıq şəraiti yaratdılar. "İttihad" fraksiyası adından çıxış edən
371
Bəhram bəy Vəzirov qeyd etdi ki, onun fraksıyası mülkədar və xüsusi sahibkar torpaqlarının
pulla satın alınmasını israr edir. Bitərəflər fraksiyasının bir qrupu da ittihadçılara qoşuldu.
Onların nümayəndəsi torpaq sahiblərinə dəyən maddi zərəri ödəmək məqsədilə xüsusi
fond yaradılması zəruriliyini qeyd etdi. Müsavatçıların sağ cinahı bitərəflərin torpağı satın
almaq haqqındakı ideyalarını müdafiə edərək bildirdilər ki, müsadirə məsələsi to rpaq
sahiblərinin ciddi etirazına səbəb olar və bununla da aqrar sektorun dağılmasını stimullaşdıra
bilər. "Müsavat"ın sol cinahının nümayəndəsi Mustafa Mahmudov partiya yoldaşını
partiyanın proqramı ilə kifayət qədər yaxşı tanış olmamaqda günahlandırıb onunla razı-
laşmadı. Sosialist bloku və hümmətçi menşeviklərin platforması eyni idi torpaq müsadirə
edilməli və ödəncsiz olaraq həqiqi sahiblərinə-kəndlilərə verilməlidir. Uzun
müzakirələrdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, aqrar
məsələnin həllinə ciddi təsir göstərmədi.
1919-cu il avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, torpaq komissiyası
layihə üzərində işini tamamladı. Layihənin əsas tezisləri aşağıdakılardan ibarət idi: 1.
Respublika ərazisindəki bütün torpaqlar dövlətin mülkiyyətidir; 2.Torpaq əvəzsiz olaraq
dövlətin ixtiyarına keçir; 3.Əvvəlki mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə
əsas sahibkarların istifadəsi üçün onların özündə qalır: 1-ci dərəcə torpaqlar - 7 desyatin
(bağlar və becərilən sahələr); 2-ci dərəcə torpaqlar - 15 desyatindən 20 desyatinədək
(əkin yerləri); dərəcə - 40 desyatindən 50 desyatinədək (otlaqlar). Qalan bütün
torpaqlar dövlət torpaq fonduna daxil edilir. Torpaq haqqında qanunun son variantı
Azərbaycan Xalq Cü mhuriyyəti Müəssislər Məclisi tərəfindən təsdiq olunmalı id i
16
.
Həmin layihənin müzakirəsi 1919-cu il o ktyabrın 2-də parlamentin 81-ci
iclasının gündəliyinə daxil edildi, lakin əkinçilik nazirinin müavin i X.Sultanovun
təklifi ilə ona baxılması dayandırıld ı. Əkinçilik Nazirliy i torpaq ko missiyasının
layihəsi ilə yanaşı, işin xeyri üçün özünün qanun layihəsini də təqdim etməyi
münasib bildi və palamentdən xah iş etdi ki, bu məsələyə baxılması onun öz qanun
layihəsi daxil olanadək təxirə salınsın
17
.
Torpaq məsələsi ilə bağlı mühü m işlərin bu şəkildə mürəkkəbləş məsi
başqa bir səbəbdən də irəli gəlirdi. Belə ki, aqrar məsələnin işlənib hazırlan ması ilə
Əkinçilik Nazirliy inin xüsusi ko missiyası da paralel məşğul idi. Burada qanun
layihəsi işlənib hazırlan mazdan əvvəl aqrar bölmənin vəziyyəti haqqında daha
ətraflı təsəvvür əldə etmək məqsədilə torpaq fondu ciddi təftiş edilmişdi. Bunu
qanun layihəsinə əlavə edilmiş izahat məktubu və çoxlu statistik məlu matlar da
sübut edir
18
. Onların əsasında cədvəl (səh. 506) tərtib edilib.
Qanun layihəsi hazırlananadək Nazirliy in həyata keçirdiy i d igər bir iş isə
vaxtilə buraya köçürülmüş rusların və ermənilərin tərk etdikləri torpaqların, həmçin in
yiyələri tərəfindən atılmış xüsusi sahibkar malikanələrinin müvəqqəti olaraq
dövlətin sərəncamına verilməsi idi. Həmin torpaqlar Əkinçilik, Daxili İşlər və
Maliyyə nazirlikləri nü mayəndələrindən ibarət qəza ko missiyaları tərəfindən kənd
ic mala rına və ayrı-ayrı kəndlilə rə, yalnız belə ləri olmadıqda isə bu ərazidə
yaşamayan kənar şəxslərə icarəyə verilirdi. Məsələn, Əkinçilik Nazirliyin in
372
sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatinlik suvarılan torpaqlar 1919-cu
ildə səpin aparmaq üçün ancaq kənd icmalarına birilliyə satışsız icarəyə verilmiş
19
,
icarə haqqı isə natura ilə a lın mışdı. La kin bu təcrübə ümidlə ri doğrult madı; nə
xəzinə gözlənilən gəliri ala bildi, nə də kəndlilər icarəyə ciddi maraq gös tərdilər.
Bunun səbəbi icarə müddətinin azlığı və torpaqdan səmərəli istifadə etməyə imkan
verməməsi idi.
1919-cu il iyunun 6-da Əkinç ilik Na zirliyinin nə zdində aqrar islahatlar
şöbəsi təsis edildi
20
və ona tapşırıld ı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini
bəyənilmək üçün Nazirlər Şurasına təqdim etsin
21
. Nazirlikdə işlər artıq 1919-cu ilin
avqustunda nazir müav ini Su ltanovun rəhbərliyi altında "Azərbaycan Xalq
Cü mhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin
dövlətin mülkiyyətinə çevrilməsi haqqında"
22
Qanun layihələrinin hazırlan ması ilə
başa çatdırıldı.
Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarını
əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq
fonduna keçirilməsilə əlaqədar idi. Burada xüsusi sahibkar torpaqlarının torpağın
istismarı za manı verdiyi gəlir hesabına əvəz ödənilmə klə özgəninkiləşdirilməsi
nəzərdə tutulur Nazirlik belə hesab edirdi ki, xüsusi sahibkar torpaqlarını əvəzödə-
nilmədən müsadirə etmək xüsusi mülkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də
qanun layihəsində torpağın əkinçi əhaliyə yaln ız istehlak norması ü zrə xüsusi
mü lkiyyətə verilməsi məqbul sayılır
4
. Eyni za manda sahibin saxladığı sahənin
ölçüsü malikanənin özünün dəyəri və xarakterindən asılı o laraq müəyyən edilirdi və
kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, suvarılmayan torpaq
sahəsi 150 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı,
həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi
25
.
Lakin bu qanun layihələri xüsusi parlament komissiyasının hazır ladığı
layihə kimi uğursuz oldu. Be lə ki, A zərbaycanda baş vermiş hökumət böhranı
onların heç müzakirə olunmasına da imkan vermədi.
Baş nazir Yusifbəylinin kifayət qədər radikal dünyagörüşlü gənc siyasi
xad imlərdən təşkil etdiyi yeni höku mət kabineti ö zünün yeni aqrar siyasət kursunu
işləyib hazırlamaq əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist
Əhməd Cövdət bəy Pepinov nazirliy in hazırlamış olduğu əvvəlki iki qanun
layihəsini təcili təkmilləşdirmək üçün parlamentdən tələb edib geri aldı
26
.
1920-c i il ma rtın əvvəllərində "Xüsusi sahibkar torpaqların ın dövlət
torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cü mhuriyyəti əhalisinin torpaqla
təmin olunması haqqında qanun"un yeni layihəsi
27
üzərində işi başa çatdıran nazirlik
onu baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi.
Yeni qanun layihəsi Gü rcüstan sosial-demokrat höku mətinin A zərbaycan
sosial-demokratiyası tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlanmışdı. Bu
layihə kənd yeıiərində olan xüsusi sahibkar-hüquqi şəxslərin bütün torpaqlarını, o cümlədən
monastır, vəqf, məscid və kilsə torpaqlarını, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə
373
daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəz verilmədən dövlət torpaq fonduna
verilməsini nəzərdə tuturdu
28
. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan
torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənddə becərilən
bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq
təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə müvafiq olaraq, 1,5-3 desyatin, 3-5 desyatin,
10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bu hesaba da xil idi
29
.
Sosial-demokratların fəaliyyəti haqqında hesabat parlamentin aqrar siyasət
komissiyası çərçivəsində ilk dəfə 1919-cu il sentyabrın 25-də Qazax qəzası kəndlilərinin
hökumətin torpaq siyasətini müzakirə edən I qurultayının keçirildiyi vaxtda dinlənilmişdi.
Qurultayda iştirak edən bolşeviklərlə digər sosial-demokratlar arasında düşən kəskin
mübahisə birincilərin məğlubiyyəti, digərlərinin müvəfifəqiyyəti ilə nəticələnmiş, böyük
əksəriyyət sosial-demokratları müdafiə etmişdi. Qurultayın qəbul etdiyi qətnamədə
deyilirdi; "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən birisi torpağın zəh mətkeşlərə Dostları ilə paylaş: |