§ 1. XALQ TƏSƏRRÜFATININ SOSİAL-İQTİSADİ
STRUKTURU
XX əsrin əvvəllərində Azərbaycanda xalq təsərrüfatın ın, o cü mlədən sənaye
və kənd təsərrüfatının inkişafi ayrı-ayrı sahə və mü xtəlif bölgələr ü zrə qeyri-
bərabər səviyyədə davam edirdi. Bu ənənə hələ XIX əsrin son rübündə
formalaşaraq, özünü çar Rusiyasının milli ucqarların iqtisadi "fəthi"ni gücləndird iyi
və rus kapitalizmin in milli ucqarların iqtisadiyyatını ö zünə tabe etdiyi dövrdən
daha bariz surətdə göstərirdi. A zərbaycan artıq Rusiya imperiyası sənayesi üçün
ucuz xa mma l mənbəyinə və əlverişli satış bazarına çevrilmişdi. İqtisadiyyatı da
müstəmləkə səciyyəsi daşıyan ölkədə yalnız Rusiya sənayesi üçün xammal və
yanacaq istehsal edən sənaye sahələri in kiş af edə b ilird i. Kənd təsərrüfatında da
sənayedə hakim olan qayda-qanunlar, imperiyanın ehtiyacını ödəməyə yönəldilmiş
tələblər həlledici idi və onlar A zərbaycanın mü xtəlif qəzalarında iqtisadiyyatın
inkişaf meyillərini müəyyənləşdirird i.
Sürətlə inkişaf edən Rusiya sənayesinin yanacağa böyük ehtiyacı var idi və
Abşeron yarımadası neft yataqları ilə zəngin olduğundan Bakı nəhəng neft sənayesi
mərkəzinə çevrilmişdi. Bununla əlaqədar olaraq, Bakıda həm neft sənayesinin, həm
də durmadan artan şəhər əhalisinin ehtiyaclarını ödəyən və onlara xid mət göstərən
digər istehsal sahələri də yeyinti, tikinti materialları, mədəni-məişət obyektləri də
çoxalırdı.
Azərbaycan qəzalarında da b ir sıra sənaye sahələri inkişafda idi. Zəngin mis
yataqları o lan Gədəbəydə güclənən dağ-mədən sənayesinin istehsal etdiyi məhsul
metropoliya sənayesi üçün zəruri xammal idi. Eyni sözləri regionlar ü zrə paylanan
pambıqçılıq və ipək sənayesi barədə də demək olar. Tikinti materialları, yeyinti,
yüngül və başqa sənaye sahələri isə Azərbaycanın sənaye həyatında o qədər də böyük
mövqe tutmurdu. Beləliklə, Azərbaycan sənayesinin müxtəlif sahələrinin inkişafında
hökm sürən qeyri-bərabərlik onun mü xtəlif regionlardakı xammal zənginlikləri ilə
bağlı idi. Məsələn, Bakıda neft, Gədəbəydə mis, Xəzər dənizi, Araz və Kür çayları
boyu ərazilərdə balıq, Şəkidə və Ordubadda ipək, Kür-Araz ovalığı bölgələrində
pambıq əldə edilirdi. Azərbaycanın digər hissəsi aqrar təsərrüfat sahəsi idi. Bu
15
yerlərdə əmtəə xarakterli kənd təsərrüfatı məhsulları istehsal olunurdu.
Azərbaycanın sənaye istehsalı üç iri kapitalist müəssisəsi növü ilə təmsil
olunmuşdu: 1) ayrı-ayrı şəxslərin mülkiyyətində olan müəssisələr; 2) ticarət evləri; 3)
səhmdar kampaniyalar. Sonuncu növ iki formada - ya səhmdar cəmiyyətləri və ya pay
şirkətləri kimi fəaliyyət göstərirdi. Qalan növlər isə kapitalistlərin dar və məh dud
cəmiyyətləri idi. Kapitalist müəssisəsinin ən ali forması olan səhmdar kampaniyaları
kapitalın geniş surətdə təmərküzləşməsini təmin edir, rəqabətə daha asanlıqla tab
gətirir, onun mülkiyyəti isə ictimailəşdirilmiş mülkiyyətə çevrilir, çox geniş sayda səhm
sahiblərini birləşdirirdi. Ticarət evləri bu cəhətdən səhmdar kampaniyaları ilə ayrı-ayrı
şəxslərin mülkiyyətində olan müəssisələr arasında orta mövqe tuturdu.
Səhmdar kampaniyaları özünün iqtisadi və təşkilati xüsusiyyətlərinə görə
maliyyə kapitalının yaranması prosesində də müəssisələrin əsas təşkilat forması idi.
Onlar ticarət evlərini, ticarət evləri isə təkbaşına çalışan xüsusi mülkiyyətçiləri
sıxışdırırdı. Buna baxmayaraq, kapitalist müəssisələrinin hər üç növdən olan müxtəlif
formaları yaşayır və sayca da artırdı
1
.
İri kapitalist müəssisələri əsasən maliyyə birliklərinin əllərində cəmləşmiş
neft sənayesi və onunla bağlı sənaye sahələrində təmsil olunmuşdu. Bu sahələr
neftçıxarma, neft emalı, buruqqazma, maşınqayırma, metaltökmə və qazan istehsalı,
təmir zavodlarını birləşdirən mexaniki istehsal müəssisələrindən; həmçinin iri tütün
fabrikləri, iri un və çəltik dəyirmanları, onlarla iri dəmiryol-nəqliyyat xidməti
müəssisələrindən və "Elektrosila"dan ibarət idi. Bakıda H.Z.Tağıyevin iri toxuculuq
fabriki, yüzlərlə gəmisi olan Bakı gəmiç iliyinə xidmət edən tərsanə fəaliyyət
göstərirdi. Xəzər dənizində və Volqa çayında bakılı sahibkarların yüzlərlə neftdaşıyan
gəmisi üzü rdü.
Azərbaycanın digər qəzalarında da iri kap italist müəssisələri var idi. Onlar
Gədəbəy və Qalakənd mis yataqları və misəritmə zavodları, əsasən bir neçə kapitalistin
ixtiyarındakı iri balıqçılıq vətəgələri, bəzi iri pambıq təmizləmə zavodları, Şəkidə və
Şuşada iri ipək sap fabrikləri və iri ticarət müəssisələrindən, bank və kredit
idarələrindən ibarət idi.
İri kapitalist müəssisələrinin əsas göstəricisi kapitalın mərkəzləşməsi və
təmərküzləşməsi idi. 1901-ci ildə Bakıda istehsal olunmuş neftin 70,5 faizi səhmdar
cəmiyyətlərinin payına düşürdü
2
. Xüsusi çəkisi sonrakı illərdə daha da artan səhmdar
cəmiyyətləri neft və onunla bağlı sənaye sahələri ilə yanaşı, digər təsərrüfat sa-
hələrində, həmçinin yeyinti və yüngül sənaye sahələrində də fəaliyyət göstərirdi.
İnhisarçı kapital öz fəaliyyətini əsasən torpaq sahiblərinə borc verməyə
yönəldərək, səhmdar torpaq bankları vasitəsilə kənd təsərrüfatı sahələrinə soxu lurdu.
Dəmir yol cəmiyyətləri dövlət-kapitalist müəssisələrinin xüsusi növü idi.
Bakı-Batumi neft kəməri, həmçinin rabitə vasitələri inhisarçılarla bağlı o lan dövlətə
məxsus idi.
Azərbaycan qəzalarında da kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
prosesi gedir, onlardakı ipək, dağ-mədən, balıq, pambıqtəmizləmə, sement istehsalı
16
sənayelərində və s. sahələrdə onlarla səhmdar cəmiyyət fəaliyyət göstərirdi. Lakin
qəzalarda, Bakıdan fərqli olaraq, səhmdar cəmiyyətləri yox, ticarət evləri üstün mövqe
tuturdu.
Azərbaycanda, o cümlədən Bakıda inhisar kapitalından kənarda qalmış və ayrı-
ayrı sahibkarların mülkiyyətində olan sənaye müəssisələri də var idi. Bu sənaye
müəssisələri sırasına Nu xa və Şuşa qəzalarında, Ordubadda, həmçinin Zaqatala
dairəsində olan xam ipək emalı fabriklərinin böyük hissəsi, Göyçay qəzası, Ağdaş, Kür-
dəmir və Hacıqabulda pambıqtəmizləmə zavodları, Şamaxı və Yelizavetpol qəzalarında
bəzi çaxır zavodları, Nuxa qəzası və Zaqatala dairəsində tütün fabrikləri, Bakıda və
qəzalarda kapitalist tipli yeyinti, yüngül sənaye sahələri, tikinti materialları istehsal
edən müəssisələr, mətbəələr və s. daxil idi.
Azərbaycan şəhərləri - Bakı, Şuşa, Gəncə, Şəki və başqaları kapitalist
şəhərləri idi. Həmin şəhərlərdə ticarət burjuaziyasını I və II dərəcə gildiya tacirlər,
həmçin in gildiyası olmayan alverçilər təşkil edirdilər.
Azərbaycan kənd təsərrüfatının bəzi sahələrində əmtəə istehsalı əmtəə-
kapitalist in kişaf səviyyəsinə yüksəlməsi ilə səciyyələnirdi. Təsərrüfatın
kapitalistcəsinə qurulması getdikcə güclənir və feodal istehsal münasibətləri
qalıqlarının tənəzzülünə səbəb olurdu.
Azərbaycanda böyük əksəriyyəti əhatə edən dövlət kəndlərində torpaq
sahibliyi dəyişikliklərə məruz qaldı. Torpağın sahibkarı olan dövlətlə onu becərən
kəndlilər arasındakı münasibətlər 1900-cü ilin mayında verilmiş "Xəzinə torpaqlarında
məskunlaşmış Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun" -da
öz əksini tapdı. Bu qanuna görə, dövlət kəndliləri şəxsən azad idilər. Lakin dövlət
torpağın mülkiyyətçisi olaraq qalır və bu torpaqlardan istifadə edən kəndlilər dövlət
xəzinəsinə torpaq vergisi ödəməli idilər
3
.
Xüsusi sahibkarlara məxsus kəndlərdə yaşayan kəndlilər isə, bəy
torpaqlarından istifadə etdiklərinə görə, bəy-mülkədarın mülkiyyət hüququna əsasən,
məhsul və pulla vergi ödəməli idilər. Bu vəziyyət 1912-ci ilə qədər davam etdi. 1912-
ci il qanunu ilə feodal torpaq mülkiyyəti ləğv edildi, kəndlilər öz pay torpaqlarının
sahibkarlarına çevrildilər. Buna baxmayaraq, torpaq sahibliyinin yarımfeodal xarakteri
var idi, belə ki, torpaq üzərində çarizmin sahibkarlıq hüququ və bəy-mülkədar torpaq
sahibliyi qalırd ı. Lakin bu dövrdə bəy torpaq sahibliyinin xarakteri müəyyən qədər
dəyişdi. Birincisi, bəy torpaqları artıq bəy nəslindən olmayanlara da satıla bilərdi.
İkincisi və ən başlıcası o idi ki, bəylərin bir q ismi əmtəə-pul münasibətlərinin
inkişafının təsiri altında, təsərrüfat yaratmağın torpağı icarəyə verməkdən daha əlverişli
və gəlirli olduğunu görərək, muzdlu əməyə əsaslanan təsərrüfatlar yaratdılar. Az sonra
onların bir qis mi kap italist təsərrüfatlarına çevrild i.
Azərbaycanda
təbəqələşmə
prosesinin
sürətlənməsi
nəticəsində
qolçomaqlardan, sələmçilərdən, dükançılardan, öz təsərrüfatını muzdlu əmək üzərində
qurmuş bəylərdən ibarət kənd kapitalistləri, öz əməklərin i satmaqla məşğul olan,
mu zdla işləyən torpaqsız və aztorpaqlı kəndli təbəqəsi formalaşdı. Lakin
17
Azərbaycanda muzdlu əmək üzərində qurulmuş böyük təsərrüfatlar deyil, kəndlinin öz
əməyi ilə becərdiyi kiçik təsərrüfatlar üstünlük təşkil edirdi. Azərbaycan xırda kəndli
təsərrüfatı ölkəsi olsa da, əmtəə istehsalının aparıcı xarakter aldığı, iqtisadiyyata
kapitalistcəsinə təsərrüfat qurmaq amilinin daxil olduğu bir şəraitdən kənarda qala
bilməyən kiçik kəndli təsərrüfatlarının böyük hissəsi kapitalın özünə yer edib hakim
mövqe tutduğu mühitə çevrilirdi. Rəqabət nəticəsində onların bir qismi varlanaraq
kənd burjuaziyasının sırasına daxil olur, torpaq sahəsini genişləndirir və muzdlu
əməyə əsaslanan təsərrüfatlar yaradırdı. Kənddə baş verən bu proseslər şüura təzə
məfhu mlar, ana dilimizə "qolço maq", " muzdur", " mu zdla işləyən kəndli" kimi yeni
söz və ifadələr gətirirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan kəndində kapitalist tipli təsərrüfatlar
üstünlük təşkil etmirdi. Onların bütün təsərrüfatların cəmi 9 faizini təşkil etdiyini, lakin
məhsulun üçdə birini verdiyini nəzərə alsaq, bu təsərrüfatların xüsusi çəkisinin zəif
olmadığını görürük
4
.
Kənd təsərrüfatında sənaye və bank kapitalı ilə bağlı iri kapitalist
mülkiyyətləri də yaranırdı. Sənaye kapitalı, demək olar ki, kənd təsərrüfatının bütün
sahələrinə daxil olmuşdu. H.Z.Tağıyev, Qukasov qardaşları, A.M.Benkendorf və
başqaları xüsusən üzümçülük və şərabçılığa xeyli kapital qoymuşdular. Üzümçülükdə
və şərab istehsalında Tiflis sənayeçisi Saracov, Moskva sənayeçisi Şustov,
pambıqçılıqda "Savva Morozov, oğulları və K°-nın Nikolayev manufakturası şirkəti",
"Andrey Korzinkin və K°-nın Yaroslavl böyük manufaktura şirkəti", İ.K.Poznanskinin
pambıq-parça səhmdar cəmiyyəti, "Vladimir Alekseyev" firması, "Qafqaz pambığı"
səhmdar cəmiyyəti, "Voqau və K°-nın ticarət şirkəti" fəaliyyət göstərirdi. Sənaye
kapitalının təsiri Azərbaycandan çox-çox uzaqlara yayılaraq, bir ço x cəmiyyət və
şirkətlərlə əlaqədar olmuşdu
5
. Lənkəran qəzasında düyü almaqla məşğul olan bir çox
kontorlar fəaliyyət göstərirdi
6
. Bank kapitalı isə torpaq sahiblərinə mülklərini girov
qoymaq şərtilə borc verərək kənd təsərrüfatının inkişafına təsir göstərirdi.
XIX əsrin sonunda Yelizavetpol quberniyasında bəylər şəxs i
mü lkiyyətlərində olan 441 min desyatin torpağın ço xunu icarəyə verirdilər. Ancaq
XX əsrin əvvəllərində onların bir qis mi özləri torpağı becərməklə məşğul olmağa
başlayaraq təsərrüfatlarını kapitalist qaydasında qururdular. Məsələn, hələ 1917-ci
ildən öncə, Yelizavetpol qəzasında 51 bəy ailəsinin ixtiyarında olan 39 min desyatin
torpaq sahəsindən 13700 desyatinini mülkədar-bəylər özləri mu zd lu əmək tətbiq
etməklə becərirdilər.
Azərbaycanda ticarət və sələm kapitalı əsasən mübadilə dairəsində fəaliyyət
göstərirdi. Adətən kənddə eyni bir adam həm möhtəkir və həm də sələmçi olurdu.
Sələmçilər özlərin in kənd kapitalı ilə yanaşı, banklardan götürdükləri və kənd
təsərrüfatı məhsulları satan firmalardan aldıqları məbləğ hesabına fəaliyyət göstərirdi-
lər. Onlar kəndlilərin məhsullarını həmin firmalara sataraq, onların sahibi olan sənaye
sahibkarlarını kənd təsərrüfatına cəlb edirdilər. "Kaspi" qəzeti hələ 1901-ci ildə yazırdı
ki, "hara baxırsınızsa, kənd təsərrüfatının hansı sahəsinə müraciət edirsinizsə, orada
18
kəndlini ö z toruna salıb onu soran bu və ya digər hörümçəyi görərsiniz".
Azərbaycan kənd həyatına yaxından bələd olan görkəmli maarifpərvər Həsən
bəy Zərdabi yazırdı ki, "bizdə kənd təsərrüfatının bütün sahələri üzrə inhisarlar
mövcuddur"
7
, yəni kəndlilər öz məhsullarını ayrı-ayrı şəxslərə, firmalara satmağa
məcbur idilər. Hər firmanın isə "onlarca alıcıları var idi və onlar ölkənin bütün guşə-
lərini gəzərək avam ca maatı yumşaq hörümçək toruna salırdılar... Alın mış torpaq
məhsullarını Cənubi Qafqaz dəmir yolunun ən yaxın stansiyalarında hörümçək kimi
oturmuş öz ağalarına, alıcı ko missionerlərə təhvil verird ilər"
8
.
Kənd varlıları, zavod sahibləri, mü xtəlif sənayeçilərin və ticarət firmalarının
nümayəndələri olan alıcı-sələmçilər borc verməklə kəndliləri asılı vəziyyətə salırdılar.
"Bu əsarət... kənd təsərrüfatlarında kapitalizmin ilk addımlarından başqa bir şey deyildi"
9
. (H.Zərdabi).
Beləliklə, XX əsrin əvvəllərində əmtəə istehsalının geniş inkişafı, muzdlu
əməyin tətbiqi, bəy-mülkədar təsərrüfatlarının bir çoxunun kapitalist təsərrüfatı
sisteminə keçməsi, sənaye və bank kapitalının kənd təsərrüfatına sirayət etməsi və
nəhayət, ticarət-sənaye kapitalının güclənməsi nəticəsində Azərbaycan kəndində,
yarımfeodal torpaq sahibliyinin mövcud olmasına baxmayaraq, istehsal üsulu artıq
kapitalist istehsal üsulu idi. Əmtəə təsərrüfatının əmtəə kapitalist səviyyəsinə
yüksəlməsində alıcı-sələmçilər kapitalist istehsal üsulunun təşkilatçılarına çevrilirdi.
Həm də bu, o deməkdir ki, A zərbaycan kəndində kəndlilərin istismarı mahiyyəti
etibarilə kapitalist istismarı id i.
Bununla birlikdə Azərbaycanın sosial-iqtisadi strukturunda feodal
münasibətlərinin bəziləri qalmaqda idi və aşağıdakı sosial-iqtisadi uklad larla təmsil
olunurdu:
l . F e o d a l - a s ı l ı . Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunana qədər
hələ də bəy-mülkədar latifundiyaları qalmaqda idi, kəndlilərin bir qismi şəxsən azad
olsalar da, bəy-mülkədarlardan -torpaq sahiblərindən bir növ asılı olub, istifadələrində
olan pay torpaqlarına görə onlara verg i ödəyirdilər.
2. Y a r ı m p a t r i a r x a l v ə y a r ı m n a t u r a l. Kiçik torpaq payları,
yaxud bir neçə baş qaramalı olan kəndlilər qapalı həyat sürürdülər. Onların təsərrüfatları
yarımnatural xarakter daşıyırdı, bir qismi öz ailə ehtiyacları üçün xalçaçılıqla, yaxud
digər ev əşyalarının istehsalı ilə məşğul olurdu. Belə təsərrüfatlar kənd təsərrüfatı
istehsalçılarının üçdə bir hissəsindən azını təşkil edirdi.
XX əsrin əvvəllərində kənd təsərrüfatında əmtəə istehsalı aparıcı rol
oynadığı bir şəraitdə həmin təsərrüfatlar istər-istəməz dar çərçivədə qala bilməzdi. Bu
dövrdə onların çoxu, heç olmasa, vergiləri, yaxud ailənin zəruri ehtiyaclarını ödəmək
üçün, ailə üzvlərinin yarımac qalmasına baxmayaraq, məhsulun bir hissəsini əmtəə
qismində satmalı olurdu. Bundan başqa, həmin təsərrüfatlar ticarət və sələm kapitalının
təsiri altına düşür, onların patriarxal özülləri kapitalist ukladının məcburən qəbul edilmiş
elementlərini sarsıdırdı.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycanın şəhər və sənaye ocaqları
19
yerləşən bölgələrində kapitalist istehsal münasibətləri, feodal torpaq sahibliyinin
qismən qorunub saxlandığı kənd yerlərində isə qolçomaqların və varlı kəndlilərin
kapitalist tipli təsərrüfatları ilə yanaşı, möhtəkir-sələmçi kapitalın təsiri altında olan ki-
çik təsərrüfatlar da mövcud idi. Bütövlükdə götürdükdə isə ölkənin sosial-iqtisadi
strukturunda kapitalist istehsal üsulu hakim mövqe tuturdu.
§ 2. NEFT SƏNAYESİNİN VƏZİYYƏTİ
XX əsrin başlanğıcında Azərbaycanın neft sənayesi inkişaf sürətinə və
məhsul istehsalına görə, dünyada birinci yerə çıxd ı. O, 1901 -ci ildə dünyada
istehsal olunan neftin yarısından çoxunu (672 mln pud) və Rusiyada istehsal
olunan neftin 95 faizini verdi. Lakin tezliklə sənaye 1900-1903-cü illər dünya
iqtisadi böhranının zərbələrinə məru z qald ı.
Böhran cəmiyyətdəki bütün daxili əksliklərin qeyri-ad i kəskinləşməsi
şəraitində baş verdi. Ölkən in iqtisadi quruluşunda sənaye inkişafın ın ən yeni
formaları və qabaqcıl texnika ü mu mi inkişaf səviyyəsinə görə geri qalmış kənd
təsərrüfatı ilə çulğaşırd ı.
1900-1903-cü illə rdə dünyanın bazar iqtisadiyyatı ölkə lərini bürü müş ifrat
istehsal böhranı Rusiyada daha güclü idi. Çünki Rusiya iqtisadiyyatına təsir edən
səbəblərdən biri kimi özünəməxsus xüsusiyyətləri olan neft sənayesi təkcə xarici
kapital axını ilə deyil, həm də Avropa və Şərq bazarlarına neft ixracı ilə dünya
təsərrüfatına sıx bağlı id i. Ona görə də Rusiyada sonralar sənayeni əhatə etmiş
1899-cu il böhranının təsiri Avropa ölkələ rində istehsalın ixt isarına səbəb oldu və
ölkənin ö z məhsullarını daha ço x dünya bazarlarına ixrac edən neft sənayesində
ciddi və ağır nəticələr törətdi.
Azərbaycanda sənaye böhranının xüsusiyyəti ondan ib arət idi ki, o, neft
sənayesinə başqa sənaye sahələrinə nisbətən gec, lakin ço x güclü təsir etmişdi.
Böhranın ilk nişanələri özünü 1901-ci ilin əvvəllərində büruzə verdi və aydın oldu
ki, neft və neft məhsullarına tələb azalmışdır. Həmin il martın 1-də Bakıda 86 mln.
pudu neft qalıqları, 46 mln. pudu xam neft və 26 mln. pudu ağ neft olan
10
duru
yanacaq yığılıb qalmışdı. 160 mln. puda qədər neft ehtiyatının olması və satışın,
demək olar ki, dayandırılması Bakı neft b irjasında böyük təşvişə səbəb olmuşdu.
Da xili baza ra tə ləbatdan xeyli artıq neft ç ıxa rıldığ ı ü çün 1901-ci ildə onun
qiyməti əvvəlki illərə nisbətən 48,3 faiz aşağı düşdü. Ağ neft isə o qədər ucuzlaşdı
20
ki, artıq 1902-ci ilin yazında xam neft qiy mətinə satıldı. Ümu miyyətlə, böhran
illərində Bakıda xam neftin qiy məti 2,3, ağ neftin qiy məti isə 3,4 dəfə azald ı
11
. Bu,
bir tərəfdən, böhranın dərin liy inə, digər tərəfdən isə qiy mətlərin əvvəlki illərdə
şişirdild iyinə dəlalət edirdi.
1902-ci ildə böhran özünü neft sənayesinin bütün sahələrində -qazma, hasilat
və emalın xeyli azalmasında, kəşfiyyat işlərinin ixtisara düşməsində, dayanan quyuların
çoxalmasında büruzə verdi. Əgər 1900-cü ildə 83,1 min sajen quyu qazılmışdısa, bu
rəqəm 1902-ci ildə 40,2 min
12
sajenə enərək iki dəfədən çox aza ldı. Hər il qazılan yeni
buruqların sayı 1901-ci ildə 98, 1902-ci ilin sonunda isə 74 ədəd əskildi. 1900-cü ildə
fəaliyyətdə olan 1710 quyunun sayı 1902-ci ildə 1202-yə, 1903-cü ildə isə 817-yə
endi
13
. İl boyu fasilələrlə işləyən buruqlar 1903-cü ildə bütün buruqların yarısını
təşkil ed irdi.
Buruqların azalması neft hasilatına təsirsiz qalmadı. 1902-ci il-də 636,5 mln
pud
14
neft hasil edilmişdi ki, bu da 1901-ci ilə nisbətən 35,5 mln pud az idi. 1903-cü ildə
isə daha az - 596,9 mln pud
15
neft çıxarılmışdı.
Böhran neft hasilatı və emalı ilə məşğul olan firmaların vəziyyətinə də ciddi
təsir göstərirdi. Onların 1901-ci ildə 171-dən 146-sı, 1902-ci ildə 167-dən 139-u, 1903-
cü ildə 170-dən 136-sı
16
neft çıxarmaqla məşğul ola bilmişdi.
Böhranın xarici ölkə bazarlarından güclü surətdə asılı olan ağ neft istehsalına
təsiri daha qüvvətli idi. 1903-cü ildə neft emalı zavodlarından 78-i işləyirdi. Onların
istehsal etdiyi məhsullara gəldikdə isə böhranın təsiri yalnız sürtkü yağları
istehsalından yan keçmişdi. Bazarda həmin məhsullara tələbatın sabit qalması ilə
əlaqədar olaraq onların istehsalı hətta bir qədər də artmışdı. Ağ neft istehsalı isə azalmış
və 1903-cü ildə 1901-ci ilə nisbətən 7,8 mln rublluq az ağ neft istehsal edilmişdi.
Neft istehsalı səviyyəsinin daxili bazarın tələblərinə uyğun gəlməsinə
baxmayaraq, neft məhsulları ixracı bir qədər artmışdı. Belə ki, onların həcmi 1901-ci
ildə 488,2 mln pud idisə, 1903-cü ildə 494 mln pud
17
olmuş və onun illərə uyğun
olaraq 383,3 və 386,3 mln. pudu dəniz, 101,9 və 105 mln pudu
18
dəmir yol nəqliyyatı va-
sitəsilə nəql edilmişdi. Belə ixrac ona gətirib çıxarmışdı ki, Volqa boyunda olan neft
anbarları dolmuş və neft məhsullarının satışı xeyli çətinləşmişdi. Belə ki, neft qalıqları və ağ
neft satışı 1902-ci ildə 79,4 mln rubldan 37 mln rubla
19
enərək iki dəfədən çox azalmışdı.
İri firmalar Rusiyada itirdiklərinin əvəzini xaricə ixracı artırmaqla çıxmağa
çalışırdılar. Onlar 1900-cü ildə Avropaya 32 mln. pud, Şərqə isə 43 mln pud neft
məhsulları ixrac etmişdilər. 1903-cü ildə bu ixrac Avropaya 52,5, Şərqə isə 58,7 mln. pud
oldu
20
.
1903-cü ildə ixracın artmasının başlıca səbəbi qiymətlərin, 1900-cü il səviyyəsinə
çatmasa da, artması idi. Lakin neft və neft məhsulları ixracından gələn gəlir Bakı
istehsalçılarına çatmırdı, çünki kiçik və orta müəssisələr birləşib təşkilatlanmadıqlarına
görə öz məhsullarını iri fırmalara təhvil verməli olurdu. Öz mədənlərində neft çıxarılmasını
təmin edən, geniş neft anbarları olan "Nobel qardaşları", "Kaspi-Qara dəniz cəmiyyəti",
"Kaspi şirkəti" və s. kimi qüdrətli firmalar öz artıq məhsulunu sa xlamağa imkanı olmayan
21
sənayeçilərin neftini ucuz qiymətə alırdı. Bakıdan Britaniya konsulu yazırdı ki, "O iri
firmalar böyük qazanc götürürdülər ki, onlar Rusiyada və xaricdə ağ neftin və maye
yanacağın satışına nəzarət edird ilər".
Sənaye böhranından narahat olan çar hökuməti durğunluğu ləğv edə bilməsə də,
onu zəiflətmək üçün özü vacib saydığı tədbirləri görürdü. Bakıya maliyyə nazirliyinin
xüsusi tapşırıqlar üzrə məmuru S.İ.Gülüşambarov ezam edilmişdi. 0,1901-ci il iyunun 15-
18-də neft məhsullarının ixracı və xarici ticarətdə onların qiymətlərinin tərəddüdü ilə
yaranmış şəraitlə əlaqədar neft sənayeçiləri, zavod sahibləri və yerli dövlət idarələri
nümayəndələrinin yığıncağını keçirdi
21
. Hökumət neft sənayeçilərinin bəzi tələblərini
ödədi. Məsələn, neftverən torpaqlardan alınan icarə haqqını 30 faiz azaltdı
22
, bəzi
sahibkarlara borc pul verdi və s. Lakin hökumətin bu köməyi böhranın neft sənayesinin
inkişafına göstərdiyi təzyiqi lazımi qədər azalda bilmədi.
Neftin qiymətinin qeyri-sabitliyi böhran dövrü çətinliklərindən mövqelərini
möhkəmləndirmək üçün istifadə etməyə çalışan iri firmaların təqsiri üzündən baş verirdi.
1901-ci ildə Qafqaz inzibati idarələrinin nümayəndələri qeyd edirdilər ki, neftin bazar
qiymətlərinə "neft sənayesində inhisarlar yaradanların təsir payı az deyildi"
23
.
Hələ 1900-cü ilin əvvəllərində "Nobel qardaşları" şirkəti və Rotşildin
"Mazut" cəmiyyəti kartel müqaviləsi bağlamışdı ("Nobmazut"). Hər iki firma neft
məhsulları satışını tam inhisara almaq və yüksək gəlir götürmək üçün daxili bazarlarda
bir-biri ilə razılaşdırılmış ticarət siyasəti yürütməyi öz üzərlərinə götürürdülər. 1900-cü
ildə neft istehsalının 21 və neft ixracının isə 40 faizi onların payına düşürdü
24
. 1901-ci
ildə isə Xəzər dənizi vasitəsilə Rusiyanın daxili quberniyalarına ixrac olunan ağ neftin 57,
ağır neft yanacağının 43,5 və sürtkü yağlarının 67,5 faizi də Nobel və Rotşild firmalarına
məxsus idi
25
.
Nobellə Rotşild rus ağ neftini xarici bazarlara ixrac etmək üçün də öz
qüvvələrini birləşdirmişdilər. Onlar 1900-cü ildə ingilis dilində aparılacaq bütün işləri
görəcək "Konsolireyted petroliu m ənd K°" kompaniyasını yaratmaq barədə razılığa
gəldilər
26
. Tezliklə kompaniya Rokfellerlə ingilis bazarını bölmək barəsində müqavilə
bağladı. Bu müqaviləyə görə, Rokfeller ingilis bazarına ağ neftin 60, rus ixracçıları isə 40
faizini çıxarmalı idilər
27
.
1901-ci ildə Nobel-Rotşild qrupuna qarşı "Ağ neft-yağ istehsalı şirkəti"
("Tokamp") yaradıldı. Öz tərkibinə "A.İ.Mantaşov və K°" və "Kaspi şirkəti"ni daxil etmiş
bu yeni birlik rus müəssisələri kimi yaransa da, əslində ingilis maliyyəsinin nəzarəti
altında idi
28
. Birlik öz qarşısına mühüm vəzifə olaraq, ağ neft ixracını ələ keçirməklə
yanaşı, daxili ticarətdə iştirak etməyi və neft istehsalı üzərində nəzarəti ələ keçirməyi
qoymuşdu. Odur ki, "Tokamp" "Nobmazut" karteli üçün ciddi rəqib idi. Lakin Nobel
ingilis sahibkarları ilə Almaniyada ağ neftlə birgə ticarət etmək haqqında saziş
bağlamaqla, "Tokamp"ı xey li neytrallaşdırd ı.
Böhran illərində ixrac məsələsi iri firmaların rəqabətinə davam gətirə
bilməyən orta və kiçik firmalar üçün ölüm-dirim məsələsi idi. Onlar rəqabətə qarşı
durmaq üçün ixrac sindikatı yaratmağın layihəsini hazırladılar. Hökumət əvvəlcə bu
22
ideyaya müsbət münasibət göstərdi. "Bakı ağ neft zavodçularının ittifaqı" tipli sindikat
yaratmaq məsələsi 1901-ci ilin sonunda Bakı neft sənayeçilərinin XVI qurultayında
müzakirə olundu. Qurultay seçilmiş komissiyaya sindikat müqaviləsinin layihəsini
hazırlamağı tapşırdı. İri fırmalar sindikat yaradılmasına etiraz etmədilər.
1902-ci ilin iyununda Peterburqda "Nobel qardaşları", "Kaspi-Qara dəniz
cəmiyyəti", "A.İ.Mantaşov və K°", "Kaspi şirkəti", "Ağ neft-yağ istehsalı şirkəti" və
başqa firmaların iştirakı ilə ko missiyanın iclası keçirildi. Burada ixrac birliyinin
yaradılması sahəsində görülmüş işlər barəsində komissiyanın məruzəsi dinlənildi. Lakin
mü zakirələr zamanı firmalar arasında üzə çıxan fikir ayrılığı və başqa səbəblər
ümumi nəticəyə gəlməyə mane oldu. Hökumət də münasibətini dəyişib ixrac sindikatı
yaradılması ideyasını müdafiə etmədi.
Rəqiblərini neytrallaşdırmaq məqsədi ilə Nobel Amerikanın "Standart oyl
və K°" ko mpaniyası, Rotşild isə ingilis - holland tresti "Şell" ilə möhkəm əlaqə
yaratdılar. Nobellə ittifaq Rokfeller üçün daha əhəmiyyətli idi. 1902-ci ildə "Standart
oyl və K°"nın Avropada olan bütün filiallarə Nobellə bağlanmış, vaxtı bitən mü-
qavilələrinin möhlətinin beş il də uzatdılar. Almaniyada Rokfellerlə Nobel arasında
"təsir dairələri"ni bölmək barəsində müqavilə imzalandı.
Neft sənayesi birliklərinin yaradılması və uğurlu fəaliyyəti is tehsalın yüksək
dərəcədə təmərkü zləşməsi bünövrəsi üzərində mümkün idi. XX əsrin əvvəllərində
Azərbaycan neft sənayesi özünün təmərküzləşmə və kap italın mərkəzləşmə
səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tuturdu. Böhran neft sənayesin -
dəki təmərkü zləşmə prosesini daha da gücləndirdi və dərinləşdirdi, eyni zamanda
maliyyə və texniki cəhətdən zəif olan müəssisələri iflasa uğratdı. Bir çox orta və kiçik
müəssisənin iflasa uğradığı və təmərküzləşmə meyillərin in gücləndiyi şəraitdə
istehsalı və texniki təchizatı yaxşı təşkil edilmiş müəssisələr daha davamlı olurdular.
Təmərkü zləşmə prosesinin xarakterik xüsusiyyətlərindən biri iri
müəssisələrlə orta və kiçik müəssisələr kütləsinin arasındakı qeyri-bərabərlik idisə,
digəri də iri müəssisələr içərisində əllərində neft məhsullarının istehsalı və satışını
cəmləşdirmiş nəhənglərin ayrılması və seçilməsi idi. Onların sırasına daxil olan "Nobel
qardaşları", "Kaspi-Qara dəniz cəmiyyəti" və "A.İ.Mantaşov və K°" firmalarının
payına 1901-ci ildə Bakı rayonunda çıxarılmış neftin dörddə bir hissəsindən çoxu
düşürdü. 1903-cü ildə - böhranın son ilində isə 153 neft sənayesi firmasından 10
firmanın hər biri 20 mln. puddan çox neft istehsal edirdi. Onların cəmi 2,6 faizini təşkil
edən dörd ən irisi - Nobel, Mantaşov firmaları, "Kaspi-Qara dəniz cəmiyyəti" və
"Kaspi" şirkəti 189,9 mln pud neft çıxarmış dılar ki, bu da həmin il hasil olunmuş neftin
31,8 faizi idi
29
.
Neft emalı sənayesi sahəsində də eyni mənzərə nəzərə çarpırdı. Kifayət qədər
azad kapitalı, lazımi texniki təchizatı və neft anbarları olmayan bütün kiçik zavodlar iri
sahibkarların mülkiyyətinə keçirdi. Təkcə "Tokamp" firması 1901-1902-ci illərdə
"Qafqaz" cəmiyyətinin iki, "Bakı-Rus cəmiyyəti"nin bir, Rus neftini və maye yanacağı
çıxaran cəmiyyətin iki zavodunu və bir stansiyasını ələ keçirmiş di
30
. 1900-cü ildə
23
fəaliyyət göstərən 53 zavoddan 6 ən irisi bütün istehsal olunmuş ağ neftin 44 faizini, təkcə
"Nobel qardaşları" firması isə 22 faizdən ço xunu vermişdi
31
.
İri firmalar neft məhsullarının ixracı və ticarəti sahəsində daha böyük
üstünlüklər əldə etmişdilər. Məsələn, 1901-ci ildə Batumi vasitəsilə ixrac olunmuş 74,4
mln pud ağ neftdən 51,9 mln pudu, yaxud 69,7 faizi üç firmanın - "Nobel qardaşları",
"Kaspi-Qara dəniz şirkəti" və "A.İ.Mantaşov və K°" cəmiyyətinin payına düşürdü
32
.
Böhran illərində neft məhsullarının ixracı üçün lazım olan nəqliyyat
vasitələrinin sahibləri də birləşməyə çalışırdılar. 1902-ci ildə 7,4 min pud tutumu olan
yelkənli gəmi var idi. Tağıyev, Bünyadov, Aşurov, Hüseynov və Tumayev qardaşları
kimi iri gəmi sahibləri 1903-cü ildə sindikat müqaviləsi bağladılar və onların bu birliyi
sonralar "Maye daşıyan gəmi-raketlərinin ittifaqı" adlandı.
İstehsalın təmərküzləşməsi və kapitalın mərkəzləşməsi neft sənayesində bank
kapitalının fəaliyyəti ilə sıx bağlı idi. Bank kapitalı ilə neft sənaye kapitalının qovuşması
neft sənayesində maliyyə kapitalının ağalığına gətirib çıxarırdı. Neft kompaniyalarının
əlaqələri Peterburq beynəlxalq kommersiya bankı, Rus xarici ticarət bankı və Volqa-Kama
kommersiya bankı ilə daha sıx idi. Neft sənaye müəssisələri ilə əlaqələri genişləndirmiş
banklar əslində onların bütün fəaliyyətinə nəzarət ed ird i.
Bakı neft sənayesi firmalarının ölkənin iqtisadiyyatında əhəmiyyətli yer tutması
maliyyə-sənaye maqnatlarının dövlət aparatı ilə ittifaqına gətirib çıxarır, çar
mütləqiyyəti iri kapitalın qüdrətinin artması ilə hesablaşmalı olurdu. Bu isə çar
Rusiyasının iqtisadi və siyasi dairələrini maliyyə oliqarxiyasından asılı vəziyyətə salırdı.
Bakıya xarici kapital axını böhran illərində xeyli ixtisara düşdü. Lakin onun
mövqeyi hələ də çox güclü olaraq qalırdı. Belə ki, 1902-ci ildə Azərbaycan neft
sənayesində xarici kapitalın payı ona qoyulmuş bütün kapitalın 30 faizə qədərini təşkil
edirdi
33
.
Azərbaycan neft sənayesinə qoyulmuş aksioner (səhm) kapitalın ümumi
məbləğində ingilis kapitalı mühüm yer tuturdu. 1903-cü ildə Rusiyanın 225,3 mln rubl
kapitalı olan 73 neft müəssisəsində onun xüsusi çəkisi 85,7 mln rubla
34
bərabər idi.
Müvafiq olaraq, Bakı rayonunda 60 mln rubl kapitalı olan 12 ingilis cəmiyyəti fəaliyyət
göstərirdi
35
.
Amerikan maliyyə kapitalı nümayəndələrinin Bakı neftini ələ keçirmək üçün
atdığı yeni addımlar da bu dövrə aiddir. 1903-cü il oktyabrın 31-də ingilis jurnalı
"Petrolium revyu"da "Standart oyl və K°" kompaniyasının Rusiya neft sənayesində
iştirakının layihəsi dərc olunmuşdu
36
. Bu layihədə amerikanlar Peterburqda olan iki,
yaxud üç rus bank idarəsinin köməyi ilə Rusiyada bütün neft istehsalının üçdə bir
hissəsini ələ keçirmək ideyasını irəli sürürdülər. Lakin bu ideya Bakının başqa iri
firmalarını öz tərəfinə çəkə bilmiş Rotşild firmasının müqavimətinə rast gəldi. Həmin
layihə həyata keçmədi, lakin amerikan kapitalının Bakı neftini ələ keçirmək cəhdləri də
dayandırılmad ı.
Böhran vəziyyətinə baxmayaraq, neft sənayesi müəssisələri hələ də mənfəətlə
işləyirdi. "Nobel qardaşları" firması "Kaspi-Qara dəniz cəmiyyəti", "Bakı neft
24
cəmiyyəti", "Neft" rus şirkətləri 20-37 faiz və daha çox gəlir götürürdülər
37
. Neft
firmaları belə böyük gəliri təkcə neftverən torpaqlardan istifadəni və istehsalı artırmaqla
deyil, mü xtəlif bərpa əməliyyatları hesabına da əldə edirdilər. Onlar texniki
təkmilləşdirməyə əlavə xərc qoymaqdan qaçırdılar. Bu isə neft sənayesində əmək
məhsuldarlığının aşağı düşməsinə səbəb olurdu.
Beləliklə, XX əsrin lap başlanğıcında Azərbaycan neft sənayesi dünya iqtisadi
böhranının zərbələrinə məru z qaldı və nəticədə 1901-ci il səviyyəsinə çata bilmədi.
Azərbaycanın neft istehsalı getdikcə dərinləşən iflasa uğradı, onu bu vəziyyətdən heç bir
qüvvə və vəsait çıxara b ilmədi.
XX əsrin əvvəllərində baş vermiş hadisələr - Rusiya-Yaponiya müharibəsi və
1905-1907-ci illərdə xalq kütlələrinin çıxışları neft sənayesinin getdikcə artmaqda olan
düşkünləşməsini daha da dərinləşdirdi. Müharibə neft sənayesinin istehsal göstəricilərinin
ixtisara düşməsinə səbəb oldu. Ağ neftin Sibir bazarına göndərilməsi dayandırıldı, bu isə
bir sıra zavodun bağlanmasına gətirib çıxardı. Müharibə çarizmin siyasi gücsüzlüyünü də
nümayiş etdirdi. Mütləqiyyətin maliyyəsi iflas dərəcəsinə çatdı. Xarici banklar hətta
qısamüddətli borc verməkdən imtina etdilər.
Rusiyada güclənməkdə olan xalq - azadlıq hərəkatı Qərb ölkələrini narahat
etməyə başladı. Rusiya sənayesinə kapital qoyuluşu xeyli zəiflədi. 1905-ci ilin
erməni-müsəlman qırğ ını da bu işdə mühüm rol oynadı, neft mədənlərinin dağıdılması
və yandırılmasına gətirib çıxardı. 1905-ci ildə neft istehsalı 200 mln puda endi
38
.
Neft sənayeçiləri mədənləri xəzinə hesabına bərpa etməyə çalışırdılar. Çar
hökuməti neft burjuaziyasının tələblərini ödəməyi lazım bildiyi üçün Nazirlər Komitəsi
1905-ci il noyabrın 11-də onlara borc verməyi qərara aldı və xəzinədən 20 mln manat
ayırmalı oldu
39
.
Qeyd edilən şərait nəticəsində Azərbaycan neft sənayesi ağır və uzunmüddətli
iqtisadi tənəzzülə məruz qaldı. 1900-1903-cü illər böhranından sonra neft sənayesində
əsas inkişaf istiqaməti buruqların ixtisara düşməsi, neft istehsalı və ixracının getdikcə
azalması ilə müəyyənləşdi. Qazma işləri daha çox gerilədi. 1909-cu ildə aparılmış qazma
işlərinin həcmi 1904-cü ildəki 62,3 mln sajendən 51,7 mln sajenə endi
40
. Eyni səbəb
üzündən yeni quyuların buruq üsulu ilə qazılması da azaldı. Əgər 1901-1905-ci illərdə
1152 yeni quyu qazılmışdısa, sonrakı beş ildə onların sayı 1007-yə düşdü
41
.
Qazma işlərinin azalması neft çıxarılmasına təsirsiz qalmadı. Təkcə 1904-cü
ildə 614,7 mln puda çatan neft hasilatı aşağı düşməyə başladı və 1908-ci ildə 467 mln
pud oldu.
Neft emalı sənayesində də çətin vəziyyət yarandı. 1909-cu ildə fəaliyyətdə
olan zavodların sayı 1904-cü ildəki 51-dən 28-ə, ağ neft və ağ neft-yağ istehsal edən
zavodların sayı isə 1904-cü ildəki 44-dən 19-a endi. Ağ neftin 1904-cü ildə 145,4 mln puda
çatan istehsalı sonrakı illərdə orta hesabla ildə 90 mln pud oldu. Bu vəziyyət istehlak
tələbatını yüksək səviyyədə saxlamaqla daxili neft bazarını süni su rətdə daraltmaq
siyasəti ilə bağlı idi.
Neft sənayesi məhsullarının qiymət və istehsal artımları bir-birinə uyğun
25
gəlmirdi. 1904-1907-ci illərdə də hər il istehsal edilən neftin qiyməti 180 faiz artdı,
çıxarılma həcmi isə 26,7 faiz azaldı. İstehsal olunan neft məhsullarının da qiyməti 86 faiz
artdısa da, istehsal həcmi 24,3 faiz azaldı
42
. Bu, 1900-1903-cü illərdə qiymətlərin xeyli
aşağı düşməsi ilə bağlı idi (xam neftin bir pudunun qiyməti 15,9 qəpikdən 9 qəpiyə
enmişdi). Sonrakı illərdə dünya iqtisadiyyatının təsiri altında qiymətlərdə dəyişiklik
yarandı. 1904-1909-cu illərdə daxili bazarda neftin qiyməti artdı (bir pudu 14,6
qəpikdən 21 qəpiyə qədər). Bir çox istehlakçılar nisbətən ucuz yanacağa - kömür və
oduna keçməyə məcbur oldular. Belə ki, 1904-cü ildə Baltikyanı ölkələrdə 20,7 mln
pud neftdən istifadə edilmişdisə, 1907-ci ildə bu, 7,4 mln puda endi. Neftdən istifadə
1907-ci ildə mərkəzi sənaye rayonlarında 1903-cü ilə nisbətən 27,9 mln pud, dəmir
yolunda isə 1904-cü ilə nisbətən 35 mln pud azald ı
43
.
Neft sənayesi sahibləri qarşısında iki yol dururdu: ya neftin qiymətini azaltmaq,
ya da bir-birinin ardınca bazarları itirmək. 1908-ci ildə neftin qiyməti müəyyən qədər
düşdü və buna görə istehlakçılar neft yanacağına keçməyə başladılar.
Qiymətlərin düşməsi uzun çəkmədi və 1910-cu ildə başa çatdı. 1911-ci ildə
neft sənayesi kompaniyaları yenidən qiymətləri qaldırmağa nail oldular. Neftin qiymətini
planlı şəkildə artırmaq güclü firmalara neft ehtiyatı yığmaq, zəif firmaları onlarla
uzunmüddətli müqavilələr bağlayaraq, nefti ucuz qiymətə satmağa vadar etmək imkanı
yaratdı.
1909-cu ildə Ümu mrusiya sənaye yüksəlişinin başlandığı vaxtda neft
istehsalının azalması nadir hal idi. Neft sənayesinin xüsusiyyəti onda idi ki, geriləmə
sənayenin bütün sahələrini əhatə etmirdi.
1903-1904-cü illərdə azalmış qazma işinin həcmi 1913-cü ilə qədər xeyli
artdı. 1911-ci ildə dörd mühüm sahədə 44,8 min sajen, 1913-cü ildə isə 65,1 min sajen,
44
qazıntı aparılmışdı, həmin illərə müvafiq olaraq, qazılmaqda olan quyuların sayı 387 və
602, dərinləşdirilən quyuların sayı isə 414 və 362 olmuşdu
45
. Neft sahibkarları ölkədə
neft "aclığı" yarandığı bir şəraitdə daha çox vaxt və xərc tələb edən dərin buruqlar yox,
neft layı üzdə olan yerlərdə dayaz quyular qazılmasına üstünlük verir, ancaq mövcud
fonddan da lazımi səviyyədə istifadə etmirdilər. 1913-cü ildə hazır quyular fondundan
yalnız 48 faizi istis marda idi.
Neftin qiyməti yüksək olduğundan müharibəqabağı illərdə quyu üsulu ilə
(kustar) neft istehsalı yayılmağa başladı. Bu üsulla çıxarılan 40 mln pud (1910- cu ildə 6
mln pud, 1912-ci ildə 15 mln pud, 1913-cü ildə isə 19 mln pud)
46
neftin xüsusi çəkisi
böyük olmasa da, qiymətlərə müəyyən təsir göstərirdi. Buna görə də iri firmalar kustar
neft çıxaranlarla amansız mübarizə aparırd ılar.
Buruq qazıma işlərinin zəifləməsi neft, istehsalının azalmasına səbəb oldu. Bir
də köhnə neft sahələrində istehsalın azalması yeni sahələrdəki artımdan daha sürətlə
gedirdi. 1910-cu ildə 499 mln pud, 1913-cü ildə isə 449,9 mln pud
47
neft çıxarılmışdı, yəni
hasilat 50 mln pud azalmış və Azərbaycanın xüsusi çəkisi Ümumrusiya miqyasında aşağı
düşmüşdü. Bütün Rusiya imperiyasında istehsal olunmuş neftin 1910-cu ildə 87,7, 1913-cü
ildə isə 79,6 faizini vermiş Azərbaycanda neft istehsalı 1901-ci ilə nisbətən 1913-cü ildə
26
33,2 faiz, yəni üçdə bir dəfə azalmışdı.
Bu azalma dünya neft istehsalında Rusiyanın xüsusi çəkisinin aşağı
düşməsinə səbəb oldu. Əgər 1901-ci ildə dünya neft istehsalında Rusiyanın payı 51,
ABŞ-ın payı 43 faiz idisə, 1910-cu ildə Rusiyanın payı 22 faizə enmiş, ABŞ-ın payı isə 62
faizə qalxmışdı
48
.
Müharibə ərəfəsi illərdə neft məhsullarının istehsalı da aşağı düşməkdə davam
edərək, 1910-cu ildə 362 mln pud, 1913-cü ildə isə 326,4 mln pud olmuşdu. İstehsal
olunmuş məhsulların nisbəti baxımından neft emalı sənayesində dəyişikliklər baş verirdi.
Ağ neftin 1910-cu ildə 22,3 faiz, 1913-cü ildə isə 25,1 faiz (və sürtkü yağları-4,3 faizdən
5 faizə qədər) istehsalının bir qədər artmasına baxmayaraq, zavodların istehsalında əsas
yeri neft qalıqları istehsalı (1910-cu ildə 68,5 faiz, 1913-cü ildə 61,7 faiz)
49
tuturdu. Bu,
müharibə ərəfəsində "mazut" səciyyəsi daşıyan neft emalı sənayesinin texniki əsas larının
geri qald ığını göstərirdi.
Zavodlann sayı 1913-cü ildə 1910-cu ildəki 64-dən 54-ə endi
50
, onlardan isə
cəmi 30-u fəaliyyətdə idi. Neft emalı zavodlarının istehsal gücü neft istehsalından xeyli
geri qalırdı. Buna görə də külli miqdarda neft ya emal olunmadan işlədilir, ya da ehtiyat
çənlərində saxlanırdı. 1913-cü ildə istehsal olunmuş neftin yalnız 60 faizi emala
göndərilmişdi
51
.
1910-1913-cü illərdə Bakıda neft məhs ullarının ixracında əsaslı dəyişiklik baş
verməmiş, 1910-cu ildə 380 mln pud, 1911-ci ildə 398 mln pud, 1913-cü ildə isə 369 mln
pud neft məhsulları ixrac olunmuşdu
52
.
Müharibə ərəfəsində neft ölkə iqtisadiyyatında getdikcə daha çox əhəmiyyət
kəsb edirdi. Lakin onun ixracı istehlakçı tələbatı yüksək olan rayonların ehtiyaclarını
ödəmirdi. Məsələn, 1910-cu ildə mərkəzi sənaye rayonlarına cəmisi 62,6 mln pud,
1913-cü ildə isə 44,7 mln pud yanacaq nefti göndərilmişdi
53
.
Birinci dünya müharibəsi ərəfəsindəki "yanacaq aclığı" həm kömür, həm də
neft azlığı ilə bağlı idi və hər birinin özünəməxsus xüsusiyyətləri olan bu iki yanacaq
sahəsindəki sənaye birləşmələrinin qüdrətini nümayiş etdirirdi. Ehtiyac və qiymətlərin
artırılmasına baxmayaraq, kömür və neft hasilatının aşağı düşməsi o dövrün mətbuatında
iki səbəblə izah olunurdu: "Neft səhmləri ilə oyunbazlıq edənlərin birjada ağalığı və
Rusiya neft işbazlarının qiymətləri şişirtmək siyasəti"
54
.
Neft sənayeçilərinin qiymətləri qaldırması nəticəsində, 1913-cü ildə 1910-cu
illə müqayisədə, Bakıda yüngül neftin pudu 15 qəpikdən 42,2 qəpiyə, mazutun pudu isə
15,7 qəpikdən 41,4 qəpiyə qalxmış
55
, yəni təxminən üç dəfə, 1902-ci illə müqayisədə isə
altı dəfə artmışdı.
Qiy mətlərin yüksək olması neft firmalarının güclü gəlir mənbəyi idi. Belə ki,
1910-cu ildə bütün neft sənayesi kompaniyalarının 23,6 mln rubl olan əsas
kapitallarının 12,3 faizini təşkil edən gəliri 1911-ci ildə 66,4 mln rubl və 26,3 faizə,
1913-cü ildə isə 96,4 mln rubl və 28,7 faizə qalxdı, yəni bu müddət ərzində 4 dəfə ço-
xald ı
56
.
Müharibə ərəfəsindəki "yanacaq aclığı" Rusiyanın iqtisadi vəziyyətinə ağır
27
təsir göstərdi. Ticarət və sənaye naziri etirazını bildirmək məcburiyyətində qalarkən qeyd
etmişdi ki, yanacaq qıtlığı və bahalığı dövlətin iqtisadi inkişafında çox böyük
dəyişikliklərə səbəb oldu
57
.
Neft və mazutun olduqca çox bahalaşması 1911-ci ildə dəmir yol nəqliyyatı
sistemini daş kömür yanacağına keçməyə vadar etdi. Başqa istehlakçılardan fərqli olaraq,
özünün neft mədənləri olan Vladiqafqaz dəmir yolunun da neft yanacağından imtina
edib, daş kömürə keçməsin i xüsusi qeyd etmək lazımd ır
58
.
Volqaboyu ərazilərin iqtisadiyyatında neft çatışmazlığı özünü daha çox
göstərirdi. Çünki o, regiondakı sənaye və nəqliyyat müəssisələri üçün həm yanacaq,
həm də yük kimi xüsusi əhəmiyyət kəsb edirdi. Volqaboyu rayonlardakı sənaye
müəssisələrinin təkcə neft tələbatı Rusiyanın Avropa yanacaq balansının 56,6 faizini,
kömürlə odun isə, müvafiq olaraq, 10 və 26 faizini təşkil edirdi
59
. Burada istehlakçıların
vəziyyəti bir də ona görə mürəkkəbləşdi ki, onların təsərrüfatlarında yalnız neft
qalıqları ilə işləyən mühərrik və buxar gəmiləri geniş yayılmışdı.
Maraqlıdır ki, qiymətlərin xeyli qalxması ilə bağlı olaraq maye yanacaqdan
istifadənin ixtisara düşməsi xeyli ehtiyat yığılması ilə nəticələnmişdi. 1913-cü il
aprelin 1-nə olan məlumata görə, daxili bazarlarda satılmayan 57 mln pud neft
məhsulları qalmışdı
60
. Halbuki 1914-cü ilin başlanğıcına yaxın neft çatışmazlığı
üzündən 49 min fəhləsi olan 108 fabrikin istehsalı ixtisara düşmüş, üç min fəhləsi olan
fabrik isə öz işini tamamilə dayandırmışdı
61
.
1913-cü ilin lap başlanğıcında maliyyə, ticarət və sənaye nazirliklərinə neft
yanacağı istehlakçılarından külli miqdarda ərizə və teleqram daxil oldu. Onlarda neftin
çox bahalaşması sindikat və trestlərin əməlinin nəticəsi kimi göstərilir və tədbir
görülməsi təkid edilirdi. Ona görə də hökumət bu məsələni 1913-cü il fevralın 13-də
Dövlət Dumasının müzakirəsinə vermək məcburiyyətində qaldı. Müzakirə mülkədar
və burjuaziya nümayəndələrinin bir hissəsi ilə inhisar tərəfdarları arasında ciddi
toqquşmaya səbəb oldu. Dumada baş verən mübahisə Rusiyanın iki əsas hakim qüvvə
-mülkədarlar və sənaye-maliyyə maqnatları tərəfindən idarə olunduğunu üzə çıxa rtdı
Təbii ki, neft firmaları ilə sıx bağlı olan çar hökuməti onların fəaliyyətini
məhdudlaşdırmaq üçün heç bir əməli tədbir görmədi. Ticarət və sənaye naziri öz
hesabatında neft sənayeçilərinin neft istehsalının aşağı düşməsi və qiymətlərin artması
barədə irəli sürdükləri iddiaları (istismar sahələrində neftin azalması, məhsuldarlığın
aşağı düşməməsi, tələbatın artması və s.) müdafiə etdi
62
. Əlbəttə, bu iddialarda
müəyyən həqiqət var idi, lakin ü mumiyyətlə neft firmalarının "yanacağı"n
kəskinləşməsində neqativ rolu danılmaz idi.
Beləliklə, böhran illərindən Birinci dünya müharibəsinədək keçən 10 il
müddətində Azərbaycan neft sənayesi onun iqtisadiyyatında həlledici rol oynamış, dövrün
iqtisadi həyatında baş vermiş bütün çətinliklərlə üzləşsə də, dünyada ən mühüm sənaye
sahəsi olaraq qalmış və in kişaf etmişdi.
|