§ 5. KƏND TƏSƏRRÜFATI
XX əsrin əvvəllərində ə kinç ilik A zərbaycan əhalisinin başlıca
məşğuliyyəti olub, kənd əhalisin in həyatında mühüm əhəmiyyətə malik idi.
Əkinçiliyin başlıca məhsulları olan buğda, arpa və düyü həm istehsalçı əhalinin öz
istehlakı və həm də satış üçün becərilird i.
Azərbaycanda ən iri ta xılçılıq rayonları Bakı quberniyasının Lənkə ran
qəzası, Yelizavetpol quberniyasınm Yelizavetpol, Ərəş, Nu xa və Şuşa qəzaları idi.
1910-cu ildə Bakı quberniyasında 12,3 mln puda qədər ta xıl istehsal edilmişdi ki,
bunun da 2,2 mln puddan çoxu Lənkəran qəzasının, qalanı isə digər qəzaların
payına düşürdü. Ye lizavetpol quberniyasına gəldikdə, 1902-ci ildə burada istehsal
edilmiş 28,3 mln pud taxıldan 3,7 mln pudu Yelizavetpol qəzasının, 3 mln pudu
Ərəş, 6,8 mln pudu Nu xa, 5,9 mln. pudu Şuşa qəzasının, qalanları isə Cəbrayıl,
Cavanşir, Zəngəzur və Qazax qəzalarının payına düşürdü. Əvv əlki və sonrakı
37
illərdə də qəzalar ü zrə taxıl istehsalının həcmi qeyd edilmiş n isbətdə olmuşdur.
Bütün Azərbaycan üzrə isə ildə 38 mln puddan 50 -52 mln puda qədər taxıl
məhsulu götürülürdü.
Toplanan taxıl məhsulunun bir hissəsi olan düyü əsasən Lənkəran
qəzasında istehsal edilirdi. Quba, Göyçay, Nu xa və Cavad qəzalarında da çəltik əkini
ilə məşğul olurdular. Lakin bu qəzalardakı əkin sahələri Lən kərandakına nisbətən xey li
az idi.
Çəltik əkininə aid 1912-ci ilin hesabatına görə, Cənubi Qafqazda əldə edilmiş
düyüdən düşən paylar aşağıdakı kimi idi: Bakı quberniyası 42 faiz, Yelizavetpol
quberniyası 33 faiz, İrəvan quberniyası 13 faiz, Zaqatala dairəsi 11 faiz, Tiflis
quberniyası 1 faiz. Beləliklə, Cənubi Qafqazda istehsal olunan düyü məhsulunun 99
faizi Azə rbaycanın payına düşürdü.
Azərbaycanda taxıl məhsulları içərisində əsas yeri buğda və arpa tuturdu. 1909-
cu ildə Bakı quberniyasında 10 mln pud buğda, 5 mln pud arpa əldə edilmişdi. Sonrakı
illərdə bəzən daha çox buğda və arpa yığılırdı. Məsələn, 1912-ci ildə Bakı
quberniyasında 12,7 mln pud buğda, 7,8 mln pud arpa yığılmışdı. Yelizavetpol
quberniyasında isə hər il buğda 10-12 mln pud, arpa 5-9 mln. pud və daha çox olurdu.
1904-cü ildə Yelizavetpol quberniyasında 20 mln pud buğda, 10 mln pud arpa
toplanmışdı.
Düyüyə gəldikdə isə orta illik məhsul Bakı quberniyasında 0,5-2,5 mln pud,
Yelizavetpol quberiyasında isə 0,4-2,1 mln. pud olurdu.
Gətirilən rəqəmlərdən göründüyü kimi, torpaq sahələrinin geniş liyini nəzərə
alsaq, məhsuldarlıq o qədər də yüksək deyildi. Bu, quraqlıq, havaların qışda soyuq,
yayda isti küləkli olması, aran yerlərdə qar yağmaması, habelə çəyirtkə, çöl siçanlarının
yayılması və digər təbii amillər üzündən törəyirdi. Məsələn, əgər 1904-cü ildə
Yelizavetpol quberniyasında 5,4 mln pud toxum səpilmiş və 38 mln pud taxıl
toplanmışdısa, 1905-ci ildə 5,2 mln pud taxıl səpilmiş və cəmi 15 mln pud, yəni 1904-
cü ildəkindən 2,5 dəfə az taxıl toplanmışdı. Məhsuldarlığın kəskin fərqlə aşağı düşməsi
çəyirtkə basqını və başqa kortəbii hadisələrlə əlaqədar id i.
1901-ci ilə dair məlu matlarda göstərilir ki, Yelizavetpol quberniyasının
Cəbrayıl qəzasında 61400 desyatin torpaq sahəsi çəyirtkə sürfəsi ilə örtülmüşdü. 1904-
cü ildə Şuşa qəzasında çəyirtkənin məhv etdiyi sahə 75 min desyatinə çatırdı.
Şahidlərdən biri yazırdı: "Çəyirtkələr üç gün uçdular. Gündüz axşama
çevrilmişdi. Çəyirtkə böyük qara bulud kimi günəş işığının qarşısını kəsmişdi. Çəyirtkə
İrandan Mil düzünə keçərkən bir həftə ərzində Xonaşından Hindarxa qədər olan
sahədə yerləşmişdi".
Ta xıl məhsulu miqdarının tərəddüd etməsi və azalmas ı kəndli kütləsin in
pay torpağının azlığ ı, eyni sahədə hər il eyni bitkin in əkilməsi, torpağın dincə
qoyulmaması, torpağın köhnə üsulla becərilməsi, aqrotexn ikan ın, demək olar ki,
tətbiq olunmaması ilə də əlaqədar idi.
Torpağın şumlan ması və əkinlərin becərilməsi əsasən ibtidai üsulla
38
aparılırdı. Ağır kotanla yer şu mlamaq üçün 6-8, dağ rayonlarında 10 cüt ökü z tələb
olunurdu. Bu qədər öküzü olmayan kəndlilərin əksər kütləsi bir növ şirkət təşkil
edir və sahələrin i növbə ilə becərirdilər.
Bununla belə elə təsərrüfatlar var idi ki, onlarda torpaq intensiv surətdə
becərilir, yəni müasir texn ika, dəmir kotan, taxıldöyən maşın tətbiq o lunurdu. Belə
təsərrüfatlar qolço maqlara, varlı kəndlilərə və öz təsərrüfatı ilə məşğul olan
mü lkədarlara məxsus id i. Çünki təkmilləşdirilmiş alət və maşınla r baha idi və
onları yalnız varlı adamlar satın ala bilirdi. Bir mənbədə deyilirdi ki, "Şərqi
Zaqafqaziyanın dörd quberniyasında son 2-3 ildə neft və ya bu xar mühərriki olan,
6-8 kotanı hərəkətə gətirən b ir neçə tra ktor meydana çıxmışdır". Cənubi Qa fqazda,
o cümlədən Azərbaycanda təkmilləşdirilmiş kənd təsərrüfatı maşınları və
alətlərinin yayılmasında "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" müəyyən rol
oynamışdı. Cəmiyyət kənd təsərrüfatı alət və maşınlarını nümay iş etdirir,
kəndlilərin iştirakı ilə onların sınaqdan keçirilməsin i təşkil edir, h ətta yerlərdə
maşın istehsal etmək ideyasının təbliğatını aparır və ideyanın bəzi yerlərdə həyata
keçirilməsinə nail o lurdu. Kənd təsərrüfatı maşın və alətlərin i yay maq üçün
Azərbaycanda anbarlar açılırdı. 1910-cu ildə Azərbaycanın kənd təsərrüfatında
76.270 xış, kustar üsulla hazırlan mış 24230 kotan, zavodlarda hazırlan mış 30250
kotan, 21230 mala, 840 səpin maşın ı tətbiq olunurdu. Əgər 191 0-cu ildə
Azərbaycanda 300 min-dən ço x kəndli təsərrüfatının olduğunu nəzərə alsaq, onda
bu təsərrüfatların ço xunun hətta xışa belə malik o lmadığ ı aydın o lar.
Xırda kəndli təsərrüfatlarının taxılı yalnız on ların istehlakına gedird i,
lakin A zərbaycanda əmtəəlik taxıl da istehsal olunurdu.
Azərbaycan kəndlərinə gələn ticarət firmalarının nü mayəndələri, eyni
zamanda yerli taxıl möhtəkirləri bazarlarda aldıq ları taxılı mü xtəlif yerlərə aparıb
satırdılar. Məsələn, Lən kəran qəzasında 4 taxıl bazarı var id i. Azərbaycandan hər il
ixrac olunan 1,5-2 mln. pud ta xıl məhsulları içərisində düyü mühüm yer tuturdu.
Azərbaycana başqa yerlərdən də taxıl gətirilirdi. Taxılın ixracında olduğu
kimi, idxalında da Bakı mühüm rol oynayırdı. Məsələn, 1901-ci ildə Bakı 5,2 mln pud
taxıl idxal, 2 mln ton isə ixrac etmişdi, 1911-ci ildə bu rəqəmlərdə əsaslı dəyişiklik
görürük: idxal 12,7 mln pud, ixrac isə 4,9 mln pud təşkil edirdi. İxrac içərisində un və
düyü əsas yer tutur, 1912-ci ildə Bakıdan ixrac olunan 5 mln pud taxıl məhsullarından
2,5 mln. puddan çoxunu un, 2,2 mln pudunu isə düyü təşkil edirdi.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan kəndində ticarət əkinçiliyi, yəni
əmtəə istehsalı geniş yayılır, ölkədə feodal münasibətləri qalıqlarının olmasına
baxmayaraq, əmtəə-kapitalist istehsalı, yəni kapitalist münasibətləri inkişaf edirdi.
Azərbaycanın iqtisadi həyatında mühüm yerlərdən birini maldarlıq tuturdu.
Maldarlığın inkişafı üçün bərəkətli otlaqların, geniş düzənliklərin, yaylaq və qışlaqların,
əlverişli iqlim şəraitinin, təmiz dağ bulaqlarının olmasının böyük əhəmiyyəti var idi.
Azərbaycanın kənd əhalisini maldarlıqla məşğulluq səviyyəsinə görə üç qrupa
bölmək olardı əkinçiliklə məşğul olub, mal-qaranı öz ailə və təsərrüfat ehtiyacını
39
ödəmək üçün saxlayanları birinci qrupa, qismən əkinçiliklə, əsasən maldarlıqla məşğul
olan kəndliləri ikinci qrupa, əsasən məşğuliyyəti maldarlıq olanları - yarımköçəri həyat
tərzi keçirənləri üçüncü qrupa aid etmək mü mkündür. Mal-qaranın böyük əksəriyyəti
ikinci və üçüncü qrupa aid edilən kəndlilərin əlində cəmləşmişdi. Elə mülkədarlar və
varlı kəndlilər var idi ki, onların bir neçə min, bəzilərinin isə on minlərlə qoyunu və
başqa mal-qarası var idi. Deməli, bu maldarlar əmtəə maldarlığı ilə məşğul olu rdular.
Maldarlığın əsas sahələri qoyunçuluq, atçılıq və iribuynuzlu mal-qara
saxlanılması idi. Az miqdarda qatır, dəvə, keçi və donuz da saxlanırdı. Qoyunlar
qabayunlu idi, ancaq Yelizavetpol qəzasında az miqdarda zərifyunlu qoyunlara da rast
gəlinirdi.
XX yüzilliyin əvvəllərində Azərbaycanda saxlanan 3-5 mln baş heyvanın çox
hissəsini qoyunlar təşkil edirdi. Yelizavetpol quberniyasında qoyunların sayı 1,5-2,5
mln başa çatırdı. Məsələn, 1904-cü ildə bu quberniyada 2,3 mln baş qoyun, 766 min
baş qaramal, 100 minə qədər at, Bakı quberniyasında isə 1910-cu ildə 820 min baş
qoyun, 400 min başa yaxın qaramal və 87 minə yaxın at var idi.
Mal-qara və onun məhsulu geniş ticarətə malik idi - yerli bazarlarda satılır,
Cənubi Qafqazın şəhərlərinə və Dağıstana aparılırdı. Azərbaycanın bir çox kənd
yerlərində xüsusi mal-qara bazarı var idi. Onlara gətirilən mal-qara alınır, Bakı, Tiflis və
başqa şəhərlərdə satışa çıxarılırdı. Təkcə Bakı şəhərinə hər il 250-270 min baş qaramal və
qoyun gətirilirdi. 1910-cu ilin mayında Vladiqafqaz dəmir yolunun Xaçmaz stansiyasında
xüsusi mal-qara yarmarkaları təşkil olunmuşdu. Heyvan dərisi, süd məhsulları da geniş satış
malları idi.
Maldarlıq məhsullarının ən vacib əmtəə növü yun idi. Azərbaycan hər il yarım
milyon puda qədər yun verirdi. Bunun xeyli hissəsi Rusiya şəhərlərinə, hətta xarici ölkələrə
ixrac olunurdu. 1900-cü ildə dəmir yol nəqliyyatı vasitəsilə 110 min, 1902-ci ildə 182 min,
1904-cü ildə 213 min, 1906-cı ildə 337 min pud yun ixrac edilmişdi. Batuma hər il 280 min
puda qədər yun gətirilir və buradan dəniz nəqliyyatı ilə İngiltərəyə, Fransaya, hətta
Amerikaya göndərilirdi. Amerika müəssisələrində qiymətli xalçalar toxumaq üçün yun
əsasən Cənubi Qafqazdan və İrandan gətirilirdi. Qafqazın qoyunçuluqla məşğul olan iri
maldarları, əcnəbi firmaları daha uğurlu ticarət etmək üçün xarici ölkələrdə ticarət
kontorları da açırdılar.
Beləliklə, XX yüzilliyin əvvəllərində maldarlıq təsərrüfatında hələ də yarımfeodal
münasibətlərin, yarırnköçəri həyat tərzinin qalmasına baxmayaraq, maldarlıq Azərbaycan
iqtisadiyyatında mühüm yer tutur və maldarlıqdan götürülən məhsul əsasən əmtəə xarakteri
daşıyırdı. Kapitalist münasibətləri bu təsərrüfat sahəsində zəif də olsa, özünə yer tuta
bilmişdi.
Azərbaycanın kənd təsərrüfatı həyatında bağçılıq və üzümçülük xüsusi
əhəmiyyətə malik idi. Təsərrüfatın bu sahələrinin inkişafına səbəb bir tərəfdən, iqlim
şəraiti, digər tərəfdən isə Azərbaycanla Rusiyanın daxili quberniyaları arasında dəniz və
quru yolları vasitəsilə müntəzəm əlaqənin yaranması və o yerlərdə bağ məhsullarına tələ-
batın yüksək olması idi. Bir sıra sənaye sahələri - şərabçılıq, araqçəkmə, ipəkçilik və s.
40
bağçılığın inkişafı ilə bağlı idi. Azərbaycanda Gəncə, Şəki, Şamaxı, Göyçay, Quba qəzaları,
Qarabağ, Zaqatala dairəsi və Naxçıvanda bağçılıq və üzümçülük daha geniş inkişaf etmişdi.
Bakı quberniyasında təkcə üzümlüklərin sahəsi 10-11 min desyatindən çox olub,
ildə orta hesabla 1,5-1,8 mln puda qədər üzüm məhsulu verirdi. Yelizavetpol
quberniyasında isə üzümlüklərin sahəsi 11-12 min desyatin olub, illik məhsul 1,7-3,3
mln puda bərabər idi. Ümumiyyətlə, Azərbaycanda, Naxçıvan qəzası və Zaqatala dairəsi
daxil olmaqla, ildə orta hesabla 4-6 mln pud üzüm məhsulu yığılırdı.
Azərbaycanda bağçılığın, o cümlədən üzümçülüyün inkişafına elmi və təcrübi
kömək göstərmək üçün iki bağçılıq məktəbi fəaliyyət göstərirdi. Bunlardan birini Bakı
yaxınlığındakı Mərdəkan kəndində H.Z.Tağıyev açmışdı. Digər məktəb isə 1898-ci
ildən Qubada fəaliyyət göstərirdi. Qubadakı məktəbin daha çox tələbəsi var idi. Mək-
təbin nəzdində 10 desyatin sahəsi olan nümunəvi bağ meyvə ağacları və üzümlükləri ən
yaxşı üsulla becərməyi öyrənməyə imkan verirdi.
Bağçılıq və üzümçülüyün inkişafına əməli kömək etmək məqsədilə təşkil olunan
sərgilərə gələnlərə və onların iştirakçılarına bağçılığın ayrı-ayrı sahələri haqqında
mühazirələr oxuyur, bir çoxlarını medalla təltif edərək həvəsləndirirdilər. Quba şəhərində,
Nügədi, Xaçmaz və başqa yerlərdə ağacların müalicə üsullarını öyrətmək üçün də nü-
munəvi bağ sahələri salın mışdı.
Azərbaycanda böyük əksəriyyətini xırda bağ sahibləri təşkil edən üzümçülərin hər
birinin sərəncamında 1/4, 1/2 desyatin bağ sahəsi var idi. Bununla belə öz təsərrüfatlarını
kapitalistcəsinə qurmuş Ağayev qardaşları, Forer qardaşları, İretski və b. kimi sahibkarlar
təsərrüfat əməliyyatlarının çox hissəsini əllərində cəmləmiş və xırda istehsalçıları
özlərindən asılı etmişdilər.
Bağçılıqla məşğul olan kəndlilər təkcə üzümü deyil, yetişdirdikləri külli
miqdarda müxtəlif meyvələri də Azərbaycan şəhərlərində satırdılar. Meyvə və meyvə
qurusu müxtəlif ölkələrə və Rusiya şəhərlərinə aparılırdı. Məsələn, 1913-cü ildə
Peterburqa 33,6 min pud, Odessaya 183 min pud, Rostova 78 min pud müxtəlif meyvə
göndərilmişdi. Təkcə dəniz yolu ilə hər il 250-350 min pud meyvə qurusu daşınırdı. Bu
yüklərin içərisində qoz və fındıq xüsusi yer tuturdu.
Kənd təsərrüfatı istehsalı sahəsində üzümçülüklə bilavasitə bağlı olan şərabçılığı
da qeyd etmək lazımdır. Azərbaycanda hər il 2-2,5 min vedrə olan şərab istehsalı iri
sahibkarların (Forer qardaşları, Hummel qardaşları, Ağayev qardaşları və b.) əllərində
cəmlənmişdi. Çaxırın böyük hissəsi Rusiya quberniyalarına göndərilirdi.
Azərbaycanın əksər yerində baramaçılıqla da məşğul olurdular. Bu təsərrüfat
sahəsinin inkişafı üçün əsas şərtlərdən biri tut ağacı plantasiyalarının genişlənməsi idi.
Bu plantasiyalar Azərbaycanda əsas etibarilə Nuxa, Ərəş, Naxçıvan (Ordubad)
qəzalarında və Zaqatala dairəsində geniş sahələri əhatə edirdi. XX yüzilliyin əvvəllərinə
yaxın Zaqatala dairəsində tut bağlarının sahəsi 1300 desyatin, Yelizavetpol quberniyasında
isə 10 min desyatin - dən çox idi. İpəkqurdunun yemlənməsi və barama alınması üçün
xüsusi məntəqələr var idi. Rusiya toxuculuq sənayesi üçün mühüm xammal olan barama-
çılığı inkişaf etdirmək üçün Tiflisdə "Qafqaz ipəkçiliyi stansiyası" təşkil edilmiş, onun
41
Şuşa və Şəki kimi şəhərlərdə filialları açılmışdı. Stansiya və onun filialları yerlərdə ipək
qurdu bəslənməsi qaydalarını nümayiş etdirir, lazımi izahatlar verir və bəzi hallarda
kümçülərin müşavirələrini keçirirdi. Hətta 1902-ci ildə kənd sahibkarlarının Tiflisdə
qurultayı açılmış və burada baramaçılığın, ümumiyyətlə, ipəkçiliyin inkişafı məsələləri
müzakirə edilmişdi. İpəkçilik stansiyası əhalinin kənd təsərrüfatı biliyini artırmaq üçün
məktəblər də açmışdı. Məsələn, belə məktəblər Göyçay və Kürdəmirdə fəaliyyət göstərir-
di. 1910-cu ildə Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərini baramaçılığın
təkmilləşdirilmiş üsulları ilə tanış etmək və yerlərdə necə kömək göstərmək məsələlərini
müzakirə etmək üçün onların qurultayı çağırılmışdı.
Bütün bu tədbirlər ipəkçiliyin sonrakı inkişafına, istehsal səviyyəsinin yüksəlişinə
kömək göstərsə də, əsasən iri baramaçı və ipəkçi sahibkarları əhatə edirdi. İpəkçilərin
böyük əksəriyyəti bu tədbirlərdən kənarda qalır və barama istehsalında bəsit texnika yenə
üstünlüyünü saxlayırdı.
Azərbaycan baramaçıları başqa ölkələrdən, əsas etibarilə Kiçik Asiyadan (ağ
cins), qismən də Fransa və İtaliyadan (sarı cins) gətirilən baramaqurdu toxumu ilə təmin
olunurdular. Baramaqurdu toxumunun cüzi hissəsini yerli baramaçılar və Qafqaz ipəkçilik
stansiyası yetişdirirdi. Azərbaycan baramaçıları hər il 100 minlərlə qutu baramaqurdu
toxumu alırdılar. Məsələn, 1910-cu ildə Yelizavetpol quberniyasına 165 min qutu
ipəkqurdu toxumu gətirilmiş, onun 53 min qutusu Ərəş qəzasında, Nu xa, Şuşa, Qaryagin
qəzalarının hər birində 30 min qutu, qalanı isə başqa qəzalarda yerləşdirilmişdi. Hər il Yeli-
zavetpol quberniyasında 125-150 min pud barama istehsal olunurdu.
Barama istehsalı ilə əsasən kənd əhalisi - kişilər, qadınlar və uşaqlar məşğul
olurdular. Tut bağları olan iri mülkədarların çoxu öz bağlarını məhsulun 1/2, 2/5 və 1/5
hissəsini almaq şərtilə kəndlilərə icarəyə verirdilər. Bəziləri isə qurdların bəslənməsilə
bilavasitə özləri məşğul olur, bu işdə qadın və uşaq əməyindən istifadə edirdilər. Baramaçı
fəhlələrə "kümdar" deyirdilər. Deməli, baramaçılıqda kapitalist manufakturası mövcud
idi.
Azərbaycanda istehsal olunan baramanın bir hissəsi yerli ipəksarıma
müəssisələrinə satılır, digər hissəsi isə Rusiyaya və xaricə göndərilirdi.
Pambıqçılıq Rusiya toxuculuq sənayesinin xammala tələbatı ilə bilavasitə bağlı
olduğu üçün XX əsrin əvvəllərində də Azərbaycan iqtisadiyyatında mühü m yer
tuturdu.
Rusiyanın özündə olan pambıqçılıq təsərrüfatı sənayenin tələbatını ödəyə
bilmədiyi üçün rus sahibkarları XIX əsrin əvvəllərində pambığın çox hissəsini xarici
ölkələrdən gətirməyə məcbur olurdular. Ona görə də çarizm Orta Asiya və
Azərbaycanda pambıqçılığın inkişafı üçün tədbirlər görməyə başladı. Bu tədbirlərdən ən
vacibi Azərbaycan və Orta Asiya pambığına ucuz qiymətilə üstün rəqib olan xarici
pambığın üzərinə gömrük vergisinin qoyulması oldu. Bu, yerli pambığın qiymətinin
artmasına, pambıqçıların həvəslənməsinə səbəb oldu və Azərbaycanda da pambıqçılığın
inkişafına təkan verdi. Mətbuatda qeyd olunurdu ki, "Rusiya və xüsusən Cənubi Qafqazda
pambığın qiymətinin artması birdən-birə pambıq əkini sahələrinin xeyli genişlənməsinə
42
və beləliklə, ölkədə pambıq məhsulunun çoxalmasına təsir etmişdi".
XX əsrin əvvəllərində rus firma nümayəndələrinin Azərbaycana axını başlandı.
Çünki Azərbaycan pambıqçılığın digər mərkəzi olan Orta Asiyaya nisbətən daha yaxın,
burada alınan pambıq daha ucuz idi.
Azərbaycanın ənənəvi pambıqçılıq bölgələri Göyçay, Ərəş, İrəvan, Cavanşir və
Naxçıvan qəzaları idi. Sonralar təsərrüfatın bu sahəsinin əsas bazasına çevrilmiş Cavad
qəzasında artıq XX əsrin başlanğıcında pambıqçılıq genişlənməyə başlamışdı. Doğrudur,
Şamaxı, Lənkəran və Quba qəzalarında da pambıq əkilirdi, lakin 1907-ci ildə bu üç
qəzada pambıq sahəsi cəmisi 300 desyatin idi.
Pambıq əkini sahələri böyük sürətlə artırdı. Məsələn, XX əsrin başlanğıc
illərində ilk dəfə pambıq əkilən Dəllərdə əkin sahəsi cəmisi 53 desyatin. idi. 1906-cı
ildə bu rəqəm 500 desyatinə, 1911-ci ildə isə 2000 desyatinə çatıb 40 dəfə artdı. Bu dövr
ərzində Şəmkirdə pambıq əkini sahəsi 50 desyatindən 6-7 min desyatin-nə qədər- 120-
140 dəfə artdı. X.B.Hacınski 1915-ci ildə yazırdı ki, "pambıq məmurun, bəyin, fəhlənin,
adi kəndlinin, kapitalist icarədarların, ticarət kapitalı sahibinin, sadə adamın şüurunda
sehrli bir iz buraxmışdı". Pambıq əkini ilə neft sənayeçiləri də məşğul olurdular. Bakı neft
sənayeçisi Tağıyev məşhur 26 min desyatinlik "Yevlax mü lkünü" satın almışdı. 1909-cu
ilin əvvəllərində H.Z.Tağıyev "Qafqaz kənd təsərrüfatı cəmiyyəti"ndən pambıq əkini
sahəsini genişləndirmək məqsədilə onun mülkünün təsərrüfat planını tərtib etməyi xahiş
etmişdi. Cəmiyyətin gördüyü iş əsasında Tağıyevin mülkündə pambıq əkini sahəsi xeyli
genişlənmişdi. Azərbaycanda pambıq əkini sahələrinin genişləndirilməsinə buraya
köçürülmüş rus kəndliləri də maraq göstərirdilər. Onların pambıq əkini sahələri qısa müd-
dətdə (1904-1911) 8 desyatindən 6752 desyatinədək artırılmışdı.
1911-ci ildə Göyçay qəzasında 5 min desyatin örüş pambıq əkini sahəsi edildi.
Yelizavetpol quberniyasında, xüsusilə onun Yelizavetpol qəzasında pambıqçılıq təsərrüfatın
bütün başqa sahələrini sıxışdırır və əhali nəinki əkin yerlərini, hətta bostanlarını belə pambıq
əkini edirdilər. Pambıq əkini sahəsinə və yığılan pambığın miqdarına görə, 1911-ci ildə
Yelizavetpol quberniyası İrəvan quberniyasını (bu quberniyanın isə əsas pambıqçılıq
mərkəzi Naxçıvan qəzası idi) ötüb keçmişdi. Əgər 1897-ci ildə Yelizavetpol quberniyasında
pambıq əkini sahəsi 6944 desyatin idisə, 1913-cü ildə 61700 desyatin olmuşdu. Bakı
quberniyasında isə həmin illər ərzində pambıq əkini sahələri 4395 desyatindən 35300
desyatinə çatmışdı. Demək, Azərbaycanda pambıq əkini sahəsi, Naxçıvan qəzası nəzərə
alınmadan, 1913-cü ildə 100000 des.-nə bərabər idi.
Pambıq əkini sahələri genişləndikcə yığılan məhsul da ildən-ilə artırdı. Əgər
1900-cü ildə Azərbaycanda 148 min puddan bir qədər artıq pambıq toplanmışdısa, 1913-cü
ildə bu rəqəm 1150370 puda çatmışdı.
Pambıqçılığın rastlaşdığı çətinliklərdən ən böyüyü hər il xeyli pambıq əkini
sahəsini məhv edən çəyirtkə idi. 1902-ci ildən 1912-ci ilədək olan müddətdə təkcə 1910-
cu ildə Şuşa qəzasında pambıq əkini sahəsinə ziyan vurulmamışdı. 1910-cu ildə çəyirtkə
Lənkəran, Cavad, Qaryagin və Naxçıvan qəzalarında pambıq əkinlərini məhv etmişdi.
Pambıqçılığa əngəl törədən amillərdən biri də Azərbaycanda geniş yayılmış
43
möhtəkirlik idi. Pambıqçı kəndlilər hələ məhsul yığılma mışdan qabaq aldıqları behin
müqabilində öz pambıqlarını möhtəkirlərə bazar qiymətindən xeyli ucuz satmalı olurdu, bu
da onları iflasa gətirib çıxarırd ı.
Çaylar quruyarkən yaranan su çatışmazlığı da pambıqçılığın inkişafına böyük
əngəl törədirdi. Azərbaycanın ən iri pambıqçılıq zonalarında, xüsusən Mil və Muğan
düzlərində ancaq geniş suvarma şəbəkəsi sayəsində lazımi qədər pambıq məhsulu əldə etmək
mümkün idi.
Hələ XIX əsrin 90-cı illərində Qafqazda təşkil edilmiş su müfəttişliyi maliyyə
çətinlikləri üzündən yalnız XX əsrin əvvəllərindən etibarən fəaliyyətə başlaya bilmişdi.
Bu idarənin Mil, Muğan düzlərində arxlar çəkmək, suvuran nasoslar qoymaq və s. üçün
göstərdiyi səylər nəticəsində əkin sahələrinin müəyyən hissəsini suvarmaq mümkün
olurdu. Su qurğularının çox hissəsi rus köçkünlərinin yaşadığı kəndlərin əkin sahələrini
suvarmağa xidmət edirdi. Bu tədbirlər sayəsində Muğanda suvarılan torpaqların sahəsi
ilbəil artırdı. Belə ki, əgər 1902-1908-ci illərdə belə torpaqların sahəsi 6 min desyatin
idisə, 1913-cü ildə 70 min desyatinə çatmışdı. Mil düzündə də bir neçə arx çəkilmişdi.
Bu işlərin həyata keçirilməsində "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" müəyyən rol
oynayır, təkmil üsulla pambıq yetişdirən təcrübə stansiyaları, nümunəvi təsərrüfat
sahələri yaradır, burada kənd təsərrüfatı alətləri, onlardan istifadə qaydalarını nümayiş
etdirmək, kənd təsərrüfatı alətləri almağa kömək etmək kimi tədbirlər həyata keçirilirdi.
Cəmiyyət təcrübə mübadiləsi aparmaq üçün 1904-cü ildə Ağdaş və İrəvanda pambıqçılıq
qurultayını keçirmişdi.
Pambıqçılığın inkişafı mülkədarların patriarxal məişətini dağıdır, onların bir
qismini muzdlu əmək tətbiq etməklə pambıqçılıqla məşğul olmağa sövq edirdi.
Pambıqçılığın inkişafı Azərbaycanda kredit-bank sisteminin genişlənməsinə də
təkan vermişdi. Bakı quberniyasının Bakı, Cavad, Lənkəran, Göyçay, Şamaxı, Quba
qəzalarının bəzisində bir, digərində bir neçə, Yelizavetpol quberniyasının altı qəzasında 24
borc-kredit müəssisəsi fəaliyyət göstərirdi.
Toplanmış pambıq bu dövrdə Azərbaycanda çoxalmış və geniş lənmiş
pambıqtəmizləmə zavodlarında emal olunaraq Rusiyaya göndərilirdi. 1911-ci ildə
Azərbaycandan Rusiyaya 1490 min, 1912-ci ildə 1992 min, 1913-cü ildə isə 1420 min
pud pambıq aparılmışdı. Pamb ıqtəmizləmə zamanı əldə ed ilmiş çiyid də ixrac
olunurdu. Bakı quberniyasından 1910-1912-ci illərdə Rusiyaya və Batum vasitəsilə
xaricə 413 min pud çiy id ixrac edilmişdi.
Beləliklə, əmtəə əkinçiliyi olub, əmtəə və əmtəə-kapitalist xarakteri daşıyan
pambıqçılıq XX əsrin əvvəllərində Azərbaycanın xalq təsərrüfatında görkəmli yer
tutmuş və yüksək sürətlə inkişaf etmişdi.
XX əsrin əvvəllərində Azərbaycanda tütünçülük də ölkənin kənd təsərrüfatı
istehsalında müəyyən yer tuturdu. XIX əsrin sonunda xaricdən gətirilən tütünə qoyulan
gömrük rüsumu xaricdən tütün gətirilməsinin qarşısını xeyli aldı və Azərbaycanda da
tütünçülüyün inkişafına təkan verdi.
Azərbaycanm çox yerlərində tütün becərilirdi, lakin o, Yelizavetpol
44
quberniyasının Nuxa qəzası və Zaqatala dairəsindən başqa, hər yerdə istehsalçıların öz
istehlakı üçün idi. Nuxa qəzası və Zaqatala dairəsi isə sənaye tütünçülüyü, ticarət
əkinçiliyinin bu sahəsi ilə məşğul olan rayonlar idi. Nuxa, həmçinin Göyçay qəzasında
əsasən sadə tütün - tənbəki, Zaqatala dairəsində isə yüksəknövlü tütün məhsulu
yetişdirilirdi.
Azərbaycanda iri kapitalist tütünçülük plantasiyaları mövcud olduğu və onlarda
bütün işlər muzdlu əməklə aparıldığı üçün əsasən kapitalist istehsalı xarakteri daşıyırdı.
Amma çoxlu xırda kəndli təsərrüfatları da var idi və onlarda bütün işləri sahibkarların
özləri görürdü. Bakı quberniyasında ildə orta hesabla 3-4 min, Yelizavetpol
quberniyasında 15-30 min, Zaqatala dairəsində isə 5-15 (bəzi illər-də 21,2) min pud
tütün istehsal edilmişdi.
Tütün məhsulu əsasən Bakı, Şəki və Şamaxı fabriklərinə, Rusiya
quberniyalarına göndərilir, bir hissəsi isə xaricə, xüsusən İrana ixrac o lunurdu.
Azərbaycanda xırda tütün təsərrüfatlarının sayca çoxluğuna baxmayaraq, əsas
təsərrüfat əməliyyatları iri tütün plantasiyası sahiblərinin əllərində cəmləşmişdi. Bu
plantasiyalarda isə əmtəə istehsalı özünün yüksək pilləsində, əmtəə-kapitalist inkişafı
yolunda idi.
Rusiyada kəndli islahatı keçirildikdən sonra, çar hökuməti, nəhayət, Cənubi
Qafqaz dövlət kəndliləri barəsində islahat keçirmək hazırlığ ına başladı.
Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra, dövlət kəndlilərinin
icmalıqla istifadəsində olan torpaqlar kənd yığıncağında ayrı-ayrı ailələr arasında vaxtaşırı
bölünməyə başladı. Bu bölgüdə ailə üzvlərinin sayı nəzərə alınırdı. Lakin bir qədər
sonra, xüsusən XIX yüzilliyin son rübündə, ölkədə sosial-iqtisadi inkişaf ilə əlaqədar
torpaqların ayrı-ayrı ailələr arasında bölüşdürülməsi qaydası dəyişdi. Dövlət kəndində
baş verən təbəqələşmənin getdikcə sürətlənməsi nəticəsində yoxsullaşmış kəndlilərin
torpaqları varlı kəndlilərin əllərində cəmləşməyə başladı. XIX əsrin sonlarında isə
bölünməyə əsaslanan kənd icması artıq tam iflas qarşısında idi. Təkcə bütün icmanın
deyil, kənddə hakimiyyəti də ələ keçirmiş kənd varlılarının təsiri nəticəsində icma
qaydalarına əhəmiyyət verilməyə başladı. Torpaqlar ya çox gec-gec bolüşdürülür, yaxud
da heç bölüşdürülmürdü. Bu, onsuz da ağır vəziyyətdə olan kəndli istehsalçıların böyük
kütləsinin torpaqdan istifadəsi məsələsini daha da ağırlaşdırdı. Belə vəziyyətə dözməyən
dövlət kəndliləri çar idarələrinə torpaq çatışmazlığı, torpağın qeyri-bərabər
bölüşdürülməsi, yaxud da heç bölüşdürülməməsi barədə ərizələr yağdırırdılar. Kənddə
sosial münasibətlərin kəskinləşməsi çar hökumətini dövlət kəndlilərinin torpaqdan
istifadəsi məsələsi ilə məşğul olmağa məcbur etdi.
Çar hakimiyyət orqanları dövlət kəndində aqrar is lahatın layihəsini
hazırlamamışdan qabaq dövlət kəndlilərinin iqtisadi məişətini öyrənmək məqsədilə
1884-cü ilin əvvəllərində bir qrup mütəxəssisi səfərbər edib ayrı-ayrı qəzalar üzrə
bölüşdürdü və onlara tapşırdı ki, dövlət kəndlilərinin torpaqla necə təmin olunması, on-
ların meşələrə və otlaqlara münasibəti, torpağın ayrı-ayrı şəxslərə mənsub olub-
olmaması, dövlət kəndlilərinin əkinçilikdən və heyvandarlıqdan başqa gəlir mənbələri,
45
azad xəzinə torpaqlarının olub-olmaması və s. barəsində məlumat toplasınlar. Toplanan
məlumatlar 1885-1887-ci illərdə Tiflisdə yeddi cilddən ibarət "Zaqafqaziya ölkəsi
dövlət kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materiallar" adı ilə nəşr olundu.
Müvafiq materiallar toplandıqdan, hətta onların nəşr olunmasından sonra da çar
hökumət dairələri islahatın layihəsini hazırlamağa tələsmirdi. Yalnız 1892-ci ildə
Tiflisdə xüsusi komissiya yaradıldı. Komissiya "Zaqafqaziya ölkəsinin xəzinə
torpaqlarında yaşayan dövlət kəndlilərinin torpaq məsələsi barədə" Qanunun layihəsini
tərtib etməli, həmçinin sahibkar torpaqlarından çıxarılmış kəndlilərin torpaq məsələsini
qaydaya salmaq problemini müzakirə etməli idi. Lakin komissiya islahat layihəsinin
hazırlanmasından qabaq Zaqafqaziyanın bütün beş quberniyası üzrə dövlət kəndlilərinin
torpaqla təmin olunması məsələsinin qaydaya salınmasının əsasları barədə geniş qeydlər
hazırlamağı lazım bildi və onun tərtibini komissiyanın sədri, müşavir
Y.S.Medvedyevə həvalə etdi.
Həmin sənəddə qeyd olunurdu ki, bütün qəzalarda tamamilə torpaqla təmin
olunmamış kəndli icmaları ilə yanaşı, torpaq çatış mazlığından korluq çəkənlər, hətta
artıqlaması ilə torpaqları olanlar da var
116
. Medvedyev torpaqsız və aztorpaqlı kəndliləri
boş olan xəzinə torpaqları hesabına təmin etmək təklifıni irəli sürür, eyni zamanda hesab
edirdi ki, bu torpaqlar azdır və pay torpaqlarını nizama salmaq üçün onun artığı kənddə
birindən alınıb onun həmkəndlisinə verilməlidir. Lakin kəndin sosial-iqtisadi vəziyyəti elə
idi ki, nəinki bu təklifı həyata keçirmək mümkün deyildi, artıq pay torpaqlarının bərabər
surətdə bölünməsi barədə heç söhbət də gedə bilməzdi.
"Qeydlər"də torpaqların hansı əsaslarla - istifadəyəmi, yoxsa xüsusi mülkiyyət
kimi kəndlilərə verilməsi məsələləri geniş yer tuturdu. Medvedyev belə hesab edirdi ki,
kəndli təsərrüfatı "olduqca aşağı mədəni səviyyədə" olduğuna və kəndlilər hökumətin
qayğısına ehtiyac duyduqlarına görə torpaq onlara xüsusi mülkiyyət hüququnda deyil,
daimi istifadə hüququnda verilməlidir
117
.
"Qeydlər"də kəndlilərə, vergi ödəmək şərtilə, meşə pay torpaqları verilməsi
məsələsinə də toxunulurdu, digər məsələlərlə yanaşı, bu və ya digər səbəb üzündən
sahibkar torpaqlarında olan dövlət kəndlilərinə də müəyyən yer ayrılır və bildirilmirdi
ki, "azad torpaq sahələri çatışmadığı üçün onları xəzinə torpaqları ilə təmin etməy in
mü mkünlüyü olduqca şübhəlidir"
118
.
1896-cı ilin başlanğıcında komissiya öz sədrinin "Qeydləri"ni müzakirə etdi.
"Pay torpaqlarının qaydaya salınması" məsələsinin müzakirəsi zamanı kəndlilərin
vəziyyəti ilə daha yaxından tanış olan komissiyanın bəzi üzvləri qeyd etdilər ki,
çoxtorpaqlı kəndlilərin torpaqlarının bir qismini onların əllərindən almaq yolu ilə pay
torpaq sahələrini qaydaya salmaq mü mkün deyil.
Komissiya Medvedyevin "Qeydləri" əsasında qanun layihəsini hazırladı. Bütün
materiallar Peterburq Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə təqdim olundu. Nazirlik isə,
öz növbəsində, bu materiallan Tiflisə, Qafqazın baş rəisinə, o isə layihəni mü zakirə
etmək üçün 1896-cı ilin sonunda idarəsinin nəzdindəki Şuraya göndərdi. 1897-ci
ilin may ında qanun layihəsini müzakirə edən Şura ü zvlərindən çoxu pay
46
torpaqlarının bərabər surətdə bölünməsinin və aztorpaqlı kəndlilərə boş xəzinə
torpaqları hesabına pay torpağı verilməsinin əleyhinə çıxd ı. On lar belə hesab
edirdilər ki, azad xəzinə torpaqları höku mət orqanlrın tərəfindən yalnız bu yerlərə
köçürülən rus kəndlilərinə verilməlidir.
Bununla onlar çarizmin böyük dövlətçilik, millətçilik siyasətinin
müstəmləkəçi mahiyyətini b ir daha nümayiş etdird ilər.
Əkinçilik və dövlət əmlakı naziri Qafqazın baş rəisinin rəyin i aldıqdan
sonra, onu öz sədarəti altında yaratdığı mərkəzi ko missiyanın 1898-ci ilin
əvvəlində keçirilmiş yığıncağında mü zakirə etdi. Bu ko missiya da pay torpaqlarını
normaya salmaq təklifini rədd etdi. Aztorpaqlı kəndlilərin torpaqla t əmin olunması
məsələsində də çarizmin müstəmləkə siyasətinə üstünlük verildi. Əkinçilik və
dövlət əmlakı naziri Yermolov qeyd etdi ki, Qafqazda rusların yerləşdirilməsi
mühü m dövlət əhəmiyyətli məsələdir və "bu vəzifə yerli əhalinin torpaqla təmin
olunması məsələsindən irəlidə olmalıdır"
120
.
Mərkəzi ko missiya Qafqaz rəisin in göndərdiyi qanun layihəsini bəzi
dəyişikliklər etdikdən sonra təsdiqə verdi. 1900-cü il mayın 1-də imperator II
Nikolay "Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərin in
torpaq təminatın ın mühüm əsasları"nı təsdiq etdi
121
. Bu qanuna görə, torpaq payları
onlardan əvvəlki qaydada istifadə edilməklə kənd icmalarına, kəndlərə və yaşayış
məntəqələrinə ayrılırdı. Beləliklə, dövlət torpaq mü lkiyyətçisi kimi qalırdı, dövlət
kəndliləri bu torpaqlardan icmalıqla istifadə etməli, bunun müqabilində dövlətə
töycü ödəməli, mü kəlləfiyyət daşımalı id ilər. Bu töycü 1900-cü il iyunun 12-də
müəyyənləşdirildi
və
"Qafqazda
xəzinənin
xey rinə
toplanan
evbaş ı
mü kəlləfıyyətlərin ləğvi və bunun əvəzinə dövlət töycü mükəlləfiyyəti və torpaq
vergisi haqqında" qanun verildi. Bu qanun 1901-c i il yanvarın 1-dən qüvvəyə
mindi.
Bu qanuna əsasən aşağıdakılar müəyyən edildi: 1) dövlət kəndlilərin in
daimi istifadəsində olan xəzinə torpaqları üçün töycü mü kəlləfiyyəti; 2) bütün
başqa torpaqlar üçün torpaq vergisi; 3) həmişəlik zemski vergisi. Töycü vergisinə,
torpaq vergisindən başqa, dövlət kəndlilərinin xalis gəlirlərinin 10-12 faizi də daxil idi
122
.
Bu qanun verildikdən sonra dövlət kəndlilərinin daşıdıqları mükəlləfiyyətlər
daha da ağırlaşdı. Əgər hər ailədən yığılan və hər ev üzrə toplanan vergi 1900-cü ilə
qədər bütün Qafqaz üzrə 1,5 mln manat təşkil edirdisə, 1900-cü il qanunu ilə bu vergi
iki dəfədən çox artdı. Sonrakı üç ildə pay torpaqları olan bütün Qafqazın dövlət
kəndlilərindən onların xalis gəlirlərindən toplanmış töycü mü kəlləfiyyətinin illik
məbləği 3426 min manata çatdı. Beləliklə, dövlətlə onun torpaqlarını becərən dövlət
kəndliləri arasındakı münasibət feodal asılılığı olaraq qalırdı
123
.
Kəndlilərin torpağa olan münasibəti qanun maddələrindən birində öz əksini
tapmışdı. Bu maddəyə görə, dövlət kəndlilərinin yalnız pay torpaqlarının istifadəçisi
olması nəzərdə tutulurdu
124
, deməli, feodalasılı münasibətlər qalırdı. Qanun dövlət
kəndlilərinin yığıncaqda iştirak edən və səs hüququna malik olanların üçdə ikisinin
47
razılığı ilə torpaqdan həyətyanı sahə kimi istifadə hüququna və bunun nəsildən-nəslə
keçməsinə icazə verirdi
125
. Qanunun bu maddəsi kənddə ictimai münasibətlərin
inkişafının gedişi, təbəqələşməsinin güclənməsi, kənddə kapitalist istehsal
münasibətlər milli inkişafı, torpaq sahələrinin bir qisminim varlı kəndlilərin və
qolçomaqların əllərində cəmləşməsi, yoxsul kəndlilərin bir qisminin torpaqsızlaşması,
onların muzdura çevrilməsi ilə bağlı idi. Qanun bu prosesi daha da sürətləndirdi və dövlət
kəndlilərinin torpaqdan istifadəsinin qaydaya salına biləcəyi barədə xülyasına son
qoydu, torpaqların varlı kəndlilərin əllərində cəmləşməsi üçün hüquqi şərait yaratdı.
1900-cü il qanununun qarşıya qoyduğu vəzifələri həyata keçirmək üçün, onun
özündə qeyd edildiyi kimi, Zaqafqaziyanın beş quberniyasında dövlət torpaqlarında
məskunlaşmış köçkünlərin torpaq məsələsini qaydaya salmaq barədə əsasnamə verildi.
Bu əsasnamə qanunun mahiyyətinə heç cür uyğun gəlmirdi. Çünki qanun kənd
icmalarının faktik istifadəsində olan torpaqları, onların planını və başqa aktları tərtib
edərək, icmaların istifadəsində saxlamağı tələb edirdi, əsasnamədə isə torpaq paylarının
verilməsi məsələsi mürəkkəbləşdirilmişdi. Belə ki, əsasnaməyə görə, pay torpaqları-
nın planları tərtib edilməli, bu planlar torpaq məsələsini qayday a salan komissiyalarda
təsdiq edilməli, bundan sonra kənd icmalarının pay torpaqlarının sərhədləri dəqiq
müəyyənləşdirilməli, torpaq ayrılması barəsində mətn hazırlanıb kəndlərə təqdim
edilməli id i.
Belə mürəkkəb üsul kənd icmalarına torpaq ayırmaq işinin xeyli ləngidirdi.
Əsasnamənin nəşrindən keçən 5 il müddətində - 1903-cü ildən 1908-ci ilə kimi, torpaq
quruluşu işi Qafqazın cəmi 361 kəndinə toxunmuş, həm də yalnız 135 kənddə başa
çatdırılmışdı.
1914-cü ilə qədər istifadələrində 1,3 mln desyatin torpaq olan Yelizavetpol
quberniyasının 1083 dövlət kəndindən yalnız istifadələrində 160 min desyatinə qədər
torpaq olan 103 kəndində, Bakı quberniyasında isə 2530 min desyatin dövlət
torpağından cəmisi 6537 desyatin torpaq mərzlən mişdi
126
.
Gətirilən rəqəmlər torpaq quruluşu işlərinin nə qədər ləng getdiyini göstərir.
Bu, çarizmin müstəmləkə siyasəti, artıq ömrünü başa vurmaqda olan feodal istehsal
münasibətləri qalıqlarını qoruyub saxlamaq cəhdi ilə izah olun malıdır.
Torpaq və çarizmin vergi siyasəti. 1912-1913-cü illər aqrar qanunları. XX
əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü
ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir
nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sis temini xəzinə
kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar
kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli
münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq
siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün
Cənubi Qafqazda, o cümlədən Quzey Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas
məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının - qolçomaqların şəxsində özünə
dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq
48
məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər.
Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin
aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır
və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və
xeyirxah aktdır.
1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi
haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha
ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox,
milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi.
Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq
edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki
çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar
kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə
kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının
müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız ü zərində qalmışdı.
1909-cu ilin əvvəlində - Stolıpin aqrar siyasətinin həyata keçirilməsinin
qızğın dövründə Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Cənubi Qafqaz
quberniyaları, o cü mlədən Azərbaycan üçün tərtib edilmiş qanun layihəsi yalnız
sahibkar torpaqlarda yaşayan kəndlilərə torpaqlarını ödənclə almaq və xüsusi
mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə
keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc
pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nəğd pulla deyil,
beşfaizli pul təəhhüdü ilə verilməli idi. Kəndlilər isə dövlət tərəfindən torpaq
sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı
idilər.
Qanun layihəsinə görə, kəndlilər çəmən, otlaq, meşə yerlərindən və su
arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov
tərəfindən tərtib olunan qanun layihəsi 1909-cu il aprelin 2-də canişin şurasının
müzakirəsinə verildi. Müzakirələr 1910-cu il mayın 22-nə qədər davam etdi. Qanun
layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin
idarəsinə öz tənqidi mülahizələrindən ibarət məktublarını göndərmişdilər. Onlar həmin
məktublarda kəndlilər tərəfindən torpaqların ödənclə alınması ilə əlaqədar bir çox
məsələlərə qarşı çıxırdılar. Yelizavetpol quberniyası torpaq sahiblərinin nümayəndəsi
Fərru x bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən
əsrin 60-70-ci illərindəki q iy mətilə müəyyənləşdirilməsinə etiraz edird i. Bu, yalnız
Fərru x bəy Vəzirovun deyil, bütün Azərbaycan torpaq sahiblərin in tələbi idi.
Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığ ından ehtiyat edən
hökumət bu tələblə razılaş maqdan çəkin məyə məcbur o ldu.
1910-cu il may ayının 22-də qanun layihəsi canişin idarəsi tərə findən
qəbul olunub, yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi yanında idarələrarası
müşavirəyə təqdim ed ild i. Burada qanun layihəsinin mü zakirəsi ilə əlaqədar
49
təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri ö zlərinin iki nü mayəndəsini -
Abbasqulu xanı və Cəfərqulu xanı 1910-cu il dekabrın 1-də Peterburqa göndərdi.
Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq l birini nəzərə aldı,
yəni kəndlilərin mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara,
Rusiyada olduğu kimi, pul verməli idilər. Müşavirə 1910-cu il dekabrın 20-da
qanun layihəsinə əhəmiyyətsiz dü zəlişlər edib, onu Nazirlər Şurasının sərəncamına
verdi.
1911-c i il mart ın 17-də Na zirlər Şu rası layihəni III Dövlət Du masına
təqdim etdi. Du mada Bakı və Yelizavetpol qu berniyaları torpaq sahiblərin in
nümayəndəsi Xəlil bəy Xas məmmədov iştirak edirdi. Bütün Zaqafqaziya torpaq
sahiblərinin nümayəndələri və millətçi-burjua deputatlar ödəncin xüsus i
sahibkarların xeyrinə aparılmasını tələb edir, hətta əkin üçün yararsız y erlərin
kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar.
III Du mada qanun layihəsinin əleyhinə ancaq sosial-demo kratla r səs
verdilər. Canişinin lay ihəsi ilə əlaqədar olaraq, sonradan bir deputatın da
qoşulduğu 34 deputat hələ 1908-ci ilin dekab rında Zaqafqaziyada kəndlilərin
mü lkədarlara olan mükəlləfiyyətli münasibətlərini ləğv etmək haqqın da özlərin in
qanunverici təkliflərini Du manın mü zakirəsinə vermişdilər. Bu təkliflərdə
göstərilird i ki, təhkimçiliy in qalıq ları iqtisadi və mədəni inkişafa mane olur,
"kəndli istis marının ən vahid formaların ın mühafizə olun masına və qüvv ət-
lən məsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə
saxlay ır". Qeyd edilirdi ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yerli
kəndlilərin Rusiyanın daxili quberniya kəndlilərindən iki-üç dəfə az pay torpaqları
olmasına baxmayaraq, onlar 3-4 dəfə artıq mükəlləfiyyət daşıyırlar. Kəndliləri ödənc
verməyə məcbur etmək onların onsuz da tükənmiş büdcələrinə əlavə və gücçatmaz yük
olar, təsərrüfat vəziyyətlərini sarsıdır, bu "görülən iş ədalətsizlik, ümumxalq və
ümumdövlət mənafeyinə açıqcasına zidd gedən bir aktlardı". Deputatların tələbləri asılı
və müvəqqəti mükəlləfiyyətli münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv
edilməsinə, müvəqqəti mükəlləfiyyətli və asılı kəndlilərdən, həmçinin Dağıstanda və
Zaqatala dairəsində olan asılı rəiyyətlərin və keşkəlçilərin torpaq sahibləri üçün icra
etdikləri hər cür mükəlləfiyyətlərin aradan qaldırılmasına, bu kəndlilərin istifadəsində
olan pay torpaqlarının, torpaq nizamnaməsində göstərilmiş sərhədlərə uyğun olaraq,
onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi.
Mülkədarların mənafeyini müdafiə edən canişin bu təkliflərin əleyhinə çıxdı.
1911-ci ilin mayında Dövlət Dumasının torpaq komissiyası 35 deputatın təklifini müzakirə
edib, kəndlilərin mülkədarlara müvəqqəti mükəlləfiyyətli münasibətləri ləğv etmək
mülahizəsi ilə razılaşdı. Lakin komissiya kəndliləri mülkədarlar qarşısında daşımalı
olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz
pay torpaqları müqabilində ödənc ödəmələ rini bunun üçün əsas şərt hesab etdi.
III Dövlət Dumasında qanun layihəsinə Stolıpin aqrar siyasətinin əsas
müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində
50
deyil, onun əlavələrində öz əksini tapmışdı. Bu əlavələrdən birinin məzmunu belə idi:
"Ayrı-ayrı kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə
başqasının əlinə keçə bilər...". Lakin pay torpağının sərbəst alınıb-satılmasını
məhdudlaşdırmaq üçün əlavələrdə müəyyən şərtlər də qoyulmuşdu. Həmin şərtlərə
görə, kəndli xüsusi mülkiyyəti sayılan pay torpağını ancaq kənd icmasının iclasında
kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan
torpağın qiyməti 500 manatdan baha olduqda, həmin torpaq ancaq maliyyə nazirinin
icazəsinə əsasən Daxili İşlər Nazirliyinin sərəncamı ilə alqı-satqı obyekti ola bilərdi.
Daha sonrakı müzakirə mərhələlərində qanun layihəsi torpağını ödənclə əldə etmiş
kəndliyə xüsusi mü lkiyyətçi hüquqi verirdi.
Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi
Dövlət Dumasında təsdiq olunduqdan sonra Dövlət Şurasına təqdim edild i, 1912-ci il
dekabrın 19-da Şuranın 36 ü zvünün razılığı ilə, heç bir dəyişiklik edilmədən 1912-
ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi.
1912-c i il 20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və Yelizavetpol
quberniyalarını, İrəvan quberniyasında isə Na xçıvan qəzasını da əhatə edirdi.
Qanun Zaqatala dairəsinə aid edilmədi. Müstəqil inzibati ərazi sayılan Zaqatala
dairəsində asılılıq münasibətlərin in ləğvi haqqında müddəalar isə 1908-ci ildə
canişinin tərtib etdiyi " Dağıstan və Zaqatala dairəsində kəndlilərin bəylərdən və
keşkəl sahiblərindən asılılıq münasibətlərin in ləğv edilməsi haqqında" qanun
layihəsində verilmişdi. Bu layihə 1910-1912-ci illərdə can işin idarələrində
dəfələrlə mü zakirə olunduqdan sonra 1912-ci ildə Daxili İşlər Nazirliyi yanında
idarələrarası müşavirəyə təqdim ed ild i. 1912-ci ildə IV Dövlət Du masında təsdiq
edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi.
1912-c i il 20 dekabr qanunu bütün Cənubi Qafqa zda olduğu ki mi,
Azərbaycanda da 1913-cü il yanvarın 1-dən həyata keçirilird i. Bakı və
Yelizavetpol quberniyaları ü zrə ödənc 1163 mülkə aid edilmişdi. 1913-cü il
yanvarın 1-dən etibarən 403,4 min desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi
mü lkiyyəti elan edildi, kəndlilər xüsusi mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə
faizlə b irlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid
edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.
Ödənc əməliyyatına başlamaq üçün 1913-cü ildə Azərbaycanda münsif
şöbələrin in sayı xeyli artırıldı. 1912-ci ildə, islahat ərəfəsində, Bakı və
Yelizavetpol quberniyalarında 12 münsif şöbəsi yaradıldı və 1913-cü ildə onların
sayı 32-yə çatdırıld ı.
Zaqatala dairəsində isə ödənc əməliyyatını aparmaq üçün üç münsif
vəzifəsi təsis edildi, bununla əlaqədar o laraq in zibati dairənin ərazisi 3 barışdırıcı
şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik ed ird i.
Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış
ödənc əməliyyatının ayrı-ayrı mərhələlərindən birincisində kəndlilər tərəfindən
veriləcək ödəncin hər kənd üzrə hesablanması üçün ilk hesablama siyahıların ın
51
tərtib edilməsinə 1913-cü ilin əvvəllə rində başlandı və 17 kənd istisna olunmaqla,
həmin ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması
ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının
kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678
rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və
onların borcu sonrakı illərə keçirdi.
İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1 -
dən ləğv olunmuş mükəlləfiyyət əvəzində bəylər ödənc almağa başladılar. 1915-ci il
yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu
almaq üçün vəsiqə verildi. Torpaq sahibləri həmin vəsiqələr üzrə 241811 rubl ödənc
pulu almışdılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsində ikinci və üçüncü
barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu alması başa çatdırılmışdı, ancaq
birinci barışdırıcı şöbədə Zaqatala xəzinəsinin bəylərə və keşkəl sahiblərinə 16962 rubl
borcu qalmışdı.
1912-ci il qanunu üzrə ödəncə aid edilmiş mülklərdə pay torpaqlarının
ölçülməsi ödənc əməliyyatının başqa bir mərhələsi idi. Kəndlilər üçün pay torpağının
mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki
münsiflər çox vaxt pay torpağının sahəsini əslində olduğundan artıq göstərir, yararsız
torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc
pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb
edirdilər. Lakin bu proses çox ləng gedirdi. 1913-cü ildən 1916-cı ilin axırına qədər
keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında
mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i
yerinə yetirilmişdi.
Bakı və Yelizavetpol qubemiyalarında ilk hesablama siyahılarının tərtib
edilməsindən sonra münsiflər pay torpağı üzrə mübahisə doğurmayan mülklər üçün
ödənc aktı tərtib edirdilər, pay torpağının sahəsi, mərzi ilə əlaqədar mübahisəyə səbəb
olmuş mülklər üçün isə ödənc aktının tərtib edilməsi yerin ölçülməsinə qədər təxirə
salınırdı.
Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün ödənc aktlarının
tərtib və təsdiq olunub-olunmamasının əhəmiyyəti yox idi, çünki, yuxarıda göstərildiyi
kimi, kəndlilər ödənc aktlarının tərtib və təsdiq edilməsinə qədər artıq ilk hesablama
siyahıları üzrə ödənc pulunu ödəməyə başlamışdılar. Ödənc aktlarının tərtib və təsdiq
edilməsi ilk hesablama siyahılarında təxmini hesablanmış ödənc pulunun qədərini
dəqiqləşdirmək və rəsmiləşdirmək məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki,
ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci
ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə
tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq
etmişdi.
1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli
olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci
52
il qanunu üzrə, ödənc əməliyyatı bir neçə mərhələdən ibarət olduğu halda, Zaqatala
dairəsində bu mərhələlər yox idi, çünki ödənc əməliyyatının başlanmasına qədər, hələ
1908-ci ildə ödənc pulunun məbləği Zaqatala dairəsinə ezam edilmiş komissiya
tərəfindən müəyyən olunmuşdu. Odur ki, ödənc əməliyyatı başlayan zaman münsifin
vəzifəsi ödənc pulunu hesablamaq deyil, onu ancaq hər kənd üzrə həyətlər arasında
bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini
həyata keçirməyə ehtiyac qalmamışdı.
1912-1913-cü illər qanunları aqrar məsələni həll edə bilmədi. 1870-ci il
islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə
satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun
aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı.
1912-1913-cü illərin aqrar qanunları təhkimçilər tərəfindən həyata
keçirilməsinə və təhkimçilik aktı olmasına baxmayaraq, öz məzmununa görə burjua
xara kteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis
burjua xarakterli hadisə idi. Məhsul mülkiyyətinin ləğv edilməsi, kəndlinin ödənc
ödəməyə başlaması sahibkar kəndində kapitalist münasibətlərinin inkişafını,
təbəqələşməni daha da sürətləndirirdi, yoxsullaşmış və əmlakdan məhrum olmuş
kəndlilərin sayını artırırdı, tavanalı və tavanasız kəndli qrupları özünü daha aydın
göstərməyə başlayırdı. Bu qanunlar sahibkar kəndinin iqtisadi həyatında kapitalist
münasibətlərin in kişafını daha da sürətləndirirdi.
Dostları ilə paylaş: |