§ 3. BAŞQA SƏNAYE SAHƏLƏRİ
1903-cü ilin ikinci yarısında, böhranın sona yetməsi ərəfəsində
Azərbaycan sənayesində müəyyən canlanma başlandı. Bakının sənaye həyatında
mühü m yer tutan me xaniki istehsalat sahələri arasında maşınqayırma sənayesi daha
üstün rol oynayırdı. Şəhərin sənaye rayonunda fəaliyyət göstərən, fəhlələrinin sayı
400-600 nəfərə çatan müəs sisələrindən ən irilə ri "Ba kı maşın istehsalı, ne ft
sənayesi və ticarət" cəmiyyətinə məxsus Kaspi maşınqayırma və qazma zavodları
idi. Onlar ağ neft və sürtkü yağı zavodları üçün lazım o lan materiallar, neft çənləri,
buruq dəzgah və alətləri, bu xar qazanları istehsal edir, çuqundan və misdən tökmə
işləri görür, buruqla neft quyusu qazma ilə məşğul olurdular
63
.
1905-1906-c ı illər bu maşınqayırma zavodlarının fəa liyyətində yüksəliş
zirvəsinə qalxma dövrü id i. Məh z bu zaman onlarda fəhlələrin sayı 1000 nəfərə
çatmış və 1,6 mln manatlıqdan artıq məmulat is tehsal edilmişdi.
Bu iki iri maşmqayırma zavodu ilə yanaşı, Bakıda fəhlələrinin sayı 200-
dən çox olan d igərləri də fəaliyyət göstərirdilər. Onlar "Benkendorf və K°" ticarət
evinə, "Kaspi-Qara dəniz cəmiyyəti"nə və Y.S.Maln ikova məxsus zavodlar idi.
Ümu miyyətlə, XX yüzilliyin əvvəllərində Bakıda 1400-1850 fəhləsi o lan
maşınqayırma zavodlarının sayı 13 id i. Onlardan 1907-1910-cu illərdə 3-5-nin və
1911-1915-c i illə rdə isə 7-sinin xüsusi çəkisi istehsal həcmi və fəhlə lərin sayına
görə əhəmiyyətli yer tut murdu. Maşınqayırma zavodlarında çalışan fəhlələrin 75-
85 faizi, illik istehsal həcmin in isə 80-90 faizi iri maşınqayırma zavodlarının payı-
na düşdüyü üçün onlan iri maşınqayırma sənayesi kateqoriyasına aid etmək olar.
Bakıda podrat üsulu ilə buruqqazma neft sənayesinin ayrılmaz hissəsini
təşkil edən ən iri sahələrdən biri id i. Bu radakı müəssisələrin hər birində çalışan
fəhlələrin sayı 100-dən az olmurdu. Bəzi müəssisələrdə müəyyən illərdə 500,
azərbaycanlı sahibkar M.Mu xtarov ve "Molot" şirkətinə məxsus olan zavodlarda
isə 1000 nəfərdən ço x fəhlə işləyirdi. Mu xtarovun sərəncamında bürünc işi ilə
məşğul olan, əsası 1891-ci ildə qoyulmuş iki mexan iki zavod var idi. Biri Sabun -
çuda, digəri isə Bibiheybətdə yerləşən bu zavodlarda 1907-ci ildə 1950 nəfər fəhlə
çalışırdı
64
. 1913-cü ildə Muxtarovun müəssisələri daha da genişləndi, onun üçüncü zavodu
Suraxanıda fəaliyyətə başladı
65
.
"Molot" şirkətinə məxsus digər iki zavoddan birinin əsası 1903-cü ildə
qoyulmuşdu
66
. Onlardan biri Balaxanıda, digəri isə Bibiheybətdə yerləşirdi. "Molot"
şirkətinin üçüncü zavodu 1914-cü ildə Suraxanıda işə düşdü. Bütün zavodların illik
istehsal məbləği 6 milyon rubuldan çox id i.
100-dən 500-ə qədər fəhləsi olan digər iri müəssisələr Qalperinə, "Votan"
şirkətinə və başqalarına məxsus idi. Bakıda 50-dən çox-100-dən az fəhləsi olan başqa
zavodlar da var idi. 1913-cü ildə Bakıda buruq işi ilə məşğul olan 55 mexaniki zavod
fəaliyyət göstərirdi
67
.
Bakı limanının Rusiyada ən iri gəmiçilik mərkəzinə çevrilməsi, burada müxtəlif
29
mallar daşıyan gəmilərin və digər nəqliyyat vasitələrinin ildən-ilə artması gəmi təmiri
istehsalının sənaye həyatında mühü m yer tutması ilə nəticələndi.
Bakıda gəmi təmiri ilə xüsusi tərsanələr və mexaniki emalatxanalar məşğul
olurdu. XX əsrdə biri "Qafqaz və Merkuri" gəmiçilik cəmiyyətinə, o biri "Nobel
qardaşları" şirkətinə məxsus iki ellinq fəaliyyət göstərirdi. Hər ikisi ən iri müəssisə idi və
"Nobel qardaşları"-nın ellinqində fəhlələrin sayı 1913-cü ildə 775-ə, 1915-ci ildə isə
995-ə çatır, illik istehsal məbləği isə bəzi illərdə 2 milyon manata qalxırdı. "Qafqaz və
Merkuri"nin ellinqində fəhlələrin sayı 250-350 nəfər idi.
Ellinqlərlə yanaşı, doklar da gəmi təmir edirdi. XX əsrin əvvəllərində Bakıda
"Bakinskiy dok" şirkətinə və A.Dadaşova məxsus olan iki tərsanə var idi
68
. 1903-cü ildə
onların sayı üç oldu
69
. Sonuncusu H.Z.Tağıyev, Dadaşov, Pitoyev və başqalarına məxsus
"Bakinskiy dok"un mülkiyyətində idi. Hər üç tərsanə iri kapitalist müəssisələri idi.
"Bakinskiy dok" şirkətinə məxsus olan iki tərsanədə 100-dən 250-yə qədər fəhlə
işləyird i.
Ellinq və doklardan başqa, Bakıda gəmi təmiri ilə məşğul olan 10-a qədər iri
və kiçik emalatxana var idi. Bütün gəmi təmiri müəssisələrində orta hesabla 1750-2185
fəhlə çalışır və onların illik istehsal məbləği 1500-2800 min rubla bərabər idi.
Bakıda buxar qazanları istehsal edən, "Kaspi-Qara dəniz cəmiyyəti"nə və "Neft
sənayesi və ticarət cəmiyyəti"nə məxsus olan iki iri müəssisədə XX yüzilliyin ikinci
onilliyində 200-dən çox fəhlə çalışırdı. "Nobel qardaşları" şirkətinə məxsus olan digər
iki iri müəssisədə həm buxar qazanları, həm çənlər, neft sənayesi üçün zəruri olan
alətlər istehsal olunur, həm də təmir işləri aparılırdı.
Ümu miyyətlə, buxar qazanları istehsal edən, 2371 nəfər fəhləsi olan 14
müəssisənin çoxu, 16 fəhlə işlətməsinə baxmayaraq, inkişaf mərhələsində olan kiçik
ema lat xana idi.
Neft sənayesi, xüsusən buruqqazma işlərinə, bəzi başqa sənaye sahələrinə də
kanat tələb olunduğu üçün Bakıda onun istehsal sahəsi yaranmış və XX əsrin
əvvəllərində 3-4 müəssisə fəaliyyət göstərmişdi. Onların M. Q. Əlibəyova məxsus olanı
iri müəssisə idi
70
və 1913-cü ildə daha da genişləndirilərək, eyni za manda dinamit də
istehsal etməyə başlayaraq "Neft buruq quyularında dinamit partlayışları həyata keçirən
şirkət"ə çevrildi
71
. Onun sahibkarı bir ildən sonra özünün bütün müəssisələrini
birləşdirib "MQ.Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar
cəmiyyəti"ni təşkil etdi
72
.
Göstərilən mexaniki müəssisələrdən başqa, Bakıda təkcə təmir işi görən
onlarca iri və kiçik zavod, həmçinin emalatxana var idi. Yalnız bir hissəsi neft
sənayeçilərinin mülkiyyəti olan bu müəssisələrin digər hissəsi isə əsasən kiçik
müəssisələr id i və onların sahibləri neft sənayesi ilə əlaqədar deyildi. Onlar neft
sənayeçilərinin sifarişi ilə mədən avadanlıqlarını təmir edirdi.
Sürətlə böyüyən Bakının durmadan artan əhalisini lazımi ərzaqla təmin etmək
üçün burada yeyinti sənayesi sahələri genişlənməyə başladı. Bu zaman birinci yeri
unüyütmə və çəltiktəmizləmə sahələri tuturdu.
30
1913-cü ildə Bakıda 9 dənüyüdən və çəltiktəmizləyən dəyirman fəaliyyət
göstərir, ildə 12 mln rubulluq məhsul hazırlayırdı. A.Quliyevin dəyirmanları iri kapitalist
müəssisələri idi
73
. Sonralar o, "Ağabala Quliyevin dənüyüdən və çəltiktəmizləyən
dəyirmanlarının Qafqaz səhmdar cəmiyyəti"ni yaratdı
74
. H.Z.Tağıyevin və "T.Qlaz
qardaşları və Ş.Kretinqenin cəmiyyəti"nin mülkiyyətində olan un dəyirmanları da,
çəltiktəmizləyən 5 dəyirmandan bəziləri də iri müəssisələr idi. Sonuncuların 1906-cı
ildə istehsal məbləği 6 mln rubl olmuşdu.
Bakı sənayesində tütün məmulatı istehsalı da mühüm yer tuturdu. Ən iri tütün
fabriki Mirzəbekyan qardaşlarına məxsus idi
75
. Əzizbəyovun 1905-ci ildə fəaliyyətə
başlayan iri tütün fabriki
76
həm fəhlələrin sayına, həm də istehsal məbləğinə görə
Mirzəbekyan qardaşlarının fabrikindən böyük idi və buxar mühərriki ilə təmin
olunmuşdu
77
.
Bakıda araq istehsalı sahəsi də inkişaf etmişdi - iki araq zavodu
78
, 1903-1913-cü
illərdə "İstoçnik" şirkətinə məxsus olan araq-likyör zavodu fəaliyyət göstərirdi
79
. Araq
zavodları içərisində 100-dən artıq fəhləsi olan iri müəssisələr var idi. Əsrin
əvvəllərində Azərbaycandan kənarda "Fon-Binako və K° jiquli pivə zavodu şirkəti"
yaradıldı
80
. Həmin şirkət 1908-ci ildə Zığda bütün Cənubi Qafqazda ən iri kapitalist pivə
istehsalı müəssisəsi olan "Vakana" pivə zavodunun əsasını qoydu
81
. Burada 1909-cu ildə
161, 1913-cü ildə 199 fəhlə çalışırdı. Onlardan 50 nəfəri qadın idi. 1912-ci ildə Bakı
şəhərinin özündə Beynerovskilər şirkətinə məxsus olan pivə zavodunun əsası qoyuldu.
Bakıda 10 müəssisə mineral sular, limonad, kvas və başqa spirtsiz içkilər
buraxır, 20-dən çox müəssisə şirniyyat, 11 fabrik kolbasa məmu latı istehsal edirdi
82
.
Abşeron yarımadasında təbii şirin su mənbələri olmadığı üçün neft şəhərinin
içməli su ilə təchizatı ən vacib problem idi. Ona görə Bakıda "Arrur Koppel" səhmdar
cəmiyyətinə məxsus böyük içməli su qurğusu işləyirdi. Buradakı 12 buxar qazanı onun çox
nəhəng qurğu olmasına dəlalət edirdi
83
. 1907-1908-ci illərdə Bakıda "Suraxanı-Kür"
səhmdar cəmiyyətinin mülkiyyəti olan sutəmizləyən stansiya da fəaliyyət göstərirdi.
Bakıda 1904-ci ildən yağ zavodu
84
, XX əsrin ikinci onilliyində konserv zavodu
var idi
85
.
Zığ, Masazır, Ceyranbatan və b. şorsulu göllərdən hər il 400 min puda qədər duz
yığılırdı
86
, duz dəyirmanı 1909-cu ildə işə düşmüşdü
87
.
Bakıda H.Z.Tağıyevin "Lifli şeylər hazırlayan Qafqaz səhmdar cəmiyyəti"nin
bütün Rusiya imperiyasında ən iri fabriklərdən biri olan müəssisəsi fəaliyyət göstərirdi.
Onun yaxınlığında 2500 fəhlə və qulluqçu üçün qəsəbə, məktəb, sutəmizləyici qurğu,
elektrik stansiyası, fabrikin məhsullarını ağartmaq və boyamaq üçün xüsusi binadan ibarət
kompleks salınmışdı. Tağıyevin bu səhmdar cəmiyyətinin əsas kapitalı 4 mln rubul idi
88
.
Təmir emalatxanası da olan fabrikdə 1000 nəfər fəhlə işləyir, eyni zamanda qadın
əməyindən istifadə olunurdu. Belə ki, 1913-cü ildə fabrikdə 152 qadın çalışırdı.
XX əsrin əvvəllərində Ba kı şəhərində çap işi sürətlə inkişaf edird i.
Şəhərdə 20-dən artıq mətbəə var id i.
Bakıda yüngül sənaye sahələrindən biri də sabunbişirmə sənayesi idi.
31
1904-cü ildə Ba kıda 4 sabunbişirmə zavodu fəaliyyət gös tərirdi
89
.
Əhalinin sayının artması ilə əlaqədar yaranan tələbatı ödəmək üçün paltar
və ayaqqabı istehsalı da genişlənir, yeni kiçik müəssisələr açılırd ı. 1903-cü ildə
Bakıda 1708 nəfər mu zdlu fəh ləsi olan 492 belə müəssisə var idi. Onların illik
məhsuldarlığı bir milyon manatdan çox id i.
Sənayenin sürətli inkişafı və onunla əlaqədar əhali artımı tikinti işlərin in
xeyli genişlən məsinə, tikinti materia lla rı istehsalı sahəsinin inkişafına səbəb oldu.
Yü zilliyin əvvəllərində Bakıda 500 fəhləsi olan 20 kərp ic zavodu fəaliyyət
göstərirdi
90
. 1905-ci ildə Keşlədə t ikilən sement zavodu bütün Qafqazda ilk se ment
zavodu idi. O, sahibkar Həsənova mə xsus idi. Se mentə tələbat durmadan artdığı
üçün zavod ildən-ilə genişlənərək, 1913-cü ildə 140-a qədər fəhləsi olan ço x böyük
sənaye müəssisəsinə çevrilmişdi
91
.
Neft sənayesi və tikinti işləri ta xta-şalban istehsalını genişləndirməy i tələb
edirdi. Bu sahə üç istiqamətdə inkişaf edirdi: mexan iki yolla taxta-şalban istehsalı,
xarratlıq işləri və çəllək istehsalı. "Nobel qardaşları" firmasına məxsus olan taxta-
şalban zavodu iri kapitalist müəssisəsi idi
92
.
Xarrat emalatxanaları əsasən tikinti işlərinə olan tələbatı ödəyirdi. 1903-
cü ildə Bakıda aparılmış siyahıyaalman ın materiallarından göründüyü kimi, burada
528 fəhləsi olan 86 xarrat emalatxanası
93
, 292 fəhləsi o lan 33 dü lgər
94
və 49 fəhləsi
olan daha 4 xa rrat e ma lat xanası fəaliyyət göstərirdi
95
. 1913-cü ildə Ba kıda 586
fəhləsi olan 128 xarrat emalatxanası var idi
96
.
Beləliklə, yu xarıda adların ı çəkd iyimiz istehsal sahələri içərisində aparıcı
rol həm fəh lələrin sayına, həm də istehsal həcminə görə mexan iki istehsala məxsus
idi. 1913-cü ildə bu istehsal sahəsində 15 min fəhlə çalışırdı. Onların böyük
əksəriyyəti (84-85 faizi) iri və ço x iri müəssisələrdə işləyird i. Mexaniki istehsal
sahələrinin istehsal məb ləği 20-25 mln rubla bərabər idi və bu məbləğin 20-23 mln
rublu iri və ən iri mexaniki müəssisələrin payına düşürdü.
Bakının həyatında mühüm yer tutan yeyinti və yüngül sənaye sahələrində 9
min fəhlə çalışır və illik istehsal məbləği 35 mln. rubla çatırdı. Buradakı iri və ən iri
müəssisələr cəmi 5-6 faiz təşkil etməsinə baxmayaraq, bütün fəhlələrin 50 faizi, yüngül
və yeyinti sənayesi sahələrinin illik istehsal məbləğinin 75 faizdən çoxu onlarda
cəmləşmişdi.
Adları çəkilən sənaye sahələri neft sənayesi ilə birlikdə Bakının sənaye
həyatında aparıcı rol oynayırdı. Əgər 1907-1910-cu illərdə neft istehsalı sənayesində
31.556, 1913-cü ildə 27.764 fəhlə çalışırdısa, digər sənaye sahələrində həmin
müddətlərdə 23.191 və 22.129 fəhlə işləyirdi. Göründüyü kimi, fərq o qədər də böyük
deyildi.
Azərbaycan qəzalarında isə digər sənaye sahələri inkişaf edirdi. Onların ən
mühümü mis istehsal sahəsi idi. 1906-cı ildə Gədəbəy mədənlərində çıxarılmış 4658
min pud mis filizi bütün Rusiyada hasil olunan həcmin 1/4-ni təşkil edirdi. Onun bir
ildən sonra 6.270 min puda çatan həcmi bütün Rusiya üzrə hasil edilmiş mis külçəsinin
32
1/3-nə bərabər idi. 1907-ci il ən çox mis filizi çıxarılan il kimi xa rakterizə olunur.
Çıxarılan mis filizinin bir hissəsi Gədəbəy və Cənubi Qafqazın digər misəritmə
zavodlarına daxil olurdu. 1910-cu ildə Gədəbəy mis mədənlərində 1118 fəhlə çalışırdı
97
.
Gədəbəy mis zavodu çox böyük kapitalist müəssisəsi idi. Bu zavodun buxarla
işləyən 3 maşın, 3 mühərrik, 1 dinamomaşın, filizi yandırmaq üçün 27 soba, qara misi
əritmək üçün 3 soba, xalis misi əritmək üçün 2 soba, elektrik işığı və təmir emalatxanaları
ilə təmin olunması onun möhtəşəmliyinə dəlalət edirdi. Zavodu Qalakəndlə
əlaqələndirən xüsusi dəmir yol xətti çəkilmişdi. 1911-ci ildə Gədəbəy mis zavodu 1,2
mln rublluqdan çox məhsul vermişdi
98
. Zavodda 1300-1500 fəhlə çalışırdı. Daşkəsəndə
isə dəmir və kobalt yataqları var idi. Lakin onların istismarı aşağı səviyyədə idi.
Azərbaycanda balıq sənayesi də xeyli inkişaf etmişdi. 1907-ci ildə təkcə
dənizkənarı rayonlarda 713 vətəgə var idi
99
. 1912-ci ildə balıq sənayesinin istehsal həcmi
16,2 mln rubla bərabər olmuşdu. Ondan 13 mln rublu balıq, 3,2 mln rublu isə balıq
məhsullarının payına düşürdü
100
. Balıq ovlayan bütöv bir donanma var idi. İri balıq
vətəgələri olan rayonlarda yaşayış məntəqələri salınmış, balıq zavodları tikilmişdi
101
.
Azərbaycan balıq sənayesinin məhsulları Tiflis, Həştərxan və Rusiyanın daxili şəhərlərinə
ixrac edilirdi. Bütün iri, hətta bəzi xırda balıq vətəgələrinin sahibləri bilavasitə balıq və
balıq məhsulları satışı və ixracı ilə məşğul olur, bəzən kiçik sahibkarların məhsullarını
da nisbətən ucuz qiymətə alırdılar. Azərbaycanda balıq sənayesinin on minlərlə işçisi
var idi. Məsələn, 1912-ci ildə balıq sənayesində 40 416 fəhlə çalışırdı. Bu sənayedə,
xüsusilə balıq məhsullarının hazırlanmasında qadın əməyindən geniş istifadə olunurdu.
Hələ 1911-ci ildə balıq sənayesində 3332 qadın çalışırdı
102
.
Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar yeni sənaye sahəsi - pambıq
emalı sənayesi yaranmışdı. Pambıq rayonlarında yaranmış ilk zavodlar məhsuldarlığı
aşağı səviyyədə olan kiçik müəssisələr idi. Onlar at qüvvəsi ilə, yaxud əllə hərəkətə
gətirilən və lazım gəldikdə bir yerdən başqa yerə aparılan pambıqtəmizləyən qur-
ğulardan ibarət idi. Bir qədər sonra ağ neftlə hərəkətə gətirilən mühərriklər meydana
çıxdı. Bu isə lazımi avadanlıqla təchiz olunmuş bina, ixtisaslı ustalar tələb edirdi.
Beləliklə, pambıqtəmizləyən, pambıq emalı zavodları meydana çıxdı və onların sayı ilbəil
artdı. 1911-ci ildə Azərbaycanda artıq 40 pambıq emalı zavodu fəaliyyət göstərirdi.
Çoxunda mühərriklər ağ neft və buxarla hərəkətə gətirilən bu zavodların 14-də 800-850
fəhlə çalışırdı və illik istehsal həcmi 2 mln rubla çatırdı
103
. Əsasən İrəvanda, Gəncədə,
Ağdam, Cavad və Göyçay qəzalarında cəmləşmiş zavodların çoxu 8-10 fəhləsi olan kiçik
müəssisələr idi. Onlarla yanaşı, Petropavlovskda, Hacıqabulda, Salyanda, bəzi başqa
yerlərdə fəaliyyət göstərən zavodlar elektrik işığı və müxtəlif avadanlıqla təmin olunmuş
iri kapitalist müəssisələri idi.
Təmizləndikdən sonra Rusiyanın toxuculuq fabriklərinə və xarici ölkələrə
ixrac olunan pambıq məngənələrdə sıxılırdı. Ona görə də zavodların çoxunda
əksəriyyəti vintli olan məngənələr var idi. "Voqau və K°" nın zavodu isə hidravlik
məngənələrə malik idi.
XX əsrin əvvəllərində ipək emalı sənayesi yeni inkişaf mərhələsinə daxil
33
oldu. 1905-ci ildə Yelizavetpol quberniyasında 2944 fəhləsi olan 435 fabrik 1305 mln.
rublluq məhsul vermişdi. 1913-cü ilə yaxın fabriklərin sayı 80-ə enmiş, istehsal həcmi isə
üç dəfə artaraq 5 mln rubl olmuşdu. Sayca azalma onu göstərir ki, bir çox kiçik
müəssisələr ya iflasa uğramış, ya da iri sahibkarların ixtiyarına keçmişdi. İpəkçiliyin əsas
mərkəzi olan Nuxa qəzasında 109 fabrik fəaliyyətdə idi. Onlardan 45-i maşınlar və
buxar mühərrikləri ilə təmin olunmuşdu, fəhlələrin sayı isə 150-300 nəfərə çatırdı.
Şuşa qəzasındakı 21 fabrikdən yalnız 8-i belə texnika ilə təmin olunmuşdu və
fəhlələrin sayı 100-150 nəfər idi
104
. Bir qədər iri kapitalist müəssisələri zəif, kustar
müəssisələri özlərinə tabe etmişdi. İri fabriklərin nəzdində ipək əyirici şöbələr var
idi.
İpək emalı fabriklərinin hazır məhsulu Moskvaya, Rusiyanın başqa şəhərlərinə
və xaricə ixrac olunurdu
105
. Bu dövrdə Cənubi Qafqazda fəaliyyətdə olan 120 ipək emalı
fabrikindən 114-ü, ixrac edilən məhsulun ən azı 90 faizi Azərbaycanın payına düşürdü.
Bu dövrdə tütün sənayesi də müəyyən inkişaf mərhələsi keçirirdi. Bakıda
olan iri fabriklərdən başqa, Şəkidə üç, Şamaxıda iki, Gəncədə və Ağdamda bir tütün
fabriki var idi. Əsasən maxorka məhsulu istehsal edən bu fabriklərin hamısı kiçik
müəssisələr idi. Hazır tütün məhsulları Bakı və Gəncədə olan anbarlara yığılır, buradan
Rusiyanın daxili quberniyalarına, Xəzərsahili vilayətlərə və İrana ixrac olunurdu
106
.
Əvvəlki illərdə olduğu kimi, Azərbaycanın əsas pambıqçılıq rayonları
Şamaxı, Göyçay, Şuşa və Yelizavetpol qəzaları idi. Çaxır istehsalı və spirtçəkmə işi Şuşa
qəzasında Xublarov qardaşları və Soqomonovlar, Göyçay qəzasında Ağayev qardaşları
və Şustov şirkəti, Yelizavetpol qəzasında Forer qardaşları, Humel qardaşları, Plemyannikov
və knyaz Qolitsın kimi iri sahibkarların əllərində idi. 1913-cü ildə Azərbaycanda
3842490 vedrə çaxır istehsal olunmuşdu ki, bu da yüzilliyin əvvəllərindəkinə nisbətən iki
dəfə çox idi və Cənubi Qafqazda istehsal olunmuş çaxırın 25 faizini təşkil edirdi.
Çaxır istehsal edən, araq və spirt çəkən müəssisələrin çoxu kiçik idi və hər
birində 20-30 fəhlə çalışırdı. Lakin onların içərisində buxarla hərəkətə gətirilən
mühərrikləri, xeyli fəhlə qüvvəsi və böyük istehsal həcmi olan müəssisələr də var id i.
Azərbaycanda konyak spirti istehsalı da davam edirdi. Konyak zavodları
Göyçayda, Bərgüşad stansiyasında, Novruzlu kəndində, Əli Mərdanlıda və Ağdamda
idi. 1906-cı ildə 9 spirt saflaşdırma zavodundan biri Bakıda, üçü Ucarda, digərləri isə
Kürdəmirdə, Gəncədə və b. yerlərdə idi
107
.
Çaxır və spirt ticarəti möhtəkir çaxır tacirlərinin əllərində cəmləşmişdi.
Möhtəkirlər aldıqları külli miqdarda çaxır və spirt məhsullarını Bakı, Tiflis, Moskva,
Peterburq, Riqa, Həştərxan və Xarkova, hətta Sibirin bəzi şəhərlərinə ixrac edirdilər
108
.
Göstərilən sənaye və kustar müəssisələrindən başqa, Azərbaycan qəzalarında
yüzlərlə yüngül və yeyinti sənayesi məmulatları, tikinti materialları istehsal edən
sənaye sahələri, Tovuzda sement zavodu, dəyirmanlar, kərpic, gön-dəri və s.
müəssisələr fəaliyyət göstərirdi.
Azərbaycan qəzalarında təsərrüfatın bütün sahələri üzrə fəaliyyət göstərən
müəssisələr arasında həm fəhlələrin sayına, həm də istehsal həcminə görə birinci yeri
34
yeyinti sənayesi tuturdu. Bu sənaye sahəsində 1913-cü ildə 53 min fəhlə çalış mış,
istehsal məbləği isə 77 mln rubl olmuşdu. Yüngül sənaye sahəsində isə 11,5 min fəhlə
işləyird i və istehsal həcmi ildə 20 mln rubl idi.
Yeyinti və yüngül sənaye müəssisələri fabrik inkişafı səviyyəsində olsalar da,
böyük əksəriyyəti kiçik, bəzi hallarda isə orta kapitalist müəssisələri idi. İri kapitalist
istehsalına Azərbaycan qəzalarında dağ-mədən sənayesini və qismən də ipək emalı
sənayesini aid etmək o lar.
§ 4. KUSTAR İSTEHSAL
XX əsrin əvvəllərində sənayenin inkişafı bir çox kustar istehsal sahələrini və
sənətkarlığı böyük dəyişikliklərə uğratdı. Lakin eyni zamanda şəhər və kənd əhalisinin
məişətdə mühüm rol oynayan sənət sahələri - dülgərlik, dəmirçilik, zərgərlik, tikinti
materialları istehsalı inkişaf etməkdə id i.
Sənətkarlıq mərkəzləri, XIX yüzillikdə olduğıı kimi, yenə də əsasən şəhərdə idi.
Onların içərisində Bakı xüsusilə seçilirdi. Burada həmçinin mədən-zavod rayonlarında
kustar istehsalı və sənətkarlığın mü xtəlif növləri ilə muzdlu ə mək tətbiq etməklə də
məşğul olurdular
109
.
Kustar istehsal sahələri arasında xalça toxuculuğu daha geniş yayılıb inkişaf
etmişdi. Bakı quberniyasının Quba qəzası xalçaçılıqda bütün Cənubi Qafqazda birinci
yeri tuturdu. 1912-ci ildə Quba qəzasının 111 kəndindən 97-də xalçaçılıqda 39979
nəfər, yəni bütün əhalinin 22,7 faizi məşğul olurdu
110
. Burada toxunan xalçalar "Çiçi",
yaxud "Quba" adlanırdı
111
. 1908-1909-cu illərə dair məlumata görə, Quba qəzası
kəndlilərinin illik gəlirlərinin 40 faizi, Şuşa qəzasında isə 30 faizi xalçaçılıqdan əldə
edilirdi
12
. 1912-ci ildə Yelizavetpol qəzasında sənətkar əhalin in 48 fa izdən ço xu
xalçaçılıq la məşğul olur, əsasən Qazax xalçaları to xunurdu.
Bakı, Şamaxı, Lənkəran və Cavad qəzalarında da xalçaçılıqla məşğul olur,
"Bakı", "Muğan" xalçaları, xalı, gəbə, sumax tipli xalça məmulatı, məişətdə işlənən
məfrəş, xurcun, heybə, çuval və s. də hazırlayırdılar.
Xalçaçılığı təkmilləşdirmək üçün Bakıda, Şuşada, Yelizavetpol qəzasında,
İmamqulukənddə, Naxçıvanda tədris -nümayiş emalatxanaları açılmışdı
113
.
Xalça istehsalı sahəsində muzdlu əmək və texnikadan istifadə edən
emalatxanalar da var idi, lakin onlar bütünlüklə manufaktura səviyyəsinə
yüksəlməmişdi. Xalçaçıların böyük əksəriyyəti eyni zamanda kənd təsərrüfatında çalışır
və başqa işlərlə məşğul olurdular, xalçaçılıq isə ev istehsalı səciyyəsi daşıyırdı.
35
Azərbaycanda xalçaçılıqla yanaşı, 40 növə qədər sənətkarlıq məşğuliyyəti ilə
çalışanlar var idi. Onlar ağac və taxtadan düzəldilən məhsullar istehsal edir, xüsusən kənd
təsərrüfatında işlədilən bel, yaba, kürək, vəl, araba kimi avadanlıqlar, həmçinin məişətdə
işlədilən mebel, qaşıq, beşik, daraq, iynə, xalçatoxuma üçün dəzgah - xana və nəhayət,
musiqi alətləri hazırlayırdılar. Bu əşyaların istehsal olunduğu sənət sahələri Qazax,
Yelizavetpol və Şuşada daha geniş yayılmışdı.
Azərbaycanda şərabçılığın inkişaf etməsi və buna görə də şərab ixracının
artması nəticəsində çəllək istehsalı ilə məşğul olan peşə sənətkarlığı xey li genişlənmişdi.
Sənətkarlığın metal əşyalar və bəzək şeyləri istehsalı sahəsi də inkişaf edirdi.
Bunlardan Azərbaycan şəhərlərində geniş yayılmış zərgərlik ustalarının düzəltdiyi
məmulatlarda milli səciyyə qorunub saxlanır, zərb olunmuş, şəbəkəli və naxışlı emal bəzək
şeyləri xüsusən fərqlənir, gümüş əşyalar qızılla bəzədilirdi. Zərgərlik işində ştamplama geniş
yayılmışdı. Emal bəzəklər özlərinin incə naxışları ilə diqqəti cəlb edirdi. Qızıl bəzəklər ağ
emalın fonunda qırmızı, yaşıl və göy emalla naxışlanır, gümüş əşyalarda qrafik
naxışaçmadan və qara emalla naxışlamadan istifadə olunurdu. Azərbaycan zərgərləri XX
əsrin əvvəllərində brilyant, zümrüd, yaqut, almaz və s. qiymətli daşlardan geniş istifadə
etməyə başladılar.
Mis əşyalar düzəldilən sahə nisbətən ixtisara düşsə də, peşə sənətkarlığında
hələ mühüm yer tuturdu. Onun əsas mərkəzi olan Lahıcda mis qablar istehsal edən 100-
dən artıq emalatxana var idi
114
. Bu emalatxanalarda əmək bölgüsü mövcud idi və ustalar
müəyyən məhsulun hazırlanması üzrə ixtisaslaşmışdılar. Azərbaycan misgərləri 80-dən çox
çeşiddə mis əşyalar - üstü ornamentlə bəzədilmiş dəyirmi sandıq və sandıqçalar, əl-üz
yumaq əşyaları, mətbəxdə və məişətin digər sahələrində işlənən müxtəlif qablar və s.
düzəldirdilər
115
.
Milli mis qablara tələbat böyük idi. Lahıcda istehsal olunan qablar təkcə
Azərbaycanda deyil, Gürcüstanda, Dağıstanda, Şimali Qafqazda satılır, həmçinin İran və
Kiçik Asiya ölkələrinə ixrac olunurdu.
Dəmir əşyalar istehsal edən ustalar əsasən kiçik kənd təsərrüfatı əşyaları
düzəldir, yaxud onları təmir edirdilər. Bəzi emalatxanalarda kotan və ingilis-bolqar
maşınları tipində dənsovuran istehsal olunurdu. Onların dəmir hissələri emalatxanaların
özündə, çuqun təkərləri isə sifarişlə Bakıda hazırlanırdı. Bu növ kotanlara, həmçinin əllə
hərəkətə gətirilən dənsovuran maşınlara tələbat böyük idi.
Sənətkarlıqda müəyyən yer tutan gil qablar istehsalı sahəsi məişətdə lazım
olan əşyalara tələbatı ödədiyi üçün, demək olar ki, Azərbaycanın hər yerində
yayılmışdı.
Dəri əşyalar istehsalı ilə məşğul olan geniş yayılmış peşə sənətkarlığı
sahəsində çalışan sənətkarlar at üçün yəhər, cilov və başqa qoşqu əşyaları, kəmər, tütün
kisəsi, tuluq, saat qabı, tapança qabı -qobur və s. düzəldirdilər. Onların hazırladıqları
tumaclar, gön məhsulları məşhur idi. Özünün xüsusi ştampı və markası olan Bakı və Lahıc
tumacı İran tumacı kimi məşhur olub, bütün Qafqazda yayılmışdı.
Abşeron və Bakı şəraitində minik vasitələrinin istehsalı və təmiri mühüm
36
əhəmiyyətə malik idi. XX əsrin əvvəllərində Bakı və onun ətrafında bu sənət
sahəsində 500-dən çox usta çalışırdı.
Başqa sənətkarlıq növlərindən biri bədii ipək malların istehsalı idi. Bu sənət
sahəsinin mühüm mərkəzləri Şamaxı qəzasında öz zərifliyi və rəngarəngliyi ilə heyrət
doğuran kəlağayı, ipək yorğan üzü, cecim, Gəncə qəzasında kəlağayı, Nuxa qəzasında
mü xtəlif çəkili, naxışlı tikililər, Qarabağda, xüsusən Ləmbəran kəndində müxtəlif,
çoxrəngli və incəşəkilli ipək xalçalar toxunurdu. Bədii ipək mallar toxuma sənətinin
mühüm mərkəzi Basqal kəndi idi. Burada 1800 dəzgahda 900 sənətkar çalışır, ildə 1,8
mln ədəd ipək baş örtüyü toxuyurdular ki, onların qiyməti 1,6 mln. rubla bərabər idi.
Beləliklə, XX yüzilliyin əvvəllərində xalçaçılıq, zərgərlik və ağacişləmə
sənətkarlığı sahələri in kişaf edir, fabrik-zavod istehsalının genişlənməsi ilə
əlaqədar olaraq mis, dulusçuluq sənət sahəsi geriləyir, pambıq parça məhsulları,
silah istehsalı sahələri isə aradan çıxırdı.
Sənətkarlıq istehsalı, əsasən, xırda əmtəə xarakterli idi. 1913-cü ildə
Azərbaycanda 63699 sənətkar usta var idi. On ların sırasına mövsümü sənətkarlar,
məsələn, 250 mindən artıq xalçato xuyanlar daxil deyildi. Daimi sənətkar ustaların
çoxu sayı 100 minə çatan mu zdlu fəhlə qüvvəsindən istifadə edirdi. Manufaktura
səviyyəsinə yüksələn sənət sahələri də var id i. Məsələn, Gəncədə 15 sahibkar-
sənətkarın 200 ipəkto xuyan dəzgahı, 200 mu zd lu toxucu ustası və 300 -ə qədər
şagirdi var idi.
Ümu miyyətlə, A zərbaycanda ildə 25 mln rubl dəyərində sənətkarlıq
malları istehsal olunurdu.
Dostları ilə paylaş: |