verilməsi şüarı idi. Ona görə də biz parlament və hökumətdən tələb edirik ki, ən yaxın
müddətdə bu məsələni həll etsin və kəndlilərin tələb ini yerinə yetirsin"
30
.
Parlament komissiyası torpağı əvəzsiz olaraq alınmaq tələbində israrını davam
etdirirdi. Ona görə də Nazirliyin hazırladığı layihənin parlamentə təqdim olunması
ləngidilirdi. Ölkədə vəziyyət gərginləşmişdi. Hökumət hələ də aqrar qanununun
müzakirəsinə başlamamışdı. Lakin bunun əsas səbəbini təkcə partiyalar arasında gedən
kəskin siyasi mübarizə ilə, yaxud yalnız ölkənin ağır iqtisadi vəziyyəti ilə izah etmək
olmaz. Nəzərə alınmalıdır ki, bu məsələ həddən artıq səbəblərlə bağlı mürəkkəb sosial-
iqtisadi məsələ idi hələ "Müsavat" partiyasının II qurultayında partiyanın rəhbərliyi kəskin
tənqid edildiyi vaxt partiyanm lideri M.Ə.Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik,
eləcə də onu həddən ziyada uzatmaq eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər
31
.
Partiya qurultayı aqrar məsələyə təkrar baxaraq, onun aqrar siyas ət komissiyasında
hazırlanmış layihəsinin parlamentdə müzakirəyə qoyulması haqqında qətnamə
çıxartsa da, o, xeyli vaxt icra olun madı. "Müsavat" frakasiyası yalnız 1920-ci il
fevralın 16-da parlamentin növbəti 123-cü iclasında partiyanın qurultayda bəyənilmiş
aqrar məsələ üzrə qanun layihəsini mü zakirəyə təqdim etdi.
"Müsavat" partiyasının qanun layihəsi də xüsusi sahibkar torpaqların ın
əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna verilməsin i nəzərdə tuturdu. Lakin
burada sahibkarların mü lkiyyətində, bağ və həyətlər də daxil o lmaqla, 25-75
desyatin torpaq saxlanılması; şəhər yerlərində isə bu sahənin becərilən b itkilərin
xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5
desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması göstərilirdi
32
.
Torpaqların alın ması, özəlləşdirilməsi məsələsinə ehtiyatlı münasibət
tamamilə düzgün idi. Çünki torpaqların əvəzsiz müsadirəsı məsələsi hərtərəfli
düşünülmüş münasibət tələb edən məsələ idi. Unutmaq olmaz ki, " xüsusi torpaq
sahibləri" məfhu mu arxasında nüfuzlu konkret fiziki şə xslər dururdu və onların
taleyi höku məti maraq landırmaya b ilməzdi. Hö ku mətin islahat proqramı elə çev ik
qurulmalı id i ki, o, aqrar bölmədəki bütün sosial təbəqələrin marağını maksimu m
374
ifadə edə bilsin. Əlbəttə, aqrar məsələyə aid hüquqi-normativ aktlara bu nöqteyi-
nəzərdən yanaşılaraq deyilməlid ir ki. sonuncu (sayca dördüncü) qanun layihəsi o
dövr üçün nisbətən tam və mükəmməl, daha müasir qanun layihəsi id i.
Sonuncu qanun layihəsinin ciddi öyrənilməyə və mü zakirəyə ehtiyacı
olduğundan parlament onu baxıb müzakirə etmək üçün aqrar ko missiyaya 10 gün
möhlət vermişdi
33
. Amma aqrar ko missiyanın fəaliyyəti bu dövrdə tamamilə
səmərəsiz idi, onun üzvləri höku mət böhranları ilə əlaqədar o laraq, artıq ço xdan b ir
yerə yığış mırdılar. Buna görə də onun dəyişilməz sədri S.Ağamalıoğlu təklif
etmişdi ki, ko missiyanın işini bərpa etmək üçün onun tərkibi sosialistlərdən ibarət
yeni üzvlər cəlb etməklə dəyişdirilib möhkəmləndirils in. Lakin parlament onun
təklifini qəbul etmədi, hətta aqrar ko missiya "Müsavat‖ Partiyasının hazırladığı
qanun layihəsini mü zakirə etdiyi birinci iş günündə müsavatçı Rüstəmbəyov
ko missiyanın sədr müavini seçildi
34
. Əlbəttə, bu addım komissiyada müsavatçıların
mövqeyini gücləndirdi. Lakin S.Ağamalıoğlunun siyasi qüvvələrin ko missiyadakı
tarazlığ ını pozmaq cəhdi və Nazirliy in layihəsini təkrar mü zakirəyə qaytarmaq
təklifi uğur qazan madı və "Müsavat‖ın layihəsi əsas kimi saxlanıldı
35
.
Ko missiyanın işləri başa çatmadı, aqrar qanun layihələri variantlarından heç biri
qanun statusu almad ı, aqrar bölmədəki durğunluq aradan götürülməd i, A zərbaycan
Xalq Cü mhuriyyətinin varlığı üçün əsas vacib məsələlərdən biri tam həll olun mamış
qaldı.
Azərbaycan Xalq Cü mhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc
respublikanın ma liyyə sistemin i tənzimlə mək və xə zinədə vəsait toplanmasın a nail
olmaq id i.
Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi. Siyasi
sabitliyin pozulması, işsizliyin artması, manatın dəyərinin düşməsi ö lkə əhalisində
hökumətə inamsızlıq doğururdu. Bu məsuliyyətin bir hissəsi həm də parlamentin
üzərinə düşürdü, çünki iqtisadi məsələlərin həlli ilə bağlı müəyyən bir iş
görülməsinə vaxt tapmır, sırf siyasi məsələlərin mü zakirəsi ilə məşğul olurdu.
Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici aktla-
rın hazırlan masına, onların baxılıb qəbul edilməsinə yaln ız dörd aydan sonra
başladı. Bu aktlar ilk növbədə kredit, vergi, bank və gö mrü k sahələrinə aid idi.
Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi
hazırlan ırdı. İlk vaxtlar bu sahədə aparılan iş keçmiş Rusiya imperiyasının müvafiq
qanunlarına düzəliş və əlavələr etməklə məhdudlaşırdı, sonralar isə mü xtəlif vergilər
haqqında ayrı-ayrı qanun layihələri mü zakirəyə çıxarılır və qəbul edilirdi. Təəssüf ki,
bu zaman başlıca o laraq ənənəvi vergi sis temindən, xə zinənin ehtiyaclarını ödə mək
üçün dolayı vergilər-inhisar y ığımları, gö mrü k vergiləri va aksizlərdən istifadə
edilird i.
AXC hö ku mətinin büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı:
1.
Müstəqim verg ilər, torpaq vergisi, daşın maz əmlak verg isi, dövlət gəlir
vergisi, sənaye vergisi, kap ital qoyuluşundan gəlir vergisi, hərbi mü kəlləfiyyət
375
vergisi, notaria l vergi;
2.
Dolayı vergilər - tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin,
kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, gömrük
rüsumu və gəlirləri;
3.
Möhür haqqı məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər;
4.
Höku mət inhisarlarına aid vergilər, mədən gəliri, poçt gəliri teleqraf
gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gələn
gəlirlər;
5.
Dövlət dəmir yolundan gəlirlər - yük daşın masından gəlirlər
36
.
AXC hökuməti maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə
üstünlük verird i. Parlamentin 26 dekabr tarixli iclasında çıxış edən baş nazir Fətəli
xan Xoyskinin təqdim etdiyi höku mət proqra mında deyilird i: "Ölkədəki maliyyə
vəziyyəti hələlik qeyri-müəyyəndir. Hələlik Azərbaycanın öz pul əsginası yoxdur.
Azərbaycan hökuməti ö z pullarını buraxmaq əzmindədir. Maliyyə siyasətində
mütərəqqi gəlir verg isi həyata keçiriləcək"
37
.
AXC parlamentin in fəaliyyəti dövründə təqdim olun muş 315 qanun
layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim ed ilmişdi. Parlamentə
təqdim o lunmuş bir qanun layihəsinə görə, vergi məsələsi ilə bağlı bütün
şikayətlərə Maliyyə Nazirliyi əməkdaşlarından ibarət şura baxmalı idi.
Bütün siyasi partiyalar, o cü mlədən hökumət partiyası olan "Müsavat" da
dolayı vergilərin ləğvi və mütərəqqi gəlir vergisinin tətbiq edilməsin i istəsələr d ə,
hökumət və parlament əlavə vəsait əldə edilməsi məqsədilə tez-tez dolayı
vergilərin tətbiqinə məcbur olurdu. 1919-cu ilin əvvəlinədək dövlətin gəliri 600 mln
manat idı ki, bunun da 400 mln manatı dolayı vergilərin, xüsusən neft məhsullarının
payına düşürdü
38
. Lakin Azərbaycanın mövcud şəraitində kənd təsərrüfatının əsas
özəyini əkinçilik təşkil etdiyi bir halda, ona müasir vergi sistemi tətbiq etmək ço x
çətin məsələ idi. Çünki onun üçün həm yeni minimu m hədd müəyyən etmək, bütün
vergiyə cəlbetmə dərəcələrini nəzərdən keçirmək, həm də büdcə haqqında qanun
olmadığın ı nəzərə almaq vacib id i. Bütün bunlar dövlət büdcəsinin vaxtında
tərtibinə və xə rclərin in bölüşdürülməsinə mənfi təsir gös tərirdi.
Vergi siyasətindəki vəziyyət bir də o səbəbdən ağırlaşmışdı ki, bütün
yerlərdə vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən məsul struktur
orqanlar yo x id i, o zaman vergiləri qəza rəisləri yığırdılar. Maliyyə Nazirliyi
nəzdindəki müvafiq vergi şöbəsi obyektiv səbəblərə görə vergi növlərini və ölkə
ərazisini bütünlüklə əhatə edə bilməmişdi. Buna görə verginin qədəri smetada
qabaqcadan təyin edilmədiyi üçün yığım və inhisarlar şöbəsi təsis etmək məqsədəuyğun
hesab edildi
39
.
1919-cu il martın 17-də parlamentin qəbul etdiyi yeni qanun yerlərdə vergi yığmaq
hüququnu üzvləri zemstvo yığıncaqları və icmalar tərəfindən seçilən gəlir vergisi üzrə
quberniya və qəza idarə heyətlərinə verildi. Bundan əlavə iyulun 16-da parlament Maliyyə
Nazirliyi nəzdində vergi müfəttişi vəzifəsini təsis etdi, ona vergi müvəkkillərinin və vergi
376
məntəqələrinin fəaliyyətini nəzarətində saxlamaq və təftiş etmək səlah iyyəti həvalə
olundu
40
.
Oktyabrın 20-də "Maliyyə naziri yanında müxtəlif vergilər qoyulması üzrə
şikayətlərə baxan ali instansiya olan Şura haqqında" daha bir qanun layihəsi qəbul olundu.
Həmin qanuna görə, Şuraya daimi üzvlərdən əlavə, məhkəmə və prokurorluq orqanlarının,
həmçinin vergi ödəyənlərin müvəqqəti nümayəndələri də daxil edilmişdilər
41
.
1919-cu ilin aprelində sonralar dövlət vergi siyasətinin formalaşmasında əsas rol
oynamış bu mühüm qanun da Maliyyə Nazirliyindən daxil olmuşdu. Cəmi iki bənddən
ibarət olan həmin qanunun ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyəti var idi,
çünki ilk dəfə olaraq (bu qanun "Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin
dəyişdirilməsi haqqında qanun" adlanırdı) müstəqim vergilərin qəti təyin olunmuş vaxt və tarif
dərəcələrini müəyyən edirdi. Kapital vergisi hər 100 manatdan 30 manat olmaqla ilin
başlanğıcında (ancaq fevralın 1-dən gec olmayaraq) ödənilir, gəlir vergisi isə ilin sonunda,
gəlirin həcmi bəlli olandan sonra ödənilirdi
42
. Müvafiq qanun mayın 15-də qəbul olundu.
Həmin il iyulun 23-də isə parlament bu qanuna müvafiq olaraq yaşayış minimumunun dövlət
gəlir vergisinə cəlb olunmayan həddini 1000 rubldan 5000 rubladək artırmaq haqqında
qərar qəbul etdi
43
.
Qəbul olunmuş qanunlar dövlətin maliyyə vəziyyətinin müəyyən qədər
yaxşılaşdırılmasına xid mət edird i.
Bu qanunlarla yanaşı, parlament hökumətin tələbi ilə dəfələrlə torpaq vergisi,
sənət vergisi, spirtli içkilərə, kənd təsərrüfatı məhsullarına, neft məhsullarına qoyulan
aksizlər, daşınmaz əmlak vergisi tariflərinin artırılmasına razı olmuşdu. Lakin bu dolayı
vergi tariflərinin qəbul edilməsi əks nəticəyə gətirib çıxarırdı, çünki onlar daxili bazarda
qiymətlərin qalxmasına, inflyasiyanın artmasına səbəb olur və bunların nəticəsində əhalinin
güzəranına pis təsir edirdi. Buna görə də, əsas maliyyə məsələlərindən biri də respublikanın
müstəqil kağız pul əskinaslarının buraxılması id i.
Çarizmdən qalan ağır mirasdan biri kifayət qədər maliyyəçi milli kadrların olmaması
idi. Gənc dövlətin ağır maliyyə vəziyyətini düzəltmək, maliyyə sistemini ciddi böhrandan
xilas etmək üçün yüksək səviyyəli mütəxəssis kadrlar tələb olunurdu. Pulun sürətli
emissiyası hökuməti "Bakı bonu" adlanan yeni pullar kəsmək yolunu tutmağa vadar edirdi. Bakı
bonlarının buraxılmasına, Şəhər Dumasının 1917-ci il 23 dekabr tarixli qərarına uyğun
olaraq, 1918-ci ilin əvvəllərindən başlanmış və 1918-ci il martın sonlarınadək davam
etmişdi. Bakı Sovetinin hakimiyyəti dövrü (noyabr 1917 - iyul 1918) emissiya sahəsində
hər hansı bir qayda-qanun və heç bir hesabatın olmaması ilə səciyyələnirdi. Pul imkanlarının
miqdarı yalnız litoqrafiyanm məhsuldarlığı ilə müəyyən edilir və bolşeviklərin
mülahizələrinə görə xərclənirdi. Məhz buna görə də pul imkanlarının hər hansı təminatından
söhbət gedə bilməzdi
44
. 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti axırıncı emissiyanı
həyata keçirdi.
Bakının bolşeviklərdən azad edilməsi ərəfəsində Azərbaycan hökuməti
Gürcüstan və Ermənistan hökumətləri ilə keçmiş Zaqafqaziya Komissarlığının bonlarının
birgə buraxılması haqqında razılığa gəldilər. Güman edilirdi ki, Azərbaycanın payına düşən
377
bonların miqdarı ölkənin ehtiyacının ödənilməsi üçün kifayət edəcəkdir. Bakı
bolşeviklərdən azad edildikdən sonra Bakı pul nişanlarının (bonların) hesabdan silinməsi
haqqında təkliflərin ortaya çıxması da məhz bununla izah olunurdu. Lakin bu təklifin həyata
keçirilməsi bolşevik tədbirləri ilə heç bir əlaqəsi olmayan bon sahiblərinin iflası ilə nəticələnə
bilərdi. Buna görə də hökumət Bakı bonlarını dövriyyədə saxlamaqla, pul kəsilməsini
davam etdirmək əzmində olduğunu bildirdi
45
. Tədavüldə 4 valyuta var idi: çar hökuməti
tərəfindən kəsilmiş ("Nikolayevski" adlandırılan) rubllar, Müvəqqəti hökumətin kəsdiyi
rubllar ("kerenkalar"), Tiflisdə buraxılmış Zaqafqaziya hökuməti bonları və nəhayət, Bakı
bonları. Bütün bu valyutalar qanuni ödəniş vasitəsi olaraq dövriyyədə idi.
Yaranmış şəraitlə əlaqədar olaraq 1918-ci il sentyabrın 22-də hökumət Bakı
bonlarının dövriyyəyə buraxılması haqqında qərar çıxardı. Qərara uyğun olaraq, 40 manat
(Bakı bonu) 1 Türkiyə lirəsinə bərabər idi. Başqa pul vahidlərinin dövriyyədən çıxarılması hələ
nəzərdə tutulmurdu.
Kağız pulla bağlı məsələləri daim d iqqət mərkəzində saxlayan
Cü mhuriyyət höku mətin in verdiyi fə rmanla rdan 22 sentyabr tarixli birincisi Bakı
bonunun dövriyyəyə daxil edilməsi, 25 sentyabr tarixli ikincisi isə 10, 25 və 50 bon
nominal dəyərlərində daha 30 milyon bon-manat kəsilməsi və bu işə 150 min
manatlıq kredit ayrılması haqqında idi. Tezliklə kəsilən bu pulların həqiqi nominal
dəyəri məlu m oldu. O vaxt İstanbulda olan M.Ə.Rəsulzadəyə göndərdiyi xüsusi
sənəddə bu haqda məlumat verən baş nazir kursun 20 manat da düşdüyünü, hökumətin
nəzərdə tutduğu 40 manat kursunu qoruyub saxlamağın mü mkün olmadığını
bildirmişdi.
Növbəti fərman 1918-c i il oktyabrın 26-da verilmişdi. Mü xtəlif maliyyə
işlərində yerli bonlardan istifadə edilməsi hesabına öz mövqeyini bir qədər
möhkəmlədən Maliyyə Nazirliy i əlavə olaraq daha 51 min manat buraxa bilmiş və
bu da, öz növbəsində, F.X.Xoyski hökumətinə dövlət qulluqçularının maaşını 10 faiz
artırmağa, eləcə də xüsusi
olaraq Maarif Nazirliy inin ehtiyacları üçün 22 min manat
ayırmağa imkan vermişdi. Hö ku mətin b ir sıra tədbirlərinə baxmayaraq, inflyasiya
prosesini dayandırmaq mü mkün olmamışdı.
Vəziyyət bir də onunla çətin ləşmişdi ki, qonşu Gürcüstan Azərbaycan
hökumətinə təzy iq göstərərək tələb edirdi ki, o, Zaqafqaziya bonları buraxsın. 1918-
ci il oktyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin iclasında
Gü rcüstan hökumətinin xahişi ilə növbəti Zaqafqaziya bonlarının kəsilməsi haqqında
məsələ mü zakirə o lundu. Azərbaycan hökuməti əlavə olaraq daha 80 milyon kağız
pul kəsməyə razılıq verdi və bunun əvəzində tələb etdi ki, həm ona olan borclar
ödənilsin, həm də bu valyutanın bir h issəsi respublikada qalsın
46
. Belə şəraitdə milli
valyutanın öz xüsusi pulunun yüksək kursunu qoruyub saxlamaq çox çətin idi. Xeyli
zəif iqtisadi potensiala malik o lan hər iki qonşu respublika sərt maliyyə siyasəti
apararaq çalışırd ılar ki, ixrac etdikləri mala görə ödəniş öz milli valyutaları ilə
aparılsın
47
.
Lakin A zərbaycan hökuməti buna nail ola bilmədi. Hərçənd ki, o, mühüm
378
strateji xa mma la - neftə malik idi, lakin hökumət ixrac olunan maldan gələn gəliri
tez-tez mü xtə lif valyutalarla almaq məcburiyyətində qalırd ı.
Əlbəttə ki, əsas vəzifə inflyasiyanı dayandırmaq id i, lakin iqtisadiyyatın
böhranlarla müşayiət olunan o dövrkü vəziyyətində bunu etmək mümkün deyildi.
1919-cu il yanvarın əvvəllərində maliyyə naziri İ.Y.Protasyev baş nazir F.Xoyskiyə
ünvanlanmış izahat məktubunda əvvəlcə, nominal dəyəri 100 manat olan bonların dövriy-
yəyə buraxılması və bundan sonra başqa nominalların kəsilməsi zərurətini vurğulayır və bu
pul əsginaslarının saxtakarlıqdan qorunması üçün onların üzərində baş nazir və baş
maliyyəçiyə məxsus imzaların həkk olunmasını təklif edirdi. Nazirin pul üzərində
saxtakarlıq ehtimalı haqqındakı təşvişi təsadüfi deyildi, belə ki, saxta bon kəsilməsi və
onların böyük miqdarda dövriyyədə olması məlu m fakt idi.
Kağız pulla bağlı əsas məsələlərdən biri də dövriyyədəki valyutaların paralelliyi idi.
O, getdikcə daha çox bon kəsməyi tələb edən Gürcüstanın daimi təzyiqi ilə müşayiət
olunurdu. 1920-ci il yanvarın 27-də Azərbaycan hökuməti daha 20 milyon Zaqafqaziya bonu
kəsməyə razılıq verərək, Gürcüstan qarşısında şərt qoydu ki, bu kəsilmiş bon Zaqafqaziya
kağız pulu olacaq, belə ki, hər bir dövlətin dövriyyədə özünün valyutası olmalıdır. Bununla
bərabər, xarici işlər naziri M.Y.Cəfərov hökumətdən əlavə olaraq daha 70 milyon
Zaqafqaziya, bonu kəsməyi xahiş etmiş və fikrini onunla əsaslandırmışdı ki, 20 milyon
Gürcüstan dövlətinin yalnız birgünlük xərclərini ödəyir. M.Y.Cəfərov bunu həm də siyasi
motivlə əsaslandıraraq göstərmişdi ki, əks təqdirdə qonşu Gürcüstan və Ermənistan separat
müqavilə bağlaya bilərlər. Az sonra, doğrudan da, belə bir müqavilə bağlandı. 1919-cu il
fevralın 12-də Gürcüstan və Ermənistan 320 milyon Zaqafqaziya bonu kəsmək haqqında
razılığa gəldilər
48
. Azərbaycan hökuməti bu hadisədən ciddi narahat olduğunu bildirdi. İş o
yerə çatdı ki, qonşu respublikalarda Bakı bonunu qəbul etmirdilər, amma Ermənistan və
Gürcüstanın pulları Azərbaycanda sərbəst işlədilirdi. Dövlətin ərazisində 4 pul vahidinin
qeyri-bərabər bazar qiymətilə işlədilməsi və emissiya hüququndan həddən ziyadə istifadə
edilməsi kimi qeyri-nominal vəziyyət ölkədə maliyyə iflasına səbəb ola bilərd i.
1919-cu il aprelin 14-də baş nazir N.Yusifbəyli parlamentdəki çıxışında göstərirdi
ki, pul-maliyyə siyasətini düzgün qurmaq üçün pul kəsilməsi məsələsində mütləq Bakı ilə
Tiflis arasındakı paralelliyi aradan qaldırmaq lazımdır. O, belə hesab edirdi ki, əgər Azər-
baycan pulunun kursunu ixrac olunan malların köməyi ilə tənzimləmək mü mkün olarsa,
onda əlavə pul kəsməyə ehtiyac qalmayacaq. Pu lun dəyərin i qaldırmaq məqsədilə
o, ilkin olaraq təklif edird i ki, neftin yalnız Azərbaycan puluna satılmasına keçilsin.
Əlavə olaraq qeyd edək ki, höku mət yaln ız 1920-ci ilin yazında bu məsələni
müəyyən qədər həll edə bildi. A zərbaycan dəmir yolları nazirinin maliyyə nazirinə
məlu matında göstərilirdi ki, Maliyyə Nazirliyinin 1920-ci il 22 aprel tarixli qərarına
uyğun olaraq, Batuma apanlan neft və neft məhsulları üçün gömrükdən aksiz haqqını
ancaq Azərbaycan manatı ilə alırlar
49
.
1919-cu ilin iyulunda Azərbaycan birjasında Cümhuriyyə t valyutasının
kursu xarici valyutalara münasibətdə aşağıdakı kimi idi: 1000 rubl ("keren ka") -
1850 manat; 500 rubl ("ro manovka") -1600 manat; 100 rubl ("romanovka") - 350
379
manat; 1 funt-sterlinq -310-315 manat; 1 dolla r- 250 manat; 1 fran k- 8-10 manat; 1
İtaliya lirəsi - 7 manat; 1 İran tüməni - 125-130 manat; 1 Türkiyə qızıl lirəsi - 390
manat; 1 rus qızıl rublu - 420 manat; 1 Nobel aksiyası -16500 manat
50
.
Lakin sonrakı dövrdə inflyasiya daha da gücləndi. Bakı bonu kursunun
funt-sterlinqə nisbətdə aşağı düşməsi haqqında rəqəmlər mə lu mdur: 1919 -cu ilin
oktyabrında 1 funt - 525 manat, noyabrın əvvəlində isə 730 manat oldu
51
.
Buna görə də hökumətin maliyyə siyasətində başlıca vəzifəsi emissiyanı
dayandırmaqdan, dövriyyədən pulları çıxarmaq üçün başqa mənbələr və üsullar
tapmaqdan ibarət idi. Parlament pul emis siyasını öz nəzarəti altına almağa cəhd
göstərdi. 1919-cu ilin apre lində Maliyyə Nazirliy inin emissiya hüququnu 510
milyon manata qədər artırmaq haqqında təqdim etdiyi qanun layihəsi parla ment üzv -
lərinin kəskin etirazına səbəb oldu
52
. Deputatların bir q ismi höku mətə parlamentin
icazəsi olmadan pul kəsməyi qadağan edən müvafiq qanun qəbul edilməsi təklifi ilə
çıxış etdi. Bu məsələyə əvvəlcə qanun layihəsinin parlamentin müzakirəsinə
çıxarılması əleyhinə çıxış edən maliyyə-büdcə ko missiyasında baxıldı. Ko missiya
üzvləri b ir məsələdə yekdil idilər ki, pullar təyinatı üzrə xərclənmir. Aylıq xərclər
135 milyon manat təşkil edirdi ki, bunun da 60 milyonu neft sənayesini
maliyyələşdirməyə, 35 milyonu ingilis ko mandanlığ ına, 40 milyonu isə digər
dövlət ehtiyaclarına xərclən ird i. Buna görə də xərclərin mütəmadi artması
hökuməti çap dəzgahın ın imkan ından yararlanmağa məcbur edirdi. 1919-cu il mayın 5-də
keçirilən iclasda parlament tələb olunan məbləğdə pul kəsilməsinə icazə verən qanun qəbul etdi
və onu da bildirdi ki, parlamentin sanksiyası olmadan əlavə kağız pul kəsmək olmaz, eyni
zamanda Dövlət Bankının təşkil olunmasına baxmayaraq pul kəsilməsinin başlanılması
haqqında göstəriş verdi
53
. Bundan 7 ay keçdikdən sonra hökumət parlament qarşısında təkrar
emissiya (bu dəfə 600 milyon manat) haqqında məsələ qaldırdıqda aydın oldu ki, artıq
parlamentin razılığı olmadan yüz milyon manat bura xılıb
34
.
Sollar hökumətin maliyyə siyasətini pisləyir, "Əhrar", "İttihad" və erməni
fraksiyalar da onlarla həmrəylik nümayiş etdirirdi. Parlamentin üç iclası bu məsələnin
müzakirəsinə həsr olundu. Ə.Qarayev hökuməti ölkəni iflasa gətirib çıxaran pul kəsməklə
məşğul olmaqda, Maliyyə Nazirliyini isə dolayı vergiləri sonsuz sayda artırmaqda
günahlandırdı. Ə.Pepinovun fikrincə, 600 milyon manat üç aya bəs eləyər, bundan sonra isə
hökumət yenə də pul emissiyası haqqında icazə tələbini irəli sürəcək. Onlar ticarəti
inhisarlaşdırmağı yenədə alternativ siyasət kimi təklif edirdilər
55
.
İttihadçılar sosialistlərin ticarəti dövlət inhisarına almaq haqqında mövqeyini
müdafiə etdi. Malxazyan (erməni fraksiyası) isə xammalın ölkədən sərbəst çıxarılmasını
təkid edirdi. Həm sollara, həm də sağlara etiraz edən M.Ə.Rəsulzadə əhalidəki pulun
dövriyyəyə cəlb edilməsi yollarından biri kimi daxili istiqraz buraxılmasını təklif etdi
56
.
Ə.Qarayevin dolayı vergilər barədə məsələ haqqında mövqeyini rədd edən M.Ə.Rəsulzadə
bildirdi: "Mən Qarayevə məsləhət görürəm ki, Sovet Rusiyasının maliyyə işlərini yaxşılaşdıra
biləcək bir qanun layihəsi hazırlayıb, bu zəhməti üçün onu kifayət qədər mükafatlandıra
biləcək Leninə göndərsin"
57
.
380
Dövlətin ehtiyaclarını yalnız vergilərlə ödəmək mümkün olmadığı, xarici
valyutanın yoxluğu şəraitində nağd pul sadəcə olaraq çatışmırdı. Onun üçün də qeyri-
istehsal xərclərini azaltmaq və yeni gəlir mənbələri axtarıb tapmaq lazım gəlirdi. Belə bir
maliyyə çətinlikləri torundan çıxmaq üçün ixracın həcmini artırmaqdan savayı elə b ir
ümidverici çıxış yolu görünmürdü.
Müzakirələr zamanı ölkənin maliyyə vəziyyətinin sağlamlaşdırılması yolları
haqqında bir sıra mülahizələr irəli sürüldü. İttihadçılar istiqraz buraxılması ideyasını rədd
etməsə də, bu addımın səmərəliyin i şübhə altına alırd ı ki, xalq höku mətə
inanmad ığından onları almayacaq.
Uzun mü zakirələrdən sonra, sosialistlərin və ittihadçıların onun əleyhinə
olmasına baxmayaraq, 600 milyon emissiya haqqında qanun layihəsi qəbul olundu.
Elə həmin iclasda parlament mütərəqqi gəlir verg isinin artırılması haqqında qanun
layihəsini rədd etdi və təklif verdi ki, höku mət ticarət-sənaye müəssisələrinin, eləcə
də kommersiya ilə məşğul olan ayrı-ayrı şəxslərin həqiqi gəlirin in vergiyə cəlb
olunması və yaşayış min imu munun artırılması haqqında təcili o laraq qanun
layihəsi təqdim etsin
58
.
Lakin ço x qəribə vəziyyət yaran mışdı. Bolşevizmlə mübarizə aparan
Cü mhuriyyət höku məti pul n işanların ı bolşevik Xalq Təsərrüfatı Şurası üzv lərin in
imzası ilə buraxmağa başlamışdı. Öz xüsusi pul nişanların ın buraxılmasın ın
zəruriliyini yaxşı başa düşən hökumət bu məsələni yaln ız bank işinin təşkili ilə sıx
əlaqədə
təşkil
edə
b ilərdi.
Yalnız
respublikada
bank
sistemin in
formalaşdırılmasının əsas prinsipləri müəyyənləşdirildikdən sonra emissiyanın
subyekti və yenı əsginasların xarici əlamətləri ilə bağlı məsələləri həll etmək
mü mkün oldu.
Eyni zamanda dövlətin emissiya siyasətinin tənzimlən məsi sahəsindəki
cəhdləri milli bank sisteminin yaradılması problemi ilə üzləşir, aydın o lurdu ki, milli
bank təsis edilməzsə, höku mət müstəqil maliyyə sistemini yarada bilməyəcək. İlk
əvvəldən bu məsələdə hökumət ingilis ko mandanlığından müəyyən mənada asılı
vəziyyətə düşmüşdü. Azərbaycana gəldikdən sonra müttəfiq lərin ko mandanlığı
faktik olaraq bütün inzibati hakimiyyəti öz əlində cəmləşdirmiş, bir ço x mühüm
strateji obyektlərin maliyyələşdirilməsini milli hökumətin ü zərinə qoymuşdu.
Təəccüblü deyil ki, iqtisadiyyatın mühüm sahələrindən olan bank sistemi ing ilis
ko mandanlığın ın nəza rəti a ltında idi.
1919-cu il yanvarın 3-də genera l-mayor To mson Dövlət Ban kının Ba kı
şöbəsinin açıldığını bildirdi və T.V.Hevelkeni ö z nümayən dəsi təyin etdi. O, öz
fəaliyyətinə görə Maliyyə Nazirliyi qarşısında hesabat verməyə borclu deyildi
59
.
Əsas funksiyası emissiya proseslərinə nəzarət etmək o lan bank eyni zamanda yeni
pul əmanətlərin in qəbulunu və kommersiya bankları ilə əməliyyatları da həyata
keçirmə li id i.
İngilislər ö lkədə bütün iri maliyyə əməliyyatlarının aparılmasında Rusiya
Bankı Bakı şöbəsinin yeganə səlahiyyətli orqan kimi qalmasını təkid edir,
381
alternativ layihələrlə qəti razılaşmırdılar. Müttəfiq qoşunların ko mandanlığın ın
nümayəndəsi polkovnik Nyuko mb öz ko mandanlığın ın fikrin i ifadə edərək birbaşa
demişdi ki, Paris Sü lh Konfransında yeni yaranmış müstəqil dövlətlərin məsələsi
həll edilənə qədər, Rusiya Bankının Bakı şöbəsi neytral müəssisə olaraq qalmalıdır.
Başqa sözlə, ko mandanlıq Bankın gələcək tale bilavasitə Azərbaycanın
müstəqilliyinin perspektivləri ilə bağlayırdı.
Lakin höku mət bu fikirlə qəti razılaş mamış, bankın müstəqil maliyyə
qurumu kimi fəaliyyət göstərməsinin zəruriliyini bildirmişdi. Ölkənin mal
dövriyyəsi və iqtisadi-təsərrüfat həyatını möhkəmləndirmək üçün isə hökumətin
müvafiq nizamlayıcı maliyyə aparatı yalnız Dövlət Bankı o la bilərd i. 1919-cu ilin
yanvarından ingilis ko mandanlığı ilə A zərbaycan hökuməti emissiya hüququnun
məxsusluğu, daha müstəqil höku mət kursu uğrunda qızğın diskus siyalara
başlamışdı.
Bu məqsədlə hökumət maliyyə və digər iqtisadi məsələlər barədə xüsusi
müşavirələrin keçirilməsi praktikasını tətbiq etməyə başladı. Bu müşavirələrdə
Dövlət Bankının Bakı şöbəsinin statusu, Bank, ko mandanlıq və höku mət arasında
qarşılıq lı əlaqələrin nizamlan ması ö lkə iqtisadiyyatının əsas məsələlərindən biri
kimi daim gündəlikdə qalırdı.
Rusiya Bankının Bakı şöbəsi, həmçinin əksəriyyəti Rusiya bankların ın
filialları olan özəl qısamüddətli kredit bankları ö z idarə heyətləri ilə ə laqələri
kəsild ikdən sonra yeni əmanətlər daxil olmadığına görə öz fəaliyyətlərini
məhdudlaşdırdılar. Bundan başqa, kredit müəssisələrinə inamını itirmiş əhali də bu
banklara öz vəsait və əmanətlərin i qoymaqdan vaz keçirdi. Birləşdirici mərkəzi
orqanın olmaması ucbatından ssuda-əmanət və kredit cəmiyyətlərin in də fəaliyyəti
dayanmışdı.
Müttəfiqlərin ko mandanlığı Rusiya Dövlət Ban kın ın Bakı şöbəsini
emissiya hüququndan məhrum edərək, ö lkədəki bütün valyuta xərclərinə nəzarəti
(öz xərclərinə aid maddə də daxil olmaqla) hökumətə verməli idi. Başqa sözlə,
komandanlıq maliyyə vəsaitinə ehtiyac duyduğu hər bir halda, hökumətə müraciət
etməli idi. Baxmayaraq ki, ingilis komandanlığı vəsaitlərin qaytarılmasına söz
verirdi (özü də funt-sterlinqlərlə), onların iştahasına yaxından bələd olan höku məti
bu məsələ ciddi na rahat edirdi. Mə lu mdur ki, yalnız bircə ay ərzində ki dəfə (9 və
12 aprel 1919-cu il) Maliyyə Nazirliyi dövlət xə zinəsindən ingilis komandanlığının
ehtiyacları üçün müvafiq olaraq 5 mln manat
60
və 10 mln manat
61
vəsait ayrılması
haqqında göstəriş almışdı. Sonralar bu məbləğ daha da artmışdı.
Azərbaycan hökuməti xüsusi qərarla Maliyyə Nazirliyinə müttəfiqlərin
cari hesabına artıq 15 mln manat pul keçirməsini tapşırmışdı.
62
İngilislərə pul
nişanlarının verilməsi bütün Cənubi Qafqazda onların kursunun möhkəmlənməsi
üçün imkan yaratsa da, belə vəziyyət hökuməti qane edə bilməzdi.
Bununla belə bəzi obyektlərin (Xəzər donanmasın ın, avtokolon
işçilərin in) maliyyələşdirilməsi məsələsində Azərbaycan höku məti bir sıra siyasi
382
amilləri nəzərə alaraq prinsipiallıq göstərmiş və həmin
obyektləri
maliyyələşdirməkdən imtina etmişdi.
1919-cu ilin bütün yayı ərzində ali ko mandanlıq la höku mət arasında
keçirilən müşavirə və danışıqların nəticəsində Milli bankın açılması zəruriliyini hər
iki tərəf təsdiqləyib razılığa gələ bildi. İngilislərin höku mətə həmrəylik göstərməsi
siyasi mülah izələrlə izah olunurdu, belə ki, A zərbaycan hökumətini ö lkədə de -
fakto yeganə hakimiyyət kimi tanıyaraq onun legitimliy ini təsdiqləyən atributu
etiraf et məsi idi. Bundan əlavə, ingilisləri bu addımı at mağa vadar edən iqtisadi
problemlər də mövcud idi. Dövlət Bankının Bakı şöbəsi mövcud problemlərin
öhdəsindən gələ bilmird i. Yu xarıda qeyd edildiy i kimi, heç bir höku mət idarəsi,
Bakın ın yerli əhalisindən heç kim şöbənin cari hesabına pul keçirməmişdi,
hökumət ö zü isə əhalinin şöbə ilə əməkdaşlıq etməsi üçün səy göstərmird i
63
.
Höku mətin ixtiyarında kifayət qədər hazırlıq lı, işini yaxşı bilən, mü xtəlif
maliyyə əməliyyatlarının aparılması sahəsində təcrübə qazanmış bank işçilərin in də
olması bankın açılması xeyrinə id i.
Dövlət Bankının yarad ılması zəru rətini bütün siyasi fraksiyalar aydın başa
düşsələr də, əslində parlament daxilində bəzi qüvvələr bu qanun layihəsinin
keçirilməsin i hər vəchlə əngəlləy ib ləngid ir və məsələyə münasibətlərin i də sinfi
maraqlar üstündə qururdular. 1919-cu il avqustun 18-də mü zakirəyə təqdim olunan
qanun layihəsi 1919-cu il avqustun 23-də üçüncü oxunuşdan sonra qəbul olun muşdu.
Azərbaycan Dövlət Bankının məqsədi pul tədavülünü asanlaşdırmaq, milli ticarət,
sənaye və kənd təsərrüfatına yardım habelə pul sistemini möhkəmləndirməkdən ibarət
idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon manata bərabər
idi. Əsas kapitalı yaratmaq üçün hökumət əlavə 50 milyon Azərbaycan və Zaqafqaziya kağız
pulu verdi. İndi o, kağız pul kəsmək üçün müstəsna hüquqa malik id i
64
.
Qanuna görə, bankın əsas vəzifəsi emissiyanı yerinə yetirmək, valyuta məsələsini
tənzimləmək və özəl banklara nəzarət etməkdən ibarət idi. Banka bankirlər şurası rəhbərlik
edirdi. 1919-cu il sentyabrın 18-də Dövlət Bankının nizamnaməsi təsdiqləndi və sentyabrın
30-da onun təntənəli açılışı oldu. 1919-cu il sentyabrın 1-dən fəaliyyət göstərən Gəncə bankı isə
oktyabrın 25-də verilmiş qanunla Dövlət Bankının şöbəsi statusunu aldı
65
.
Azərbaycan Milli Bankının tezliklə açılması ölkənin və xalqın mənafeyindən irəli
gələn və vaxtı çatmış zərurət idi. Bank təkcə qısamüddətli kredit müəssisəsi olmamalı, həm
də öz idarələrinin əmanət kassalarının, ssuda-əmanət və kredit cəmiyyətlərinin köməyi ilə
bütün azad vəsaitlərin cəlb edilməsi yolu ilə ölkədə pul dövriyyəsini tənzimləməli, həmçinin
emissiya,
valyuta məsələlərinin həlli və ölkənin düzgün hesab balansının
müəyyənləşdirilməsində aparıcı ro l oynamalı idi.
Azərbaycan Dövlət Bankının yaradılması ilə bağlı əmanət bankları və xırda kredit
şirkətləri haqqında məsələ də ortaya çıxdı. Əmanət bankları bu vaxta qədər də mövcud idi, lakin
faktiki olaraq fəaliyyət göstərmirdi. 1919-cu il oktyabrın axırında parlament 12 mərkəzi və 70
yerli əmanət kassaları, 200-ə qədər xırda kredit müəssisələrinin açılması haqqında qanun
layihəsi qəbul etdi.
383
Parlament 1920-ci il yanvarın 15-də kənddəki sahibkarlara, sənətkarlara,
sənayeçilərə və onların təşkil etdikləri artellərə, şirkətlərə inventar, mal-qara, toxum almaqda
yardım göstərmək və onları zəruri pul vəsaiti ilə təmin etmək üçün xırda kredit haqqında
qanun və xırda kredit təsis olunması üçün qayda qəbul etmişdi.
Qanunun qəbul edilməsi ilə Rusiyanın kooperativ birlikləri və onların ittifaqları
haqqında qaydalar öz qüvvəsini itirdi. Bunun əvəzində xırda kredit təsis edilirdi. Ssuda
vermək və əsas kapitalı artırmaq üçün onlara dövlət xəzinəsindən iki milyon manat həcmində
təxsisat ayrılmışdı
66
.
Azərbaycanda bu dövrdə Dövlət Bankından başqa bir sıra özəl banklar da
mövcud idi: məşhur kapitalistlər - həqiqi mülki müşavir H.Z.Tağıyev, birinci
gildiyalı tacir M.Nağıyev, kommersiya müşaviri Dmitri Vasilyeviç Sirotkin,
Həştərxan taciri İvan Fyodoroviç Skriptnitski və Həştərxan taciri İvan Matveyeviç
Lobovun
67
təsis etdikləri Bakı Ticarət Bankı, Bakı-İran Bankı
68
, Tiflis Ticarət Ban-
vinın Bakı filialı
69
, idarə heyəti Moskvada yerləşən Birləş miş Bankın filialı və
başqaları
70
.
Dövlət Bankının, əmanət banklarının, xırda kredit və digər maliyyə
strukturlarının təsis edilməsi maliyyə-kredit siyasətini möhkəmləndird i, pul tədavülü
üzərində nəzarəti gücləndird i.
Lakin milli valyutanın möhkəmləndirilməsi üçün tədbirlər görülməsinə
baxmayaraq, onu Azərbaycan ərazisində yeganə ödəniş vasitəsinə çevirmək
mü mkün olma mışdı. 1920-ci ilin əvvəlində Azə rbaycan Xalq Cümhuriyyətində
269736 rubl dəyərində Ümumrusiya kredit bileti və "kerenka"lar, Zaqafqaziya
Komissarlığının 104436 rubl pulu, 746836 dəyərində mü xtəlif marka və nişanlar,
28564244 manatlıq Ba kı bonları tədavüldə idi
71
.
Azərbaycan hökuməti gö mrük qanunvericiliy inin yaradılması sahəsində
də bir sıra real addımlar atmışdı. Özünün mövcudluğu ərzində parlament gömrük
sahəsində 20-dək qanun qəbul etmişdi. Nəticədə 1920-ci ilin əvvəlində
respublikada fo rmalaşmış dövlət gömrük xid məti mövcud idi. Bu qanunlara görə, bir
sıra sərhəd məntəqələrində gömrük postları təşkil etmək nəzərdə tutulurdu. Parla-
mentin qərarı ilə 1919-cu il ma rtın 27-də gömrük idarəsi yenidən quruldu. 1919 -cu
il 23 iyun qanunu ilə Ma liyyə Nazirliyin in nəzd ində gömrü k rüsumu şöbəsi təş kil
edildi. Bu şöbə gömrük rüsumunu tənzimləməli idi
72
.
Dəfələrlə id xal və ixrac edilən mallar üçün yeni qayda və tariflər müəyyən
edən qanunlar qəbul olunmuşdu. Hökumət "Gömrük sərhəd xid mətinin təşkil edilməsi
haqqında" Qanun qəbul et mişdi. Bu qanunda, Azə rbaycan Xalq Cü mhuriyyətini
qeyri-leqal tica rətdən qorumaq və qaçaqmalçılıqla
mübarizə məqsədilə,
Azərbaycanın sərhədlərində gömrük işlərində etibar edilə biləcək yerli əhalidən öz
silah və atı ilə ştatdankənar xid mətçi kimi 992 keşikçidən ibarət 99 sərhəd postu
qurulması nəzərdə tutulurdu. Bu sərhəd xid mətinin təşkilinə rəhbərlik etmək və onun
fəaliyyətini dövlət gömrük idarəsi ilə u zlaşdırmaq üçün, mərkəzi orqan kimi,
Maliyyə Nazirliyində xüsusi sərhəd keşiyi şöbəsi təsis edilmişdi. Qanun sərhəd
384
dəstələrin in ştat və smetasını da müəyyənləşdirmişdi
73
.
AXC-nin iqtisadi tədbirləri sırasında ən əhə miyyətlisindən də qonşu və
xarici dövlətlərlə iqtisadi əlaqə yaratmaqdan ibarət id i. Bu sahədə AXC höku məti
təkcə qanun layihələri hazırlamaqla kifayətlən məy ib, dünyanın bir sıra ölkələri, o
cümlədən 1918 iyunun 4-də Türkiyə, 1919-cu il mayın 23-də İran, İngiltərə, A me-
rika, Fransa, İtaliya, Gürcüstan, Ermən istan, Dağıstan, Orta A siya dövlətləri ilə
iqtisadi əlaqə yaratmağa nail olmuşdu
74
. Bəzi dövlətlərlə ticarət müqaviləsi
bağlanmış, bəziləri ilə isə şifahi razılıq edilmişdi.
1919-cu il aprelin 14-də parlamentin növbəti iclasında baş nazir ölkən in
ağır iqtisadi vəziyyətini təhlil edərək göstərmişdi ki, bizim keçirdiy imiz ağır həyat
şəraiti ölkəmizin qeyri-normal ticarət s sətindən irəli gəlir. Ona görə də
Azərbaycanın qonşu və xarici dövlətlərlə ticarət əlaqələrin in bərpası zəruridir.
Bizim ö lkən in (Azərbaycanın) müvəffəqiyyətləri və sərvəti, neft və onun inkişafı
xarici ticarət ə laqələ rindən ço x asılıd ır
75
.
Xarici dövlətlərlə iqtisadi və ticarət əlaqələri yaratmaq üçün Ticarət və
Sənaye Nazirliyi b ir sıra tədbirlər görmüşdü. Azərbaycan Xalq Cü mhuriyyətin in
ticarət və sənaye Nazirliyin in əməkdaşı L.Po krovski yazırdı ki, Azərbaycan
sənayesinin inkişafı ona nəinkı qonşu dövlətlərlə, hətta iqtisadi cəhətdən qüvvətli
dövlətlərlə ticarət və iqtisadi əlaqələrini genişləndirməyə imkan verir. Bu öz
növbəsində, Azərbaycana kapital axınına və həm də burada xoş həyat tərzi
yaratmağa imkan verər
76
.
Azərbaycanın xarici ö lkələrlə iqtisadi və ticarət əlaqələrin in
genişlənməsinin zəruriliyi haqqında məşhur milyonçu H.Z.Tağ ıyevin də fikirləri
maraqlıdır. H.Z.Tağıyev baş nazir N.Yusifbəyliyə yazdığı müraciətində dövlətin
maliyyə və sənaye-ticarət sahəsindəki siyasətində qəti dönüş yaratmağı təkid
etmişdi
77
.
H.Z.Tağıyev o dövrdə Azərbaycan manatının kursunun aşağı düşməsinin
səbəblərini araşdırmağı, bununla əlaqədar olaraq Qərbi Avropa bazarlarında milli
manatın hətta 2 qəpikdən də aşağı olmasına diqqət yetirməyi dövlətin əsas vəzifəsi
olduğunu, manatın kursunun aşağı düşməsinin bir sıra səbəblərin i dövlətin xarici
ticarət üzərində nəzarətsizliy ində, maliyyə siyasətinin düzgün aparılma masında
görürdü. H.Z.Tağıyev, dövlətin xarici iqtisadi siyasətini kəskin tənqid edərək
yazırdı ki, A zərbaycan malların ın xaricə ixracı qadağan edildiyinə görə,
Azərbaycan valyutası xaricdə lazıms ız o lub. Xarici kapital da onunla əlaqə
saxlamaqda maraqlı deyil
78
. Do ğ rud a n da 1919-cu ildə Azərbaycan parlamenti
maliyyə nazirin in təklifi ilə xaricə mal ixracatı, xüsusilə mazut və xam neftin ixracı
üzərinə ikiqat aksiz vergisi qoymaq haqqında qanun qəbul etmişdi
79
. Bu da hə m
Avropa və həm də rus kapitalistlərinin mənafeyinə to xunurdu.
Azərbaycanın xarici iqtisadi ticarət fəaliyyətinin sağlamlaşdırılması
tədbirləri AXC parlamentin in 1919-cu il 24 noyabr tarixli iclasında geniş mü zakirə
olunarkən mü xtəlif və bir-b irinə zidd fikirlər irəli sürülmüşdü. Ə.C.Pep inov xaricə
385
ixrac olunan bəzi əmtəələrin, xüsusən taxıl, pambıq, yun və s. ticarətini
inhisarlaşdırmağı, bir başqası isə həmin əmtəələrin azad ticarətin in
genişləndirilməsini irəli sürürdü. M.Ə.Rəsulzadə ölkədə zəruri tələbat mallarına
ehtiyacı ödəyəcək ticarətə keçməyi irəli sürürdü, inhisarlaşdırma üçün isə hələlik
kifayət qədər təlimat və qaydaların yox olduğunu qeyd edirdi
80
. 1919-cu il apre lin
14-də parla ment in ic lasında N.Yusifbəyli də ö z çıxış ında göstərmişdi ki, ö lkən in
neft istehlakçısından məhru m olması Azərbaycan iqtisadiyyatını ağır vəziyyətə
salır. Odur ki, A zərbaycan neftinin ən mühü m istehlakçısı olan Rusiya ilə iqtisadi
əlaqələrin bərpası günün vacib məsələsidir
81
.
Höku mət və parlament iqtisadiyyatdakı ağır vəziyyətdən əsas yollarından
biri kimi qonşu ölkələrlə, ilk növbədə, istehsal olunan neftin əsas hissəsinin daxil
olduğu Sovet Rusiyası ilə xarici ticarət əlaqələrin i yaxşılaşdırmaqda görürdü. Bu
ölkələrlə əlaqələrin pozu lması ona gətirib çıxarmışdı ki, Bakının anbarlarında
milyonlarla ton strateji xa mma l y ığılıb qa lmışdı.
Rusiyanın
Azərbaycanın
müstəqilliyini
tanımaq
istəməməsinə
baxmayaraq, Sovet Rusiyası ilə A zərbaycan hökuməti a rasında ticarət haqqında
danışıqlar aparılırdı. Bu danışıqlar nəticəsində 1920-ci il martın 30-da Sovet Rusiyası
ilə A zərbaycan Respublikası arasında ticarət müqaviləsi imzalandı. Qeyd etmək
lazımd ır ki, Rusiya ilə A zərbaycan hökuməti arasında hələ ticarət müqaviləsi
bağlanmamışdan əvvəl Bakı və Həştərxan bolşevikləri dövlətdən gizli yolla
Rusiyaya neft və neft məhsulları axıdırdılar. Bakı və Rusiya arasında dəmir yolu
əlaqəsi kəsildiyi üçün yeganə ticarət yolu Xəzər dənizi idi. 1918-ci ilin
naviqasiyasının açıldığı gündən iyulun 30-dək Bakıdan Həştərxana 3948 pud neft
məhsulları göndərilmişdi
82
. Bu cür talançılığın qarşısını almaq üçün Azərbaycan hökuməti neft
məhsulların istehsalı və daşınması üzərində 1919-cu il 26 may tarixli qərarı ilə ciddi nəzarət
yaratdı. Qərara əsasən dənizlə Həştərxana olan yol bağlanmışdı
83
. Əlbəttə, bu, Azərbaycan
Xalq Cümhuriyyətinin iqtisadiyyatı üçün heç də əlverişli deyildi.
Məlumdur ki, keçən əsrin 90-cı illərindən başlayaraq Rusiya imperiyasında
istehsal olunan neftin ümıımi həcminin 85 faizi Bakının payına düşmüşdü, bu isə dünya neft
istehsalının təxminən yarısını təşkil edirdi. Birinci dünya müharibəsinin ilk dörd ili ərzində,
yəni 1914-cü ildən 1917-ci ilə qədər Bakı ildə 7 milyon ton neft istehsal etmişdi ki, bu da
dünyada həmin vaxt istehsal olunan neftin ümumi həcminin 75 faizinə bərabər idi.
Müharibə edən bütün ölkələrin Bakı regionuna qızğın marağı da buradan irəli gəlirdi.
1918-ci ilin yazında Bakı XKS Rusiyanın mənafeyinin müdafiəçisi kimi çıxış
edərək, özünün 4 aylıq hakimiyyəti ərzində Bakıdan Sovet Rusiyasına 1,3 milyon ton pulsuz
neft göndərmişdi. Birinci I Dünya müharibəsinin sonlarında Bakının əldən-ələ keçməsi
nəticəsində neft sənayesi ciddi itkilərə məruz qalmış, neft hasilatı xeyli azalmışdı. 1918-ci
və 1919-cu illərdə müvafıq olaraq hasil olunan 3376 min ton və 3690 min ton neftin ümumi
həcmi 1916-cı il hasilatının yaln ız yarısına bərabər idi
84
.
Neft sənayesini böhrandan çıxarmağa çalışan Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti yarandığı ilk gündən bu sahədə konkret addımlar müəyyənləşdirdi. Azərbaycan
386
parlamenti neft istehsalı ve satışını öz nəzarətinə aldı, bununla bağlı olaraq dəfələrlə hökumətin
məruzələrini dinlədi, neft sənayesinin rentabelliyinin yüksəlməsinə yardım edən bir sıra
qanunverici sənədlər qəbul etdi.
Bu məqsədlə müxtəlif idarələrdə neft məhsulları ilə bağlı sui-istifadə və
cinayətləri təhqiq etmək üçün xüsusi təftiş-istintaq komissiyası təsis olunmuşdu. 1919-cu il
iyulun 27-də qəbul olunmuş qanunla həmin komissiyaya bütün hökumət müəssisələri,
vəzifəli şəxslər və ictimai təşkilatlardan istənilən zəruri məlumatları almaq; hər bir şəxsin
çağırılan zaman gəlməsini təmin etmək; hər bir şəxsə qarşı cinayət təhqiqatı qaldırmaq; poçt-
teleqraf yazışmasına baxış və onları zəbt etmək; istintaq müddəti vəzifədən kənar etmək
hüquqları verilirdi. Bütün bunlar həmin məsələlərin hökumət üçün strateji əhəmiyyət
daşıdığını təsdiq edir. Vaxtilə Bakı Şura Komissarlığı Sovet Rusiyasının arzusu
naminə neft sənayesinin milliləşdirilməsini elan etmişdi. Buna görə milli höku mətin
ilk zəruri addımı 1918-ci il oktyabrın 6-da neft sənayesi müəssisələrini öz
sahiblərinə qaytarmaq haqqında qərar verməsi o ldu. 1918-ci il o ktyabrın 7-də
hökumətin neft mədənləri və zavodlarını, Xəzər ticarət donanması gə milərini
sahibkarlara qaytarmağı nəzərdə tutan dekreti nəşr olundu və neft sənayesində
xüsusi mülkiyyət prinsipi bərpa edildi
85
. Belə bir tədbir ondan irəli gəlmişdi ki,
milliləşdirmə nəticəsində neft sənayesində olan kəskin böhran elektrik enerjisi
hasilatına, dəmir yol və dəniz nəqliyyatına, maşınqayırma və metal emalı
müəssisələrinə, demək olar ki, bütün sənaye sahələrinin işinə mənfi təsir göstər-
mişdi. Səkkiz saatlıq iş günü, müştərək müqavilə və " istehsal üzərində fəhlə
nəzarəti" ləğv edild i.
Neft A zərbaycanda ixracatın əsas mənbəyi olduğundan hökumət onunla
əlaqədar iqtisadi əlaqələri bərpa etməyə çalışırdı. Rusiya bazarı respublika üçün
məlu m səbəblərə görə itirild iyindən bütün diqqəti Azərbaycanın dünya bazarına
neft ixracına imkan verən Bakı-Batu m neft kəmərindən istifadə etməyə yönəltmək
lazım idi. Bu kəmərin taley i ço x mürəkkəb id i. Onun tikintisinə hələ XIX əsrin
sonlarında- 1897-c i ildə başlanmış, 1907-ci ilin iyulunda isə başa çatdırılmışdı.
Ümu mi uzunluğu 830 km olan neft kəməri Zaqafqaziya Dəmir yolu boyunca
uzanıb gedird i.
1917-1918-c i illərdə neft kə məri ü zərində iş aparılması haq qında olan
mü xtəlif məlu matlar mahiyyət etibarı ilə məh z həmin neft kəməri ilə bağlı idi.
Məlu mdur ki, Bakı neft sənayeçiləri onun məhz neft kəməri kimi inşa edilməsinə
lap başlanğıcda etiraz etmişdilər. Uzun və gərgin mübarizədən sonra Zaqafqaziya
Dəmir Yo lu İdarəsinə Bakı - Batum magistral boru xəttini yol boyu inşa etməyə icazə
verilmişdi. A mma bu dəfə kəmərlə ağ neftin nəqli nəzərdə tutulduğundan onun
inşasına neft sənayeçiləri etiraz etmədilər. Çünki bu halda Bakı neft emalı zavodları
sahiblərinə Qara dəniz sahillərində rəq iblər meydana gəlməsi təhlü kəsi sovuşur,
Bakın ın mövqeyi neft emalı sənayesi mərkəzi kimi möh kəmlənird i.
Təəssüf ki, sonralar, məh z 1917-ci il iyulun 1-də ağ neft kəməri qara neft
kəmərinə çevrildi
86
. Azərbaycanın müstəqilliy i elan olunduğu məqamda neft kəməri
387
işləmirdi Bakı-Batum marşrutu ilə neftin ötürülməsi yaln ız 1918-ci il dekabrın 12-
də bərpa olundu. Bunun ardınca 1918-ci il dekabrın 26-da A zərbaycan və
Gü rcüstan respublikaları arasında "Azərbaycan dəmir yolunun Zəyəm stansiyasından
Gürcüstan dəmir yolunun Saloğlu stansiyasınadək neft ötürülməsinin müvəqqəti qaydaları"
haqqında tranzit müqaviləsi bağlandı. Neft Sənayeçiləri İttifaqı yanında neft kəmərinin
ehtiyatı üçün firmalar arasında neftin pay bölgüsü siyahısını müəyyən edən xüsusi şura
mövcud idi. Neft sənayesi işlərinin bərpa olunduğu dövrdə Azərbaycanda Bakı, Biləcəri,
Hacıqabul, Yevlax, Dalmalıoğlu, Gəncə, Şamaxı və Ağstafada yerləşən 25 anbar var idi
87
.
Neft əsasən Bakı-Batum kəməri ilə nəql edilirdi.
Azərbaycan ilə Türkiyə arasında bağlanmış müqaviləyə görə, Azərbaycan
Türkiyəyə neft və neft məhsulları göndərməyi öz öhdəsinə götürmüşdü. Lakin Türkiyəyə
göndəriləcək neft Batumdan keçdiyi üçün Gürcüstan hökumətinin razılığı lazım idi.
Azərbaycan və Gürcüstan arasında razılaşmadan sonra Gürcüstan hökuməti Bakıdan Türkiyəyə
göndərilən neft və neft məhsullarının 1918-ci ilin oktyabr ayından Batum vasitəsilə
Aleksandropola ötürülməsinə rəsmi icazə verdi
88
.
Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin səyi nəticəsində Almaniya
ilə iqtisadi əlaqə yaratmaq mümkün olmuşdu. Belə ki, Azərbaycan nümayəndələri Almaniya
nümayəndələri ilə hər iki dövlət arasında iqtisadi, ticarət əlaqələri yaratmaq haqqında şifahi
razılıq əldə etmişdilər
89
.
Almaniya nümayəndələri ölkələrinin Azərbaycanla iqtisadi əlaqələr yaratmağa
maraqlı olduğunu bildirmişdilər. 1918-ci il oktyabr ayının əvvəlində Almaniya bu məqsədlə
öz nümayəndələrini Azərbaycana göndərmişdi
90
.
Paris Sülh Konfransında Azərbaycan nümayəndələri Amerika, İtaliya, Fransanın
nümayəndələri ilə də Azərbaycanın həmin ölkələrlə iqtisadi əməkdaşlıq etmək imkanını
müzakirə etmişdilər.
Azərbaycan nümayəndəsi M.T.Hacınski 1919-cu il iyunun 19-da ABŞ və Fransa
nümayəndələri ilə belə bir şifahi razılaşma əldə etmişdi ki, o ölkələrdən Azərbaycana
manufaktura, ayaqqabı və s. gündəlik tələbat malları gətirilsin. Azərbaycanla ticarət əlaqəsi
yaratmaq haqqında Fransanın xarici işlər naziri cənab Pişo da öz müsbət rəyini
söyləmişdi
91
.
1920-ci ilin yanvarında Azərbaycan hökuməti ilə ABŞ arasında ticarət müqaviləsi
bağlanması haqqında razılaşma əldə edilmişdi. Bağlanması nəzərdə tutulan bu ticarət
müqaviləsinə əsasən, Azərbaycan Batum vasitəsilə oraya neft və neft məhsulları
göndərməli, əvəzində isə oradan ərzaq məhsulları almalı idi
92
. 1920-ci ilin yan-
varında Amerika ilə bağlanan müqaviləyə görə, hər həftə Azərbaycan oraya 1500 ton
mazut göndərməli idi
93
.
Azərbaycan hökumətin in İngiltərə ilə iqtisadi əlaqələrinə gəldikdə isə
demək lazımdır ki, o zaman kı ço x mü rəkkəb bir siyasi şəraitdə Azərbaycanı bir ço x
dövlətlər və o cü mlədən ingilislər özlərindən asılı vəziyyətə salmağa çalışırdı.
1919-cu il noyabrın 17-də " Bakı və onun neft mədənlərini işğal et mə k"
94
niyyəti ilə
general To msonun başçılığı ilə ingilis qoşunları Bakıya da xil o ldu.
388
İngilis ko mandanlığ ı burada ticarət, sənaye, nəqliyyat və s. üzərində bir
sıra məhdudiyyətlər qoysa da, A zərbaycan höku mətinin qəti etirazı və tələbi ilə
Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri və s. üzərində
qoyulan bu məhdudiyyətlər ləğv olundu. M.Ə.Rəsulzadə yazırd ı ki, bu dəyişiklik
ingilislərin buradakı həm siyasi və həm də iqtisadi mənafeləri ilə bağlı idi. Neftin
müstəqil Azərbaycan dövləti əlində o lması, ü mu miyyətlə, A zərbaycanın Rusiyadan
ayrılması ingilislərin xeyrinə idi
95
.
Azərbaycan hökuməti ilə İngiltərə arasında 1919-cu il 23 may tarixli
razılaşmaya görə, Azərbaycandan İngiltərəyə aparılan mallar rüsumsuz, icazəsiz
aparılmalı idi
96
. Bu qərara əsasən Azərbaycandan İngiltərəyə Batu m vasitəsilə
450000 pud ma zut, 150 min pud neft, 75000 pud benzin aparılmasın a icazə
verilmişdi
97
. Təkcə 1919-cu il iyunun 30-da Bakıdan Batu m vasitəsilə İngiltərəyə
10 vaqon benzin, 2 vaqon isə mü xtəlif ma llar göndərilmişdi
98
.
Onu da göstərmək lazımdır ki, A zərbaycan Xalq Cü mhuriyyətin in
fəaliyyəti dövründə ölkənin neft ticarətində xarici şirkətlərin rolu müəyyən qədər
saxlan ılmışdı. Məsələn, Azərbaycanın ticarət palatası neftin satışı və qiyməti
haqqında müstəqil hərə kət edə bilmird i. Ba kıdan Batuma göndərilən ağ neft in
satışı və qiy məti ingilis kampaniyası Şell, Şibayev, " Oleu m neft cəmiyyəti" və s.
əlində idi. Bunlar təkcə b ir ay ərzində milyonlarla pud ağ neft ixrac etmiş dilər.
Mazut ixracı da ingilis komandanlığının əlində cəmlənmişdi
99
.
Xammalın, ilk növbədə neft məhsullarının ixracına qoyulan qadağaların
götürülməsinə kəskin ehtiyac yaran mışdı. 1919-cu ilin dekabrında parlament bu
məsələni ö zünün ilk iclasında mü zakirədən keçirərək, "Azərbaycan Cü mhuriyyəti
ərazisindən xammalın ixracı şərtlə ri haqqında" Qanun layihəsini qəbul etdi.
Parlamentin özündə bu məsələyə ikili münasibət mövcud idi. Azad ticarət
tərəfdarları ixraca qoyulmuş bütün qadağaların götürülməsində israrlı idilər. Belə olduqda
ölkə daxilində mal qıtlığı yarana bilərdi. Ticarət azadlığı verilməsinin ilk nəticələri doğrudanda
acınacaqlı oldu: ixrac olunan malların taxıl, pambıq və s. əvəzində Azərbaycan bazarı heç bir
dəyəri olmayan kağız pulla dolduruldu.
Sosialist fraksiyasının bir hissəsi və ittihadçılar ticarət üzərində dövlət inhisarı
ideyasını müdafiə edirdilər. Bu qərarın qəbul olunması da ağır nəticələr verə, istehsalı
stimullaşdırmadığına görə səınaye və ticarətin tənəzzülünə səbəb ola bilərd i.
Nəticədə parlament azad ticarətlə dövlət ticarəti arasında aralıq mövqeyi nəzərdə
tutan daha optimal bir qərar qəbul etdi. İxracatçı malın dəyərinin yarısını xarici valyuta ilə
ödəməli idi. 1919-cuil dekabrın 11-də qəbul olunmuş qanunla siyahısı ciddi müəyyənləş-
dirilmiş malların (əsasən kənd təsərrüfatı məhsulları və neft məhsullarının) sərbəst ixracına
icazə verildi. Aparılan mallardan dövlət xəzinəsinə 95 faiz rüsum ödənilməsi də müəyyən
edildi
100
.
Neft və neft məhsulları Azərbaycan sənayesinin əsas özəyini təşkil edirdi.
İqtisadiyyat, hər şeydən əvvəl, məhz neft məsələsində siyasət ilə, özü də dünya siyasəti
ilə bağlı id i.
389
Azərbaycan Xalq Cümhuriyyəti qonşu Gürcüstan ilə də iqtisadi əlaqə yaratmışdı.
Uzun danışıqlardan sonra hər iki ölkə arasında 1919-cu ilin iyul ayında ticarət və nəqliyyat
müqaviləsi bağlanmışdı
101
. Bu müqaviləyə əsasən, Gürcüstan Batum vasitəsilə Bakı neftinin
xaricə ixracına imkan yaratmalı idi. Batum ticarət yolunun açılması haqqında danışıqlar uzun
çəksə də, müsbət nəticələndi
102
. Gürcüstan ilə Azərbaycan hökuməti arasında ticarət və
nəqliyyat müqaviləsinə əsasən, Azərbaycandan tranzit yolla xarici ölkələrə mal
aparılmasına tam sərbəstlik verilirdi. Gürcüstan ilə Azərbaycan arasında bu müqavilə
imzalanmamışdan əvvəl 1918-ci ildə neft kə mərinin texniki müqaviləsi imzalanmışdı,
həmin müqaviləyə görə, Bakı nefti bu kəmər vasitəsilə bir sıra xarici ölkələrə axıdılırdı. Belə ki,
1918-ci ilin təkcə oktyabr ayından hər gün Gürcüstana 3 sistern neft və 2 sistern ağ neft
göndərilməsi qərarlaşdırılmışdı
103
. Sonradan bu norma 20 sisternə qədər artırılmışdı
104
.
Gürcüstanla Azərbaycan arasında tranzit müqaviləsinin imzalanmasının hər iki
dövlətin həyatında həm siyasi, həm də böyük iqtisadi əhəmiyyəti var idi. Neftlə zəngin
Azərbaycana birinci növbədə əhalinin ilkin zəru ri ərzaq məhsulları və kağız pula
tələbatını təmin etmək lazım idi. Buna görə də hökumət nefti ərzağa dəyişdirməyi
qərara aldı. A zərbaycan Gürcüstandan neftin əvəzinə puldan başqa, odun kömürü,
lobya, kələm, şəkər, habelə avtomobil şinləri alırd ı. Gürcüstan Azərbaycanı kifayət
qədər şəkər və taxılla təmin edə bilmədiy i üçün hökumət Ukraynaya müraciət
etmiş, amma bu dəfə də Gürcüstanın ərazisindən Qara dənizədək tranzit kimi
istifadə olun muşdu
105
. Eyni səbəbdən Azərbaycanla İtaliya arasında da ticarət
münasibətləri meydana gəlməyə başladı. İtaliyadan hərbi və iqtisadi yardım almaq,
əvəzində isə oraya neft məhsulları və s. göndərilməsi haqqında İtaliya missiyasının
rəhbəri polkovnik Qabbe ilə general N. Yusifbəyli intensiv danışıqlar aparmışdı.
İtaliya ilə A zərbaycan dövləti arasında mal mübadiləsi haqqında müqavilə
bağlanması üçün həmin malların q iy mətin in müəyyən olması haqqında da
danışıqlar gedirdi
106
. Polkovnik Qabbe belə bir fikirdə idi ki, əgər Bakıdan İtaliyaya
1000 ton neft göndərilərsə, deməli, Azərbaycan ilə İtaliya arasında faktiki olaraq
iqtisadi əlaqələr yaranmış olar
107
. Polkovnik Qabbe onu da qeyd etməyi lazım bilmişdi
ki, amerikalılar və ingilislər öz mənafelərini üstün tutaraq, Azərbaycanın başqa
ölkələrə neft göndərməsinə mane olurlar
108
.
1919-cu il dekabrın 1-də N.Yusifbəyli İtaliyaya göndərdiyi məktubunda
Batu m vasitəsilə oraya 590000 pud ağ neft, 660000 puda yaxın mazut göndərməyi
qərara ald ığını b ildirirdi. Hər bir ton neftin qiyməti 35 dollar, mazutun tonu isə 25
dollar idi
109
. 1920-ci ilin əvvəllərində Bakı-Tiflis də mir yolu vasitəsilə və sonra
Qara dənizə çıxmaqla barter sövdələrin in həyata keçirilməsinə başlandı. İtaliya
Azərbaycana manufaktura malları, ayaqqabı və s. gündəlik tələbat malları göndərib
əvəzində xam neft və neft məhsulları alırdı
110
.
Tranzit müqaviləsinə qayıdaraq qeyd etmək lazımd ır ki, o, Gürcüstan
üçün əlverişli şərtlərlə bağlan mışdı. Belə ki, Gürcüstan ərazisindən Qara dənizədək
tranzit kimi istifadə edildiyindən, müqaviləyə əsasən, neftin bir hissəsini qonşu
dövlət müftə alırd ı. Neft kəməri ilə Qafqazdakı Britaniya ko mandanlığına da neft
390
verilirdi. Ya lnız 1918-ci il o ktyabrın 1-dən 1919-cu il apre lin 1-də k Ba kı
stansiyalarından Saloğlu stansiyasınadək (Gürcüstan ərazisi) 6168000 pud neft
ötürülmüşdü. Bunun 3.220.754 pudu ingilis ko mandanlığına, 281160 pudu isə
Gü rcüstan hökumətinə göndərilmişdi
111
. Neft kəmərinin fəaliyyətinin bərpa
edilməsindən sonra isə, yəni 1918-d dekabrın 12-dən 1919-cu il aprelin 1-dək Gürcüstan
dəmir yoluna 3882808 pud neft verilmişdi
112
. Bu vaxtadək alınmış neftə görə Gürcüstanın
Azərbaycana borcu 15940364 rubl 44 qəpiyə çatmışdı
113
.
Qara neftin kəmərlə nəqli sərfəli gəlir mənbəyi deyildi. Neft Sənayeçiləri
İttifaqı Şurasının tələbi və ingilis komandanlığı nümayəndələrinin iştirakı ilə 1919-cu il mayın
20-də Şuranın iclası oldu. Orada neft kəmərinin ilkin funksiyasına, yəni ağ neftin nəql edil-
məsində istifadə olunmasına qaytarılması məsələsi xüsusi olaraq müzakirəyə qoyuldu. Bu,
kifayət qədər də xam neft olmasını tələb edən çox mürəkkəb bir texniki proses idi. 1919-cu
il mayın ortalarında Azərbaycanın anbarlarında 15 milyon pud ağ neft, ağ neft emal etmək
üçün isə 70 milyon pud xam neft ehtiyatı var id i"
114
. Bu kəmərlə ağ neft ötürülməsi
işlərinin bərpa olunması üçün real imkanların mövcudluğu demək idi. Lakin Azərbaycan Xalq
Cümhuriyyətinin mövcudluğu müddətində bu layihəni axıradək başa çatdırmaq mümkün
olmadı. Hətta əksinə, bütün neft sənayesində tənəzzül baş vermişdi. Əgər 1913-cu il
göstəricilərini 100% qəbul etsək, onda 192 ilin rəqəmləri müharibədən əvvəlki rəqəmlərlə
müqayisədə belə, quyu qazılması 3,49%, neft hasilatı 39,18%, neft emalı - 35,54%
115
.
M.Ə.Rəsulzadə yazırdı ki, bir sıra sosial-iqtisadi nailiyyətlərdən sonra, Azərbaycan
həyat qabiliyyətini yalnız öz içində deyil, xaricdə də hiss etdirdi. Az keçmədi ki, Avropanın,
Amerikanın elçiləri Azərbaycanın paytaxtını ziyarət edərək onu tanıdıqlarını və onunla hər növ
mədəni və ticarət əlaqəsinə girmək istədiklərini bildirdilər
116
.
Azərbaycan hökuməti zəhmətkeşlərin sosial vəziyyətinə, yarandığı ilk günlərdən,
diqqət yetirməyə çalışırdı. İstehsalın tənəzzülü, neft sənayesinin böhranı, ərzaq məhsullarının
bahalaşması, əmək haqqının aşağı olması fəhlə və qulluqçuların onsuz da ağır olan vəziy-
yətini daha da ağırlaşdırırdı.
Sosial problemlərin koklü şəkildə həll olunmaması hökumət böhranlarına gətirib
çıxarır, siyasi qüvvələr arasındakı ixtilafların daha da dərinləşməsinə şərait yaradırdı.
Azərbaycan hökumətinin sosial siyasəti əsasən aşağıdakı istiqamətlərdə aparılırdı:
1.Fəhlə və dövlət qulluqçularının, ümumiyyətlə zəhmətkeş əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması; 2. Sahibkarlar və fəhlələr arasındakı münaqişələrin həll edilməsi;
3.Fəhlə qanunvericiliyinin hazırlan ması; 4. Sosial təminat sahəsinin inkişafı, ilk
növbədə pensiya və sığorta siyasətinin əsaslı surətdə formalaşdırılması; 5. Sosial
problemlərin həlli və tənzimlən məsi istiqamətində mü xtəlif siyasi qüvvələrlə
əməkdaşlığa nail olun ması, xüsusi olaraq sahibkarlar və fəhlələrin maraq larını
ifadə edən təşkilatlarla, həmkarlar ittifaqları ilə müvafiq b irgə fəaliyyətin
əlaqələndirilməsi.
Sosial problemlərin, ən başlıcası isə fəhlə məsələsinin tənzimlən məsi ilə
həm parlamentin fəh lə ko missiyası, həm də Əmək Nazirliyi məşğul olurdu. Əmək
Nazirliyin in fəa liyyəti digər höku mət idarələ ri ilə yanaşı, 1918-ci il oktyabrın 12-
391
də Ticarət və Sənaye Nazirliyi nəzdində təsis edilən Bakı quberniyası Fabrik
Müfəttişliyi
117
və Əmək Nazirliy inə tabe olan və Bakının 8 rayonunu əhatə edən
Əmək Müfəttişliyi (5 avqust 1919-cu ildə yaradıldılar)
118
və Baş Əmək
Müfəttişinin köməyi ilə həyata keçirilirdi.
Azərbaycan Xalq Cü mhuriyyətinin Əmək Nazirliyi 1919-cu il yanvarın
21-dən fəaliyyət göstərməyə başladı
119
. Sosialistlərin nümayəndəsi Aslan bəy
Səfikürdski əmək naziri təyin edildi.
1919-cu il 8 yanvar tarixli parla ment ic lasında "Müsavat" fraksiyasının
adından çıxış edən A.Kazımzadə Bakı rayonu fəhlələrinin maddi və mənəvi
ehtiyacların ın ödənilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə ə mək
nazirinə sorğu verdi
120
. Fəhlələrin ağır vəziyyətdə yaşamalarını etiraf edən nazir
yaxın vaxtda hökumət tərəfindən bu məsələnin həlli məqsədilə mühüm addımların
atılacağın ı vəd etdi
121
.
Əmək haqqının artırılması ilə əlaqədar keçirilən müşavirədə 1919-cu il
yanvarın 1 -dən etibarən əmək haqqı ilə yanaşı, ayda 360 manat məbləğ ində ailəli
vətəndaşlara və 120 manat ailəsiz vətəndaşlara əlavə pul vəsaitinin verilməsi
haqqında qərar çıxarıldı
122
. Bundan sonra Əmək Na zirliyi mədən və fabriklə rdə
əmək mühafizəsinin təmin edilməsi barədə qərar çıxard ı
123
. O, sahibkarlardan
əməy in düzgün təşkil olun masına diqqət yetirmələrini tələb etdi. Sahibkarlara
tapşırıldı ki, onlar hələ də qüvvədə olan Fabrik-mədən Müfəttişliyi haqqında 1913-
cü il tarixli Əsasnaməni rəhbər tutaraq, b ir həftə ərzində müəssisələrdə fəhlə əməyi
ilə bağlı məsələlərə nəzarət edən şəxslər barədə məlu matları Bakı quberniyası
Fabrik Müfəttişliy inin Baş İdarəsinə çatdırsınlar. Bundan əlavə, sənayeçilərdən bir
aylıq müddətdə fəhlələrin əmək şəraitin i qaydaya salmaq tələb olunurdu
124
.
Bir az sonra Əmək Nazirliy i tərəfindən, bəzi düzəlişlər istisna olunmaqla,
kollektiv müqavilə bərpa edildi. Hö ku mət həmçin in neft sənayesinin böhrandan
çıxması üçün maliyyə vəsaitləri ayırır, onların müəyyən hissəsi də fəhlələrin əmək
haqlarının ödənilməsinə xərclənird i
125
.
Sahibkarlar və fəh lələr arasında ciddi münaqişələr yarandıqda, həmçin in
tətillərin aradan qaldırılması və ko llektiv müqavilələrin hazırlan ması məqsədilə
barışdırıcı ko missiyalar təşkil edilirdi. Əmək Nazirliyinin məlu matına görə, 1919-cu
il yanvarın 1-dən oktyabrın 15-nə qədərki dövrdə bu idarəyə daxil olmuş 1537
şikayətdən 928-i fəhlələrin xeyrinə həll edilmiş, 456-sı isə öz həllin i tap ma-
mışdı
126
.
Əmək Nazirliyinin tələbi ilə, parlament 1919-cu il martın 19-da nazirliyin
nəzdində Fəhlə məsələsi üzrə Xüsusi Məşvərət Şurasının yaradılması haqqında
qanun qəbul etdi. Beş nəfər fəhlə və beş nəfər də sahibkar olmaqla on nəfərdən ibarət
həmin qurum əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasındakı münasibətlərin
tənzimlən məsi məsələləri ilə məşğul olmağa başladı. Xüsusi Şuraya əməy in
mühafizəsi və zəh mətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələ lərinə
toxunan qanunların icra edilməsinə nə zarət et mə k hüququ verildi
127
. Fəhlə məsələsi
392
üzrə Xüsusi Məşvərət Şurasının Müvəqqəti Nizamnaməsində deyilirdi ki, əmək
nazirin in sədrliyi altında fəaliyyət göstərəcək bu orqan "istər əməyin mühafizəsi,
istərsə də əmək şəraiti və zəh mətkeş siniflərin məişətinin yaxşılaş dırılmasına
yönələn məsələlərlə bağlı mövcud qanunların dəqiq icra edilməsi üzrə tədbirlərin
ilkin mü zakirəsi məqsədilə təsis edilir"
12
1919-cu il mayın 31-də sosial və istehsalat münaqişələrinin həllinə
cavabdeh olacaq Arbitraj orqanının yaradılması haqqında qərar çıxarıld ı
129
.
Ümu miyyətlə demək o lar ki, A zərbaycan höku məti dövlət qulluqçuların ın
maddi vəziyyətinin ya xşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Buna misal,
hökumətin 1918-ci il 28 dekabr, 1919-cu il 21 aprel, 1920-ci il 5 yanvar və 7 fevral
tarixli iclaslarında qəbul etdiyi müvafiq qərarları göstərmək olar
130
. Dövlət
qulluqçularının maddi vəziyyətinin yaxşılaşdırılması işində Azərbaycan hökuməti
tərəfindən 1919-cu il fevralın 10-da yaradılan dövlət qulluqçularının əmək haqların ın
qaldırılması ü zrə idarələrarası ko missiyanın rolu oldu
131
.
Dövlət qulluqçularının maddi vəziyyətinin yaxşılaşdırılması məsələsinə
parlament səviyyəsində də baxılırdı. Parlament 1919-cu il mayın 12-də qulluqçulara
müvəqqəti əlavə pul vəsaitinin verilməsi haqqında
132
, 1920-ci il martın 15-də isə mülki və
hərbi idarə qulluqçularının maaşlarının artırılması haqqında
133
qanunlar qəbul etdi.
Fəhlə və dövlət qulluqçularının maaşını qaldırmağa çalışan Azərbaycan hökuməti
vergi tariflərini də qaldırmağa məcbur olurdu. Digər tərəfdən, maaşların artırılması dövlət
büdcəsindəki kəsiri çoxaldırdı. Nəticədə yenidən pul emissiyası həyata keçirilirdi.
Fəhlələrin sosial vəziyyətinin pisləşməsi isə davam edirdi. Belə ki, parlament 1919-cu il
fevralın 4-də dəmir yol fəhlələrinin maaşının artırılması haqqında qanunu qəbul
etdikdən cəmi 10 gün sonra hökumət dövlət tariflərinin də artırılması haqqında qanun
layihəsini parlamentə təqdim etdi, çünki maaşların qaldırılması nəticəsində Azərbaycan
dəmir yolunun aylıq kəsiri 8 milyon manata qalxdı
134
.
1919-cu il martın 16-da Azərbaycan hökuməti fəhlələrin əmək haqlarının
qaldırılması barədə əmək nazirinin çıxışını dinləyib maliyyə, həmçinin ticarət və
sənaye nazirlərinə fəhlələrə əmək haqları ödənilməsi məqsədilə neft sahibkarlarına 10
milyon manatdan az olmayaraq pul vəsaiti buraxılması barədə tapşırıq verdi
135
.
1919-cu il sentyabrın axırlarında əmək naziri bahalığın artmasını nəzərə alaraq,
Bakı rayonunda yerləşən sənaye müəssisələrinin fəhlə və qulluqçularının maaşlarını
qaldırmaq məsələsini müzakirə etməyi zəruri saydı və müvafiq ko missiya yaratdı
136
.
Lakin hökumətin səylərinə baxmayaraq, bahalıq və inflyasiyanın təsiri
nəticəsində Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin sosial vəziyyəti daha da
ağırlaşırdı. Bunu statistik məlumatlar da təsdiq edir.
1919-cu ilin dekabrında Azərbaycan dövlət müəssisələrində 32705 nəfər
(bunun 30 faizini ailəlilər təşkil edirdi) işləyirdi. Onların saxlanması xərci ildə 7889641
manat təşkil edirdi. Qeydə alınmış qiymətlərlə subay adama ərzaq üçün ayda 231 manat
75 qəp., ailələr üçün 418 manat 50 qəp. (hamısına birlikdə ayda 13650379, ildə isə
163804948 manat) lazım idi. Hə min ərzaq məhsullarının dəyəri 1920-ci il yanvarın
393
birinci yarısında bazar qiymətləri ilə ayda 35150038 manat təşkil edirdi
137
.
Nazirliyin statistika şöbəsinin məlu matına görə, 1919-cu ilin son altı ayı
ərzində qiymətlər: çörək 10 faiz, yağ 56 faiz, balıq 150 faiz, yumurta 96 faiz, ət 200
faiz artmışdı
138
. Beləliklə, göstərilən dövr üçün orta bahalaşma həddi 100 faiz,
əmək haqqı artımı isə 39 faiz id i. Bu fərqi nəzərə alan Ticarət, Ərzaq və Sənaye
Nazirliyi 1920-c i ilin yanvarında höku mətə proble min həll o lunması üçün başqa
yol təklif edərək, fəhlə və qulluqçuların çörək, çay, qənd, düyü, bez və s. əsas ərzaq
məhsulları və ilkin tələbat malları ilə təchizatın ı qəti müəyyənləşdirilmiş sabit
qiymətlərlə təmin etməyin məqsədəuyğun olduğunu bildirdi. Bunun üçün həmin
nazirliyin nəzdində xüsusi təchizat idarəsi yaratmaq nəzərdə tutulurdu.
Azərbaycan hökuməti fəhlə məsələsi ilə bağlı qanun layihələrini
hazırlay ıb parlamentə təqdim etmiş di. Lakin bu layihələr u zun müddət deputatların
diqqətindən kənarda qalmış və parlamentin ü mu mi iclaslarına çıxarılmamışdı.
Əhalinin sosial vəziyyətinin müəyyən dərəcədə yaxşılaş masına hökumət in 1918-ci
ilin mart və sentyabrında baş vermiş hadisələr zamanı zərərçəkən lərə maddi
yardımın göstərilməsi haqqında 1919-cu il 7 fevral tarixli
139
və kasıb ailə lərdən
olan şagirdlərə maddi yard ımın göstərilməsi haqqında 1919-cu il 12 fevral tarixli
140
qərarları, parlament tərəfindən qəbul olun muş qaçqınların ehtiyacların ın
ödənilməsinə 21 milyon manat məbləğində vəsaitin buraxılması haqqında 1920 -ci
il 8 yanvar tarixli qanun
141
yönəlmişdi.
Ümu miyyətlə, ö lkədə müşahidə olunan siyasi sabitsizlik, xarici təhlükənin
mütəmadi mövcudluğu, Birinci Dünya müharibəsinin dağıdıcı nəticələri və
Rusiyada cərəyan edən proseslər üzündən Azərbaycanın iqtisadi cəhətdən təcrid
olunması, hakimiyyət strukturların ın fəa liyyətində dürüst əlaqələndirmən in
olmaması sosial-iqtisadi islahatların keçirilməsin i ləngidir, bu da iqtisadi böhranın
daha da dərinləşməsinə gətirib çıxarırd ı. Ancaq mənfi amillərin müvafiq təsirinə
baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyətinin rəhbərliyi ölkədə iqtisadi
vəziyyətin yaxşılaşması, sosial problemlərin həlli istiqamətində ciddi addımlar
atmağa cəhd edir, mü xtəlif sosial proqramların həyata keçirilməsini planlaşdırırdı.
Azərbaycanın liderləri hesab edirdilər ki, milli dövlətin varlığı və
möhkəmləndirilməsi ço xu klad lılıq bazasında yeni inkişaf modelin in qurulması
yolundadır. Əsasən obyektiv səbəblərdən - xarici təzyiq və təcavüzün baş verməsi
ucbatından onlar bu məqsədə nail ola b ilmədilər.
394
X FƏSİL
Dostları ilə paylaş: |