NƏTİCƏ
"Azərbaycan tarixi"nin V cildi XX yüzilliyin ilk iyirmi ilini əhatə edən,
Azərbaycan xalqının həyatında mühüm prinsipial əhəmiyyət kəsb edən mürəkkəb və çox
ziddiyyətli sosial-iqtisadi, ictimai-siyasi və mədəni proseslərlə zəngin olan bir dövrə həsr
edilmişdir. Şimali Azərbaycanın iqtisadiyyatı daha sürətlə inkişaf edərək tam bazar
iqtisadiyyatı xarakteri almış, məhsuldar qüvvələrin coşqun inkişafı zəminində milli
şüurun formalaşması və tərəqqisi yeni-daha yüksək pillələrə qalxmış, milli ideyaların
aparıcısı olan güclü ziyalılar yetişmiş, zəngin milli koloritə malik, özündə Şərq incəliyi
və Avropa müxtəlifliyini qəribə şəkildə uzlaşdıran rəngarəng mədəniyyət ortaya çıxmış,
tədricən təşkilatlanan milli siyasi qüvvələr, nəhayət ki, rus müstəmləkə rejimini yıxaraq
uzunmüddətli fasilədən sonra milli dövlətçiliyimizi bərpa etmiş, Azərbaycan Xalq
Cümhuriyyəti yaratmışdılar.
Bu, yeni demokratik və dünyəvi Azərbaycan dövlətinin yaradılması,
bünövrəsi hələ XIX yüzildə qoyulmuş, həmin əsrin əsasən II yarısından quzey
torpaqlarımızda meydana çıxan sosial-iqtisadi və ictimai-siyasi proseslərin inkişafının
qanunauyğun nəticəsi olmuşdur.
XX yüzilliyin ilk iki onilliyində Şimali Azərbaycan iqtisadiyyatının sosial-
iqtisadi strukturunda sənaye sahələrinin, ticarət-kapitalist xarakterli sahələrin xüsusi çəkisi
durmadan artmış, bazar yönümlü kapitalist istehsal münasibətləri xalq təsərrüfatında
müəyyənedici mövqelərə yiyələnərək həlledici amilə çevrilmişdi.
Bu dövrdə də iqtisadiyyatımızın ən mühüm sahələrindən biri olan kənd
təsərrüfatında ciddi təkamül prosesləri müşahidə olunur. Çar mütləqiyyətinin bütün ciddi
cəhdlərinə baxmayaraq, əsas istehsalçıların - kəndlilərin torpaq sahibkarlarına çevrilməsi
yollarında xeyli dəyişikliklər baş vermiş, 1900-1903-cü illərin qanunları kənd
sakinlərimizin böyük əksəriyyətini - xəzinə kəndlilərini öz pay torpaqlarının daimi
istifadəçisi elan etmiş, nəhayət, 1912-ci il 20 dekabr qanunu isə bəy-mülkədar
torpaqlarında məskunlaşmış sahibkar kəndlilərini pay torpaqlarının mülkiyyətçisinə
çevirmişdi. Bu addımın kənd təsərrüfatının gələcək inkişafı üçün möhtəşəm əhəmiyyəti
danılmazdır. Hətta torpaq üzərində xəzinə mülkədar sahibkarlığının ağalığı şəraitində kənd
burjuaziyası - qolçomaqlar müxtəlif sahələrdə bütün təsərrüfatların 10-15 faizini təşkil
edərək, kənd təsərrüfatında bazar iqtisadiyyatı münasibətlərinin başlıca daşıyıcısına, əsas
əmtəə istehsalçılarına, kənddə öncül sosial qüvvəyə çevrilməkdə idilər. XX əsrin
əvvəllərində kənd təsərrüfatının elə bir sahəsi qalmamışdı ki, burada kapitalist istehsal
münasibətləri özünə möhkəm yer tutmasın, bu sahə bazar iqtisadiyyatının nüfuz dairəsinə cəlb
olunmasın. Lakin əkinçilik, xüsusən də texniki bitkilər becərilməsi və emalı sahələrində
əmtəə-kapitalist münasibətləri xüsusən dərin köklər atmışdı. Bununla yanaşı, kənd
təsərrüfatının hətta maldarlıq, taxılçılıq kimi ənənəvi sahələri də getdikcə daha çox bazar
iqtisadiyyatı çərçivəsinə daxil olur, bazarın tələbatı əsasında qurulurdu.
H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, A.Quliyev kimi iri sahibkarların
meydana çıxıb formalaşması, ölkənin iqtisadi həyatında mühüm rol oynamağa başlamaları
431
Şimali Azərbaycanda kökləri XIX yüzilliyə gedib çıxan bazar-kapitalist iqtisadiyyatı
cəmiyyətinin inkişafın ın qanunauyğun yekunu idi.
Kənd təsərrüfatında azad muzdlu əməyin tətbiqi, ilkin emal müəssisələri
şəbəkəsi getdikcə daha sürətlə genişlənmiş, Bakıda bu sahə ilə birbaşa bağlı olan, hazır
yeyinti məhsulu verən iri sənaye müəssisələri, Şimali Azərbaycanda müasir toxuculuq
sənayemizin ilki sayıla biləcək, əsası görkəmli sənayeçi və xeyriyyəçi H.Z.Tağıyev tərəfindən
qoyulmuş fabrik işə düşmüşdü.
Sənaye sahəsində XX əsrin ilk iki onilliyində istehsalın mərkəzləşməsi və
təmərküzləşməsi prosesləri getdikcə güclənmiş, Nobel, "Şell", "Oyl" kimi sənaye
nəhəngləri neft sənayesi və onunla bağlı olan sahələrin əsl ağalarına çevrilmişdi. Sənayedə
hakim mövqelərə yiyələnmiş inhisar birlikləri saysız-hesabsız mədənlərə, zavod və
tərsanələrə, nəqliyyat vasitələrinə və satış şəbəkələrinə, o cümlədən dünya bazarlarında
uğurla fəaliyyət göstərən satış şəbəkələrinə malik id i.
Hələ XIX əsrin sonuncu onilliyində neft hasilatının həcminə görə ABŞ-a çatmış və
onu ötüb keçmiş Bakı neft sənayesi rayonu XX yüzilliyin əvvəllərində də dünyanın ən
mühüm yanacaq sənayesi mərkəzlərindən biri kimi planetin iqtisadi xəritəsində özünə
layiq yer tuturdu. Avropa və Asiya bazarlarında Şimali Azərbaycanın təkcə nefti deyil,
şərabı, xalçası, tütünü, taxılı və s. məhsulları da güclü rəqabətə uğurla dözüm gətirirdi.
Azərbaycan sənayesi və kənd təsərrüfatının onlarla məhsulu Avropanın müxtəlif sərgi və
yarmarkalarında onlarla fə xri mü kafata lay iq görülmüşdü.
XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanın nəqliyyat şəbəkəsi də xeyli
genişlənmişdi. Əsrin lap başlanğıcında Biləcəri-Port-Petrovsk xətti ilə Ümumrusiya
dəmir yolları şəbəkəsinə çıxış əldə olunması, şose yolları şəbəkəsinin genişlənməsi,
dəniz nəqliyyatı imkanlarının yeni mərhələyə yüksəlməsi bir tərəfdən, ölkənin əyalətləri
ilə sənaye mərkəzlərinin əlaqələrini xeyli sıxlaşdırmış, ümummilli bazarların formalaşması
prosesini yekunlaşdırmış, digər tərəfdən isə daxili və xarici ticarətin dövriyyə imkanlarını
görünməmiş dərəcədə artırmış, dünya bazarlarına çıxışları rəngarəng etmişdi.
Şəhərlərimizin həyatında da ciddi dəyişikliklər baş verməkdə idi. XIX yüzilliyin
son rübü ərəfəsində xırda əyalət şəhərlərindən heç də fərqlənməyən Bakı artıq XX
əsrin əvvəllərində əsl ümu mmilli mərkəzə, Rusiya imperiyasının ən möhtəşəm sənaye
və ticarət nəhənglərindən birinə çevrilmişdi. İri yanacaq energetika sənayesi mərkəzi
kimi Bakı təkcə Azərbaycan və Cənubi Qafqazın deyil, həmçinin Rusiya, imperiyasının
iqtisadiyyatına, dünyanın neft bazarına böyük təsir gücünə malik idi.
Yüz minlərlə əhalinin cəmləşdiyi Bakı sənaye rayonu ilə yanaşı, İrəvan, Gəncə,
Dərbənd, Şuşa, Nuxa, Şamaxı kimi ticarət və sənətkarlıq mərkəzləri də getdikcə daha
çox sənaye şəhəri xarakteri almağa başlayırdı. Özü də Bakıdan fərqli olaraq, digər
quberniya və qəza mərkəzlərində milli kapitalın mövqeyi xüsusən qüvvətli idi.
Şəhərlərlə yanaşı, bir sıra kənd yaşayış məskənlərinin -Kürdəmir, Ağdam, Ləki,
Salyan, Cavad, Əylis, Uluxanlı və başqalarının tədricən sənaye və ticarət mərkəzlərinə
çevrilməsi ölkənin sosial-iqtisadi həyatında yeni, mütərəqqi hadisə idi.
XX əsrin əvvəllərində Şimali Azərbaycan əhalisinin tərkibinin rəngarəngliyi
432
daha da güclənmişdi. Bütün dövrlərdə Azərbaycan əhalisi üçün səciyyəvi olan, XX
yüzilliyin əvvəlində bir qədər də güclənmiş milli etnik rəngarəngliyə sosial müxtəlifliyin
daha da güclənməsi əlavə olunmuşdu. Kənddə və şəhərdə muzdlu əməklə dolanan sosial
elementlərin xüsusi çəkisi durmadan artır, ö z təsərrüfatlarını bazar iqtisadiyyatının
tələblərinə müvafiq şəkildə quran sərmayədarların ölkənin iqtisadi həyatında
nüfuzu və rolu gündən-günə güclənirdi. Sosial qütbləşmə prosesi getdikcə geniş
miqyas alırd ı. Bu dövrdə Bakı, Gəncə, İrəvan, Dərbənd, Şuşa, Nu xa, Şamaxı kimi
şəhərlərimizin əhalisi içərisində sənaye fəaliyyəti ilə bağlı olanların xüsusi çəkisi
durmadan artırdı.
Məhsuldar qüvvələrin in kişafı, iqtisadiyyatın ümu mi tərəqqisi fonunda
milli burjuaziyanın təşəkkü lü və getdikcə güclən məsi, milli şüurda yeni mey llərin
ortaya çıxması milli mədəniyyətin yeni, daha yüksək mərhələyə qalxması ilə
nəticələnird i. Milli şüurun inkişafın ın yeni mərhələsinə xas olan bu meyillər
əvvəllər ancaq qeyri-azərbaycanlı etnik kütlələrə yönəlmiş (RSDFP -nin Bakı
Ko mitəsi), bir qədər sonra bununla bağlı olan "Hü mmət" tipli təşkilatın ardınca,
xüsusən də 1905-ci ildən başlayaraq, milli-siyasi və b. ictimai təşkilatların
meydana çıxmasına gətirib çıxardı. Məh z "İttifaqi müslimin", "Difai", "Müdafiə"
kimi ilk siyasi partiya və qruplar 1911-ci ildə yaranan, Birinci dünya müharibəsi
dövründə xey li fəallaşaraq çarizmin devrilməsindən az so nra usubbəyçi ədəmi-
mərkəziyyətçilərlə b irləşib ü mu mmilli siyasi partiyaya çevrilmiş "Müsavat"
Partiyasının ortaya çıxıb ərsəyə gəlməsi üçün zəmin yaratmışdı.
Milli-siyasi qüvvələrin fəallaşması rus müstəmlə kəçilərin i b ərk narahat
etmiş, onlar ö z ağalıq larını qorumaq üçün əvvəlkitək "kökə"-dən "dəyənəyə"dək
mü xtəlif üsullara əl atmışdılar. Çar höku məti günü-gündən güclənən inqilabi
hərəkatın vüsətini yatırmaq üçün ermənilərlə azərbaycanlılar arasında milli ədavət
- q ırğın törət miş, inqilabi qüvvələrə qarşı küt ləvi repressiyalara ə l at mış, bunlarla
yanaşı, "Zemstvo müşavirələri", Du ma kampan iyaları kimi tədbirlə ri işə salmışdı.
Çar höku mətinin niyyətlərinə baxmayaraq, bu kampaniyalar, xüsusən də I-IV
Rusiya duma larındakı
fəaliyyət XX əsrin əvvəlləri dövrü Azərbaycan
siyasətçilərinin, Topçubaşov, Xoyski, Xasməmmədov, Cəfərov və b. ibarət bütöv
bir siyasətçilər nəslin in təşəkkülündə, onların zəruri dövlətçilik təcrübəsi
qazanmasında əvəzed ilməz ro l oynadı ki, bu təcrübə də milli-siyasi qüvvələrin
təşəbbüskarlığ ı ilə birlikdə Azərbaycan Xalq Cü mhuriyyətinin yaradılması və
idarəsində əvəzedilməz əhəmiyyətə malik o lmuşdur. Bu siyasi təcrübənin
qazanılması prosesində, milli qüvvələrin daha da fəallaşmasında xüsusən də I Dünya
müharibəsi dövrü müstəsna rol oynamışdır.
XX yüzilliyin əvvəlləri Şimali Azərbaycanda elm və mədəniyyətin inkişafı
baxımından da əlamətdar bir dövr olmuşdur. Bu dövrdə mədəni-maarif müəssisələrinin
şəbəkəsi, xüsusən də şəhərlər və kəndlərdə ilkin və ruhani təhsili verən məktəb və
mədrəsələrlə yanaşı, dünyəvi təhsil verən müxtəlif çeşidli tədris müəssisələrinin
şəbəkəsi xeyli genişlənmişdir. Abşeron, Naxçıvan, Şəki-Zaqatala, İrəvan və s.
433
bölgələrin kəndlərində belə xeyli dünyəvi məktəblər fəaliyyət göstərirdi. Lakin başlıca
olaraq rus təhsili verən bu məktəblər əhalinin tədris müəssisələrinə olan tələbatını az-
çox ödəməkdən çox-çox uzaq idi. Eyni sözləri miqyası bir qədər genişlənmiş səhiyyə
müəssisələri haqqında da demək o lar.
Haqqında danışdığımız dövrdə ibtidai və orta təhsil müəssisələrinin şəbəkəsi
bir qədər genişlənsə də, Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi
Azərbaycana köçürülsə də, seminariya və orta ixtisas təhsili verən bəzi müəssisələr
meydana gəlsə də, onlar tələbatı qətiyyən ödəmirdi. Uzun müzakirələrə baxmayaraq,
çarizm Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda ali təhsil müəssisəsinin
yaradılmasına imkan verməmişdi. İlk ali məktəbi də məhz XX əsrdə ilk milli
dövlətimiz yaratdı.
Lakin bütün bunlara baxmayaraq, hələ XIX yüzilliyin II yarısından etibarən
Rusiya imperiyasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərinin sayı ilbəil
artırdı. XX yüzilliyin əvvəlləri də daxil olmaqla bu dövr ərzində həmin məktəbləri 200
nəfərdən çox gənc bitirmişdi. Həmin nəsil Azərbaycanın təkcə sosial, iqtisadi və
mədəni həyatında deyil, ictimai-siyasi mühitində də çox mühüm qüvvəyə çevrilə
bildi. Bunların içərisində elə C.Hacıbəyli, M.Hacınski, Z.Əhmədbəyov, C.Hacınski,
X.Məlikaslanov, A.Səfikürdski, R.Xoyski, H.Ağayev, M.Vəkilov, M.Cəfərov, Ə.Pepinov,
F.Xoyski, M.Mirqasımov, H.Şahtaxtinski, X.Sultanov, N.Usubbəyli, N.Nəri manov,
X.Rəfibəyov, T.Şahbazi, Y.V.Çəmənzəminli, S.Axundova və onlarla başqalarının adlarını
çəkmək mü mkündür. Onlardan hər biri XX yüzilliyin əvvəllərində Şimali Azərbaycanın
həyatında mühüm rol oynamış görkəmli simalard ır.
Əsrin əvvəllərində milli mətbuat keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxaraq,
nəinki sosial-iqtisadi və ictimai həyatın operativ güzgüsünə çevrilmiş, həmçinin bir çox
baxımdan milli ideyaların geniş kütlələrin malına çevrilməsi sahəsində, müstəmləkə
əsarətinə qarşı milli-azadlıq hərəkatında kəsərli silah rolunu oynamışdır. Görkəmli
mütəfəkkir Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının başçılıq etdiyi
Şimali Azərbaycan milli mətbuatı bütün müsəlman və türk dünyası mətbuatının şəksiz və
şəriksiz liderinə çevrilmişdi.
Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, N.Vəzirov,
Ə.Haqverdiyev, M.Ə.Sabir və bir çox başqa dahilərimiz Şərq və Qərb mədəniyyəti
qaynaqlarından bəhrələnməklə özünəməxsus məziyyətlərə malik elə bir özünəməxsus
mədəniyyət yaratdılar ki, onun dəyəri bu gün də, yüz ildən sonra da, nəinki azalmışdır,
əksinə, bir çox sahələrdə əlçatmaz zirvə rolunu oynamaqdadır.
Rusiyada çarizm devrildikdən sonra keçmiş imperiyanın ucqarlarında yaranmış
müstəqil dövlətlərdən biri olan Azərbaycan Xalq Cümhuriyyəti ölkədəki bütün siyasi
partiyaları, milli azlıqları və az-çox əhəmiyyətli ictimai təşkilatları öz strukturlarında
təmsil etdirən, öz fəaliyyətini onların rəyi əsasında quran və məhz bununla da
demokratik prinsipləri həyata keçirən bir siyasi qurum idi. O, milli şüur və demokratik
hərəkatın inkişafında ən yüksək nöqtə olmuş, hər işdə Azərbaycanın və Azərbaycan
xalqının bütövlüyü qayəsini, xalq mənafeyinin aliliyin i əsas meyar tutmuşdu.
434
1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb
edən bir dövrdür. Azərbaycan məhz bu taleyüklü dövrdə ilk dəfə olaraq dövlət
suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışmışdır. Bu dövr
millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının
bünövrəsini qoymuşdur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu -
XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin
məntiqi nəticəsi olmuşdur. Beşiyi başında H.Zərdabinin, Ə.Hüseynzadənin,
Ə.Ağaoğlunun, Ə.Topçubaşovun, C.Məmmədquluzadənin, Ü.Hacıbəyovun və
başqalarının durduğu milli-demokratik hərəkat Azərbaycan Cümhuriyyətini doğurdu.
Onlar öz ictimai-siyasi, ədəbi, maarifçilik fəaliyyəti ilə xalqımızda milli şüurun oyanıb
inkişaf et məsinə böyük təsir göstərmişlər.
Azərbaycan Cü mhuriyyəti həm də bu dövrdə genişlənən və Avropada
toplanmış bütün nəzəri və əməli təcrübəni ö zündə cəmləşdirən milli-azadlıq
hərəkatının b ilavasitə nəticəsi idi.
Eyni zamanda Azərbaycan Cü mhuriyyətinin yaran ması həmin ərəfədə
Rusiyada və bütün dünyada baş verən ictimai-siyasi hadisələrin məntiq i inkişafı
nəticəsində yaranmış əlverişli şəraitin məhsulu idi.
Birinci dünya müharibəsinin doğurduğu böhran Rusiyada köklü inqilabi
dəyişikliklərə gətirib çıxard ı. Fevral inqilabı çar monarxiyasını devirməklə yanaşı,
"xalqlar həbs xanası" sayılan Rusiyada milli-azad lıq hərəkatının genişlən məsinə
səbəb oldu. Rusiyada baş verən sonrakı hadisələr, xüsusilə, Oktyabr çevrilişi
tərkib ində Azərbaycan nümayəndələrinin də olduğu Zaqafqaziya seyminin Rusiya-
dan ayrılmaq qərarı ilə nəticələndi.
1917-c i ilin mart ından 1918-ci ilin may ına qədər cənubi Qafqa zda
yaradılmış mü xtəlif idarəçilik qurumları bölgənin xalqları arasında ciddi
ziddiyyətlərin o lduğunu üzə çıxardı. 1918-ci ilin yazında azərbaycanlıların
mənafey inə zidd olaraq Cənubi Qafqaz höku mətinin Os manlı dövlətilə müharibə
etməsi, onların erməni-bolşevik soyqırımına məru z qalması milləti xilas etmək
üçün müstəqil dövlətin yaradılmasını zəruri edird i. Qanlı mart hadisələrin i yaşamış
Azərbaycan xalqının qabaqcıl ziyalıları indi millətin xilasın ı mu xtariyyətdə deyil,
müstəqillikdə görürdülər.
Bölgədə baş vermiş hadisələr son nəticədə Zaqafqaziya dövlətçiliyin in
ləğvi və A zərbaycan Xalq Cü mhuriyyətinin elan edilməsi ilə n əticələndi.
Cü mhuriyyətin yarad ılmasını elan etməklə Azərbaycan Milli Şurası millət
qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Azərbaycan milli
dövlətinin yaradılması xalqın taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə 28 May
bəyannaməsinin siyasi mənasını yüksək q iy mətləndirir və bunu bir nö v
Azərbaycan millətin in varlığının təsdiqi hesab edirdi. Bu, Rusiyada və dünyada
gedən sosial-siyasi proseslərin tərkib h issəsi olmaq etibarilə, həmçin in beynəlxalq
əhəmiyyətli hadisə id i.
435
May ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsini elan etməklə Milli
Şura A zərbaycan xalqının şərəf və namusunu, onun məhv olmaq təhlükəsi ilə
qarşılaşmış fiziki mövcudluğunu xilas etdi. Milli müstəqilliyin i elan etməklə
Azərbaycan xalqı ilk növbədə itirilmiş dövlətçiliyini bərpa etdi və XX yü zillik
üçün səciyyəvi olan milli dövlət quruculuğuna başladı.
İki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə
Azərbaycan Cü mhuriyyətin in gördüyü işlərin miqyası, əhə miyyəti və mənası
Azərbaycan xalq ının həyatında olduqca böyük hadisədir.
Azərbaycan Cü mhuriyyəti ço x mü rəkkəb tarixi və coğraf i-siyasi şəraitdə
mövcud olmuşdur. Məhz əlverişli coğrafi-strateji əhəmiyyətinə, təbii-iqtisadi
sərvətlərinə görə o, dünyanın iri dövlətlərin in marağ ını ö zünə cəlb etmişdi.
Gənc Respublikan ın müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə,
onun milli mənafeyin in qorunması təsirli tədbirlər görü lməsini tələb edirdi.
Məhz 1918-1920-ci illərdə ermənilərin A zərbaycanın əzəli torpaqların ın
işğalına yönəlmiş siyasəti daha həyasız xarakter almış, bu isə Azərbaycan
dövlətçiliy inin möhkəmləndirilməsi üçün ən cidd i maneəyə çevrilmişdi. Buna görə
də ölkənin ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan rəhbərliy i ço x böyük
qüvvə sərf etməli olurdu.
Bolşevik-erməni talanlarından milləti xilas etmək üçün milli ordunun
yaradılması Azərbaycan Cü mhuriyyətinin ən böyük xid mətlərindən biri hesab
edilməlidir. Məhz qısa vaxtda formalaşdırılan güclü n izami o rdu 1919-cu ildə
Qarabağda Azərbaycanın suverenliyin i və ərazi bütövlüyünü bərpa etməyə imkan
verdi.
Az b ir vaxtda A zərbaycan Cü mhuriyyəti parlamenti, höku məti, ordusu,
gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına
malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik b ir
respublikaya çevrild i. A zərbaycanda milli, din i, s iyasi, sinfi mənsubiyyətinə görə
fərq qoyulmadan vətəndaş ların hüquq və azad lıq ları təmin edilmişdi. Bu, XX əsrin
əvvəllərində yalnız monarxiya hərbi-feodal rejimlərin in hökm sürdüyü Şərqdə
tarixi feno men id i. Çünki ilk dəfə A zərbaycanda vətəndaş həmrəyliyinə əsaslanan
demokratik, dünyəvi, unitar dövlət qurulmuşdu.
İlk Cü mhuriyyətin yaradıcılarından biri M.Ə.Rəsulzadə yazırdı:
"Azərbaycan Cü mhuriyyətinin əsas iradəsi bütün vətəndaşların bərabər hüquqda
yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan
vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil
olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izn verilməsini istəmişdi. Burada söz azad-
lığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı".
Azərbaycan Cümhuriyyətinin Parlamenti hakimiyyət bölünməsi və plüralizm
prinsiplərinin hökm sürdüyü bir tribuna oldu. Azərbaycanın bütün siyasi qüvvələrinin və
millətlərinin təmsil olunduğu Parlament Cümhuriyyətin demokratik xüsusiyyətlərini
güzgü kimi özündə əks etdirirdi. Azərbaycan Parlamenti xalqın milli şüurunun inkişafında
436
mühüm rol oynamaqla bərabər, siyasi və hüquqi dəyişikliklərin həyata keçirilməsində
mühüm addımlar atmışdı. Parlament əslində ölkədə çoxpartiyalı siyasi sistemin təşəkkül
tapması üçün ilk meydan oldu. Qısa müddət ərzində Parlament Azərbaycanın siyasi,
iqtisadi və mədəni həyatı ilə bağlı çox işlər gördü.
Cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi olan partiyalar dövlətin
daxili və xarici siyasətinin formalaşdırılmasında aparıcı rol oynayırdılar, onların ictimai-
siyasi fəaliyyəti, dövlət quruculuğunda tamhüquqlu iştirakı üçün hər cür şərait
yaradılmışdı.
Azərbaycan rəhbərliyi çox çətin şəraitdə fəaliyyət göstərdiyindən iqtisadiyyatı
əsaslı surətdə bərpa etmək üçün zəruri vaxt və vəsaitə malik olmamışdı. Bununla bərabər,
bu istiqamətdə bir sıra addımlar atılmış, birinci növbədə sosial-iqtisadi islahatların
keçirilməsi üçün hüquqi baza olan iqtisadi qanunlar qəbul edilmiş, dövlətin iqtisadi
siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanları, Dövlət
Bankı formalaşdırılmışdı.
Azərbaycan mədəniyyətinə və xalq maarifinin inkişafına milli hökumət və
parlament xüsusi qayğı göstərmişdir. Belə bir qayğı Azərbaycan demokratik ziyalılarının
uzun illərdən bəri milli məktəb və mədəniyyət uğrunda apardıqları gərgin mübarizənin
bilavasitə təzahürü idi.
Bütün məktəblərdə təhsilin icbari qaydada ana dilində qurulması, maarif
sahəsində ruslaşdırma siyasətinin nəticələrinin aradan qaldırılması, müxtəlif səviyyəli
təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının təşkili, xüsusən 1919-cu ildə Bakı Dövlət
Universitetinin açılması Azərbaycan Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri
idi.
AXC höku məti xarici siyasət sahəsində də müəyyən uğurlar əldə etmişdi.
Qərbi Avropanın və Asiyanın bir sıra ö lkələrində Azərbaycan Cümhuriyyətinin
diplomatik missiyası təsis edilmiş, Paris Sülh Konfransında isə respublikamız öz
müstəqilliy inin de-fakto tanın masına nail olmuşdu.
Hələ XX əsrin əvvəllərində Azərbaycan demo kratiyasının baniləri insan
hüquqlarına hörmət prinsipini, dövlətlər arasında bərabər hüquqlu və sərfəli
münasibətlərə riayət etməy in zəruriliy ini, zor işlətməyin yolverilməzliy ini,
dövlətlərin ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarış mamaq prinsipini öz
fəaliyyətində əsas tutur və bu prinsiplərə dönmədən əməl edirdilər.
Artıq indi, biz onların qəbul etdikləri fəaliyyət prinsiplərin in nə qədər
həyati olduğunu daha aydın dərk edirik.
1918-1920-c i illərin kəsiyində Azə rbaycan Cü mhuriyyətin in da xili
vəziyyəti sovet Rusiyası və daşnak Ermənistanın bölgədə yerit diyi siyasət, iri
dövlətlərin öz maraqlarını həyata keçirmək üçün apardıqları rəqabət, həmçin in
ölkədaxili ziddiyyətlərin ciddiləşməsi nəticəsində daha da kəskinləş mişdi.
Cü mhuriyyətin mövcudluğunun son dövründə Azərbaycanın daxilində çox
ziddiyyətli proseslər gedird i. Parlamentdə və ondan kənarda mü xtəlif siyasi
qüvvələr bir-b iri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. Bütün bunlar
437
isə Xalq Cü mhuriyyətinin fəaliyyətini zəiflədird i.
Belə bir şəraitdə Azərbaycanın müstəqilliy inə qarşı çıxan xarici və daxili
qüvvələrin təzyiqi altında fəaliyyət göstərən milli dövlətimiz son nəticədə süquta
uğradı.
Nəticədə Azərbaycan Cü mhuriyyətinin Parlamenti son dərəcə mürəkkəb
və ziddiyyətli şəraitdə özünün sonuncu iclasında hakimiyyəti Azərbaycan
ko mmunistlərinə verərək ö z fəaliyyətini dayandırdı.
Uğursuz nəticəyə baxmayaraq, A zərbaycan Cü mhuriyyətinin iyirmi üç
aylıq fəaliyyəti xalq ımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan SSR 70 ilə
yaxın bir dövrdə ko mmunist ideologiyasının hökmran olduğu SSRİ -nin tərkibində
olmuşdur. Mürəkkəb, ziddiyyətli hadisələrlə dolu bu 76 il müddətində xalqımız
böyük məhru miyyətlərə uğramış, soyqırımına məruz qalmış, böyük itkilər ver-
mişdir. Eyni zamanda bu müddətdə bütün məhru miyyətlərə baxmayaraq, xalqımız
yaşamış, yaratmış, inkişaf etmişdir. Bu 70 il ərzində itkilərimizlə yanaşı, Azərbaycan
xalqı böyük nailiyyətlər qazanmış, iqtisadi, elmi, mədəni yüksəlişə nail olmuşdur.
Azərbaycan bu dövrdə öz müstəqilliyini faktik olaraq itirsə də, müstəqil dovlətin
atributları olan konstitusiyaya, əraziyə, sərhədlərə formal olaraq malik id i.
Məhz dövlətçilik ənənələrinin, mədəni, elmi, iqtisadi, kadr potensialının
mövcudluğu Azərbaycan xalqına öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa
və yenidən dirçəlib 1991-ci ildə milli dövlət - Azərbaycan Respublikası kimi tarix
səhnəsinə çıxmağa imkan verdi.
1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi
təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun
hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və
inkişaf etdirilir. Tam əsasla demək olar ki, varis öz sələfinin müstəqillik və suverenlik
prinsipini hər şeydən əziz və uca tutur.
|