Hadisə Nyu-Yorkda baş verib.
edirəm».
http://www.amu.edu.az
15 mart 2014-ъц ил
4
- Biz həkimlər üçün ən önəmli
məsələ müalicə etdiyi xəstəni
sağlam görmək, onu doğmala-
rının yanına sağlam yola sal-
maqdır. Mən pediatram, uzun
müddətdir uşaqların sağlamlığı-
nın keşiyində dayanıram. Uşaq-
lar böyüklərə nisbətən təmiz
qəlbli, səmimi olduqlarına görə
onların minnətdarlıqları xüsusi
olur. Onların xoş hissləri mənə
ayrı cür ləzzət edir. Elə bu ixti-
sası seçməyimə səbəb uşaqları
xüsusi məhəbbətlə sevməyim
olub. Onları həmişə sağlam və
xoşbəxt görmək istəmişəm. Ba-
yaq balacanın etdiyi hərəkətlərə
fikir verdinizmi? Onun özünü
sağlam vəziyyətdə üstümə atma-
sı, boynumu qucaqlaması mənim
üçün bir dünya deməkdir. Küçədə
gedərkən neçə-neçə valideyn və
uşaqların sənə yaxınlaşaraq halı-
nı xəbər alması özü bir xoşbəxtlik
deyilmi?
Olduqca kövrək olan bir epi-
zodu diqqətinizə çatdırmaq
istəyirəm. Ermənilər anadan ol-
duğum Ağdamın Seyidli kəndini
ələ keçirmək istəyiblər. Bu zaman
Ehtiram Hüseynov adlı bir əsgər
düşmənlərlə ölüm-dirim savaşına
qalxıb. Qəhrəmanlıq göstərib. O,
vuruşa atılanda komandirinə de-
yib ki, mən Seyidli kəndinin hər
qarışı uğrunda qan tökməyə ha-
zıram. Çünki bu kənddə anadan
olan Adilə xanım Namazova məni
müalicə edib, həyata qaytarıb.
Özün haqqında bu cür söhbətləri
eşidəndə istər-istəməz daxilən bir
qürur hissi keçirməli olursan.
- rəhbərlik etdiyiniz kafedra
və uğurları haqda da söhbət
açmağınızı istərdik...
- Pediatriya kafedrası pediatriya
üzrə həkimlərin yetişdirilməsində,
elmin inkişaf etdirilməsində
və uşaq əhalisinə ixtisasalşmış
tibbi yardımın göstərilməsində
əvəzedilməz xidmətlər gös-
tərir. Mənim rəhbərliyim ilə 50-
dən çox tibb elmləri namizədi
və tibb elmləri doktorları ürək
xəstəlikləri sahəsində dissertasi-
ya müdafiə edərək elmi dərəcələr
alıblar. Onlar arasında hamımızın
tanıdığı və hörmət etdiyi ATU-
nun Tədris Terapevtik Klinikası-
nın direktoru, professor Surxay
Musayevin adını çəkə bilərəm.
O, həm namizədliyini, həm də
doktorluq dissertasiyasını bizdə
müdafiə edib.
- Bəs məşhur həkimlərdən ən
çox kimlərlə münasibətiniz olub?
Onlardan hansılarının adını çəkə
bilərsiniz?
- Xanım həkimlərin demək olar
ki, hamısı ilə xoş münasibətlərim
olub. Onlar arasında akademik
Zərifə xanım Əliyeva, Zəhra xa-
nım Quliyeva, Sima xanım Qu-
liyevanın adlarını çəkə bilərəm.
Zəhra xanımla uzun müddət bir
yerdə işləmiş, bir yerdə müdafiə
etmişik. Azərbaycan Respublika-
sı Qadın Problemləri üzrə Dövlət
Komitəsinə rəhbərlik edən dövrdə
idarə heyətinin üzvü olmuşam.
Mən Azərbaycan Səhiyyə
Nazirliyində elmi tibbi şuranın
sədri olanda isə Zərifə xanım göz
xəstəlikləri üzrə problem komissi-
yasının sədri və rəyasət heyətinin
üzvü idi. O, çox mədəni, alicənab
bir xanım idi, öhdəsinə düşən
vəzifəni layiqincə və yüksək
səviyyədə yerinə yetirirdi
İhsan Doğramacın
xoş təəssüratları...
-
Türk
dünyasının
böyük
oğlu, - Ümumdünya Pediatrlar
Cəmiyyətinin
sədri
İhsan
Doğramacı Bakıda olarkən sizin
haqqınızda xoş sözlər söyləmiş
və demişdir: “Türk dünyası
pediatrları içərisində Adilə xanım
və mən bacı-qardaşıq. O, mənim
pediatr bacım, mən isə onun
pediatr qardaşıyam.” siz İhsan
bəylə nə vaxtdan tanış idiniz? Bu
barədə təəssüratlarınız?
- Mən Azərbaycan Pediatrlar
Assosiasiyasının prezidenti, eyni
zamanda Türkdilli Ölkələrin
Pediatrlar Cəmiyyətinin vitse-
prezidentiyəm.
İhsan
bəylə
1971-ci ildən tanış olmuşam.
Bu tanışlığın maraqlı tarixçəsi
var. Həmin il SSRİ Tibb Elmlər
Akademiyasına üzv seçilmişdim.
Avstriyada pediatrların ümum-
dünya konqresi keçirilirdi. Orada
mənim çıxışım nəzərdə tutul-
muşdu. “Uşaqlarda anadangəlmə
ürək qüsurları zamanı aparılan
cərrahi əməliyyatlar: göstərişi,
nəticəsi, diaqnostikası” ilə bağlı
məruzə ilə çıxış etdim. Çıxışım
iştirakçılar tərəfindən xeyli ma-
raqla qarşılandı. Çünki o tipli
əməliyyatlar dünyada yalnız iki
ölkədə - Amerikada və SSRİ-də
aparılırdı. İhsan Doğramacı da
həmin konqresdə iştirak edir-
di. Soyadım, Azərbaycandan
olmağım, məruzədə qaldır-
dığım məsələlərin aktuallı-
ğı onun diqqətini çəkdi və
mənimlə
görüşdü.
Ürəkdə
aparılan əməliyyatlarla bağlı
mənimlə xeyli söhbət etdi və son-
ra diqqətimə çatdırdı ki, çox şa-
dam ki, Azərbaycanın pediatriya
sahəsində xeyli uğurlar qazanmış
belə bir xanım alimi var.
““Bakı Bəyannamə si”n-
də işğal olunmuş əra zi-
lər lə bağlı məsələ əksini
tapdı”
Təxminən 70-ci ilin ortalarında
isə pediatrların Moskvada ümum-
dünya konqresi keçirildi. Titul-
larım sadalandı və məndən icla-
sı aparmağı xahiş etdilər. İhsan
bəy də konqresə qatılmışdı. Bu
dəfə məni Türkiyəyə dəvət etdi.
Bildirdi ki, Sizin təcrübənizdən
Türkiyə səhiyyəsində istifadə
etmək bizim üçün xoş olardı.
Amma sovetlər dövründə təklifi
qəbul etmək çətin olduğundan
etiraz etdim. Avropa ölkələrindən
nümayəndələr də iştirak edirdi.
Ölkəmiz müstəqillik qazanan-
dan sonra Bakıda da pediatrların
IV ümumdünya konqresi oldu.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının bina-
sında keçirilən konqresdə Ulu
Öndər Heydər Əliyev də iştirak
edirdi. Konqresə 5 qitədən 200-
dən çox nümayəndə qatılmış-
dı. Sonda Bakı Bəyannaməsi
qəbul olundu. Bəyannamədə
Azərbaycanın ayrılmaz hissəsi
olan Qarabağın erməni hərbi
birləşmələri tərəfindən işğalı öz
əksini tapdı. Konqresdə istirak
edən nümayəndələr ölkələrinə
geri dönən zaman Bəyannaməni
özləri ilə apardılar və bu barədə
təmsil olunduqları ölkənin döv-
ri mətbuatında materiallar dərc
olundu.
“Növbəti Novruz
Bay ramının Qara-
bağda keçirilməsini
istərdim”
Adilə xanım söhbəti əs na sında
ATU rəhbərliyinin xanımlara
olan diqqət və qayğısından da
danışdı. “Çox hörmətli akademi-
kimiz Əhliman Əmiraslanov
universitetdə çalışan xanımlara
xüsusi qayğı və diqqət göstərir.
Məni və o cümlədən bütün xa-
nımlarımızı
8 Mart Beynəlxalq
Qadınlar
Günü
münasibəti
ilə təbrik edib. Bu da mənə
göndərdiyi təbrik açıqcası (açıq-
canı göstərdi-Q.A.). Bu diqqətə,
xoş münasibətə görə universitetin
rəhbərlyinə minətdaram.”
Sonra isə 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibəti ilə
özünün ürək sözlərini söylədi
və
Azərbaycan
xanımları-
nı təbrik etdi: “Yer kürəsinin
dilbər diyarı olan, günü-gündən
çiçəklənən, sürətlə inkişaf edən
Azərbaycanımızın
qadınlarını
başda ölkəmizin birinci xanımı,
Heydər Əliyev Fondunun Prezi-
denti,
YUnEsKO və İsEsKO-
nun xoşməramlı səfiri, millət
vəkili, sevimli Mehriban xanım
Əliyeva olmaqla, Tibb Universite-
tinin qadınlarını, tələbə qızlarını
8 Mart Beynəlxalq Qadınlar
Günü
münasibətilə öz adımdan,
respublikanın səhiyyə işçiləri, pe-
diatrları adından səmimi qəlbdən
təbrik edirəm. Biz həm də Novruz
Bayramı ərəfəsindəyik. Qarşıdan
gələn bu bayram münasibəti ilə
də xalqımızı təbrik edirəm. Gün o
gün olsun ki, növbəti Novruz Bay-
ramını işğaldan azad olan gözəl
Qarabağımızda keçirək. Uşaqla-
rımız “Orda bir kənd var uzaq-
da, o kənd bizim kəndimizdir...
Getməsək də, qalmasaq da, o
kənd bizim kəndimizdir!!!” mis-
ralarını Qarabağımızdan kənar
səsləndirməsinlər.”
Qabil ABDULLAYEV
Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri
doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, rusiya
Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü Adilə əvəz qızı namazovadan
müsahibə götürmək üçün onunla kabinetində görüşdük. söhbətin şirin yerində kabinetin
qapısı döyüldü. İçəri anası ilə birgə 5-6 yaşlarında bir uşaq daxil oldu. Qaça-qaça özünü
Adilə xanımın üstünə atan Məhəmməd adlı balaca onun üzündən öpdü və “çox sağ olun,
təşəkkür edirəm”-deyərək professora minnətdarlığını bildirdi. sağollaşanda da Adilə
xanımım boynunu qucaqladı və üzünü üzünə söykədi. Bu mənzərəni həyəcansız seyr
etmək mümkün deyildi. Adilə xanımın sevincdən üzü gülür, əlləri ilə Məhəmmədin başını
sığallayırdı. Bir müddət hər ikimiz bu xoş təəssüratdan ayrılmadıq. nəhayət söhbətinə
“həkim üçün bundan gözəl xoşbəxtlik ola bilməz” sözləri ilə davam etdi:
“Avstriyada keçirilən pediatrların ümumdünya konqresində
nümayəndələr çıxışımı böyük
maraqla qarşıladı”
Müsahibə
1982-ci il, Bakı şəhəri
Ön cərgədə oturanlar:
soldan sağa - akademiklər
Zərifə Əliyeva, Adilə Namazova, Azərbaycan SSR
Ali Sovetinin sədri Xəlil Xəlilov, professororlar
Zəhra Quliyeva, Sima Quliyeva, Rəhim Rəhimov
Ayaq üstə olanlar:
soldan – professorlar Qəhrəman
Qəhrəmanov, Tağı Tağızadə, Dəmir Hacıyev
15 mart 2014-ъц ил
http://www.amu.edu.az
5
u Universitetin Mülki Müdafiə
Qərargahının
təşkilatçılığı
ilə Mülki Müdafiə Tibb xid-
mətinin Təşkili Kursunda hər bi-
ləşdirilmiş Mülki Müdafiə qüv-
vələrinin komandir-rəis heyəti-
nin tələbələrlə birlikdə nəzəri
tədbiri keçirilmişdir.
1 mart – Ümumdünya
Mülki Müdafiə Gününün
mövzusu “Mülki Müdafiə və
təhlükəsiz cəmiyyət üçün
fövqəladə halların qarşısının
alınması mədəniyyəti” seçilmişdir.
Tədbiri açan Qərargah rəisi
Firdovsi Məmmədov ilk öncə
Xocalı soyqırımı qurbanlarının
xatirəsinin anılmasını təklif
etmişdir.
Anımdan
sonra MMTX
təşkili
kursunun
müdiri –
hərbiləşdirilmiş MM qüvvələrinin
ümumi komandiri Aqil
Musayev çıxış edərək “1 mart
– Ümumdünya Mülki Müdafiə
Günüdür”, “Azərbaycan
Respublikasının Mülki Müdafiə
sistemi”, “Təhlükəsiz cəmiyyət
üçün fövqəladə halların qarşısının
alınması mədəniyyəti”
mövzularında
məruzələr etmişdir.
Məruzəçinin çıxışında
Beynəlxalq Mülki
Müdafiə Təşkilatının
yaranma tarixi və
fəaliyyəti istiqamətləri,
1 mart – Ümumdünya
Mülki Müdafiə
Günü və onun qeyd
edilməsinin məqsədi, Azərbaycan
Respublikasının Beynəlxalq Mülki
Müdafiə Təşkilatına üzvlüyü,
Azərbaycan Respublikasının
Mülki Müdafiə sistemi, eləcə
də mülki müdafiə təbliğatı və
əhalinin fəlakət riskinin qarşısının
alınmasına hazırlanması barədə
ətraflı məlumatlar verilmişdir.
Çıxışdan sonra
hərbiləşdirilməmiş
yanğınsöndürən dəstəsi ilk
yanğın söndürmə vasitəsi olan
balonlardan istifadə qaydasını
mənimsəmişlər.
Fəridə MİrzəYEVA,
MMQ-nin məsul katibi
1 MART ÜMUMDÜNYA MÜDAFİƏ GÜNÜDÜR
m
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan
məlumdur. «Min dərd varsa, min bir də dərmanı var» deyən
ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla
müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla
çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini
itirməyib. Hətta bir vaxt xalq təbabətinə - türkəçarəyə qısqanclıqla
yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd
etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad
törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan
müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.
İtburnu.
Bu bitkiyə dərgil
də deyirlər. Respublikamızın
ərazisində geniş yayılıb. Tibb
elmləri doktoru, əməkdar elm
xadimi Dursun Hüseynov bu bit-
ki barədə yazır ki, onun tərkibi
vitaminlərlə, şəkərlərlə, mik-
roelementlərlə olduqca zən-
gindir. Bitki aləmində yayılmış
vitaminlərin hamısı, xüsusilə C vi-
tamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu
“təbii vitamin” kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli
maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə
görə ondan xalq təbabətində geniş istifadə olunur. Belə ki, onun
meyvələrinin çayından, şirəsindən qara ciyər və böyrək xəstəliklərinin
müalicəsində istifadə edilir. Bu bitkidən elmi təbabətdə də istifadə
olunur. Elmi təbabətdə itburnu bitkisinin mayasından xolosas adlı
preparat hazırlanır. Bu preparat ödqovucu xassəyə malikdir. Həmin
preparat avitaminoz xəstəliyi zamanı da işlədilir.
Moruq.
Ölkəmizin ərazisində ge-
niş yayılıb. Əsasən 15 növü bitir. Moru-
ğun kimyəvi tərkibi növündən, becərmə
şəraitindən asılı olaraq müxtəlifdir.
Meyvələrinin tərkibində C, B, E vitamini,
karotin, şəkərlər, üzvü turşular, efir yağları
və bir sıra aktiv maddələr vardır. Ona görə
də böyük müalicəvi xüsusiyyətə malikdir.
Bu baxımdan da xalq təbabətində ondan
geniş istifadə ediblər. Soyuqdəymə zama-
nı əmələ gələn xəstəliklərdə onun qurudulmuş meyvələrinin çayın-
dan, eləcə də moruğun mürəbbəsindən istifadə olunur. Çünki onun
tərkibi insan orqanizminə lazım olan maddələrlə zəngindir.
Qarğıdalı.
Ölkəmizin ərazisində ge-
niş yayılmış bu bitkinin özünəməxsus
xüsusiyyətləri var. Olduqca faydalıdır.
Böyrək və qara ciyər xəstəlikləri zama-
nı ondan istifadə edirlər. Belə ki, həmin
xəstəliklərə mübtəla olduqda bitkinin
saçaqlarını çay kimi dəmləyib gündə
bir neçə dəfə içmək məsləhətdir.
Saçaqlarının tərkibində efir yağı,
saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından
hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun sa-
çaqlarından duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman
kimi istifadə olunur.
Göy noxud.
Azərbaycanda iki
növü yayılıb. Bu bitkinin zoğu, yar-
paqlarının yaşıl hissəsi, toxumları
müalicəvi əhəmiyyətli maddələrlə
zəngindir. Əczaçılıq elmləri doktoru,
professor İsrafil Dəmirov qeyd edir
ki, xalq təbabətində onun toxumlarını
qurudulmuş buğda dənəsi, qoz ləpəsi,
azca qara istiot, hil, zəncəfil və sarıköklə bir yerdə həvəngdəstədə
əzir, sonra üzərinə bal əlavə edirlər. Alınan maddə bir gün həmin
vəziyyətdə saxlanılır. Sonra isə qarışıqdan çay qaşığı ilə gündə üç
dəfə revmatizm xəstəliyinə tutulanlara yedizdirirlər.
Noxuddan qadın xəstəliklərində iltihaba qarşı istifadə edilir. Bu-
nun üçün onu odda qovururlar. Sonra həvəngdəstədə əzirlər. Alınan
maddənin üzərinə qara istiot və hil tozu töküb qarışdırırlar. Bundan
sonra həmin maddəyə ətçəkən maşından keçirilmiş kişmiş əlavə
edir, təzədən qarışdırıb kütlə halına salırlar. Alınmış kütlədən həb
hazırlayırlar. Həmin həblər elə noxud boyda olur.
Xalq təbabətində qüvvətverici, əsəb sisteminin tonusunu artırıcı
vasitə kimi də işlədilir. Bunun üçün noxud ununun balla hazırlanmış
halvasından istifadə edilir. Ona noxud halvası da deyilir. Göy noxu-
dun zoğlarından alınan şirədən zədələnmələrdə qankəsici kimi də
istifadə olunur.
Hazırladı: Arif HÜsEYnOV
Dövlət və cəmiyyətin əsas
problemlərindən biri də sülh və
ya hərbi dövrdə əhalinin yaşaması
və
fəaliyyətinin
təhlükəsizlik
təminatının yaradılmasıdır. Bu
məqsədlə fövqəladə halların idarə
olunması üzrə xüsusi nazirlik, eləcə
də digər güc nazirlikləri yaradılır,
bu məsələlərin həlli həmçinin yerli
icraedici və idarəetmə orqanlarına
tapşırılır.
Mülki Müdafiə sahəsində bütün
münasibətləri AR-sı Milli Məclisinin
1997-ci ildə qəbul etdiyi “Mülki
Müdafiə “Mülki Müdafiə Haqqın-
da Qanun” tənzimləyir. Bu qanun
ulu öndər Heydər Əliyevin müvafiq
sərəncamı ilə 1 yanvar 1998-ci ildən
qüvvədədir. Çünki Azərbaycan hü-
quqi dövlətdir. Bu sahədə dövlətin
siyasətini ardıcıl surətdə həyata
keçirmək üçün Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyev
cənablarının 16 dekabr 2005-ci il ta-
rixli sərəncamı ilə Fövqəladə Hallar
Nazirliyi yaradılmışdır. Yaradıldığı
qısa müddət ərzində Fövqəladə Hal-
lar Nazirliyi bu sahədə xeyli iş gör-
müş, qabaqcıl dövlət və beynəlxalq
təşkilatlarla hərtərəfli əməkdaşlıq
qurmuşdur.
Digər ali məktəblərdən fərqli
olaraq ATU-nun tələbələri FH-da
tibbi xidmətin təşkili ilə bərabər
ümumi məsələləri də öyrənməlidir.
Azərbaycan Respublikası 1993-
cü ildən Beynəlxalq Mülki Müdafiə
Təşkilatının tam hüquqlu üzvüdür
və bütün beynəlxalq konvensiyaların
tələblərini yerinə yetirir.
Fövqəladə hal qüvvələrinin əsas
məqsədi aşağıdakılardır:
- Özünü idarəetmə orqanlarının
qüvvə və vasitələrinin hər zaman
fövqəladə halların qarşısının alın-
ması və nəticələrinin ləğv olun-
masına yönəldilmiş fəaliyyətə
hazır olması;
- Əhalinin fövqəladə hal zamanı
hərəkətə hazırlığı;
- Fövqəladə hallardan zərər cək-
miş əhalinin social müdafiəsi üzrə
tədbirlərin görülməsi və hümanitar
aksiyaların keçirilməsi, tibbi
biliklərin təbliği;
- Əhali arasında özü-özünə
və yoldaşına qarşılıqlı ilk tibbi
yardımın göstərilməsi;
- Ərzaq və su ehtiyatlarına
sanitar nəzarətin təşkili, yoluxucu
xəstəliklərin profilaktikası, küt-
ləvi peyvənd kampaniyasının
təşkili;
- İlk tibbi yardım göstərilmiş
şəxslərin qeydiyyatı və ocaqlardan
tibbi təxliyyəsinin təşkili;
- Əhaliyə növbəti mərhələdə
ilk həkim, təkmilləşdirilmiş və
ixtisaslaşdırılmış tibbi yardımın
təşkili;
- Ocaqda yaranmış psixoemo-
sional gərginliyin aradan qal-
dırılması üçün profilaktik təd-
birlər;
- Ocaqlarda yoluxucu və ya
ruhi xəstə aşkar olunarsa təcrid
olunmalı;
- Travmanın ağırlıq dərəcəsi və
əmək qabiliyyətinin itirilməsinin
qiymətləndirilməsi;
- Ocaqlarda ölümün səbəbinin
aydınlaşdırılması məqsədi ilə
məhkəmə
tibbi
ekspertizanın
təşkili;
- Əhalinin fövqəladə hal lar -
dan qorunması sahəsində, eləcə
də onların nəticələrinin ləğ-
vində bilavasitə iştirak edən
şəxslərin hüquq və vəzifələrinin
reallaşdırılması;
- Tibbi xidmətin mülki mü-
da fiənin digər xidmətləri ilə
əlaqəsinin təşkili;
- Tibbi yardımın göstərilməsinin
təbliğində kütləvi informasiya
vasitələrindən istifadə etməli.
Dostları ilə paylaş: