ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 
 
         akademik  
 
 
 
Abid Tahirlinin 10.01.10 – «Jurnalistika» ixtisası üzrə «Azərbaycan 
mühacirət mətbuatında publisistika (1921-1991)»  
adlı doktorluq dissertasiyasına 
 
R Ə Y D Ə N 
 
Abid Tahirlinin mühacirət mətbuatında M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, 
Ə.Şeyxülislam,  M.Mehdiyev,  F.Daryal,  C.Hacıbəyli,  Ə.Düdənginski,  S.Təkinər, 
Ə.Yurdsevər  və  başqaları  kimi  qələm  və  kəlam  sahiblərinin  publisistika  janrında 
dərc  etdirdiyi  yazıların  mövzu,  dil,  üslub,  sənətkarlıq  baxımından  təhlil  etməsi, 
dəyərləndirilməsi  təqdirəlayiqdir.  Tədqiqat  işi  elmi-nəzəri  fikirlərlə,  diqqətçəkən, 
sanballı  mülahizələrlə  zəngindir.  Mücahidlərin  Rus  imperiyasına,  bolşevizmə, 
istilaya  nifrətlə,  istiqlala,  istiqlal  qəhrəmanlarına,  Vətənə  məhəbbətlə  köklənmiş 
yazılarının  gündəmə  gətirilməsi,  araşdırılması  bir  tərəfdən  Azərbaycanın  azadlığı 
uğrunda  ideoloji  mücadilə  yoluna  işıq  salırsa,  digər  tərəfdən  gənc  nəslin 
tərbiyəsinə  təsir  edən  güclü  amil,  müasir  KİV-də  çalışanlara  örnək,  məktəbdir, 
üçüncü  bir  tərəfdən  isə  Azərbaycan-Türkiyə  qardaşlıq  münasibətlərinə  parlaq 
nümunədir. 
Hesab  edirəm  ki,  ali  məktəblərdə  Azərbaycan  mühacirət  mətbuatı  predmeti 
tədris  edilərkən,  mühacirət  publisistikasının  öyrənilməsinə  xüsusi  diqqət 
yetirilməlidir. 
Dissertasiyanın həm praktik, həm də çox mühüm elmi-nəzəri əhəmiyyətini, 
habelə  əsərin  Ali  Attestasiya  Komissiyasının  bütün  tələblərinə  riayət  edilməklə 
yazıldığını  nəzərə  alaraq,  deyə  bilərik  ki,  Abid  Həmid  oğlu  Tahirlinin  yazdığı 
«Mühacirət mətbuatında publisistika (1921-1991)» adlı doktorluq dissertasiyasına 
görə  ona  «Jurnalistika»  ixtisası  üzrə  filologiya  elmləri  doktorluq  dərəcəsi  verilə 
bilər və o, bu ada tamamilə layiqdir. 
 
 
 
 
 
 
 
 
Nizami Cəfərov 
                                                 Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  
      
 
 
 
 
    AMEA-nın müxbir üzvü, millət vəkili 
 
 
 
 
 
 

 
295 
 
Abid Həmid oğlu Tahirlinin filologiya elmləri doktoru 
alimlik dərəcəsi almaq üçün  «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 
yazdığı avtoreferata 
 
R Ə Y D Ə N 
 
Düz iyirmi beş ildən çoxdur ki, mətbuatda, ədəbiyyatda ayda ən azı 5-6 dəfə 
Abid Tahirli imzası ilə rastlaşıram. Təkcə son dörd-beş ildə bir-birindən maraqlı və 
sanballı beş tədqiqat əsəri ortaya qoyub. Bu əsərlərdə Azərbaycan mühacirlərinin 
ağır, ziddiyyətli və eyni zamanda şərəflə keçdiyi mübarizə yolu əks etdirilib. 
Son  zamanlar  mühacirət  problemlərinin  tanınmış  tədqiqatçısı  kimi  tanınan 
istedadlı  alimin  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)» 
adlı avtoreferatını oxuduqdan sonra bir daha  əmin oldum ki, bu  əsər Azərbaycan 
mühacirətinin  qüdrətini,  mübarizə  yolunu,  çəkisini,  rolunu  dəyərləndirmək  üçün 
əvəzsiz  bir  xəzinədir.  Bu  xəzinəni  yaratmaq  üçün  Abid  illərlə  ömrünü-gününü 
kitabxanalarda,  arxivlərdə  keçirmiş,  toz  basmış  kitabları,  qəzet  və  jurnalları, 
vərəqələri,  əlyazmaları  əsl  ziyalı  qayğısı  ilə  oxumuş,  tədqiqatçı  sayğısı  ilə 
araşdırmışdır.  Yalnız  mətbuatımızın  deyil,  xalqımızın  ən  şərəfli,  keşməkeşli 
möhtəşəm bir dövrünü, tarixini öyrənmiş, tədqiq etmişdir. Əsəri oxuduqca bir daha 
bəlli  oldu  ki,  mühacirətdəki  qələm  ustalarımız  tək  Azərbaycanın  dərdini  deyil, 
imperiya  işğalı  altında  olan  bütün  türk  millətlərinin  başına  gətirilənləri  də  öz 
yazılarında dünya xalqlarına çatdırmışlar. 
Avtoreferatdan  göründüyü  kimi,  müəllif  dissertasiyanı  işləyərkən  çoxsaylı 
ədəbiyyatdan, arxiv sənədlərindən geniş istifadə etmişdir. Araşdırmalar nəticəsində 
mühacirət  dövrünün  mətbuatı  ilə  bağlı  xeyli  yeni  materiallar  aşkar  etmiş  və  çox 
ətraflı  məlumat  vermişdir.  Bütün  bunlar  bu  dissertasiya  işinin  kifayət  dərəcədə 
bitkin bir şəkildə işlənməsindən xəbər verir. 
Bütün  bunları  nəzərə  alaraq,  fikrimizcə,  A.H.Tahirlinin  müdafiəyə  təqdim 
etdiyi  bu  dissertasiya  doktorluq  dissertasiyasının  tələblərinə  cavab  verir  və  onun 
müəllifi filologiya elmləri doktoru adını almağa layiqdir. 
 
 
 
 
 
 
 
 
 
Hüseyn Əhmədov 
 
 
 
 
 
 
 
 
       akademik
  
 
 
 
 
 
 
 
 
 

 
296 
Abid Tahirlinin 10.01.10 – «Jurnalistika» ixtisası üzrə «Azərbaycan 
mühacirət mətbuatında publisistika (1921-1991)» adlı doktorluq 
dissertasiyasının avtoreferatına 
 
R  Ə  Y  D  Ə  N 
 
Müstəqil  dövlət  quruculuğu  sahəsində  tarixi  nailiyyətlər,  böyük  uğurlar 
qazanan  Azərbaycanın  indiki  inkişaf  mərhələsində  istiqlal  uğrunda  ideoloji 
mücadilə  yolunun  öyrənilməsi,  dəyərləndirilməsi  son  dərəcə  aktual  və 
əhəmiyyətlidir. 
Mühacir  nəşrlərin  publisistika  janrındakı  yüzlərlə  nümunəsi  qürbətdəki 
həmvətənlərimizin bir əsrə yaxın bir dövr ərzindəki həyat və fəaliyyətlərinin parlaq 
göstəricisidir. Bu irs yeni, həm də maraqlı və aktual tədqiqat sahəsidir. Dərhal da 
əlavə  edim  ki,  Abid  Tahirli  bu  sahədə  üzərinə  düşən  işin  öhdəsindən  uğurla 
gəlmişdir.  Dissertasiya  ilə  tanışlıqdan  sonra  bu  qənaətə  gəldim  ki,  tədqiqat 
əsərində: 
- mühacirətin yaranma tarixi və əmələgəlmə mərhələləri; 
-  mühacirət  publisistikasının  yaranması,  onun  başlıca  mövzuları  və  ideya 
istiqamətləri; 
-  mühacirət  mətbuatının  meydana  gəlməsi,  onun  əsas  orqanları,  nəşr  tarixi, 
yeri, naşir və redaktorları, mühərrirləri; 
-  mühacir  publisistikası  nümunələrinin  dil,  üslub  sənətkarlıq  məsələləri, 
mühacirət  publisistikasının  özünəməxsus  məziyyətləri  Abid  Tahirli  tərəfindən 
yüksək professionallıqla araşdırılmış, sahə ilə bağlı mövcud tədqiqatlara münasibət 
bildirilmiş, diqqətəlayiq elmi-nəzəri qənaətlər hasil edilmişdir. 
Deyilənlər  müdafiəyə  təqdim  olunan  dissertasiya  işinin  Ali  Attestasiya 
Komissiyasının tələblərinə tam cavab verdiyini və bu əsərə görə Abid Həmid oğlu 
Tahirlinin  «Jurnalistika»  ixtisası  üzrə  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almağa layiq olduğunu söyləməyə əsas verir. 
 
 
 
 
 
 
 
 
   M.Qasımlı 
 
 
 
 
AMEA N.Gəncəvi adına Ədəbiyyat Ġnstitutunun 
 
 
 
 
     direktor müavini, filologiya elmləri doktoru, 
 
 
 
 
   
 
 
   professor  
 
 
 
 
 
 
 
 
 
 
 

 
297 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 10.01.10 – jurnalistika ixtisası üzrə 
filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi 
dissertasiya iĢi haqqında opponent 
 
R Ə Y Ġ N D Ə N 
 
XX əsrin sonlarında xalqımız öz müstəqilliyini yenidən bərpa etdikdən sonra 
Azərbaycan  mühacirət  tarixinin  öyrənilməsi  sahəsində  yeni  mərhələ  başlandı.  Bu 
sahədə  yorulmadan,  ardıcıl  olaraq,  həm  də  çox  fəal  şəkildə  fəaliyyət  göstərən 
araşdırıcılarımızdan  biri  –  əslində  bütün  elmi  və  publisistik  məqalə  və 
araşdırmalarını bu mövzuya həsr edən – tanınmış publisist və araşdırıcı, filologiya 
elmləri namizədi Abid Tahirlidir. 
1982-ci ildən başlayaraq, Azərbaycan mühacirətinin ayrı-ayrı problemləri ilə 
əlaqədar  dövri  və  elmi  mətbuatda  150-dən  artıq  məqalə  və  bir  neçə  kitab  çap 
etdirən  A.Tahirlinin  2005-ci  ildə  hazırkı  dissertasiya  işi  eyni  adda  sanballı 
monoqrafiya  şəklində  nəşr  olunmuşdur.  Ölkə  ictimaiyyəti  A.Tahirlini,  həm  də 
Azərbaycan  mühacirəti  qayğılarının  əməli  şəkildə  daşıyıcısı  və  yardımçısı  kimi 
tanıyır. Müxtəlif vaxtlarda, elə indinin özündə də o, həm araşdırıcı, həm də vəzifə 
borcunu yerinə yetirən ziyalı kimi Azərbaycan mühacirətinin qayğıları ilə yaşamış 
və yaşamaqdadır. 
Hazırda  müdafiəyə  təqdim  olunan  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyası  həm  jurnalistika, 
həm də bütünlükdə filologiyamızda öyrənilməsi vacib olan problemlərdən biri kimi 
maraqlı və aktualdır. 
A.Tahirlinin  dissertasiya  işinin  diqqəti  cəlb  edən  cəhətlərindən  biri 
Azərbaycan  tarixinin,  mədəniyyətinin  ayrılmaz  və  tərkib  hissəsi  olan  mühacirət 
irsinin obyektiv, qərəzsiz tədqiqi, real dəyərləndirilməsidir. 
A.Tahirlinin  mövcud  dissertasiya  işinin  təsnifatı  XX  əsr  Azərbaycan 
mühacirət mətbuatının təşəkkülü və inkişaf yolunu ardıcıl şəkildə işləməyə imkan 
verir. «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)» dissertasiyası 
giriş,  üç  fəsil,  nəticə  və  istifadə  olunmuş  ədəbiyyat  siyahısından,  habelə 
əlavələrdən ibarətdir. 
Dissertasiya  işində  müəllifin  bəhrələndiyi  və  nəzərdən  keçirdiyi  elmi  və 
publisistik ədəbiyyatın siyahısı verilmişdir. 
Söz yox ki, dissertasiya işinin  mövzusu çox aktualdır, faydalıdır. A.Tahirli 
hazırkı mövzunu bütünlükdə tədqiqata cəlb etməyə cəhd göstərmişdir. 
Dissertasiya  işi  Azərbaycan  mühacirət  mətbuatının  ən  aktual  problemlərini 
əhatə edir. 
Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, hazırkı dissertasiya işi nəzəri – 
əməli  əhəmiyyətə  malikdir.  Doğrudan  da,  «aktual  və  konkret  problemə  həsr 
olunmuş  tədqiqat  işi  mühacirət  problemi,  o  cümlədən  mətbuat  və  publisistikası 
sahəsində  olan  boşluğu  dolduracaq,  mühacirətlə  bağlı  mülahizələri  yeni  fikir  və 
qənaətlə zənginləşdirəcəkdir». 

 
298 
Əslində,  bu  iş  həqiqətən  mühacirət  probleminin  daha  dərindən  tədqiqi  və 
müvafiq sahənin tədrisi üçün baza olacaqdır. Dissertasiyanın avtoreferatı, müəllifin 
mövzu ilə bağlı nəşr etdirdiyi məqalə, kitab və monoqrafiya tədqiqatın məzmununu 
bütünlüklə əhatə edir. 
 
 
 
 
 
 
 
 
      Vaqif Arzumanlı 
 
 
 
 
 
 
filologiya elmləri doktoru, professor 
 
 
 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət  
mətbuatında publisistika (1921-1991)» mövzusunda doktorluq 
dissertasiyasına 
 
 
 
 
 
 
 
R  Ə  Y  D  Ə  N 
 
 
 
 
 
Mühacirət  irsini  tədqiqat  dairəsinə  cəlb  etmədən  bütövlükdə  Azərbaycan 
ədəbiyyatının  mənzərəsi  yarımçıq  və  birtərəfli  olardı.  Məhz  buna  görə,  həm  də 
mövzunun aktuallığı səbəbindən Abid Tahirlinin mühacirət publisistikası ilə bağlı 
dissertasiyası diqqəti çəkir və təqdirəlayiqdir. 
Tədqiqata  cəlb  edilən  materialların  zənginliyi  və  mühacirət  mətbuatının 
əhatə  dairəsi,  habelə  müəllifin  elmi-tədqiqatla  bağlı  çox  sayda  dərc  etdirdiyi 
məqalələr  göstərir  ki,  bu  dissertasiya  illərlə  aparılan  ciddi  araşdırmaların,  gərgin 
zəhmətin sayəsində mümkün olmuşdur və yüksək qiymətə layiqdir. Sanballı elmi-
nəzəri  qənaətlər,  zəngin  və  mötəbər  mənbələrə,  təkzibolunmaz  dəlillərə,  dəmir 
məntiqə söykənən dolğun mülahizələr, konkret fakt və nümunələrə əsaslanan dərin 
təhlil  və  ümumiləşdirmələr  dissertasiyanı  səciyyələndirən  cəhətlərdir.  Təsadüfi 
deyil  ki,  Abid  Tahirlinin  mühacirətlə  bağlı  araşdırmaları  haqqında  kütləvi 
informasiya  vasitələrində  elm  adamlarının,  xüsusilə  sahə  mütəxəssislərinin  çox 
sayda məqalələri, rəyləri dərc edilmişdir. 
Yuxarıda  deyilənləri  yekunlaşdıraraq  bu  nəticəyə  gəlmək  olar  ki,  elmi-
tədqiqat işi doktorluq dissertasiyası qarşısında qoyulan tələblərə bütünlüklə cavab 
verir və onun müəllifi Abid Həmid oğlu Tahirli filologiya elmləri doktoru alimlik 
dərəcəsi almağa tamamilə layiqdir. 
 
   
 Rəsmi opponent – 
 filologiya elmləri  doktoru, professor 
  H.M.Quliyev 
      12 oktyabr 2006-cı il 
 
 
 

 
299 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda doktorluq dissertasiyasına 
 
R Ə Y D Ə N 
 
XX əsrin 80-ci illərindən etibarən mühacirət ədəbiyyatı və jurnalistikasının 
tədqiqinə  onlarla  məqalə,  «Azərbaycan  mühacirəti»,  «Sözlə  yarananlar»,  sözü 
yaşadanlar»,  iki  hissəlik  «Azərbaycan  mühacirət  mətbuatı»  və  nəhayət, 
«Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  kimi  fundamental 
monoqrafiyalar 
həsr 
etmiş 
A.Tahirlinin 
doktorluq 
dissertasiyası 
mühacirətşünaslığın əsasını qoyan müasir uğurlu əsərlərdən biridir. 
A.Tahirli  öz  əsərində  mühacirətşünaslığın  ən  zəngin,  mürəkkəb  və  aparıcı 
istiqamətlərindən  birini  –  mühacirət  jurnalistikasını  və  onun  çevik  janrı  olan 
publisistikanı  işləyib  başa  çatdırmağa  nail  olub.  Dissertasiyanın  əsas  elmi 
məqsədini müəyyən edən bu keyfiyyəti onun tədqiqat əsəri kimi bitkinliyini təsdiq 
edən birinci dəyərli cəhətidir. 
Dissertasiyanın ikinci mühüm elmi əhəmiyyəti onun çox ağır zəhmət tələb 
edən  zəngin  tədqiqat  əsasında  yazılmasıdır.  Dissertant  yüzlərlə  faktı  vahid  elmi-
tarixi  qayə  ətrafında  toplamağa, sənədlərə  istinadən  mühacirət  tarixinin  gedişatını 
və ədəbi-tarixi həqiqətləri bərpa etməyə nail olur. 
Əsərin  üçüncü  elmi-tarixi  dəyəri  bundadır  ki,  dissertant  1988-ci  ildən  -
«Vətən»  Cəmiyyəti  yarandığı  gündən,  dünya  Azərbaycanlılarının  II  qurultayına 
qədərki dövr ərzində mühacirətlə bağlı qəbul edilmiş rəsmi direktivlərə  istinadən 
faktiki  olaraq  dissertasiyanı  diaspor  haqqında  ümummilli  lider  H.Əliyev 
konsepsiyası  zəminində  qurmağa  nail  olur.  Bu  konsepsiya  isə,  tarixən  düzgün, 
ideoloji baxımdan perspektivlidir. 
A.Tahirlinin dissertasiyasının dördüncü və şəxsən mənim üçün ən maraqlı 
elmi-nəzəri məziyyəti bu sanballı əsərdə mühacirət irsinin azərbaycançılığın tərkib 
hissəsi  kimi  öyrənilməsidir.  Bu  həqiqətə  dissertant  «Molla  Nəsrəddin»in  Təbriz 
dövrü fəaliyyətini, «Azərbaycan qayəsi» ideyasının müəllifi, böyük mütəfəkkir və 
demokratik  dövlətçiliyin  banisi  M.Ə.Rəsulzadənin,  milli  mühacirətimizin 
liderlərindən biri, dönməz istiqlal fədaisi M.B.Məmmədzadənin, azərbaycanşünas, 
ədəbiyyatşünas Ə.Cəfəroğlunun zəngin irsini tarixən düzgün təhlili yolu ilə gəlib 
çıxır. Əminliklə qeyd edirik ki, Azərbaycan mühacirəti həm tarixi-ideoloji, həm də 
ədəbi-publisistik baxımdan əsaslı şəkildə öyrənilmədən Azərbaycan xalqının milli 
ideologiyası kimi azərbaycançılığı formalaşdırmaq mümkün olmazdı. A.Tahirlinin 
dissertasiyasının  elmi-nəzəri  nəticələri  bu  mühüm  işdə  dəyərli  zəmin  kimi 
əhəmiyyətə malikdir. 
Dissertasiyanın  beĢinci  dəyəri  dissertantın  obyektiv  elmi  həqiqəti  ortaya 
çıxarmağa imkan verən tarixiliyə istinad etməsidir.  
Alimin  və  elmi  əsərin  dəyəri  hissə  qapılmadan,  fakta  və  sənədə  istinadən 
obyektiv  həqiqəti  tarixi  dürüstlüklə  təhlil  və  təqdim  etməsindədir.  Və  məhz  bu, 
A.Tahirlinin dissertasiyasına xas beşinci elmi məziyyətdir. 
Bizim  fikrimizcə,  A.Tahirlinin  doktorluq  dissertasiyasının  altıncı  elmi-
nəzəri  dəyəri,  onun  çağdaş  Azərbaycan  ədəbi-ictimai  fikrinə  bəlli  olmayan  bir 

 
300 
silsilə yeni faktları  ilk dəfə təhlilin və tədqiqatın predmetinə gətirməsidir. Bu fikri 
elə burada tamamlamaq olardı. Fəqət, məsələ burasındadır ki, A.Tahirli təkcə yeni 
tapılmış dəyərli faktın cazibəsinə aludə olan, onu qeydə almaqla kifayətlənən alim 
deyil.  Bu  dissertasiyada  faktlar  və  sənədlər  meydana  çıxdıqları  dövrün  tarixi 
kontekstində təqdim olunur. A.Tahirli nəzəri-analitik təhlil yolu ilə əldə etdiyi fakt 
və  sənədlərin tarixi mənasını  və perspektiv  əhəmiyyətini  müəyyənləşdirməyə  nail 
olur. 
Güman  edirəm  ki,  Azərbaycan  filoloji  fikri  üçün  ciddi  elmi-tarixi 
əhəmiyyəti  olan,  zəngin  faktlar  əsasında,  analitik  təfəkkürlə  yazılmış  bu  dolğun 
dissertasiyanın  digər  elmi  məziyyətlərini  opponent  həmkarlarım  və  Dissertasiya 
Şurasının möhtərəm üzvləri qeyd edəcək. 
Dissertantın  beş  monoqrafiyası  və  AAK-ın  tövsiyə  etdiyi  nəşrlərdə  çap 
olunmuş məqalələri, habelə avtoreferatı işin əsas məzmununu kifayət qədər əhatə 
edir. 
Nəticə  olaraq  deməliyəm  ki,  Abid  Həmid  oğlu  Tahirli  «Azərbaycan 
mühacirət mətbuatında publisistika (1921-1991)» adlı tamamlanmış elmi tədqiqat 
əsərinə  görə  iddiasında  olduğu  10.01.10  –  «Jurnalistika»  ixtisası  üzrə  filologiya 
elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
 
 
Rəsmi opponent:  
 
 
 
        Nizaməddin ġəmsizadə 
 
 
 
 
 
 
                filologiya elmləri doktoru,   
professor 
  12.10.06 
 
 
 
Abid Tahirlinin “Mühacirət mətbuatında publisistika  
(1921-1991)” mövzusunda  doktorluq dissertasiyasına 
 
R Ə Y D Ə N  
 
 
         Abid  Tahirlinin  ötən  əsrin  80-ci  illərinin  sonundan  araşdırmağa  başladığı 
mühacirət  problemi  və  xüsusilə  mühacirət  mətbuatı  ilə  bağlı  tədqiqatları  və 
nəhayət,  “Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  adlı 
dissertasiyası, sanbalı, konseptuallığı ilə diqqəti çəkir. Elmi – tədqiqat işi uzun və 
gərgin axtarışlara, yüzlərlə ilkin mötəbər mənbəyə, məxəzə istinad edilərək qələmə 
alınmışdır.  Sahənin  yeni  olması  tədqiqatçını  daha  da  ciddi  və  məsulliyyətli 
işləməyə sövq etmişdir. Tədqiqatçının elmi-nəzəri qənaətləri, bir sıra məsələlərdə, 
xüsusilə  mühacirət  jurnalistikası  və  mühacirət  mətbuatının  tarixi    ilə  bağlı 
fikirlərdə  prinsipial  mövqeyi  bu  sahədə  aparılacaq  araşdırmaların  daha  effektli, 
obyektiv  olmasına  zəmin  yaradır.  Abid  Tahirlinin  nəzəri,  təcrübi  professionalığı 
tədqiqatın  səviyyəsinə  birbaşa  təsir  edir.«Giriş»  və  «Mühacirət  mətbuatının 
təşəkkülü    və  inkişaf  mərhələləri»,  «Mühacirət  publisistikasının  mövzusu,  ideya-

 
301 
siyasi  istiqamətləri»,  «Mühacirət  publisistikasında  sənətkarlıq  məsələləri»  adlı 
fəsillər  dissertasiyanın  məzmununu,  orada  qoyulmuş  problemləri  tam  əhatə  edir, 
elmi,- məntiqi ardıcıllıqla bir-birini  tamamlayır.   
 
 
 
 
Müəllif  ayrı-ayrı  mətbu  orqanların  nəşr  tarixi,  proqramı,  naşir  və 
redaktorları,  mühərrirləri,  toxunduğu  mövzular  barədə  qısa  məlumat  verməklə 
mühacirət mətbuatının ümumi mənzərəsini yaratmışdır.   
 
 
Tədqiqatçı    dolğun,  tutarlı  faktlara  istinad  edərək  mühacirət  mətbuatının 
«Yeni  Qafqasya»  ilə  yox,  «Molla  Nəsrəddin»  jurnalının  Təbriz  nömrələri  ilə 
başladığını qeyd edir.    
 
 
 
 
 
 
    
 
Tədqiqatçı  Abid  Tahirli  mühacirət  publisistikasının  xarakterik  və  fərqli 
cəhətlərini məharətlə açıqlayır. O göstərir ki, mühacirət publisistikası bir tərəfdən 
mövzuya  uyğun  olaraq  alovlu,  pafoslu  ifadə  tərziilə  fərqlənir,  digər  tərəfdən 
kövrək, həzin üslubu ilə seçilir. Əgər söhbət Azərbaycan istiqlalından, bolşevizmə 
və  rus  imperializminə  qarşı  mübarizədən  gedirsə,  publisistik  nümunələr  mübariz 
ruhu, prinsipial mövqeyi, kəskin ifadə  və ibarələri ilə diqqəti çəkir: əgər müəllif 
Vətən  həsrətindən,  qürbət  həyatından  bəhs  edirsə,  mətn  üçün  obrazlı,  ehtiraslı  dil 
səciyyəvidir. 
 
 
 
 
 
 
 
 
 
 
Abid Tahirli mühacir müəlliflərin publisistika irsindən nümunələr verməklə 
onların sənətkarlıq problemlərini dərindən təhlil edir, dəyərləndirir, müvafiq elmi- 
nəzəri qənaətlərə gəlir.   
 
 
 
 
 
 
 
 
Beləliklə,  Abid  Tahirlinin  doktorluq  dissertasiyası  ilə  bağlı  fikirlərimizi 
yekunlaşdıraraq, bu qənaətə gəlirki ki, elmi -tədqiqat işi tələblərə tam cavab verir 
və onu cəsarətlə sahənin lokamotivi adlandırmaq olar.    
 
 
 
 
 
                                                            
                     Xeyrulla  Məmmədov                                                              
filologiya elmləri doktoru, professor
 
 
 
 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda filologiya elmləri doktoru alimlik 
dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya haqqında 
 
R  Ə  Y  D  Ə  N 
 
Abid  Tahirlinin  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-
1991)»  mövzusunda hazırladığı dissertasiya hər şeydən öncə öz elmi aparaturası, 
burada qoyulan problemlər, tədqiqat işinin predmeti, metodoloji  əsası, məqsəd və 
vəzifələri, elmi  yeniliyi, işin mahiyyətini orijinal şəkildə araşdırma və s. cəhətləri 
ilə diqqəti cəlb edir. 
Müdafiəyə  təqdim  olunmuş  mövzunun  işlənmə  dərəcəsi  haqqında  kifayət 
qədər  adekvat  mənzərə  yaratmaq  üçün  A.Tahirli  burada  xeyli  müəlliflərin  adını 
çəkib  xidmətlərini  göstərməklə,  eyni  zamanda  onların  tədqiqatları  orbitinə  ya 

 
302 
qismən  düşmüş,  ya  da  heç  düşməmiş  məsələlər  üzərində  diqqəti  cəmləşdirir, 
qarşıda duran vəzifə və perspektivlərin vəziyyətini təhlil edir. 
Tədqiqata  cəlb  edilmiş  çoxsaylı  mətbu  orqanlarında  («Yeni  Qafqasya», 
«Azəri türk», «Odlu yurd», «İstiqlal», «Qurtuluş», «Türk izi», «Qafqaz almanaxı», 
«Mücahid», «Ana dili» və s.) müxtəlif dövrlərdə nəşr olunmuş materialları səbir və 
təmkinlə  araşdırmağa  çalışan  müəllif  nəinki  mühacirət  mətbuatının  inkişaf 
mərhələlərini,  mühacirət  publisistikasının  istiqamətlərini,  həm  də  mühacirət 
publisistikasının sənətkarlıq xüsusiyyətlərini sistemli, ardıcıl və konseptual şəkildə 
təhlil edə bilir. 
A.Tahirlinin 
təqdim 
etdiyi  dissertasiya  işinə  qədər  mühacirət 
ədəbiyyatımızın  mühüm  tərkib  hissəsini  təşkil  edən  mühacirət  publisistikasının 
V.Sultanlı,  V.Arzumanlı,  N.Yaqublu,  N.Nəsibzadə,  N.Cabbarlı  və  digərləri 
tərəfindən  öyrənilməsi  konkret  metodoloji  bazaya  söykənmədiyindən,  bu  sahə 
barədə  fikirlərin  yekunu  da  bir  qədər  xaotik  xarakter  daşıyırdı.  İndi  isə, 
A.Tahirlinin  əsərindən  sonra, bu sahədə sanballı  tədqiqat  işi  olduğunu biz  fəxarət 
hissi ilə deyə bilərik. 
Təqdim  edilmiş  tədqiqat  işinin  elmi  yeniliyini  əsərin  ideya-məzmununda, 
struktur-kompozisiyasında, müəllifin təhlilə cəlb etdiyi materialların incəlikləri ilə 
öyrənilməsində  görə  bilirik.  Burada  həm  mühacirət  publisistikasının  dil,  üslub 
sənətkarlıq xüsusiyyətləri, həm onun elmi-nəzəri cəhətdən dəyərləndirilməsi, həm 
istiqlal  hərəkatının  tarixi  və  nəzəri-ideoloji  məsələləri,  həm  Qafqaz  birliyi 
ideyasının  tarixi  əhəmiyyəti,  həm  mühacir  nəşrlərinin  təsnifi,  həm  də  qəzet  və 
jurnalların bu ideoloji mübarizədə rolu və mövqeyi düzgün müəyyənləşdirilmişdir. 
«Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  adlı 
dissertasiyasının  praktik  əhəmiyyəti,  müəllifin  qeyd  etdikləri  ilə  yanaşı,  həm  də 
ondadır  ki,  müasir  və  qloballaşan  həyat  şəraitində  jurnalistikanın  rolu  daim  artır, 
yeniləşir  və  məhz  belə  olduğu  halda,  ölkəmizin  bir  sıra  universitetlərində  tədris 
olunan  jurnalistikaya  aid  digər  fənlərlə  yanaşı,  xüsusi  kurslarda  tələbələrə 
publisistika  tariximizin  bu  səhifəsini  sistemli  və  konsepsiyalaşdırılmış  şəkildə 
mənimsətmək  mümkün  olacaqdır.  Yəni  A.Tahirlinin  bu  əsəri  digər  mühüm 
keyfiyyətləri ilə yanaşı, həm də tədris-öyrədici xarakter daşıyır. 
Müəllifin  tədqiq  etdiyi  mövzu  ilə  bağlı  çoxsaylı  məqalələri  və 
monoqrafiyaları  nəşr  olunmuşdur.  Abid  Tahirli  məsuliyyətli  və  məhsuldar 
tədqiqatçılardandır.  Onun  müxtəlif  illərdə  işıq  üzü  görmüş  «Azərbaycan 
mühacirəti»,  «Sözlə  yarananlar,  sözü  yaşadanlar»,  «Azərbaycan  mühacirət 
mətbuatı»,  «İlyas  Əfəndiyevin  publisistikası»  və  digər  əsərləri  tədqiqatçı-alimlər 
və oxucular tərəfindən rəğbətlə qarşılanmış, onlar haqqında dövri mətbuatda geniş 
resenziyalar  dərc  olunmuşdur.  A.Tahirlinin  adları  çəkilən  əsərləri  ilə  yanaşı 
müdafiəyə  təqdim  etdiyi  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-
1991)»  tədqiqat  işi  milli  publisistikamızın  hüdudlarının  genişlənməsinə  və  onun 
dəyişdirilmiş şəkildə öyrənilməsinə xidmət edən əsərlərdəndir. 
A.Tahirlinin dissertasiya işi, indiyə qədər nəşr olunmuş kitabları, məqalələri, 
onu  mərhum  professor  X.Məmmədovun  təbirincə  desək,  müəllifi  «mühacirət 
publisistikamızın lokomotivi» adlandırılmağa tamamilə əsas verir. Bu, fikrimizcə, 
onun analitik təfəkkür tərzi, elmi erudisiyası ilə birbaşa bağlıdır. 

 
303 
Nəticə  olaraq  bildirmək  istərdik  ki,  Abid  Həmid  oğlu  Tahirlinin 
«Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  -  (10.01.10  – 
jurnalistika ixtisası) mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq 
üçün  təqdim  etdiyi  dissertasiya  və  onun  avtoreferatı  Ali  Attestasiya  Komissiyası 
tərəfindən müəyyən olunmuş tələblərə tamamilə cavab verir. Bu əsərə görə müəllif 
filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tam layiqdir. 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin