“Ədəbiyyat qəzeti”,
12 iyun 2009
Sözün dilini bilən Ģair
Bütün insanlar sözün sehrinə düşür, tək-təkləri isə sözlə sehrləyirlər: təsir
edir, düşündürür, həyəcanlandırır, sevindirir, kədərləndirir, bir sözlə, beyinə nüfuz
edir, qəlbə hakim kəsilir. Belə söz sərraflarından, sahiblərindən biri, heç şübhəsiz
istedadlı şair, gözəl publisist Ağacəfər Həsənlidir.
«Dostunu göstər, sənin kim olduğunu söyləyim» - deyirlər. Səhv etmirəmsə,
Ağacəfərin dostlarının sırasında ilk iki yeri məhəbbət fədaisi Füzuli və istiqlal aşiqi
Almaz İldırım tutu. Ağacəfərin saatlarla böyük Füzulidən fasiləsiz və ehtirasla
qəzəllər söylədiyinin, onları bütün incəliklərinə qədər şərh etdiyinin, azadlıq carçısı
Almaz İldırımın əsərlərini, xüsusilə «Türkün dastanı» adlı möhtəşəm və
həmişəyaşar poemasını əvvəldən axıra kimi birnəfəsə həvəslə, ürəklə əzbər
dediyinin şahidləri bu ədəbi dostluğun əzəli və əbədi olduğuna da əmindirlər…
260
Ağacəfər poeziyasında zəif söz yoxdur, ümumiyyətlə, Ağacəfərə görə, zəif
söz yoxdur, zəif deyilmiş və yersiz sözlər var. Şairin ağır çəkili, sanballı sətirləri
axıcı, canlı, oynaq və obrazlıdır. Səbəbi aydındır:
«Püskürür sinəmdə sözün vulkanı,
Palçığı bir yana, qummu bir yana.
Zamanın xırmanı döyür, ayırır,
Qılçığı bir yana, tumu bir yana» -
deyən şair («Püskürür söz vulkanı») uğurlu sözünü «gözünü öpdüyüm balamdı»,
«səngərimdi, qalamdı» deyə əzizləyir, bununla da kifayətlənmir və sözdən
yarandığını söyləyir: «Mən vulkan altında bərkimiş sözəm». «Əli qələmə, söz
dilinə, heç nə könlünə yatmayanda» isə fəryad qoparır:
«Söz Allahın – Füzuli
Çat dadıma – imdadıma» («Söz haqqında söz»).
Sözə, sənətə bu qədər ehtiyatla, ehtiramla yanaşan sənətkarın yaradıcılığının
yeni fikirlərlə, orijinal və özünəməxsus deyim tərzi ilə zəngin olması tamamilə
təbiidir. Ağacəfər mövzudan asılı olmayaraq, öz duyğu və düşüncələrini canlı,
ehtiraslı və obrazlı çatdırmağın mahir ustasıdır.
Bəzən adama elə gəlir ki, Ağacəfər nədən yazmaq barədə heç fikirləşmir.
Onun üçün əsas məsələ nəyi isə dəstəvuz edib, yalnız özünəməxsusları oxucuya
çatdırmaq, bu yolla onun hiss və duyğularına təsir etmək, onu riqqətə gətirmək,
həyəcanlandırmaq, düşündürməkdir. Amerikanın İraqa təcavüzündən yazanda da
o, buna nail olur:
Yığışdırın səhradan,
Götürün meyitləri
Dağılıb Kərbəlada
Füzulinin beytləri («İblis barmağı»).
Dərdi, qəmi, qələmə alanda da istəyinə yetir:
Gözlərimin yağını,
İçdi, bildim yağıdı…
Qələbə bayrağını
Gözlərimə sancdı dərd («Dərd»).
Dostlarından söz salanda da məqsədinə çatır:
Yoxluğumun küncündə
Diz çökəcək dostlarım.
Məzarımın içindən
Söz çəkəcək dostlarım («Dostlarım»).
261
Ata-anaya məhəbbəti tərənnüm edəndə də niyyətinə yetişir:
Atamın əllərinin istisi
qapı dəstəyində,
Pəncərə pərdəsinin ətəyində,
ocaq külündə…
Heç nəyə dəyə bilmirəm,
Qorxuram anamın səliqəsinin rəngi gedər,
Divarların əhəng ütüsü.
Odun sobasının təpəsindən qalxır tüstüsü.
Suvağı tökülmüş çiy kərpiclər
Hamısı kibrit qutusu –
Odla oynamağa bənddi…
(«Kənddəki evimizin mənzərəsi»).
Yanılmıramsa, Ağacəfərin yüzlərlə şeirinin heç birində «azadlıq istəyirəm»
ifadəsi, ya ona bənzəri yoxdur. Amma mövzusundan asılı olmayaraq, onun bütün
şeirləri üçün azad ruh hakimdir. Lakin şairin elə şeirləri də var ki, orada mənəvi və
fərdi azadlığa çağırış, eyni zamanda mütiliyə və köləliyə nifrət daha kəskin, sərt
səslənir.
Əyilib bir ağız zaman götürmür,
Nə haray, nə həşir vecinə deyil.
Xırman mərəkəsi, xırman təlimi
Elə bil gündəlik vərdişdi elə.
Sarı öküzlərin gücünə deyil.
Tər yuyub aparır bu fağırları,
Hədəqədən çıxır bərəlmiş gözlər.
Cin vurub başına dərz daşıyanın,
Ovundurmaq olmur hər şirin sözlə.
Vəlqoşan qıymayıb bir çəngə ota,
Atıb qabağına bomboz küləşi.
Dayanıb kölgədə buynuz-buynuza
Xırman öküzləri söz güləşdirir.
Bu sətirlər mənə çağdaş mədəniyyətimizin bel sütunu M.Fətəlini xatırlatdı.
O yazırdı: «Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, onları ata-babanın
və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə
fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən
avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən
dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra
262
yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu
biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar,
çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada
gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə
faydalanmış olardılar».
Yaradıcılığı ilə ilk tanışlıq elə təəssürat oyadır ki, Ağacəfər qəm, kədər
şairidir, tərki-dünyadır. Çünki gah
«Çiçəklər açılır hər yaz qabağı,
Mənim ki, ürəyim açılmır, canım» - deyir, gah
«Yatıram, səhər açılmır,
Gecəni necə dartıblar» - söyləyərək sıxılır, gah
«Yırtılır ömür torbası
Adam yaşamaqdan doyur» - yazır, gah da dünyanın
«Gülünün iyindən daddım,
Külünü tökdüm başıma» - deyə fəryad qoparır, gah da
«Mən yatan gecənin səhəri yoxdur» - söyləyərək – hər şeydən
əlini üzür. Lakin bütün bunlar şairə öz işıqlı ideyalarını, nikbin duyğularını kədər,
qəm süzgəcindən keçirərək çatdırmaq üçün bir vasitədir. Və həmin «ağrı» və ağır
şeirləri oxuyanda insan duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur.
«…ilhamının səmimiliyinə, orijinallığına və fərdiliyinə qəlbən inanan»,
özünü Ağacəfərin «iyirmiillik oxucusu» adlandıran istedadlı tənqidçi mərhum
Nadir Cabbarlı şairin «Ürəyim döyünür, qapım döyülür» adlı kitabına (Bakı,
«Gənclik», 1977) yazdığı «Sözün ağrı yaddaşı» adlı ön sözdə şairin «şeirlərinin
lirik düşüncə axarını, poetik təhlil yönünü, deyim-üslub meylini izləməyə həmişə
ehtiyac hiss etdiyini» xüsusi vurğulayır və səmimi etiraf edir: «…yaş sayağı, ömür-
gün sayağı, təbii ki, bədii zövq də, estetik duyum da yerində saymayıb –
təbəddülata uğrayıb. Amma Ağacəfərin şair sözünə oxucu marağım heç vaxt
azalmayıb». Elə bilirəm ki, ədəbi prosesi diqqətlə izləyən, onu təhlil etməyi və
dəyərləndirməyi bacaran Nadir Cabbarlı təxminən 10 il əvvəl bu qənaətə
gəlmişdirsə, şairin həmin vaxtdan ötən müddət ərzindəki yaradıcılıq uğurlarını da
nəzərə alıb, sonuncu cümləni kiçik redaktə ilə vermək olar: Ağacəfərin şair sözünə
oxucu marağı heç vaxt azalmayıb və azalmayacaqdır.
1 noyabr 2004
Oğlan bir ailəninsə, oğul bir millətindir
Toy məclisinin şirin bir yerində masabəyi özünəməxsus tərzdə həkimlər
əyləşən stola yanaşdı, onları ehtiramla salamladı, sağlamlıq keşikçilərinin
ünvanlarına xoş sözlər söylədi və bəylə gəlini təbrik etmək üçün həkim
qonaqlardan birinə mikrofonu uzatdı və nəzakətlə - buyurun, müəllim, söz
sizindir – dedi. Arağın təsirindən xeyli məstləşən həkim ağır – ağır ayağa qalxdı,
mikrofonu əlinə alıb, ləngərli yerişlə stoldan xeyli aralanıb, çalğıçıların yanında
dayandı. Çıxışa salamsız – kəlamsız başladı. İlk cümləsi isə bu oldu:
263
- Birincisi , müəllim yox, həkim. İkincisi isə … - deyərək sözünə davam
etdi.
Həkim çıxışını bitirəndə masabəyi mikrofonu ondan aldı. Çoxu elə bilirdi
ki, masabəyi ya növbəti qonağa, ya da müğənniyə söz verəcək. Amma belə olmadı.
Masabəyinin gur səsi bütün salona hakim kəsildi, tam sakitlik yarandı: -Fateh
Sultan Mehmet Konstantinopolu, indiki İstanbulu alandan sonra bu böyük zəfəri
qeyd etmək üçün şəhərə çıxır. Bu zaman hörmət əlaməti olaraq müəlliminin
arxasınca hərəkət edir. Yəqin bu faktı da bilirsiniz ki, Əmir Teymur vəsiyyət
etmişdi ki, onu müəlliminin qəbrinin ayaq tərəfində dəfn etsinlər. Əlbəttə, tarixdə,
həyatda belə hadisələr saysız – hesabsız olmuşdur. Bütün böyük, qədirbilən
insanlar öz ustadlarını, müəllimlərini həmişə sonsuz ehtiramla yad etmiş,
xatirələrini əziz tutmuşlar. Ona görə hər dəfə « müəllim » sözünü böyük qürur və
iftixarla deyirəm. Bu sözü kimə müraciət kimi ünvanlayıramsa , elə bilirəm onu
şərəfləndirmiş oluram… Nə isə, mətləbdən çox uzaqlaşmayaq, - deyə o , məclisi
aparmağa davam etdi.
Bu zaman gözüm həkimlərin stoluna sataşdı. «Müəllim» sözündən inciyən
həkim çox pərt halda vurnuxur, lakin özünü o yerə qoymurdu, sanki masabəyinin
dediklərinin ona dəxli yox idi. Rəqs edənlər meydanı qızışdıranda həkimlərin
stolundan bir nəfərin ehmalca aradan çıxdığı gözünə sataşdı. Bu masabəyinin dərs
verdiyi həkim idi …
Vaqif Yaquboğlu haqqında söhbətə
bu epizodla başlamağım təsadüfi deyil. Buradan onun bir neçə ali keyfiyyəti üzə
çıxır : o, sözə çox həssasdır, ətrafındakılara qarşı diqqətli olduğu qədər də
prinsipialdır, müşahidə etməyi, dəyərləndirməyi yaxşı bacarır, mahir natiqdir,
insanların qəlbinə və beyninə nüfuz etməkdə ustadır, iti yaddaşı, möhkəm məntiqi
var. Bütün bunları bircə məclisdə şahidi olduğum hadisə ilə əsaslandırıram. Amma
bu keyfiyyətlər birdən – birə formalaşmayıb : uzun illərin gərgin zəhməti,
axtarışları bəhrəsini tədricən verib. Bu gün artıq Vaqif Yaquboğlu sayılıb-
seçilən söz və nüfuz sahibdir. Doğrudan da , əgər biz Vaqif Yaquboğlunu yalnız
el şənliklərinin , müxtəlif mədəni – kütləvi tədbirlərin aparıcısı kimi tanıyır və
təqdim ediriksə, deməli , biz onu tanımırıq. Doğrudur, tanınmaq, şan – şöhrət
sahibi olmaq üçün elə aparıcılıq da kifayət edər. Bu sənət də az enerji, az zəhmət
tələb edən sahə deyil. Bunun üçün ədəbiyyata, xüsusilə şifahi söz xəzinəmizə,
yüksək səhnə mədəniyyətinə, özünəməxsus səsə, ifa tərzinə yiyələnmək, el-obanın
adət-ənənələrini bilmək vacib şərtlərdəndir.
Vaqif Yaquboğlu ali təhsilli, bacarıqlı rejissor, istedadlı şairdir. Onun
şeirləri insanı həyəcanlandırır, riqqətə gətirir, düşündürür. Uzun müddət
yaddaşlardan silinməyən, böyük təəssürat yaradan əsərləri Vaqif Yaquboğlunun
şeirlərinin həm mövzu, həm də sənətkarlıq baxımından diqqətçəkən olduğuna
dəlalət edir. Vaqif səsinin sehri, sözünün gücü ilə öz xalqına xidmət edir. Onun
övladlarına Dədə Qorqud sayağı xeyir – dua verir, insanları düz yola, düz əmələ,
ədalətə səsləyir. Vaqif Yaquboğlu bütün təbəqələrin, zümrələrin dili ilə
danışmağı, ünsiyyət qurmağı, təmas yaratmağı bacarır. Onun varlıya da, kasıba da,
cavana da, yaşlıya da deməyə sözü var. Əbəs deyil ki, V. Yaquboğlu bəzən həzin,
lirik nəğmə söyləyirmiş kimi yumşaq, həlim bir səslə danışır, bəzən də dağ çayı
kimi coşub – daşır, nərə çəkir, ağzından od –alov püskürür.
264
Vaqif Yaquboğlu haqqında fədakar və cəfakeş publisist Ramin
Məmmədovun sanballı «Qəbələ ziyalıları» adlı kitabında məqaləyə rast gələndə
təəccüblənmədim, əksinə sevindim və fikirləşdim ki, Vaqif Yaquboğlu öz parlaq
istedadı və tükənməz zəhməti hesabına Qəbələnin adlı-sanlı insanları bir cərgədə
durmaq haqqını qazanmışdır. Bir gözəl şeirində söylədiyi «Oğlan bir ailəninsə,
oğul bir millətindir» misrası elə Vaqif Yaquboğlunun özünə çox yaraşır…
ĠLLƏR, ĠZLƏR
«Mənəvi borcumuzu, əqli duyğularımızı oyadan gün»
Böyük maarifçi-demokrat, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin
sağlığında da, vəfatından sonra da ona, nəşr etdirdiyi «Əkinçi»yə münasibət
birmənalı olmamışdır. Hakimiyyəti təmsil edən qüvvələr bir tərəfdən, nadanlar və
cəhalətpərəstlər isə digər tərəfdən H.Zərdabiyə və «Əkinçi»yə, qəzetin işıqlı
ideyalarına qarşı düşmən münasibəti bəsləmişlər. M.F.Axundov, S.Ə.Şirvani,
Ə.Adıgözəlov (Gorani), N.Vəzirov kimi ziyalılar H.Zərdabini hərtərəfli təqdir edir
və bu mübariz insana mənəvi kömək göstərirdilər. Qəzeti «Şərqdən qərbə əxbar
söyləyən», «səadətin mayası» adlandıran S.Ə.Şirvani nahaq yerə demirdi:
Dün sual etdi bir nəfər cahil: -
Ki, qəzetdən nədir bizə hasil?
Bu Həsən bəy nə istəyir bizdən?
Doldurub aləmi quru sözdən.
Belə ikili münasibət H.Zərdabinin vəfatından sonra da eyni ilə qalmışdı.
Sadəcə, bu dəfə H.Zərdabinin tərəfində duranlar və ona qarşı çıxanlar nəsil etibarı
ilə dəyişmişdi. Firudin bəy Köçərli, Ceyhun Hacıbəyli kimi ziyalılar H.Zərdabinin
və onun «Əkinçi»sinin əsl dəyərini verən xadimlər idi. Azərbaycan ictimai-siyasi,
ədəbi-mədəni, mətbu həyatında parlaq iz qoymuş yazıçı-publisist, tərcüməçi-
tədqiqatçı, naşir-redaktor, diplomat Ceyhun Hacıbəyli H.Zərdabiyə və onun
«Əkinçi»sinə münasibətdə xüsusilə fərqlənirdi. Bir faktı demək kifayətdir ki, o,
H.Zərdabinin vəfatından sonra hər il «Kaspi» qəzetində öz böyük müəlliminin
xatirəsinə həsr olunmuş məqalə dərc etdirmişdir. Bu yazılar Azərbaycanın
mədəniyyət tarixinə əbədi möhür vurmuş bir insan haqqında, sadəcə, xoş xatirələr
deyil, həm də öz milli-mənəvi dəyərlərinə laqeyd qalan Azərbaycan cəmiyyətinə
kəskin etiraz idi.
«Yeddi il» adlı məqalədə («Kaspi», № 267, 1914) oxuyuruq: «Bu gün
müsəlmanların mədəni maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun
vəfatının 7 ili tamam olur. Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz
xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış
meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah,
həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı
265
yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə yad edilirdi?! Həmin gündən
cəmi 7 il ötmüşdür.
Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə
həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu,
onun haqqında iki-üç gün də orda-burda danışdılar, qəzet və jurnallar onun
bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam.
Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona
zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü.
Deyəsən, hər şey bitdi… Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu.
Lakin bu hələ hamısı deyil».
«Həsən bəyin xatirəsi» adlı yazıda («Kaspi», № 269, 1912) oxuyuruq: «Bu
gün 28 noyabrdır. Düz 5 ildir ki, Qafqaz müsəlmanları Həsən bəy Məlikovu
itirmişlər. İctimai özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin
borcudur ki, hər il bu mühüm tarixi günü qeyd etsin…
28 noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi
yox, həm də mənəvi borcumuzu, əqli duyğularımızı oyadan, xatırladan bir gün
kimi yaddaşlara həkk olunmalıdır.
Məhz buna görə də, bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır:
«Bir damla su vaxt keçdikcə böyük qayanı deşir, söz də, əlaxüsus, doğru söz
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir».
Ceyhun Hacıbəyli həmin məqalədə Həsən bəy Zərdabinin tarixi xidmətlərini
sadalayır və sonda yazır: «Mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona
yönəltmək istərdim ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin
əbədiləşdirilməsi üçün onun əsasını qoyduğu və bütün ömrünü sərf etdiyi
ideyaların həyata keçirilməsinə çalışaq».
Abdulla Şaiq H.Zərdabinin ölümü münasibəti ilə «İrşad»da dərc etdirdiyi
şeirdə onu «gəncliyin rəhbəri», «nur saçan ülkər», «dahi», «fədakar», «böyük
insan» adlandırır. Haşım bəy Vəzirov H.Zərdabini «millət mücahidi» kimi
xarakterizə edirdi. M.Ə.Rəsulzadə H.Zərdabiyə dəfn mərasimində «maarif
mücahidi», «piri-rövşən» deyə xitab edirdi. «Azərbaycan mətbuatının piri» adlı
yazısında isə (Ankara, Azərbaycan jurnalı, 1952, № 2) M.Ə.Rəsulzadə qeyd edirdi:
«H.Zərdabi səpdiyi toxumun səmərəsini görən uğurlu bir əkinçi kimi öyünərək və
sevinclə bu dünyadan köçdü. O gün mətbuat qara geydi. Şairlər mərsiyələr yazdı.
Teatrlar pərdələrini endirdi. Bazarlar və dükanlar qapandı. Bir kəlmə ilə, millət
matəm tutdu».Sonrakı illərdə, o cümlədən Sovet hakimiyyəti dövründə Həsən bəy
Zərdabi və «Əkinçi» ilə bağlı geniş tədqiqat işləri aparılmışdır. Lakin bu
araşdırmalar rejim və ideologiyanın çərçivəsindən çıxa bilməmişdir. Faktlar bəzən
təhrif edilmiş şəkildə təqdim olunur, yazılar «kommunist əxlaqı»na uyğunlaşdırılır
və yozulurdu. Tədqiqatçılardan biri yazırdı: «təəssüf ki, H.Zərdabi maarifçilikdən
irəli gedə bilmədi, inqilabçı ola bilmədi».
«Əkinçi» bütün problemləri həll etdimi? Təbii ki, yox. Lakin qaranlıqda bir
şimşək kimi çaxdı, onun ziyası ilə gözlər işıqlandı, beyinlər qidalandı, fikirlər
təzələndi. Bir sözlə, maarif, mədəniyyət karvanı tərpəndi, yola düşdü. «Əkinçi» söz
azadlığı, insan haqları, demokratik dəyərlər, elm, tərəqqi, mədəniyyət, maarif
266
uğrunda mübarizəyə, cəhalətə, geriliyə, mövhumata, savadsızlığa qarşı mücadiləyə
start verdi.«Əkinçi» xalqın xidmətində dururdu, onun yoluna işıq salırdı. Bugünkü
KİV-dən də məhz bunu umuruq. Ən azı nadan və qərəzli olmaq lazımdır ki, deyək:
«Əkinçi» informasiyaları operativ çatdırmırdı, onun tərtibatı, şrifti yeknəsəq idi.
Qəzetin naşiri, redaktoru, korrektoru, mürəttibi H.Zərdabi sonralar xatırlayırdı:
«pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, oxucu yox… dövlət tərəfindən izn
almaq da ki, böyük bəladır».Vərəqləri saralmış «Əkinçi» ilə bugünkü rəngli qəzeti,
yaxud jurnalı yanaşı qoyub görkəmini müqayisə etməyək, onların məzmununu,
mahiyyətini və arxalarındakı simaları tutuşduraq. Onların ideyasını, əqidəsini,
məsləkini müqayisə edək. Onların istedadını, enerjisini, xalqa xidmət istəyini,
yanğısını yanaşı qoyaq.
Bu gün Zərdabi ilə bağlı bütün məsələlər həllini tapmışdırmı? Onun
həyatının və irsinin tam, milli tələblər baxımından tədqiq edildiyini söyləyə
bilərikmi? Əlbəttə, yox. Milli mətbuatımızın banisi H.Zərdabinin həyatı, irsi, onun
«Əkinçi»si daha dərindən, diqqətlə araşdırılmalıdır. H.Zərdabinin Bakıda yaşadığı,
«Əkinçi»nin nəşr olunduğu binalara xatirə lövhəsi vurulmalıdır. Bütün bunların
başlanğıcı olaraq, hər il 28 noyabr tarixinin, böyük Ceyhun Hacıbəylinin arzuladığı
kimi, Həsən bəy Zərdabinin xatirə günü kimi ölkə miqyasında qeyd edilməsi ola
bilər. Bu baxımdan, nəhayət, Milli Mətbuat Şurasının çağırışı ilə bu ildən 28
noyabrın Həsən bəy Zərdabinin anım günü kimi qeyd olunması böyük
qədirbilənlik nümunəsidir.
«Xalq qəzeti»
1 dekabr 2000
Azərbaycanlı zabitə bəraət verilməlidir
Ġngilis və alman tribunallarının tarixi
təcrübəsi bunu tələb edir
1921-ci il iyun ayının 18-də ingilis işğalı altında olan İstanbulun Pera Palas
oteli qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Behbud
Xan Cavanşir erməni Torlakyan tərəfindən üç güllə ilə qətlə yetirilir. İngilis
tribunalı qurulur və bir neçə aydan sonra məhkəmə Torlakyanın cinayət törətdiyini
elan etsə də, ona bəraət hökmü çıxarır. Bu qərar onunla əsaslandırılır ki, guya
azərbaycanlılar 1918-ci ildə Bakıda Torlakyanın qohumlarını öldürmüşlər və
Torlakyan da anlaqsız vəziyyətdə qətl cinayətini törətmişdir (ətraflı bax: 1. Murat
Çülçu. Erməni intriqalarının pərdə arxası: Torlakyan davası, İstanbul, 1990, Kastaş
A.Ş. yayınları, 338 səh. 2. Sürəyya Ağaoğlu. Bir ömür belə keçdi (İstanbul).
Bundan bir qədər əvvəl isə Soqoman Teyleryan (1886-1960) Berlində Tələt
paşanı qətlə yetirir (mart 1921). Berlin dairə məhkəməsi də «xalq qisasçısı»
Teyleryana bəraət hökmü çıxarır (ətraflı bax: Con Kirokosyan. Mladoturki pered
sudom istorii. «Hayastan» nəşriyyatı, Yerevan, 1986, 480 səh.).
Düz iki yüz ildir ki, Azərbaycanda erməni terroru, vəhşəti baş alıb gedir.
Körpə, qadın, qoca demədən erməni qatillər azərbaycanlıları ağlasığmaz
267
işgəncələrlə məhv edirlər. Onların sırasında ana bətnində olan yavru da, yaşı 100-ü
haqlamış qoca da, dövlət xadimləri də (F.X.Xoyski, H.Ağayev, N.Yusifbəyli…,
elm, mədəniyyət adamları F.Köçərli, T.İsmayılov, S.Əsgərova, A.Mustafayev …)
var. Bu vaxta kimi, «Difai» təşkilatı istisna olmaqla, Azərbaycanlılar tərəfindən
erməni qatillərinə onların «dilində» «Dur» deyən təşkilat olmamışdır. Odur ki,
terrorlar soyqırımla və deportasiyalarla əvəz olunmuşdur: 1905, fevral, avqust,
1918, mart, 1948-1954, 1988, 1992…Nəticədə Azərbaycanlılar başı qapazlı, çörəyi
əlindən alınan yazıq, gözüqırpıq körpə vəziyyətinə salınmış, torpağının 80 faizi (!)
işğal edilmişdir. Bəlkə, bəsdir?!
Sözüm ictimaiyyətə, daxildə və xaricdə susan, müşahidə edən, laqeyd,
biganə həmvətənlərə, ilk növbədə hüquq müdafiəçilərinədir: dili, dodağı, barmağı,
başı kəsilərək qətlə yetirilən ərlərin, qadınların, körpələrin sızıltısına, qarnı
nizələrlə dəlik-deşik edilən hamilə qadınların naləsinə dözməyən, torpağından, ev-
eşiyindən didərgin salınan, yataqxanada məskunlaşan Cəbrayıl qaçqını zabit Ramil
Səfərov ermənilərin vəhşiliyindən sarsılmış, anlaqsız vəziyyətə düşmüş və
qatillərdən birini zərərsizləşdirmişdir. Əslində, bir millətin namus və qeyrət
simvolu olan Ramil Səfərovu erməni qatilləri ilə müqayisə etmək özü də böyük
qəbahətdir. Əgər hətta erməni qatillərinə ingilis, alman tribunalları bəraət
qazandırırsa, biz niyə susuruq?!
Dostları ilə paylaş: |