Dəmirfilizləri. Dəmir filizlərindəki boş süxurlar Si,Al, Mg, Ca oksidlərindən ibarətdir.Aşağıdakı dəmir filizləri mövcudur:
Maqnitli dəmirdaşı filizinin dəmirli hissəsi Fe3O4 və ya Fe2O3 FeO- dan ibarətdir. Filizdəki metalın miqdarı 40-70%, boş süxurun miqdarı 60 30 % arasında dəyişir. Fe3O4 –ün tərkibində 72,4% saf dəmir və 27,8% oksigen vardır. Maqnitli- dəmirdaşı maqnit xassələrinə və yüksək sıxlığa malikdir. Azərbaycanda Daşkəsən yataqlarında vardır.
Qırmızı dəmirdaşındakı dəmir Fe2O3şəklindədir. Bunun tər- kibində 69,9% dəmir və 1,1%-ə qədər oksigen vardır. Filizdəki metalın miqdarı 45-65%, boş süxurun (SiO2 və CaCO3) miqdarı isə 55-35% təşkil edir. Filiz tünd qırmızı rəngdə olur.
Qonur dəmirdaşı- sulu dəmir oksidləri- 2 Fe2O3.3H2O və ya Fe2O3.H2O ilə boş süxurun qarışığından ibarətdir. Bu filizdə 60%-ə qədər dəmir və 14% hidrat nəmliyi vardır. Qonur dəmirdaşındakı boş süxurlar gilli-əhəngli silisiumlu birləş- mələrdən ibarət olub, miqdarca geniş həddə çatır. Qonur də- mirdaşı qonur və qonuru-qara rəngə çalır. Bu filizdə arsen, kü- kürd və fosfor kimi zərərli aşqarlar da vardır.