Ad: Soyad: Fakültə: İxtisas: Qrup: Fənn: Mövzu



Yüklə 164,1 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü164,1 Kb.
#40160
1   2   3   4   5   6   7   8   9   10
Çuqun

Karbonatlı dəmirdaşı çox zaman siderit və ya dəmir şpatı adlanır.Bunların tərkibi başlıca olaraq FeCO3 və boş sü- xurlardan ibarətdir.Açıq-sarı, sarı-boz və qonuru-sarı rəngə ça- lan bu filizlərdə metalın miqdarı 30-37%-ə, boş süxurun miq- darı isə 70-63%-ə çatır. Sideritlər havada uzun müddət qaldıqda oksidləşərək qonur dəmirdaşına çevrilir.

Flüslər - vəzifəsi:

    1. filizin tərkibindəki boş süxurun ərimə temperaturunu aşağı salmaq, onu posaya çevirərək filizdən ayırmaq;

    2. sobada koksu yandırdıqda əmələ gələn külü posalaşdır- maq və maye çuqundan ayırmaq;

    3. şixtə materiallarındakı S və P kimi zərərli aşqarları po- saya çevirmək və çuqunu bunlardan təmizləməkdən ibarətdir.

Dəmir filizlərinin əksəriyyətinin tərkibindəki boş süxur turş xassəli olub, silisium 4 oksiddən ibarətdir. Bunu posalaşdırmaq üçün əsası xassəli flüs götürülməlidir.Bu halda flüs kimi tərkibində 50%-dən çox CaO olan əhəngdaşı (CaCO3) verilir.

Bir sıra hallarda dəmir filizlərindəki boş süxur əsası xas- səli oksidlərdən, məsələn, CaO, MgO və Al2O3 –dən ibarət olur. Bunları posalaşdırmaq üçün turş xassəli flüs, məsələn, SiO2 əlavə edilməlidir.

Polad istehsal etdikdə sobaya verilən flüs, maye metaldakı zərərli aşqarları, məsələn, sulfidləri(FeS,MnS,AlS) və oksidləri (FeO,MnO,Al2O3, P2O5) posalaşdırır.

Yanacaqlar metallurgiyada geniş tətbiq edilir.Yanacaq kimi koks, təbii qaz, mazut, domna qazı və s. istifadə edilir.

Koks domna sobasında və varqankalarda tətbiq olunan başlıca yanacaq növüdür. İstilik törətmə qabiliyyəti 6500-7500 kkal/kq- olur.Keyfiyyətli koksların tərkibində 82-88%C, 5-10% kül, 0,5-0,6% S və 2-5 % nəmlik olur.


Yüklə 164,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin