Şəkil 2.2. Domna sobasının sxemi: 1-çuqun axarı; 2-posa axarı; 3-furma cihazı; 4-daban; 5-çuqun daşıyıcı; 6-posa daşıyıcı; 7-qaz aparıcılar; 8- doldurma qurğusu; 9-bünövrə; 10-hava kəməri
Sobanın məhsuldarlığını artırmaq və sərf olunan yanaca- ğa qənaət etmək üçün üfürülən oksigen hava kütləsi 900- 1200
0C temperatura qədər qızdırılır. Bu məqsədlə dörd ədəd növbə ilə işləyən hava qızdırıcılardan istifadə edilir. Hava qız- dırıcının gövdəsi qalın təbəqə poladdan hazırlanır və iç tərəfdən odadözümlü kərpiclə hörülür.
Domna sobasından buraxılan posa novçalarla poladdan tökülmüş posa təknələrinə, maye çuqun isə içəridən şamot kər- pici ilə hörülmüş çuqundaşıyıcı çalovlara boşaldılır. Tökmə
Maye tökmə çuqunu konveyerli tökmə maşınlarında me- tal qəliblərə tökülür və kütləsi 50 kq olan yarımfabrikat tökük- lər alınır. Belə töküklərdən yenidən əritmə üçün istifadə olunur.